Məhkəmə qərarları › İş №1(001)-494/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-494/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-494/2025 21.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Güvən” vəkil bürosunun vəkili işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 2270 - VK saylı vəkil vəsiqəsi verilməklə hazıradək ünvan 3 ünvanında yerləşən “Güvən” Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğul olduğu dövrdə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə qeyri-rəsmi nikahda yaşadığı Şirvan şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan X5 barəsində Bakı şəhəri, Xəzər rayon polis idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Xəzər rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə 4(003)-395/2024 saylı qərarla seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsində köməklik göstərilməsi barədə 2024-cü ilin noyabr ayında özünə müraciət edən Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək məhkəmə orqanlarında işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Fərid Şahbazov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinin təmin etmək imkanına malik olduğunu 2024-cü ilin noyabr ayında ünvan 6 ünvanda danışıqları zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Fərid Şahbazovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun ev dustaqlığına çıxması üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində, habelə vəkilin xidməti haqqı adı ilə 4.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirməklə onunla sövdələşib, həmin niyyətlə 2024-cü ilin noyabr ayında ünvan 6 ünvanında Zərərçəkmiş şəxs vəkilin xidməti haqqı adı ilə 4.000 manat, bir neçə gün sonra eyni ünvanda Zərərçəkmiş şəxs 17.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs ilə 2024-cü ilin noyabr ayında ünvan 6 ünvanda görüşləri zamanı Fərid Şahbazovun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün əlavə tədbirlər görülməsi, həbsdən azad edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün əlavə olaraq pul vəsaitinin verilməsinin zəruri olduğunu bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə Zərərçəkmiş şəxs tərəfindən qaynanası Şahid3 adına olan "xxxx" ASC-yə məxsus 541124******7646 nömrəli bank kartından özünün adına olan "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 2.000 manat, xx.xx.2024-cü il tarixdə 450 manat və 1.050 manat, cəmi 3.500 manat pulun köçürülməsinə nail olub, eyni niyyətlə Zərərçəkmiş şəxs qardaşı Şahid4 adına olan "xxxx" ASC-yə məxsus 52391517****3226 nömrəli bank kartından özünün adına olan "xxxx" ASC- yə məxsus **********323419 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 600 manat, Şahid4 tərəfindən Salyan rayonunda Kərimbəyli marketdə quraşdırılmış 771 saylı E-manat ödəmə terminalı vasitəsi ilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına xx.xx.2024- cü il tarixdə 3.000 və 2.000 manat, cəmi 5.000 manat pulun köçürülməsinə nail olub, eyni niyyətlə Zərərçəkmiş şəxs tərəfindən qaynanası Şahid3 adına olan "xxxx" ASC-yə məxsus **********182783 nömrəli bank kartından özünün adına olan "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 1000 manat pulun köçürülməsinə nail olub, eyni niyyətlə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şossesi., Döngə 6, (X9 marketin yeri) quraşdırılmış 4595 saylı "xxxx" ödəmə terminalı vasitəsi ilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına 400 manat pulun köçürülməsinə nail olub, eyni niyyətlə 2024-cü ilin dekabr ayında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cəmi 12.500 manat təşkil edən pul vəsaitini Zərərçəkmiş şəxs ünvan 6 ünvanda şəxsən alıb, həmin pul vəsaitlərini qeyd edilən ərəfədə elektron qaydada şəxsi ehtiyaclarına sərf edərək eləcə də, yaşadığı Bakı şəhərinin Yasamal rayonunda quraşdırılmış bankomatlardan müxtəlif vaxtlarda nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o həmin dövrdə maddi vəziyyəti ağır olduğundan məcbur olub bu əməlləri törətmişdir. O 2022-ci tarixdən Vəkillər Kollegiyasının üzvüdür, 2023-cü ildən isə “Güvən” vəkil bürosunda vəkillik fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin noyabr ayında əvvəllər hüquqlarını müdafiə etdiyi hazırda məhkum kimi cəza çəkən Vüsal Məmmədov tanıdığı digər məhkum Zakir Şahbazovun qardaşı Fərid Şahbazovun polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş və onun əlaqə nömrəsini sonuncunun arvadı Zərərçəkmiş şəxs vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq əri Fərid Şahbazov barəsində istintaq olunan cinayət işi üzrə hüquqlarını müdafiə etməyini xahiş etmiş, o da ona ərinin müdafiəçisi olmağa razılıq vermişdir. 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs atası Şahid1 ünvan 6 ünvanda yerləşən evində Günel və atası ilə görüşmüş, Fəridin hüquqlarını müdafiə etmək üçün 4000 manat xidmət haqqı istəmiş, onlar razılıq vermişlər, bir neçə gün sonra eyni ünvana xidmət müqaviləsi ilə getmiş, Zərərçəkmiş şəxs müqaviləni imzalayıb 4000 manat pulu atası Şahid1 yanında ona vermişdir. Növbəti günlərdə o Zərərçəkmiş şəxs zəng edib Xəzər rayon məhkəməsində Fərid Şahbazov barəsində seçilmiş həbsin ev dustaqlığı ilə əvəz edilməsi üçün 17000 manat pul tələb olunduğunu yalandan bildirmişdir. Zərərçəkmiş şəxs Fəridin azadlığa çıxması üçün həmin pulu verməyə razılaşmış və 2024-cü ilin noyabr ayında o bir daha Zərərçəkmiş şəxs atası Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5,ev 19 ünvanda yerləşən evinə getmiş, orada Zərərçəkmiş şəxs atası Şahid1 yanında ona 17000 manat məbləğində pulu vermişdir. Həmin gün axşam o telefon ilə Zərərçəkmiş şəxs zəng edib məhkəməyə verilməsi adı ilə əlavə olaraq 8000 manat pul tələb etmiş və 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs qardaşı Şahid4 öz adına bank kartından ona məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına 600 manat, E-manat ödəmə terminalından eyni bank kartına isə cəmi 5000 pul köçürmüşdür. Eyni qaydada 2024-cü ilin noyabr ayında o Zərərçəkmiş şəxs zəng edib məhkəməyə verilməsi adı ilə əlavə olaraq 5000 manat pul tələb etmiş və 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs öz anasına məxsus kartdan ona məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına hissə-hissə olmaqla 3500 və 1000 manat köçürmüş, eyni ayda E-manat ödəmə terminalından eyni bank kartına 400 manat pul köçürmüşdür. O eyni niyyətlə 2024-cü ilin dekabr ayında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cəmi 12.500 manat təşkil edən pul vəsaitini Zərərçəkmiş şəxs ünvan 6 ünvanda şəxsən almışdır. Beləliklə o Zərərçəkmiş şəxs Fərid Şahbazovun həbsdən azad edilməsi adı ilə ümumilikdə 44000 manat məbləğində pul almışdır. O araşdırma zamanı ifadəsində Günel Şahbazovdan ümumilikdə 40000 manat aldığını göstərsə də, sonradan sonuncu ilə üzləşdirmə zamanı hesablama aparıb Günel Şahbazovdan ümumilikdə 44000 manat aldığını müəyyən etmişdir. Eyni zamanda daha əvvəl ifadə verərkən onun bank kartına edilmiş köçürmələrin tarixləri və məbləğlər üzrə qeyri-dəqiq məlumat vermiş ola bilər, həmin hadisələrdən sonra bir ilə yaxın vaxt keçdiyindən səhv etmiş ola bilər, lakin hazırda ona təqdim edilmiş bank məlumatlarından ona köçürülmüş pul vəsaitlərinin məbləğ və tarixlərini görə bilir. Əslində o ibtidai istintaq dövründə Fərid Şahbazovun hüquqlarını müdafiə etməmiş, o Fərid Şahbazov barəsində yalnız Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə baxış zamanı müdafiəçi qismində order əsasında işə qoşulmuşdur. 2025-ci ilin mart ayında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, o Zərərçəkmiş şəxs yalandan vəd vermiş ki, iş üzrə çıxarılmış hökm azadlıqdan məhrum etmə ilə əlaqəli olmayacaq, yəni Fərid azadlığa çıxacaq. Nəticədə o Zərərçəkmiş şəxs qeyri-rəsmi əri Fərid Şahbazovun həbsdən azad edilməsi və azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzanın verilməsi üçün ümumilikdə 44000 manat pul almışdır. Həmin pulun 4000 manatını müqavilə üzrə xidmət haqqına görə, qalan 40000 manatı isə guya məhkəmədə işi qeyri-rəsmi qaydada həll etmək üçün almışdır. Sonradan hər hansı nəticənin baş vermədiyini, yəni Fərid Şahbazovun həbsdə qaldığını görəndə Zərərçəkmiş şəxs ondan pulunu geri tələb etmiş, o da 2025-ci ilin əvvəlindən indiyədək Zərərçəkmiş şəxs 20000 manat geri qaytarmış, 13000 manatı barəsində şikayət olunmamışdan əvvəl, 7000 manatı isə barəsində araşdırma gedən dövrdə qaytarmışdır. Belə ki, 2023-cü ildə dərin venoz trombozu (kəskin qan laxtalanması) xəstəliyi ilə əlaqədar xəstəliyin müayinə və müalicəsi üçün yüksək məbləğlərdə xərc çəkmiş, yüksək məbləğlərdə müxtəlif şəxslərdən borc almış, bu səbəbdən də o həmin borcları qaytarmaq üçün Zərərçəkmiş şəxsm aldadıb məhkəməyə verilməsi adı ilə pul almış, həqiqət də isə o nə Xəzər RPİ, nə Xəzər Məhkəməsi, nə də ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hər hansı əməkdaşı ilə Fərid Şahbazovun həbsdən azad edilməsi məsələsini müzakirə etməmiş, heç kimsəyə, həmçinin qeyd edilən qurumların vəzifəli şəxslərinə bu məqsədlə müraciət etməmiş, heç kimə pul verməmişdir. O Zərərçəkmiş şəxsm inandırmaq üçün yalandan bildirmiş ki, guya ondan götürdüyü pul məhkəmənin vəzifəli şəxslərinə verilməlidir, lakin götürdüyü pulları şəxsi ehtiyaclarına, müalicəsinə sərf etmişdir. O əməlindən peşmandır, həmin dövrdə şəxsi problemləri olduğundan pula ehtiyacı olmuş, buna görə də qeyd edilən əməlləri törətmiş, o ələ keçirdiyi və qaytarmalı olduğu qalan 24000 manat pulu qaytarmağı öhdəliyinə götürür. Zərərçəkmiş şəxs tərəfindən pullar onun kart hesablarına köçürüldükdən sonra o həmin pulları əsasən yaşadığı Bakı şəhərinin Yasamal rayonunda quraşdırılmış müxtəlif bankomatlarda nağdlaşdırmış və ya elektron qaydada sərf etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, X5 ilə qeyri-rəsmi olaraq Bakı şəhəri Xəzər rayonu X4 Bağları ərazisində ferma ərazisində yaşayırdı. xx.xx.2024-cü il tarixdə Səbail RPİ-in əməkdaşları Fərid Şahbazovu yaşadığı evə gətirmişlər, evdə axtarış həyata keçirildikdən sonra içində narkotik maddələr olan qara çanta aşkar edilmişdir. Fərid Şahbazov narkotik maddələr istifadə etməmiş, sonradan ona məlum olmuşdur ki, həmin çantanı kimsə ona saxlamaq üçün vermişdir. Həmin tarixdən sonra fakt üzrə Fərid Şahbazov barəsində Xəzər RPİ-də araşdırma başlanılmış, araşdırma gedəndə 2024-cü ilin dekabr ayında o qaynı Zakir Şahbazovun məsləhəti ilə vəkil Təqsirləndirilən şəxs ilə ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlayıb onunla atası Şahid1 ünvan 8 ünvanda görüşmüş, sonuncu özünü “Güvən” vəkil bürosunun vəkili kimi təqdim etmiş, o baş vermiş hadisələri vəkilə danışmış, vəkil Təqsirləndirilən şəxs Fərid Şahbazovun hüquqlarını müdafiə etməyə razılıq vermiş və bunun üçün 4000 manat xidmət haqqı istəmiş, o həmin şərtə razılıq vermişdir. Bir neçə gün sonra 2024-cü ilin dekabr ayında vəkil Təqsirləndirilən şəxs eyni ünvana tərtib edilmiş xidmət müqaviləsi ilə gəlmiş, o müqaviləni imzalayıb 4000 manat pulu atası Şahid1 yanında Təqsirləndirilən şəxs vermişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs ona zəng edib Xəzər rayon məhkəməsində Fərid Şahbazov barəsində seçilmiş həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün 17000 manat pul tələb olunduğunu bildirmiş, o Fəridin azadlığa çıxması üçün həmin pulu verməyə razılaşmışdır. O soruşsa da Təqsirləndirilən şəxs məhkəmədə pulun kim tərəfindən tələb edildiyini deməmiş, kimsənin adını çəkməmişdir. Həmin məqsədlə 2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs atasının yaşadığı ünvan 8ə gələrək ondan atasının yanında 17000 manat nağd pul almışdır. Həmin gün axşam Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-**9 saylı telefon nömrəsinə zəng edib məhkəmədə adını çəkmədiyi vəzifəli şəxsə əlavə olaraq 8000 manat pul verməli olduğunu demişdir. Bu məqsədlə 2024-cü ilin dekabr ayında qardaşı Şahid4 onun xahişi ilə ona məxsus olan 8000 manat pulu yaşadığı Salyan rayonunda ödəniş terminalından Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına köçürmüşdür. Həmin köçürmənin qəbzini hazırda təqdim edə bilməsə də, istintaqa təqdim etməyə çalışacaq. Eyni qaydada 2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ona zəng edib məhkəmədə adını çəkmədiyi vəzifəli şəxsə əlavə olaraq 5000 manat pul verməli olduğunu demiş, həmin məqsədlə qardaşı onun xahişi ilə yaşadığı Salyan rayonunda ödəniş terminalından Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına 5000 manat pulu köçürmüşdür. 2025-ci il yanvar ayında vəkil Təqsirləndirilən şəxs ona zəng edib əlavə guya eyni şəxsə verilməsi üçün 5000 manat pul istəmişdir. Həmin məqsədlə o 2025-ci il yanvar ayında hissə-hissə olmaqla, bir dəfə qaynanası Şahid3 məxsus hazırda nömrəsini bilmədiyi bank kartından 2000, 1000 cəmi 3000 manat pulu Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına köçürmüşdür. Həmin ayda Təqsirləndirilən şəxs atasının yaşadığı Binəqədi rayonu Eldənizlər küçəsi, nömrəsiz evə gələrək ondan atasının yanında 5000 manat nağd pul almışdır. Bundan başqa o 2025-ci il yanvar ayında Binəqədi rayonunda yerləşən Xəzər marketin (Yeni Topdan) içində quraşdırılmış “Million” terminalından Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına 2000 manat pulu köçürmüş, ümumilikdə 10000 manat pul göndərmişdir. Eyni zamanda 2025-ci ilin mart ayında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, vəkil Təqsirləndirilən şəxs vəd verirdi ki, iş üzrə çıxarılmış hökm azadlıqdan məhrum etmə ilə əlaqəli olmayacaq, yəni Fərid azadlığa çıxacaq. Nəticədə o vəkil Təqsirləndirilən şəxs qeyri-rəsmi əri Fərid Şahbazovun həbsdən azad edilməsi və azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzanın verilməsi üçün ümumilikdə 44000 manat pul vermişdir. Həmin pulun 4000 manatını müqavilə üzrə xidmət haqqına görə, qalan 40000 manatı məhkəmədə işi qeyri-rəsmi qaydada həll etməsi üçün vermişdir. Sonradan o hər hansı nəticənin baş vermədiyini, yəni Fərid Şahbazovun həbsdə qaldığını görəndə vəkil Təqsirləndirilən şəxs pulunu geri tələb etmiş, Təqsirləndirilən şəxs 2025-ci ilin əvvəlindən indiyədək ona 20000 manat geri qaytarmışdır. Sonradan Təqsirləndirilən şəxs onunla “whatsapp” tətbiqindən ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayırdı. Təqsirləndirilən şəxs Fərid Şahbazovu həbsdən azad edilməsi ilə əlaqədar hər hansı şəxsin adını çəkməmişdir. Bakı şəhər Xəzər RPİ və ya Xəzər məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hər hansı əməkdaşı Fərid Şahbazovu həbsdən azad edilməsi müqabilində ondan pul və ya digər maddi nemət tələb etməmişdir. Əlavə olaraq, o ifadə verərkən tarixlər və məbləğlər üzrə qeyri-dəqiq məlumat vermiş ola bilər, həmin hadisələrdən sonra bir ilə yaxın vaxt keçdiyindən səhv etmiş ola bilər, çünki vəkil Təqsirləndirilən şəxs ilə 4 aya yaxın Fərid Şahbazovun işi ilə əlaqədar ünsiyyətdə olmuş, pulları ona hissə-hissə ya nağd qaydada ya da ki bank kartına köçürməklə vermiş, buna görə də hər dəfəyə verdiyi pul üzrə məbləğ və dəqiq tarixləri xatırlaya bilmir, lakin ümumilikdə Fəridin azadlığa çıxması məqsədi ilə vəkil Təqsirləndirilən şəxs 44000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 2025-ci ilin əvvəlindən indiyədək ona 20000 manat geri qaytarmışdır. O Təqsirləndirilən şəxs Fərid Şahbazovu həbsdən azad edilməsi müqabilində 44000 manat pul vəsaiti verməyinə dair səsli danışıqları olmuşdur, lakin həmin səslər telefonundan silindiyindən onları istintaqa təqdim edə bilməmişdir. O, Təqsirləndirilən şəxs ələ keçirdiyi qalan ümumilikdə 24000 manat pulun ona qaytarılmasına köməklik edilməsini xahiş edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsin vurduğu ziyanı tam ödəməməsinin nəzərə alınmasını və ona ciddi cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 5 ildir ki, X5 qızı Zərərçəkmiş şəxs qeyri-rəsmi həyat yoldaşıdır, onlar Bakı şəhəri, Xəzər rayonu X4 Bağları ərazisində ferma ərazisində müvəqqəti yaşayırdılar. xx.xx.2024-cü il tarixdə Səbail RPl-in əməkdaşları Fərid Şahbazovu saxlayıb qızı Günel ilə yaşadığı evə gətirmişlər, evdə axtarış həyata keçirildikdən sonra içində narkotik maddələr olan qara çanta aşkar edilmişdir. Həmin tarixdən sonra fakt üzrə Fərid Şahbazov barəsində Xəzər RPİ-də araşdırma başlanılmış, araşdırma gedəndə 2024-cü ilin dekabr ayında o qızı Günel ilə vəkil Təqsirləndirilən şəxs ilə ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamış, onunla özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5,ev 19 ünvanda görüşmüşlər, sonuncu özünü “Güvən” vəkil bürosunun vəkili kimi təqdim etmiş, Günel baş vermiş hadisələri vəkilə danışmış, vəkil Təqsirləndirilən şəxs Fərid Şahbazovun hüquqlarını müdafiə etməyə razılıq vermiş və bunun üçün 4000 manat xidmət haqqı istəmiş, onlar həmin şərtə razılıq vermişlər. Bir neçə gün sonra 2024-cü ilin dekabr ayında vəkil Təqsirləndirilən şəxs eyni ünvana tərtib edilmiş xidmət müqaviləsi ilə gəlmiş, Günel müqaviləni imzalayıb 4000 manat pulu onun yanında Təqsirləndirilən şəxs vermişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs Günelə zəng edib Xəzər Rayon Məhkəməsində Fərid Şahbazov barəsində seçilmiş həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün 17000 manat pul tələb olunduğunu bildirmiş, Günel Fəridin azadlığa çıxması üçün həmin pulu verməyə razılaşmışdır. Onlar soruşsalar da Təqsirləndirilən şəxs məhkəmədə pulun kim tərəfindən tələb edildiyini deməmiş, kimsənin adını çəkməmişdir. Həmin məqsədlə 2024cü ilin dekabr ayında Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 6 ünvana gələrək onun yanında Güneldən 17000 manat nağd pul almışdır. Həmin gün axşam Təqsirləndirilən şəxs Günelə zəng edib məhkəmədə adını çəkmədiyi vəzifəli şəxsə əlavə olaraq 8000 manat pul verməli olduğunu demişdir. Bu məqsədlə 2024-cü ilin dekabr ayında oğlu Əliyev X6 xahişi ilə 8000 manat pulu yaşadığı Salyan rayonunda ödəniş terminalından Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına köçürmüşdür. Eyni qaydada 2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs Günelə zəng edib məhkəmədə adını çəkmədiyi vəzifəli şəxsə əlavə olaraq 5000 manat pul verməli olduğunu demiş, həmin məqsədlə oğlu Şahid4 Günelin xahişi ilə yaşadığı Salyan rayonunda ödəniş terminalından Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına Günelə məxsus olan 5000 manat pulu köçürmüşdür. 2025-ci il yanvar ayında vəkil Təqsirləndirilən şəxs Günelə zəng edib əlavə guya eyni şəxsə verilməsi üçün 5000 manat pul istəmişdir. Həmin məqsədlə Günel 2025-ci il yanvar ayında hissə-hissə olmaqla, 3000 manat pulu Təqsirləndirilən şəxs məxsus bank kartına köçürmüşdür. Həmin ayda Təqsirləndirilən şəxs onun yaşadığı Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5, ev 19 ünvanda Güneldən 5000 manat nağd pul almışdır. Bundan başqa 2025-ci il yanvar ayında Günel 2000 manat pulu Təqsirləndirilən şəxs məxsus bank kartına köçürmüşdür. Eyni zamanda 2025-ci ilin mart ayında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, vəkil Təqsirləndirilən şəxs vəd vermişdir ki, iş üzrə çıxarılmış hökm azadlıqdan məhrum etmə ilə əlaqəli olmayacaq, yəni Fərid azadlığa çıxacaq. Nəticədə qızı Günel Təqsirləndirilən şəxs qeyri-rəsmi əri Fərid Şahbazovun həbsdən azad edilməsi və azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzanın verilməsi üçün ümumilikdə 44000 manat pul vermişdir. Həmin pulun 4000 manatını müqavilə üzrə xidmət haqqına görə, qalan 40000 manatı məhkəmədə işi qeyri-rəsmi qaydada həll etməsi üçün vermişdir. Sonradan onlar hər hansı nəticənin baş vermədiyini, yəni Fərid Şahbazovun həbsdə qaldığını görəndə Günel vəkil Təqsirləndirilən şəxs pulunu geri tələb etmiş, onda olan məlumata görə Təqsirləndirilən şəxs 2025-ci ilin əvvəlindən indiyədək Günelə 18000 manat geri qaytarmışdır. Təqsirləndirilən şəxs məsələni kimin vasitəsi ilə həll edəcəyi barədə konkret olaraq hər hansı şəxsin adını çəkməmişdir. Bakı şəhər Xəzər RPİ və ya Xəzər məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hər hansı əməkdaşı Fərid Şahbazovun həbsdən azad edilməsi müqabilində onlardan pul və ya digər maddi nemət tələb etməmişdir. Həmçinin, o, ifadə verərkən tarixlər və məbləğlər üzrə qeyri-dəqiq məlumat vermiş ola bilər, həmin hadisələrdən sonra bir ilə yaxın vaxt keçdiyindən səhv etmiş ola bilər, çünki vəkil Təqsirləndirilən şəxs ilə 4 aya yaxın Fərid Şahbazovun işi ilə əlaqədar ünsiyyətdə olmuşlar, Günel isə pulları ona hissə-hissə ya nağd qaydada ya da ki bank kartına köçürməklə vermiş, buna görə də hər dəfəyə verdiyi pul üzrə məbləğ və dəqiq tarixləri xatırlaya bilməmiş, həmin məlumatları ona əsasən Günel vermiş, lakin ümumilikdə Fəridin azadlığa çıxması məqsədi ilə qızı Günel vəkil Təqsirləndirilən şəxs 44000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, bacısı Günelin əri X5 barəsində 2024-cü ilin oktyabr ayında Xəzər RPİ-də araşdırma başlanılaraq o həbs edilmiş, araşdırma gedəndə Günel vəkil Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb baş vermiş hadisələri vəkilə danışmış, vəkil Təqsirləndirilən şəxs Fərid Şahbazovun hüquqlarını müdafiə etməyə razılıq vermişdir. Günelin onun deməsinə görə 2024-cü ilin oktyabr noyabr aylarında Günel həmin vəkilə həm xidmət haqqı, eləcə də məhkəmədə Fərid barəsində seçilmiş həbsinin ev dustaqlığı ilə əvəz edilməsi, onun həbsdən azad edilməsi üçün 44000 manata yaxın pul vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs əri Fərid Şahbazovun həbsdən azad edilməsi adı ilə vəkil Təqsirləndirilən şəxs verdiyi pulun müəyyən hissəsini onun adına olan kartdan göndərmişdir. Belə ki, 2024-cü ilin noyabr ayında Günel onunla əlaqə saxlayaraq Fəridin işi ilə məşğul olan vəkilə pul göndərməyini xahiş etmiş, o da xahişini nəzərə alaraq istifadəsində olan 52391517****3226 saylı "xxxx" kartdan Təqsirləndirilən şəxs məxsus 4098-5844-6232-3419 saylı “Leobank” kartına xx.xx.2024-cü il tarixdə 600 manat pul vəsaiti köçürmüşdür. Bundan başqa eyni qaydada o Günelin xahişi ilə Salyan rayonunda Kərimbəyli marketdə quraşdırılmış E-manat ödəmə terminalından Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4098-5844- 6232-3419 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 3000 və 2000 manat, cəmi 5000 manat pulun köçürülmüşdür. Sonradan ona məlum olmuş ki, həmin vəkil Güneli aldadaraq pulunu ələ keçirmiş, Fərid Şahbazovun isə azadlığa çıxmasını təmin etməmişdir. Həmin pul vəsaitləri onun kartından və ödəmə terminalından vəkil Təqsirləndirilən şəxs kartına göndərilsə də, qeyd edilən pul vəsaitləri Zərərçəkmiş şəxs məxsus olmuşdur. O, vəkil Təqsirləndirilən şəxs şəxsən tanımır, onu yalnız bir dəfə atasının evinə gələndə görmüş, yalnız yuxarıda göstərdiyi kimi bacısı Günelin xahişi ilə vəkil Təqsirləndirilən şəxs kartına pulu göndərmişdir. Bundan başqa o özü dəfələrlə ona zəng edib pulu qaytarmasını tələb etmiş, vəkil isə pulu qaytaracağını söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əmisi qızı Zərərçəkmiş şəxs ona deməsinə görə əri X5 2024-cü ilin oktyabr ayında barəsində Xəzər RPİ-də araşdırma başlanılaraq sonuncu həbs edilmişdir. Araşdırma gedəndə Günel Təqsirləndirilən şəxs adlı vəkil ilə danışmış, həmin vəkil Fərid Şahbazovun hüquqlarını müdafiə etməyə razılıq vermişdir. Günelin ona deməsinə görə 2024-cü ilin oktyabr noyabr aylarında o həmin vəkilə həm xidmət haqqı, eləcə də məhkəmədə Fərid barəsində seçilmiş həbsinin ev dustaqlığı ilə əvəz edilməsi, həbsdən azad edilməsi üçün 44000 manata yaxın pul vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs həmin dövrdə vəkil Təqsirləndirilən şəxs pul verməsi üçün ondan da borc istəmiş, o da kömək məqsədi ilə Günelə sonuncunun Binəqədi rayonunda yaşadığı evində 10000 manat borc vermişdir. Günel ona ondan aldığı pulu əri Fərid Şahbazovun həbsdən azad edilməsi adı ilə vəkil Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin vəkil Güneli aldadaraq pulunu ələ keçirmiş, Fərid Şahbazovun isə azadlığa çıxmasını təmin etməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ondan aldığı 10000 manat puldan 5000 manatı qaytarmış, qalan 5000 manatı isə qaytara bilməmişdir. O, vəkil Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla görüşməmiş, yalnız o pulu əmisi qızı Zərərçəkmiş şəxs geri tələb etdiyi dövrdə həmin vəkil ona bir neçə dəfə zəng edib Fərid Şahbazovun işini həll edə bilməməsi səbəbindən Güneldən götürdüyü pulu yaxın zamanlarda qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Cahagir qızı ifadəsində bildirmişdir ki, oğlu X3 yaşadığı evində 2024-cü ilin oktyabr ayında Səbail RPİ-in əməkdaşları axtarış həyata keçirildikdən sonra içində narkotik maddələr olan qara çanta aşkar edilmişdir. Həmin tarixdən sonra fakt üzrə Fərid Şahbazov barəsində Xəzər RPİ-də araşdırma başlanılaraq o həbs edilmiş, araşdırma gedəndə oğlunun birgə yaşadığı faktiki arvadı Zərərçəkmiş şəxs vəkil Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb baş vermiş hadisələri vəkilə danışmış, vəkil Təqsirləndirilən şəxs oğlu Fərid Şahbazovun hüquqlarını müdafiə etməyə razılıq vermişdir. Onun bildiyinə görə 2024-cü ilin oktyabr noyabr aylarında Günel həmin vəkilə həm xidmət haqqı, eləcə də məhkəmədə Fərid barəsində seçilmiş həbsinin ev dustaqlığı ilə əvəz edilməsi, onun həbsdən azad edilməsi üçün 44000 manata yaxın pul vermişdir. Eyni zamanda Günel əri Fərid Şahbazovun həbsdən azad edilməsi adı ilə vəkil Təqsirləndirilən şəxs verdiyi pulun müəyyən hissəsini onun adına olan kartdan göndərmişdir. Belə ki, 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs onun adına olan "xxxx" ASC-yə məxsus 541124******7646 nömrəli bank kartından Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına hissəhissə olmaqla 3500 manat pulu köçürmüş, eyni zamanda onun adına olan "xxxx" ASC-yə məxsus **********182783 nömrəli bank kartından vəkil Təqsirləndirilən şəxs kartına 1000 manat pul köçürmüşdür. Sonradan onlara məlum olmuşdur ki, həmin vəkil Güneli aldadaraq pulunu ələ keçirmiş, oğlu Fərid Şahbazovun isə azadlığa çıxmasını təmin etməmişdir. O qeyd etmək istəyir ki, həmin pul vəsaitləri onun kartından vəkil Təqsirləndirilən şəxs kartına göndərilsə də, qeyd edilən pul vəsaitləri Zərərçəkmiş şəxs məxsus olmuşdur. O vəkil Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla görüşməmiş, yalnız yuxarıda göstərdiyi kimi Günel vəkil Təqsirləndirilən şəxs göndərdiyi pulun bir hissənin onun bank kartı vasitəsi ilə göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır (cild 1, i.v 4). Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v 5). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 38). xx.xx.2025-ci il tarixli kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********323419 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına Şahid3 "xxxx" ASC-yə məxsus 541124******7646 nömrəli bank kartından "xxxx" ASC-in tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 2.000 manat, xx.xx.2024-cü il tarixdə 450 manat və 1.050 manat, "xxxx" A8C-in “Birbank” tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 19:50-də 600 manat, E-manat ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 21:22-də 3.000 manat, saat 21:26-da 2.000 manat, xx.xx.2024-cü il tarixdə saat 14:04- də 400 manat məbləğində, "xxxx" ASC-in tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 19:59-da 1000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür (cild 1, i.v 143). xx.xx.2025-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs istifadəsində olan **********323419 nömrəli bank kartına mədaxil əməliyyatlarına əsasən həmin kart hesabına Salyan rayonunda Kərimbəyli marketdə quraşdırılmış 771 saylı E-manat ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 3.000 və 2.000 manat məbləğində pul vəsaitləri mədaxil edilmişdir (cild 1, i.v 147). xx.xx.2025-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs istifadəsində olan **********323419 nömrəli bank kartına mədaxil əməliyyatlara əsasən həmin kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şossesi., Döngə 6, (X9 marketin yeri) quraşdırılmış 4595 saylı "xxxx" ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 400 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir (cild 1, i.v 148). xx.xx.2025-ci il tarixli kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən götürülmüş Şahid4 istifadəsində olan 52391517****3226 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarına əsasən həmin kart hesabından "xxxx" ASC-in “Birbank” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə saat 19:50-də 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 1, i.v 161). xx.xx.2025-ci il tarixli kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən götürülmüş Şahid3 istifadəsində olan **********182783 saylı bankbank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarına əsasən, həmin kart hesabından "xxxx" ASC-in tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə saat 19:59-da 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 1, i.v 165). xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iİş üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan **********323419 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" ASC-dən götürülmüş Şahid4 istifadəsində olan 52391517****3226 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu çıxarış, "xxxx" ASC-dən götürülmüş Şahid3 istifadəsində olan **********182783 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına mədaxil əməliyyatları edilmiş "xxxx" MMC-in ödəmə terminalların siyahısını əks etdirən çıxarış, "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına mədaxil əməliyyatları edilmiş "xxxx" MMC-in ödəmə terminalların siyahısını əks etdirən çıxarış 03 noyabr 2025ci il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 175-187). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 188-189). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 215). xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, i.v 55). Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli iclasda Güvən vəkil bürosunun vəkili Təqsirləndirilən şəxs Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması barədə qərar qəbul edilmişdir. O. xx.xx.2025-ci il tarixdən məhkəmə və istintaq orqanlarında vəkillik fəaliyyəti ilə məşğul ola bilməz (cild 2, i.v 13). Ege Hospital və "xxxx" MMC tərəfindən verilmiş müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs qaraciyərin hepatosteatozu, qaraciyərdə 6 mm ölçüdə hemanqioma, sağtərəfli nefroktomiya vəziyyəti, sol böyrəyin orta qütbündə sadə kortikal kista, öd kisəsində sludge, həmçinin aşağı ətraf venoz sistemində keçirilmiş dərin vena trombozu fonunda xroniki venoz dəyişikliklər aşkar edilmişdir (cild 2, i.v 30-39). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-593/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 02 ay həddində müəyyən edilmişdir (cild 2, i.v 61-67). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (20.000 AZN), 59.2-ci maddəsinə əsasən səhhətinin uzunmüddətli pozulması ilə müşayitə olunan xroniki xəstəliklərdən əziyyət çəkməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ona təqsirli bilindiyi CMin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və onun Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında həbsdə olduğu nəzərə alınmalı, yəni qanunun belə hallarda dərhal məhkəmə iclas zalından həbs edilmə ilə bağlı tələbi faktiki icra olunmuş sayılmalıdır. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 23-cü bəndindən qeyd olunur ki, məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə birbirindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs dələduzluq cinayətini bilavasitə vəkillik fəaliyyəti ilə məşğul olduğu zaman, ona göstərilmiş etimaddan suiistifadə etməklə törətmişdir. Bu hal cinayətin törədilməsi ilə vəkillik fəaliyyəti arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu, habelə gələcəkdə oxşar cinayətlərin qarşısının alınması baxımından təhlükə mənbəyinin məhz həmin fəaliyyətin icrası ilə bağlı olduğunu göstərir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzaları “və ya” bağlayıcısı ilə alternativ cəzalar kimi nəzərdə tutulmuşdur. Bu isə eyni cinayətə görə həmin cəzaların eyni vaxtda əlavə cəza qismində tətbiq edilməsini istisna edir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla, müvafiq maddənin sanksiyasında ayrıca nəzərdə tutulmasa da, məhkəmə tərəfindən əlavə cəza təyin edilə bilər. Hazırkı iş üzrə cinayətin törədilmə üsulu və yaranmış hüquqi təhlükə nəzərə alındıqda, əlavə cəza kimi məhz müəyyən fəaliyyətlə yəni vəkillik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmənin seçilməsi daha əsaslı hesab olunur. Məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə sosial ədalətin bərpasına, məhkumun islahına, eləcə də yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına daha adekvat olan hüquqi tədbir təqsirləndirilən şəxsin vəkillik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməsidir. Belə olan halda məhkəmə nəticəyə gəlir ki, törədilmiş əməlin xarakteri və cəzanın məqsədləri nəzərə alınmaqla, təqsirləndirilən şəxs barəsində yalnız vəkillik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi daha əsaslı, zəruri və proporsional hesab olunur. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Maddi sübutlar – "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan **********323419 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" ASC-dən götürülmüş Şahid4 istifadəsində olan 52391517****3226 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu çıxarış, "xxxx" ASC-dən götürülmüş Şahid3 istifadəsində olan **********182783 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına mədaxil əməliyyatları edilmiş "xxxx" MMC-in ödəmə terminalların siyahısını əks etdirən çıxarış, "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına mədaxil əməliyyatları edilmiş "xxxx" MMC-in ödəmə terminalların siyahısını əks etdirən çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə vəkillik fəaliyyətilə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan **********323419 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" ASC-dən götürülmüş Şahid4 istifadəsində olan 52391517****3226 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu çıxarış, "xxxx" ASC-dən götürülmüş Şahid3 istifadəsində olan **********182783 saylı bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına mədaxil əməliyyatları edilmiş "xxxx" MMC-in ödəmə terminalların siyahısını əks etdirən çıxarış, "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********323419 nömrəli bank kartına mədaxil əməliyyatları edilmiş "xxxx" MMC-in ödəmə terminalların siyahısını əks etdirən çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar