Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-496/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 238/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, fərdi yaşayış evində yaşayan, baxılan iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X5 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,257 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və 27 yanvar 2023-ci il tarixdə saat 17:00-da Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 8 ünvanında yerləşən «Buta» aptekin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş və orada saat 19:00-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş, təmiz çəkisi 1,257 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə səhər axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,304 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və 17 fevral 2023-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsi «İron» Hotelin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 91 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və orada saat 23:10-da üzərinə kecirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş şəffaf selefonla bağlanmış bükümün təmiz çəkisi 1,304 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi ev 1, mənzil 13-də qeydiyyatda olsa da Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi fərdi evdə yaşamış, əvvəllər məhkumluğu olmuş, təxminən üç ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitələri müxtəlif ünvanlarda müxtəlif şəxslərdən almışdır.Bundan başqa, o, göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata narkotik vasitə olan heroin almış və istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirmiş, lakin həmin günü axşam saat 17:00-da Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov kücəsi 8 ünvanında yerləşən “Buta” aptekin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Bakı şəhəri, Binəqədi RPİ-nin 5-cı PB-nə aparılmış, bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və təqdim edilən müdafiəçiyə etiraz etməmiş, sonra Binəqədi RPİ-nin 5-cı PB-nin inzibati binasında xidməti otaqların birində üzərinə razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilmiş və həmin vaxt əynində olan tünd boz rəngli, klassik şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra üzərindən aşkar olunaraq götürülmüş həmin heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur.Eləcə də o, göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 10 manata bir büküm kakos deyilən narkotik vasitə almış, həmin kakos kimi tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış və 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən «İron» otelin yaxınlığında piyada hərəkətdə olan zaman bir nəfər mülki geyimli və bir nəfər polis formasında olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra narkotik vasitələrdən istifadəsi barədə şübhələr olduğundan Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, polis şöbəsində olduğu zaman ərizə ilə razılıq verdikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə olan bükülünü çıxararaq təqdim etmiş, sonra üzərindən aşkar edilərək götürülmüş bükülü zərfə qoyularaq möhürlənmiş və həmin zərf imzalanmış, daha sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş hər iki narkotik vasitəni tanımdağı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almış, heç vaxt narkotok vasitələrin satışı ilə məşqul olmamış, sadəcə özü istifadə etmiş, polis bölməsinə gətirilərkən və həmçinin polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki zor tətbiq edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, Binəqədi RPİ-nin 5ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir.O, bildirmişdir ki, 27 yanvar 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1977-ci ildə Bakı şəhərində, anadan olmuş Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi fərdi evdə kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmiş, sonra məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və 27 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi ev 1 mənzil 13-də qeydiyyatda olan və Bakı şəhəri Binqədi rayonu Rəsulzadə qəsəbəsi fərdi evdə kirayə yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da ünvan 9 ünvanında yerləşən «Buta» aptekin qarşısında saxlanılmış və Binəqdi RPİ-nin 5-ci PB-nə gətirilmiş, sonra Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqların birinə yerləşdirilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, sözü gedən bükülünü açaraq baxdıqda orada narkotik maddəyə bənzər heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanmadığı şəxsdən 10 manata almasını bildirmiş, daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, xidmət etdiyi bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış, daxil olunmuş məlumatda yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, qanunsuz əldə edib üzərində saxlamaqla gəzdirməsi bildirilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir.O, bildirmişdir ki, 17 fevral 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1977-ci ildə Bakı şəhərində, anadan olmuş Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsi 1 mənzil 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmiş, məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və 17 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsi ev 1, mənzil 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsi «İron» hotelin yaxınlığında saxlanılmış və Binəqdi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, sonra Təqsirləndirilən şəxs polis şöbəsində xidməti otaqların birinə yerləşdirilmiş və onun üzərinə şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, daha sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş şəffaf selefonlı bükülünü çıxarıb masanın üzərinə qoymuş, sözü gedən bükülünü açdıqda içərisində narkotik maddəyə bənzər heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin büküküdəki maddənin kakos kimi tanınan narkotik vasitə olan heroin olmasını, həmin heroini xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanmadığı şəxsdən öz istifadəsi üçün 10 manat almasını bildirmiş, daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, xidmət etdiyi şöbəyə Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşqul olması barədə heç bir məlumat daxil olmamış, daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etməsi, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması bildirilmişdir. Məhkəmə iclasında ifadə verən Şahid4 da Şahid3 ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 şahid X4 ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2023-cü il tarixli, 6/515 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində- «Azərbaycan Respublikası DİN Zərflər üçün №174» dairəvi möhür əksi və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,257 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,257 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq qaldı 1,207 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2023-cü il tarixli, 6/1006 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində- «Təqsirləndirilən şəxs (imza)” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,304 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,304 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq qaldı 1,204 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli 492 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökmə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 238/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il, saat 17.00-dan 29 yanvar 2023-cü il, saat 11.45-dək tutulduğu 2 (iki) gün müddət və 17 fevral 2023-cü il, saat 21.30dan 19 fevral 2023-cü il saat 14.40-dək tutulduğu 2 (iki) gün müddət və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə tutulduğu cəmi 4 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Hüseynağa Abdullayev tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17.00 dəqiqədən tutulmuş hesab edilmişdir. Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rasim Məmmədovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Nurəddin Firudinli tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21.30 dəqiqədən tutulmuş hesab edilmişdir. Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rasim Məmmədovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, baxılan iş üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs başqa cinayəti işi ilə bağlı həbsdə olduğu nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmünə əsasən 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.3cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini və cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə 2 (iki) ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin – 1,207 qram və 1,204 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi2 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət və 17 fevral 2023-cü il tarixdən 19 fevral 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə tutulduğu cəmi 4 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs başqa cinayəti işi ilə bağlı həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 1,207 qram və 1,204 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat"xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-496/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-496/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver