Məhkəmə qərarları › İş №1(001)-499/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-499/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-499/2025 02.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X16, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 və X7 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X16 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. AR Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, barəsində şikayət verilmiş şəxslər, X16 və X7, Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan suiistifadə edərək, qərəzli şəkildə guman etdikləri Zərərçəkmiş şəxs2 aid yarıçılpaq fotonu sosial şəbəkədə yaymışlar. Belə ki,zərər çəkmiş şəxs, Zərərçəkmiş şəxs1 2024-cü ilin noyabr ayında Tik-tok səhifəsinə “düzünə deyən şəxs” adlı profil tərəfindən ismarıc gəldiyini həmin şəxsin ona arvadının (Gülzarın) şəkilini (şəkil boyundan aşağı,yəni baş görünməz vəziyyətdə yarı çılpaq qadın bədənindən ibarət olub bir kişi ilə canlıda danışan halda və Adilə tərəfindən Vasifə atılaraq yayılan şəkillə eynilik təşkil edir) ataraq(paylaşaraq) arvadının guya başqa şəxslə danışdığını yazdığını, sonra həmin şəxsin ona bu barədə məlumatları verəcəyi qarşılığında ondan 500 manat pul istədiyini, lakin kart nömrəsini göndərdikdən sonra o, Samir həmin şəxsə polisə verəcəyini dediyi üçün həmin şəxs tərəfindən ona göndərilən kart nömrəsini sildiyini və bu məsələni kimlərin bildiyini ona söylədiyini bildirmişdir. Bu məsələni Samir ailə üzvləri ilə müzakirə edən zaman məlum olmuşdur ki,eyni şəkil, hələ 2-3 il əvvəl, yəni Adilə tərəfindən Elvinin telefonu vasitəsi ilə yayılan şəkili, Elvinin şəxsin telefonundan həyat yoldaşı Adilə Abdullayeva tərəfindən Aynur adlı qohumlarına göndərilməsini, Aynurun isə Vasif adlı qohumuna göndərdiyini, Vasif isə onun arvadı Gülzara göstərib həmin şəkilin ona aid olubolmamasını sorşduğunu, Gülzarın şəkil ona aid olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 da bu məsələni o,vaxtlar qorxusundan əri Samirə bildirməmiş və bu söhbətin üstü açılanda bu şəkli hələ 2-3 il əvvəl gördüyünü və Adilə vasitəsi ilə ona göndərildiyini ərinə Samirə bildirmişdir. Bütün bu söz-söhbətləri aydınlıq gətirmək və bu böhtanın,ləkənin ailənin üzərindən silinməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə Siyəzən rayon Böyük Həmyə kəndində yaşayan Samirin anası X14 uzaq qohumları olan Adilə və Elvinin onun ailəsini və özünü təhqir etməsi, habelə gəlinin üzərinə böhtan atması barədə Siyəzən rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Quliyev Vasif Hicran oğlu yuxarıda qevd edilən məzmunda izahat verərək bildirmişdir ki, həqiqətən məhkəməyə hazırda təqdim edilən şəkil ona Adilə tərəfindən həyat yoldaşı Elvinin telefonundan Aynura atılmış və sonuncu isə şəkili ona atmışdır. Bu fakt, barəsində şikayət verilmiş şəxs X15 şöbəsində verdiyi izahatla təsdiq olunur.Belə ki, Adilə izahatında bildirmişdir ki, təxminən 3 il əvvəl “İnstagram” sosial şəbəkəsində zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 bənzəyən şəxsə aid olan foto şəkili gördüyünü, həmin foto şəkildəki şəxsin Gülzar olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə (qeyd:sifəti görülməyən yarıçılpaq qadın şəkilin hansı əlamətlərinə görə Gülzara guya oxşamasının öyrənilməsi halı, sübut edir ki,həmin yarı çılpaq qadın bədənini şəkilinin Gülzara aid olması qərəzli şəkildə yayılmışdır) qohumu Aynura göndərdiyini, Aynur ona heçnə demədən Quliyev Vasif Hicran oğlu adlı bir qohumuna həmin şəkili göstədiyini, sonradan 2025-ci ilin iyun ayında Samirin anası Sevda Bədəlovanın onu oğlunun ailəsini dağıtmasını əsas gətirərək polisə verəcəyini dediyi zaman bu məsələdən xəbərdar olduğunu, Zərərçəkmiş şəxs1 Tiktok sosial şəbəkəsində onun arvadı Gülzarın ona xəyanət etdiyi barədə sübutları pul qarşılığında ona təklif edən şəxsin o olmadığını bildirmişdir. Lakin zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 2024-cü ilin noyabr ayında Tik-tok səhifəsinə “düzünə deyən şəxs” adlı profil tərəfindən ismarıc gəldiyini həmin şəxsin ona arvadının (Gülzarın) şəkilini (şəkil başsız yarı çılpaq qadın bədənindən ibarət olub və Adilə tərəfindən yayılan şəkillə eynilik təşkil edir) ataraq arvadının guya başqa şəxslə danışdığının yazdığını, sonra həmin şəxsin ona bu barədə məlumatları verəcəyi qarşılığında ondan 500 manat pul isdədiyini,lakin kart nömrəsini göndərdikdən sonra silməsi məsələsindəki şəkil elə barəsində şikayət verilmiş şəxs Adilə Abdullayeva tərəfindən həyat yoldaşı X9 telefonu vasitəsi ilə yaydığı şəkillə eynilik təşkil etməsi faktı deməyə əsas verir ki, “düzünə deyən şəxs” adlı profil tərəfindən ismarıc göndərən şəxs elə Adilə Abdullayeva ilə əri Elvin Abdullayevdir. X13 ilə əri Elvin Abdullayev heç bir oxşarlıq əlmətləri olmadan, habelə şəklin Zərərçəkmiş şəxs2 bənzətmək üçün əsaslar olmadan qərəzli olaraq guya bu şəkilin Zərərçəkmiş şəxs2 aid olub-olmasını öyrənmək məqsədi ilə kişi ilə canlı yayımda başı (sifəti) görünməyən yarıçılpaq qadın bədən fotosunu bir neçə şəxsə (nəfərə) göndərməklə yayaraq, habelə bu məsələnin ört basdır etmək üçün ondan 500 manat pul istəməsi onun, ümumilikdə ailəsinin şərəf və ləyaqətini ləkələyən, habelə işgüzar nüfuzuna xələl gətirən təhqir və böhtan xarakterli hərəkət olmaqla hazırki, xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan əməllər törətmişdir. Barəsində şikayət verilmiş şəxslər, X16 və X7 onun, habelə ailəsinin şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələyən təhqir və böhtan xarakteri daşıyan fotonu qərəzli sosial şəbəkələrdə yayması faktları Siyəzən RPŞnin 22 avqust 2025-ci il tarixli “Cinayət təqibinin başlanmasının rədd olunması haqqında” qərarı ilə müəyyən olunur ki,“həqiqətən barəsində şikayət verilmiş şəxslər guya qohumu Zərərçəkmiş şəxs2 bənzər şəxsin fotosunu gördüyü üçün (hansı ki,fotoda yalnız yarıçılpaq qadın bədəni görünür,sual olunur adətən oxşatma sifətdən olur, bəs nədən ər və arvad qadın bədənini Gülzar olması fikirinə gəlmişdirlər) həmin şəxsin Zərərçəkmiş şəxs2 olubolmamasını öyrənmək məqsədi ilə Aynur adlı qohumuna telefon vasitəsi ilə göndərməsi və Aynurda öz nöbəsində şəkili Vasifə göndərmişdir və bununla da böhtan xarakter daşıyan fotoşəkil sosial şəbəkələrdə WhatsApp vasitəsi ilə yayılmışdır. Odur ki, hesab edir ki, hər kəsin, o cümlədən zərər çəkmiş şəxslərin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi ilə yuxanda qeyd edilən əməllərin törədilməsi əsaslarına görə cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalıdır. Bununla da yuxarıda şərh edilən xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına səbəblərinə aid faktlarla müəyyən olunur ki, barəsində şikayət verilmiş şəxslər Adilə Abdullayeva ilə əri Elvin Abdullayev qərəzli olaraq şəkilin, Zərərçəkmiş şəxs2 aid olmadıqlarını bildikləri halda paylaşıblar. Bu paylaşmanın böhtan xarakterli, habelə maddi gəlir əldə etmək məqsədi ilə edilməsi, özünün fotodakı şəkilin başsız yarıçılpaq qadın fotosu olması ilə mübahisəsiz sübut olunur. Belə ki,o fotonun Zərərçəkmiş şəxs2 oxşamasının ehtimalı olmadığı halda paylaşmış və sonda gəlir əldə etməyə cəhd edilmişdir. Bununla da X9 və X3 qəsdən barələrində təhqir və böhtan xarakterli fotonu qərəzli yayaraq, onun, habelə ailənin təhqir olunaraq şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan əməllər törədməklə ailə üzvlərinin arasında bir müddət sözsöhbət salaraq ailənin etibarı el-oba arasında sarsıldılmış və hal-hazırda ailə şühbə altındadır. Məhkəmənin növbəti hazırlıq iclası 28 yanvar 2026-cı il tarixə təyin olunmuş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmənin hazırlıq iclası 02 fevral 2026-cı il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada növbəti dəfə məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təkrarən məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə öncədən məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X16 və müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, X3 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X17 ayrı-ayrılıqda çıxış edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin təkrarən məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməməsinin nəzərə alınmasını, CPM-nin 299.8-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. CPM-nin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiklərindən, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Həmçinin, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri X4 və X10 müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X16 və X3 müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X16 və X3 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi ittiham qaydasında şikayəti üzrə üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X11 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat, X5 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məşhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar