Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-5/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 17.45 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X12, Xüsusi ittihamçı X8 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 (Ülviyyə Alovlu), Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 (Ülviyyə Alovlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X15 X1 (Ülviyyə Alovlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X15 şikayətində X1 ona qarşı kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn:İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız? O toxumu səpən siz və sizin kimilər olmadı.?», habelə «İnstagram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Röyanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan? Röya indiyə kimi altın çəkir, şərhinə cavab olaraq «yaxşı s….... Floranın da, sənin də ağzını» kimi və sair ifadələr yazaraq onun şərəf və ləyaqətini ləkələdiyini iddia etmişdir. Buna görə də, xüsusi ittihamçı Flora Kərimova X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X15 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 - şikayətdə qeyd olunan: kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn: İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız? O toxumu səpən siz və sizin kimilər olmadı?», habelə «İnstagram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Röyanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan? Röya indiyə kimi altın çəkir, şərhinə cavab olaraq «yaxşı s….. Floranın da, sənin də ağzını» kimi və sair sözlər yazaraq cavablandırmasının xüsusi ittihamçı F.Kərimovanın şərəf və ləyaqətini ləkələyən və böhtan xarakterli məlumatlar yaydığına görə X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 (Ülviyyə Alovlu) bəzi adamların onun adından feyk (saxta) profillər yaradılaraq guya onun Flora Kərimovanı təhqir etdiyi göstərərək ona qarşı qoymağa çalışırlar. O, bir daha bəyan edir ki, Flora Kərimovaya söyüş yazan o olmamışdır və yazılanlara görə də o, cavabdeh deyil. Onun yalnız bir profili var. Onun adına yaradılan feyk (saxta) profillər barəsində isə aidiyyatı qurumlara onun tərəfindən artıq şikayət olunmuşdur. Buna görə də, onun əməlində hər hansı cinayət tərkibi olmadığına, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində hər hansı cinayət tərkibi olmadığına görə, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittihamçını və onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun vəkilini dinləyib, belə qənaətə gəlir ki, X5 (Ülviyyə Alovlu) Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət təqibinə xitam verilməli, habelə CM-nin 147.2-ci maddəsi ilə isə onun təqsiri sübuta yetirilmədiyindən həmin maddə ilə isə ona bəraət verilməlidir. Belə ki, iş materiallarında kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində Flora Kərimova barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn:İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız” O toxumu səpən siz və sizin kimilər olmadı?» kimi ifadələr əks olunan yazı mətnləri mövcuddur. Həmçinin, iş materiallarında «İnstagram» sosial şəbəkəsi vasitəsilə Ülviyyə Alovluya - «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Röyanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan? Röya indiyə kimi altın çəkir, şərhinə cavab olaraq «yaxşı s….. Floranın da, sənin də ağzını» kimi ifadələr əks olunan yazı mətnləri mövcuddur. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-328/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərarına əsasən məlum olur ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqında X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmuş, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aiddiyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X18 tərəfindən qəbul olunmuş 1(004)-194/2019 saylı, 22 iyul 2019-cu il tarixli qərara əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyatının müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1117/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərardadına əsasən məlum olur ki, X8 xüsusi ittiham qaydasında şikayəti toplanmış materiallarla birlikdə aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, iş materiallarında olan qərarlara əsasən məlum olur ki, iş üzrə bir neçə dəfə məhkəmə-linqivistik espertizasının təyin olunması ilə bağlı iş üzrə icraat dayandırılmış, həmçinin bundan sonrakı müddətdə X13 məhkəmə iclasından yayındığına görə onun barəsində məcburi gətirmə qərarı çıxarılmış, daha sonra isə axtarış verilməklə icraat dayandırılmış, sonra isə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2019-cu il tarixli, 27044 saylı ekspertizaya təqdim edilmiş 1(001)- 444/2019 saylı cinayət işinin tədqiqat materiallarında olan X4 internet xəbər portalında X16 haqqında söylədiyi «Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin «Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz?» kimi bitməmiş sualına «Yaxşı arvadın əri ailədən getməzdi»- deyərək, özünə bəraət qazandıran, «efirdə ilk dəfə dekoliteli libası mən geymişəm» -deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad onlara bidad.Axı niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz TV və sənət divaları özünüzü mənəviyyət polisi kimi aparıb, bundan riyakarlıqla isifadə edirsiniz? Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum qardaşlarını niyə cinayətə sövq edirsiniz, yoxsa o taxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz, kimi məlumatlar X9 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/116 saylı, 04 oktyabr 2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsusi ittihamçı X8 şikayətində X1 ona qarşı kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında –mediapress.az, azxəbər.com), «instaqram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu yazılar- Məsələn: İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O, toxumu səpən siz və sizin kimilər olmadımı? Kimi ifadələr xüsusi ittihamçı X8 şərəf və ləyaqətini ləkələyən, işgüza nüfüzüna xələl yetirən məlumatlardır.X1 xüsusi ittihamçı X14 haqqında kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında- mediapress, azxəbər.com) yazdığı ifadələr dialoji nitq formasında olmayıb X1 şəxsi fikri kimi qəbul edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1748 saylı, 10 yanvar 2022-ci il tarixli məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsusi ittihamçı X8 şikayətində X1 ona qarşı kütləvi nümayiş olunan resurslarda- «İnstaqram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Royanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan? Röya indiyə kimi altın çəkir şərhinə cavab olaraq «yaxşı ….Floranın da, sənin də ağzını» yazaraq cavablandırılması X7 şərəf və ləyaqətini nalayiq şəkildə alçaldan, eyni zamanda işgüzar nüfuzuna xələl yetirən təhqir xarakterli ifadələrdir, Yazılmış cümlədə böhtan əks etdirə bilən söz və ifadələr müəyyən olunmadı. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X2 nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində xüsusi ittihamçı Flora Kərimova barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn:İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız” O toxumu səpən siz və sizin kimilər olmadı ?» kimi ifadələr, habelə «İnstaqram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Royanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan? Röya indiyə kimi altın çəkir şərhinə cavab olaraq «yaxşı ….Floranın da, sənin də ağzını» yazdığı təsdiqini tapır. Həmin məlumatları paylaşaraq təhqir və böhtan xarakterli ifadələri işlətməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında Flora Kərimovanın yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları yaymış və həmin məlumatların təhqir və böhtan olması ekspertizanın rəyləri ilə də təsdiqini tapdığına görə Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrinin maddələrinin təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən - Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir.Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir.Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Həmçinin, qanunvericiliyə əsasən Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Məhkəmə xüsusi ittihamçını və onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onlun vəkilini dinləyib, belə qənaətə gəlir ki, X5 (Ülviyyə Alovlu) Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrlə təqsirli hesab edilməli, lakin həmin maddələrlə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.Cinayət Məcəlləsinin qüvvədə olan redaksiyasının məzmunundan aydın olur ki, CM-nin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir.Yəni iş materiallarına əsasən baxılan iş üzrə cinayətin törədildiyi vaxtdan artıq 2 ildən artıq vaxt keçdiyinə görə (cinayət işi üzrə icraatın dayandırıldığı müddətlər nəzərə alınmaqla) təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilə bilməz.Nəzərə alınmalıdır ki, CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 (Ülviyyə Alovlu) AR CM 147.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona bəraət verilməlidir.Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 (Ülviyyə Alovlu) - xüsusi ittihamçı Flora Kərimovanı hər hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham edərək ona hər hansı böhtan atmamışdır.Belə ki, CPM-nin 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs X5 (Ülviyyə Alovlu) istinad edilən (Azərbaycan Respublikası CM-in 147.2) cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Lakin, təqsirləndirilən şəxs X11 (Ülviyyə Alovlu) istinad edilən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, sübutların məcmusu həmin maddə ilə xüsusi ittihama qiymət verilməsi baxımından kifayət etmir.Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X5 ümumiyyətlə CM-nin 147.2-ci maddəsi ilə isə təqsirliliyi sübuta yetirilmir.Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, X5 (Ülviyyə Alovlu) təqsirli bilindiyi CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona həmin maddə ilə bəraət verilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat X3 (Ülviyyə Alovlu) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X5 (Ülviyyə Alovlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. X5 (Ülviyyə Alovlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirlmədiyinə görə ona bəraət verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X10 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-5/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-5/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver