Məhkəmə qərarları › İş №1(001)-50/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-50/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-50/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq qəsəbəsi, M.Namazov küçəsi nömrəsiz evdə yaşayan, işləməyən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 12.09.2017-ci il tarixli 1294/ş saylı əmrlə həmin Nazirliyin X1 və X4 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə 01.03.2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib oğlu Samir İsmayıllını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İmişli şəhərində yerləşən tabeliyində olan qurumların birində işlə təmin edilməsində köməklik göstərilməsi barədə 26.07.2019-cu il tarixdə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 66 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasında yerləşən xidməti otağında görüşləri zamanı özünə müraciət edən Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Samir İsmayıllının işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə birlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Samir İsmayıllının xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə birlikdə bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2 avqust 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasında 5.000 (beş min) manat məbləğində pul vəsaitini Şahid1 alıb qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2019-cu ilin oktyabr ayında 3.000 (üç min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində əlavə olaraq verilməsinin zəruri olmasını Şahid1la ünvan 3 ünvanında görüşləri zamanı aldatmaqla ona bildirərək, onun razılığını almaqla sövdələşib, habelə bununla əlaqədar qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi vasitəsilə Şahid1 həmin məsələnin həllinin artıq yekunlaşmasını yalandan bildirərək onda əminlik yaradıb, eyni niyyətlə, 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən “Bravo” supermarketinin qarşısındakı avtomobil dayanacağında 3.000 (üç min) manat məbləğində pul vəsaitini Şahid1 alıb ələ keçirərək qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirib, 2021-ci ilin mart ayında ünvan 4 ünvanında yerləşən “Elite” ticarət mərkəzinin həyətində X5 rayonunda qarnizona təqdim etmək üçün yol xərci adı ilə 200 (iki yüz) manat məbləğində pul vəsaitini Şahid1 istəyib alaraq ələ keçirib qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 8.200 (səkkiz min iki yüz) manat məbləğində pul vəsaitini istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Samir İsmayıllının xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində 2002-ci ildən, 17.09.2017-ci il tarixdən 2021-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, X1 və X4 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi işləmişdir. 11 mart 2021-ci il tarixdə isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli hökmü ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2019-cu ilin iyul ayında o, İmişli rayon sakini Şahid1 Cəmaləddin oğlunu dostu ilə birgə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində qəbul edərkən sonuncu oğlu X2 Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə işə qəbul edilməsində köməklik göstərməyini xahiş etmiş, bunun üçün ona 6000 manat verə biləcəyini demiş, o İsmayılov Şahid1 oğlunu 6000 manata deyil, 8000 manat məbləğində pul vəsaiti müqabilində işə qəbul edilməsini təmin edə biləcəyini bildirmişdir. 02 avqust 2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyində xidməti otağında Şahid1 oğlu Samir İsmayıllıya aid olan sənədləri və 5000 (beş min) manat pulu ona vermiş, 2019-cu ilin dekabrında Bakı şəhəri Xətai rayonu, Babək prospektində yerləşən “Bravo” super marketin qarşısındakı avtomobil dayanacağında Şahid1 əlavə olaraq 3000 (üç min) manat almış, 2021-ci ilin mart ayında isə “ELİT” ticarət mərkəzinin həyətində Samir İsmayıllını rayonda qarnizona təqdim etmək adı ilə yol pulu kimi 200 (iki yüz) manat əlavə almışdır. O, Samir İsmayıllını həqiqətən də işə düzəldilməsi üçün müəyyən şəxslərdən xahişlər etməyi fikrində tutmuş, lakin işlər planlaşdırdığı kimi getmədiyindən və işdən öz ərizəsi ilə çıxması səbəbindən bunu edə bilməmişdir. Sonradan isə pul vəsaiti olmadığından aldığı pulu Şahid1 qaytara bilməmişdir. O, Şahid1 aldığı puldan heç kəsə pul verməmiş, həmçinin pul verəcəyinə dair də söz verməmiş, pulların hamısını özü xərcləmişdir. O, Şahid1 oğlu Samir İsmayıllını FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəyini deməmişdir. Onun göstərişi ilə Samir İsmayıllı DYMX-nin 18-ci hissəsində fiziki hazırlıq üzrə qabiliyyət imtahanı vermiş, lakin Samir İsmayıllını FHN-nin Tibb Xidmətində müayinədən keçməsi üçün göndərdiyini xatırlamır. ***-******* saylı nömrə ona FHN-də işlədiyi dövrdə verilmiş, həmin nömrəni İqbal Hüseynova istifadə etmək üçün vermişdir, bəzən İqbal özünü “Elman” kimi təqdim edirdi, o da Şahid1 İqbalın nömrəsini verib onun guya FHN–nin kadrlar idarəsində işləyən Elman adlı şəxs kimi qələmə vermişdir. Onun hər hansı şəxsi işə qəbul etmək və ya bu məqsədlə təqdimat yazmaq səlahiyyəti olmamışdır. O, Şahid1 sonuncunun oğlu Samir İsmayıllını FHN-nin İmişli şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumların birində işə qəbul etdirməyi müqabilində 2019-2020-ci illərdə ümumilikdə rüşvət qismində 8200 manat pul almış, həmin pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Şahid1 vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında oğlu Samir İsmayıllı müddətli həqiqi hərbi xidməti başa vurub ordu sıralarından tərxis olunduqdan sonra 26 iyul 2019-cu il tarixdə oğlu, o və dostu Şahid2 birlikdə oğlu X3 Hallar Nazirliyində işə düzəltmək üçün Bakı şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Xətai metrosu yaxınlığında yerləşən inzibati binasına getmişlər, binanın növbətçisi ilə oğlunun işə düzəlməsi üçün müraciətin hansı formada və kimə edilməsi barədə söhbət apararkən əvvəllər tanımadığı Fövqəladə Hallar Nazirliyinin xidməti formasında olan adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq nə ilə bağlı Nazirliyə gəlməyini soruşmuş, o da oğlunu işə qəbul etdirmək istədiyini dedikdə Təqsirləndirilən şəxs onu və dostu Şahid2 nazirliyin 9-cu mərtəbəsində yerləşən xidməti otağına dəvət etmiş, Samir aşağıda onları gözləmişdir. Təqsirləndirilən şəxs onlara tələb olunan sənədlərin siyahını verib oğlunu işə qəbul etdirmək üçün 5000 (beş min) manat pul lazım olduğun və təqdim olunmalı sənədlərin siyahısını vermiş, həmin pulu adını çəkmədiyi rəhbərliyə verəcəyini bildirmişdir. O və Şahid2 02 avqust 2019-cu il tarixdə yenidən Fövqəladə Hallar Nazirliyində Təqsirləndirilən şəxs xidməti otağında Təqsirləndirilən şəxs ilə görüşmüş və o sonuncuya oğluna aid olan sənədlər və 5000 (beş min) manat pulu vermişdir. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, 2019-cu ilin oktyabr ayında artıq oğlu X7 şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumların birində işlə təmin olunacaqdır. 2020-ci ilin oktyabr ayında o oğlu ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi inzibati binanın qabağına gəlmiş, oğlu orada adını bilmədiyi FHN-nin işçiləri ilə Biləcəri qəsəbəsində yerləşən hospitalda müayinəyə gedib geri dönmüşdür. Təqsirləndirilən şəxs pulu verdikdən bir ay sonra Təqsirləndirilən şəxs Nazirliyin Kadrlar şöbəsində işlədiyini dediyi Elman adlı şəxsin ***-***-**-** saylı nömrəsini verib onunla əlaqə saxlamalı olduğunu demiş, o Elmanla 2019-cu ilin oktyabr ayından telefonla əlaqə saxlamağa başlamış, həm Abış, həm də ki Elman ona işin qısa müddətə düzələcəyi barədə yalan vədlər vermişlər. Təqsirləndirilən şəxs və Elman bir neçə dəfə onu işə qəbul əmrini götürməsi üçün Fövqəladə Hallar Nazirliyinə çağırmışlar, lakin ora getdikdə sonuncular ona əmri vermədilər və Təqsirləndirilən şəxs ondan işin həll edilməsi üçün əlavə olaraq 3000 (üç min) manat istəmiş, o bir həftə ərzində pulu tapıb 2019-cu ilin dekabrında dostu Şahid2lə birlikdə Bakı şəhəri Xətai rayonu, Babək prospektində yerləşən “Bravo” super marketin qarşısındakı avtomobil dayanacağında Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul vermişdir. 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng vurub Fövqəladə Hallar Nazirliyinin işçilərinin İmişli şəhərinə gəlib oğlu İsmayıllı Samiri qarnizona təqdim edəcəklərini söylədi və yol pulu kimi 200 (iki yüz) manat pul istəmiş, o da Bakı şəhərində yerləşən “ELİT” Ticarət Mərkəzinin həyətində 2021-ci ilin mart ayında saat 11- 12 radələrində Təqsirləndirilən şəxslə görüşüb ona 200 (iki yüz) manat yol pulu vermişdir. Lakin, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs nə onun oğlunu işlə təmin etmiş, nə də pulunu ona geri qaytarmışdır. Onun Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda hu işlə əlaqədar olaraq “whatsapp” yazışmaları da olmuş, həmin yazışmaları təhqiqata təqdim etmişdir. Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat pulu ondan rüsum kimi almamış, sonuncu ona demiş ki, götürülən həmin məbləğin bir hissəsi özünə çatacaq, digər hissəsi isə kimlərəsə bölüşdürəcək, lakin Abış pulun bölüşəcəyi digər şəxslərin adını ona deməmişdir. O oğlu Samir İsmayıllını FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmiş, çünki orada müraciət üçün maraqlanarkən Təqsirləndirilən şəxs onları qəbul edib məsələ üçün pul tələb olunduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs pulu verərkən həmin pulun rüsum şəkildə götürüldüyünü düşünmüşdür. Şahid1 tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28.07.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 05.08.2021-ci il tarixli “whatsapp yazışmlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrələr arasında aparılan yazışmalara baxış keçirilmiş və baxış zamanı “Salam Abış mənim xəstəyəm var rayona getməliyəm sizin idarənin yanındayam, gəl pulu sənədi vermən çıxım gedim, Samirin işə nə vaxt çıxacağını deyin bir il yeddi aydır 8200 manat pulumu verib gözləyirəm, Abış nə vaxtacan gizlənəcəksən zəngə cavab ver, məni məcbur eləmə gəlim bütün nazirliyi töküm evinin qabağına, Abış məni 8200 manat pulumu ,attestat və qalan sənədləri ver mənə sənin işin lazım deyil; Heç kim heç kimi aldatmır sabah gün ərzində sizə zəng olunacaq əmrin surətini kimdir mənə verən, bunlara 200 maant pul vermək lazımdır, 500 deyirdilər dedim nə qədər lazımdır vermişik də, 5-ci gün gəlib əmrlərini verib gələcəklər 4 nəfərin əmri çıxıb, mən vəsiqəni sizə necə göndərim vəsiqə ilə getməlidir Samir, bugün birinci iş günüdür birazdan gedəcəm idarəyə həll olunmalıdır sizə xəbər edəcəm, bu həftə 100% əmr olacaq narahat olmayın” məzmunlu yazışmaların olduğu müəyyən edilmişdir. 12.09.2017-ci il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 1294/ş saylı əmr çıxarışından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X1 və X4 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi təyin edilmiş, 01.03.2021-ci il tarixli 0267/ş saylı əmr çıxarışından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. 25.08.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə arasında 31.10.2019-cu il tarixdə saat 10:29-da 34 saniyə, saat 12:54də 18 saniyə, 04.11.2019-cu il tarixdə saat 15:15-da 28 saniyə, saat 15:17-də 48 saniyə, 12.11.2019-cu il tarixdə saat 09:39-da 43 saniyə, 13.11.2019-cu il tarixdə saat 09:45-da 56 saniyə, 18.11.2019-cu il tarixdə saat 09:58-da 19 saniyə, 19.11.2019-cu il tarixdə saat 11:30-da 28 saniyə, 19.11.2019-cu il tarixdə saat 15:32-da 50 saniyə, 02.12.2019-cu il tarixdə saat 14:11-da 23 saniyə, 05.12.2019-cu il tarixdə saat 11:03-də 23 saniyə, 16.12.2019-cu il tarixdə saat 16:25-də 23 saniyə, 17.12.2019-cu il tarixdə saat 17:27-də 26 saniyə, 20.12.2019-cu il tarixdə saat 12:50-də 76 saniyə, 24.12.2019-cu il tarixdə saat 14:26-də 20 saniyə, 26.12.2019-cu il tarixdə saat 17:47-də 27 saniyə, 25.02.2020-ci il tarixdə saat 16:53-də 52 saniyə, 27.02.2020-ci il tarixdə saat 16:53-də 98 saniyə, 28.02.2020-ci il tarixdə saat 16:52-də 94 saniyə, 11.03.2020-ci il tarixdə saat 16:25-də 44 saniyə davam edən qarşılıqlı telefon danışıqlarının olduğu görünür. Bundan başqa Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə arasında 26.08.2019-cu il tarixdə saat 17:08-də 32 saniyə, saat 20:04-də 29 saniyə, 27.08.2019-cu il tarixdə saat 08:00-da 14 saniyə, saat 08:25-də 15 saniyə, saat 08:50-də 54 saniyə, saat 15:24-də 37 saniyə, 11.09.2019-cu il tarixdə saat 13:58-da 28 saniyə, 16.10.2019-cu il tarixdə saat 10:33-da 33 saniyə, 22.10.2019-cu il tarixdə saat 10:25-da 40 saniyə, 27.10.2019-cu il tarixdə saat 18:26-da 28 saniyə, 27.10.2019-cu il tarixdə saat 18:28-da 67 saniyə, 28.10.2019-cu il tarixdə saat 13:29-da 32 saniyə, saat 15:39-da 38 saniyə, 29.10.2019-cu il tarixdə saat 09:12-da 31 saniyə, saat 09:30-da 21 saniyə, saat 14:11-də 47 saniyə, saat 09:12-da 31 saniyə, 31.10.2019-cu il tarixdə saat 12:58-da 32 saniyə, 06.11.2019-cu il tarixdə saat 11:51-da 22 saniyə, 12.11.2019-cu il tarixdə saat 13:40-da 18 saniyə, saat 15:23-də 24 saniyə, 13.11.2019-cu il tarixdə saat 09:59-da 27 saniyə, 19.11.2019-cu il tarixdə saat 09:59-da 68 saniyə, 20.11.2019-cu il tarixdə saat 12:16-da 90 saniyə, saat 16:32-də 71 saniyə, saat 15:48-da 56 saniyə, 06.12.2019-cu il tarixdə saat 16:37-da 45 saniyə, 13.12.2019-cu il tarixdə saat 18:55-da 30 saniyə, 19.12.2019-cu il tarixdə saat 12:46-da 34 saniyə, saat 13:32-da 50 saniyə, saat 17:36-da 39 saniyə, 20.12.2019-cu il tarixdə saat 09:40-da 37 saniyə, 14.01.2020-ci il tarixdə saat 13:59-da 33 saniyə, 17.01.2020-ci il tarixdə saat 09:29-da 60 saniyə, 28.01.2020-ci il tarixdə saat 10:45-da 130 saniyə, 13.02.2020-ci il tarixdə saat 16:35-da 75 saniyə, 18.02.2020-ci il tarixdə saat 15:00-da 34 saniyə, 18.02.2020-ci il tarixdə saat 15:00-da 34 saniyə, 27.02.2020-ci il tarixdə saat 17:28-da 97 saniyə, 18.05.2020-ci il tarixdə saat 20:02-da 49 saniyə davan edən qarşılıqlı telefon danışıqları olduğu görünür. 26.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinə tövsif edilmişdir. Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında aparılan “whatsapp” yazışmaları iş üzrə maddi sübut kimi tanınınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 27.08.2021-ci il tarixli “təsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. 27.08.2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 17.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində KQMBİ-də istintaqı aparılmış ********* nömrəli cinayət işi 31.05.2021-ci tarixdə məhkəməyə göndərilmişdir. 21.10.2021-ci il tarixli Şahid1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 sentybar 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02.03.2022-ci il tarixli, 1(103)-137/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03.04.2014-cü il təvəllüdlü X8 və 03.11.2017-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası isə hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında aparılan “whatsapp” yazışmaları cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında aparılan “whatsapp” yazışmaları cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar