Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-50/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, 08 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(099)-28/2021 saylı, 16 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1,181.2.3, 181.2.5, 318.1, 66.3 və 93-1.2-ci maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cəza çəkdiyi və saxlanıldığı Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində “X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya olan bir ədəd soyuq silah hesab olunmayan, soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, məişət təyinatlı məftildən əldə düzəldilmə üsulu ilə hazırlanmış biz formasında aləti istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və istifadə edərək, xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində saxlanıldığı cərimə təcridxanasının 1 saylı kamerasında sol qarın nahiyyəsinə xəsarət yetirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək cəza çəkdiyi Penitensiar Xidmətin 11 X3 cərimə təcridxanasının 1 saylı kamerasında xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində sol qarın nahiyyəsinə xəsarət yetirdiyi məişət təyinatlı məftildən əldədüzəldilmə üsulu ilə hazırlanmış biz formasında aləti hadisə baş verdiyi gün günorta vaxtlarında cərimə Təcridxanasının həyətində gəzinti zamanı oturacaqda əyləşərkən təsadüfən həmin oturacağın alt hissəsindən taparaq onu ayağında olan başmağın içərisində gizlədərək, cərimə Təcridxanasında saxlanıldığı kameraya keçirdiyini, cərimə Təcridxanasından çıxarılması tələbi nəticəsiz qaldığı üçün, psixoloji gərginlik keçirdiyi səbəbindən özünə xəsarət yetirdiyini qeyd edərək, cəza çəkdiyi müddətdə müəssisə əməkdaşları və ya məhkum yoldaşları ilə aralarında heç bir münaqişə və ya mübahisə olmadığını, heç bir fiziki və ya mənəvi zorakılığa, işgəncəyə məruz qalmadığını, hər hansı bir ruhi-əsəb xəstəliyinin olmadığını, özünü öldürmək, intihar həddinə çatdırmaq kimi ona qarşı amansız rəftar olunmadığını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Penitensiar Xidmətin 11 X3 Əməliyyat Şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 bildirmişdir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində saxlanıldığı cərimə təcridxanasının 1 saylı kamerasında çarpayının məftil parçası ilə sol qarın nahiyyəsinə xəsarət yetirmişdir.Belə ki, məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 1 saylı dəstənin yataqxanasına müəssisə əməkdaşları tərəfindən baxış keçirilərkən maneçilik törətdiyinə, əməkdaşların qanuni tələblərinə tabe olmadığına görə 7 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.Həmin gün saat 22:00 radələrində məhkum Təqsirləndirilən şəxs kameranın qapısını bərkdən döyərək qeyri-qanuni tələblər, cərimə təcridxanasından çıxarılmasını tələb edərək, intizamsızlıq etmişdir.Müəssisə əməkdaşları məhkum Təqsirləndirilən şəxs irad bildirərək onu intizama dəvət etmişlər.Lakin məhkum tutulan iradlara məhəl qoymayaraq, özünü aqressiv aparmış, daha sonra isə istəyinə nail olmaq üçün əldədüzəlmə üsulla hazırlanmış, ucu biz formalı məftillə sol qarın nahiyyəsinə xəsarət yetirmişdir.Dərhal şahidlərin iştirakları ilə məhkum Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilərək o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmiş, Müalicə müəssisəsində məhkum Təqsirləndirilən şəxs qarın boşluğuna yeritdiyi məftil parçası cərrahiyyə müdaxiləsi ilə götürülərək, həmin əşya müəssisəyə göndərilmiş, əşya zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahidlər Penitensiar Xidmətin 11 X3 əməkdaşları Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını, ekspert rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ballistik ekspertizasının 14 iyul 2022-ci il tarixli, 3/913 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, məişət təyinatlı məftildən əldədüzəldilmə üsulu ilə hazırlanmış biz formasında alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “X2 İntizam Qaydalarf’nın təsdiq edilməsi barədə 19 noyabr 2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə, hökmə və qərara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 318.1, 66.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinib, 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, ona CM-nin 317-2.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını və şahid ifadələrini və dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalı, həmçinin Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(099)-28/2021 saylı, 16 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi olan 7 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və ona qəti cəzası təyin edilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan – 1 (bir) ədəd soyuq silah hesab olunmayan, soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 48 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(099)-28/2021 saylı, 16 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi olan 7 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan – 1 (bir) ədəd soyuq silah hesab olunmayan, soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 48 (qırx səkkiz) saat hüquqi xidmətin dəyəri 288 (iki yüz səksən səkkiz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB****** ****0321701115, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-50/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-50/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver