Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-50/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı məhkumluğu olmayan, işləməyən Göyçay şəhəri, Nizami küçəsi ev 100-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 17 avqust 2022-ci il tarixdə tanışı 16 yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lake” otelə gələrək orada saat 02 radələrində otelin otağında yerləşən çarpayıda öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edib çıxartmaqla öz seksual ehtirasını təmin etdikdən sonra davamlı olaraq 19 avqust 2022-ci il tarixdə saat 01 radələrində və 21 avqust 2022-ci il tarixdə saat 02 radələrində həmin otelin otağında yerləşən çarpayıda eyni şəraitdə 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, baş vermiş hadisə ilə bağlı peşman olsa da, Zərərçəkmiş şəxs yaşını bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ona 17 yaşında olduğunu, 18-ə keçdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan şikayəti olmamış, zərərçəkmiş şəxsin anası ilə problemləri olmuşdur. Hadisə keçən il baş vermişdir. O, hadisə olan vaxt evakuator sürücüsü işləmişdir. Bakı şəhərində yerləşən “Dəniz Mall” adlı ticarət mərkəzi tərəfdə Zərərçəkmiş şəxs oturub ağlayarkən görmüş və yaxınlaşaraq tanış olmuşdur. Zərərçəkmiş şəxs ona evdən qaçdığını bildirmiş, onun düz eləmədiyini, anasının narahat olacağını demişdir. Zərərçəkmiş şəxs onunla xeyli söhbət etmiş, şəxsi ailə məsələlərin, hətta atasının onları atıb getməsi haqqında danışmışdır. O, Selcanın psixoloji vəziyyətinin yerində olmadığını hiss etmişdir. Selcan anası haqda çox danışmışdır. Şəhərdə bir az gəzdikdən sonra nə qədər desə də ki, aparım səni evə Zərərçəkmiş şəxs razılaşmamışdır. Tanış olduqları ilki gün “Lake” otelə getmişdirlər. Ertəsi gün, o, işə gedərkən Selcan Rəhimovanı özü ilə aparmış və o, evakuatorda işləyəndə onun yanında oturmuşdur. Selcan Rəhimovanın altı gün davamlı olaraq yanında olduğunu, anası ilə danışmağa razı salmağa çalışsa da Selcan onunla razılaşmamaışdır. Onun yanında olduğu müddətdə bir dəfə dayısı ilə danışmışdır. Dayısının ona nə danışıq zamanı nə dediyini bilməmiş, danışdıqdan sonra gəlib maşına oturaraq evə qayıtmayacağını demişdir. Selcan Rəhimovanı evə qayıtmağa məcbur edə bilməmişdir. “Lake” oteldə bir il bundan öncə onunla tanış olduğunun ikinci günü axşam saatlarında bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdurlar. Əlaqədə olmaq niyyətinin olmadığını, buna təşəbbüsün Selcan Rəhimovadan gəldiyini bildirmişdir. “Lake” oteldə daha öncə heç vaxt olmamış, Selcan Rəhimovanın ona təbii yolla cinsi əlaqədə olmağı təklif etdiyini lakin ona qarşı bunları edə bilməyəcəyini, onu bədbəxt edə bilməyəcəyini söyləmişdir. İki gündən sonra yenidən qeyri-təbii yolla cinsi əlaqədə olmuşdurlar. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Özündən əvvəl Selcan Rəhimovanın başqa bir oğlanla cinsi əlaqədə olduğunu və o oğlanı tanımadığını söyləmişdir. Ona bu haqda iş üzrə müstəntiq Ramil Qabulov demişdir. Selcan özü ona həmin oğlan haqda deməmiş, qonşularında bir oğlan olduğunu və ona patı, yəni prixotrop maddə təklif etdiyini danışmışdır. O Selcan Rəhimova ilə tanış olduğu gün onun insan kimi mənəvi boşluqda olduğunu hiss etmiş, onu əvvəllər tanımamış, məqsədi onu aparıb hansısa polis bölməsinə təhvil vermək olmuşdur. Həmin gün avtomobili saxlayanda Selcan Rəhimova düşüb qaçmış, onu polis bölməsinə aparmamasını xahiş etmişdir. O, Selcan Rəhimovanın yaşı ilə bağlı ona yalan dediyini bilməmişdir. O, Selcanın 15 yaşı olmasını bilsə idi işin bu yerə gəlib çıxmayacağını söyləmişdir. Selcanın yaşını ona sual verən zaman bilmişdir. Onun 17 yaşı olmadığını 06 ay Səbail rayonunda ona polis əməkdaşı tərəfindən ona deyildikdən sonra bilmişdir. Selcan Rəhimova evə qayıtmaq istəməmiş, anasının ona etdiklərindən danışmış, yüngül həyat tərzi keçirən qadın olmaq istədiyini söyləmişdir. O, Selcan Rəhimovanı taksi ilə yola salmış, onun qohumları Selcan Rəhimovanı onun yanında olduğu müddətdə axtarmamışdır. O, Selcana demişdir ki,” ananın nömrəsini ver mən danışım normal, sən də rahat ol, mən də rahat olum. Belə qaçmaqla hara kimi gedəcək?!“. Selcan Rəhimova həmin müddətdə iki dəfə dayısı ilə danışmış, lakin onların nə danışdığını bilməmişdir. O, məhkəmədə şahid qismində dindirilmiş Şahid tanımadığını, oteldə ona yaxınlaşmadığını, onu görmədiyini söyləmişdir. Oteldə başqa adama yaxınlaşdığını bildirmişdir. Bir həftə ora gedib-gəlmiş lakin orada bu adamı görməmişdir.”Lake” hotelə yaxınlaşanda xanımla olduğunu demiş, amma hotelin əməkdaşları xanımın kim olması ilə maraqlanmamışdırlar. Hoteldə olan vaxt ofisiant onlara çay, su gətirmişdir. Bu əməlinə görə işsiz qaldığını, ailəsinin başıaşağı olduğunu söyləmiş və barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə iştirakı ilə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tanışı olan bir nəfər qız evinə gəlmiş, yanında da it gətirmişdir. Bulvarda gəzməyi təklif etmiş, anası həmin vaxt ona əsəbiləşmişdir. O, tanışı olan qızla çıxmış lakin evə bir az gec qayıtdığına görə anası ona hirslənmiş, onudan mobil telefonunu tələb etmişdir. Bundan sonra əsəbi olduğu üçün bir az yaşadığı məhəllədə gəzmiş, su içmişdir. Ac olmuş və bir az şirniyyat yemişdir. Təxminən saat 22:30 radələrində bulvara gəlmişdir. Bulvarda gəzərək «Dəniz Mal» ticarət mərkəzinə çatmışdır. «Dəniz Mall» ticarət mərkəzindən üzü aşağı pilləkənlərdə oturub fikirləşən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bu saatda tək oturmasının səbəbini soruşmuşdur. O, Təqsirləndirilən şəxs anası ilə mübahisə edərək evdən çıxdığını demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, «elə bir şey etmə, bu pis bir şeydir, gəl səni aparım qoyum evinə». Abdulla ona üç dəfə onu evinə qaytarmağı təklif etməsinə baxmayaraq, o, getmək istəmədiyini deyərək onunla razılaşmamışdır. Təqsirləndirilən şəxs bu zaman ondan ac olub-olmadığını soruşmuşdur. O, yemək yemək istəmədiyini demiş, ondan sonra onlar söhbət edərək şəhərin «Tarqovi» adlanan yerinə çatmışdırlar. Abdulla ona su, sonra isə dönər almışdır. Yedikdən sonra, bir az da söhbət etmişdirlər. Həmin vaxt Abdulla ona «istəyirsən mamanın nömrəsini ver mənə, mən danışım. Maman heç nə deməsin sənə» demişdir. O isə təkrar olaraq evə qayıtmaq istəmədiyini söyləmişdir. Daha sonra Abdulla tanışları ilə harada qalmaq olar deyə maraqlanmış, karoekeyə getmiş, orada şirniyyatla bir az çay içdikdən sonra saat beş-altının yarısı olanda otelə getmişdirlər. Həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Hoteldə ondan heç kim şəxsiyyət vəsiqəsi istəməmişdir. Hotelin qeydiyyat bölməsinə Abdulla özü tək yaxınlaşmışdır. Həmin vaxt avtomobildə-taksidə gözləmişdir. Avtomobildən düşən kimi otağa giriş hotelin xaricindən olduğundan həyətindən birbaşa otağa daxil olmuşdur. Abdulla ondan yaşını soruşduqda yaşının 17 olduğunu, məktəbdən çıxdığını söyləmişdir. Abdulla ilə birlikdə vaxt keçirdikləri bir həftə ərzində, qeyri-təbii yolla, iki dəfə, ayrı-ayrı günlərdə, hər dəfə eyni hoteldə, könüllü surətdə cinsi əlaqədə olmuşdur. Aralarında bu əlaqə təsadüfən baş vermişdir. Ona qarşı Abdulla tərəfindən hər hansı bir hədə, zor, şiddət olmamışdır. Bir həftə onunla vaxt keçirmiş, elə gün olmuşdur ki, olmuşdur ki, heç otelə getməyərək Abdullanın idarə etdiyi evakuatorda qalmışdırlar. Gecələr evakuatorda qalmış, gündüzlər Abdulla işləmiş, o da yanında oturmuşdur. Abdulla ilə tanış olanda yaşı 15 olmuşdur. Abdullaya yaşı barədə yalan deməsinin səbəbi soruşulduqda o, heç bir səbəb olmadığını, hamıya yaşını böyük dediyini, bunu böyük görünmək istədiyi ilə əlaqələndirmişdir. Əlavə olaraq bildirmişdir ki, əgər yaşının 15 olduğunu desəydi Abdulla polislərdən qorxaraq onu qalması üçün heç bir yerə daxil edə bilməzdi. Şəxsiyyət vəsiqəsi olmadığından Abdulla onu otağa gizli salmışdır. Ümumiyyətlə yaşının bilinməsini istəməmiş, anası onu axtarar, polislərə deyər deyə qorxmuş və orada hotelin işçilərinə özünü göstərməmişdir. Abdullanın özü bilmişdir ki, onun on səkkiz yaşı olmayıb onu heç kim görməməlidir. On səkkiz yaş olmadan hotellərə buraxılış yoxdur. Hotellərdə şəxsiyyət vəsiqəsi istəyirlər. Hotellərdə şəxsiyyət vəsiqəsi tələb edildiyini haradan bildiyi soruşulduqda bu haqda əvvəllər eşitdiyini və anlayışı olduğunu demişdir. Abdulla ilə tanışlıqdan 20-25 gün əvvəl tanışı Cavanşir adlı bir oğlanla məcburi olaraq əlaqədə olmuşdur. Cavanşir ona evin dostunun olduğunu bildirmiş və həmin evə aparmışdır. Abdulla ondan təvəllüdünü soruşmamış, yalnız doğulduğu ay və günü demişdir. O, Abdullanın cəzalandırılmasını istəmədiyini söyləmişdir. Hoteldə ofisiant onlara yemək və sok gətirib, qapıdan vermiş, o, içəriyə-yəni otağa daxil olmamışdır. Üç-dörd dəfə hoteldə olmuş, həyətə çıxmamışdır. O, Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, əvvəllər “Lake” oteldə işləmişdir. Burada olan şəxsləri tanımır. Həmin vaxt o, Lake oteldə administrator olmuşdur. Orada işləyəndə müştərilər qeydiyyata götürülürdü. Həmin vaxt gəlib Abdulla da qeydiyyata götürülüb. Azyaşlıları hotelə buraxmadıqlarını bildirmişdir. Gün ərzində yüzlərə insan gördüyünü, Abdullanı təxmini xatırladığını qeyd etmişdir. Onu da, yenə dəqiq deyə bilmir ki, həmin şəxs Abdulla idi. Yanında xanımı görməmişdir. Oteldə otaqlar qarajlıdır. Şəxs ödəniş edib, öz şəxsiyyət vəsiqəsi ilə qeydiyyata düşüb, istənilən şəxslə otağa daxil olur. Əgər şəxsin yanında kimisə görsələr həmin şəxs də qeydiyyata alınır. Lakin maşının pəncərəsini açıb baxa bilmədikləri üçün yanındakı şəxsi görməmişdilər. Yəqin ki, şəxsiyyət vəsiqəsini verib deyib təkəm buna görə də ona oteldə qalmağa icazə verilib. Oteldə otaqların qiyməti 30, 35, 40 manatdır. Qiymətlər otaqdan asılı olaraq dəyişir.Belə ki, hoteldə qarajlı, qarajsız, kottec tipli otaqlar var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 761 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir.Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və sonuncu istintaqa verdiyi ifadəni təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 578 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilində olduğu aşkar olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Adaptivlik, ünsiyyətçillik, fəallıq, zirəklik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi-psixi xüsusiyyətlərinə görə etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamə və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 11/172 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əsas fərdi-psixi xüsusiyyətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin və öz etdiyi hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək, ona qarşı edilmiş seksual hərəkətlərə qarşı müqavimət göstərmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, yadda saxlamaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyililik əlamətləri müəyyən olunmur. xx.xx.2023-cü il tarixli protokoldam görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20 dəqiqədə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs il Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncular verdikləri ifadəni təsdiq edərək bir birinin üzünə qarşı bildirmişlər. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-548/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimat təmin edilməmiş və sonuncu məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin təsdiq edilməsi haqqında qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 1478 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2024-cü il tarixli, 134 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs fiziki inkişafı əlamətləri, xarici görünüşü və həmçinin skelet yaşı bioloji yaşına 17-17,5 ilə uyğun gəlir. Zərərçəkmiş şəxs hal-hazırda yəni xx.xx.2024-cü il tarixə instrumental müayinənin nəticəsinə əsasən 2022-ci ilin avqust ayında yaşı 15,5-16 ilə uyğun ola bilər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1 maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki,CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Qeyd edilməlidir ki, cinayət hüquq nəzəriyyəsinə görə cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil etməklə cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. CM-in 152.1 maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən cinayət əməlinin obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. Bu cinayətdə zərərçəkmiş şəxsin cinayət törədilənə qədər 14 yaşına çatmış, lakin 16 yaşı tamam olmamış şəxslər çıxış edə bilər. CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olam və ya seksual xarakterli digər hərəkətlər etmədə ifadə olunur. CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət formal tərkibli olmaqla təqsirkarın 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və ya seksual xarakterli hərəkətlər etdiyi anda başa çatmış sayılır. Cinayət qanunvericiliyin tələblərinə əsasən qeyd edilən cinayət əməli subyektiv cəhətdən təqsirin birbaşa qəsd forması ilə törədilir. Qeyd edilməlidir ki, cinayət qanunvericiliyinə görə, şəxs yalniz o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin bas verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya hamin əməlin nəticəsi ilə əlaqədar olur. CM-in 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət dedikdə, qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməl başa düşülür. Göründüyü kimi, əməlin cinayət sayılması üçün mühüm şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsidir. Digər sözlə şəxsin törətdiyi əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə o, təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilə bilər. CM-in 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Göründüyü kimi, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Yəni cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayət törətməyə görə məsuliyyətə cəlb edilə bilər ki, həmin cinayətin törətməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. CM-in 25-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə o zaman təqsirli ola bilər ki, əməli törətmiş şəxs zərərçəkmiş şəxsin on dörd yaşına çatmasını, lakin on altı yaşına çatmamasını dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu edərək onunla cinsi əlaqədə olmuş və ya ona qarşı seksual xarakterli digər hərəkətlər etmiş olsun. Yəni əməli törətmiş şəxs zərərçəkmiş şəxsin on altı yaşına çatmasını bilməmişdirsə, həmin şəxs CM-in 152.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə birbaşa qəsdlə törədilən cinayət əməli olmaqla onu törətmiş şəxsin zərərçəkmiş şəxsin on altı yaşına çatmamamasını bilmiş olsun. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə tanışı 16 yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lake” otelə gələrək orada saat 02 radələrində otelin otağında yerləşən çarpayıda öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edib çıxartmaqla öz seksual ehtirasını təmin etdikdən sonra davamlı olaraq 19 avqust 2022-ci il tarixdə saat 01 radələrində və 21 avqust 2022-ci il tarixdə saat 02 radələrində həmin otelin otağında yerləşən çarpayıda eyni şəraitdə 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə tanışı xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lake” otelə gələrək orada saat 02 radələrində otelin otağında yerləşən çarpayıda öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edib çıxartmaqla öz seksual ehtirasını təmin etdikdən sonra davamlı olaraq 19 avqust 2022-ci il tarixdə saat 01 radələrində və 21 avqust 2022-ci il tarixdə saat 02 radələrində həmin otelin otağında yerləşən çarpayıda eyni şəraitdə 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, lakin həmin zaman zərərçəkmiş şəxsin 16 (on altı) yaşına çatmadığını bilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq materialları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs özünün Təqsirləndirilən şəxs 17 (on yeddi) yaşının tamam olmasını demiş, sonuncu zərərçəkmişin 16 yaşına çatmamasından şübhə etməmiş, onun 17 yaşında olmasına inanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs özünü Təqsirləndirilən şəxs başqa digər şəxslərə də, 17 (on yeddi) yaşına çatmış kimi təqdim etməsi zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi olan anasının ifadələri ilə müəyyən edilmişdir. CPM-in 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 140-cı maddəsinə əsasən cinayət prosesi gedişində zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi — tibb və psixologiya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi sübutlar əsasında, zərər çəkmiş şəxsin müəyyən yaş həddinə çatması tibb və psixologiya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilir. Yəni şəxsin dəqiq yaşının müəyyən edilməsi xüsusi bilik tələb edən ekspertiza rəyi ilə mümkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2024-cü il tarixli, 134 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sümük yaşının təyini məqsədi ilə rentgenoloji müayinəyə göndərilmiş və çəkilmiş rentgen şəkilləri mütəxis nüayinəsinı göndərilmiş, bundan sonra xx.xx.2024-cü il tarixli, 96 nömrəli rentgenoloji rəyə əsaslanaraq ekspert sonuncunun fiziki inkişafı əlamətləri, xarici görünüşü və həmçinin skelet yaşı bioloji yaşına 17-17,5 ilə uyğun gəlməsini, həmçinin 2022-ci ilin avqust ayında yaşı 15,5-16 ilə uyğun ola bilməsi nəticəsinə gəlmişdir. Yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xarici görünüşünə əsasən onun həqiqi yaşını sonuncunu özü demədən və yaxud şəxsiyyətini təsdiq edən sənədi göstərmədən müəyyən edə bilməzdi. Ona görə də məhkəmə, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutları əhatəli şəkildə tədqiq edərək qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 152.1-ci maddəsində nərədə tutulmuş cinayət əməlini törətməkdə təqsiri müəyyən olunmamışdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 152.1 maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 152.1 maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-50/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-50/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver