Məhkəmə qərarları › İş №1(001)-503/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-503/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-503/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 10.25. Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1996-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı rayonu, Həmiyəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 9-cu korpusda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçlmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış binasına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə 20 fevral 2023-cü il tarixində saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi yolunun (Baksol yolu) şimal hissəsində yerləşən "xxxx" MMC-nin tərkibində olan beton zavodun ofisinin xidməti otağına açıq qalmış qapısından qanunsuz daxil olub oradakı stolun üstündən Zərərçəkmiş şəxs məxsus birgə cəmi qiyməti 650 manat olan "HP” markalı, HP-620 modelli, 584037-001 seriyalı (Windows 7 Home Prem OA) notebooku cərəyan qidalandırıcısı və üzərində markalanma göstəricisi olmayan, qara rəngli, orta ölçülü siçanı (mouse) ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs Q.A.Əkbərova, ümumi dəyəri 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anası və bacısından ibarət ailəsi ilə birlikdə yaşayır.Atası isə uşaq olanda anasından ayrılıb onları tərk etdiyindən ailələri daim maddi sıxıntılar çəkmiş və bu səbəbdən də o, məcbur olub müxtəlif iş yerləri tapıb gündəlik və ya aylıq günəmuzd fəhlə kimi çalışmışdır. O, əvvəllər Bakı şəhəri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən «beton zavodu»nda da fəhlə işləmiş, sonralar həqiqi hərbi xidmətə çağrıldığından həmin zavoddan işdən çıxmışdır.Həqiqi hərbi xidməti başa vurduqdan sonra isə o, müxtəlif yerlərdə fəhlə kimi çalışmışdır. 20 fevral 2023-cü il tarixində səhər saatlarından etibarən iş axtarmaq üçün bir çox iş yerlərinə baş vurduqdan sonra iş tapa bilmədiyindən saat 13:00 radələrində sonuncu ümid yeri kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi yolunun Şimal hissəsində yerləşən beton zavoduna gəlmişdir.O, həmin zavodda əvvəllər çalışmamış, onun əvvəllər çalışdığı «beton zavod» başqa bir zavod olmuşdur. İş axtarmaq məqsədi ilə 20 fevral 2023-cü il tarixində saat 13:00 radələrində gəldiyi zavodun inzibati ərazisinə giriş yeri açıq qalmış şlaqbaumdan zavodun açıq ərazisinə daxil olduqdan sonra açıq qalmış qapısından həmin zavodun ofisinə girmişdir.İçəridə heç kəsin olmadığını görüb kiminləsə görüşmək üçün hətta «Ay dayı, ay əmi, kim var?» - deyə səsləmişdir. O, həmin ofisə beton zavoda iş axtarmaq üçün gəlmiş, lakin ofisdə heç kəsin olmadığını görüb ofisdən oğurluq etmək qərarına gəlmiş, masanın üzərindən «HP» markalı «notebook» aparatını və ona keçirilmiş bir ədəd «mouse» avadanlığını gizli talayıb oradan uzaqlaşmışdır. Onun bu hərəkətlərini heç kəs görməmişdir. Oğurladığı kompüteri və avadanlığı satmaq üçün o, metronun «Memar Əcəmi» stansiyası yaxınlığındakı kompüter satışını həyata keçirən mağazalara daxil olub 100 manata təklif etmişdir.Həmin mağazaların birində müştərilərin biri həmin kompüteri 90 manata ala biləcəyini demiş, kompüteri almaq istədiyini deyən həmin şəxs qeyd edilmiş mağazada çalışanların yaxını olmuş, bunu o, ünsiyyət zamanı hiss etmişdir.O, şəxsiyyət vəsiqəsinin surətini, kompüteri və avadanlığı həmin şəxsə verib sonuncudan 90 manat alıb mağazanı tərk etmişdir. Oğurladığı əşyaları satdığı şəxsi tanımamış və şəxsiyyəti haqqında heç bir məlumatı olmamışdır.Oğurladığı əşyaları ondan alan şəxsə həmin əşyaların oğurluq mal olduğu haqda heç bir məlumat verməmişdir. Oğurladığı əşyaları satan şəxsə əşyaların özünə məxsus olduğunu bildirmiş və həmin əşyanın satışından əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir.Cinayəti tək, heç kəsin təsiri, iştirakı və köməyi olmadan törətmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, təqsirini etiraf etdiyini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını, gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2011-ci ildən etibarən o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi yolunun (Baksol yolu) şimal hissəsində yerləşən "xxxx" MMC adlı şirkətdə icraçı direktor vəzifəsində çalışır. Həmin şirkətin tərkibinə «Bayker» çörək zavodu və beton zavodu daxildir. "xxxx" MMC-nin və onun tərkibinə daxil olan beton zavod bir həyətdə, yəni beton zavodun həyətində yerləşir və onların arasında yalnız daş hasar vardır. Hər iki ofisdə xidməti otaqlar vardır."xxxx" MMC-nin inzibati binası ikimərtəbəli olduğundan burada onun ayrıca xidməti otağı nəzərdə tutulmuşdur. Amma beton zavodun birmərtəbəli binasında yalnız bir ədəd operatorlar üçün xidməti otaq vardır və işlərilə bağlı o hərdənbir həmin otaqda olur.Onun iş rejimi yalnız bazar günü istisna olmaqla hər gün səhər saat 09:00-da başlayıb, saat 18:00-a qədər davam etmişdir.İşin mahiyyəti üzrə onu deyə bilər ki, həmişəki kimi 20 fevral 2023-cü il tarixində də o, səhər iş yerinə gəlib gündəlik işlərilə məşğul olmuşdur.Həmin gün, yəni 20 fevral 2023-cü il tarixində saat 13:00 radələrində beton zavodun ofisində - müəssisənin həyətdə yerləşən təxminən 40 kv.m sahədən ibarət bir mərtəbəli iki otaqdan ibarət qeyri-yaşayış sahəsində olan xidməti otaqda bir müddət olduqdan sonra başqa işlərilə bağlı ofisdən qısa müddətə uzaqlaşmalı olmuşdur.Təxminən 10-15 dəqiqə sonra beton zavodda olan xidməti otağa qayıtdıqda buradakı masanın üstündə olan «HP» markalı notebookun yerində olmadığını müəyyən etmişdir.Günorta saatlarında zavodun işçiləri nahar fasiləsi ilə bağlı get-gəl etdiklərindən "xxxx" MMC-nin və beton zavodun ofisinin qapıları həmişə açıq olmuşdur.O, bir müddət əvvəl olub təcili işlərilə bağlı tərk etdiyi beton zavodun xidməti otağına bir daha nəzər salıb qeyd etdiyi nootbukun həqiqətən də yerində olmadığına əmin olduqdan sonra obyektdə qoşulmuş müşahidə kameralarına baxmağa qərar vermişdir.Həmin kameraların qeydə aldığı videogörüntülərə baxdıqda məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi xidməti otaqda olan, şəxsən ona məxsus nootbuk günorta radələrində zavodun ofisinə gəlmiş, əvvəllər görmədiyi, tanımadığı cavan bir oğlan tərəfindən götürülərək oğurlanmışdır.O, ofisdən bu oğurluq faktını müəyyən edən kimi dərhal əvvəlcə DİN-nin «102 xidməti»nə zəng vuraraq məlumat vermiş, sonra isə Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə gedib yazılı ərizə vermişdir.Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları məhz onun təqdim etdiyi videogörüntülər əsasında beton zavodun ofisində yerləşən xidməti otaqdakı ona məxsus nootbuku oğurlayan şəxsi müəyyən edərək tutmuşlar.Həmçinin, Binəqədi RPİ-nin İstintaq şöbəsində keçirilmiş tanınma zamanı o, təqdim olunmuş digər nootbukların arasında beton zavodun ofisində yerləşən xidməti otaqdan oğurlanmış ona məxsus “HP” markalı, üst qapaq hissəsi boz rəngə çalan, qalan korpusu isə qara rəngli nootbuku elektrik cərəyanı yığmaq üçün nəzərdə tutulmuş adapteri və bir ədəd «mouse» avadanlığı ilə birlikdə asanlıqla tanıya bilmişdir.İfadəsinin sual-cavab hissəsində o, bir daha vurğulamışdır ki, 20 fevral 2023-cü il tarixində saat 13:00 radələrində işlədiyi "xxxx" MMCnin nəzdində olan beton zavodun ofisindən şəxsən ona məxsus bir ədəd «HP» markalı nootbuk elektrik cərəyanı yığmaq üçün nəzərdə tutulmuş adapter və bir ədəd «mouse» avadanlığı ilə birlikdə oğurlanmışdır.Nəticədə işlədiyi şirkətə yox, şəxsən ona təxminən 900 (doqquz yüz) manat maddi ziyan dəymişdir.Belə ki, ofisdən oğurlanmış həmin «HP» markalı nootbuku elektrik cərəyanı yığmaq üçün nəzərdə tutulmuş adapteri və bir ədəd «mouse» avadanlığı ilə birlikdə o, təxminən 4-5 il bundan öncə 800-900 manata almışdır.Qeyd edilən zavodda boş vakansiya olmadığından işlə bağlı şirkət heç bir elan verməmişdir.Sonra da əgər Təqsirləndirilən şəxs həqiqətən də zavoda iş axtarmaq üçün gəlmişdisə onda niyə nahar vaxtı gəlmişdir? Ona görə də, o, Təqsirləndirilən şəxs dediklərinə inanmamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 20 fevral 2023-cü il tarixində təxminən saat 14.00 radələrində o, metronun «Memar Əcəmi» stansiyasından «Yeganə» şadlıq sarayı istiqamətində olan yola gedən tərəfdə yerləşən telefon təmiri mağazasında işləyən tanışının yanında olduğu vaxt əynində kletkalı, düyməli, uzunqol köynək, qara rəngli şalvar olan orta boylu, əvvəllər tanımadığı, ilk dəfə gördüyü, təxminən 25-27 yaşlı bir şəxsin əlində “HP” markalı nootbuku satmaq üçün təklif etdiyini görmüşdür. Lakin həmin yeri işlədən tanışı təklif olunmuş nootbuku almadığı üçün bu onu maraqlandırmış və ona görə də o, həmin tanımadığı şəxsdən satılan əşyanın qiyməti ilə maraqlanmışdır.Satılan əşya - “HP" markalı, üst hissəsi boz rəngə çalan, qalan korpusu isə qara rəngli bir nootbukla birlikdə cərəyan toplayıcısı və siçanı da olmuşdur.Xarici görkəmindən saz vəziyyətdə olan həmin nootbukun işlək vəziyyətdə olub-olmadığını yoxlamaq üçün düyməsini basıb işə salmış və əmin olmuşdur ki, notebuk işlək vəziyyətdədir.Ona görə də, o, həmin notebuku almağa qərar vermiş və qiymətini 90 (doxsan) manata razılaşdırmışdır.O, notebuku satan şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, hətta şəxsiyyət vəsiqəsini təqdim etmədiyi halda notebuku almayacağını da bildirmişdir.Həmin şəxs də üzərində pul vəsaiti olmadığını deyib ondan sənədinin kserosurətini çıxarmaq üçün 1 manat pul da almışdır.Təxminən 5 dəqiqə sonra həmin şəxs mağazaya geri qayıdıb şəxsiyyət vəsiqəsinin kserosurətini ona vermişdir.Bundan sonra o, alqı-satqını reallaşdırmışdır.Həmin vaxtdan təxminən 2 gün sonra özünü polis bölməsinin əməkdaşı kimi təqdim edən şəxs onu 4-cü Polis şöbəsinə dəvət etmiş və həmin aldığı notebuku aksesuarları ilə birlikdə polis şöbəsində müvafiq protokol tərtib edilməklə könüllü şəkildə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli, № 9/3049 saylı ekspert rəiynə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların isfiadə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 165.00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olu ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsdən şikayətçi deyildir, Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, əvvəllər məhkum olunmamışdır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, ilk dəfə məhkum olunmuşdur. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il saat 20:55 tarixdən –01 mart 2023-cü il saat 12.00 tarixədək həbsdə olduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyevin 27 fevral 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə saat 20.55-də tutulmuşdur.Daha sonra, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qərara əsasən məlum olur ki, müstəntiq Ramil Əliyevin təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə vəsatətinin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmış və o, 01 mart 2023-cü il tarixdə, saat 12.00 da buraxılmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 9-cu korpus ünvanında yerləşən evdə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut – bir ədəd “HP” markalı, HP-620 modelli, 584037-001 seriyalı (Windows 7 home Prem OA) notebook (cərəyan qidalandırıcısı ilə birlikdə) və üzərində markalanma göstəricisi olmayan, qara rəngli, orta ölçülü siçan (mouse) sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 (qırx beş) saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il saat 20.55 tarixdən 01 mart 2023-cü il saat 12.00 tarixədək tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 9-cu korpus ünvanında yerləşən evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – bir ədəd “HP” markalı, HP-620 modelli, 584037-001 seriyalı (Windows 7 home Prem OA) notebook (cərəyan qidalandırıcısı ilə birlikdə) və üzərində markalanma göstəricisi olmayan, qara rəngli, orta ölçülü siçan (mouse) sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 (qırx beş) saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar