Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-506/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, İmanbinəsi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 09 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 19,46 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd şəffaf selofana bükülmüş bükümdə əldə edərək əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən saxlamaqla üzərində daşımış, 09 mart 2024-cü il tarixdə tarixdə saat 05:00-də Binəqədi rayon polis idarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsi, Xocasən yolunda xidmətdə olarkən sonuncunun özünü narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli aparması səbəbindən aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati binasına gətirilərək raportla təqdim olunmuş və həmin tarixdə saat 06:50-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 19,46 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 1 ildir müddət narkotik vasitələrdən istifadə edir. 09 mart 2024-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən danışaraq 190 manata razılışdıqları narkotik vasitəni götürməyə getmişdir. Həmin zaman narkotik vasitəni götürə bilməmiş, çünki həmin vaxtadək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu oradan bölməyə aparmışlar, bölmədə keçirilmiş şəxsi axtarış və götürmə zamanı özü cibindən marixuananı çıxararaq təqdim etmişdir. Həmin zaman istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, həmin nömrə ilə narkotik vasitəni alacağı adamlarla əlaqə saxlamış, lakin həmin şəxslərin şəxsiyyəti ona məlum olmamışdır. Telefonunu polis əməkdaşları götürmüş, telefon onlarda olduğu üçün bəzi mesajlardan məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Belə ki, uzun müdətdir ki, narkotik vasitə marixuana istifadə etmişdir. Saxlanılmamışdan təxminən 20 gün öncə ona əvvəllər tanımadığı şəxs +**********18 nömrəsinin whatsapp sosial şəbəkəsi vasitəsi ilə istifadəsində ***-***-**-** nömrəsinə mesaj yazıb ona ucuz qiymətə narkotik vasitə marixuana təşkli etmişdir. Həmin şəxslə danışıb kimdən və neçə onu tanıdığını soruşduqda həmin şəxs izah verməmiş lakin narkotik vasitə istifadə etdiyini bildiyini bildirmişdir. Bundan əlavə həmin şəxs özünü Samirə adı ilə təqdim edib İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxslə yazışıb danışdıqda sonuncu ona bildirmişdir ki, satacağı narkotiklərin ödənişni etdikdən sonra ona ünvanını deyəcəkdir. Bir müddət həmin şəxsə etibar etməsədə sonra həmin şəxsin ona təklif etdiyi ucuz qiymətlə razılaşıb şəxsi istifadəsi üçün 20 qram narkotik vasitə marixuana əldə etmək qərarına gəlmişdir. Ondan narkotik istədikdə həmin şəxs ona həmin narkotik vasitə qurudulmuş marixuananı 200 manata satacağını bildirmiş o isə qiymətdən birgədər endirim etməsini xahiş etdikdə Samirə ona 10 manat endirim etmişdir. Beləliklədə 07 mart 2024-cü il tarixdə Samirə ilə yazışdıqda o alacağı narkotikə görə ***-***-**-** nömrəsinin “M 10” hesabına 190 manat pul köçürtməsini tələb etmiş və o ödəniş terminalı vasitəsi ilə həmin hesaba 190 manat pul köçürtmüşdür. Pulu köçürtdükdən sonra narkotiklə bağlı marağlanmağa başladıqda 09 mart 2024-cü il tarixdə ona konum və fotoşəkillər göndərərək həmin ünvana gedib narkotiki götürməsini istəmişdir. Belədə edərək konumda göstərilmiş ünvana 08 mart 2024-cü il tarixdə 09 mart 2024-cü il tarixdə keçən gecə saat 04 radələrində Xocasən qəsəbəsinə gəlmişdir. Orada ona göndərilmiş fotoşəkillərdə göstərilmiş yerdə ağacın alt hissəsində gizlədilmiş bir ədəd şəffaf selofana bükülmüş içərisində narkotik vasitə marixuana olan bükümü götürüb əynində ki, tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və təxminən 5-10 dəqiqə sonra həmin ağacdan birgədər aralaşaraq piyada yola doğru getdiyi zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyinə görə polis bölmsinə getməyi təklif etmişlər və o heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Polis bölməsində hüquqları izah olunaraq şəxsi istəyi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi təqdim edildikdən sonra hüquqları müdafiəçinin iştirakı ilə yenidən izah olunmuşdur. Daha sonra bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək və o müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Beləliklədə polis bölməsinin inzibati binasının otaqlarının birində polis əməkdaşları və videomüşahidə ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı bölməsində təklif etmişdirlər ki, üzərində olan qanunla qadağa edilmiş nə varsa təqdim etsin və o əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf selofana bülükmüş içərisində narkotik vasitə marixuana olan bükülünü könüllü olaraq masanın üzərinə qoyaraq həmin maddəni 09 mart 2024-cü il tarixdə saat 04 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində yolun kənarından götürdüyünü bildirib həmin maddəni Samirə adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonda üzərindən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə şalvarımın sol yan cibindən 111 manat nağd pul, bir ədəd leo banka aid 4098-5844-9459-0043 nömrəli bank kartını və özünə məxsus olan İphone markalı üzərində ***-***-**-** mobil nömrə olan telefonu, əynində ki, qara rəngli gödəkçənin sağ yan cibindən şəxsiyyət vəsiqəsi və bir ədəd “poverbank” enerji daşıyıcısını təqdim etmişdir.” Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə həqiqətən də ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun olmuşdur. Lakin orada bir məqam səhv yazılmışdır. Belə ki, onun üzərindən həmin zaman narkotik vasitə çıxmamış, o, pulu köçürüb, sonra narkotik vasitəni götürməyə getmiş, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin narkotik vasitəni götürə bilməmişdir. Onun telefonuna narkotik vasitənin qoyulduğu yeri onun telefonuna göndərmişdilər. İbtidai istintaq dövründə ondan üzərindən çıxdığını bildirməsi tələb olunduğu üçün o da həmin məzmunda ifadə vermişdir. Onun götürməyə getdiyi narkotik vasitəni qoyulduğu yerdən polis əməkdaşlarından biri götürmüşdür. Polis əməkdaşları həmin narkotik vasitəni ondan nə üçün gəldiyini soruşduqdan sonra axtarıb tapmışlar. Narkotik vasitəni ona satan şəxsin adını “Samirə” olaraq bilir, 190 manat ödənişi isə Samirənin “m10” hesabına göndərmişdir. Narkotik vasitəni həm Samirənin ucuz qiymətə təqdim etməsi, həm də o hər dəfə az miqdarda almağın riskli olduğu hesab etdiyindən birdəfəyə çox miqdarda almağı daha məqsədə uyğun hesab etmişdir. Tutulduğu günədək 1 il müddət olardı ki, narkotik vasitələrdən istifadə etmişdir. 26 noyabr 2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında qorxduğu üçün yalan ifadə vermişdir. Belə ki, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə götürməyə getmiş və ağacın altından götürmüşdür. Götürdükdən sonra polislər onu saxlayaraq bölməyə aparmışlar. Bölmədə olduğu zaman narkotik vasitəni şəxsi axtarış zamanı özü təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in PPXB-in polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 09 mart 2024-cü il tarixdə gecə saatlarında Binəqədi rayonu, Xocasən qəsəbəsində avto patrul xidməti göstərdikləri zaman Xocasən yolunun kənarında Təqsirləndirilən şəxs görmüşlər. Sonuncu özünü şübhəli apardığı üçün yaxınlaşıb gecə saatlarında orada nə etdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs həmin zaman onlara adam gözlədiyini bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs haradan gəldiyini, kim olduğunu sorğu-sual etmişlər. Təqsirləndirilən şəxs onlara gah Bərdəli, gah Şəmkirli olduğunu bildirməklə qeyri-adekvat cavab vermişdir. Təqsirləndirilən şəxs bu şəkildə özünü qeyri-adekvat aparması onlarda şübhə yaratdığı üçün sonuncunu polis bölməsinə gətirərək təhvil vermişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə marixuana aşkar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasında onlar da iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in PPXB-in polis nəfəri, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 09 mart 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Binəqədi RPİ-in PPXB-in polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə xidmət aparan zaman saat 04:00-05:00 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu, Xocasən qəsəbəsində yolun kənarında görmüşlər. Təqsirləndirilən şəxs avtopatrul maşınını görən kimi yolunu dəyişmiş, bundan şübhələnərək sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsdən həmin ərazidə nə etdiyini soruşmuşlar. Sonuncunun şübhəli davranışlarından sonra şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər, lakin Təqsirləndirilən şəxs üzərində heç bir sənədin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Bölmədə olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs özü cibində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə gecə saat 05:00 radələrində Bakı şəhəri Binəqədi RPİ-in PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi RPİ-in 40-cı polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Xocasən qəsəbəsində saxlanılmışdır. Bölməyə gətirildikdən sonra sonuncunun üzərinə şəxsi axtarış həyata keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. O, özü də şəxsi axtarışın aparılmasında iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şübhəli şəxsin tutulması haqqında 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə saat 05:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli salvarın sol yan cibindən 1 ədəd çəhrayı rəngli "iPhone 6S" markalı mobil telefon, 111 manat məbləğində nağd pul vəsaiti, "Leobanka" aid 4098-5844-9459- 0043 saylı bank kartı ve sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və "Xiaomi" markalı cərəyan cihazını təqdim edərək masanın üzərinə qoyur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən çəkisisinin 20.76 qram olması müəyyən olunur. Aşkar olunmuş həmin kütlə və digər əşyalar içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-in 234 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin narkotik vasitə hesab edilən marixuananı xx.xx.2024-cü il tarixdə saat 04:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarından götürdüyünü, həmin narkotik vasitəni özünü ona Samirə kimi təqdim etmiş İran İslam Respublikası vətəndaşından "Whatsapp" sosial şəbəkəsində +**********18 saylı mobil nömrə ilə əlaqə saxlayıb sonuncunun göndərdiyi "M10" ödəniş sisteminə aid ********* saylı bank kartına 190 manat ödəniş etdikdən sonra narkotik vasitə olan marixuananın qoyulduğu ünvanın yerini öyrənməsini, daha sonra narkotik vasitə olan marixuananı əldə edərək üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2024-cü il tarixli, 3-16-16-2-7/397 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Tağıyev” – yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 19,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 19,46 qram maddə tədqiqat üçün qəbul edilmiş, 0,1 qram maddə nümunə götürülmüş, 19,36 qram maddə geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil etmişdir. 09 mart 2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 il müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, özünü ona Samirə kimi təqdim etmiş İran islam Respublikası vətəndaşının ********** saylı nömrə ilə açılmış “M10” hesabına 190 manat göndərməklə aldığı narkotik vasitə marixuananı Xocasən qəsəbəsində yolun kənarından götürüb cibinə qoyduğunu, piyada hərəkət etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq 40-cı polis bölməsinə gətirildiyini, bölmədə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitəni cibindən çıxarıb təqdim etdiyini etiraf etmiş və “doğruluğunu təsdiq edirəm” qeyd edərək həmin protokoluözü və müdafiəçisi imzalamışdır. Şübhəli şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bİnəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona saat 10:35-da ittiham elan edilmişdir. 11 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, “özümü təqsirli bilirəm” qeydi aparmaqla Təqsirləndirilən şəxs özünü ona Samirə kimi təqdim etmiş İran islam Respublikası vətəndaşının ********** saylı nömrə ilə açılmış “M10” hesabına 190 manat göndərməklə aldığı narkotik vasitə marixuananı götürmək üçün 09 mart 2024-cü il tarixdə gecə 04 radələrində Xocasən qəsəbəsinə getdiyi, ona atılmış fotoşəkillərdə göstərilmiş yerdə ağacın alt hissəsində gizlədilmiş bir əddə şəffaf selofana bükülmüş içərisində narkotik vasitə marixuana olan bükümü götürüb cibinə qoyduğunu, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparıldığını və bölmədə olan zaman keçirilmiş şəxsi axtarış zamanı cibində olan marixuananı çıxarıb masanın üzərinə qoyduğunu etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imzalamışdır. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “DVD” formatlı diskdə olan görüntülər şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2024-cü il tarixli protokola uyğun olmuşdur. maddi sübut kimi tanıma haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 19,46 qram, ekspert tədqiqatından sonra qalan 19,36 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 19,36 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 27 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 may 2024-cü il tarixli, 2980 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini polis əməkdaşına təqdim etməsi psixotrop maddəni könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, 19,46 qram marixuanadan qalıq qalmış 19,36 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq saxlanılması Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana xeyli miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halllar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 09 mart 2024-cü il tarixdən 10 mart 2024-cü il tarixədək (Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə, saat 05:00-dan şübhəli şəxs qismində tutulmuş, 2024-cü il tarixdə, saat 16:30-dan 17:00-dək şübhəli şəxs qismində dindirilmiş, 10 mart 2024-cü il tarixdə saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) şübhəli qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi malicə təyin edilməli (CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 19,36 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 19,36 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-506/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-506/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver