Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-507/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 2003-cü ildə Salyan rayonunda doğulmuş, işləməyən, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 71-də pasport qeydiyyatında olan, faktiki ünvan 5 küçəsi YYM-i nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 1991-ci ildə Şamaxı rayonunda doğulmuş, işləməyən, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, M.Bayramov küçəsi, ev 26A-da pasport qeydiyyatında olan və ünvan 6də yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 03 mart 2022-ci il tarixdə saat 08 radələrində X1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi «1 May» küçəsindəki bir otaqlı nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək orada Təqsirləndirilən şəxs2la birlikdə hasarından əvvəlcə evin həyətinə, daha sonra kilidi açıq qalmış qapısından mənzilə qanunsuz daxil olmaqla otaqdakı dolabdan Kəmaləddin Muradova məxsus dəyəri 1370 (bir min üç yüz yetmiş) manat təşkil edən «Conmaq» markalı, Presario CQ56 model noutbuku, dəyəri 850 (səkkiz yüz əlli) manat təşkil edən «Xiaomi Redmi» markalı 9 mobil telefon aparatını, dəyəri 35 (otuz beş) manat təşkil edən 01 ədəd elektrik üzqırxan aparatını və 540 (beş yüz qırx) manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 2795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 03 mart 2022-ci il tarixdə saat 08 radələrində X1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi «1 May» küçəsindəki bir otaqlı nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək orada Təqsirləndirilən şəxs1lə Abuşovla birlikdə hasarından əvvəlcə evin həyətinə, daha sonra kilidi açıq qalmış qapısından mənzilə qanunsuz daxil olmaqla otaqdakı dolabdan Kəmaləddin Muradova məxsus dəyəri 1370 (bir min üç yüz yetmiş) manat təşkil edən «Conmaq» markalı, Presario CQ56 model noutbuku, dəyəri 850 (səkkiz yüz əlli) manat təşkil edən «Xiaomi Redmi» markalı 9 mobil telefon aparatını, dəyəri 35 (otuz beş) manat təşkil edən 01 ədəd elektrik üzqırxan aparatını və 540 (beş yüz qırx) manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 2795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 ilə cinayət hadisəsi törətməmişdən, təxminən 3 ay əvvəl Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, dördyol adlanan ünvanda yerləşən fəhlə bazarında tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə fərdi iş görülməsi üçün bir ünvana getmiş, lakin həmin ünvanda iş olmadığı səbəbindən geri qayıtmağa məcbur olmuşlar. Piyada hərəkət etdikləri yolda kiçik ölçüdə hasarı olan fərdi yaşayış evinin həyətində velosiped görmüş və Orxanla birlikdə oğurluq etmək niyyəti ilə həmin fərdi yaşayış evinin həyatyanı sahəsinə daxil olduqdan sonra, velosipedin yarasız olmasını müəyyən etmişlər. Fərdi yaşayış evinin giriş qapısı açıq olduğunu gördükdə, evə daxil olmuş və orada olan dolabın siyirtməsinin içindən iki ədəd 20 manatlıq əskinasları Orxan götürmüşdür. Dolabın digər siyirtməsinin içərisində bir ədəd, qara rəngli notebooku və ektron üz qırxanı götürmüşdür. Orxan isə həmin bir ədəd Redmi-9 markalı mobil telefon götürmüşdür. Evdən oğurladıqları mobil telefon, notebook, 40 manat pulu və üzqırxanı özlərində olan çantaya qoyaraq, evi tərk etmişlər. Evdən oğurladıqları bütün əmlakı Orxan özünə götürmüşdür. Həmin fərdi yaşayış evindən oğurluq etməyi Orxana o təklif etmişdir. Həmin evdən yalnız 40 manat pul oğurlamışlar. Həmin mənzildə 540 manat pul oğurlamamışlar. Oğurluq əməlini maddi ehtiyacı olduğu üçün etdiyini, atasının erkən yaşda vəfat etdiyini, anası və kiçik bacısına onun baxdığını bildirərək, gənc olmasını, əməlindən səmimi peşman olmasını vədəymiş ziyanın ödənildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında pasport qeydiyyatındadır. 2018-ci il tarixdən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, dörd Yol adlanan ünvanda yerləşən fəhlə bazarında fərdi qaydada fəhləlik edir. Təxminən üç ay bundan əvvəl fəhlə bazarında Nihat adlı şəxslə tanış olmuşdur. Nihat da onun kimi fəhləlik etmişdir. xx.xx.2022-ci il tarixdə Nihatla fəhlə bazarında olan zaman iş tapa bilmədikləri səbəbindən, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin arası ilə hərəkət etməyə başlamışlar.Pulları olmadığından Nihat ona təklif etmişdir ki, həyatyanı sahələrdən oğurluq etsinlər. O da razı olmuşdur. Həmin günü yəni, xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ilə hərəkətdə edərkən, hasarı alçaq olan fərdi yaşayış evinin hasarın üstünə qalxaraq həyətə baxmış və evin qarşısnda bir ədəd velosiped görmüşlər. Nihatla birlikdə həyatyanı sahəyə girmişlər. Evin qarşıısnda olan velosipedin olduğunu görmüşlər. Evin qapısı açıq vəziyyətdə olduğunu görüb evə daxil olmuşlar. Ev bir otaqlı olmuşdur. Evin içərisində dolablara baxdıqda, siyirtmənin içindən iki ədəd 20 manatlıq əskinas taparaq götürmüşdür. Dolabın digər siyirtməsinin içindən bir ədəd Redmi-9 markalı mobil telefonu qara rəngli notbuku götürmüşdür. Dolabın digər siyirtməsində olan ektron üzqırxanı Nihat götürmüşdür. Evdən oğurluq yolu ilə əldə etdikləri telefon, notbuk, 40 manat pulu və üzqırxanı özlərində olan çantanın içinə qiyaraq həmin evi tərk etmişlər. Evdə bir qədər aralanandan sonra oğurluq yolu ilə əldə etdiykləri 40 manat pulu bölülşdürmüşlər.Aradan 4-5 gün keçmiş oğurladığımız Redmi markal mobil telefonu, Sulutəpə qəsəbəsində yerləşən telefon mağazasına şəxsiyyət vəsiqəsinin sürətini təqdim etməklə 120 manata satmışdır.120 manat puldan 80 manatı özümə götürmüş, 40 manat pulu isə Nihat vermişdir. Oğurladığı kömpyüteri kirayənişin yaşadığı evdə saxlamışdır. Həmin evdən cəmi 40 manat pul götürmüşlər.Həmin evdə 500 manat olduğunu görməmişdir. Bundan başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Əməlindən səmimi peşman olduğunu və vurulmuş ziyanın ödənildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küşəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Yaşadığı ev həyatyanı sahəsi olan bir mərtəbəli fərdi yaşayış evidir. Evdə o, tək yaşayıra. Yaşadığı fərdi yaşayış ev bir otaq və bir mətbəxdən ibarətdir. Otaqlara giriş qapıları ayrıdır.Fərdi əməklə məşğul olur. Hər gün səhər saat 07 radələrində işə gedir. Evin qapısı açıq olur, yalnız küçə qapısını bağlayır. Həmişə olduğu kimi 03 mart 2022-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxaraq işlədiyi tikinti yerinə getmişdir. Həmin günü saat 19 radələrində evə gəldikdə ev əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Başa düşmüşdür ki, evdən oğurluq hadisəsi baş vermişdir. Evdən ona məxsus olan, təxminən 2021-ci ilin sentyabr ayında 1370 manata aldığı “HP” markalı notbuk, bir il bundan əvvəl aldığı 850 manata işlək vəziyyətdə olan bir ədəd “Redmi-9İ” markalı mobil telefon, dolabın süyürtməsində qatlayıb qoyduğu şalvarın arxa cıbındə olan beş ədəd 100 manatlıq əskinaslar, şalvarın üstündə olan hərbi bilet və şəxsiyyət vəsiqəsinin üstünə qoyduğum iki ədəd 20 manatlıq əskinaslar, dolabın birinci süyürtməsinə qoyduğu elektron üzqırxan oğurlanmışdır. Bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng sisteminə məlumat vermişdir. Bir qədər sonra Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları gəlib evə onun iştirakı ilə baxış keçirib, protokol tərtib etmişlər. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ona 2795 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını, onlara cəza təyin edilən zaman bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid Oruc oğlu ifadəsində göstərmişdir ki, o fərdi qaydada usta işləyirdi. Təxnimən 10 il olar ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən telefon və aksessuarları satışı və təmiri ilə məşğul olur. Həmin yeri icarə müqaviləsi əsasında işlədir. Özü isə vergi ödəyicisi kimi qeydiyyatdadır. Müştərilər özlərinə məxsus mobil telefonları şəxsiyyət vəsiqələri ilə təqdim etdikdə alıb, satışa qoyur. 04 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim edərək bir ədəd qara rəngli «Redmi 9» markalı mobil telefon aparatını pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Telefonun ümumı vəziyyətinə baxaraq normal vəziyyətdə olduğunu görərək Orxan adlı şəxslə mobil telefonu 120 manata razılaşaraq almışdır. Onlar razılaşdıqdan sonra Orxanın şəxsiyyət vəsiqəsinin surətini cıxarıb, onun arxasına mobil telefonun İMEİ kodlarını **********19309/01 və **********19317/01 qeyd etmişdir.Orxan telefon aparatının oğurluq və girovda olmamasını bildirmişdir. Mobil telefon aparatını satışa qoymuşdur. 06 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinin iki əməkdaşı gəlib özlərini təqdim edərək həmin mobil telefonun oğurluq olduğunu bildirərək protokol tərtib edib telefonu götürmüşlər. Orxanın şəxsiyyət vəsiqəsinin surətini də polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakının gizli olaraq talamaqla oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə başlanılmışdır. xx.xx.2022-ci il tarixli, 062-7576-1222 nömrəli məktubda X2 müraciəti ilə bağlı oğurluq hadisəsi ilə bağlı 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlər nəticəsində oğurluq əməlini törədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış və 01 ədəd notebook maddi sübut olaraq Binəqədi RPİ-yə təqdim edilmişdir. 06 aprel 2022-ci il saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 06 aprel 2022-ci il 19:00 dəqiqədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 06 aprel 2022-ci il tarixdə cinayət işi materiallarına vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında 16 mart 2022-ci il tarixdə ona məxsus olan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal massivindəki yeni tikilidən 1090 manat dəyərində elektrik naqillərinin gizli talanmasının Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsində toplanmış material cinayət işinə əlavə edilmişdir. 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 3/732 nömrəli ekspert rəyində qeyd edilmişdir ki,təqdim edilmiş 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından,13 saylı daktiolentin səthindəki əl-barmaq izi isə onun sol əlinin adsız barmağından,7 saylı daktiolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin orta barmağından,9 saylı daktiolentin səthindəke əl-barmaq izi onun sol əlinin orta barmağından,10 “a” saylı daktiolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından,10 “b” saylı daktiolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından, 11 “a” saylı daktiolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından, 11“b” saylı daktiolentin səthindəki əl-barmaq izi onun sol əlinin orta barmağından,14 saylı daktiolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 9/3436 nömrəli ekspert rəyində qeyd edilmişdir ki,ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300.00 manat müəyyən edilir.O cümlədən -01 ədəd qara rəngli “Compaq“ markalı Presario CQ 56 model notbuk.3 düymə üzərində yoxdur-100.00 manat,-01 ədəd göy rəngli, “Xiaomi Redmi“,9 model normal vəziyyətdə aksessuarsız mobil telefon-200.00 manat müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında” protokola əsasən Təqsirləndirilən şəxs2 «Compaq» markalı notbuku könüllü təqdim edərək həmin əmlakı ünvan 4 ünvanda yerləşən yaşayış evindən Təqsirləndirilən şəxs1 Tələt oğlu ilə birlikdə taladığını göstərmişdir. Binəqədi RPİ-nin 6-cı polis bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı X9 tərtib etdiyi 06 aprel 2022-ci il tarixli könüllü təqdim etmə protokolundan görünür ki, həmin tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsiində yerləşən mobil telefonların və aksessuarlarının satışı və təmiri mağazasında satıcı Şahid Oruc oğlu 04 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim edərək bir ədəd qara rəngli «Redmi 9» markalı mobil telefon aparatını satmaq üçün verdiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 21/1-3-14835-2 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5 bəndinə əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdr. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Binəqədi RPİ-nin İŞ-də olan ********* nömrəli cinayət işi üzrə onun əməlinə 01 oktyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 əvvəlllər məhkum olunmamış şəxs hesab edilir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 X14 və X16 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslıərin ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, şahidlərin ifadələrinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır CM-nin müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğurladığı əmlakları könüllü təhvil verməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, gənc olmasını, anası və bacısının onun himayəsində olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 59.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğurladığı əmlakları könüllü təhvil verməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, gənc olmasını, anası və bacısının onun himayəsində olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 5 küçəsi YYM-i nömrəsiz ev ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022ci il tarixdən tutulmuşlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut Binəqədi Rayon Polis İdarəsində saxlanılan bir ədəd Xiaomi Redmi markalı mobil telefon və bir ədəd notebook sahibi X6 qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o dərhal məhkəmə iclas zalından azad edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 260 manat məbləğində pul vəsaitinin 130 manatı Təqsirləndirilən şəxs1, 130 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci ildən hazırkı vaxtadək həbsdə olduğu, 05 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 5 küçəsi YYM-i nömrəsiz ev ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından azad edilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 aprel 2022-ci ildən hazırkı vaxtadək həbsdə olduğu, 05 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Binəqədi Rayon Polis İdarəsində saxlanılan bir ədəd Xiaomi Redmi markalı mobil telefon və bir ədəd notebook sahibi X6 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 260 (iki yüz altmış) manat məbləğində pul vəsaitinin 130 (yüz otuz) manatı Təqsirləndirilən şəxs1, 130 (yüz otuz) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Aygün Qurbanova