Məhkəmə qərarları › İş №1(001)-508/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-508/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-508/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Qurbanova Aygün Arzu qızının sədrliyi Məhkəmə iclasının katibi: X4 Xüsusi ittihamçı: X2 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi: Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: Əliyeva Hicran Fəzayil qızının Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi: X5 iştirakları ilə Əliyeva Hicran Fəzayil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək, Əliyeva Hicran Fəzayil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi şikayəti müdafiə edərək onun icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs şikayətə etiraz edərək bildirdi ki, onun qeydiyyat yeri Gəncə şəhəri olduğundan hazırki şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Göstərilənləri nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, o, müxtəlif ünvanlarda yaşadığından faktiki ünvanı qeyri-dəqiqdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib, habelə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən təhqir və böhtan xarakertli məlumatları öz “instagram” sosial şəbəkəsində olan hesabından istifadə etməklə yaymışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən məhkəmə sorğusu əsasında xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əliyeva Hicran Fəzayil qızının qeydiyyat yeri ünvan 1 ünvanıdır. Hazırki şikayətdən görünür ki, törədilməsi ehtimal olunan əməl “instagram” sosial şəbəkəsində yayımlanmış və bu şəbəkənin də qeydiyyat ünvanı internetdən əldə olunmuş məlumata görə X1. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmin Qərarda qeyd edilir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır (12-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75 və və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Əliyeva Hicran Fəzayil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar