Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-508/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X13, Xüsusi ittihamçı X14, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7, Müdafiəçi: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin vəkili – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 26 avqust 1940-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, «X18» X22 Heyətinin üzvü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X7 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X19 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə 12 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsinə əsasən məlum olur ki, o, “X18" ictimai Birliyinin sədridir.Onları ictimai birlikdə Azərbaycan Respublikasının bir çox rayonlarının nümayəndələri təmsil etmişdir.“X18” İctimai Birliyi dövlətçiliyin inkişafında və Azərbaycan Respublikasının daha da bütün dünyada tanınmasında var gücü ilə çalışır.X3 kimi şəxslər həm onun, həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir.Belə ki, X11 “Facebook”, “Youtube” sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq, onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirir.Xüsusi ittihamçı həmçinin, bildirmişdir ki, X1 Birliyi dağıtmaq məqsədilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaradaraq ictimai Birlikdən könüllü uzaqlaşan şəxləri bu saxta qrupa daxil edərək, mütəşəkkil bir qrup yaratmışdır.Bu şəxsləri onun əleyhinə qaldıraraq, İctimai Birliyi dağıtmaq məqsədilə şərəf və ləyaqəti alçaldan, şər böhtan xarakterli çıxışlar etmələrini tələb edir və Whatsapp qruplarında və sosial şəbəkələrdə paylaşım etmələrini tapşırmışdır.X11 da vaxtilə bu YDDİB-nın üzvü olmuş, lakin bir müddət fəaliyyət göstərdikdən sonra İctimai Birliyin nizamnaməsinə zidd hərəkət edərək YDDİB-nın İdarə heyətinin qərarı ilə İctimai Birlikdən uzaqlaşdırılmışdır.Hal-hazırda X2 Asim Əvəz oğlunun rəhbərliyi ilə bu saxta qrupda fəaliyyət göstərərək onun ünvanına şər-böhtan xarakterli çıxışlar edir, şərəf və ləyaqətini alçaldaraq WhatsApp qruplarında və sosial şəbəkələrdə çıxışlarını yayır və onun nüfuzuna yetərincə xələl gətirir.Həmçinin, X11 onun ünvanına nalayiq söyüşlər söyərək Whatsapp sosial şəbəkəsində yaymışdır, eyni zamanda “Facebook” sosial şəbəkəsində onun barəsində şər və böhtanla dolu, şərəf və ləyaqətini alçaldan məlumatlar yerləşdirmişdir.X11 15 və 27 mart 2023-cü ildə “Youtube" və “Facebook” sosial şəbəkələrində yerləşdirdiyi çıxışlarında demişdir: “YDDİB-nın üzvləri İlham Abbasov haqqında ona bir çox şikayətlər etmişdirlər.Telefon vasitəsilə onun bəzi nalayiq şəkillərini ona göndərmişdirlər.İlham Abbasov onun imzanı saxtalaşdıraraq onun adından müxtəlif təşkilatlara məktublar göndərmiş və bir çox təşkilatları ondan xəbərsiz bağlayıb, özü bildiyi kimi sənədləşdirib ki, güya o və bəzi üzvlər keçirilən yığıncaqlarda iştirak etmiş, İlham Abbasov dəfələrlə ondan tələb edirmiş ki, bəzi üzvləri bu təşkilatdan çıxararaq qovsun.”Ancaq ona verilən faktlar göstərdi ki, onun dedikləri iftira və şərdir.Bu adam normal adam deyil.İstədiyi adama şər atır, böhtan atır.Təşkilatın vəsiqələrindən yığdığı pulları aparıb xərcləyir.İndi də ondan və digər hörmətli üzvlərdən şikayət edir.O, Ziyətxanı çağırmışdır ki, gəlsin söhbət edək, Ziyətxan gəlməmiş və hətta ondan uzaqlaşmışdır.Bu adam təşkilatın möhürü onda olduğu halda, möhürün icazəsiz həm rus, həm də ingilis dilində surətini çıxararaq, ondan xəbərsiz yalan məktublar tərtib edib, müxtəlif təşkilatlara göndərmişdir.X7 Whatsapp qruplarında yayılan səslərində çıxış edərək demişdir: “İlham çıxış edərək, keçmiş sədr olaraq yalançı ifadələr verib deyir ki, guya ki, Ziyətxan müəllimin bir səsi var, mən də deyirəm ki, yalançının lap .... Onun bir səsi yoxdur, kollektivin nə qədər üzvü varsa, hamısı mənim səsimdir. Mən təklif etmişəm ki, gətirsin peçatı, sənədləri təhvil versin mədəni şəkildə.Bu adam əl çəkmir, çox problemli adamdır.Deyir ki, bura səni mən təyin etmişəm.Həmişə demisən hər şey əladır, yaxşıdır.Sonra məlum olur ki, sən gedib dırmaşmısan arvadlara, Nəbinin şəkli kimi, sənin də şəklini mənə göstərdilər. Qrupda olan qadınların, namusuna, qeyrətinə toxunursan, şəxsiyyətinə toxunursan, fikirləşmirsən bunların atası, anası, yiyəsi var, qardaşı var, dədəsi var. Sənə kim haqq verib ki, bu cür mənəviyyatsız, tərbiyəsiz işlər görürsən, ictimai Birliyin üzvü olan xanıma demişdir ki, arvadımı boşamışam, səni alacam.Xanım da ona inanmışdır, lakin İlham onu aldatmışdır. Şonradan məlum olmuşdur ki, İlhamın 5-6 arvadı varmış, heç biri ilə düzgün münasibəti yox imiş.Şikayətçi göstərmişdir ki, deyirsən ki, seyidəm.Seyid oğurluq edirmi, yığdığın pulları aparıb xərcləmisən, buna sənin ixtiyarın yoxdur. Aparıb ofisin təmirinə işlətmisən, özünə yaxın adamlara xərcləmisən, guya sən yaxşı oğlansan, ağlını başına yığ, onsuz da sən fəaliyyət göstərə bilməyəcəksən. Bu adam normal adam deyil, bunun müalicəyə ehtiyacı var, Kim onun yanındadır, inciməsin, bu adamın başı çatmır, belə adamın yanında qalmayın, bu təşkilatın üzvüdürsə gəlin bizim yanımıza. Onun əməllərini gətirib qoydular mənim qabağıma. Kişilər böyük iş görüb deyib ki, gəl yardım edim, kömək edim, səni bağladım. Sənə kim ixtiyar verib bağlayasan, nə məqsədlə bağlayırsan onun boyu-buxunu səndən yaxşıdır, ona görə yoxsa onlar söz deyəndir ona görə? Adam gərək kişi ola, hər adam da kişi səviyyəsinə yüksəlmir.” Xüsusi ittihamçı İlham Abbasov bildirmişdir ki, X7 bu hərəkətləri nəticəsində ona 100.000 (bir yüz min) manat məbləğində maddi ziyan dəymişdir. Xüsusi ittihamçı X19 yuxarıda göstərilənləri rəhbər tutaraq X7 AR CM-nın 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyası həcmində cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X19 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını və X7 AR CM-nın 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyası həcmində cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 bildirmişdir ki, İlham Abbasovu o sədr təyin etmişdir. Sədr təyin edərkən ona bildirmişdir ki, nə problem olsa ona desin, birlikdə həll etsinlər, amma yaranmış hər hansı bir problemi və ya məsələni cəmiyətə çıxarmasın.Bundan sonra, 3-4 nəfər gəlib ona narazılıq bildirmişdirlər.Hərə bir şikayətlə ona yaxınlaşmışdır.Əvvəllər İlhamın davranışı yaxşı olduğu üçün onu sədr kimi seçmişdirlər. Amma sonradan görmüşdürlər ki, bu vəzifənin öhdəsindən gələ bilmir. O, həmçinin bildirmişdir ki, İlham Abbasov təkcə ondan deyil, 15-20 nəfəri məhkəməyə vermişdir.Bütün göstərilənləri nəzərə alaraq, o, şikayətin əsassız olduğundan rədd edilməsini və ona həmin maddələrlə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin vəkili – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittihamçını və barəsində xüsusi titiham qaydasında şikayət verilən şəxsi və onun vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, səslənən fikir və ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və böhtan xarakterli məlumatlara yol verilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1568 saylı məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsusi itihamçı X14 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 tərəfindən istifadə edilən fikir və ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, təhqir xarakterli söz və ifadələr müəyyən olunmuşdur.İfadə edilmiş məlumatlar öz təsdiqini tapmadığı təqdirdə böhtan hesab edilir.Məlumatların doğruluğunun müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələlərdir.Xüsusi ittihamçı X14 barəsində şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələyən, təhqir xarakterli söz və ifadələr bunlardır: «fırıldaqçı», «yalançı», «utanmaz», «mənəviyyətsız», «normal adam deyil», «şər atır», «ləkə yaxır», «təmiz deyil» (vicdanlı, əli, ağzı), «oğurluq edir», «dəyəri 3 köpük olmayan», «başı çatmır», «min oyundan çıxır», «arvadlara dırmaşır», «5-6 arvadı var, hərəsi bir dərədə», «kələklərə əl atır», «müalicəyə ehtiyacı var», «yalançının lap» və sair. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. Beləliklə, ekspert rəyindən də mübahisəsiz qaydada görünür ki, X11 xüsusi ittihamçı X15 qarşı onların şərəf və ləyaqətini, işgüzar nüfuzlarını ləkələyən, habelə təhqir xarakterli söz və ifadələrə yol vermişdir və ona bəraət verilməsi üçün hüquqi əsaslar yoxdur, təqsirini etiraf etməməsi onu gözləyən məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir.Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir.Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1568 saylı məhkəməlinqvistik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsusi itihamçı X14 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 tərəfindən istifadə edilən fikir və ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, təhqir xarakterli söz və ifadələr müəyyən olunmuşdur.İfadə edilmiş məlumatlar öz təsdiqini tapmadığı təqdirdə böhtan hesab edilir.Məlumatların doğruluğunun müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələlərdir.Xüsusi ittihamçı X14 barəsində şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələyən, təhqir xarakterli söz və ifadələr bunlardır: «fırıldaqçı», «yalançı», «utanmaz», «mənəviyyətsız», «normal adam deyil», «şər atır», «ləkə yaxır», «təmiz deyil» (vicdanlı, əli, ağzı), «oğurluq edir», «dəyəri 3 köpük olmayan», «başı çatmır», «min oyundan çıxır», «arvadlara dırmaşır», «5-6 arvadı var, hərəsi bir dərədə», «kələklərə əl atır», «müalicəyə ehtiyacı var», «yalançının lap» və sair.Beləliklə, məlum olur ki, təqsirləndirilən şəxs X11 yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları yayıb onlara böhtan atmışdır və bu Azərbaycan Respublikası CM-nin 147.1-ci maddənin təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CPM-nin 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs X8 istinad edilən (Azərbaycan Respublikası CM-in 147.1) cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 147.1ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində X7 təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X7 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki, təqsiri sübuta yetirildiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X7 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X7 əməlində cəzasını yüngülləşdirən hallar kimi təqsini qismən etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini və yaşını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, bu kateqoriya işlərlə bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda uyğunluq təşkil edə bilər (9-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cərimə cəzası təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 154.1-ci maddəsinə görə qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Eyni Məcəllənin 165-ci maddəsinə görə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır. Həmçinin, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X8 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 1 300 (min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum olunsun. X11 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X10 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. X11 cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödəsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilmədiyi halda hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-508/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-508/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver