Məhkəmə qərarları › İş №1(001)-510/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-510/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-510/2022 23.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrinin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərimli küçəsində yerləşən torpaq sahəsində iki mərtəbəli evi 29000 (iyirmi doqquz min) manata tikəcəyinə dair yalan vədlər verib aldadaraq verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ilk dəfə 2019-cu ilin iyul ayının əvvəllərində saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərimli küçəsində 500 (beş yüz) manat, 2019-cu ilin iyul ayının əvvəllərində saat 13:00 radələrində ünvan 3 ünvanında 1000 (bir min) manat, 26 iyul 2019-cu il tarixdə saat 13:00 radələrində ünvan 4 ünvanında yerləşən 16 saylı notariat ofisində 3000 (üç min) manat və sonuncu dəfə isə 07 avqust 2020-ci il tarixdə saat 11:30 radələrində ünvan 5 ünvanında yerləşən 4 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində 12000(on iki min) manat almaqla ondan ümumilikdə 16.500 (on altı min beş yüz) manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi Biləcəri yolu, yeni yaşayış massivində yerləşən evi 33000 manata təmir edib satacağına dair yalan vədlər verib aldadaraq verdiyi vədinə əməl etməyib 08 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı ünvan 7 ünvanında 16550 (on altı min beş yüz əlli) manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən torpaq sahəsində bir mərtəbəli 3 otaqdan ibarət evi 40000 (qırx min) manata tikəcəyinə dair yalan vədlər verib aldadaraq verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ilk dəfə 14 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən, 5-ci korpusda yerləşən evdə 3500 (üç min beş yüz) manat, 09 sentyabr 2020-ci il tarixdə ünvan 8 ünvanında 7300(yeddi min üç yüz) manat və sonuncu dəfə isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən, 5-ci korpusda yerləşən evdə 4500(dörd min beş yüz) manat almaqla ondan ümumilikdə 15.300(on beş min üç yüz) manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər fərdi qaydada ev alğı-satqısı və tikintisi ilə məşğul olmuşdur. 2019-cu ilin yay aylarında ayında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Qəribə olmasını deyib nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyinı demişdir. O, Qəribə adlı qadına Sabunçu rayonu, Ramana qəsəbəsində bir neçə dənə fərdi yaşayış evləri satıldığını demişdir. Qəribə onunla telefonla danışandan sonra səhəri günü ona Etibar adlı bir şəxs zəng etmiş və Qəribənin əri olduğunu deyib Ramana qəsəbəsində olan evə baxmaq istədiyini demişdir. Həmin günü o, Etibar və Qəribə ilə “Komsomol” dairəsi deyilən yerdə görüşmüşlər. O, həmin zaman onlara Ramana qəsəbəsində satılan 3 otaqlı, təmirli evin qiymətinin 28000 manat olmasını, evin İlqar adlı şəxsə məxsus olduğunu demişdir. Bundan sonra o həmin şəxsləri Ramana qəsəbəsində olan İlqar adlı şəxsə məxsus satılan evə aparmış və həmin evi onlara göstərmişdir. Etibar və onun arvadı Qəribə xanım evə baxıb bəyəndikdən sonra 26000 manata evi onlara sata biləcəyini demişdir. Bundan sonra onlar birlikdə Bakıxanov qəsəbəsi istiqamətinə gəlmişlər. Yolda olan zaman Qəribə Ramana qəsəbəsinin uzaq olduğunu, Bakıxanov qəsəbəsində onlara tikilmiş fərdi yaşayış evi ya da boş torpaq sahəsi tapmasını demişdir. Bundan sonra o, həmin günü onlara Bakıxanov qəsəbəsində bir şəxsin həyətinin 80 kvadrat metrini satdığını demişdir. Onlar onunla razılaşmış və birlikdə Bakıxanov qəsəbəsində olan boş torpaq sahəsinə baxmaq üçün gəlmişlər. Qəribə boş torpaq sahəsinə baxıb bəyəndikdən sonra qiymətini soruşmuş, o, isə həmin boş torpaq sahəsini orada ev tikmək şərti ilə 39000 manata satdığını demişdir. Həmin yerdən getdikdən təxminən 2 saat sonra Etibar onunla əlaqə saxlamış və ona Bakıxanov qəsəbəsində olan “Aygün Mall” ticarət mərkəzinin yanına gəlməsini demişdir. Bundan sonra o, Etibarın dediyi yerə getmiş və sonuncunun oğlu ilə orada olduğunu görmüşdür. Onlar ticarət mərkəzinin yaxınlığında olan çay evində əyləşmişlər və hər biri ayrı-ayrı evin tikilmə planını vərəqədə çəkmişlər. Onlar özləri çəkdiyi evin planını ona verib həmin plana uyğun ev tikməyini ondan istəmişlər. O, evin tikilib başa çatması üçün 29000 manat lazım olacağını, həmin pula torpaq sahəsinin pulunun da daxil olduğunu demişdir. Bu zaman onlar məbləğlə razılaşmışlar. 2019-cu ilin iyul ayının əvvəllərində Etibar ona zəng etmiş və baldızı Nazilənin də yerə baxmaq istədiyini bildirmiş və onu Bakıxanov qəsəbəsində olan torpaq sahəsinə çağırmışdır. O, saat 13 radələrındə Etibar, arvadı Qəribə, baldızı Nazilə və Nazilənin əri İsrail ilə orada görüşmüşdür. Onlar görüşən zaman torpaq sahəsini bəyənib qiymətdə razılaşmışlar. Həmin zaman Etibar ona yerə görə 500 manat beh vermişdir. Bir neçə gündən sonra Qəribənin yaşadığı evə getmiş və orada ona tikinti materialları alması üçün 1000 manat pul vermişlər. Bundan təxminən 2 gün sonra Etibar onu Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yanında olan evinə çağırmış, söhbət zamanı Nazilə ona pulu ona yalnız notariat qaydasında verəcəyini demişdir. 26 iyul 2019-cu il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Nilufər” şadlıq evinin yaxınlığındakı notariatda ona 3000 manat pul vermiş və Zərərçəkmiş şəxs3 ilə aralarında borc müqaviləsi bağlamışdır. Bundan sonra 07 avqust 2019-cu il tarixdə 4 saylı Asan xidmətdə Nazilə ona 12000 manat pul vermiş, Zərərçəkmiş şəxs3 ilə aralarında həmin məbləğə görə borc müqaviləsi bağlanmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 ona cəmi 16500 manat pul vermişlər. O, Zərərçəkmiş şəxs3 evin qalan pulunu istəyəndə ona Oğuz rayonunda onların hektarla yerləri olduğunu, satan kimi qalan pulu ona verəcəklərini demişlər. Bundan bir həftə sonra Etibar ona zəng edib evin tikintisinə nə vaxt başlayacağını soruşmuş, o, tikintiyə həftə sonu başlayacağını demişdir. O, Etibarla görüşüb “Mülkiyyətçi Layihə MMC”-də memarlıq planlaşdırma bölməsini göstərmişdir. Həmin zaman Etibar ona demişdir ki, 15 gün ərzində heç bir iş görməməsini, evlə bağlı başqa planlarının olduğunu demişdir. O, aldığı 16500 manat pulu 5/36 tirajlı lotereya oyununda xərcləmiş, lakin heç bir məbləğdə pul uda bilməmişdir. Bir neçə ay sonra Nazilə onunla əlaqə saxlamış və görüşmək istədiyini demişdir. O, Nazilə, Etibar və Qəribə ilə görüşmüş onlar ondan başqa torpaq sahəsi tapmağını, əvvəl tapdığı torpaqda tikiləcək evin yaxşı görünməyəcəyini demişlər. Bundan sonra o onlara Bakıxanov qəsəbəsində olan “Bank of Baku”nun arxasındakı 3 otaqlı təmirsiz fərdi yaşayış evini göstərmişdir. Həmin ev Nazilə və Etibarın xoşuna gəlmiş və ona verdikləri 16500 manatı qaytarmasını demişlər. Bundan sonra o, yalandan Naziləyə və Etibara aldığı pula Ramana qəsəbəsindən 10 sot torpaq sahəsi aldığını, həmin yeri satıb pullarını qaytaracağını demişdir. Nazilə ona pulu qaytarması üçün 10 gün vaxt vermiş, o, da razılaşmışdır. 27 oktyabr 2019-cu il tarixdə Nazilə ilə evində görüşmüş orada Etibarın yanında Naziləyə 2000 manat vermiş qalan 14500 manatı isə çatdıracağını demişdir. O, Naziləyə pulun əvəzində torpaq sahəsi təklif etmiş, lakin sonuncu, razılaşmamış və ondan şikayət etmişdir. Həbsdə olduğu dövrdə yoldaşı Qəribəyə 2000 manat ödəmiş, Qəribəyə 12500 manat borcu qalmışdır. Bundan başqa 2020-ci ilin yay aylarında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Lətifə olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyini demişdir. Səhəri gün isə o, Lətifənin dediyi ünvana gəlmiş və orada sonradan tanıdığı Lətifə və Zəminə ilə görüşmüşdür. O, onları Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən dəyrimanının yaxınlığına apararaq tikilmiş, lakin təmir olunmayan həyət evini göstərərək həmin evin Fəxriyyə adlı qadına məxsus olduğunu, həmin evin təmir edib onlara satılması üçün 33.000 manat pul tələb olunduğunu demiş və onlar onunla razılaşmışlar. Daha sonra o, telefonla Fəxriyyə ilə əlaqə saxlamış və Zəminə də Fəxriyyə ilə telefonda danışıb razılaşmışdır. Zəminə ev üçün tələb olunan puldan 16.550 manat verəcəyini, ev təmir olduqdan sonra oraya köçəcəyini və qalan pulu hissə-hissə verəcəyini demişdir. O, da Zəminə ilə razılaşdıqdan sonra, xx.xx.2020-ci il tarixdə Zəminənin kirayə yaşadığı evdə əri X4 yanında 16.550 manat pulu ona vermişdir. O, evin təmirini 2020-ci ilin dekabr ayına qurtarıb təhvil verəcəyinə dair söz vermişdir. Lakin həmin vaxta evin həyətinə darvaza qoymuş və evin açarını Zəminəyə vermişdir. Daha sonra mənzilin otaqlarının qapı və pəncərələrini yerinə qoyması üçün Zəminədən evin açarını istəmişdir. Zəminə də evin açarını ona vermiş, o, orada pəncərələri yerinə qoymuş, daha sonra başı öz işlərinə qarışıdığı üçün orada heç bir iş görə bilməmiş və evin açarını da Zəminəyə qaytarmamışdır. Bundan sonra Zəminə onunla dəfələrlə telefonla əlaqə saxlasa da o, hər dəfə bir bəhanə gətirərək vaxtı uzatmışdır. O, Zəminədən xx.xx.2020-ci il tarixdə aldığı 16.550 manat pulu 5/36 lotereya oynunda uduzmuşdur. Bundan başqa 2020-ci ilin yay aylarında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Lətifə olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyini demişdir. Səhəri gün isə o Lətifənin dediyi ünvana gəlmiş və orada sonradan tanıdığı Lətifə və Zəminə ilə görüşmüşdür. O, onları Biləcəri qəsəbəsi, DSK yolunda un dəyrimanının yaxınlığına apararaq tikilmiş, lakin təmir olunmayan həyət evini göstərərək həmin evin Fəxriyyə xanıma məxsus olduğunu, həmin evin təmir edilib onlara satılması üçün 33.000 manat pul tələb olunduğunu demiş və onlar onunla razılaşmışlar. Daha sonra o, Fəxriyyə ilə əlaqə saxlamış və Zəminə də Fəxriyyə ilə telefonda danışmış, evi almaq istədiyini bildirmişdir. Fəxriyyə evi 33.000 manata satdığını, evlə bağlı hər hansı bir problem və söz söhbət olmadığını demişdir. Daha sonra isə o, Lətifəni Biləcəri qəsəbəsi, 1 may küçəsinə apararaq orada boş torpaq sahəsini, yəni, hər tərəfi mişar daş hasarı olan, lakin darvazası olmayan həyəti göstərərək həmin həyət dayısına məxsus olduğunu bildirmişdir. O, Lətifəyə həmin torpaq sahəsində 3 otaqlı bir mərtəbəli ev tikəcəyini və bunun üçün Lətifədən 40.000 manat pul alacağını, evi tikib xx.xx.2021-ci il tarixədək təhvil verəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Lətifənin yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən 5-ci korpusda sonuncudan 3500 manat pul almış, daha sonra ikinci dəfə xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Yasamal rayonunda Lətifənin iş yerində işçisi Zəminənin yanında 7300 manat pul almış və üçüncü dəfə isə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yenə də Lətifənin yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən 5-ci korpusda 4500 manat pulu almışdır. O, Aldığı pulları 5/36 lotereya oynunda uduzmuşdur. Bundan sonra Lətifə onunla bir neçə dəfə telefonla əlaqə saxlasa da sonuncunun telefonuna cavab verməmişdir. Göstərilənləri nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında olan divardan ev alğı-satqısı ilə məşğul olan Polad adlı şəxsin mobil nömrəsini götürmüş, sonuncu ilə əlaqə saxlayıb ev almaq istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs özünü ona ev alğı-satqısı ilə məşğul olduğunu bununla yanaşı boş torpaq sahələrində fərdi yaşayış evinin tikilib təhvil verməsini bildirmiş və əlində Ramana qəsəbəsində müəyyən evlərinin olmasını bildirmişdir. O, Poladla razılaşıb evlərə baxmaq istədiyini demişdir. Bundan sonra o, bu barədə əri Şahid2 bildirmiş, əri də onunla razılaşmış və onlar birlikdə Təqsirləndirilən şəxslə görüşüb Ramana qəsəbəsinə birlikdə getmişlər. Təqsirləndirilən şəxs onlara Ramana qəsəbəsində bir neçə yarım tikili ev göstərmişdir. Onlar Təqsirləndirilən şəxs göstərdiyi evə baxmış, həmin ev onların xoşuna gəlsə də şəhərdən uzaq olduğu üçün oradan ev almaq istəmədiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsində ev və ya boş torpaq sahəsi almaq istədiklərini dedikdə sonuncu onlara Bakıxanov qəsəbəsində 80 kvadrat metrlik boş torpaq sahəsinin satıldığını demiş, həmin yerin özünə məxsus olmadığını bildirmişdir. Onlar həmin yerə baxdıqda ora onların xoşuna gəlmiş və qiymətini Təqsirləndirilən şəxs soruşanda sonuncu torpağın qiymətini ev sahibindən öyrənib onlara deyəcəyini bildirmişdir. Bundan sonra onlar evdə ailəlikcə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs vasitəsi ilə Bakıxanov qəsəbəsində olan yeri alıb orada ev tikdirsənlər. Buna görə də, Təqsirləndirilən şəxs yaşadıqları evə çağırıb qiymət barəsində söhbət etmişlər. Söhbət zamanı əri evi tikdirmək üçün 29000 manat pulu olduğunu demiş, Polad onlarla razılaşmışdır. Bundan sonra o, oğlu Elvin İmanovla birlikdə olan zaman Poladla görüşüb onlara hansı ölçüdə ev tikəcəyini soruşmuşlar. Onlar tikdirmək istədikləri evin sxemini çəkib Polada verdikdən sonuncu onlardan evi tikməyə başlaması üçün pul istəmişdir. Bundan sonra o, bu barədə bacısı Şahid1 demişlər. Sonra isə onlar ailəlikcə eləcə də Nazilə ilə birlikdə həmin yerə baxmağa getmişlər. Nazilə də həmin yerə baxdıqdan sonra Polada pulu biz yalnız notariat qaydasında verəcəklərini demişdir. Polad onlarla razılaşmış və əri Etibar Polada 500 manat beh vermişdir. Bundan bir neçə gün sonra Polad tikinti materialları almaq üçün onlardan 1000 manat pul almışdır. 26 iyul 2019-cu il tarixdə Bakıxanov qəsəbəsində olan “Nilufər” şadlıq sarayının yanındakı notariatda Polada 3000 manat pul vermişlər və aralarında borc müqaviləsi bağlanmışdır. Polad bundan sonra evin tikintisinə başlayacağını bildirmişdir. 07 avqust 2019-cu il tarixdə 12000 manat pulu 4 saylı asan xidmətdə notariatda Polada vermişlər və aralarında borc müqaviləsi bağlanmışdır. Bundan bir neçə gün sonra o, eləcə də əri Poladın onlara satdığı yerə getmişlər və həmin yerdə heç bir iş görülmədiyinin şahidi olmuşlar. Bu zaman onlar Poladla əlaqə saxlayıb işə nə vaxt başlayacağını soruşanda sonuncu onlara hər dəfə başqa-başqa bəhanələr gətirirmiş və yaxın günlərdə işə başlayacağını demişdir. Bundan bir neçə gün sonra Polad onlara bir kitabça şəklidə evin layihəsini gətirmiş və evin hansı şəkildə tikiləcəyini onlara demişdir. O, və ailəsi Polada yenə də inanmış və gözləmişlər. Lakin bir qədər sonra o, əri ilə həmin yerə baxdıqda Poladın hələdə işə başlamadığını görmüşlər. Həmin zaman o, əri və bacısı Nazilə Poladın onları aldatdığını anlamışlar. Onlar buna əmin olduqda, Poladdan əri pulu istəmiş lakin Polad pullarına başqa torpaq sahəsinin aldığını əlində pulunun olmadığını demişdir. Bundan sonra bacısı Nazilə Poladla əlaqə saxlayıb pulu istəmiş lakin Polad onların pulunu verməmişdir. Onlar Poladdan pulu almaq üçün Bakıxanov qəsəbəsində onlara almaq üçün başqa ev tapmasını demiş, sonuncu onlara Bakıxanov qəsəbəsində “Bank of Baku”nun arxasında bir fərdi yaşayış evini göstərmiş və həmin yeri onlara sata biləcəyini demişdir. Onlar razılaşmış və Polada evi almaq üçün verdikləri pulu qaytarmasını demişlər. Lakin Polad onlarla razılaşmamış və pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 4000 (dörd min) ödəmiş, lakin qalan məbləği hazıradək ödəmmişdir. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, qıza üçün ev axtardığına görə işçisi Zərərçəkmiş şəxs2 ona ev alğı-satqısı elanını verib elanın üzərində olan mobil nömrə ilə əlaqə saxlamasını demişdir. O, da ev lazım olduğu üçün elanın üzərində olan həmin nömrə ilə əlaqə saxlamış və zəngə cavab verən həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan bir gün sonra onlar Poladla görüşmüş, Polad onları Biləcəri qəsəbəsi, DSK yolunda un dəyirmanının yaxınlığına apararaq tikilmiş, lakin təmir olunmayan həyət evini göstərərək həmin evin Fəxriyyə adlı qadına məxsus olduğunu bildirişdir. Polad həmin evin təmir edilib Zəminəyə satılması üçün 33.000 manat pul istəmiş və Zəminə razılaşmışdır. Daha sonra Polad telefonu ilə Fəxriyyə adlı qadınla danışmış və Zəminə də Fəxriyyə ilə telefonda danışıb evi almaq istədiyini bildirmişdir. Fəxriyyə telefonda evi 33.000 manata satdığını, evlə bağlı hər hansı bir problem və söz söhbət olmadığını demişdir. Zəminə Polada ev üçün 16.550 manat pul verəcəyini, evə köçdükdən sonra qalan pulu hissə-hissə verəcəyini demiş, Polad da razılaşmışdır. Daha sonra isə Polad onu Biləcəri qəsəbəsi, 1 may küçəsinə apararaq orada boş torpaq sahəsini, yəni, hər tərəfi mişar daş hasarı olan, lakin darvazası olmayan həyəti göstərərək həmin həyətin dayısına məxsus olduğunu, torpağın satılmasının ona həvalə edildiyini bildirmişdir. O, orada Poladla söhbət etmiş və sonuncu həmin torpaq sahəsində 40.000 manat pul müqabilində 3 otaqlı bir mərtəbəli ev tikə biləcəyini demişdir. O, Polada pulu hissə-hissə verəcəyini demişdir. Bu məqsədlə də o, xx.xx.2020-ci il tarixdə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən, 5-ci korpusda Polada 3500 manat pul vermiş, sonra Zəminə ilə maraqlandıqda Zəminə Polada 16.550 manat pulu verdiklərini demişdir. Daha sonra ikinci dəfə xx.xx.2020-ci il tarixdə ünvan 10 ünvanda, yəni iş yerində işçisi Zəminənin yanında 7300 manat pulu Polada vermiş və üçüncü dəfə isə xx.xx.2021-ci il tarixdə yenə də yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən 5-ci korpusda Polada 4500 manat pul vermişdir. Həmin vaxt Polad ona tikinti aparmaq üçün evin sənədlərini aldığını və tikintiyə başladığını demişdir. Daha sonra isə Polad onun zənglərinə cavab verməmişdir. Bir müddət sonra o, Polad tutulduğunu və barəsində Suraxanı RPİ-də cinayət işi olduğunu bilmişdir. Təqsirləndirilən şəxsn tərəfindən dəymiş zərər ödənilmədiyi üçün o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 ildən artıqdır ki, Yasamal rayonu Mənzil Komunal Təsərrüfatı Birliyində süpürgəçi işləyir. O, oğlu üçün ev almaq məqsədi ilə müxtəlif ev alğı-satqı yerləri ilə maraqlanmışdır. Onun işlədiyi yerin yaxınlığında 5 mərtəbəli binanın divarına yapışdırılmış ev satışı elanını görmüş və həmin elanı götürüb briqadiri Lətifəyə göstərmişdir. Lətifə həmin nömrə ilə əlaqə saxlamış və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bir gün sonra Poladla görüşmüşlər və Polad onları Biləcəri qəsəbəsi, DSK yolunda un dəyrimanının yaxınlığına apararaq tikilmiş, lakin təmir olunmayan həyət evini göstərərək həmin evin Fəxriyyə adlı qadına məxsus olduğunu demişdir. Polad evin 33.000 manata satıldığını demişdir. Daha sonra Polad Fəxriyyəyə zəng edib danışmış və o, da Fəxriyyə ilə telefonda danışıb evi almaq istədiyini bildirmişdir. Fəxriyyə evi 33.000 manata satdığını, evlə bağlı hər hansı bir problem olmadığını, evin pul məsələsi ilə Poladın məşğul olacağını demişdir. O, evin pulundan 16.550 manat verəcəyini, qalan pulu evə köçdükdən sonra verə biləcəyini demiş, Polad da onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə kirayə yaşadığı ünvan 11 ünvanda Polada əri X4 yanında 16.550 manat pulu vermişdir. Polad evin təmirini 2020-ci ilin dekabr ayına qurtarıb təhvil verəcəyinə dair söz vermişdir. Lakin Polad həmin vaxta evin həyətinə darvaza qoymuş və evin açarını ona vermişdir. Bundan sonra Polad mənzilin otaqlarının qapı və pəncərələrini yerinə qoymaq üçün ondan evin açarını istəmişdir. O, da açarı Polada vermiş, lakin Polad orada heç bir iş görməmiş və evin açarını da ona qaytarmamışdır. Daha sonra isə həyat yoldaşı evə baxıb evin pəncərələrinin qoyulduğunu görmüşdür. Bundan sonra o, Poladla dəfələrlə telefonla əlaqə saxlasa da Polad hər dəfə bir bəhanə gətirərək onu aldatmağa başlamışdır. Sonradan Təqsirləndirilən şəxs tutulduğunu və barəsində Suraxanı RPİ-də cinayət işə olduğunu eşitmiş, ona görə də Suraxanı RPİ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsn tərəfindən dəymiş zərər ödənilmədiyi üçün o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid2 və Şahid1 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ilə eyni məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları ifadələrində təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki görünür ki, Əliyev X13 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(004)-108/08 nömrəli hökmü ilə CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2011-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-479/2022 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, 26 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 3000 manat vermişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, 07 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 12.000 manat pul vermişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 04 fevral 2021-ci il tarixdə saat 10:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-80/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 1 ay 16 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-179/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay yəni 20 may 2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-322/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 10 iyul 2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(010)-305/2021 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 25 gün, yəni 04 avqust 2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaqa verdiyi ifadəsini təsdiq etməklə dələduzluq hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(010)-352/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 25 gün, yəni 29 avqust 2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki ,210100429 nömrəli cinayət işi Binəqədi RPİnin İŞ-nin müstəntiqi Cəfər Nəzərov tərəfindən icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Cəfər Nəzərov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 15000 manat alması barədə sonuncuya qəbz vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 verilmiş qəbz, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli kredit müqavilələri iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X10, X6, X5, X7, X11, X12, X8 və X3 zərərçəkmiş statusuna xitam verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X10, X6, X5, X7, X11, X12, X8 və X3 epizodları üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə başqa cinayət işi ayrılmış, cinayət işinə ********* nömrəsi verilməklə icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-793/2022 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 27 iyul 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-80/2021 nömrəli qərarı ilə 1 ay 16 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-179/2021 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 02 ay yəni 20 may 2021-ci il tarixədək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-322/2021 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 10 iyul 2021-ci il tarixədək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(010)-305/2021 nömrəli qərari ilə həbsdə saxlama müddəti 25 gün, yəni 04 avqust 2021-ci il tarixədək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(010)-352/2021 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 25 gün, yəni 29 avqust 2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli 07 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-479/2022 nömrəli qərarı ilə barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-793/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 27 iyul 2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 fevral 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək, yəni 6 (altı) ay 25 (iyirmi beş) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanılmış, həmçinin 07 iyun 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 04 fevral 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək tutulduğu 6 (altı) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar