Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-512/2023 31.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq hər iki mərtəbənin уataq, qonaq və zal otaqlarından hər birinin qiyməti 216 manat olmaqla 6.480 manat dəyərində 30 ədəd kombi qızdırıcı aparatının radiatorları, qonaq otağındakı divarda quraşdırılmış 1500 manat dəyərində 1 ədəd “Samsunq” markalı plazma televizoru, qonaq otağındakı 200 manat dəyərində 1 ədəd videomaqnitofon, hər iki mərtəbənin yataq, qonaq və zal otaqlarından hər birinin qiyməti 150 manat olmaqla 3.000 manat dəyərində 20 ədəd karnizlər və onlara asılmış 180 metrə ölçüdə 5.000 manat dəyərində pərdələr, qonaq otağındakı hər birinin qiyməti 1500 manat olmaqla 3.000 manat dəyərində 2 ədəd HP markalı notbuk kompyuterləri və hər birinin qiyməti 150 manat olmaqla 300 manat dəyərində 2 ədəd DVD pleyerləri, hər iki mərtəbənin yataq, qonaq, zal və mətbəx otaqlarının qapıları üzərindəki hər birinin qiyməti 40 manat olmaqla 440 manat dəyərində 11 ədəd qapı kilidləri, yataq otağındakı paltar dolabında olan, hər birinin qiyməti 300 manat olmaqla 1200 manat dəyərində 4 ədəd kişi kostyumları, hər birinin qiyməti 350 manat olmaqla 700 manat dəyərində 2 ədəd kişi paltoları, hər birinin qiyməti 750 manat olmaqla 1500 manat dəyərində 2 ədəd kişi plaşları, hər birinin qiyməti 1.000 manat olmaqla 2000 manat dəyərində 2 ədəd qadın şubası, qiyməti 200 manat olan 1 ədəd, qiyməti 150 manat olan 2 ədəd, cəmi 500 manat dəyərində 3 ədəd qadın gödəkcələri, evin mətbəxindən hər bilinin qiyməti 300 manat olmaqla 600 manat dəyərində 2 ədəd samovar, 400 manat dəyərində 1 ədəd çay servisi, 600 manat dəyərində 1 ədəd kofe servisi, 1000 manat dəyərində 1 ədəd nahar servisi, hər birinin qiyməti 300 manat olmaqla 1200 manat dəyərində 4 ədəd büllur güldanları, yataq otağından hər dəstinin qiyməti 200 manat olmaqla 1.000 manat dəyərində 5 dəst yorğan-döşək dəstləri, hər iki mərtəbənin yataq, qonaq və zal otaqlarından hər birinin qiyməti 2500 manat olmaqla 4x5m ölçüdə 4 ədəd, hər birinin qiyməti 1500 manat olmaqla 4x3m ölçüdə 2 ədəd və hər birinin qiyməti 1.000 manat olmaqla 3x2m olan 2 ədəd, cəmi 15.000 manat dəyərində 8 ədəd xalçaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 45.620 (qırx beş min altı yüz iyirmi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, hər iki mərtəbənin yataq, qonaq və zal otaqlarından hər birinin qiyməti 282 manat olmaqla 6.204 manat dəyərində 22 ədəd kombi qızdırıcı aparatına aid radiatorları, yataq otağının divarına quraşdırılmış 3000 manat dəyərində 1 ədəd ’’Samsunq” markalı geniş ekranlı plazma televizoru, yataq və qonaq otaqlarında olan hər birinin qiyməti 800 manat olmaqla 4.000 manat dəyərində 5 ədəd xalçaları, qonaq otağından hər birinin qiyməti 1500 manat olmaqla 3.000 m mat dəyərində 2 ədəd HP markalı dizüstü notbuk kompyuterləri, yataq otağındakı paltar dolabından hər birinin qiyməti 700 manat olmaqla 1400 manat dəyərində 2 ədəd kişi paltoları, hər birinin qiyməti 800 manat olmaqla 1600 manat dəyərində 2 ədəd qadın şubası, hər birinin qiyməti 750 manat olmaqla 1500 manat dəyərində kişi kostyumları, hər birinin qiyməti 600 manat olmaqla 1200 manat dəyərində qadın gödəkcələri, mətbəx dolabından hər birinin qiyməti 500 manat olmaqla 1500 manat dəyərində 3 ədəd çay, kofe və nahar servisləri, qonaq və yataq otağından hər birinin qiyməti 150 manat olmaqla 300 manat və qiyməti 200 manat olmaqla 3 ədəd güzgüləri, zal otağından hər birinin qiyməti 1000 manat olmaqla 2000 manat dəyərində tablolar, yataq otağından hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində 4 dəst yorğandöşək dəstləri, sanitar qovşağından hər birinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində 4 ədəd su kranları və hər birinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində 2 ədəd tuşları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 vahid niyyətilə əhatə olunan qəsdlə, ümumilikdə 26.944 (iyirmi altı min doqquz yüz qırx dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 02 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 mart 2023-cü il tarixdə saat 03:07 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evin həyətinə qanunsuz daxil olaraq oradan 120 (bir yüz iyirmi) manat dəyərində köz samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 mart 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki qonaq otağından qutusunda saxlanılan işlənməmiş 01 ədəd. 1000 manat dəyərində 147 diaqonal ölçüdə «Redlin» markalı plazma televizoru, yataq otağının paltar dolabından hər birinin qiyməti 850 manat olmaqla 1700 manat dəyərində 02 ədəd “Aldo Baroni” markalı İtalyan istehsallı kişi kostyumları, 100 manat dəyərində 01 ədəd kişi idman dəsti, hər birinin qiyməti 25 manat olmaqla 250 manat dəyərində 10 ədəd kişi köynəkləri, hər birinin qiyməti 120 manat olmaqla 240 manat dəyərində 02 ədəd 43 ölçülü kişi ayaqqabıları, evin birinci mərtəbəsindəki mətbəxdən 350 manat dəyərində 01 ədəd “Vertu Azcent” markalı “B-010084 seriyalı nömrəsiz mobil telefonu,40 manat dəyərində 01 ədəd Çin istehsalı “Motorola Razv V3” markalı nömrəsiz mobil telefonu, hər birinin qiyməti 600 manat olmaqla 1200 manat dəyərində 02 dəst çay servisləri, hər birinin qiyməti 400 manat olmaqla 1400 manat dəyərində 06 mətbəx dəstləri, evin ikinci mərtəbəsindəki yataq otağından 600 manat dəyərində 01 ədəd yataq dəsti, yataq otağındakı termo dolabın içərisindən hər birinin qiyməti 50 manat olmaqla 400 manat dəyərində 08 ədəd qadın və hər birinin qiyməti 50 manat olmaqla 100 manat dəyərində 02 ədəd kişi ətirləri, qonaq otağındakı dolabın içərisindən 3000 manat dəyərində «viski, araq, çaxır, konyak dan ibarət 15 ədəd xarici istehsallı spirtli içkiləri, 1200 manat dəyərində 01 ədəd keramik qab dəsti, hər birinin qiyməti 100 manat olmaqla 500 manat dəyərində 05 ədəd suvenir dəstləri, evin həyətində yerləşən saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olub oradan hər metrəsinin qiyməti 8 manat olmaqla 1600 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 13.580 (on üç min beş yüz səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, ittiham aktının nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, hər iki mərtəbənin yataq, qonaq və zal otaqlarından hər birinin qiyməti 282 manat olmaqla 6.204 manat dəyərində 22 ədəd kombi qızdırıcı aparatına aid radiatorları, yataq otağının divarına quraşdırılmış 3000 manat dəyərində 1 ədəd “Samsunq” markalı geniş ekranlı plazma televizoru, yataq və qonaq otaqlarında olan hər birinin qiyməti 800 manat olmaqla 4.000 manat dəyərində 5 ədəd xalçaları, qonaq otağından hər birinin qiyməti 1500 manat olmaqla 3.000 manat dəyərində 2 ədəd HP markalı dizüstü notbuk kompyuterləri, yataq otağındakı paltar dolabından hər birinin qiyməti 700 manat olmaqla 1400 manat dəyərində 2 ədəd kişi paltoları, hər birinin qiyməti 800 manat olmaqla 1600 manat dəyərində 2 ədəd qadın şubası, hər birinin qiyməti 750 manat olmaqla 1500 manat dəyərində kişi kostyumları, hər birinin qiyməti 600 manat olmaqla 1200 manat dəyərində qadın gödəkçələri, mətbəx dolabından hər birinin qiyməti 500 manat olmaqla 1500 manat dəyərində 3 ədəd çay, kofe və nahar servisləri, qonaq və yataq otağından hər birinin qiyməti 150 manat olmaqla 300 manat və qiyməti 200 manat olmaqla 3 ədəd güzgüləri, zal otağından hər birinin qiyməti 1000 manat olmaqla 2000 manat dəyərində tablolar, yataq otağından hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində 4 dəst yorğan-döşək dəstləri, sanitar qovşağından hər birinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində 4 ədəd su kranları və hər birinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində 2 ədəd tuşları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 26.944 (iyirmi altı min doqquz yüz qırx dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, həmin oğurluq epizod üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, ittiham üzrə zərərçəkmiş şəxsə ümumilikdə 26.944 manat məbləğində maddi ziyan vurulduğu hesablansa da, əslində isə zərərçəkmiş şəxsə 27.044 manat zərər vurması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə 25 mart 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 Mustaf oğluna məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlara sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki qona otağından qutusunda saxlanılan işlənməmiş 01 ədəd 1000 manat dəyərində 147 diaqonal ölçülü «Redlin» markalı plazma televizoru, yataq otağının paltar dolabından hər birinin qiyməti 50 manat olmaqla 1700 manat dəyərində 02 ədəd “Aldo Baroni” markalı İtalyan istehsallı ki kostyumları, 100 manat dəyərində 01 ədəd kişi idman dəsti, hər birinin qiyməti 25 man olmaqla 250 manat dəyərində 10 ədəd kişi köynəkləri, hər birinin qiyməti 120 manat olmaq 240 manat dəyərində 02 ədəd 43 ölçülü kişi ayaqqabıları, evin birinci mərtəbəsindəki mətbəx 350 manat dəyərində 01 ədəd “Vertu Azcent” markalı “B-010084 seriyalı nömrəsiz mobil telefonu, 40 manat dəyərində 01 ədəd Çin istehsalı “Motorola Razv V3” markalı nömrəsiz mobil telefonu, birinin qiyməti 600 manat olmaqla 1200 manat dəyərində 02 dəst çay servisləri, hər birinin qiyməti 400 manat olmaqla 1400 manat dəyərində 06 mətbəx dəstləri, evin iki mərtəbəsindəki yataq otağından 600 manat dəyərində 01 ədəd yataq dəsti, yataq otağında termo dolabın içərisindən hər birinin qiyməti 50 manat olmaqla 400 manat dəyərində 08 ədəd qadın və hər birinin qiyməti 50 manat olmaqla 100 manat dəyərində 02 ədəd kişi ətirləri, qonaq otağındakı dolabın içərisindən 3000 manat dəyərində viski, araq, çaxır, konyak dan ibarət ədəd xarici istehsallı spirtli içkiləri, 1200 manat dəyərində 01 ədəd keramik qab dəsti, hər birinin qiyməti 100 manat olmaqla 500 manat dəyərində 05 ədəd suvenir dəstləri, evin həyətində yerləşən saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olub oradan hər metrəsini qiyməti 8 manat olmaqla 1600 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdi: ümumilikdə 13.580 (on üç min beş yüz səksən) manat məbləğində xeyli miqdarda maddi ziya vurmaqla oğurluq etmişdir. Lakin, həmin oğurluq epizod üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, ittiham üzrə zərərçəkmiş şəxsə ümumilikdə 13.580 manat məbləğində maddi ziyan vurulduğu hesablansa da, əslində isə (ittihama görə hər birinin qiyməti 400 manat olmaqla 1400 manat dəyərində 06 mətbəx dəstləri göstərilmişdir və ümumi məbləğ düzgün hesablanmamışdır) zərərçəkmiş şəxsə 14.680 manat zərər vurması müəyyən edilmişdir. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi müstəntiq ikinci epizod üzrə zərərçəkmiş şəxsə vurulmuş zərər 27.044 manat göstərilməli olduğu halda maddi ziyan 26.944 manat kimi, dördüncü epizod üzrə isə zərərçəkmiş şəxsə vurulmuş zərər 14.680 manat göstərilməli olduğu halda maddi ziyan 13.580 manat kimi qeyd edilmişdir. Beləliklə müstəntiq tərəfindən CPM-in 289.4-cü maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, eləcə də təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edilməklə iş üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində də xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı irəli sürülən ittihamla razı deyil. Belə ki, ona qarşı irəli sürülmüş ittihamda onun tərəfindən oğurlanmamış əşyalar da qeyd edilmiş, həmçinin əşyaların dəyərləri səhv hesablanmışdır. Odur ki, cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə ittihamın səhv verildiyini bildirərək, cinayət işinin baxılmasına xitam verilməsini, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham təhlil edilərkən aşağıdakı kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsviriəsaslandırıcı və nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2023cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, hər iki mərtəbənin yataq, qonaq və zal otaqlarından hər birinin qiyməti 282 manat olmaqla 6.204 manat dəyərində 22 ədəd kombi qızdırıcı aparatına aid radiatorları, yataq otağının divarına quraşdırılmış 3000 manat dəyərində 1 ədəd ’’Samsunq” markalı geniş ekranlı plazma televizoru, yataq və qonaq otaqlarında olan hər birinin qiyməti 800 manat olmaqla 4.000 manat dəyərində 5 ədəd xalçaları, qonaq otağından hər birinin qiyməti 1500 manat olmaqla 3.000 m mat dəyərində 2 ədəd HP markalı dizüstü notbuk kompyuterləri, yataq otağındakı paltar dolabından hər birinin qiyməti 700 manat olmaqla 1400 manat dəyərində 2 ədəd kişi paltoları, hər birinin qiyməti 800 manat olmaqla 1600 manat dəyərində 2 ədəd qadın şubası, hər birinin qiyməti 750 manat olmaqla 1500 manat dəyərində kişi kostyumları, hər birinin qiyməti 600 manat olmaqla 1200 manat dəyərində qadın gödəkcələri, mətbəx dolabından hər birinin qiyməti 500 manat olmaqla 1500 manat dəyərində 3 ədəd çay, kofe və nahar servisləri, qonaq və yataq otağından hər birinin qiyməti 150 manat olmaqla 300 manat və qiyməti 200 manat olmaqla 3 ədəd güzgüləri, zal otağından hər birinin qiyməti 1000 manat olmaqla 2000 manat dəyərində tablolar, yataq otağından hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində 4 dəst yorğan-döşək dəstləri, sanitar qovşağından hər birinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində 4 ədəd su kranları və hər birinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində 2 ədəd tuşları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 vahid niyyətilə əhatə olunan qəsdlə, ümumilikdə 26.944 (iyirmi altı min doqquz yüz qırx dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, həmin epizod üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, ittiham üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə törədilmiş oğurluq əməli nəticəsində ümumilikdə 26944 (iyirmi altı min doqquz yüz qırx dörd) manat maddi ziyan vurulduğu hesablansa da, əslində isə ittihamda göstərilən məbləğlər hesablanan zaman zərərçəkmiş şəxsə 27044 (iyirmi yeddi min qırx dörd) manat maddi ziyan vurulması müəyyən edilir. Bundan əlavə cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 mart 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki qonaq otağından qutusunda saxlanılan işlənməmiş 01 ədəd. 1000 manat dəyərində 147 diaqonal ölçüdə «Redlin» markalı plazma televizoru, yataq otağının paltar dolabından hər birinin qiyməti 850 manat olmaqla 1700 manat dəyərində 02 ədəd “Aldo Baroni” markalı İtalyan istehsallı kişi kostyumları, 100 manat dəyərində 01 ədəd kişi idman dəsti, hər birinin qiyməti 25 manat olmaqla 250 manat dəyərində 10 ədəd kişi köynəkləri, hər birinin qiyməti 120 manat olmaqla 240 manat dəyərində 02 ədəd 43 ölçülü kişi ayaqqabıları, evin birinci mərtəbəsindəki mətbəxdən 350 manat dəyərində 01 ədəd “Vertu Azcent” markalı “B-010084 seriyalı nömrəsiz mobil telefonu,40 manat dəyərində 01 ədəd Çin istehsalı “Motorola Razv V3” markalı nömrəsiz mobil telefonu, hər birinin qiyməti 600 manat olmaqla 1200 manat dəyərində 02 dəst çay servisləri, hər birinin qiyməti 400 manat olmaqla 1400 manat dəyərində 06 mətbəx dəstləri, evin ikinci mərtəbəsindəki yataq otağından 600 manat dəyərində 01 ədəd yataq dəsti, yataq otağındakı termo dolabın içərisindən hər birinin qiyməti 50 manat olmaqla 400 manat dəyərində 08 ədəd qadın və hər birinin qiyməti 50 manat olmaqla 100 manat dəyərində 02 ədəd kişi ətirləri, qonaq otağındakı dolabın içərisindən 3000 manat dəyərində «viski, araq, çaxır, konyak dan ibarət 15 ədəd xarici istehsallı spirtli içkiləri, 1200 manat dəyərində 01 ədəd keramik qab dəsti, hər birinin qiyməti 100 manat olmaqla 500 manat dəyərində 05 ədəd suvenir dəstləri, evin həyətində yerləşən saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olub oradan hər metrəsinin qiyməti 8 manat olmaqla 1600 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 13.580 (on üç min beş yüz səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, həmin epizod üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, ittiham üzrə Zərərçəkmiş şəxs3 ümumilikdə 13580 (on üç min beş yüz səksən) manat maddi ziyan vurulduğu hesablansa da, əslində isə ittihamda göstərilən məbləğlər hesablanan zaman zərərçəkmiş şəxsə 14680 (on dörd min altı yüz səksən) manat maddi ziyan vurulması müəyyən edilmişdir. CPM-in 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi müstəntiq tərəfindən ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktında Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə törədilmiş oğurluq əməli nəticəsində vurulmuş zərər 27044 (iyirmi yeddi min qırx dörd) manat göstərilməli olduğu halda maddi ziyan 26944 (iyirmi altı min doqquz yüz qırx dörd) manat kimi qeyd edilmiş, bundan əlavə Zərərçəkmiş şəxs3 vurulmuş zərər 14680 (on dörd min altı yüz səksən) manat göstərilməli olduğu halda 13580 (on üç min beş yüz səksən) manat kimi qeyd edilmişdir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlar və protokollar, eləcə də, ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənədlər olmaqla təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verən sübutlar və ittihamın sübuta yetirilməsi öz əksini tapmalı, habelə ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Cinayət işinin materialları təhlil edilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 451/2023 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-512/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə səbəb olan əsasların aradan qalxmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 30 sentyabr 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 30 sentyabr 2023-cü il tarixədək uzadılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin.
Hakim: Vüsal Tağıyev