Məhkəmə qərarları › İş №1(001)-513/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-513/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-513/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitləri xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 04 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 01 ədəd xeyli miqdarda təmiz çəkisi 0,04 qram, F M 40 göstəricisi olan, bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, dərman tableti narkotik vasitə-metadon və 07 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram, 0,41 qram, 0,25 qram, ümumi çəkisi 0,95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 01 ədəd yarı yanmış papirosda tütün və tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın hissəcikləri olan cüzi miqdarda, çəkisini müəyyən olunmayan marixuananı əldə edərək əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibində kibrit qutusunda saxlamaqla üzərində daşımış, 07 aprel 2024-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsini 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:40-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən kibrit qutusunda olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 03 bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram, 0,41 qram, 0,25 qram, ümumi çəkisi 0,95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 01 ədəd yarı yanmış papirosda tütün və tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın hissəcikləri olan cüzi miqdarda, çəkisini müəyyən olunmayan marixuana və 01 ədəd xeyli miqdarda təmiz çəkisi 0,04 qram, F M 40 göstəricisi olan, bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, dərman tableti narkotik vasitə - metadon aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı istifadə etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən onlayn şəkildə pul göndərməklə almışdır. Belə ki, o, həmin şəxsin hesabına 30 manat miqdarında pul göndərmiş, bunun müqabilində həmin şəxs Binəqədi rayonu, “Mərkəz” deyilən ərazidə bir ünvana həmin narkotik vasitəni qoymaqla narkotik vasitəni qoyduğu ünvanın yerini telefon vasitəsi ilə ona göndərmiş, o da gedib həmin narkotik vasitəni olduğu yerdən götürmüşdür. Narkotik vasitə marixuananı kibrit qutusunda əldə etmiş, lakin içini açıb baxmamışdır. Həmin kibrit qutusunu polis bölməsində açıldıqdan sonra qutunun içərisində 3 büküm olduğunu bilmişdir. Bölmədə elə ona bildirmişlər ki, bəs büküm halında olduqda bu satış məqsədi hesab olunur. Onu saxlayıb bölməyə gətirdikləri zaman üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı üzərindən 3 bükümdə narkotik vasitə marixuana və 1 ədəd M40 metadon həbi aşkar edilmişdir. O, həmin çəkiliş zamanı da üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. 3 ədəd büküm marixuananı yuxarıda qeyd etdiyi kimi tanımadığı şəxsdən “Mərkəz” deyilən ərazidən almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə metadonu isə Novxanı ərazisindən əldə etmişdir. Belə ki, onun döyüş yoldaşları həmin ərazidə reabilitasiya mərkəzi işlədirlər. Orada yığıncaqda olmuş, həmin zaman stolun üstündə 4 ədəd M40 metadon həbi olmuş, o həmin həbləri götürmüşdür. Binəqədi “Mərkəz” deyilən ərazidə narkotik vasitəni götürən zaman həmin metadon həbləri üzərində olmuşdur. Metadon həblərini Talehə vermək üçün götürmüşdür. Taleh onun sinif yoldaşıdır, həmçinin evin də tək oğludur. Lakin Taleh “kokos” deyilən narkotik vasitədən istifadə edir. O, Talehə metadon barədə məlumat verdikdə Taleh həmin metadonun nə üçün istifadə edildiyini öyrəndikdən sonra ondan həmin metadonu istəmişdir. O həmin metadondan istifadə etmədiyi üçün Talehə verəcəyi barədə razılıq vermişdir. Talehə həmin metadon həblərini heç bir qarşılığı olmadan hədiyyə olaraq vermişdir. Onun Telehə metadonu verməyinin səbəbi isə Talehin narkotikə görə vəziyyətinin ağır olması olmuşdur. Talehi vəziyyətdən çıxarmaq üçün Novxanıda yığıncaqdan götürdüyü 4 ədəd metadon həbindən 3 ədədini ona vermişdir. O, Novxanı ərazisində marixuanadan istifadə etməmiş, istifadə etdiyi narkotik vasitə marixuananı “Mərkəz” deyilən ərazidən götürdükdən sonra istifadə etmişdir. Həmin marixuananın yarısı isə qalmışdır. Marixuanadan geri qalan hissə onun üzərinə şəxsi axtarış aparılan zaman qeydə alımış videoçəkiliş zamanı nümayiş etdirilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə Talehlə görüşdüyü vaxt birgə saxlanılmışlar. Narkotik vasitəni yerə atmışdılar, onlar da gedib götürmüşlər, sonra isə saxlanılmışdırlar. İbtidai istintaq zamanı müstəntiq dediyi məzmunda ifadə vermişdir.Sonda isə o, satış ilə rəsmiləşdirilmişdir. Halbuki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, Talehlə birgə pul göndərmişlər, o öz pulunu, Taleh də öz pulu köçürmüşdür. O, 30 manat köçürmüş, lakin Talehin nə qədər köçürmə etməsini isə bilmir. Metadonlar Talehə məxsus olmuş, çünki Taleh ağrıları olduğu üçün istifadə edirdi. Daha sonra 2-ci Qarabağ Müharibəsində iştirak etdiyini, döyüşlər başlayandan bir həftə sonra təxminən 2020-ci il oktyabr ayının 5-i könüllü olaraq getdiyini, 2021-ci il 09 yanvarına qədər döyüşlərdə işirrak etdiyini bildirmişdir. Son sözündə narkotik vasitələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirməklə barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-in 43-cü polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında onun da tərkibinə daxil edildiyi əməliyyat qrupu yaradılmışdır. 07 aprel 2024-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə Təqsirləndirilən şəxs saxlayıb 43-cü polis şöbəsinə gətirmişdirlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan marixuana bükümlərini və dərman həblərini təqdim etmişdir. Qeyd etməlidir ki, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur, Təqsirləndirilən şəxs da həm narkotik vasitələrdən istifadə etdiyini, həm də dostlarına verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 aprel 2024-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə Təqsirləndirilən şəxs saxlanılaraq 43-cü polis şöbəsinə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan marixuana bükümlərinə və dərman həblərini çıxarıb təqdim etmişdir. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat mövcud olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı zaman yanında Taleh Cəfərov adlı şəxs də olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həm sinif yoldaşı, həm də uşaqlıq dostudur. O, Təqsirləndirilən şəxs heç nə pay almamışdır. Onlar bir yerdə danışaraq narkotik vasitə əldə etmişlər. Belə ki, o, Təqsirləndirilən şəxs zəng edərək dərman lazım olduğunu bildirmişdir. Daha sonra Rəşadla birgə pul göndərmişlər. Narkotik vasitə “Mərkəz” adlanan yerdə Araz marketin yaxınlığında bağça olan tərəfdə malı daşın qırağına qoyulmuş, onlar da oradan gedib narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Narkotik vasitəni birgə götürmüşlər.Rəşad ona nəsə verməmişdir. Onların barəsində istintaq əvvəlcə CM-nin 234.1-ci maddəsi ilə aparılmış, daha sonra isə Rəşadın əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. İbtidai istintaq zamanı ona əməllərinin qrup şəkilində tövsif olunduğu bildirildiyi üçün həmin zaman ifadəsini dəyişmişdir. 30 manat müqabilində 5 list dərman alacaqdılar, Rəşad pulu görməmiş, Rəşadın da əvəzinə pulu o göndərmişdir. İran İslam Respublikası vətəndaşına M10 tətbiqi vasitəsi ilə pulu göndərmişdir. O, 5 ədəd dərman götürmüş, 2 ədəd həbi elə götürdükləri zaman istifadə etmiş, 3 ədədini üzərində daşımışdır ki, saxlanıldığı zaman da üzərindən aşkar olunmuşdur. Onlara 10 ədəd dərman verilməli idi, lakin 5 ədədi göndərilmişdi. O, həmin həblərdən Rəşada heç nə verməmiş, gedib bir yerdə istifadə edəcəkdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 19:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində açıq göy rəngli cins şalvarın sağ yan cibindən 3 manat nəğd pul əskinasını və sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın uzürənə qoydu. Həmin 01 ədəd kibrit qutusu açıldıqda oradan 03 ədəd ağ kağıza bükülmüş bükülü, 03 ədəd dərman həbbəli və 01 ədəd açıq şabalıdı rəngli kağız bükülü aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, ayağında olan ayaqqabı çıxarılaraq içərisini nümayiş etdirdikdə içərisindən heçnə aşkar olunmamış, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin 01 ədəd kibrit qutusunun içində olan 03 ədəd ağ kağıza bükülmüş bükülü, 03 ədəd dərman həbləri və 01 ədəd açıq şabalıdı rəngli kağız bükülü nə olduğu soruşulduqda o, həmin 04 ədəd kağız bükülüdə "nəişə", 01 ədəd metadon həbi, 02 ədəd səhhəti üçün adi dərman olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin 03 ədəd ağ kağıza bükülmüş bükülü nəişəni bu gün günorta saatlarında Bakı şəhəri, Binəqədi qəsəbəsi, "Mərkəz" deyilən yerdə tanımadığı şəxsdən 30 manata, 01 ədəd açıq şabalıdı rəngli kağız bükülünü 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, 01 ədəd metadon həbi, 02 ədəd səhhəti üçün adi dərmanı tanımadığı şəxsin pay verdiyini bildirmiş, bundan sonra həmin 03 ədəd ağ kağıza bükülmüş bükülünün və 01 ədəd açıq şabalıdı rəngli kağız bükülünün maddəsinin, 01 ədəd metadon həbinin, 02 ədəd səhhəti üçün adi dərman çəkisinin və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində 03 ədəd ağ kağıza bükülmüş bükülü, 01 ədəd açıq şabalıdı rəngli kağız bükülü, 03 ədəd dərman həbləri elektron tərəzinin üstünə qoyulmuş və 1-ci ağ kağızada olan bükülünün çəkisi "0,47" qr.,; 2-ci "0,45" qr.,; 3-cü "061 qr.; 01 ədəd açıq şabalıdı rəngli kağız bükülünün "0,40" qr., 01 ədəd metadon hǝbi "0,64" qr., 02 ədəd səhhəti üçün adi dərmanın 1-ci dərmanı "0,44" qr.,; 2-ci dərmanın "0,25" qr., olduğu müəyyən edilmişdir. Bundan sonra 03 ədəd ağ kağıza bükülmüş bükülü, 01 ədəd açıq şabalıdı rəngli kağız bükülü, 01 ədəd narkotik vasitə metadona bənzər maddə, 02 ədəd dərman həbbəli zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Məhkəmə istintaqı zamanı sözügedən protokola əlavə edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola uyğundur. xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1919 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Təqsirləndirilən şəxs....” - sözlər, soyad və imzalar...” yazı əlavəsi qeyd edilmiş zərfdə 01 (bir) ədəd FM 40 göstəricisi olan bir ədəd bozumtul-qəhvəyi rəngli, dairəvi formalı dərman tableti narkotik vasitə-metadondur və tərkibində metadon təsiredici maddəsinin miqdarı 0,04 qram (üzərində ki, göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Blister kəsikləridə 1 ədəd ağ rəngli dərman tabletinin və 1 ədəd sarı-qəhvəyi rəngli kapsulun tərkibində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına” habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr aşkar edilməmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 1 ədəd tablet, 1 ədəd tablet və 1 ədəd kapsul qəbul edilmiş tədqiqat üçün sərf edildikdən sonra ½ tablet, ½ tablet, kapsulun yarısı geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/555 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram, 0,41 qram, 0,25 qram, ümumi çəkisi 0,95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd yarı yanmış papirosda tütün və tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananın hissəcikləri cüzi miqdarda vardır. Həmin marixuana cüzi miqdarda olduğu üçün, çəkisini müəyyən etmək mümkün olmadı. Marixuana Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0.95 qram maddə qəbul edilmiş, 0,06 qram nümunə götürülmüş, 0,89 qram geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 3 ədəd bükümdə narkotik vasitə marixuana və 4 ədəd metadon dərmanı əldə etdiyini, 4 ədəd metadondan 3 ədədini dostu Talehə heç bir ödəniş əldə etmədən pay verdiyi, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, şəxsi axtarış zamanı üzərində olan 1 ədəd metadon dərmanını, 2 ədəd digər dərmanı, 3 ədəd bükümdə olan marixuananı və 1 ədəd papiros formasında olan bükümü təqdim etdiyoni bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Şahidin dindirilməsi” protokolundan görünür ki, X3 Rəşad Salman oğlundan ona dərman verməsini xahiş etdiyini, Talehin ona 3 ədəd metadon dərmanı pay verdiyini, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, bölmədə olan zaman üzərində olan 3 ədəd metadon həbini təqdim etdiyini bildirmiş və həmin protokolu imza etmişdir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, X10 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs X7 3 ədəd metadon həbi pay verdiyini bildirmiş, həmçinin X1 ona 3 ədəd metadon həbi pay verdiyini, daha sonra həmin həbləri şəxsi axtarış zamanı təqdim etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə ictimai təhlükəli əməl AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 3 ədəd bükümdə narkotik vasitə marixuana və 4 ədəd metadon dərmanı əldə etdiyini, 4 ədəd metadondan 3 ədədini dostu Talehə heç bir ödəniş əldə etmədən pay verdiyi, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, şəxsi axtarış zamanı üzərində olan 1 ədəd metadon dərmanını, 2 ədəd digər dərmanı, 3 ədəd bükümdə olan marixuananı və 1 ədəd papiros formasında olan bükümü təqdim etdoyoni bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o saxlanıldığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” qərardan görünür ki, DVD diskdə bir ədəd video videofayl vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə başlanılır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar təhqiqatçı, polis polkovnik-leytenantı Rövşən Xanbabayev tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Təhqiqatçının iş otağında polis əməkdaşları, təhqiqatçı və Təqsirləndirilən şəxs olduğu əks olunur. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı Rövşən Xanbabayev vətəndaş Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında öncə ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində ki, göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu və şalvarının sağ yan cibindən 3 manat nağı pulu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir və onun üzərinə axtarış keçirildikdə heçnə aşkarlanmadı. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusu açıldıqda içərisindən 03 ədəd dərman həbləri, 03 ədəd ağ kağıza bükülmüş büküm və bir ədəd şabalıdı rəngli kağız bükülüsü aşkar edildi. Aşkar olumuş dərman həbləri və bükümlərlə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o 02 ədəd dərman həblərinin xəstəliyi ilə əlaqədar üzərində saxladığını və istifadə etdiyini, digər bir ədəd dərman həbbinin m40-metadon dərmanının olduğunu ağrıları olduğu üçün istifadə etdiyini və həmin həbbi pay aldığını, 03 ədəd ağ kazğıa bükülmüş bükümdə və 01 ədəd şabalıdı rəngli bükümdə “nəişə” adlandırılan bitkinin olduğunu hər bir bükümü 10 manata olmaqla ümumilikdə 40 manata 07 aprel 2024-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu “Mərkəz” adlandırılan ərazidə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş 03 ədəd ağ kağıza bükülmüş halda olan bükümlər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan qəhvəyi rəngli mənşəyi bilinməyə spesifik iyə məxsus naməlum bitki mənşəli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər və dərman həbləri elektron tərəzidə çəkildikdə kağız bükümlərinin çəkilərinin 0,47 , 0,45 , 0,61, 0,40 dərman həblərinin isə 0,62 , 0,44 , 0,25 qram çəkidə olduğları müəyyən edilir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükümlər və dərman həbləri qablaşdırılaraq zərflərə qoyulurlar və üzəriləri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra bükümlər və dərman həbləri zərflərə qoyularaq zərfləri ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir. xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs telefonunda əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 3 ədəd bükümdə 0,95 qram, ekspert tədqiqatından sonra qalan 0,89 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd tabletindən ekspert tədqiqatından sonra qalan 1/2 tablet narkotik vasitə metadon və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla 10 aprel 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış, narkotik vasitə olan 0,89 qram qurudulmuş marixuana və 1/2 tablet narkotik vasitə metadon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2979 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd diskdən və məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Yetim gelim at anamin cani mendr sene ujduq qoyum hara dryirsen seher goyutrrsrn sen anavin cani reska grlim at”, “ora bidene gorun ne olur nece olur Senol Resad ozumunde malim yoxumdu Yeni Kesdiyimiz coreye and olsun neyese gore demiremde Meni bilirsen”, “Bele istiyirsen pulum bele azdi Ama istiyirsen Temanin Pulundan sene atim get helelik otele zada Eger eve gire bilmirsense”, “Reska anavin csni deyiremde axrincini vur anasini ---- istemiyrcrm saabah 70 manatim olacaqdi onuda srmr verecem”, “**********068183 uni bank. Tez at — üstümdə tema qalmışam küçədə”, “Ala — ascda bunu dirəm ustumde temaynan qalmışam küçədə nə mb var nə pul var basun gedibe tez eləə” məzmunlu smslərin mövcud olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs hərbi biletinin surətindən görünür ki, o, xx.xx.2016-cı il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2017-ci il tarixdə ehtiyata buraxılmış, daha sonra xx.xx.2020-ci il tarixdə yenidən Azərbaycan Respublikasını Silahlı Qüvvələrinə çağırılmış, xx.xx.2021-ci il tarixdə yenidən ehtiyata buraxılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni pay vermədiyinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun sözügedən məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirildiyi zaman X3 Rəşad Salman oğlunun ona 3 ədəd metadon dərmanı pay verdiyini bildirmişdir. Lakin qeyd edilməsi zəruridir ki, X10 ibtidai istintaq dövründə verdiyi ifadəsinin tam əksinə məhkəmə iclasında narkotik vasitəni Təqsirləndirilən şəxs ilə birlikdə şəxsi istifadələri üçün aldıqlarını, Təqsirləndirilən şəxs ona narkotik vasitəni pay vermədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şahid qismində dindirilmiş X6 məhkəmə baxışı zamanı verdiyi ifadəsi də qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirilərək mötəbər sübut kimi nəzərə alınmamalıdır. Belə ki, X10 və Təqsirləndirilən şəxs uşaqlıq dostudurlar. Hazırki yaranmış situasiyada X6 öz uşaqlıq dostunu qorumaq, sonuncunun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə bəzi nüansları təhrif etməklə ifadəsini dəyişdirməsi inandırıcıdır. Məhkəmənin mövqeyincə Təqsirləndirilən şəxs və X10 ilkin saxlanıldıqları zaman narkotik vasitənin pay verilməsinin, yəni narkotik vasitənin qarşılığında nəsə alınmadan başqa şəxsə verilməsinin narkotik vasitələrin satışı kimi tövsif olunmasından məlumatsız olmuşlar, bu səbəbdən işin hallarına uyğun ifadə vermişlər. Hazırki halda Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi təqsirləndirilən şəxsin və onun uşaqlıq dostu olan şahid X6 ibtidai istintaq dövründə verdiyi ifadələrinin dəyişmələrinə səbəb olmuşdur. Belə ki Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Novxanı ərazisində yığıncaqda olan zaman stolun üstündə 4 ədəd M40 metadon həbi götürdüyünü, Binəqədi “Mərkəz” deyilən ərazidə narkotik vasitə marixuananı götürən zaman həmin metadon həblərinin üzərində olduğunu, Talehə metadon barədə məlumat verdikdən sonra Talehin həmin metadondan ona verməsini xahiş etdiyini, özünün metadondan istifadə etmədiyi üçün Telehin narkotikiə görə düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün üzərində olan 4 ədəd metadon həbinin 3-nü Talehə heç bir maddi qarşılıq olmadan pay olaraq verdiyini bildirmişdir. X10 isə Təqsirləndirilən şəxs ona heçnə pay vermədiyini, bir yerdə danışaraq narkotik vasitə əldə etdiklərini, Təqsirləndirilən şəxs zəng edərək dərman lazım olduğunu bildirdirərək Rəşadla birlikdə pul göndəridklərini, narkotik vasitəni “Mərkəz” adlanan yerdə Araz marketin yaxınlığında bağça olan tərəfdə malı daşın qırağına qoyulduğunu, həmin ərazidən malı götürdüklərinin bildirmişdir. Daha sonra isə 30 manat müqabilində 5 list metdaon dərman alacaqlarını, Rəşadın pulu görmədiyini, Rəşadın da əvəzinə pulu özünün göndəridiyini, 5 ədəd metadon dərmanı götürdüyünü, 2 ədədini elə götürdükləri zaman istifadə etdiyini, 3 ədədini isə üzərində saxladığını bildirmişdir. Göründüyü kimi həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də X10 məhkəmə iclasında bir biri ilə uzlaşmayan ziddiyətli ifadələr vermişlər. Məhkəmə hesab edir ki, məhkəmə iclasında verilmiş həmin ziddiyətli ifadələr Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş daha ağır ittihamdan kənarda qalmaq üçün verilmişdir. Belə ki, təqsirləndirilıən şəxs özü əldə etdiyi 4 ədəd metadon həbindən 3-nü Taleh Cəfərova pay verdiyini etiraf etsə də, X13 heçnə pay vermədiyini, özünün 5 ədəd metadon həbi əldə etdiyini, dərhal 2 ədədini yerindəcə istifadə etməsini, 3 ədədini isə üstündə saxlamasını bildirmidir. Məhkəmə hesab edir ki, bu məzmunda verilmiş ifadələr Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətdən kənarda qalmasına, onun vəziyyətinin yüngülləşdirilərək əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə yönəlmişdir. Qeyd olunanlar X6 ifadəsinin mötəbərliyini təkzib etməklə, həmin ifadənin sübut kimi qəbul edilməsini mümkünsüz edir. Odur ki, məhkəmə X6 ifadəsini qeyri səmimi verilmiş ifadə kimi qiymətləndirib həmin ifadəni mötəbər sübut kimi qəbul etməməklə yanaşı, Təqsirləndirilən şəxs narkotik vasitə metadonu dostu Taleh Cəfərova pay vermədiyinə dair bildirdiklərini onun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmağa nail olmaq və özünü müdafiəsi üçün düşünülümüş addım kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs narkotik vasitəni Taleh Cəfərova pay verməmişdirsə, o zaman ibtidai istintaq dövründə onların vermiş olduğu ifadələr arasında ziddiyyət olmalı idi. Yəni onlardan biri ifadəsində bu məqamı vurğulayar, narkotik vasitəni birgə aldıqlarını bildirərdi. Hər ikisinin vermiş olduqları ifadələrdə narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən pay verilməsini təsdiqləməsi, onların ilkin ifadələrin toplanmış sübutların məcmusu ilə vəhdət təşkil etməsi hər ikisinin məhkəmə iclasında qeyri-səmimi ifadə vermələrini bir daha təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Qeyd edilməsi zəruridir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövrü vermiş olduğu ifadələri iş materialları ilə uyğunluq təşkil etmiş, həmin ifadələr arasında hər hansı bir ziddiyyət olmamış, onun ifadəsi uşaqlı dostu olan Taleh Cəfərovun ifadəsi ilə də uyğunluq təşkil etmişdir. Məhkəmə qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsininin toplanmış digər sübutlarla uyğun təşkil etməsini, həmçinin məhkəmə iclasında verdiyi ifadəsinin iş materialları ilə ziddiyyət təşkil etməsini nəzərə alaraq təqsirləndirilən şəxsin ibtidai istintaqda əldə olunmuş ifadəsinə üstünlük verir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halın olması, ağırlaşdıran halın isə olmaması ilə yanaşı, CM-in 58ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnün 2-ci Qarabağ Müharibəsi iştirakçısı olması nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 234.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (“Vətən müharibəsi iştirakçısı olması-CM-59.2) və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəza müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ibtidai istintaq zamanı 07 aprel 2024-cü il tarixdən 09 aprel 2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclası zalından həbs edilməli, “həbs” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 0,89 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və narkotik vasitə ½ metadon tablet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ümumilikdə 152 (yüz əlli iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdən 09 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,89 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və ½ metadon tablet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 43-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 152 (yüz əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar