Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-513/2025 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir.
2. Belə ki, o, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qızı Şahid Elm və Təhsil Nazirliyində işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs məxsus olmaqla Şahid tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanından 4169********8822 nömrəli bank kart hesabından mobil tətbiq vasitəsi ilə özünün təqdim etdiyi 4098********9558 nömrəli bank kart hesabına köçürülən 2.000 manatı, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi 4098********9558 nömrəli bank kart hesabına köçürülən 1.500 manatı, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi 4098********9558 nömrəli bank kart hesabına köçürülən 500 manatı və xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi 4098********9558 nömrəli bank kart hesabına köçürülən 1.000 manatı qəbul edib həmin pul vəsaitlərini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o etdiyi əməldən peşimandır. Zərərin əvəzini ödəmiş və zərərçəkənlə də barışmışdır. Bu səbəbdən də barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə həmin şahidin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar ləğv olunmuş və fakt üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
8. Sənədlərin götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844- 9558 saylı bank kart nömrəsinə Şahid telefonu vasitəsilə “Birbank” mobil tətbiqi ilə 2000 manat göndərilməsi ilə bağlı ********* nömdəli, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1500 manat göndərilməsi ilə bağlı**********5 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminaldan 500 manat göndərilməsi ilə bağlı **********6 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1000 manat pul vəsaitinin göndərilməsi ilə bağlı 14774 nömrəli qəbzlərin fotoşəkilləri istintaq zərurəti ilə bağlı olaraq tərəfindən götürülərək iş materiallarına əlavə edilmişdir.
9. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur.
10. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
11. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
12. Ziyanın ödənilməsi üçün pul vəsaitinin qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və qəbzdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs atası X3 istintaqa təqdim etdiyi 1800 manat pulu qəbul etmişdir.
13. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-257/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
15. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə Şahid telefonu vasitəsilə “Birbank” mobil tətbiqi ilə 2000 manat göndərilməsi ilə bağlı ********* nömdəli, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1500 manat göndərilməsi ilə bağlı**********5 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminaldan 500 manat göndərilməsi ilə bağlı **********6 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1000 manat pul vəsaitinin göndərilməsi ilə bağlı 14774 nömrəli qəbzlərin fotoşəkilləri iş üzrə maddi sübut kimi tanınmışdır.
16. Tərtər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli, 207455/25-66- 02 nömrəli məktubundan və ona əlavə edilmiş xx.xx.2026-cı il tarixli qərarın surətindən görünür ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-257/2025 nömrəli hökmü ilə məhkum edildiyi 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 ay 26 gün hissəsindən azad edilmiş və məhkum qeydiyyatdan çıxarılmışdır.
17. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
18. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş, zərərçəkmmiş şəxslə barışmış və törədiyi əməldən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
19. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.
20. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.
21. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşür.
22. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).
23. Həmin Qərarın 19.5-ci bəndində əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir.
24. Yenə həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır.
25. Qanunvericiliyin tələblərinə əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Habelə, “Konstitusiya və suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi Qərarının 6 və 7-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Belə ki, o zərərçəkənə zərərin əvəzini ödəmiş, zərərçəkən şəxsin isə ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata sözügedən amnistiya aktına əsasən xitam verilməsinə etiraz edilməmiş, əksinə təqsirləndirilən şəxs tərəfindən barəsində Amnistiya aktının tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət olunmuşdur.
26. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1-ci maddəsinə görə aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda...
27. CPM-in 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
28. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında da amnistiya aktının tətbiq edilməsi qaydası ilə bağlı göstərilmişdir ki, CPM-in 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3- 1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır.
29. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olmasını, zərəçəkənə zərərin əvəzini ödəməsi və barışıq əldə etməsini, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə dair etirazın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə amnistiya aktı “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı) tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir.
30. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.
31. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır.
32. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə Şahid telefonu vasitəsilə “Birbank” mobil tətbiqi ilə 2000 manat göndərilməsi ilə bağlı ********* nömdəli, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1500 manat göndərilməsi ilə bağlı**********5 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminaldan 500 manat göndərilməsi ilə bağlı **********6 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1000 manat pul vəsaitinin göndərilməsi ilə bağlı 14774 nömrəli qəbzlərin fotoşəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır.
33. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir.
34. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
35. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
36. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir
37. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
38. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
39. Göstərilənlərə əsasən və CPM-in 39, 43, 132, 175, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
“Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə Şahid telefonu vasitəsilə “Birbank” mobil tətbiqi ilə 2000 manat göndərilməsi ilə bağlı ********* nömdəli, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5844-9558 saylı bank kart nömrəsinə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1500 manat göndərilməsi ilə bağlı**********5 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminaldan 500 manat göndərilməsi ilə bağlı **********6 nömrəli, xx.xx.2024-cü il tarixdə ünvan 3ndə yerləşən terminal vasitəsilə 1000 manat pul vəsaitinin göndərilməsi ilə bağlı 14774 nömrəli qəbzlərin fotoşəkilləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova