Məhkəmə qərarları › İş №1(001)-514/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-514/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-514/2021 24.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİ qrup əlilliyi olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə usta işlədiyi ünvan 2 ünvanının sahibi Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, ünvan 2 ünvanını təmir edib təhvil vermək adı ilə 04 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 4.800 (dörd min səkkiz yüz) manat nağd pulu alıb 2000 manat dəyərində təmir işləri görmüş, 12 sentyabr 2018-ci il tarixdə mənzildə quraşdırılmış 01 ədəd 1.200 (min iki yüz) manat dəyərində kombi istilik aparatını işləmədiyini bildirib təmir etdirib gətirəcəyi adı ilə sökür apardıqdan sonra, Zərərçəkmiş şəxs4 03 oktyabr 2018-ci il tarixdə mənzilin eyvanının qapısını yenisi ilə əvəz etmək adı ilə 1.200 (min iki yüz) manat, 08 oktyabr 2018-ci il tarixdə «trek» işıqlar almaq adı ilə 270 (iki yüz yetmiş) manat və 13 oktyabr 2018-ci il tarixdə köşə almaq adı ilə 200 (iki yüz) manat məbləğində nağd pulunu alıb aldadaraq vədinə əməl etməyib, vahid niyyətlə əhatə olunun qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 5.670 (beş min altı yüz yetmiş) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 oktyabr 2018-ci ildə usta işlədiyi Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanından ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil edən beş qutu kafel-metlaxı və ümumi dəyəri 650 (altı yüz əlli) manat təşkil edən razetkaları gizli talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 1.450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 24.05.2021-ci il tarixdə Şahid1 etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs1 tərəfindən “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş olan videoqeydiyyat aparatını almaq adı ilə Şahid1 məxsus mobil nömrəyə zəng edərək 01 ədədi 180 manat olmaqla, 1080 manat dəyərində 06 ədəd videoqeydiyyat aparatı sifariş verib, ünvan 4 ünvanda təhvil alıb pulunu gətirəcəyini vəd edərək aldatmaqla ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 (bir min səksən) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 22.06.2021-ci il onlayn mağaza olan “Market Place platformasında” satışa çıxarılmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus "xxxx" markalı damafonu almaq adı ilə elana yerləşdirilmiş mobil nömrəyə zəng edərək MMC-nin əməkdaşlar ilə əlaqə saxlayıb 01 ədədi 160 manat olmaqla, 1280 manat dəyərində olan 08 ədəd "xxxx" markalı damafonu sifariş verdikdən sonra, Zərərçəkmiş şəxs2 MMC-də kuryer vəzifəsində işləmiş Şahid2 vasitəsi ilə göndərilmiş 08 ədəd "xxxx" markalı damafonu 23.06.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında təhvil alıb Şahid2 etibarından sui-istifadə edərək, pulunu gətirəcəyini vəd edərək aldatmaqla ələ keçirib zərərçəkmiş hüquq şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ümumilikdə 1280 (bir min iki yüz səksən) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru Nümayəndə2 tərəfindən internetdə “Sony” markalı, “PlayStation 5” modelli oyun aparatınının satılması barədə yerləşdirilmiş elanda qoyulmuş mobil nömrə ilə "xxxx" mağazasında işləyən işçilərlə əlaqə saxlayıb, 01 ədəd 1950 manat dəyərində “Sony” markalı, “PlayStation 5” modelli oyun aparatı sifariş verib, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsinə gətirməsini xahiş etdikdən sonra, "xxxx" mağazasının işçiləri tərəfindən taksi sürücüsü Şahid3 vasitəsi ilə göndərilmiş 01 ədəd “Sony” markalı, “PlayStation 5” modelli oyun aparatını 09.07.2021-ci il tarixdə tarixdə ünvan 5 ünvanda təhvil alıb Şahid3 etibarından sui-istifadə edib, pulunu gətirəcəyini vəd edərək aldatmalqa ələ keçirib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4 2018-ci ilin iyul ayından tanışı Xəyal adlı şəxsə görə tanımışdır. Xəyal Tehrana məxsus ünvan 2 ünvanında usta kimi işləmiş və o da Xəyalla birlikdə həmin mənzildə təmir işləri görmüşdür. Daha sonra Xəyalın işi Tehranı qane etmədiyi üçün Tehran 2018-ci ilin sentyabr ayının əvvəllərində Xəyalı işdən uzaqlaşdırmış və təmir işlərini onun görməsini istəmişdir. O da həmin mənzildə bütün təmir işlərinin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 ilə 3.200 manata razılaşmışdır. Təxminın 04 sentyabr 2018-ci il tarixdə Tehran həmin məbləği ona vermiş, lakin o, həmin mənzildə yalnız alçipan və döşəmə işlərini görmüşdür. Bundan sonra o, Tehrana mənzildə quraşdırılmış kombi aparatında nasazlıq olmasını və kombini təmir etdirmək lazım olmasını demişdir. Tehran buna razılıq verdikdən sonra o, 12 sentyabr 2018-ci il tarixdə kombi aparatını sökərək təmir etdirmək adı ilə aparmış, lakin həmin ərəfələrdə onun borcları olduğu üçün həmin kombini düzəltdirmək əvəzinə sataraq pul əldə edib borclarını ödəmişdir. O, Tehranın mənzilindən təmir etdirmək adı ilə götürdüyü kombi aparatını tanımadığı şəxsə 1200 manata satmışdır. Əldə etdiyi pul məbləği onu qane etmədiyi üçün digər əmlakları da aparmaq qərarına gəlmişdir. Bu məqsədlə Tehrana mənzilin eyvanının qapısının pis olmasını və qapını dəyişdirmək lazım olmasını demiş sonuncu da onunla razılaşaraq yeni qapı almaq üçün ona təxminən 03 oktyabr 2018-ci il tarixdə 1200 pul vermişdir. Daha sonra o, mənzildə olan eyvanın qapısını çıxarmış və həmin qapını binanın mühafizəçisinə 60 manata satmışdır. Həmçinin Tehrandan yeni qapı sifariş vermək üçün aldığı 1200 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra Tehran mənzil üçün «trek işıqlar» almış, o, həmin işıqları hansı qiymətə aldığını Tehrandan soruşduqda, sonuncu ona işıqları 550 manata aldığını bildirmişdir. Həmin vaxt o, Tehrana işıqları baha qiymətə almasını, lakin o, işıqları ucuz qiymətə, yəni 270 manata ala biləcəyini demişdir. Tehran onunla razılaşaraq aldığı işıqları aparıb qaytarmış və ona «trek işıqlar» almağı üçün 08 oktyabr 2018-ci il tarixdə 270 manat pul vermişdir. Bundan sonra o, Tehrana bildirmişdir ki, mənzil üçün köşə almaq lazımdır və Tehran ondan bunun qiymətini soruşduqda o, sonuncuya 200 manat məbləğində pul lazım olduğunu demişdir. Tehran da həmin pul məbləğini 13 oktyabr 2018-ci il tarixdə ona vermişdir. Daha sonra Tehran ondan materialların sifarişinin nə üçün gecikdiyini soruşmağa başlamış və o, həmin materialları sifariş verməyib, pullarını şəxsi ehtiyaclarıma xərclədiyi üçün hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Tehrana həmin materialları ala bilməyəcəyini görüb 16 oktyabr 2018-ci il tarixdə mənzildən getmək qərarına gəlmişdir. Mənzildən gedən zaman isə orada olan 336 manat dəyərindəki razetkaları özü ilə götürərək aparmışdır ki, satıb pul əldə etsin. Bundan sonra mənzilin giriş qapısını özündə olan açar vasitəsi ilə bağlayıb mənzildən çıxmış, sonra isə Tehrana məxsus mənzildən götürdüyü razetkaları xatırlamadığı şəxsə sataraq əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanından kafel-metlax oğurlamamış və ona görə də, özünü həmin hissədə təqsirli bilmir. Bundan başqa, 23.05.2021-ci il tarixdə “Tap.az” internet səhifəsində avtomobillərə quraşdırılması üçün nəzərdə tutulmuş videoregistrator aparatları ilə maraqlanmış və elanda göstərilmiş mobil nömrəyə zəng edərək malın istehsalı ilə maraqlanmışdır. Həmin zaman Urşan adlı şəxslə söhbət zamanı sonuncu videoregistratorun Kareya istehsalı olduğunu və həmin malın hər birini 179 manata olduğunu demişdir. O, Urşana videoregistratorların hamısını, yəni altısını da almaq fikrinin olduğunu bildirəndə hər birini 160 manat olmaqla 960 manata razılaşmışlar. 24.05.2021-ci il tarixdə Urşanla telefonla danışıb videoregistratorları sifariş vermiş və həmin gün 16 radələrində Urşanla ünvan 4 ünvanda yerləşən “Fisincan” restoranının qarşısında görüşüb 6 ədəd videoregistrator aparatlarını təhvil almış və Urşana gözləməsini, çıxıb evdən pulunu götürüm qayıdacağını demişdir. Urşan da ona inanıb yolun kənarında gözləmiş, o isə binanın həyətinə girib arxa küçəyə çıxaraq getmişdir. Urşandan uzaqlaşandan sonra mobil telefonunu söndürmüşdür ki, ona zəng edib əlaqə saxlaya bilməsin. Elə həmin gün həmin videoregistratorları Sumqayıt şəhərində tanımadığı şəxsə təklif edib 600 manata satmışdır. Bundan başqa, 22.06.2021-ci il tarixdə maddi çətinliyi ilə əlaqədar qərara gəlmişdir ki, internet səhifəsində elektrik texnikası satışı ilə məşğul olan "xxxx" şirkətinə zəng vurub 8 ədəd domafon sifariş etsin və həmin sifarişi gətirən kuryerə ödəniş etmədən aldadaraq əmlakı ələ keçirib satmaqla qazanc əldə etsin. Buna görə həmin tarixdə o, "xxxx" şirkətinin internet səhifəsində olan 915 telefon nömrəsinə istifadəsində olan ***-***- **-** nömrəsindən yığaraq özünü Emin adı ilə təqdim edərək 08 ədəd "xxxx" markalı domafon sifariş vermişdir. Səhərisi günü ona xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** nömrəisnə zəng edən şəxs "xxxx" şirkətinin kuryeri Pönhan adlı şəxs olduğunu və verdiyi 08 ədəd domafonu hara gətirib çatdırmalı olduğunu soruşmuş, o da həmin şəxsə domafonları Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanına gətirməyini bildirmişdir. 23.06.2021-ci il tarixdə saat 18 radələrində qeyd edilən ünvanda "xxxx" Şirkətinin kuryeri olan Pönhan adlı şəxslə görüşmüş, özünü yenə də Emin adı ilə yalandan təqdim etmiş və həmin şəxs ona 2 ədəd torbada olan 08 ədəd "xxxx" markalı domafonu verib gətirdiyi məhsula görə 1280 manat ödəniş etməli olduğunu bildirmişdir. O da məhsullara baxdıqdan sonra domafonları mağazada göstərərək pulunu alıb geri qayıdacağını bildirib həmin kuryerin yanından uzaqlaşmışdır. O, yalandan yol kənarında olan mağaza tərəfə getmiş və arxaya baxan zaman həmin kuryerin öz maşınını bağlamaq üçün maşınına tərəf getdiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. O, əldə etdiyi 08 ədəd domafonu isə Sədərək ticarət mərkəzində adını İlqar kimi tanıdığı şəxsə satmış və əldə etdiyi 780 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 09.07.2021-ci il tarixdə istifadə etdiyi mobil nömrədən “Tap.az” internet saytından əldə etdiyi mobil nömrəyə zəng vuraraq kompyuter satışı mağazasından bir ədəd 1950 manat dəyərində “Playstation” oyun aparatını sifariş etmişdir. Təxminən iki üç saatdan sonra ona bir nəfər zəng vurub taksi sürücüsü olduğunu bildirərək sifarişi hara çatdıra biləcəyini soruşmuş, o da həmin şəxsə hal hazırda Binəqədi rayonu “Azadlıq” metro stansiyasının yaxınlığında olduğunu deyərək həmin oyun aparatını həmin ünvana çatdırmasını xahiş etmişdir. Həmin taksi sürücüsü oyun aparatını onun yanına çatdırmış və o, taksiyə əyləşərək bir az qabağa, yəni Ə.Naxçıvani küçəsinə sürməsini xahiş etmişdir. Həmin ünvanda taksidən düşərək oyun aparatını özü ilə götürüb taksi sürücüsünə gözləməsini və aparatı yoxlayıb qayıdacağını bildirmişdir. O, həmin aparatı götürərək oradan uzaqlaşıb çıxıb getmişdir. Həmin oyun aparatını Binəqədi rayonu mərkəzində tanımadığı şəxsə təklif edərək 1550 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş sualara cavab olaraq bildirmişdir ki, 23.06.2021-ci il tarixdə adımın Emin olduğunu bildirərək 08 ədəd "xxxx" markalı domafonu sifariş vermiş və məqsədi həmin əşyaları dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. O, ünvan 2 ünvanından 5 qutu kafelmetlaxı oğurlamamışdır. Dələduzluq və oğurluq yolu ilə əldə etdiyi əşyaları tanımadığı şəxslərə satan zaman həmin əşyaların özünə məxsus olduğunu bildirib satmışdır. Həmin şəxslər əşyaların cinayət yolu ilə əldə edildiyini bilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə vurmuş olduğu ziyanı ödəməsə də, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti tələbinin olmamasını, digər zərərçəkmişlərə isə dəymiş zərəri gələcəkdə ödəyəcini qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, onlayın olaraq videoqeydiyyat cihazlarının ticarəti ilə məşğul olur və onunla birlikdə Şahid1 videoqeydiyyat cihazlarının quraşdırılması və satışını həyata keçir. 24.05.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən bir nəfər zəng edərək Urşanla videoqeydiyyat cihazlarının satışı ilə maraqlanmış və elanda yerləşdirdikləri 6 ədəd kameranı Nərimanov rayonu, Azadlıq prospekti 116 saylı ünvana gətirməyi təklif etmişdir. Urşan da ondan 6 ədəd videoqeydiyyat cihazları götürüb həmin ünvana aparmış və həmin şəxslə görüşüb həmin cihazları vermişdir. Bundan sonra həmin şəxs 6 ədəd videoqeydiyyat cihazlarını təhvil alıb pulunu yaxınlıqda yerləşən ofisdən götürüb gətirəcəyini Urşana bildirsə də, sonradan mobil telefonunu söndürərək oradan uzaqlaşmışdır. Urşan həmin şəxsin onu aldadaraq ona qarşı dələduzluq etməsini başa düşüb bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 1080 manat maddi zərər dəymişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməsə də, o, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayından "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Cəmiyyət olaraq kompüter və noutbukların, həmçinin onlara aid olan hissələrin satışını həyata keçirmişlər. Satış ünvan 7 ünvanda yerləşən icarəyə götürdükləri “İCOME” mağazasında, həmdə onlayın qaydada həyata keçirilir. 10.07.2021ci il tarixdə mağazada çalışan menecerlərdən biri ona məlumat vermişdir ki, sosial şəbəkədə elan verilmiş mobil nömrəyə bir nəfər müştəri zəng edərək 1 ədəd “SONY” markalı, “Playstation 5” aparatını sifariş verərək Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsinə gətirməsini xahiş etmiş və menecerlərdə sifariş olunmuş satış qiyməti 1950 manat olan 1 ədəd “SONY” markalı, “Playstation 5” aparatını əvvəllər tanıdıqları və sifariş olunmuş malları ünvana çatdıran taksi sürücüsü Şahid3 təhvil verib sifariş olunmuş ünvana göndərmişlər. Lakin müştəri malı təhvil alandan sonra qardaşı oğlunun aldığını bildirib pulunu gətirmək adı ilə binanın blokuna daxil olaraq arxa çıxışdan çıxıb getmişdir. Həmin şəxsin əməli nəticəsində ona ümumilikdə 1950 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş zərər ödənilməsə də, sonuncu ilə barışmışla və ona qarşı heç bir şikayət, tələbləri yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində bildirmişdir ki, 2019-cu ilin sentyabr ayından Zərərçəkmiş şəxs2 MMC-nin hüquq departamentinin direktoru vəzifəsində çalışır. Həmin cəmiyyət onlayn mağaza operatoru fəaliyyətini göstərir. Yəni şirkətlər müxtəlif mallarını həmin onlayn Market Place platformasında satışa çıxarır və onların kuryerləri həmin malları müştərilərə çatdırır. 23.06.2021-ci il tarixdə şirkətin kuryeri Şahid2 özünü Emin adı ilə qeydiyyatdan keçirən şəxs tərəfindən sifariş olunmuş hər biri 160 manat dəyərində ümumi məbləği 1280 manat olmaqla 8 ədəd "xxxx" domofonunu ünvan 8 ünvana çatdırmışdır. Həmin Emin adlı şəxslə görüş zamanı sonuncu malları kuryerdən götürərək yaxınlıqda yerləşən mağazadan pulu götürüb geri qayıdacağını bildirsə də, sonradan geri qayıtmayaraq həmin malları dələduzluq yolu ilə ələ keçirmişdir. İstintaq zamanı onlara məlum olmuşdur ki, həmin Emin adlı şəxs Təqsirləndirilən şəxsdur. Baş vermiş hadisə nəticəsində şirkətə 1280 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanını 2018-ci ilin iyul ayında satın almışdır. Həmin vaxt o, mənzili təmir etdirmək üçün tanışları vasitəsi ilə Xəyal adlı usta ilə tanış olmuş və mənzilin təmiri ilə bağlı Xəyalla razılığa gəlmişdir. Xəyal da həmin vaxtdan öz tanışı olan Təqsirləndirilən şəxs ilə birlikdə təmir işlərinə başlamışdır. Bundan təxminən bir ay sonra, yəni 2018-ci ilin avqust ayının sonlarında o, Xəyalın iş qabiliyyətini bəyənməmiş və Xəyala işini saxlamasını bildirib sonuncu ilə mənzildə gördüyü işlərin hesabını aparıb pulunu vermişdir. Nəsiminin işi xoşuma gəldiyi üçün Nəsimiyə mənzildə qalan təmir işlərini tamamlamasını bildirmiş və Nəsimi ilə qalan təmir işlərinin görülməsini 4800 manata razılaşmışdır. Nəsimi ona uşaqlarının xəstə olduğunu bildirib pulu qabaqcadan verməli olduğunu bildirdiyi üçün təxminən 04 sentyabr 2018-ci il tarixdə ünvan 2 ünvanında 4800 manat pulu qabaqcadan Nəsimiyə vermişdir. Bundan sonra Nəsimi təmir işləri görməyə başlamışdır. Bundan bir neçə gün sonra, Nəsimi ona mənzildə quraşdırılmış kombi aparatının nasaz olmasını və təmir etdirmək lazım olduğunu demişdir. O, buna razılıq verdikdən sonra təxminən 12 sentyabr 2018-ci il tarixdə Nəsimi 1200 manat dəyərində kombi aparatını sökərək təmir etdirmək adı ilə özü ilə götürüb aparmışdır. Daha sonra Nəsimi ona mənzilin eyvanının qapısının yaxşı olmadığını deyib dəyişməyi təklif etmişdir. O, Nəsimi ilə razılaşıb yeni qapı almaq üçün sonuncuya təxminən 03 oktyabr 2018-ci il tarixdə 1200 manat pul vermişdir. Bundan bir neçə gün sonra mənzil üçün 550 manata «trek işıqlar» almış, lakin Nəsimi ona həmin işıqları baha qiymətə aldığını, həmin işıqları 270 manata ala biləcəyini demişdir. Bu səbəbdən o, aldığı «trek işıqları» qaytarmış və Nəsimiyə həmin işıqları alması üçün təxminən 08 oktyabr 2018-ci il tarixdə 270 manat pul vermişdir. Bundan sonra təxminən 13 oktyabr 2018-ci il tarixdə mənzil üçün köşə almaq məqsədi ilə Nəsimiyə əlavə 200 manat məbləğində pul vermişdir. Şəxsi işləri ilə əlaqədar olaraq bir müddət mənzilə gedərək təmir işləri ilə maraqlana bilməmişdir. Təxminən 20 oktyabr 2018-ci ildə mənzilə baş çəkmək üçün gedən zaman mənzilin qapısının bağlı olduğunu və mənzildə olan 800 manat dəyərində beş qutu kafel-metlax və 650 manat dəyərində razetkaların yerində olmadığını, Nəsiminin oğurlayaraq özü ilə apardığını aşkar etmişdir. Buna baxmayaraq o, şikayət etməyib Nəsimini axtaramağa başlamışdır. Həmçinin bir neçə dəfə Nəsiminin yaşadığı ünvana gedərək sonuncudan verdiyi pulları və əşyaları qaytarmasını tələb etmişdir. Nəsimi də hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzadaraq ondan yanınmağa çalışmışdır. 2019cu ilin iyun ayında o, artıq Nəsiminin aldığı pulu və oğurladığı əşyaları qaytarmadığını görüb baş vermiş hadisə ilə bağlı Xətai RPİ-nin 35-ci PB-nə müraciət etmişdir. Hadisə nəticəsində ona 9.120 (doqquz min yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona ümumilikdə 9120 manat məbləğində maddi ziyan dəymiş, lakin Təqsirləndirilən şəxs ona məxsus mənzildə işlədiyi müddət ərzində təxminən 2.000 manatlıq iş görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, avtomaşınlara videoqeydiyyat cihazlarının quraşdırılması ilə məşğul olmuşdur. Həmin işləri görmək üçün “instaqram” sosial şəbəkəsində həm gördüyü işi, həmdə quraşdırdığı videoqeydiyyat cihazlarının satış qiymətini və mobil telefon nömrəsini yerləşdirmişdir. 24.05.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən bir nəfər zəng edərək videoqeydiyyat cihazlarının satışı ilə maraqlanmış və elanda yerləşdirdiyi 6 ədəd kameranı Nərimanov rayonu, Azadlıq prospekti 116 saylı ünvana gətirməyi təklif etmişdir. O da 6 ədəd videoqeydiyyat cihazlarını götürüb həmin ünvana getmiş və həmin şəxslə görüşüb videoqeydiyyat cihazları ona vermişdir. Həmin şəxs videoqeydiyyat cihazlarına baxmış və cihazları götürərək pulunu yaxınlıqda yerləşən ofisdən götürüb gətirəcəyini bildirib çıxıb getmişdir. O, həmin şəxsi 10-15 dəqiqə gözləmiş, lakin qayıtmadığını görüb həmin şəxsin mobil telefonuna zəng etmişdir. Lakin həmin mobil telefona zəng çatmadığından aldanıldığını bilib bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək "xxxx" MMC-də sürücü-kuryer vəzifəsində işləmişdir. "xxxx" şirkəti ərzaq məhsullarından başqa bütün məhsulların onlayn şəkildə satışını həyata keçirməkdədir. 23.06.2021-ci il tarixdə "xxxx" şirkətində ona 08 ədəd "xxxx" markalı domafonu verərək sifariş vermiş Emin adlı şəxsə çatdırmağını bildirib həmin şəxsin ***-***-**-** mobil nömrəsini vermişlər. O da öz istifadəsində olan, lakin şirkətə məxsus ***-***-**-** nömrəsindən həmin nömrəyə yığmış və özünü təqdim edib "xxxx" şirkətinin kuryeri olduğunu, sifariş verdiyi 08 ədəd domafonu hara çatdırmalı olduğunu soruşmuşdur. Həmin şəxs də telefonda özünü ona Emin adı ilə təqdim edib sifarişi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanına çatdırmağını söyləmişdir. 23.06.2021-ci il tarixdə saat 18 radələrində qeyd edilən ünvanda özünü ona təqdim edən Emin adlı şəxslə görüşmüşdür. Həmin şəxs ora adı sonradan ona məlum olan Salman adlı şəxsin idarə etdiyi taksi maşını ilə gəlmişdir. O da həmin ünvana “Şoda Praktik” markalı, **-NU-*** nömrə nişanlı özünə məxsus avtomobillə getmişdir. O, həmin şəxsə 2 ədəd torbada olan 08 ədəd "xxxx" markalı domafonu verib, gətirdiyi məhsula görə 1280 manat ödəniş etməli olduğunu bildirmişdir. Həmin şəxs də məhsullara baxdıqdan sonra domafonları mağazada göstərərək pulunu alıb geri qayıdacağını bildirib onun yanından uzaqlaşmışdır. Həmin şəxs danışıq vaxtı ona konkret mağazanın adını və yerini göstərməsə də, əli ilə yolun kənarında olan mağazaları göstərmişdir. Emin adlı şəxs yolun kənarında olan mağazalar tərəfə gedərkən o, maşının qapısını açıq qoyduğundan və maşında pulu olduğu üçün maşına tərəf getmişdir ki, maşının qapılarını bağlasın. Maşının qapılarını bağladıqdan sonra Emin adlı şəxsin getdiyi istiqamət tərəfə baxsa da görə bilməmiş və buna görə həmin şəxsin getdiyi istiqamətdə gedərək göstərdiyi mağazalara baxmış, lakin yenə də tapa bilməmişdir. O, Eminin onda olan nömrəsinə dəfələrlə zəng vursa da, telefona zəng çatmamışdır. O, həmin şəxsin gəldiyi maşına yaxınlaşmış və sürücüdə həmin şəxsi tanımadığını bildirmişdir. O, aldadıldığını başa düşüb bu barədə dərhal şirkətə DİN-nin 102 xidmətinə məlumat vermiş və ərizə ilə aidiyyəti üzrə 16-cı PBnə şikayət edib izahat yazmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün oğlu Orxan Seydbəyliyə məxsus olan “Opel” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun dayandığı yerə yaxın ünvanda “İCOME” adlı mağaza yerləşmiş və həmin mağazada kompüter və avadanlıqları satılmışdır. Mağazanın satıcısı Maqsudu 5-6 ildir ki, tanımış və sifariş olanda ona demiş, o da taksi kimi malı ünvana çatdırıb pulunu alaraq təhvil vermişdir. 09.07.2021ci il tarixdə Maqsud ona zəng edib mağazaya çağırmış və 1 ədəd “Plastation” aparatını, müştərinin mobil telefon nömrəsini verərək oyun aparatını aparıb təhvil verməsini və müştəridən 1950 manat pul araıb gətirib təhvil verməsini cemişdir. O da həmin “Plastation” aparatını təhvil alıb müştərinin mobil nömrəsinə zəng etmiş və müştəri əvvəlcə ona Azadlıq metrosunun yanına gəlməsini bildirmişdir. O, həmin ünvana getmiş və həmin müştəri ilə görüşdükdən sonra sonuncu ona həmin aparatı qardaşının oğluna aldığını və buna görə də onun maşınına əyləşərək Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən Dünya məktəbinin yanma sürməsini bildirmişdir. O da həmin şəxsi dediyi ünvana aparmış və müştəri “Plastation” aparatını götürüb maşından düşərək ona avtomobili qıraqda park etməsini və bir yerdə qalxaq mənzildən pulu götürüb ona verəcəyini demişdir. O da həmin şəxsə inanmış və müştəri avtomobildən düşəndən sonra o, avtomobili kənarda park edərək müştərinin girdiyi binaın blokuna getmişdir. Lakin bloka girən zaman həmin müştərinin hansı mənzilə qalxdığını görə bilməmişdir. Bir az gözləmiş və görmüşdür ki, blokun arxa tərəfindən də giriş çıxışı var və həmin müştəri onu aldadıb bloka daxil olaraq arxa giriş çıxışdan çıxıb getmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra onu 5-ci Polis Bölməsinə dəvət etmişlər və bölmədə ərizə, izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.07.2021-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 24.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 24.05.2021-ci il tarixdə olan dələduzluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 nömrəli ünvanda baş vermişdir. 13.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. 14.07.2021-ci il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. 13.07.2021-ci il tarixli qərardan görünür ki, Şahid2 müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 23.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 23.06.2021-ci il tarixdə olan dələduzluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 nömrəli ünvanda baş vermişdir. 13.07.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 15.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə istintaq davam etdirilməlidir. 15.07.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 4(005)- 694/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. 26.07.2021-ci il tarixli qərardan görünür ki, Şahid3 müraciəti əsasında toplanmış material ********* nömrəli cinayət işi ilə birləşdirilərək, araşdırma davam etdirilmişdir. 09.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 müraciəti əsasında toplanmış material üzrə olan dələduzluq hadisəsi ünvan 13 ünvanında baş vermişdir. 03.08.2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 04.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaqa verdiyi ifadəsini təsdiq etməklə dələduzluq hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 04.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 30.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.2 və 178.2.4-cü maddələri olan ********* nömrəli cinayət işi CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işinin ********* nömrəsi altında CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı davam etdirilmişdir. 29.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 01.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir. 10.07.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. 12.07.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 12.07.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 12.07.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 12.07.2021-ci il tarixli Xətai rayon prokuroru Sərdar İmanovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin müstəntiqi Elşən Quliyev tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. 12.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 23.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 06.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 4(001)-1069 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 noyabr 2021-ci il tarixədək uzadılmışdır. 06.06.2017-ci il tarixli Respublika QİÇS-lə Mübarizə Mərkəzinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 06.06.2016-cı il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-16/224 kodu ilə qeydiyyata götürülmüşdür. 04.04.2018-ci il tarixdə verilmiş 008298 nömrəli DSMF-nun Binəqədi rayon şöbəsinin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. 15.11.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilməmiş, lakin Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. 15.12.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilməmiş, lakin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbləri yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanından kafel-metlax oğurlamaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (İİ qrup əlilliyinin olmasını, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 4(005)- 694/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 4(001)-1069 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, eləcə də zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, eləcə də zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC-nə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, eləcə də zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC-nə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar