Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-514/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxx 1981-cü il tarixdə Şabran rayonu, Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şabran rayonu, H.Əliyev prospekti, ev 57 ünvanında qeydiyyatda olan və yaşayan, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 aprel 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 185.3.2-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qərarı ilə 03 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci ildə cəzasının müddəti başa çatmış, hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş hal-hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 dekabr 2022-ci il tarixdə axşam saatlarında ünvan 1 ünvanında yerləşən «Yeganə» şadlıq evinin arxasında olan saxlanc yeri hesab edilən yarımtikilinin zirzəmisinin dəmir qapısının üzərində olan asma kilidi özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb içəri qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində qaynaq aparatını, 200 manat dəyərində qaynaq aparatının kabelini, 01 ədəd 50 manat dəyərində dreli, 01 ədəd 5 manat dəyərində kəlbətini, 01 ədəd 5 manat dəyərində çəkici və 40 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanda anası Natavan Ağamirzəyeva, bacısı Könül Nəzərova və həyat yoldaşı Leyla Əliyarova ilə birlikdə yaşamış, yeddi ildir ailə həyatı qursa da övladı olmamış, rəsmi olaraq heç bir yerdə işləmir, rayonda xırda təsərüfatla məşğul olmuş, ya da Bakı şəhərinə gəlib avtoyuma sexlərində günəmuzd yuyucu işləmiş, həftədə bir dəfə rayona gedib ailəsinə baş çəkib qayıtmış, 2009-cu ildə Bakı şəhər Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2015-ci ilin noyabr ayında cəzasının sonuna 03 ay qalmış amnistiya ilə azadlığa çıxmışdır.Bundan başqa o, göstərmişdir ki, həbsdən çıxdıqdan sonra bir müddət Bakı şəhərində müxtəlif yerlərdə avtoyuma sexlərində yuyucu işləmiş, lakin 2020-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq evinin arxasındakı yarımçıq tikilidə fəaliyyət göstərən avtoyuma sexində yuyucu işləmiş, həmin sexi Rafiq adlı şəxs icarəyə götürüb işlətmiş, orada tək işləmiş və gündəlik 20-30 manat pul almış, avtoyuma sexinin yerləşdiyi bina yarımtikili olmaqla dəmir qapısı olan zirzəmisi olmuş və həmin dəmir qapı asma qıfılla bağlanmış, orada istifadə olunmayan xırda dəmir əşyalar, pomba balonları, qaynaq aparatı, qaynaq aparatının kabeli, drel, kəlbətin, dəmir çəkic və elektrik naqilləri saxlanılmışdır. Eləcə də o, göstərmişdir ki, 2022-ci ilin dekabr ayının 16-da pula ehtiyacı olduğu üçün zirzəmiyə yığılmış adlarını göstərdiyi dəmir əşyaları götürüb metal qəbulu məntəqələrinə satıb pul qazanmaq qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin dekabr ayının 16-da axşam saatlarında işdə heç kəs olmayan vaxt zirzəminin dəmir qapısı üzərində olan asma qıfılı özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq zirzəmiyə girmiş və orada olan adlarını göstərdiyi əşyaları toplayıb kisələrə yığmış, həmin vaxt orada olan bir ədəd istifadəyə yararlı qaynaq aparatını da oğurlayaraq yarımçıq tikilidən olan çökəklikdə gizlətmiş, daha sonra zirzəmidən oğurladığı dəmir əşyaların bir hissəsini sexin yanından keçən dəmir yığanlara 15 manata satmış, lakin oğurladığı qaynaq aparatını boş vaxtlarında söküb hissələrə ayıraraq kisələrə yığmış, 2023-cü ilin fevral ayının sonlarında həmin qaynaq aparatının sökülmüş hissələrini dəmir və alüminium kimi Binəqədi rayonu, Xocasən qəsəbəsində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə 30 manata satmış, əldə etdiyi pulları şəxsi tələbatlarına xərcləmiş, oğurladığı qaynaq aparatı Ayvaz adlı şəxsə məxsus olmuş və saxlamaq üçün müvəqqəti olaraq gətirib obyektin zirzəmisinə qoymuş, Rafiq və Ayvaz zirzəmidən dəmir əşyaları və qaynaq aparatını oğurlamağını bildikdə əməlini etiraf etmiş və qaynaq aparatının pulunu Ayvaza ödəyəcəyinə söz vermiş, hətta ümumilikdə bir neçə dəfəyə Ayvaza 80 manat pul vermiş, sonradan avtoyuma sexində işi olmadığı və səhhətində yaranmış problemlə bağlı işləyə bilməmiş, ona görə qaynaq aparatının pulunu Ayvaza tam şəkildə ödəməmişdir. Daha sonra o, göstərmişdir ki, hazırda əməlindən peşman olmuş, zirzəmidən oğurluq etməsini heç kəs görməmiş və bu barədə heç kimə bildirməmiş, metal əşyaları və qaynaq aparatını hissələrə bölüb metal qəbulu məntəqəsinə satarkən özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, hətta metal qəbulu məntəqəsində qaynaq aparatının hissələrini metal kimi satarkən şəxsiyyət vəsiqəsini də təqdim etmiş, hətta satıcı vəsiqəsinin surətini çıxartmış və orada öz xətti ilə satdığı metalın oğurluq olmadığını, özünə məxsus olmasını qeyd etmiş, ona görə satıcı inanıb həmin dəmir əşyaları almış, əvvəllər həmin dəmir qəbulu məntəqəsinə metal aparıb satmamış və satıcını əvvəllər tanımamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hal-hazırda səhhətində ciddi problemlərin olduğunu, mədə bağırsaq xəstəliyindən əziyyət çəkdiyini, təcili müalicəyə ehtiyacı olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvanda yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin tikintilərdə ustalıq edir, əvvəllər məhkum olunmamışdır.Bundan başqa o, göstərmişdir ki, tikintilərdə və ya fərdi evlərdə iş tapdıqda usta işləyərək qaynaq işləri və ya təmir işləri görmüş, özünə məxsus qaynaq aparatını, kompressoru, kabeli və müxtəlif təmir alətlərini qohumu Elçinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq evinin arxasında yerləşən yarımtikilinin zirzəmisində saxlamış və iş olduqda oradan götürüb istifadə etmiş, çünki aparıb-gətirmək çətin olmuş, həmin yarımtikilidəki zirzəminin dəmir qapısı olmaqla kilidlə bağlanmış, həftədə bir dəfə isə gedib əşyalarına baş çəkmiş, yarımtikilinin həyətində avtoyuma sexi fəaliyyət göstərmiş və orada Təqsirləndirilən şəxs işləmiş, onunla münasibəti yaxşı olmuş, hər dəfə əşyalarına baş çəkmək üçün getdikdə onun yanına gedib söhbətləşmişdir. Eləcə də o, göstərmişdir ki,16 dekabr 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs işlədiyi avtoyuma sexini icarəyə götürüb işlədən Rafiq ona zəng vurub əşyalarını saxladığı zirzəminin kilidinin sındırılmasını və qapısının açıq vəziyyətdə olmasını bildirmiş, bu zəngdən sonra həmin yerə getmiş və zirzəmiyə baxdıqda ona məxsus tikinti əşyalarından heç birinin, o cümlədən qaynaq aparatının yerində olmadığını görmüş, bu barədə Nəzər Əhmədovdan soruşduqda özünü şübhəli aparmış və Əhməd əvvəlcə əşyalarını oğurlamasını boynuna almasa da sonradan etiraf etmiş və tikinti əşyalarını, qaynaq aparatını metal qəbulu məntəqəsinə ucuz qiymətə satdığını bildirmiş, sonra ondan şikayət etməməsini xahiş etmiş və həmin əşyaların pulunu ödəyəcəyinə söz vermiş, lakin üstündən xeyli vaxt keçmiş, Təqsirləndirilən şəxs ona cəmi 80 manat ödəniş etsə də yerdə qalan pulunu verməmişdir. Daha sonra o, göstərmişdir ki, ona məxsus 01 ədəd qaynaq aparatının qiyməti 500 manat, qaynaq aparatının kabeli 200 manat, 01 ədəd drelin dəyəri 50 manat, 01 ədəd kəlbətinin dəyəri 5 manat, 01 ədəd çəkicin dəyəri 5 manat və elektrik naqillərinin dəyəri isə 40 manat olmaqla baş vermiş hadisə zamanı ona ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan dəymiş, hazırda X4 ona məxsus tikinti əşyalarını və qaynaq apartını oğurlamaqla vurduğu maddi ziyana görə 720 manat borclu qalmış, ona cəmi 80 manat ödəniş etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın bir hissəsinin ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.ünvan 4 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin tanışı Elçinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq evinin arxasında yerləşən avtoyuma məntəqəsini icarəyə götürüb işldədir, əvvəllər məhkum olunmamışdır. Bundan başqa o, göstərmişdir ki, əslən Şabran rayonunda olan Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına kimi icarəyə götürüb işlətdiyi avtoyuma məntəqəsində günü 20-30 manata yuyucu işləmiş, icarəyə götürüb işlətdiyi avtoyuma sexinin yerləşdiyi bina yarımtikili olmaqla dəmir qapısı olan zirzəmisi olmuş və həmin dəmir qapı asma qıfılla bağlanmış, orada istifadə olunmayan dəmir əşyalar, həmçinin obyekt sahibinin tanışı Zərərçəkmiş şəxs məxsus pomba balonları, qaynaq aparatı, qaynaq aparatının kabeli, drel, kəlbətin, dəmir çəkic və elektrik naqilləri saxlanılmış, Ayvaz usta işləyərək tikintilərdə və ya fərdi evlərdə iş tapdıqda qaynaq işləri və ya təmir işləri görmüş, özünə məxsus qaynaq aparatını, kompressoru, kabeli və müxtəlif təmir alətlərini aparıb gətirmək çətin olduğuna görə yarımtikilinin zirzəmisində saxlamış və iş olduqda gəlib oradan götürüb istifadə etmiş, işi olmadıqda isə həftədə bir dəfə gəlib əşyalarına baş çəkmişdir. Eləcə də o, göstərmişdir ki, 16 dekabr 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs baş çəkmək üçün avtoyuma məntəqəsinə gedərkən Ayvazın əşyalarını saxladığı zirzəminin kilidinin sındırılmasını və zirzəminin qapısının açıq vəziyyətdə olmasını görərək bu barədə Ayvaza zəng vurub məlumat vermiş və gəlib zirzəmiyə baxmasını, əşyaların yerində olub-olmamasını yoxlamasını bildirmiş, az sonra Ayvaz gəlmiş və zirzəmiyə baxıb orada saxladığı özünə məxsus tikinti əşyalarından heç birinin, o cümlədən qaynaq aparatının yerində olmadığını demiş, sonra Ayvaz bu barədə Nəzər Əhmədovdan soruşduqda o, özünün şübhəli aparmış, Əhməd əvvəlcə əşyaları oğurlamağını boynuna almasa da sonradan etiraf etmiş və Ayvazın tikinti əşyalarını və qaynaq aparatını oğurlayaraq metal qəbulu məntəqəsinə ucuz qiymətə satdığını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs Ayvaza yalvararaq ondan polisə şikayət etməməsini xahiş etmiş, həmin əşyaların pulunu ödəyəcəyəinə söz vermiş, bu səbəbdən Ayvaz ona inanıb şikayət etməmiş, lakin üstündən xeyli vaxt keçsə də Təqsirləndirilən şəxs Ayvaza hissə-hissə cəmi 80 manat ödəniş edib yerdə qalan pulu verməmiş, Ayvazın deməsinə görə Təqsirləndirilən şəxs zirzəmidən oğurladığı əşyaların ümumi qiyməti 800 (səkkiz yüz) manat təşkil etmiş, hadisə zamanı ona və obyekt sahibinə heç bir maddi ziyan dəyməmiş, lakin X2 Zərərçəkmiş şəxs 720 manat borcu qalmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Fikrət oğlunun ifadəsinə əsasən məlum olur ki, o, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olsa da hal-hazırda anası və bacısı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 8, yeni tikilidə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin 2023-cü ilin əvvəlindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində əlvan-metal qəbulu məntəqəsini icarəyə götürüb işlətmiş, orada əsasən dəmir, mis və alüminium qəbul etmiş və hər gün səhər 08:00-dan axşam saat 08:00-a kimi işləmişdir.Bundan başqa o, göstərmişdir ki, dəqiq tarixi yadında qalmasa da 2023-cü ilin fevral ayının sonlarında icarəyə götürüb işlətdiyi metal qəbulu məntəqəsində olarkən əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs iş yerinə gələrək kisənin içində hissələrə bölünmüş qaynaq aparatı, dəmir alətlər, kompressor balonu və mis naqil gətirərək satmaq istədiyini bildirmiş, ondan həmin əşyaları haradan aldığını soruşduqda özünə məxsus olmasını və istifadəyə yarasız olduğu üçün satmaq istədiyini bildirmiş, sonra ondan şəxsiyyətini təsdiq edən sənədini istəmiş və surətini çıxartmış, orada Təqsirləndirilən şəxs öz xətti ilə satdığı əşyaların özünə məxsus olması barədə qeydiyyat apardıqdan sonra həmin əşyaları tərəzidə çəkib ona ümumilikdə 30 manat pul vermiş və o, çıxıb getmişdir.Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs işlətdiyi metal qəbulu məntəqəsinə gələrkən tək olmuş, onu əvvəllər tanımamış, Təqsirləndirilən şəxs əvvəllər ona hər hansı bir metal gətirib satmamış, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətində satmaq istədiyi əşyaların özünə məxsus olması barədə qeydiyyat apardığına görə ona inanıb həmin əşyaları almış, həmin vaxt Təqsirləndirilən şəxs çox rahat olduğuna görə ondan şübhələnməmiş, hazırda Təqsirləndirilən şəxs aldığı metal əşyaları satdığından işlətdiyi metal qəbulu məntəqəsində yoxdur. İş materiallarında olan tələbnaməyə və hökmə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixdə isə cəza müddəti başa çatmış, xx.xx.2022-ci il tarixdə Şabran RPŞ tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir.Göründüyü kimi qüvvədə olan qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkumluğu olmayan şəxsdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 200 manat ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, təqsirləndirilən şəxsin mədə bağırsaq xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 200 manat ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, təqsirləndirilən şəxsin mədə bağırsaq xəstəliyindən əziyyət çəkməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.3-cü maddəsi sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 200 manat ödəməmişdir, qalan ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxs ondan şikayətçi deyil, təqsirləndirilən şəxs mədə bağırsaq xəstəliyindən əziyyət çəkir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay 06 (altı) gün müddət 01 günə 02 gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-612/2023 saylı, 11 iyun 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Şabran rayonu, H.Əliyev prospekti, ev 57 ünvanında yerləşən evdə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şabran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi metal əşyaları öz əşyası kimi təqdim edərək satarkən özünə məxsus şəxsiyyət vəsiqəsinin surətində xətti ilə yazmış olduğu qəbz cinayət işinin materiallarında saxlanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən - 15 noyabr 2023-cü il tarixədək tutulduğu cəmi - 05 (beş) ay 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Şabran rayonu, H.Əliyev prospekti, ev 57 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şabran rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Şabran rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut –- Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi metal əşyaları öz əşyası kimi təqdim edərək satarkən özünə məxsus şəxsiyyət vəsiqəsinin surətində xətti ilə yazmış olduğu qəbz cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN********** m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-514/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-514/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver