Məhkəmə qərarları › İş №1(001)-514/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-514/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-514/2025 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu, Xanlıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, 11-ci sinif şagirdi, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Haftoni qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndi, nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanının qarşısında Bakı şəhəri Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə onunla birlikdə təhsil alan Zərərçəkmiş şəxs dostları ilə birlikdə ona baxmasını və daha sonra söhbətləri zamanı əli cibində olmaqla danışdığı üçün üzr istəməsini tələb etməsinə baxmayaraq sonuncunun bundan imtina etməsini bəhanə edərək onunla mübahisə edib ictimai yer hesab olunan küçədə insanların olmasına baxmayaraq cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyib öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, heç bir səbəb olmadan xuliqanlıq niyyəti Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruq zərbələri vuraraq ona burun nahiyəsinin sola doğru deformasiyası, burunla tənəffüsün pozulması və burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin şişkinlik halında əziyi kimi bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 248 saylı tam orta məktəbdə alır. Həmin məktəbin 11-ci sinif şagirdidir. Heç bir psixoloji nevroloji xəstəliyi yoxdur. Zərərçəkmiş şəxs onun təhsil aldığı məktəbdə ondan 1 sinif aşağı oxuyur. Zərərçəkmiş şəxs bacısı Əfkari Tura onun sinif yoldaşıdır. Təxminən 4-5 il bundan öncə "İntagram" sosial şəbəkəsində "248 etiraf" adlı səhifə olmuşdur. Həmin səhifədə hansı oğlanın hansı qızdan xoşu gəlirdisə həmin səhifə admininə yazır, admin də həmin səhifədə paylaşırmış. Həmin səhifədə kimsə Əfkari Turanın burnunun yekə olması haqqında yazı yazmışdır. Həmin vaxtı Tura və onun anası elə düşünmüşdürlər ki, həmin yazını o yazıb paylaşmışdır. Həmin yazı səhifədə 2022-ci ildə paylaşılmışdır. Həmin yazı açıq profil ilə yazılıb paylaşılmadığı üçün məktəbdə həmin yazını yazmaqda ondan şübhələnmişlər. Həmin vaxtdan 2 il sonra 2024-cü ilin oktyabr ayının 18-də Simran oxuduqları məktəbdə yeməkxananın qarşısında ona yaxınlaşaraq nə üçün onun bacısı haqqında "İnstaqram" sosial şəbəkəsində pis söz yazdığını soruşmuşdur. O da Simrana həmin yazını onun yazmadığını bildirmişdir. Lakin o, Simranın bacısının hər yerdə guya həmin yazını onun yazdığını bildirdiyini demişdir. Simran bacısının elə hərəkət edə bilməyəcəyini, bacısını tənbeh edəcəyini bildirmişdir. Söhbət də elə burada bağlanmışdır. Bundan sonra 2025-ci ilin 16 yanvar tarixində təxminən saat 14:00 radələrində o, sinif yoldaşları Şahid1 və Şahid2 ilə birlikdə dərsdən çıxıb Ömərin yaşadığı evə gedən zaman Əfkari Turagilin binasının qarşısından keçərkən qardaşı Zərərçəkmiş şəxs binanın qarşısında tanımadığı 3 nəfər şəxslə dayandığını görmüşdür. Simran onu görən kimi onu yanına çağırmışdır. Yanında olan Əli və Ömərə isə kənarda gözləməsini demişdir. Bu zaman Simran binanın qarşısında söhbət etməməyi kənara çəkilib söhbət etmək istədiyini bildirmişdir. Bu zaman onlar Simranla binanın kənarına keçmişlər. Həmin vaxtı Simranın yanında olan 3 nəfər tanımadığı şəxs və onun yanında olan Əli və Ömər də binanın kənarına onların yanlarına gəlmişdirlər. Həmin vaxtı Simran ona "sənə deməmişəm bizim evin qarşısından keçmə" demişdir. O da Simrana küçənin hamının istifadəsində olduğunu tək Simrana məxsus olmadığını demişdir. Bu zaman elə bu mövzuda aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs əli ilə iki dəfə onun sinəsindən yumruqla vurmuş və ona bir daha oradan keçməməyini istəmişdir. O da Simrana bildirmişdir ki, “sözü qutardısa mübahisəyə ehtiyac yoxdur çıxaq gedək”. Bu zaman Simran ona sağ ayağı ilə ayaq nahiyyəsinə təpik atmışdır. O da sol əli ilə Simranın sağ ayağını tutaraq sağ əli ilə Simranın alın nahiyəsindən vurmuşdur. Simran bu zaman yerə yıxılmışdır. O da Simrangilin sayı çox olduğu üçün və onu döyəcəklərindən ehtiyat etdiyi üçün Simranı orada yerdə qoyub qaçmışdır. Bundan sonra onun barəsində polisə şikayət ərizəsi ilə müraciət etdiyini öyrənmişdir. Onun Simranla mübahisəsi təxminən 30 dəqiqə davam etmişdir. Həmin vaxtı onun yanında Şahid1, Qocayev X4 yanında isə tanımadığı 3 nəfər şəxs olmuşdur. O, Simranı yalnız bir dəfə əli ilə alın nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs ilə arasında baş vermiş dava-dalaş zamanı orada olan Şahid1 və ya Şahid2 və Zərərçəkmiş şəxs yanında olan digər 3 nəfər şəxs dava-dalaşa müdaxilə etməmiş və sadəcə kənardan baxmışlar. Simran iki dəfə yumruqla onun sinə nahiyəsindən və bir dəfə təpiklə sol ayaq nahiyəsindən vurmuşdur. Həmin zərbələr nəticəsində sinəsində dərialtı göyərmələr olmuşdur. Lakin məhkəmə-tibbi ekspert müayinəsindən keçməkdən imtina etmişdir. O, Simranı yalnız alın nahiyəsindən vurmuş, burun nahiyəsindən vurmamışdır. Simranın ona "sənə deməmişəm bizim evin qarşısından keçmə" deməsi və onun da Simrana küçənin hamının istifadəsində olduğunu tək Simrana məxsus olmadığını deməyi səbəbindən aralarında münaqişə başlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu 248 saylı tam orta məktəbin 11-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs təhsil aldığı məktəbdən bacısının sinif yoldaşı kimi tanıyır. Əvvəllər həmin şəxslə aralarında heç bir mübahisəsi, şəxsi ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində o, dostları, Səftər, Elgün və Muradla öz yaşadığı binanın qarşısında dayanıb söhbət edirmiş. Bu zaman Təqsirləndirilən şəxs və adını bildiyi Əli adlı dostu və digər adını bilmədiyi dostu onların qabaqlarından keçirmişlər. Bir neçə dəqiqə sonra həmin şəxslərin üçü də geri onların yanlarına qayıtmışdır. İçlərindən yalnız adının Əli olduğunu bildiyi şəxs ona yaxınlaşaraq yanında dayanan Elgünün niyə baxdığını irad bildirmişdir. Bu zaman o da Əlidən həmin şəxslərə kimin baxdığını təkrar soruşmuşdur. Həmin vaxtı onun yanında olan dostlarından biri cavab vermişdir ki, kim baxırsa ondan soruşsunlar. Həmin vaxtı Ruslan ona irad bildirmişdir ki, danışarkən əlini cibindən çıxarsın. O da Ruslanın sözü ilə əlini cibindən çıxarmayacağını bildirmişdir. Bundan sonra Ruslan onu binanın qarşısından kənarına çağırmışdır. Həmin vaxtı yanında olan Səftər, Elgün və Murad həmçinin Ruslanın yanında olan iki nəfər də onlarla birlikdə binanın kənarına gəlmişlər. Ruslan binanın kənarında ondan əli cibində danışdığı üçün üzr istəməyini istəmişdir. O da üzr istəməyəcəyini bildirmiş və dostu Elgünü Ruslangilə baxıb baxmadığını soruşmaq üçün çağırmaq istəyən zaman Ruslan qəfil zərbə ilə onun burnundan yumruqla vurmuşdur. Bu zaman o, yerə yıxılmış və burnu qanamağa başlamışdır. Bundan sonra o, özünə gələndə artıq görmüşdür ki, Ruslan və yanındaki iki nəfər artıq orada yoxdur və çıxıb gediblər. Yanındakı dostları və kənar şəxslər ona köməklik edərək yaşadığı evə gətirmişlər. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs qiyabi olaraq bacısının sinif yoldaşı kimi tanımış, heç bir düşmənçilik şəxsi qərəzlilik və ədavətləri olmamışdır. O, Təqsirləndirilən şəxs vurmamışdır. Həmin vaxtı orada yanında olan Səftər, Elgün və Murad, həmçinin Ruslanın yanında olan Əli və digər adını bilmədiyi şəxs olmuşdur. Həmin şəxslərin hamısı baş vermiş hadisəni görmüşlər. Əvvəlcə Əli guya yanında olan Elgünün onlara baxdığını bəhanə gətirib onlara yaxınlaşmış, sonradan Ruslan onun əli cibində danışdığı üçün üzr istəməyini tələb etmiş və onu vurmuşdur. Ətrafda çoxsaylı vətəndaşlar olsa da, davadalaşa müdaxilə etməmiş, sadəcə kənardan baxmışdırlar. Zərbədən sonra səhhətində, daha konkret burunla nəfəs almasında problemlər yaranmışdır. Ruslandan şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 135 saylı tam orta məktəbdə alır. Hadisə baş verən zamanlarda isə 248 saylı tam orta məktəbdə təhsil alırmış. Hal-hazırda 10-cu sinif şagirdidir. Heç bir psixoloji nevroloji xəstəliyi yoxdur. Zərərçəkmiş şəxs ilə hadisə baş verən zamanlarda eyni məktəbdə və eyni sinifdə təhsil alırmışlar. Təqsirləndirilən şəxs isə təhsil aldığı məktəbdə 11-ci sinifdə oxuyurmuş. xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində o, sinif yoldaşları, Səftər, Murad və Simranla məktəbdən çıxıb yaşadıqları evlərə tərəf getmişdirlər. Simranın yaşadığı binanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs və Əli və Ömər adlı dostları onların qabağından keçmişlər. Bir neçə dəqiqə sonra həmin şəxslərin üçü də geri onların yanına qayıtmışdır. Ruslan Simrana yaxınlaşaraq niyə qəribə şəkildə baxdığını soruşmuşdur. Simran isə heç Ruslana baxmadığını bildirmişdir. Bundan sonra Əli, Simranın yox onun baxdığını bildirmişdir. O, isə həmin şəxslərə baxmadığını bildirmişdir. Ruslan Simrandan buna görə üzr istəməsini tələb etmişdir. Simran isə heç kimin həmin şəxslərə baxmadığını bildirərək ümumiyyətlə üzr istəməyin mənasız olduğunu bildirmişdir. Bundan sonra Ruslan Simran iki-üç dəfə “ya üzr istə ya da keçək qırağa” desə də Simran üzr istəməmişdir. Ruslan Simran ilə binanın kənarına getmişlər. Əli və Ömər isə onlardan və Ruslan ilə Simrandan bir az aralıya getsələr də kənardan Ruslan ilə Simranı müşahidə etmişlər. Bundan sonra Ruslan ilə Simran onlar aralıda söhbət etməyə başlamışdırlar. O, Ruslanın Simrana üzr istəməsini tələb etdiyini az da olsa eşitmişdir. Simran isə üzr istəməyəcəyini bildirmişdir. Bundan sonra Ruslan Simranın üz nahiyəsinə sağ əli ilə yumruq vurmuşdur. Bundan sonra Simran yerə çöküb üzünü tutaraq qışqırmağa başlamışdır. Ruslan isə Simranın üz nahiyəsinə dizi ilə bir neçə dəfə vurmağa davam etmişdir. Bundan sonra isə Əli və Ömər onların yanına gedərək onları aralamış və Ruslan, Əli və Ömər oradan uzaqlaşmışlar. Həmin şəxslər getdikdən o, Murad, Səftər Simranın yanına getmişlər. Simranın yanına gəldikdə Simranın burnunun qanadığını görmüşdür. Onlar Simrana su vermiş və yardım edərək yaxınlıqda olan yaşadıqları ünvana apararaq atasına təhvil vermişlər. Bundan sonra isə o, yaşadağı ünvana getmişdir. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Simran ilə Ruslanın arasında əvvəllər düşmənçilik, şəxsi qərəzlilik, ədavətin olması barədə məlumatı yoxdur. Həmin vaxtı orada yanında olan Səftər, Murad, həmçinin Ruslanın yanında olan Əli və Ömər olmuşdur. Onların hamısı baş vermiş hadisəni görmüşlər. Hadisə baş verən zaman orada olmuş Əli və Ömər dava-dalaşa müdaxilə etməmiş, sadəcə kənardan baxmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə zamanı o, Bakı şəhəri, Binəqədi rayonu 248 saylı tam orta məktəbin şagirdi olmuşdur. Baş vermiş hadisədən sonra valideynləri onun məktəbini dəyişmişlər və halhazırda İsmayıllı rayonu, Mican kəndi, 1 saylı məktəbdə təhsil alır. Zərərçəkmiş şəxs ilə hadisə baş verən zamanlarda eyni sinifdə təhsil almışlar. Təqsirləndirilən şəxs isə onlardan bir sinif yuxarı təhsil almışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində o, sinif yoldaşları Səftər, Elgün və Simranla məktəbdən çıxıb yaşadıqları evlərə tərəf getmişlər. Simranın yaşadığı binanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs və Əli və Ömər adlı dostları onların qabağından keçmişlər. Bir neçə dəqiqə sonra həmin şəxslərin üçü də geri onların yanına qayıtmışdır. Ruslan Simrana yaxınlaşaraq, niyə qəribə şəkildə baxdığını soruşmuşdur. Simran isə heç Ruslana baxmadığını bildirmişdir. Bundan sonra Əli, Simranın yox Elgünün baxdığını bildirmişdir. Elgün isə onlara baxmadığını bildirmişdir. Ruslan Simrandan buna görə üzr istəməsini tələb etmişdir. Simran isə heç kimin onlara baxmadığını bildirərək ümumiyyətlə üzr istəməyin mənasız olduğunu bildirmişdir. Bundan sonra Ruslan Simran iki-üç dəfə “ya üzr istə ya da keçək qırağa” desə də Simran üzr istəməmişdir. Bundan sonra Ruslan Simran ilə binanın kənarına getmişlər. Əli və Ömər isə onlardan və Ruslan ilə Simrandan bir az aralıya getsələr də kənardan Ruslan ilə Simran müşahidə etmişlər. Bundan sonra Ruslan ilə Simran onlardan aralıda söhbət etməyə başlamışlar. O, Ruslanın Simrandan üzr istəməsini tələb etdiyini az da olsa eşitmişdir. Simran isə üzr istəməyəcəyini bildirmişdir. Bundan sonra Ruslan Simranın üz nahiyəsinə sağ əli ilə yumruq vurmuşdur. Bundan sonra Simran yerə çöküb üzünü tutaraq qışqırmağa başlamışdır. Ruslan isə Simranın üz nahiyəsinə dizi ilə bir neçə dəfə vurmağa davam etmişdir. Bundan sonra isə Əli və Ömər onların yanına gedərək onları aralamış və Ruslan, Əli və Ömər oradan uzaqlaşmışlar. Ruslangil getdikdən o, Elgün, Səftər Simranın yanına getmişlər. Simranın yanına gəldikdə Simranın burnunun qanadığını görmüşdür. Onlar Simrana su vermiş və yardım edərək yaxınlıqda olan yaşadıqları ünvana apararaq atasına təhvil vermişlər. Bundan sonra isə o, yaşadığı ünvana getmişdir.Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Simran ilə Ruslanın arasında əvvəllər düşmənçilik, şəxsi qərəzlilik, ədavətin olması barədə məlumatı yoxdur. Həmin vaxtı orada yanında olan Səftər, Elgün, həmçinin Ruslanın yanında olan Əli və Ömər olmuşdur. Onların hamısı baş vermiş hadisəni görmüşdürlər. Hadisə baş verən zaman orada olmuş Əli və Ömər davadalaşa müdaxilə etməmiş, sadəcə kənardan baxmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 248 saylı tam orta məktəbdə alır. Həmin məktəbin 11-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs ilə eyni məktəbdə və eyni sinifdə təhsil alırlar. Simran isə təhsil aldığı məktəbdə ondan 1 sinif aşağı oxuyur. 2025-ci ilin 16 yanvar tarixində təxminən saat 14:00 radələrində o, sinif yoldaşları Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə dərsdən çıxıb yaşadığı evə gedirmişlər. Onun evinə getməklərində səbəb Ruslan ilə Əlinin idman çantalarının onun yaşadığı evdə qoymaqları olmuşdur. Evə doğru gedən zaman Simranın yaşadığı binanın qarşısından keçərkən Simranın binanın qarşısında tanımadığı 3 nəfər şəxslə dayandığını görmüşdür. Simran onları görən kimi Ruslanı yanına çağırmışdır. Ruslan ona və Əliyə gözləməklərini bildirmiş və Simranın yanına getmişdir. Simran binanın qarşısında söhbət etməməyi, kənara çəkilib söhbət etmək istədiyini Ruslana bildirmişdir. Bu zaman Ruslan Simranla binanın kənarına keçmişlər. Həmin vaxtı Simranın yanında olan 3 nəfər tanımadığı şəxslər də onlardan kənarda gözləmişlər. Bundan sonra o, uzaqdan Simran ilə Ruslanın sözlü mübahisə etdiklərini və bir qədər sonra bir-birilərini itələməyə başladıqlarını görmüşdür. İlk olaraq Simran Ruslanı əli ilə itələmişdir. Bundan sonra sonuncu dəfə Ruslan sağ əli ilə Simranı itələmiş və Simran yerə yıxılmışdır. Simran yerə yıxıldıqdan sonra Ruslan onların yanlarına gəlmiş və onlar oradan uzaqlaşmışlar. Ruslandan nə baş verdiyini soruşduqda ona heç bir məlumat verməmişdir. Bundan bir qədər sonra məlumatı olmuşdur ki, Simranın ailəsi Ruslan barəsində şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. O, ilk dəfə bölmədə izahat verən zaman həyəcanlı olmuş və qorxmuşdur. Bu səbəbdən hadisə ilə bağlı nə dediyini bilməmişdir. O səbəbdən ifadəsində ziddiyyətlər yaranmışdır. Lakin hadisə hal-hazırda ifadəsində bildirdiyi kimi baş vermişdir. Hadisə zamanı Ruslan Simranı itələdikdən sonra Simran yerə yıxılmış, lakin Simran yıxıldıqdan sonra hər hansı bir xəsarət alıb-almamasını görə bilməmişlər. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. O, Simranın yerə yıxıldıqdan sonra üzərində hər hansı bir xəsarət və ya qanama olmasını görə bilməmişdir, çünki onlar aralıda dayanmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 248 saylı tam orta məktəbdə alır. Həmin məktəbin 11-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs ilə eyni məktəbdə və eyni sinifdə təhsil alırlar. Simran isə təhsil aldığı məktəbdə ondan 1 sinif aşağı oxuyur. 2025-ci ilin 16 yanvar tarixində təxminən saat 14:00 radələrində o, sinif yoldaşları Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə dərsdən çıxıb Ömərin yaşadığı evə gedirmişlər. Ömərin evinə getmələrində səbəb Ruslan ilə onun idman çantalarının Ömərin yaşadığı evdə qoymaqları olmuşdur. Evə doğru gedən zaman Simranın yaşadığı binanın qarşısından keçərkən Simranın binanın qarşısında tanımadığı 3 nəfər şəxslə dayandığını görmüşdür. Simran onları görən kimi Ruslanı yanına çağırmışdır. Ruslan ona və Ömərə gözləməklərini bildirmiş və Simranın yanına getmişdir. Simran binanın qarşısında söhbət etməməyi, kənara çəkilib söhbət etmək istədiyini Ruslana bildirmişdir. Bu zaman Ruslan Simranla binanın kənarına keçmişlər. Həmin vaxtı Simranın yanında olan 3 nəfər tanımadığı şəxslər də onlardan kənarda gözləmişlər. Bundan sonra o, uzaqdan Simran ilə Ruslan sözlü mübahisə etdiklərini və bir qədər sonra bir-birilərini itələməyə başladıqlarını görmüşdür. İlk olaraq Simran Ruslanı əli ilə itələmişdir. Bundan sonra sonuncu dəfə Ruslan Simranın ayağından tutaraq sağ əli ilə Simranın üz hissəsindən itələmiş və Simran yerə yıxılmışdır. Hadisə baş verən zaman onlar iki dəfə Ruslan ilə Simranın yanına getmək istəsələr də Ruslan hər ikisində əli ilə onlara gəlməməklərini işarə etmişdir. Simran yerə yıxıldıqdan sonra Ruslan onların yanlarına gəlmiş və onlar oradan uzaqlaşmışlar. Ruslan nə baş verdiyini soruşduqda ona sadəcə dava axtardıqlarını bildirmişdir. Bundan bir qədər sonra məlumatları olmuşdur ki, Simranın ailəsi Ruslan barəsində şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hadisə zamanı Ruslan Simranı itələdikdən sonra Simran yerə yıxılmış, lakin Simran yıxıldıqdan sonra hər hansı bir xəsarət alıb-almamasını görə bilməmişlər. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. O, Simranın yerə yıxıldıqdan sonra üzərində hər hansı bir xəsarət və ya qanama olmasını görə bilməmişdir, çünki onlar aralıda dayanmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 248 saylı tam orta məktəbdə alır. Həmin məktəbin 10-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs ilə eyni məktəbdə və eyni sinifdə təhsil alırlar. Təqsirləndirilən şəxs isə təhsil aldığı məktəbdə 11-ci sinifdə oxuyur. 2025-ci ilin 16 yanvar tarixində təxminən saat 14:00 radələrində o, sinif yoldaşları Simran və Elgün ilə birlikdə dərsdən çıxıb evlərinə gedirmişlər. Bir az getdikdən sonra Ruslan və yanında Əli və Ömər adlı sinif yoldaşları onlara yaxınlaşmışdır. Ruslan Simranın qolundan tutaraq kənara çəkmiş və həmin şəxslər Simran ilə onlardan aralaşmışlar. Bundan sonra Ruslan Əli və Ömərin yanında Simran ilə sözlə mübahisə etməyə başlamışdır. Lakin həmin şəxslər onlardan aralaşdıqları üçün o həmin şəxslərin nə üçün mübahisə etdiklərini bilməmişdir. Bundan sonra o, mübahisəyə qoşulmaq istəmədiyi üçün oradan uzaqlaşaraq evinə getmişdir. Hadisə ilə bağlı bildikləri bundan ibarətdir. Hadisə ilə bağlı isə heç kimdən soruşmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kim görməmişdir. O, hadisə yerində olarkən orada hər hansı bir şəxsin digərinə xəsarət yetirməsini görməmişdir, çünki o, artıq sözlü mübahisə başladıqda oradan uzaqlaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə sözügedən hadisə ünvan 3 ünvanında baş vermişdir (cild 1, i.v 5-6). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 96 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin sola doğru deformasiyası, burunla tənəffüsün pozulması və burun sümüyünün yerdəyişmiş sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinlik halında əziyi aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirilmə nəticəsində törənmələri inandırıcı deyildir (cild 1, i.v 14-16). Şahid2 xx.xx.2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, 2025-ci ilin yanvar ayında dərsdən çıxdıqdan sonra sinif yoldaşları Ruslan və Əli ilə birlikdə gəzən zaman eyni məktəbdə oxuyan Simran adlı uşaq sinifyoldaşları ilə birlikdə dayanaraq onlara tərəf baxdıqlarını görmüşlər. O, Simranı çağıraraq nəyə baxdıqlarını nəsə olduğunu soruşduqda heç bir şeyin olmadığını söyləmişdir. Bu zaman Ruslan Simrana üzr istəməsini söylədi lakin Simran buna irad bildirdi və mübahisə etməyə başladılar. Simranla Ruslan dalaşmağa başladı, onları aralayıb yollarına davam etmişlər (cild 1, i.v 17- 18). Cinayət işi başlanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Yetkinlik yaşına çatmamış şəxsin qanuni nümayəndəsi təyin etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır (cild 1, i.v 28). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 43). Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v 48). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v 52). Yetkinlik yaşına çatmamış şəxsin qanuni nümayəndəsi təyin etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 iş üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi tanınmışdır (cild 1, i.v 58). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş, o məhkəmə zalından azad edilmişdir (cild 1, i.v 96-101). Qətimkan tədbirinin təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 102). Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v 116). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v 120-121). Bakı şəhəri Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktəbin 10c sinif şagirdi Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqlara baxmayaraq 2024/2025-ci tədris ilində dərsə çox zəif davam etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tədris ili ərzində heç bir kiçik və böyük summativ qiymətləndirmədə iştirak etməmiş və bu səbəbdən də biliyi qiymətləndirilməyərək təkrar 10-cu sinifdə saxlanılmışdır. Bununla yanaşı valideynlərə bu məsələ ilə bağlı məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Məktəbin digər 10c sinif şagirdi Zərərçəkmiş şəxs 2024/2025-ci tədris ilində dərsə davamiyyəti zəif olmuşdur. Cari tədris ilində isə davamiyyəti normaldır. Əsasən maraq göstərdiyi fənlərdən yaxşı nəticələr göstərir, digər fənnlər üzrə göstəriciləri zəifdir. Sinif yoldaşları ilə münasibətdə nəzakətli davranış nümayiş etdirir, ictimai işlərdə iştirak etməyi sevir, ünsiyyətcildir (cild 1, i.v 159). X8 X9 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş Əfkari X3 təcili tibbi yardım şöbəsinə xx.xx.2025-ci il tarixdə “burun sümüyünün yerdəyişən sınığı” diaqnozu ilə ambulator müraciət etmişdir. № 201. Küçə travması (cild 1, i.v 171). X5 xx.xx.2025-ci il tarixli tibbi çıxarışından görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün önü və sol qanadında yeri zəif dəyişən sınıq aşkar edilir (cild 1, i.v 173). xx.xx.2025-ci il tarixli “təqdim olunmuş fotoşəkillərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaqa 06 ədəd fotoşəkil təqdim edilmişdir. Təqdim edilmiş 1-ci fotoşəkildə “Whatsapp” mobil tətbiqində +**********96 saylı mobil nömrənin adı ilə qeydiyyatdan keçdiyi müəyyən edildi. Təqdim edilmiş 2-ci fotoşəkildə “Whatsapp” mobil tətbiqində Şahid3 adına olan +**********96 saylı mobil nömrəyə “Danış”, “Gözləyirəme”, +**********96 saylı mobil nömrədən isə “Xala söhbət belə başdadı biz Simranı yola salırdı birazda söhbət eliyirdik məndə fikirli-fikrli başı aşaqı gəzirdim birdən tanıdıq səs gəldi başımı qaldırıb baxanda o 3 nəfəri gördüm sonra təzden başımı aşaqı saldım gəldiy Simran gilin bokun ağzına sonra 2 nəfər gəlib Simranın qolundan tutub qırağa çəkdilər orda eşitmədik nə dedi sonra Ruslan gəli üsdümüzə biradı di ki gəlin qrağa sonra bizə dediki mənnən danışanda əlivi cibivizdən çıxardın bizdə cıxadıq sonra Simran dediki çıxartmıram buda bozardı ki uzur isdə Simran da üzür isdəmədi Ruslanda dediki Simrana gəl qırağa Simranda getdi ora söhbət elədilər söhbət elədiyi yerde qaqaş vurdu Simranı bizim günahımız yoxdu dava axdarırdılar”, “Ruslan simran dediki durduq yerə gəl qrağa”, 3-cü fotoşəkildə “Whatsapp” mobil tətbiqində Şahid3 adına olan +**********96 saylı mobil nömrəyə “O 3 nəfər”, “X10?”, +**********96 saylı mobil nömrədən isə “Hə”, 4-cü fotoşəkildə “Whatsapp” mobil tətbiqində Şahid3 adına olan +**********96 saylı mobil nömrədən “Adlarını bilmirem”, +**********96 saylı mobil nömrəyə istintaqa təqdim edilməyən səs yazısı, +**********96 saylı mobil nömrədən isə “Oldu xala sizdə məni bağış diyin hörmət sizlik eləmək istəmədən telofun acabilmirəm bağışdıyın”, 5-ci fotoşəkildə “Whatsapp” mobil tətbiqində Şahid3 adına olan +**********96 saylı mobil nömrəyə istintaqa təqdim edilməyən səs yazısı, +**********96 saylı mobil nömrədən isə “Bəs biz 3 nəsə olacaq?”, +**********96 saylı mobil nömrəyə isə “Kimin nə günahı varsa çəkəcək cəzasım”, “Sonuna qədər gedəcəm bu işin sonuna qədər”, 6-ci fotoşəkildə “Whatsapp” mobil tətbiqində Şahid3 adına olan +**********96 saylı mobil nömrədən “Bizim günahımız yoxdu”, “Mən ömrüm 1-ci səfərdi dava görürdüm", +**********96 saylı mobil nömrəyə “Onda niyə gizlətdiniz? Niyə hadisəni olduğu kimi danışmadınız? Plan qurub başqa cür danışdınız”, “Səbəb”, +**********96 saylı mobil nömrədən “Qorxurduq”, +**********96 saylı mobil nömrəyə “Günahı olmayan qorxmaz” məzmununda mesajlar aşkar edildi (cild 1, i.v 193). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (cild 1, i.v 195-196). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3247 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs prinsipiallıq, öz maraqlarını üstün tutmaq, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs inkişafında gerilik əlamətləri aşkar edilmir (cild 1, i.v 199-201). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3248 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs ünsiyyətcillik, inadkarlıq, söz adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs baş vermiş hadisənin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkşafında gerilik əlamətləri aşkar edilmir (cild 1, i.v 202-204). Təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli T825/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs burun nahiyəsinin sola doğru deformasiyası, burunun tənəfüsün pozulması və burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin şişkinlik halında əziyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən yumruq zərbəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyası onun istər özü tərəfindən yetirilməsi, istərsə də öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranmasını inkar edir (cild 1, i.v 216-218). Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v 220-221). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v 225-226). Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələr üzrə yenidən ittiham edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid5, Şahid4 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün etirafı qeyd olunan təqsirləndirilən şəxs qismində ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertizasının, təkrar tibbi məhkəmə ekspertizasının, kompleks ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının rəyləri, təqdim olunmuş fotoşəkillərə baxış keçirilməsi haqqında protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir (cild 1, i.v 233-244). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v 247-248). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221- ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu işdə əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf hadisəni fərqli şəkildə təsvir edir və hər biri digərini hücumu ilk başladan kimi göstərir. Belə hallarda məhkəmə üçün ən vacib sübutlardan biri hadisəni görən şahidlərin ifadələri olur. Məhkəmə şahidlərin ifadələrini tədqiq edərək onların məzmununu qarşılıqlı müqayisə etmiş və belə nəticəyə gəlmişdir ki, hadisənin baş vermə mexanizmi barədə şahid ifadələri müəyyən dərəcədə fərqli olsa da, bir sıra mühüm hallarda bir-birini tamamlayır. Belə ki, təqsirləndirilən şəxsin sinif yoldaşları olan şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərmişlər ki, Ruslan ilə Simran arasında əvvəlcə sözlü mübahisə baş vermiş, daha sonra tərəflər bir-birini itələmiş, ilk olaraq Simranın Ruslanı itələmiş, nəticədə Ruslanın hərəkətindən sonra Simran yerə yıxılmışdır. Həmin şahidlər Simranın xəsarət almasını görmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, Şahid2 və Şahid1 təqsirləndirilən şəxs ilə eyni sinifdə təhsil alan və onunla dostluq münasibətində olan şəxslərdir. Bu səbəbdən onların ifadələri qiymətləndirilərkən işin nəticəsində maraqlı olmaları ehtimalı nəzərə alınmalıdır. Digər tərəfdən, məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ilkin izahatına xüsusi diqqət yetirir. Belə ki, Şahid2 ilkin izahatında göstərmişdir ki, o, Ruslan və Əli ilə birlikdə məktəbdən çıxıb gedərkən Simranın öz sinif yoldaşları ilə birlikdə dayanaraq onlara baxdıqlarını görmüş və bundan sonra tərəflər arasında söhbət baş vermişdir. Həmin söhbət zamanı Ruslan Simrandan üzr istəməsini tələb etmiş, lakin Simran bundan imtina etdikdən sonra tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi bu izahat hadisənin başlanma səbəblərini daha aydın şəkildə əks etdirir. Bundan başqa, zərərçəkmiş tərəfin yanında olmuş şahidlər Şahid3 və Şahid4 da ifadələrində göstərmişlər ki, Ruslan Simrandan üzr istəməsini tələb etmiş, Simran isə bundan imtina etdikdən sonra Ruslan ona qarşı zor tətbiq etmişdir. Beləliklə, hadisənin başlanma səbəbi ilə bağlı Şahid2 ibtidai istintaq zamanı verdiyi izahatı ilə şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələr bir-biri ilə üstüstə düşür və bir-birini tamamlayır. Məhkəmə hesab edir ki, üç ayrı şahidin ifadələrinin bu hissədə uyğunluq təşkil etməsi həmin halların həqiqətə uyğun olmasını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında baş vermiş münaqişənin başlanmasına səbəb məhz Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəməsini tələb etməsi olmuşdur. Məhkəmə hesab edir ki, üzr istəmək tələbi ilə bağlı yaranmış münaqişə real və ciddi səbəbə əsaslanmayan, mahiyyət etibarilə bəhanə xarakterli mübahisə olmuşdur. Təqsirləndirilən şəxsin bu cür səbəbə görə zərərçəkmişə qarşı zor tətbiq etməsi onun özünü cəmiyyətə qarşı qoymaqla güc nümayiş etdirmək niyyətindən irəli gələn qərəzli davranışını göstərir. Bundan başqa, hadisə yaşayış binasının qarşısında – ictimai yerdə baş vermiş, təqsirləndirilən şəxs ətrafda digər şəxslərin olmasına baxmayaraq zor tətbiq etməklə cəmiyyətdə qəbul olunmuş davranış və birgəyaşayış qaydalarına açıq hörmətsizlik nümayiş etdirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərildiyi kimi xuliqanlıq cinayətinin əsas əlamətlərindən biri təqsirkar şəxsin özünü ictimai qaydaya qarşı qoymaqla gücünü nümayiş etdirmək və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsidir. Təqsirləndirilən şəxs əhəmiyyətsiz səbəbə görə zərərçəkmiş şəxsdən üzr tələb etməsi, sonuncu bundan imtina etdikdə isə ictimai yerdə ona qarşı zor tətbiq etməsi onun hərəkətlərinin məhz belə motivlərlə törədildiyini göstərir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər – yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibinin mövcud olması qənaətinə gəlir. Həmçinin, iş materiallarında olan hər iki məhkəmə-tibbi ekspertiza rəyi zərərçəkmiş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin bərk küt əşya təsirindən, konkret olaraq yumruq zərbəsi nəticəsində əmələ gəldiyini, habelə həmin xəsarətlərin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, ekspertiza rəyləri ilə müəyyən edilmiş xəsarətlərin xarakteri və yaranma mexanizmi şahidlərin ifadələri ilə də uyğunluq təşkil edir və bu hallar zərərçəkmiş şəxsin aldığı xəsarətlərin Təqsirləndirilən şəxs tətbiq etdiyi zor nəticəsində baş verdiyini göstərir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərinin Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması ilə nəticələndiyi və həmin əməlin xuliqanlıq niyyəti ilə törədildiyi qənaətinə gəlir və onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olmasını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əlavə olaraq Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.2 maddəsinə əsaslanmaqla cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. “Yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin və Abşeron rayonunun, habelə cəzanı icra edən orqanın yerləşdiyi Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası ərazi üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Abşeron rayonu, Məmmədli kəndi, nömrəsiz fərdi ev) gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı və Sumqayıt şəhərinin, habelə Abşeron rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 440 (dörd yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar