Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-517/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 04 avqust 2022-ci il tarixdə gecə saatlarında tamah niyyəti əsasında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcısı hesab edilən plastik kartdan istifadə etməklə tanışı XXX Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə məxsus 4169 7385 1704 1640 nömrəli “Birkart” kartdan istifadə edib hesabından Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanda quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 05:17-də 1000 manat, bir neçə dəqiqədən sonra 300 manat və 10 manat olmaqla ümumilikdə 1310 manat pulu çıxararaq gizli olaraq talayıb, zərərçəkmiş XXX Zərərçəkmiş şəxs ümumilikdə 1310 (bir min üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə dost olmuşdur. Binəqədi rayonu, “Pasyolka Kirov” adlı ərazidə kafedə dostu Zərərçəkmiş şəxs ilə oturub yeyib içmişlər. Səhvən onun kartından pul çıxartmasını istəmiş, o da kartdan artıq pul çəkmiş və öz vaxtı keçmiş kartını onun kartı yerinə Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs kartının öz kartı olmadığını bildikdən sonra onun oğurlanmasını bilib polisə şikayət vermişdir. Daha sonra Zərərçəkmiş şəxs kartı onun oğurladığını bilmiş və onla barışmışlar. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı ödədiyini, ona qarşı heç bir tələb və şikayətin olmadığını, eləcə də törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. İxtisasca hüquqşünasdır. 03 avqust 2022-ci il tarixdə saat 22 radələrində köhnə qonşusu Şahid ona zəng vuraraq bildirmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Banu Çiçək” şadlıq sarayının yaxınlığında təzə icarəyə kafe götürmüşəm, gəl yeyib-içək” sözlərini demişdir. O, həmin vaxt Bakıxanov qəsəbəsində olmuşdur. Taksi ilə Samirim dediyi kafeyə getmişdir. Kafe adsız olmuşdur. Özü kafenin yanında olan marketdə içmək üçün araq və viski almışdır. Samirlə ikisi yeyib-içməyə başlamışlar. Bir az keçmiş Elsevər gəlmişdir. O da Elsevəri 4-5 il bundan əvvəl Samirin yanında görmüşdür. Elsevərin haradan olduğunu bilməmişdir. Lakin sonuncunun fərdi əməklə məşğul olduğunu eşitmişdir. Amma Elsevərin onda məndə əlaqə nömrəsi olmamışdır. Elsevərin yanında bir neçə tanımadığı şəxslər də olmuşdur. Samir ona demişdir ki, Elsevəri tanıyırsan? O da M.Ə.Rəsulzadə qəsəbəsindən tanıdığını demişdir. Elsevər onunla mehriban görüşüb, hal-əhval tutmuşdur. Elsevər də onlarla bir masa arxasında oturmuşdur. Üçü yeyib-içəndə, adını xatırlamadığı, Ordubad rayonundan olan Elsevərin dostu da onların masasında əyləşmişdir. Elsevər əlavə pivə də sifariş vermişdir. Saat 04 radələrinə kimi yeyib-içmişlər. O, kafeyə 70 manat hesab ödəmişdir. Duranda Samirgil taksi sifariş vermişlər ki, gedib “Leqenda” kafesində pivə içsinlər. Taksiyə verməyə onların pulu olmamışdır. Onun da üzərində nağd pul olmamışdır. “Leqenda” kafesi bağlı olmuşdur. Gəldik M.Ə.Rəsulzadə qəsəbəsində olan “Spar” marketin qarşısına gedib, kartdan pul çıxarmaq üçün yolu “Araz” market tərəfə keçmişlər. “Unibankı” orada quraşdırılmış ATM, yəni bankomatına yaxınlamışdır. Onun "xxxx"a məxsus 4169 7385 1704 1640 nömrəli “BirKart”ında 1430 manata qədər pul olmuşdur. Həmi pul özünə məxsus olmuşdur. Onunla birlikdə Samir, Elsevər və sonuncunun tanışı Nurlan adlı bir nəfər də olmuşdur. Hamımız sərxoş vəziyyətdə olsalar da hamısı hərəkətlərini, danışıqlarını dərk etmişlər. Bankomatdan 0555 kodunu yığaraq 100 manat pul çıxarmışdır. Həmin vaxt Elsevər boyda ondan hündür olduğundan başının üstündə durub, onun kodu yığmağına baxmışdır. Hətta o, iki dəfə kodu səhv yığmışdır. Pulu üçüncü cəhddə çıxarmışdır. Taksinin pulunu verib yola salmışdır. Piyada gedən zaman necə olursa Elsevər onun sərxoş olmağından istifadə edib sağ əlimdə tutduğu kartı götürüb, əvəzinə ona vaxtı keçmış “Leokart” vermişdir. O da həmin kartı öz kartı bilib əl çantasına qoymuşdur. Orada o, sağollaşıb yaxınlıqda olan marketə, şərab evinə siqaret almaq üçün keçmişdir. Siqaretin pulunu kartla ödəmək istədikdə məlum olmuşdur ki, başqa kartdır. Satıcı demişdir ki, kartın vaxtı keçmişdir. Karta baxanda bilmişdir ki, onun kartını yanımda olanlardan kimsə dəyişmişdir. Bir müddət sonra onun kartına, daha dəqiq 17 dəqiqədən sonra telefonuna SMS gəlməyə başlamışdır ki, kartdan 1000 manat, 300 manat və 10 manat pullar çıxarılmışdır. Bu barədə DİN-in 102 xidmətinə və Binqədi RPİ-nin 4-cü PŞ-nə də ərizə ilə müraciət etmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Elsevər hansı yollasa onun kartını köhnə kartla dəyişmiş və ona məxsus 1310 manat pulu kartımdan çıxararaq ələ keçirmiş, həmçinin pullar “Unibankı”a aid bankomatdan çıxarıldığına görə 35 manat əlavə pul tutulmuşdur. "xxxx" tərəfindən keçirilən konkaniya zamanı ona pulsuz verilmiş 4169 7385 1704 1640 nömrəli “BirKart” Elsevər təfərfindən oğurlanması nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi olaraq icarəyə kafe götürüb işlədir. Zərərçəkmiş şəxs onun köhnə qonşusudur və onların arasında yoldaşlıq münasibəti vardır. 03 avqust 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs ilə telefonla danışan zaman sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Banu Çiçək” şadlıq sarayının yaxınlığında təzə icarəyə kafe götürdüyünü və yeyib-içək üçün həmin kafeyə dəvət etmişdir. Zərərçəkmiş şəxs də etiraz etməmiş və taksi kafeyə gəlmişdir. Kafeni yeni icarəyə götürdüyü üçün adsız olmuşdur. Zərərçəkmiş şəxs özü kafenin yanında olan marketdə içmək üçün araq və viski almışdır. Zərərçəkmiş şəxs ilə ikisi yeyib-içməyə başlamışdır. Bir az keçmiş tanışı Elsevər də kafeyə gələrək onlara yaxınlaşışdır. Həmin vaxt Elsevər onlarla görüşmüş və o, Zərərçəkmiş şəxs Elsevəri tanıyıb-tanımadığını soruşmuşdur. Zərərçəkmiş şəxs də Elsevəri M.Ə.Rəsulzadə qəsəbəsindən tanıdığını bildirmişdir. Elsevər onlarla mehriban görüşüb, hal-əhval tutmuş və sonuncu da onlarla bir masa arxasında oturmuşdur. Bundan sonra onlar üçü yeyib-içəndə, adını xatırlamadığı, Ordubad rayonundan olan Elsevərin dostu da onların yanına gələrək masada əyləşmişdir. Elsevər əlavə pivə də sifariş vermişdir. Saat 04 radələrinə kimi onlar yeyib içmişlər. Bundan sonra Elsevərin adının bilmədiyi tanışı sağollaşaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs kafeyə 70 manat hesab ödədikdən sonra onlar “Leqenda” kafesində əlavə olaraq pivə içmək üçün getmək istəmişlər. Buna görə də, o, taksi sifariş vermiş və birlikdə “Leqenda” kafesinə getsələr də, kafenin bağlı olduğunu görmüşlər. Həmin vaxt onların taksiyə vermək üçün nağd pulu olmadığı üçün Zərərçəkmiş şəxs kartdan pul çıxarmaq istədiyini bildirmişdir. Buna görə də, taksi ilə birlikdə Bakı şəhəri, Binəqədin rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Spar” marketin qarşısına getmişlər. Orada onlar avtomobildən düşüb kartdan pul çıxarmaq məqsədi ilə yolu “Araz” market tərəfə keçmişlər. Zərərçəkmiş şəxs Elsevərlə birlikdə bankomata yaxınlaşıb 100 manat pul çıxardıqdan sonra taksini yola salmışlar. Bundan sonra o, Elsevər və Zərərçəkmiş şəxs ilə sağollaşıb ayrılaraq yaşadığı ünvana getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq "xxxx"a məxsus “Bir kart” kartının oğurlandığı və həmin kartdan üç dəfəyə, 1000 manat, 300 manat və 10 manat pulların çıxarılması barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs “Bir Kart”dan pul çıxaran zaman Elsevər Zərərçəkmiş şəxs kartının kodunu öyrənmiş və tez Zərərçəkmiş şəxsyin kartını götürüb, özündə olan vaxtı keçmiş özünə məxsus “Leokart”ı Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs də kartı dəyişdiyini hiss etmədən əl çantasına qoymuşdur. Bundan sonra Elsevər Zərərçəkmiş şəxs məxsus kartdan istifadə edərək 0555 kodunu yığmaqla birinci dəfə 1000 manat, ikinci dəfə 300 manat və üçüncü dəfə 10 manat pullar çıxarmaqla şəxsi işlərinə xərləmişdir. Elsevərin Zərərçəkmiş şəxs məxsus kartı oğurlanması və kartdan istifadə edərək pulları çıxarması barədə onun heç bir məlumatı olmamışdır. Bütün bunlar barədə sonradan Zərərçəkmiş şəxs öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş qəbzdən görünür ki, XXX Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nə məxsus “Bir kart” plastik kart hesabından 100 manat pulun çıxarılmasına dair qəbzi və 1 ədəd **********236866 nömrəli “Leobank” kartı götürülmüşdür. Təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzlərin surəti 1 ədəd A4 formatlı kağız üzərində 3 ədəd xx.xx.2022-ci il tarixdə 810 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 300 manat pulun XXX Zərərçəkmiş şəxs məxsus kart hesabına ödənilməsi göstərilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəl və diskdən görünür ki, istintaq zamanı DVD diskə baxış keçirilmiş və baxış zamanı 04 avqust 2022-ci il tarixdə saat 05:17:11-də, 05:17:34-də, 05:17:53-də, 05:18:18də, 05:21:26-da, 05:23:03-də qeydə alınır, Təqsirləndirilən şəxs diskdə əks olunan üzü tüklü şəxsin özü olduğunu və Telenin kartından ümumilikdə 1310 manat pul çıxardığını bidirmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “X1” ASC-dən daxil olmuş 1 (bir) ədəd ağ rəngli DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşlı olmasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bərdə rayonu, Lənbəran kəndində yerləşən ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 17 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022ci il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X1” ASC-dən alınmış 1 (bir) ədəd ağ rəngli DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bərdə rayonu, Lənbəran kəndində yerləşən ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X1” ASC-dən alınmış 1 (bir) ədəd ağ rəngli DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-517/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-517/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver