Məhkəmə qərarları › İş №1(001)-52/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-52/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-52/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun, xx xxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 70 ünvanda yaşayan, ünvan 1i qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 150.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxx 1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qaramahmudlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsi, ünvansız evdə yaşayan, ünvan 1i qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 09 dekabr 2019-cu il tarixdə saat 21:30 radələrində həyat yoldaşı X3 istifadəsində olan “Nokia” markalı mobil telefonundakı yazışmalardan sonuncu ilə intim əlaqəsi olmasını güman etdiyi Zərərçəkmiş şəxs ilə həmin mobil telefon vasitəsilə Xanbiqi Hacıbəyovanın adından “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş, saat 23.00 radələrində həmin evin giriş qapısına gələn Zərərçəkmiş şəxs qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə qolundan tutub fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evinə salaraq 10 dekabr 2019cu il tarixdə saat 01 radələrinədək olan müddət ərzində zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs öz arzusuna zidd olaraq orada saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt soyunmasını tələb edib dizi üstə oturtmaqla həyat yoldaşı Xanbiqi Hacıbəyova ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur edərək Zərərçəkmiş şəxs istifadəsində olan “Samsunq A70” markalı mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmış, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə sillə və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vuran, boyunun sıyrıqları, boyunun və sağ qulaq seyvanının qançırları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlamış daha sonra tək halda həmin evin hamam otağında fiziki ağrı yetirib zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, gücləndirilməsi ilə bağlı olmayan intiqam hissi ilə özünün cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağzına soxub çıxarmağa məcbur edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmin vaxt öz istifadəsində olan “X21” markalı, “9531H/DS” modelli mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmaqla Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və ona qarşı zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 Zeynədin oğlu ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 09 dekabr 2019-cu il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs1 həyat yoldaşı X3 istifadəsində olan “Nokia” markalı mobil telefonundakı yazışmalardan sonuncu ilə intim əlaqəsi olmasını güman etdiyi Zərərçəkmiş şəxs ilə həmin mobil telefon vasitəsilə Xanbiqi Hacıbəyovanın adından “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş, saat 23.00 radələrində həmin evin giriş qapısına gələn Zərərçəkmiş şəxs qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə qolundan tutub fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evinə salaraq 10 dekabr 2019-cu il tarixdə saat 01 radələrinədək olan müddət ərzində zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs öz arzusuna zidd olaraq orada saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt soyunmasını tələb edib dizi üstə oturtmaqla həyat yoldaşı Xanbiqi Hacıbəyova ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur edərək Zərərçəkmiş şəxs istifadəsində olan “Samsunq A70” markalı mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmış, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə sillə və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vuran, boyunun sıyrıqları, boyunun və sağ qulaq seyvanının qançırları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlamış daha sonra tək halda həmin evin hamam otağında fiziki ağrı yetirib zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, gücləndirilməsi ilə bağlı olmayan intiqam hissi ilə özünün cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağzına soxub çıxarmağa məcbur edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmin vaxt öz istifadəsində olan “X21” markalı, “9531H/DS” modelli mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmaqla Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-in 145.2.4, 145.2.5 və 150.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olsa da, 2006-cı ildən işi ilə əlaqədar, Bakı şəhərində işləyib ailəsini dolandırmaq üçün Bakı şəhərinə gəlmişdir. 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonu Xırdalan Binəqədi yolunun üstündə olan Vulkan dağı deyilən yerin yaxınlığında 2,5 sot torpaq sahəsi alıb 3 otaqdan ibarət bir mərtəbəli ev tikib ailəsiylə birlikdə orada yaşamağa başlamışdır. 2008-ci ildən Bakı şəhəri Səbail rayonu ərazisində Məmmədəliyev küçəsi 61də yerləşən Pizza İnn restoranında aşbaz işləmişdir. Şahid1 (Xanım) Sadiqlona qızı ilə 2014-cü ildə nikaha girmiş və birgə nikahlarından 2015-ci il təvəllüdlü Aydan və 2018-ci il təvəllüdlü Soltan adlı iki övladları dünyaya gəlmişdir. Xanbiqi (Xanım) və onun bacısı, yəni baldızı Elena qardaşı Mehman Əliyevin həyat yoldaşı Sevincin xalası Rübabənin götürüb saxladığı yetim uşaqlar olmuşdur.Belə ki, həmin şəxslər analarını kiçik yaşlarından itirdikdən sonra dayıları, yəni Rübabənin əri Rizvan həmin şəxsləri himayəsinə götürüb saxlamışdır.Həyat yoldaşı Xanbiqi (Xanım) evdar qadındır heç bir yerdə işləmir və uşaqların tərbiyəsi ilə məşğul olur.Yalnız, 2019-cu ilin avqust ayından Xanbiqi (Xanım)a istifadə etməsi üçün “Nokia” markalı smartfon mobil telefon almışdır.7 dekabr 2019-cu il tarixdə o, rəhmətlik anası Soltanxanımın “qırx” mərasimi ilə əlaqədar ailə üzvləri ilə birlikdə kəndlərinə, yəni Kürdəmir rayonu Muradxan kəndinə getmişlər. O və ailə üzvləri kənddə olan zaman yəni, 9 dekabr 2019-cu il tarixdə kənddəki evlərində olarkən istifadə etdiyi “X21” markalı mobil telefonunda internetdən istifadə etmək istədikdə, internet limitinin bitdiyini görüb Xanbiqi (Xanım)ın telefonundan istifadə etmək məcburiyyətində qalmışdır.Xanbiqi (Xanım)ın telefonu onda olduğu zaman qəflətən həmin vatsapına mesaj gəldiyini görmüşdür.Yoldaşına mesaj yazan şəxs yoldaşına “canım” deyə müraciət edirmiş, buna görə də bu onu çox şübhələndirmişdir. Həmin şəxs yazmışdır ki, “canım evə indi çatmışam, üstümdə pulum yoxdu, sabah işdə alıb göndərərəm”. O Xanbiqi (Xanım)dan həmin mesajı yazan şəxsin kim olduğunu soruşduqda sonuncu həmin şəxsin qız tanışı olduğunu və qızdan kontur istədiyini bildirmişdir.O, həmin qızın kim olduğunu, yəni adının nə olduğunu və nə məqsədlə yazışdığını soruşanda Xanbiqi (Xanım) həmin qızla təsadüfən telefonda tanış olduğunu, qızın internet vasitəsi ilə geyim əşyaları satdığını bildirmişdir.Xanbiqi (Xanım) özünü şübhəli apardığı üçün ona inanmamış, buna görə də həmin şəxsin kim olmasını aydınlaşdırmaq üçün Xanbiqi (Xanım)ın əvəzindən həmin nömrəyə cavab mesajları yazarkən ona məlum olmuşdur ki, mesaj yazan şəxs Xanbiqi (Xanım)ın dediyi kimi qız deyil, oğlandır.Həmin oğlanla sonrakı yazışmalarında Xanbiqi (Xanım)dan nə vaxt Bakıya qayıdacağını soruşur və həmin şəxslə görüşüb intim əlaqədə olmaq istədiyini bildirmişdir.O isə Xanbiqi (Xanım)ın əvəzindən ərinin, yəni, özünün rayonda qalacağını, Xanbiqi (Xanım)ın isə uşaqlarla birlikdə elə həmin gün Bakıya qayıdacağını və gecə saat 2-də evdə görüşə biləcəyini yazmışdır.Daha sonra, o Xanbiqi (Xanım)ı və uşaqlarını götürüb təcili Bakıya qayıtmağı, həmin şəxsi evə çağırıb kim olduğunu öyrənmək üçün qərarlaşdırmışdır. Bundan sonra, o ailəsini də götürüb öz “Mersedes-Benz C 180” markalı, “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomaşını ilə Kürdəmirdən Bakıya yola düşmüşdür.Yol boyu o həmin şəxslə vatsap yazışmalarını davam etdirmişdir. Onlar yolda olan zaman tez-tez həyat yoldaşı Xanbiqi (Xanım)dan ona düzünü danışmasını tələb edirmiş. Lakin, Xanbiqi (Xanım) soyuqqanlılıqla, özündən tam əmin şəkildə əslində isə yalan olaraq həmin şəxsin əvvəl dediyi kimi internet vasitəsi ilə paltar satışı ilə məşğul olan qız olduğunu bildirmişdir.Bu isə onu birazda qıcıqlandırırmış. Bakı şəhərinə çatmağa az qalmış qaynı yəni, Xanbiqi (Xanım)ın qardaşı Yusifə zəng vurmuş və hadisə barədə sonuncunu məlumatlandırıb anası ilə birlikdə onlara gəlməsini xahiş etmişdir.Həmin gün saat 23.00 radələrində o evə çatan zaman artıq qaynanası Rübabə və qaynı Yusif onlardan imişlər.Həmin şəxslərdə açar olduğu üçün onlardan qabaq evə gəlmişdilər.O telefonda yazılanları Rübabə və Yusifə göstərib Xanbiqi (Xanım)ın onu aldatdığını, həmin şəxsin kim olduğunu dəqiqləşdirməklə bunu sübut edəcəyini bildirmişdir.Buna görə də həmin şəxslə yazışmanı davam etmişdir. Həmin şəxs artıq Xırdalan dairəsində imiş və o həmin şəxsi Xanbiqi (Xanım)ın adından evə dəvət etmişdir. Həmin şəxs öz mesajında evin yerini bildiyini və taksi ilə evə yaxınlaşdığını bildirmişdir.O özü də evin harada yerləşməsini başa salırmış.O evin həyətinin işığını söndürmüşdür.O Yusifin özünə də demişdir ki onunla birlikdə qapıya yaxınlaşsın ki, həmin şəxsi birlikdə tutub kim olmasını aydınlaşdırsınlar.Yusif də onunla razılaşmış, qısa müddətdən sonra evin darvazasına tərəf bir nəfər şəxsin gəldiyini hiss etmiş, qaynı Yusiflə birlikdə içəridən darvazanın giriş hissəsində gizlənmişlər.Bu vaxt içəri daxil olan şəxsin təxminən 23-25 yaşlı oğlan olduğunu görüb, hər ikisi qolundan yapışaraq onu evə salmışlar.Bu vaxt həmin şəxs özünü itirmiş və çox qorxmuşdur. Bu zaman o əvvəlcədən mətbəxt mebelinin üst tərəfinə qoyduğu ona məxsus bıçağı götürmüşdür ki, evə gələn sonradan adının Elməddin olmasını bildiyi şəxsi qorxutsun.Bunu etməkdə məqsədi Elməddinin həqiqətləri danışmasına şərait yaratmaq imiş.Bu zaman o dəhlizdə olanda qaynanası Rübabə əlində bıçaq olmasını görüb ona yaxınlaşmış, ondan həmin bıçağı yalvararaq istəmiş və o bıçağı Rübabəyə vermişdir.Bundan sonra, o, Xanbiqi (Xanım)ı çağırmış və qonaq otağından çıxaraq onlara yaxınlaşmışdır.Həmin şəxslərin yanında oğlandan adının nə olduğunu soruşmuş, həmin şəxs adının Elməddin olduğunu bildirmişdir.Həmin vaxt o, Xanbiqi (Xanım)a sual verərək Elməddini tanıdığını soruşduqda Elməddini tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Elməddindən isə bu barədə soruşduqda Xanbiqi (Xanım)ı tanıdığını, 2 aydır ki, tanış olduqlarını bildirmişdir.Hətta Elməddin onların bir qız və bir oğlu olduğunun bildiyini demişdir.Bundan sonra o və Yusif Elməddini dəhlizə yaxın təmirsiz birinci otağa salmışlar.Həmin vaxt o, Elməddindən Xanbiqi (Xanım)la yazışmalarının telefonunda olub-olmadığını soruşmuş, Elməddin “hə” cavabı verib əlindəki qara rəngli “Samsung” markalı mobil telefonun kodunu açıb Xanbiqi (Xanım)la olan vatsap yazışmalarını ona göstərmişdir.Həmin yazışmalar 2019-cu ilin oktyabr ayından başlanır, yazışmaların məzmunu Xanbiqi (Xanım)ın Elməddinlə intim mövzuda söhbətlərindən, Xanbiqi (Xanım)ın yarımçılpaq, həmçinin Elməddinin fotolarından ibarət imiş. Buna görə o fikirləşmişdir ki, Elməddin bundan da qabaq onların evlərinə gəlmişdir. O həmin telefonu götürüb Xanbiqi (Xanım) və Rübabənin olduğu otağa keçmiş, telefondakı yazışmaları və fotoları həmin şəxslərə göstərmişdir, lakin Xanbiqi (Xanım) yenə də yalan danışaraq həmin yazışmaları və fotoları özündən uydurduğu geyim əşyaları satan qıza göndərdiyini bildirmişdir.Bundan sonra, o, yenidən Elməddinin yanına qayıtmış və Yusiflə birgə Elmədini əl və yumruqları ilə yüngül formada döyməyə başlamışlar.O başa düşürmüş ki, Elməddinin başına bir iş gəlsə onları məsuliyyət gözləyir, lakin olan vəziyyəti də həzm edə və özünü ələ ala bilmirmiş.Həmin vaxt o və Yusif əlləri və təpikləriylə Elməddinin sifət, baş, bədən, əl və ayaq nahiyələrindən yüngül formada vururmuşlar.Elməddin isə onlara yalvarır, əfv edib buraxmaqlarını xahiş edirmiş. Onun zərbələrindən Elməddinin sifəti qızarmış və qaralmışdır.Bundan sonra, o Elməddindən soyunmasını tələb etmişdir.Elməddin qorxusundan dərhal soyunmağa başlamış, tam lüt soyunandan sonra onu diz çökdürmüş və öz telefonunun kamerası ilə Elməddini çəkməyə başlamış və həmin vaxt Elməddini Xanbiqi (Xanım)la necə və harada tanış olduğunu, evinə əvvəllər gəlib-gəlməməsi ilə bağlı sorğu-sual etməyə başlamışdır. Elməddin lüt vəziyyətdə bütün suallarını cavablandırmışdır. Bundan sonra, o öz telefonu ilə 102 xidmətini yığmış və evinə yad adamın girdiyini bildirmişdir.Həmçinin Elməddinə demişdir ki, durub paltarını geyinsin, sonuncunu 43-cü polis böməsinə aparacaqdır.Onun göstərişi ilə paltarını geyindikdən sonra Yusiflə birlikdə onun əllərini evdən götürdüyü iplə arxadan bağlamışdır.Bu vaxt Xanbiqi (Xanım) Yusifi çağırıb Rübabənin ürəyinin getdiyini bildirmiş, Yusifdə anasına yardım etmək üçün həmin otağa keçmişdir.O Elməddini polisə aparmaq üçün evdən çıxarmaq istəyərkən birdən-birə Elməddindən intiqam hissi ilə əvəz çıxmağını düşünmüş və evdən çölə çıxmamış özünü hamam otağına salmışdır.Burada Elməddinin əlləri bağlı vəziyyətdə imiş. Elməddini dizi üstə qarşısında yerə çökdürüb şalvarının qabağını açıb cinsiyyət üzvünü çıxarmış və Elməddindən tələb etmişdir ki, cinsiyyət orqanını ağzına alsın. Elməddin dediyini eləmək istəmədikdə bir daha dediyini eləməyəcəyi təqdirdi cinsiyyət orqanını kəsəcəyiylə hədələmişdir.Elməddin qorxusundən dediyini eləmişdir.Bu məsələdən nə Yusifin , nədəki, Xanbiqi (Xanım) və Rübabənin xəbəri olmamışdır.Bundan sonra, o Elməddini artıq polisə apardığı üçün problem yaranmasın deyə əllərini açmış, bu zaman Elməddinə bildirmişdir ki, öz hərəkətlərinə görə polisdə də cavab verəcək, buna görə də onunla polisə getməlidir. Elməddin də onunla polisə getməyə və orada hərəkətinə görə cavab verməyə hazır olduğunu demişdir.O da Elməddinlə bayıra çıxıb bir qədər kənarda saxladığını avtomaşınına əyləşmiş, o sükan arxasında Elməddin isə onun yanında əyləşmişdir.Bu zaman Elməddin könüllü formada onunla poisə getdiyindən Elməddinə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Sonra avtomaşını birbaşa Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə sürmüşdür.Elməddini polisə təhvil vermiş və bildirmişdir ki, evinə girən şəxs budur.Bundan sonra, polis əməkdaşları onları ayrı-ayrılıqda sorğu-sual etməyə başlamışlar. Elməddin evdə baş verən hadisələri polis əməkdaşlarına danışdıqda polis əməkdaşları müəyyən etmişlər ki, həmin hadisələrin telefonlarda video görüntüləri var.Həmçinin, Elməddin o və qaynı Yusif tərəfindən döyüldüyünü də polis əməkdaşlarına danışmışdır.Elməddinin sifətində xəsarət izləri olduğundan polis əməkdaşları şikayətçi olub-olmadığını soruşmuşlar.Elməddin şikyətçi olduğunu bildirdikdə bu barədə yazılı ərizə almışlar.Bundan sonra, onlar hər ikisi hadisələrin necə baş verdiyini tam təfərrüatı ilə izahatlarında bildirmişlər və telefonlarda olan videoçəkilişləri polisə təqdim etmişlər.O, hal-hazırda Elməddinə qarşı törətdiyi əməllərinə görə peşmandır, həmin vaxtı əsəbi olduğuna görə belə etmişdir.Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, yalnız Elməddini evinə yalandan Xanbiqi (Xanım)ın adı ilə yazışıb çağırdıqdan sonra evində məcburi saxlayıb, Elməddinə bədən xəsarətləri yetrimiş və hamam otağında tək halda sonuncuya qarşı intiqam məqsədilə ilə seksual xarakterli hərəkətlər etmişdir.Yoldaşı Xanbiqi (Xanım)a çox əsəbləşsə də ona qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir.O öz avtomobi ilə Bakı şəhərinə çatdıqdan sonra Yusif və qaynanası Rübabəni evlərinə çağırıb övladlarını da yolüstü aparıb Yusifgilə düşürmüşdür.Həmin vaxtı da ona məlum olmuşdur ki, Yusifi artıq Rübabə ilə birlikdə həmin şəxsgilə getmişlər. O övladlarına pis təsir göstərməməsi üçün evinə gətirməmişdir.Başqa şəxslər hadisənin şahidi olmamışlar.Ona elan edilmiş 10 yanvar 2020-ci il tarixli, 31494 saylı ekspert rəyində fototəsvir edilmiş bıçaq ifadəsində göstərdiyi ona məxsus olan Zərərçəkmiş şəxs qorxuzmaq üçün istifadə etdiyi bıçaqdır, həmin bıçağı evlərinə köçdükdən az müddət sonra təxminən 2015-ci ildə hazırda xatırlamadığı məişət əşyaları satılan mağazada mətbəxtdə ərzaqları kəsmək üçün almışdır.Aldığı vaxtdanda həmin bıçağı mətbəxtin rəflərinin üst gözündə saxlamışdır.Həmin bıçaq elə həmin vaxtdan orada qalmışdır, heç bir zaman üzərində gəzdirməmişdir.Həmin hadisə baş verən zaman özlüyündə fikirləşmişdir ki, arvadıyla münasibətdə olan şəxsi qorxuzmaq üçün bu bıçağı nümayiş etdirsin və həqiqətləri deməsinə məcbur etsin. Ümumiyyətlə bıçaqla kiməsə xəsarət yetirmək fikri olmamışdır.Sadəcə həmin günü evə gələndən sonra bıçağı mətbəxt mebelinin üst tərəfindən çıxarıb şkafın üstünə qoymuş, Elməddini evə gətirdikdən sonra həmin bıçağı götürüb yaxınlaşanda qaynanası Rübabə onu əlində görmüş və yavararaq bu bıçağı ondan almışdır.Həmin günü bıçaq əlində cəmi bir neçə saniyə olmuşdur.Yusif həmin yerə onun çarrışı ilə gəlmişdir.O Yusigilə Xanbiqi (Xanım)ın əməlini sübut etməyə çalışırmış.Onun istəyiylə Yusif ona Elməddini evə salıb orada saxlamaqda və daha sonra qoluna ip bağlamaqda kömək etmişdir.Daha sonra isə Yusif də Elmədinə hirslənib əlləri ilə yüngül fomada sonuncunu vurmuşdur. Hətta Rübabə onun əlindən bıçağı aldıqdan sonra Yusif mətbəxtdə olan bütün bıçaqları götürüb evdə olan şkafın üst gözündə gizləştmişdir ki, əlindən bir xəta çıxmasın.Onun cinsi orqanını Elməddinin ağzına salıb bunu çəkməyindən isə ümumiyətlə Yusifin və yaxud başqasının xəbəri olamamışdır.Yusif anası Rübabənin ürəyi getdiyi üçün sonuncunun olduğu otağa keçmişdir.Bunu Yusifgildə sonradan yəni polisdə araşdırma gedən vaxtı bilmişdirlər.Elməddini qaynı Yusiflə birlikdə evə salarkən üstündə evdən götürdüyü mətbəx bıçağı olmuşdur və qaynanası həmin bıçağı ondan istəyib almışdı.Həmin hadisənin Elməddin və orada olan Yusif də şahidi olmuşdur.Lakin, sonrakı hadisələr zamanı onun əlində bıçaq olmamışdır və o Elməddini yalnız cinsiyyət orqanını kəsəcəyi ilə hədələmişdir.Həmin hədələr zamanı isə əlində bıçaq və ya hansısa iti əşya olmamışdır.O, Elməddini ona görə sadəcə hədələmişdir ki, ona həqiqəti danışsın və dediklərini eləsin.Əvvəldən onun Elməddinə ağır xəsarət yetirmək və yaxud da öldürmək niyyəti olmamış, onun niyyəti yalnız həqiqəti əvvəlcədən Elməddindən öyrənib sonra polisə təhvil vermək olmuşdur və düşünməmişdir ki, bu hərəkəti ilə o, məsuliyyətə cəlb olunacaq.Əgər onun Elməddinə qarşı hər hansı bir xəsarət yetirmək niyyəti olsa idi, onda nə Yusifi, nədə ki Rübabəni onlara çağırmaz və polisə zəng vurub məlumat verməzdi.Bundan başqa, təqsirləndirilən şəxs bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan Mariya yəni, həyat yoldaşı Xanbiqi Hacıbəyovanın istfadəsndə olan mobil telefonla WhatsApp ani mesajlaşma proqramı vasitəsilə olan 12 oktyabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixləri əhatə edən yazışmalarla bağlı bildirmişdir ki, o bu yazışmalar ilə tanışdır.Hadisə olan günü Elməddin özü telefonunda bunu ona göstərmişdir.Həmin vaxt o yazışmalarda olan intim söhbətlərdən və yoldaşının açıq-saçıq fotolarından belə başa düşmüşdür ki, Elməddin onlara daha əvvəldə gəlmiş və onların arasında əlaqə olmuşdur.Buna görə də, özünü idarə edə bilməmiş və Elməddindən intiqam almaq istəmişdir.Həmin yazışmalarda 09 dekabr 2019-cu il tarixdə saat 21:32-də olan “Salam” sözündən etibarən sona kimi yazışmaları o etmişdir. Həmin yazışmanın əvvəlində Xanbiqi (Xanım)a zəng etmiş tanımadığı “**********” saylı mobil telefon nömrəsini Elməddindən guya Xanbiqi (Xanım)ı narahat edən şəxs kimi soruşmuş, Xanbiqi (Xanım) da həmin nömrəni tanımadığını demiş və Elməddin onlara gəlmək istədiyini deyəndə o, Elməddinlə yazışmanı davam etdirib evlərinə gətizdirmişdir. Onun istəyi ilə ailə üzvlərinin dolanması üçün öz mobil telefonunu satmışdır. O ifadəsində bildirdiyi kimi bu mobil telefonla Elməddini sorğu sual edən zaman çəkmiş, bu video istintaqa təqdim edildikdən sonra telefonunda qalmamaq üçün həmin video görüntünün silmişdir. Hazırda həmin telefon onlarda olmadığı üçün istintaqa və məhkəməyə təqdim edə bilmir.Ona təqdim edilmiş birinci VİD-20191213-WA0014 adlı video görüntüdə o tək halda evlərində olan hamam otağında intiqam məqsədilə Elməddini qorxudaraq öz cinsi orqanını bir neçə dəfə Elməddinin ağzına qoymuş, həmin görüntüdə Eləməddinin əlləri arxadan iplə bağlı vəziyyətdə olmuşdur.İkinci VİD-20191213-WA0015 adlı video görüntüdə isə o Elməddini paltarını soyunmasını tələb etdikən sonra sonuncu paltarını soyunub dizi üstündə oturmuş, həmin vaxtı o Elməddinin həyat yoldaşını nə qədər müddətdir ki, evlərinə gəlib-gəlməməsi ilə bağlı sorğu-sual etmişdir. Həmin vaxtı Yusif də onun yanında olsa da o heç bir şey etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, evli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ilk məhkumluğunu və gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş CM-in 145.2.4 və 145.2.5 maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 09 dekabr 2019-cu il tarixdə saat 21 radələrində bibisi qızı yəni, ögey bacısı Xanımın (Xanbiqinin) əri Təqsirləndirilən şəxs1 anası Rübabə onun yanında olan zaman anasına zəng etmiş və bildirmişdir ki, Xanbiqi (Xanım)ın telefonunda başqa bir şəxsin mesajini tutmuşdur, təcili surətdə onunla birlikdə anasının onlara gəlmələrini xahiş etmişdir. O və anası saat 22.00 radələrində taksiyə əyləşib Bakı şəhəri, Binəqədi qəsəbəsində yaşayan Orxangilə gəlmişlər.Onlar evə gəlmişlər və qapını bir sürəti onlarda olan açarla açıb evə girmişlər.Orxan və Xanbiqi (Xanım) azyaşlı uşaqları ilə birlikdə Kürdəmirdən hüzürdən qayıdırmışlar.Yolüstü Orxan idarə etdiyi avtomobilini onların yaşadıqları evə sürüb uşaqlarını ora düşürüb Xanbiqi (Xanım) ilə onların də olduqları Vulkan dağı yaxınlığında olan saat 23.00 radələrində gəlmişdir.Həmin şəxslər evə gələndən sonra Orxan ilə görüşmüşlər və o, bildirmişdir ki, Xanbiqi (Xanım)ın telefonunda tanımadığı bir şəxsin mesajı vardır.Xanbiqi (Xanım)ın telefonunda olan mesajı ona və anasına göstərmişdir. Sonra Orxan həmin oğlanla mesajlaşaraq onu evə gətirmək və bu məsələni aydınlaşdırmaq istədiyini, Xanbiqi (Xanım)ın adından mesaj göndərdiyini, həmin oğlanın yarım saata gələcəyini onlara bildirmişdir.Sonra Orxan ona bildirmişdir ki, həmin şəxs onlara gələndə həmin şəxsi tutub saxlayaq və sonra həmin şəxsin Xanbiqi (Xanım)la olan münasibətini aydınlaşdırsınlar.O həmin vaxt Xanbiqi (Xanım)ın bu hərəkətinə çox əsəbi olduğu üçün Orxanın təklifini qəbul etmiş, həm də özündə düşünmüşdür ki, nəsə bir faciənin qarşısını alar.O bu barədə Orxana da bildirmiş, Orxan da ona narahat olmamağını sadəcə tutub saxlayarq kim olmasını aydınlaşdırmaq istədiyini demişdir.Sonra Orxan həyətin işığını söndürmüşdür.Bir az keçmiş həmin şəxs sonradan adını bildikləri Zərərçəkmiş şəxs gəlmişdir.Həmin vaxtı o və Orxan evin darvazasının giriş hissəsində gizlənmişlər.Açıq darvaza qapısından təxminən 23-25 yaşlarında oğlan içəri girmişdir.Həmin şəxs tək gəlmişdir.Bu şəxs həyətə daxil olduqdan sonra o və Orxan qəfildən qollarından tutub evə salmışlar.Evə girəndə Orxan mətbəxtdə mebelin üstündə olan bıçağı götürüb əlində saxlasa da bununla bağlı yalnız sonradan adının Elməddin olduğunu bildiyi həmin şəxsi qorxutmuşdur.Bu vaxt anası Rübabə Orxanın əlində olan bıçağı görüb yalvarmışdır ki, bıçağı ona versin. Orxanda əlində olan bıçağı anasına vermişdir.Sonra Elməddini evdə olan qonaq otağına salmış və onunla sorğu-sual etməyə başlamışdırlar.Həmin şəxsdən soruşmuşlar ki, sən kimsən, niyə görə Xanbiqi (Xanım)a bu mesajı göndərmisən, aranızda nə kimi münasibət olmşdur.Elməddin onların suallarına cavab verərək bildirmişdir ki, o, bu evə ilk dəfədir ki, gəlir.Qorxduğu üçün bəzi suallardan yayınmağa çalışmışdır.Sonra Orxan arvadı Xanbiqi (Xanım)ı çağırmış və Elməddini tanıyıb tanımadığını soruşmuş, Xanbiqi (Xanım) Elməddini tanımadığını söyləmişdir. Sonra həmin oğlan adının Elməddin olduğunu, Xanbiqi (Xanım)ı 2 ay olar ki, tanıdığını, həmin müddətdə mesajlaşdığını, əvvəllər Xanbiqi (Xanım)dan evin yerini öyrənsə də buraya gəlmədiyini, Xanbiqi (Xanım)la telefonla əlaqə saxladığını bildirmişdir.Sonra Elməddini həmin otaqdan çıxarıb digər boş təmirsiz otağa keçirmişlər. X14 mobil telefonunda Xanbiqi (Xanım)la yazışmalarının olub-olmadığını soruşmuşdur.Elməddin yazışmanın telefonunda saxladığını bildirmiş və əlində olan qara rəngli “Samsunq” markalı mobil telefonunun kodunu açıb Xanbiqi (Xanım)la olan yazışmalarını Orxana göstərmişdir. Həmin yazışmaların 2019-cu ilin oktyabr ayından başlanıldığı bilinmişdir.Yazışmaların mətni Elməddinlə Xanbiqi (Xanım)ın intim mövzuda söhbətlərindən ibarət imiş və həmçinin telefonun mesajlarında Xanbiqi (Xanım)ın fotoşəkilləri, özünün fotoşəkili olmuşdur. Sonra Orxan həmin telefonu götürüb digər otağa keçmişdir ki, yazışmaları, şəkilləri Xanbiqi (Xanım)a və Rübabəyə göstərsin.O isə otaqda qalmış, həmin vaxt qaçmamasına nəzarət etsə də Elməddinə heç nə deməmişdir. Bundan bir az keçmiş Orxan onların yanlarına qayıtmış və onlar birlikdə Elməddini yumruq, şillə, təpiklə yüngül formada döyməyə başlamışlar. Elməddin yalvarmağa başlamışdır ki, səhv etmişdir, onu bağışlayaq, buraxaq getsin, bir daha belə hərəkətlərə yol verməyəcək. X14 lüt soyunmasını tələb etmiş, əgər etməsə cinsiyyət orqanını kəsəcəyi ilə hədələmişdir. Elməddin tez tələsik halda lüt soyunmuş və sonra Orxan onu dizləri üstə dayanmağı tələb etmişdir. Elməddin dizləri üstdə yerə çökmüş və Orxan bütün bunları telefonunun videosuna çəkməyə başlamışdır.Bu vəziyyətdə X11 (Xanım)la nə vaxt tanış olduğunu soruşmağa başlamışdır.Bundan Elməddinə paltarını geyinməyini, Elməddini polis bölməsinə aparacağını bildirmişdir. Sonra Orxan DİN-in 102 Xidmətinə zəng etmiş və evə yad bir kişinin girdiyini bildirmişdir.Daha sonra Elməddin paltarını geyinmiş, Orxan ilə birlikdə Elməddinin əl-qolunu ip ilə arxadan bağlamışdır.Bu zaman Xanbiqi (Xanım) onu çağırmışdır ki, anası Rübabənin ürəyi getmişdir. Sonra o otaqdan çıxıb digər otaqda anasının yanına keçmişdir. Bu zaman görmüşdür ki, anasının dili və ayaqları tutulmuş və o anasına yardım edirmişdir.Həmin vaxtı Xanbiqi (Xanım) da anasının yanında imiş.Bir az keçmiş Orxan Elməddini evdən çıxarmış və Orxan Elməddinlə “Mersedez-Benz” markalı avtomobilinə əyləşmişlər. Orxan ona bildirmişdir ki, Elməddini polisə aparır. Təxminən bir saatdan sonra Orxan evə qayıtmış və onlara bildirmişdir ki, Elməddini polisə təhvil vermişdir. Sonra anasının halı pisləşdiyi üçün təcili tibbi yardım göstərilməsi üçün Orxan xəstəxanaya aparmışdır.O isə Xanbiqi (Xanım)la evdə qalmışdır.O, Orxanla Xanbiqi (Xanım) arasında dava-dalaş olmasın deyə Xanbiqi (Xanım)ı taksiyə əyləşdirib Nübar qəsəbəsində olan evinə aparmışdır. O Elməddini yumruq təpik və sillə ilə yüngül formada həqiqətləri danışması üçün vurmuş və Elməddinə ciddi xəsarət yetirməmişdir. Orxan da Elməddini vururmuş. Sonradan anası özünü pis hiss etdiyi üçün anasının yanına keçdiyindən otaqda Orxan ilə Elməddin tək qalmışdılar. Orxanla Elməddinin nə iş görüklərindən xəbəri olmamışdır.Orxanın Elməddinə qarşı seksual xarakterli zorakı hər hansı bir hərəkət etməsinin şahidi və yaxud iştirakçısı olmamışdır.Bıçaqla Elməddinə qarşı heç bir zorakı hərəkət edilməmiş, ümumiyyətlə bıçaq həmin şəxsə qarşı tətbiq olunmamışdır.O sonradan yəni polisdə olanda bilmişdir ki, Orxan hamam otağında Elməddinə qarşı seksual xarakterli hərəkət etmiş, cinsiyət orqanını Elməddinin ağzına vermişdir.Bu hal onun yanında olmamışdır.Belə ki, o həmin vaxtı hamam otağında olmamışdır.Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o və Orxan yalnız Elməddini evə salıb burada məcburi saxlayıb, bədən xəsarətləri yetirmişlər. Başqa heç bir şəxsə qarşı qanunusuz hərəkət olmamışdır.Başqa şəxslər hadisənin şahidi olmamışlar.Orxan özü də övladlarını evə gəlməzdən əvvəl Nübar qəsəbəsində olan evlərinə aparmışdır.Ona elan edilmiş 10 yanvar 2020-ci il tarixli 31494 saylı ekspert rəyində fototəsvir edilmiş bıçaq, ifadəsində göstərdiyi Orxana məxsus olan Zərərçəkmiş şəxs qorxuzmaq üçün istifadə etdiyi bıçaqdır, bildiyinə görə həmin bıçağı mətbəx bıçağı kimi mətbəxtdə istifadə olunmaq üçün alınmışdır.Həmin bıçaq cəmi bir dəqiqə Orxanın əlndə olmuş, lakin Orxan həmin bıçaqla heç kimə xəsarət yetirməmişdir. O həmin yerə Orxanın çarırışı ilə gəlmişdir.Orxanın istəyi ilə o Orxana Elməddini evə salıb orada saxlamaqda və daha sonra qoluna ip bağlamaqda kömək etmişdir.Həm də o əliylə Elmədinə hirslənib yüngül fomada onu vurmuşdur. Lakin Orxanın cinsi orqanını Elməddini ağzına salıb bunu telefonla çəkməyindən isə ümumiyətlə onun və digər şəxslərin xəbəri olamamışdır.Belə ki, o həmin hadisə baş verən vaxtı anası Rübabənin ürəyi getdiyi üçün otağa keçmiş və anasına tibbi yardım edib oyatmağa çalışırmış.Belə bir məsələnin olmasını sonradan yəni polisdə araşdırma gedən vaxtı bilmişdir. Orxan Elməddini onunla birlikdə evə saldıqdan sonra mətbəxtdən qeyd etdiyim bıçağı götürmüş, anası həmin bıçağı Orxandan istəyib almışdır.Sonrakı hadisələr zamanı onun əlində bıçaq olmamış və Orxan Elməddini yalnız cinsiyyət orqanını kəsəcəyi ilə hədələmişdir.Həmin hədələr zamanı isə əlində bıçaq və ya hansısa iti əşya olmamışdır.Orxan sadəcə Elməddini qorxuzmağa çalşırmış. Zərərçəkmiş şəxs istifadəsində olan Mariya xanım yəni, Xanbiqi Hacıbəyovanın istifadəsndə olan mobil telefonla WhatsApp ani mesajlaşma proqramı vasitəsilə olan 12 oktyabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixləri əhatə edən yazışmalarla bağlı bildirmişdir ki, o bu yazışmalar ilə tanışdır, bunu Elməddin telefonunda Orxana və ona göstərmişdir.Həmin vaxt o yazışmalarda olan intim söhbətlərdən və Xanbiqinin açıq saçıq fotoları onu və Orxanı çox əsəbləşdirmişdir.Buna görə də, özlərini idarə edə bilməmişlər.Həmin yazışmaların sonunda artıq Orxan Xanbiqi (Xanım)ın əvəzinə Elməddinlə yazışıb evə dəvət etmişdir.Ona nümayiş etdirilən iş materialarına əlavə edilmiş video görüntülərdən birincisində VİD-20191213-WA0014 adlı video görüntüdən onun xəbəri yoxdur, bu əməli Orxan etmişdir. İkinci VİD-20191213-WA0015 adlı video görüntüdə isə Orxan Elməddini paltarını soyunmasını dedikdən sonra Elməddin paltarını soyunub dizi üstündə oturmuş, həmin vaxtı Orxan Elməddini həyat yoldaşını nə qədər müddətdir ki, evlərinə gəlibgəlməməsi ilə bağlı sorğu-sual etmişdir. Həmin vaxtı o da anasıgilin yanında olsa da heç bir şey etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, evli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ilk məhkumluğunu və gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, sözü gedən hadisə baş verməmişdən təxminən 2 ay əvvəl, yəni 2019-cu ilin oktyabr ayında o mobil telefonda hazırda xatırtlamadığı tanışlıq saytı vasitəsilə ilə şərti adı “Gözəl” olan özünü Xanbiqi (Xanım) kimi ona təqdim edən qadınla tanış olmuşdur.Bir müddət yazışdıqdan sonra telefonla əlaqə saxlamaq üçün Xanbiqi (Xanım)ın nömrəsini almış və öz nömrəsini də həmin şəxsə vermişdir.Həmin vaxt o özünə məxsus ***-***-**-** mobil nömrəsini Xanbiqi (Xanım)a, Xanbiqi (Xanım) da öz ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir.Arabir öz aralarında telefonla danışır, tez-tez WhatsApp ani meajlaşma proqramı vasitəsilə yazışırmışlar.Telefonla bir-birlərinə şəkillərini göndərmişlər və bir-birlərini şəkillərindən bəyənmişlər. Həmin telefon danışıqları zamanı ona məlum olmuşdur ki, Xanbiqi (Xanım) Binəqədi rayonu, Vulkan dağı yaşayış massivi tərəfdə həyət evində həyat yoldaşı Orxan və iki azyaşlı övladı ilə birlikdə yaşayırmış. Lakin həyat yoldaşı ilə münasibətləri yaxşı olmamış, əri Xanbiqi (Xanım)a xəyanət edirmiş, buna görə də Xanbiqi (Xanım) onunla sevgili olaraq ərindən əvəz çıxırmış. Onların mesajlaşmaları, telefon danışıqları davam etmişdir. 09 dekabr 2019-cu il tarixdə dəqiq vaxt yadında olmadığı müddətdə o Xanbiqi (Xanım)a WhatsApp mesaj göndərmiş və həmin mesajda görüşmək istədiyini bildirmişdir. Bir neçə saat keçmiş ona Xanbiqi (Xanım)ın telefonundan WhatsAppla mesaj gəlmişdir və mesajda Xanbiqi (Xanım) ona bildirmişdir ki, əri gecə saat 02-dən sonra rayona gedəcək, həmin vaxt o Xanbiqi (Xanım)gilə gələ bilər. Ona bildirmişdir ki, «gəl Xırdalan dairəsinə orada gözlə, sənə zəng etdikdə gələrsən evə». O da saat 23.00 radələrində Xırdalan dairəsinə gəlmiş və bu zaman ona Xanbiqi (Xanım) telefonla WhatsApp vasitəsilə mesaj göndərmişdir ki, əri çıxmışdır, gəlsin. O da taksiyə oturmuş və Binəqədi rayonu ərazisində yerləşən Vulkan dağının yaxınlığında yerləşən Xanbiqi (Xanım)ın yaşadığı evinə getmişdir.Həmin vaxta qədər Xanbiqi (Xanım) onunla yalnız WhatsApp la yazışdığı üçün ona mesaj yazan şəxsin Xanbiqi (Xanım) olubolmamasını dəqiq bilmirmiş, lakin güman edirmiş ki, onunla yazışan Xanbiqi (Xanım) özü olar. O Xanbiqi (Xanım) gilə çatanda həyətin işığı sönülü imiş, həyətin açıq darvazasından həyətə girmiş və bu zaman Xanbiqi (Xanım)ın əri, əvvəlcədən adını bildiyi, lakin heç vaxt görmədiyi Orxan və Xanbiqi (Xanım)ın yanında olan sonradan adının Yusif olduğunu bildiyi Xanbiqi (Xanım)ın qardaşlığı olan şəxs onu qolundan tutub evə tərəf gətirməyə başlamışlar.O da məcbur qalıb qaçmaq imkanı olmadığını gürüb Orxanglin dediyi kimi etmişdir.Bu vaxt Orxan əvvəlcədən tanımadığı sonradan adlarını bildiyi Xanbiqi (Xanım)ın analığı olan Rübabə adlı qadını və Xanbiqi (Xanım)ı çağırmışdır.Mənzil ümumi bir zal üç otaqdan ibarət imiş. Onu Orxan qolundan tutaraq zala gətirdikdən sonra Orxan həyat yoldaşı Xanbiqi (Xanım)ı ora çağırmışdır, Xanbiqi (Xanım)ın onu tanıyıb tanımadığını soruşmuş, Xanbiqi (Xanım) isə tanımadığını demişdir.Bu vaxt Xanbiqi (Xanım)ın yanında Rübabə adlı qadında var imiş.Həmin vaxt Xanbiqi (Xanım)ı tanıdığını ondan soruşanda o da Xanbiqi (Xanım)ı tanıdığını demişdir. Orxan ondan Xanbiqi (Xanım)ı haradan tanımağını soruşanda Xanbiqi (Xanım)la olan bütün münasibətini Orxana olduğu kimi danışmışdır.Bu vaxt Orxan əsəbləşib mətbəxt mebelinin üstündə olan bıçağı əlinə götürmüş, həmin vaxt Rübabə və Yusif bıçağı Orxanın əlindən almışlar. Faktiki olaraq Orxan ona qarşı bıçaq tətbiq etməmişdr.Orxan Xanbiqi (Xanım)a digər yataq otağına keçməyini tələb etmişdir.Xanbiqi (Xanım) anası ilə birlikdə yataq otağına keçmişdir. Orxan onu girişdən sağda birinci yerləşən həmin vaxtı təmirsiz olan otağa keçirmişdir.Yusifdə Orxanla bərabər həmin otağa keçmişdir.Bu vaxt Orxan otağın qapısını örtmüşdür.Daha sonra Orxan və Yusif ondan Xanbiqi (Xanım)ı hardan tanıdığını və nə üçün ora gəldiyi bir daha soruşmuşlar.Həmin vaxt o bir daha Orxangilə olanları danışmışdır.Həmin vaxt Orxan ona Xanbiqi (Xanım)la yaxınlığının olub-olmamasını soruşduqda Xanbiqi (Xanım) ona olmadığını demişdir.Bu vaxt Orxan onun telefonunu istəyib ondan almış, o da telefonun kodunu açıb Orxana vermişdir.Orxan da onların yazışmalarını oxumuşdur.Həmin vaxt Orxan və Yusif təpikləri ilə onu ayaq, qarın və sinə nahiyələrinə bir neçə dəfə vurmuşlar.Bundan sonra,Orxan ona paltarını tamamilə soyunmağını tələb etmiş, o soyunmaq istəməsə də Orxan bıçaqla onu cinsiyət orqanını kəsəcəyi ilə hədələyib soyunmağını tələb etmişdir.Bu zaman o məcbur qalıb soyunmuşdur.Bundan sonra, onun istifadəsində olan “Samsung Qalaxy A70” markalı mobil telefonuyla onu videoya çəkib Orxan onunla yenə də ora nə üçün gəlməyini sorğu-sual etmişdir.O lüt formada ola-ola Orxan Yusifə onun qaçmamağı üçün yanında qalmağını tapşırıb özü Xanbiqi (Xanım)ın olduğu otağa keçmişdir.O da lüt vəziyətdə otaqda qalmışdır.Beş dəqiqə sonra Orxan həmin otaqdan çıxıb zalda 102-yə zəng vuraraq yaşadığı evə tanımadığı şəxsin girdiyini bildirib həmin şəxsi yəni, onu polisə təhvil vermək istədiyini demişdir. Həmin müddətdə Yusif onun yanında olsa da ona qarşı heç nə etməmişdir. Orxanın Xanbiqi (Xanım)la nə danışmasını eşitməmiş və onların otaqlarına qayıtdıqdan sonra ona geyinməsini tələb etmişdir.O da paltarlarını geyinmişdir. Onun olduğu otaqda paltar asmaq üçün ip var imiş, Orxan həmin ipi kəsərək Yusiflə birlikdə onun əllərini həmin iplə arxadan bərk formada bağlamışdır. Orxan onu zala çıxarmış, həmin vaxt Xanbiqi (Xanım)ın anası ora gəlmiş və Rübabə qızının üstünə şər atdığını, qızının belə bir şey eləmədiyini bildirmiş, nömrəsinin hardan tapmağını demişdir.Həmin vaxt o Xanbiqi (Xanım)ın nömrəsini özünün verdiyini desə də anası ona yalan dediyini bildirirmişdir.Daha sonra Rübabə otağa keçmiş, birdən birə Rübabənin halı pisləşmiş və ürəyi getmişdir.Həmin vaxtı Yusif anasının yanına getmişdir.Bundan sonra Orxan onu bayıra çıxararkən, bu vaxt evdə özü ilə gətirdiyi içərisində iş paltarları olan çantanın qaldığını bildirmiş, çantanı götürmək istədiyini demişdir.Bu vaxt Orxan fikrini dəyişib onu mənzilə girişdən solda hamam otağına salmışdır.Bu vaxt əvvəlcədən dediyi kimi onun əlləri bağlı idi.Həmin vaxt hamam otağında Orxan və ondan başqa heç kim yox idi.Bu vaxt Orxan onu dizi üstündə çökməsini tələb etmişdir.O da qorxduğundan dediyi kimi etmişdir.Orxan onu əlindəki bıçaqla hədələyib cinsi orqanını kəsəcəyi ilə hədələmişdir.Bu vaxt öz mobil telefonunu çıxarıb onu videoya çəkməyə başlamışdır.Həmin vaxt əynindəki şalvarının qabağını açaraq cinsi orqanını çıxarıb bir neçə dəfə məcburi formada onun ağzına salmış və onun da cinsi orqanını ağzına almasını tələb etmiş, o da Orxanın hədəsindən qorxduğu üçün dediyi kimi etmişdir.Bu hadisədən evdə olan digər şəxslərin məlumatı olmamışdır.Bundan sonra Orxan onu cəzalandırmaq üçün polisə aparacağını demiş, o da Orxanla razılaşıb könüllü polisə gedəcəyini bildirmişdir. Orxan həmin vaxtı onun qollarını açmış və o evdən çıxıb Orxanın idarə etdiyi “Mersedes” markalı avtomobilin qabaq sağ oturacağına minmişdir, Orxan avtomobili sürüb onu 43-cü polis bölməsinə aparmışdır.Bu vaxt saat təxminən 01.00 radələri olmuşdur.Polis bölməsində onu dindirərkən onlara məlum olmuşdur ki, o Orxanın evinə oğurluq üçün deyil, yoldaşı Xanbiqi (Xanım)ın mobil telefonundan yazılmış dəvət mesajları ilə Xanbiqi (Xanım)la görüşmək üçün gəlmiş və həmin vaxt Orxan və sonuncunun qaynı Yusif orada məcburi saxlayıb onu döymüşlər.Belə olan halda polis əməkdaşları ondan şikayətçi olub-olmadığını soruşduqda o, şikayətçi olduğunu bildirmiş və bu barədə ərizə yazmışdır.Səhəri günü polis bölməsində olarkən isə ona məlum olmuşdur ki, artıq onun çəkilmiş video görüntüləri polis əməkdaşlarının Orxanın mobil telefonuna baxış nəticəsində əlinə keçmişdir.Bundan sonra, Orxan və sonuncunun qaynı Yusifin onu döymələrindən başqa ona qarşı Orxan tərəfindən edilmiş seksual xarakterli zorakılıq hərəkətləri barədə də polisə məlumat vermişdir.Bədənindəki həmin xəsarətləri ona Orxan və Yusif birlikdə döyərək yetirmişlər.Göstərdiyi seksual hərəkətdən başqa, ona qarşı digər heç bir seksual hərəkət olunmamışdır.Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Orxan onu hamam otağına aparmasını Yusifə deməmiş, Yusif və yaxud başqa bir şəxs bunu görməmiş, ona elə gəlir ki, evdə olan digər şəxslər onların polisə getdiklərini bildirmişlər.Orxan oradan çıxandan sonra da ona qarşı etdiyi hərəkətlərlə bağlı Yusifə və yaxud başqa birinə məlumat verməmişdir.Orxan həmin hərəkətləri ona qarşı edəndə yəni öz cinsi orqanını onun ağzına qoyan zaman onların yanlarında heç kim yox imiş və Orxana bunu etməkdə heç kim kömək etməmişdir.Sözü gedən hadisə zamanı Orxan və Yusif onun yanında olduğu üçün, həmçinin Orxan və Yusif onun qolundan tutaraq qaçmağına mane olduqları üçün heç yerə qaça bilməzmiş, buna görə real imkanı yox imiş.Odur ki, buna heç cəhd də etməmişdir.Sonradan Orxan və Yusif onun qollarını arxadan iplə bağladığı üçün Orxan ona qarşı seksual xarakterli hərəkətlər edərkən o Orxana müqavimət göstərə bilməmiş və oradan qaça bilməmişdir.Orxan onun yanında Xanbiqi (Xanım)a çox əsəbləşsə də heç bir qanunsuz hərəkətə yol verməmişdir.Ona təqdim edilmiş 10 yanvar 2020-ci il tarixli 31494 saylı ekspert rəyində fototəsvir edilmiş bıçaq ifadəsində göstərdiyi Orxanın əlində olan bıçaqdır. Orxan bu bıçağı götürsə də ona qarşı ümumiyətlə təbiq etməmişdir.Ona elə gəlir ki, Orxan bıçağı onu qorxuzmaq üçün əlinə götürmüşdür. Rübabə Oraxının əlində bıçağı görmüş və yavararaq bu bıçağı Orxandan almışdır.Yusif Orxana onu evə salıb orada saxlamaqda və daha sonra onun qoluna ip bağlamaqda kömək etmişdir.Daha sonra isə Yusif də onu əlləri və ayaqları ilə yüngül formada vurmuşdur. Orxanın ona qarşı seksual xarakterli hərəkətlər edərkən ümumiyətlə Yusifin və yaxud başqasının xəbəri olamamışdır.Yusif anası Rübabənin ürəyi getdiyi üçün Rübabənin olduğu otağa keçmişdir.Bunu Orxandan başqa digər şəxslər sonradan yəni, polisdə araşdırma gedən vaxtı bilmişlər.Orxan cinsiyyət orqanını kəsəcəyi ilə hədələmişdir.Həmin hədələr zamanı isə əlində bıçaq və ya hansısa iti əşya olmamışdır. Ona elə gəlir ki, Orxan onu qorxuzurmuş ki, o Orxana həqiqtələri danışsın. Onun Xanbiqi (Xanım)la arasında olan yazışmalarda intim mövzuda söhbətlər olduğundan Orxan belə yalnış olaraq belə düşünürmüş ki, o Orxanın həyat yoldaşı ilə cinsi əlaqədə olmuşdur.Sadəcə Xanbiqi (Xanım) onunla yazışmış və Xanbiqi (Xanım) yazışma zamanı ona yaşadıqları evin yerini təxmini olaraq izah etmişdir.İstifadəsində olan mobil telefon nömrəsi ilə Mariya yəni, Xanbiqi Hacıbəyovanın istifadəsində olan mobil telefonla WhatsApp ani mesajlaşma proqramı vasitəsilə olan 12 oktyabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixləri əhatə edən yazışmalar o bu yazışmalar həqiqətən də onunla Xanbiqi (Xanım) arasında olmuşdur. O və Xanbiqi (Xanım) həmin yazışmalarda intim söhbətlər edirmiş və Xanbiqi (Xanım) ona açıq-saçıq fotolarını göndərmişdir.O sonradan Orxanın deməsindən başa düşmüşdür ki, həmin yazışmalarda 09 dekabr 2019-cu il tarixdə saat 21:32-də olan “Salam” sözündən etibarən sona kimi yazışmaları Orxan onunla etmişdir. Onun həmin mobil telefonu xarab olduğu üçün artıq istifadə etmir və hara qoymağını unutmuşdur.Buna görə də istintaqa və məhəkəmyə təqdim edə bilmir.Ona nümayiş etdirilmiş video görüntülərdən birincisində VİD-20191213-WA0014 adlı video görüntüdə Orxan tək halda hadisə baş verən evdə olan hamam otağında intiqam məqsədilə onu qorxuzub hədələyərək öz cinsi orqanını bir neçə dəfə onun ağzına qoymuş, həmin görüntüdə ifadəsində də bildirdiyi kimi onun əlləri arxadan iplə bağlı vəziyyətdə olmuşdur. İkinci VİD-20191213-WA0015 adlı video görüntüdə isə Orxan onun paltarını soyunmasını dedikdən sonra o qorxduğu üçün paltarını soyunub dizi üstündə oturmuş, həmin vaxtı Orxan onu Xanbiqi (Xanım)ı nə qədər müddətdir ki, tanımağı, evlərinə gəlib gəlməməsi ilə bağlı sorsu-sual etmişdir.Həmin vaxtı Yusif də Orxanın yanında olsa da o heç bir şey etməmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, o 1996-cı ildə Dağıstanın Dərband şəhərində anadan olmuş, 2 yaşı olanda hər iki valideyni rəhmətə getmişdir.Buna görə də dayısı X16 onu və bacısı Elzanı övladlığa götürmüş və həmin vaxtdan birlikdə Kürdəmir rayonu Qaramahmudlu kəndində böyümüşlər. 2012-ci ildə həmin kənd orta məktəbində tam orta təhsil almışdır. 2014-cü ildə həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 5 yaşlı Aydan və 2 yaşlı Soltan adlı iki övladları olmuşdur.Onlar evləndikləri vaxtdan Binəqədi rayonu, Vulkan dağı yaşayış massivində hadisənin baş verdiyi evdə yaşamışlar. Sözü gedən hadisə olan qədər Elməddinlə təxminən 2 ay olar ki, tanış olmuşdur. Xanbiqi (Xanım)la “lalafo” internet saytında tanış olmuşdur.Telefon nömrəsini də həmin saytdan götürmüşdür. Sonradan Xanbiqi (Xanım)la danışıb WhatsApp la mesajlaşmağa başlamışdır.Həmin vaxt Elməddin ona öz şəklini göndərmiş, o da öz şəklini Elməddinə göndərmişdir.Bundan sonra onlar mütəmadi WhatsApp mesajlaşmağa başlamışlar.O Elməddinə evli olduğunu deyib və iki azyaşlı uşaqları barədə məlumat vermişdir.Bu onların yazışmalarından da görünür. Yazışmalarında tez-tez Elməddin ondan harada yaşadığını soruşub onunla görüşmək istədiyini deyir.O isə görüşməkdən yayınsa da yaşadığı evin yerini Elməddinə dəqiqliklə demişdi.Bundan başqa, o Elməddinlə WhatsApp yazışmalarında intim söhbətlər aparmışdır.Elməddindən başqa o bir neçə oğlanla da sosial şəbəkədə tanış olmuş və həmin şəxslərlə də intim mövzularda WhatsApp yazışmaları edirmiş.Bütün bunları etməsinin səbəbi həyat yoldaşı Orxanı qısqandırmaq olmuşdur.Belə ki, Orxanın özünü bir neçə dəfə qadınlarla telefon əlaqəsi yaratdığının və həmin şəxslərlə WhatsApp yazışmasının şahidi olmuşdur.Ona xəyanət edildiyindən Orxandan həm acıq çıxmaq, həm də Orxanı qısqandırmaq üçün onu kimi edərək cavan oğlanlarla tanış olmağa və həmin şəxslərlə intim yazışmalar aparmağa başlamışdır.7 dekabr 2019-cu il tarixdə rəhmətlik qaynanası Soltanxanımın “qırx” mərasimi ilə əlaqədar ailəvi kəndə, yəni Kürdəmir rayonu Muradxan kəndinə getmişlər. 9 dekabr 2019-cu il tarixdə Orxangilin kənddəki evlərində olarkən Orxan ondan mobil telefonunu istəyib almış və telefona baxdığı zaman Elməddinin nömrəsindən WhatsApp mesaj gəlmişdir.Orxan mesaj yazanın kim olduğunu ondan soruşanda o qorxusundan yalan danışaraq bildirmişdir ki, həmin yazan şəxs qızdır.Lakin, sonrakı yazışmalarda Orxan həmin şəxsin qız deyil, oğlan olduğunu dəqiqləşdirmişdir. Bundan sonra o, onları avtomobilinə mindirmiş və onlar təcili Bakıya gələsi olmuşlar.Orxan yolboyu onun adından Elməddinlə vatsap yazışmasını davam etdirir və yaşadıqları evə gəlməyə dəvət edirmişlər.O bunları Orxanın öz sözlərindən bilirdi.Lökbatan qəsəbəsinə çatanda Orxan qardaşlığı Yusifə zəng vurmuş və baş verənləri Yusifə deyib analığı Rübabə ilə birlikdə onlara gəlmələrini tələb etmişdir.Gecə saat 23.00 radələrində artıq onlar evlərinə çatmışlar, analığı Rübabə və qardaşlığı Yusif onlarda imişlər.Orxan Bakıya çatanda uşaqlarını ızı aparıb Yusifgilin Hökməli tərəfdə olan evinə qoymuşlar. Bunu Orxan özü istəmişdir ki, uşaqlar narahat olmasın.Orxan isə Elməddinlə olan telefon yazışmalarını Rübabə və Yusifə göstərirmiş.Orxan eyni zamanda Elməddinlə yazışmanı davam etdirir və Orxanı evinə dəvət edirdi.Orxanın danışığından hiss etmişdir ki, Elməddin artıq evlərinin darvazasına yaxınlaşır. Qısa müddətdən sonra Orxan Yusifə demişdir ki, Elməddin artıq qapıya çatır və həmin şəxlər evdən həyətə çıxaraq darvazanın qapısına yaxınlaşmışlar.Həmin vaxt o və Rübabə otaqda imiş. Az sonra Yusif və Orxanın Elməddini qolundan tutub evə gətirdiklərinin şahidi olmuşdur.Bundan sonra Orxan mətbəxt mebelinin üst tərəfində saxladıqları bıçağı əlinə götürüb Elməddinə yaxınlaşanda Rübabə Orxana yaxınlaşıb yalvara-yalvara bıçağı Orxandan almışdır. Həmin vaxt qardaşı Yusif münaqişə yaranmasın deyə həmin bıçağı və mətxətdə olan digər bıçaqları yığışdırıb otaqda olan şkafın içərisində gizlətmişdir.Orxan onu dəhlizə çağırmış və Elməddinlə üz-üzə qoymuşdur.O Elməddini tanımadığını, ilk dəfədir ki, gördüyünü demişdir.Elməddin də ilk əvvəl onun dediyi kimi cavab versə də, telefonundakı yazışmaları onlar görəndən sonra həqiqəti deməyə məcbur olmuş və bildirmişdir ki, 2 aya yaxındır ki, onunla tanış olub WhatsApp yazışır.O Elməddinlə tanış olmağını və Elməddinlə mütəmadi WhatsApp yazışmalarını etiraf edib, Elməddinə evlərinin yerini təxminən təsvir etmişdir.Bundan sonra o otağa anasının yanına keçmişdir ki, anası sakitləşdirsin.Bundan sonra Orxan, Yusif və Elməddin arasında baş verənlərin şahidi olmamışdır.Belə ki, Rübabənin vəziyyəti pisləşdiyi üçün o Rübabəyə yardım edirmiş.Sonradan o bilmişdir ki, Orxangil Elməddini döymüşlər.Sonradan polisdə olanda o bilmişdir ki, Orxan Elməddini lüt soyunduraraq videoya çəkmiş, sonradan Orxan yenə də videoya çəkməklə öz cinsiyyət orqanını Elməddinin ağzına salmışdır.Lakin, o qeyd etdiyi kimi otaqda olduğu və ürəyi gedən analığı Rübabəyə yardım etdiyi üçün həmin hadisələrin şahidi olmamışdır.Onun bildiyinə görə qardaşı X6rşı seksual xarakterli zorakılıq hərəkəti etməsindən yəni, hamam otağında cinsiyyət orqanını Elməddinin ağzına qoymasından xəbəri olmamışdır. Qardaşı Yusif sadəcə olaraq Orxana Elməddini tutaraq evə gətirməsində, Elməddinin evdən qaçmasını qarşısını almaqda köməklik etmişdir, Elməddinin qardaşı Yusif və Orxan tərəfindən döyülməsini öz gözləri ilə görməmişdir.Sadəcə sonradan polis idarəsində olarkən Elməddində bədən xəsarətləri də olmasını, Orxan və Yusifin Elməddini vurması ona məlum olmuşdur.Şahid əlavə olaraq bildirmişdir ki, öz gözləri ilə şahidi olduğu o olmuşdur ki, Orxan Eləməddini onun adıyla WhatsApp vasitəsilə yazışaraq aldadıb evlərinə gətirmiş, qolundan tutub həyətə daxil edərək Elməddini hədələyib yaşadıqları evə gətirmiş, bu müddətdə Yusif də Orxanın yanında olub sadəcə Elməddinin qolundan tutaraq içəri salmaqda və qaçmasına mane olmaqda kömək etmişdir.Onun gözünün qarşısında nə Orxan, nə də ki Yusif Elməddini vurmamışdır.O və qardaşı Yusif Rübabə xanıma kömək etmək üçün yanında olduqları vaxt Orxan Elməddini götürüb polis bölməsinə aparmışdır.Ona sonradan yəni, polis bölməsində olarkən məlum olmuşdur ki, Elməddində bədən xəsarətləri var və Orxan Elməddinin əllərini arxadan bağlayarq cinsiyyət orqanını ağzına qoyub seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.O otaqda olanda Orxanın Elməddini döyməsi və hədələməsi ilə bağlı səs küyünü eşitsə də Yusifin belə səslərini eşitməmiş, buna görə də Elməddini konkret kimin vurmasını dəqiq deyə bilməz.Orxanın Elməddinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edəndə Yusif onun və Rübabə xanım yanında olmuşdur.Sonradan ona məlum olduğu kimi Orxan bu hərəkətləri hamam otağında özü etmişdir, Yusif isə Elməddin onların evdə olduğu müddətdə hamam otağına girməmişdir.Ona təqdim edilmiş 10 yanvar 2020-ci il tarixli “31494” saylı ekspert rəyində fototəsvir edilmiş bıçaq ifadəsində göstərdiyi Orxana məxsus olan Zərərçəkmiş şəxs qorxutmaq üçün istifadə etdiyi bıçaqdır, həmin bıçağı evlərinə köçdükdən az müddət sonra təxminən 2015-ci ildə hazırda mətbəxtdə sərt ərzaqları kəsmək üçün almışdır.Həmin bıçaq alınan vaxtdan da mətbəxtin rəflərinin üst gözündə saxlanılmışdır.Həmin bıçaq elə həmin vaxtdan orada qalmışdır.Həmin günü evə gələndən sonra Orxan bıçağı mətbəxt mebelinin üst tərəfindən çıxarıb şkafın üstünə qoymuş, Elməddini evə gətirdikdən sonra həmin bıçağı götürüb yaxınlaşsa da analığı Rübabə onu Orxanın əlində görmüş və yavararaq bu bıçağı almışdır.Həmin günü Orxanın əlində bıçaq əlində cəmi bir neçə saniyə olmuşdur.Zərərçəkmiş şəxs onunla mobil telefonla WhatsApp ani mesajlaşma proqramı vasitəsilə olan 12 oktyabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixləri əhatə edən yazışmalarla bağlı bildrimişdir ki, şərti ad olan Mariya xanımın adından olan yazılar onun tərəfindən yazılmışdır. Həmin yazışmalarda 09 dekabr 2019-cu il tarixdə saat 21:32-də olan “Salam” sözündən etibarən sona kimi yazışmaları Orxan onun adından etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır.Həyat yoldaşı X1 zavodunda fəhlə işləyir.İki doğma, iki ögey övladı var.Yusif və Maarif onun doğma oğlanları, Xanbiqi (Xanım) və Elena isə ögey qızlarıdır. Xanbiqi (Xanım) və Elena rəhmətlik baldızı X10 qızlarıdır.Qızların körpə yaşlarında anaları öldüyü üçün o və yoldaşı onları götürüb saxlamışlar, ataları Sadil isə Dağıstan ləzgisi olduğu üçün öz vətənində qalmışdır.X7 bacısı Almarənin kürəkənidir. Mehmanın qardaşı Orxan isə onun kürəkənidir, belə ki, götürüb saxladığı ögey qızım Xanbiqi (Xanım)ın həyat yoldaşıdır. Orxan və Xanbiqi (Xanım) 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından 2015-ci ildə anadan olmuş Aydan adlı qızları, 2018-ci ildə anadan olmuş Soltan adlı oğlanları dünyaya gəlmişdir. Kürəkəni Orxan Bakı şəhərində “Tarqovı” adlanan küçədə yerləşən “Pizza İnn” restoranında aşpaz işləyirmiş, qızı isə evdar qadındır. 09 dekabr 2019-cu il tarixdə əmisi rəhmətə getdiyi üçün yas mərasimində iştirak etməkdən ötrü Kürdəmir rayonu Çöl-Ərəbi kəndinə getmişdir. Orxan və sonuncunun ailəsi də Kürdəmirdə öz kəndləri olan Muradxanda imişlər. Bir neçə saat hüzr mərasimində iştirak edib Bakıya qayıtmalı olmuş və həmin gün axsam saat 18-19 radələrində artıq o Bakıda Hökməli qəsəbəsində yaşadığı evdə imiş.Həmin vaxt Orxan ona zəng vurmuş və bildirmişdir ki, “Xanbiqi (Xanım) telefonda oğlanla yazışan yerdə tutmuşam, indi Bakıya gəlirəm araşdıracam, əgər onun mənə xəyanəti ortaya çıxsa onun başını kəsəcəm”. O da telefonda Orxana yalvarmış və başa salmışdır ki,”gəl bir sağ-salamat Bakıya çat, ondan sonra araşdıraq görək məsələ nədir”. Orxangil Bakıya evlərinə çatanadək artıq onlar onlarda imiş. Bundan qabaq Orxan övladlarını da Yusifgilə aparıb qoymuşdur.Saat 23.00 radələri olarmış, evdə o və oğlu Yusif, Orxan və Xanbiqi (Xanım) var imiş. Xanbiqi (Xanım)ın telefonu Orxanın əlində imiş və Xanbiqi (Xanım)ın adından yazışdığı oğlanın Xanbiqi (Xanım)a yazdığı mesajları ona göstərirmiş. O Xanbiqi (Xanım) və uşaqlarla evdə bir otaqda əyləşmişlər, Orxan isə Xanbiqi (Xanım)ın telefonunda yazışmaqla həmin oğlanı öz evinə çağırmışdır.Bir müddətdən sonra Orxan və Yusif bir nəfəri qolundan tutub darta-darta evin dəhlizinə salmışlar.O cəld otaqdan çıxaraq Orxangilə yaxınlaşmış və görmüşdür ki, Orxangilin zorla dəhlizə gətirdikləri oğlan təxminən 25-26 yaşlarında, adı sonradan ona məlum olan Elməddin adlı şəxsdir.O, Orxana yaxınlaşıb yalvar-yaxar etmiş, bu zaman Orxan mətbəxt mebelinin üstündən bıçağı götürüb Elməddinə tərəf gəlmiş, o Orxana yalvar yaxar etmişdir ki, bıçağı kənara qoysun, bu vaxt oğlu Yusifə Orxanda olan bıçağı kənar qoymasını demiş, Yusif də həmin bıçağı Orxandan almış, həmçinin mətbəxtdə mebelin qarşsında olan digər bıçaqları da yığışdırıb Orxanın götürməməsi üçün aparıb kənarda gizlətmişdir.Bundan sonra Orxan Xanbiqi (Xanım)ı dəhlizə çağırmış, Elməddinlə Xanbiqi (Xanım)ı üzləşdirib bir-birilərini haradan tanıdıqlarını dəqiqləşdirmişdir.Xanbiqi (Xanım) Elməddini tanımadığını bildirsə də, Elməddin Xanbiqi (Xanım)la internet saytında tanış olduğunu, aralarında intim söhbətlər apardıqlarını bildirmişdir.Həmin vaxt Orxan 102 xidmətinə zəng vuraraq evinə yad insanın gəlməsi barədə məlumat vermişdir. Bundan sonra, onlar yenidən otağa qayıtmışlar.O Xanbiqi (Xanım)dan Elməddinin dediklərinin düzgün olubolmadığını soruşanda Elməddinin dediklərindən həqiqətən də internetdə tanış olduğunu, telefonda vatsapla yazışdıqlarını təsdiqləsə də Elməddinin yaşadığı evə gəlmədiyini bildirmişdir. Bundan sonra, onun halı dəyişmiş, yüksək təzyiqdən əziyyət çəkdiyi üçün özünü pis hiss etməyə başlamışdır.Bir müddətdən sonra özünə gələndə görmüşdür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən təcili-tibbi yardım stansiyasındadır və tibb işçiləri ona tibbi yardım göstərirlər.O, huşunu itirənə qədər Orxan, Yusif və Elməddinin olduğu otağa bir neçə dəfə girib çıxırmış ki, Orxanın Elməddinə qarşı hər hansı bir qanunsuz hərəkət etməsinin qarşısını alsın.O növbəti dəfə içəri girəndə Orxanın əlində ip olmasını Yusiflə birlikdə Elməddinin əlini arxadan bağladıqlarını görmüşdür.Həmin vaxt nə baş verməsini soruşanda Orxan Elməddini polisə təhvil verməsi üçün əlini bağladığını Elməddinə qarşı başqa heçnə etməyəcəyini bildirmişdir.Orxan və Yusif onun gözlərinin qarşısında Elməddinə qarşı hər hansı bir qanunsuz hərəkət etməmiş, sadəcə olaraq Elməddini evə salıb qaçmasının qarşsını almışlar.Ona sonradan yəni, polis idarəsində məlum olmuşdur ki, Elməddinin bədənində xəsarətlər var və Orxan Elmədinə qarşı hamam otağında seksual xarkatleri zorakılıq hərəkətləri etmişdir. O Orxanın Elməddini özünün könüllü formada polisə aparmasını bilir, həmin vaxt Orxanın əlində olan ipi də açmışdır.O həmin vaxtı özünü pis hiss etdiyindən oğlu Yusifdə onun yanında imiş, buna görə də Orxanın Elməddinə qarşı etdiyi seksual xarakterli hərəkətlər etməsindən ümumiyətlə məlumatı olmamış və bu prosesdə o iştirak etməmişdir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2019-cu il tarixli, 2421 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burunun qançırı, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, boyunun sıyrıqları və boyunun, sağ qulaq seyvanının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burunun qançırı və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər qançır və sıynqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 10.12.2019-cu il tarixdə insan bədəninin hissələri ilə (əl barmaqlarının dırnaqları, yumruq və.s) yetirilə bilərdilər.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. İş materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 11 sentyabr 2020-ci il tarixli, 4/661 saylı rəyi ilə müəyyən edilmişdir ki, “VİD-20191213-WA0014” adlı video görüntüdə aşağıdakı məzmunda səslər müəyyən edilmişdir: K1- Başda, başda.Şeyi kəsəcəm yerindən, başda.Başda, başda. Əməlli.Əməlli. Əməlli. Axıra kimi sal ağzua. Adun nədi? Başu qalxız K2- Elməddin K1- Hə?K2- Elməddin VİD- 20191213-WA0015” adlı video görüntüdə aşağıdakı məzmunda səslər müəyyən edilmişdir:K1- Adun, familyon?K2- Zərərçəkmiş şəxs K1- Hə? K2- Zərərçəkmiş şəxs K1- Sən hara gəlmisən? K2- Sizə K1- Hə? K2- Sizə K1- Nə məqsədnən gəlmisən? K2- Yoldaşıvın yanına K1- Ay sağ ol. Bunnan qabax da bir dəfəm gəlmisən bura hə, düzdü? K2- Düzdü K1- Harda tanış olmusan? K2- Saytda K1- Hansı saytda? K2- Adı yadımnan çıxıb K1- Düzün de K2- Valla bilmirəm hansı saytdı K1- Aha.Səni burda kim tutdu? K2- Əri K1- Ay sağ ol. Denən hər şeyə razıyam K2- Necə yəni? K1- Nə eləsöz hər şeyə razıyam. Danış K2- Razıyam.Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ‘VERBATİM” markalı CD diskdə olan mübahisəli videofanoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdən “K1” kimi işarələnmiş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ‘VERBATİM” markalı CD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlarda Təqsirləndirilən şəxs2 məxsus səs və nitq qeydə alınmadı.Ekspertizaya təqdim olunmuş 1 ədəd “VERBATİM” markalı, CD diskdə olan mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı.Video görüntüdə Təqsirləndirilən şəxs1 emosional psixoloji vəziyyətində aqresiyadan irəli gələn nisbi ekstremallıq, Zərərçəkmiş şəxs emosional psixoloji vəziyyətində isə qorxu və həyəcandan irəli gələn nisbi ekstremallıq müşahidə olunur. İş materiallarında olan məhkəmə-portret ekspertizasının 14 sentyabr 2020-ci il tarixli 3/1010 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdqiqata təqdim edilmiş “CD-R” tipli diskin daxilindəki “VİD-20191213-WA0014” və “VİD-20191213-WA0015” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Zərərçəkmiş şəxs “DVD-R” tipli diskdəki eksperimental videogörüntülərindən çıxarılmış fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. İş materiallarında olan cinayət işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olan “Samsunq A70” markalı mobil telefonun yaddaşında olan və Təqsirləndirilən şəxs1 istifadəsində olan “X18” markalı mobil telefonun yaddaşında cinayət işi materiallarına əlavə edilmiş köçürülmüş 01 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iki ədədbirinci “VİD-20191213-WA0014” və ikinci “VİD-20191213-WA0015” adlı video görüntülər aşkar edilmişdir.Həmin video görüntürlərdən birinci “VİD-20191213-WA0014” adlı video görüntü 26 saniyə davam edir.İş materialarına əsasən bu video görüntüdə Təqsirləndirilən şəxs1 cinsiyyət üzvünü dizi üstə oturmuş əynində qara şalvar, tünd yaşıl rəngli köynək və gödəkçə olan həmçinin əlləri arxa tərəfdən bağlanmış Zərərçəkmiş şəxs ağzına bir neçə dəfə salıb çıxarır. Həmin video görüntürlərdən ikinci “VİD-20191213-WA0015” adlı video görüntü 01 dəqiqə 01 saniyə davam edir.İş materialarına əsasən bu video görüntününü əvvəlində Təqsirləndirilən şəxs2 ayaqları görünür, daha sonra Təqsirləndirilən şəxs1 video çəkərək diziüstə lüt formada oturmuş Zərərçəkmiş şəxs nisbətən başını aşağı salaraq Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş sullara cavab verir. İş materiallarında olan cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən iş üzrə şahid qismində dindirilmiş X3 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə arasında olan “votçap” ani mesajlaşma proqramı vasitəsilə olan yazışmalara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin yazışmalar 87 vərəqədən ibarət olmaqla 12 oktyabr 2019-cu il tarixdə saat 00:20-dən 10 dekabr 2019-cu il tarixdə saat 00:51-ci dəqiqələri əhatə edir.Həmin yazışmaların 09 dekabr 2019-cu il tarixdə saat 21:48 qədər olan yazışmalar Zərərçəkmiş şəxsla Xanbiqi Hacıbəyova arasında müxtəlif mövzularda yəni, məişət, intim mövzularda yazışmalardan, həmçinin, həmin şəxslərin fotoşəkillərinin bir-birinə fotoşəkillərinin göndərilməsindən ibarətdir. İş materiallarına əsasən qeyd edilən yazışmalardan 09 dekabr 2019-cu il tarixdə saat 21:28-dən etibarən olan yazışmalar Zərərçəkmiş şəxsla iş üzrə Təqsirləndirilən şəxs1 arasında olmuşdur və həmin yazışmaların məzmunu Zərərçəkmiş şəxs yazışdığı şəxsin Xanbiqi Hacıbəyov olmasını bildiyi Təqsirləndirilən şəxs1 onlara gəlib intim əlaqədə olmasını təklif edir, bundan sonra Təqsirləndirilən şəxs1 təklifi və yaşadığı evin yerləşdiyi yeri təsvitr etməsi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Binqəədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan yerin yaxınlığında yerləşən fərdi yaşayış evinə dəvət edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 08.05.2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 08.05.2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış yazılı ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 150.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 150.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, ondan şikayətçi olmamasını, evli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 oğlunun əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, evli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2(iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2(iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, CM-nin 145.2.4, 145.2.5 və 150.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Baxılan cinayət işi üzrə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs1 11 dekabr 2019-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək həbsdə olduğu və 11.11.2020-ci il tarixdən 14.06.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu – cəmi 01 il 6 ay 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməl, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs2 oğlunun 13 dekabr 2019-cu il tarixdən 11 noyabr 2020-ci il tarixədək həbsdə olduğu və 11.11.2020-ci il tarixdən 14.06.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu – cəmi 1 il 06 ay 01 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti Sumqayıt şəhər Probasiya İdarəsi həyata keçirməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Bundan əlavə, iş üzrə maddi sübut - 01 ədəd «CD» formalı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 647.45 (altı yüz qırx yeddi manat qırx beş qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 11 dekabr 2019-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək həbsdə olduğu və 11.11.2020-ci il tarixdən 14.06.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu – cəmi 01 il 06 ay 03 gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il 6 (altı) ay sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin.

2. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 oğlunun 13 dekabr 2019-cu il tarixdən 11 noyabr 2020-ci il tarixədək həbsdə olduğu və 11.11.2020-ci il tarixdən 14.06.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu – cəmi 1 il 06 ay 01 gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti Sumqayıt şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» formalı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 647.45 (altı yüz qırx yeddi manat qırx beş qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar