Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-52/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İbadova (Yusifli) Ülkər İbad qızının, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda subay, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan övladı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyul 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160.0 manat olmaqla, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində alimenti övladları 13 sentyabr 2009-cu il təvəllüdlü X6, 12 avqust 2011-ci il təvəllüdlü X3 və 24 yanvar 2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İbadova (Yusifli) Ülkər İbad qızına ödəməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(001)-2636/2019 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 08 sentyabr 2021-ci il tarixli, 3(001)-3160/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş və məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 28 oktyabr 2021-ci il, 19 fevral 2022-ci il, 30 mart 2022-ci il, 20 aprel 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq 16 noyabr 2019-cu il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 06 iyul 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 15 360.0 manat aliment borcunu zərərçəkmiş şəxs İbadova (Yusifli) Ülkər İbad qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvədə olan məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 350,00 manat təşkil edir.Bundan başqa qeyd etmişdir ki, İbadova (Yusifli) Ülkər İbad qızı ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından X9, X7 və X8 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2019-cu ildə Zərərçəkmiş şəxs (Yusifli) ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 29 may 2019-cu il tarixli, 2(001)-2636/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və 10 iyul 2019-cu il tarixdən başlayaraq hər ay bir uşağa 160,0 manat, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 13 sentyabr 2009-cu il təvəllüdlü Raul Yusiflinin, 12 avqust 2011-ci il təvəllüdlü Rəsul Yusiflinin və 24 yanvar 2014-cü il təvəllüdlü Ramil Yusiflinin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Yusiflinin) xeyrinə ödənilməsi qət edilmişdir.Bununla əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 08 sentyabr 2021-ci il tarixli, 3(001)-3160/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində 3 (üç) azyaşlı övlıdının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, aliment borcunun bir hissəsini, yəni 2000 manatını ödəməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs İbadova (Yusifli) Ülkər İbad qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə qurmuş, birgə nikahlarından X9, X7 və X8 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2019-cu ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 29 may 2019-cu il tarixli, 2(001)-2636/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və əvvəli 10 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 160,00 manat, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment övladları 13 sentyabr 2009-cu il təvəllüdlü R.Yusiflinin, 12 avqust 2011-ci il təvəllüdlü R.Yusiflinin və 24 yanvar 2014-cü il təvəllüdlü R.Yusiflinin yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir.Həmin qətnamənin icrası ilə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 08 sentyabr 2021-ci il tarixli, 3(001)-3160/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmişdir.Bundan sonra, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar borcluya rəsmi xəbərdarlıq etməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli olaraq icra etməmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs İbadova (Yusifli) Ülkər İbad qızı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs öhdəliyində olan aliment borcunun 2.000 manat hissəsini ödədiyini, övladlarına qarşı diqqəti xeyli artırdığını, bunları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 10 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay bir uşağa 160,00 manat, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment tutularaq 13 sentyabr 2009-cu il təvəllüdlü X6, 12 avqust 2011 -ci il təvəllüdlü X3 və 24 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Yusiflinin) xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(001)- 2636/2019 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə daxil olmuşdur.İcra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 08 sentyabr 2021-ci il tarixli, 3(001)- 3160/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 20 iyul 2022-ci il tarixli tələbnaməsinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli, 1(007)-359/2011 saylı hökmünə əsasən məlum ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.8, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 01 noyabr 2012-ci il tarixdə cəriməni ödədiyi üçün məhkumluğu ödənilmiş, bundan başqa Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində başlanmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmiş, daha sonra Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə həmin maddənin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsindəki cinayət təqibinə xitam verilmişdir.Beləliklə, məlum olur ki, hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(001)-2636/2019 saylı qətnaməsinə əsasən məlum olur ki, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvədə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs öhdəliyində olan aliment borcunun 2 000 manatını Zərərçəkmiş şəxs xeyrinə ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini və şahidlərin ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmişdir.Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsnın təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 3(üç) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, aliment borcunun bir hissəsini zərərçəkmiş şəxsə ödəməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin,Təqsirləndirilən şəxsnın azadlığın məhdudlaşdırılması cəzasını – yaşadığı - Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 6, mənzil 35 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqanına məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı,Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 32 saat hüquqi xidmətin dəyəri 192 (yüz doxsan iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab №AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 6, mənzil 35 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 32 saat hüquqi xidmətin dəyəri 192 (yüz doxsan iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB************* *******, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-52/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-52/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver