Məhkəmə qərarları › İş №1(001)-521/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-521/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-521/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.05.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi H.Sultanov küçəsi ev 8-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyun 2021-cı il tarixdə saat 03.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi Yeni Yol küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir linglə əyib yerindən çıxararaq, qanunsuz olaraq mənzilə daxil olub, həmin evin yataq otağından bir ədəd 8,5 qramlıq 950 manat dəyərində qadın üçün qızıl boyunbağı, bir ədəd 8 qramlıq 600 manat dəyərində qadın üçün bilərzik, bir cüt 350 manat dəyərində 6,5 qramlıq sırğa, bir ədəd 1500 manat dəyərində kişi üzüyü, hər birinin qiyməti 150 manat olan cəmi 300 manat dəyərində bir ədəd uşaq üçün sırğa, bir ədəd uşaq üçün qızıl boyunbağı və birinci mərtəbədəki ümumi otaqdan 280 manat dəyərində “LG” markalı, “42PN450D” modelli televizoru, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 3.980 manat məbləğində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yaşayır.Əvvəllər Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə məhkum olunmuş və 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.2021-ci ilin may ayında cəzasını tam çəkib azadlığa çıxmışdır.Bundan sonra iş tapa bilməmiş və buna görə maddi çətinliyi olmuşdur.Atası vəfat etdiyi üçün onlara kömək edən olmamışdır, belə ki, evdə işləyən tək anasıdır.Onun da gəliri evlərinin təminatını həll etmir.Buna görə də, o, oğurluq etmək qərarına gəlmişdir.Bu məqsədlə evlərinə yaxın yerləşən Zərərçəkmiş şəxs evdə olmadığını bilib onun evindən oğurluq etmək istəmişdir.Belə ki, 20 iyun 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs həyət darvazasının üzərində qıfıl olmasını və həyətdə işiq yanmamasını görmüşdür.19 iyun 2021-ci il tarixdən 20 iyun 2021-cı il tarixə keçən gecə saat 03.00 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi Yeni Yol küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin daş hasarından həyətə daxil olmuşdur. Evin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir linglə əyib yerindən çıxararaq, mətbəxə daxil olmuşdur.Evin birinci mərtəbəsində şkafları axtarmış oradan qiymətli əşya və pul götürmək istəmişdir.Oradakı şkaflardan qızıl-zinət əşyalarına oxşayan müəyyən üzüklə, boyunbağılar və sırğalar götürmüşdür.Qeyd etdiyi əşyaları həm evin birinci mərtəbəsindən, həm də ikinci mərtəbəsindən götürmüşdür.Bundan başqa evdən bir ədəd LG markalı televizor da oğurlamışdır.Həmin televizoru satıb pul əldə etmək istəmişdir.Bundan sonra evin ikinci mərtəbəsindən, arxa tərəfdən pilləkanla həyətə düşmüşdür.Televizoru həyətə çıxarmışdır və həyətin divarının üzərindən küçəyə çıxarmışdır.Televozoru və oğurladığı qızıla oxşar əşyaları satmaq istəmişdir.Bir iki nəfər tanımadığı adamlara göstərmiş, həmin əşyaların bijuteriya olduqlarını demişlər.Televizoru da bir iki nəfərə göstərmiş, lakin alan olmadığı üçün sata bilməmiş və tutulacağından qorxaraq Nazimin evindən götürdüyü televizoru və bijuteriyaları Xocəsəndən Lökbatan istiqamətinə gedən yolda bataqlığa tullamışdır.Məlum hadisə ilə əlaqədar Binəqədi RPİ-nin 40-cı polis bölməsinin polis əməkdaşları tərəfindən saxlanılarkən həmin televizoru onlara təqdim etmişdir.Zərərçəkmiş şəxs mətbəxinin pəncərəsini özü ilə gətirdiyi dəmirlə açmışdır.Həmin əşyanı hara atmağı yadında qalmamışdır. Oğurluğa tək getmiş, yanında heç kim olmamışdır.O, Nazimin evindən sadə xırda bijuteriyalar oğurlamışdır.Qızıl-zinət əşyaları götürməmişdir. Həmin əşyaları da televizorla birlikdə bataqlığa atmışdır.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi Yeni Yol küçəsində yaşayır.Onun evi iki mərtəbəli olmaqla kürsülü evdir. Evə giriş iki taylı dəmir darvazadandır.Onlar adətən evdən çıxıb harasa gedəndə darvazanı qıfılla bağlayırlar.19 iyun 2021-ci il tarixdə evdən çıxıb ailəliklə Qaradağ rayonu, Lökbatan qəsəbəsinə qaynatasının evinə qonaq getmişlər.Həmin günü onların evində qalmışlar. Səhəri günü, yəni 20 iyun 2021-ci il tarixdə Xocəsən qəsəbəsinə öz yaşadığıqları evə qayıtmışlar.Evə gəlib çatmışlar.Darvazadan içəri keçib həyətə daxil olanda evin mətbəxinin pəncərəsinin dəmir barmaqlığının əyilib sındırılmasını görmüşlər. Evə giriş qapısını açarla açaraq içəriyə daxil olanda həm birinci, həm də ikinci mərtəbədəki otaqların dağınıq vəziyyətdə olmasını görmüşlər.Tam əmin olmuşlar ki, evlərinə kimsə daxil olaraq oğurluq etmişdir. Otaqlara bir-bir baxanda məlum olmuşdur ki, evdən yataq otağından bir ədəd 8,5 qramlıq 950 manat dəyərində qadın üçün qızıl boyunbağı, bir ədəd 8 qramlıq 600 manat dəyərində qadın üçün bilərzik, bir cüt 350 manat dəyərində 6,5 qramlıq sırğa, bir ədəd 1500 manat dəyərində kişi üzüyü, hər birinin qiyməti 150 manat olan bir ədəd uşaq üçün sırğa və bir ədəd uşaq üçün qızıl boyunbağı və bir ədəd 500 manat dəyərində “LG” markalı televizor naməlum şəxslər tərəfindən oğurlanmışdır. Həyat yoldaşı Şahid məxsus qızıl-zinət əşyaları ikinci mərtəbədəki yataq otağındakı şkafdan, övladlarının qızıl zinət əşyaları isə onların otağından, bir ədəd LG markalı televizor isə birinci mərtəbədən qonaq otağından oğurlanmışdır. Hadisədən iki ay sonra məlum olmuşdur ki, onun evindən oğurluq hadisəsini qonşuluqda yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Hadisədən sonra Vüqarın qohumları tərəfindən ona dəymiş maddi ziyan ödəndiyi üçün şikayəti və tələbi yoxdur. DİN-in 102 xidmətinə məlumat verərkən və ərizə yazarkən tələsik halda və həyəcanlı olduğu üçün evindən oğurlanan əşyaların qiymətini dəqiq göstərə bilməmişdir. Zərərçəkmiş şəxs qismində ifadəsində isə qızıl-zinət əşyalarının qiymətini həyat yoldaşı ilə dəqiqləşdirməmişdir.Buna görə də, ümumi olaraq 5750 manat göstərmişdir.Hadisədən sonra həyat yoldaşı Şahid ilə qızıl-zinət əşyalarının sayını və qiymətini dəqiqləşdirmişdir. Məlum olmuşdur ki, evlərindən bir ədəd “LG” markalı televizorla birlikdə 4200 manatlıq əmlak oğurlanmışdır.Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində “LG” markalı televizorun qiymətinin 280 manat göstərilməsi ilə bağlı etirazı yoxdur.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 19 iyun 2021-ci il tarixdə evdən çıxıb ailəliklə Bakı şqəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə atası Mustafanın evinə qonaq getmişlər.Həmin günü onların evində qalmışlar. Səhəri günü, yəni 20 iyun 2021-ci il tarixdə həyat yoldaşı və uşaqları ilə Xocəsən qəsəbəsinə öz yaşadıqları evə qayıdanda evə gəlib çatmışlar. Darvazadan içəri keçib həyətə daxil olanda evin mətbəxinin pəncərəsinin dəmir barmaqlığının əyilib sındırılmasını görmüşlər. Evə giriş qapısını açarla açaraq içəriyə daxil olanda həm birinci, həm də ikinci mərtəbədəki otaqların dağınıq vəziyyətdə olmasını görmüşlər.Tam əmin olmuşlar ki, evlərinə kimsə daxil olaraq oğurluq etmişdir.Otaqlara bir-bir baxanda məlum olmuşdur ki, evdən yataq otağından bir ədəd 8,5 qramlıq 950 manat dəyərində qadın üçün qızıl boyunbağı, bir ədəd 8 qramlıq 600 manat dəyərində qadın üçün bilərzik, bir cüt 350 manat dəyərində 6,5 qramlıq sırğa, bir ədəd 1500 manat dəyərində kişi üzüyü, hər birinin qiyməti 150 manat olan bir ədəd uşaq üçün sırğa və bir ədəd uşaq üçün qızıl boyunbağı və bir ədəd 500 manat dəyərində “LG” markalı televizor naməlum şəxslər tərəfindən oğurlanmışdır. Ona aid olan qızıl-zinət əşyaları ikinci mərtəbədəki yataq otağındakı şkafdan, övladlarının qızıl zinət əşyaları isə onların otağından, bir ədəd LG markalı televizor isə birinci mərtəbədən qonaq otağından oğurlanmışdır. Hadisədən iki ay sonra məlum olmuşdur ki, evlərindən oğurluq hadisəsini onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Hadisədən sonra Vüqarın qohumları tərəfindən onlara dəymiş maddi ziyan əri Zərərçəkmiş şəxs ödənmişdir. Ona görə də şikayəti və tələbi yoxdur. DİN-in 102 xidmətinə məlumat verərkən və ərizə yazarkən onlar oğurlanan əşyaların sayını və qiymətini tam dəqiqləşdirməmişlər. Sonra o, həyat yoldaşı Nazimlə əşyaların qiyməti və sayı ilə bağlı dəqiqləşdirmə aparanda qızıl-zinət əşyalarının sayını və qiymətini dəqiqləşdirmişlər. Onda bilmişlər ki, evlərindən bir ədəd “LG” markalı televizorla birlikdə 4200 manatlıq əmlak oğurlanmışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.08.2021-ci il tarxili 9/5877 saylı rəyinə əsasən məlum olur ki, bir ədəd “LG” markalı, “42PN450D” modelli televizorun istifadədə olmuş normal vəziyyətdə 2021-ci ilin iyun ayına qiyməti 280 manat təşkil edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 05.02.2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 17.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Beləliklə də, məlum olur ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun 27.12.1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını və vurulmuş zərəri ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Abdullayev tərəfindən qəbul olunmuş 23 avqust 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 23 avqust 2021ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CMnin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 01 ədəd “LG” markalı, “42PN450D” modelli televizorun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 23 avqust 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “LG” markalı, “42PN450D” modelli televizorun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar