Məhkəmə qərarları › İş №1(001)-523/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-523/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-523/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 17 yanvar 2021-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Əcəmi» mərasim evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2la birlikdə binanın divarına quraşdırılmış 01 ədəd split tipli «Sanyo» markalı “SAP-KC125RH” modelli kondisionerin kompressor hissəsini özü ilə gətirdikləri açar, kəlbətin və vintaçanla sökdükdən sonra, o, binanın birinci mərtəbədəki zalın plastik pəncərəsinin açıq olmasından istifadə edib, binaya qanunsuz daxil olaraq zalda quraşdırılmış 350 (üç yüz əlli) manat dəyərində split tipli «Beko» markalı “BKX 240/241” modelli və bir az əvvəl sökdüyü 270 (iki yüz yetmiş) manat dəyərində split tipli «Sanyo» markalı “SAP-KC125RH” modelli kondisionerin daxili hissəsini açıb gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 17 yanvar 2021-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Əcəmi» mərasim evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1la birlikdə binanın divarına quraşdırılmış 01 ədəd split tipli «Sanyo» markalı «SAP-KC125RH» modelli kondisionerin kompressor hissəsini özü ilə gətirdikləri açar, kəlbətin və vintaçanla sökdükdən sonra, Təqsirləndirilən şəxs1 binanın birinci mərtəbədəki zalın plastik pəncərəsinin açıq olmasından istifadə edib, binaya qanunsuz daxil olaraq zalda quraşdırılmış 350 (üç yüz əlli) manat dəyərində split tipli «Beko» markalı “BKX 240/241” modelli və bir az əvvəl sökdüyü 270 (iki yüz yetmiş) manat dəyərində split tipli «Sanyo» markalı «SAP-KC125RH» modelli kondisionerin daxili hissəsini açıb gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2021-ci ildə saat 07 radələrində qonşu Eminlə razılaşıb səhər tezdən durub iş axtarmağa gedirmişlər. Əcəmi mərasim evinin arxasından ara yolla keçib gedərkən divarda olan kondisionerlər diqqətlərini cəlb eləmiş və razılaşıb həmin kondisionerlərdən boyları çatacaq məsafədə olan birini söküb oğurlayıb aparıb satmaq qərarına gəlmişlər. O, hasarın üstünə qalxıb üzərində olan açar, kəlbətin və vint açandan istifadə edib markasını bilmədiyi kondisionerinin çöl hissəsini söküb aşağıda onu gözləyən Eminə vermişdir. Sonra Eminlə həmin kondisioneri mərasim evinin arxasında olan adam olmayan yerdə söküb mis hissələrini və motorunu ayırmışlar. Bundan sonra qərara gəlmişlər ki, o, mərasim evinin içərisinə daxil olub kondisionerin iç hissəsinidə söksün. Sonra o, mərasim evinin ön hissəsinin plastik pəncərəsinin açıq olmasından istifadə edib içəri girib arxasını çöldən sökdüyü kondisionerin içəri hissəsinidə sökmüşdür. İçəridə digər bir kondisionerin iç hissəsini görüb onu da sökmək qərarına gəlmişdir. Markasını bilmədiyi kondisionerin iç hissəsini sökmüş və 02 ədəd kondisionerlərin içəri hissələrini arxa qapıdan çölə çıxarmışdır. Razılaşdıqları kimi Emin onu hasarın yanında gözləmiş və o, sonuncuya sökdüyü kondisionerlərin hissələrini vermişdir. Sonra o, da hasarı aşıb çölə düşmüşdür. Birlikdə həmin detalın içində olan mis detalları sökərək, mis metalları və kondisionerin motorunu götürüb satmaq üçün Dəmir yolunun yanında olan metal qəbul edən Sahibin məntəqəsinin yanına gəlmişlər. Yolda o, gözləmiş, Emin isə həmin kondisionerə məxsus detalları aparıb Sahibə 31 manata satıb geri qayıtmışdırdı. Emin ona Sahibə satdığı kondisioner detallarının özünə məxsus olduğunu bildirib satdığını demişdir. Pulu yarı böldükdən sonra yaşadıqları evə getmişlər. 19 yanvar 2021-ci il saat 11 radələrində o, yaşadığı evdən çıxıb işə gedərkən yolda əvvəl oğurluq etdiyi Əcəmi mərasim evinin həyətində və ətrafında adam olmadığını görüb hasardan aşıb həyətə keçmişdir. Əvvəl kondisionerin içəri hissəini oğurlayıb çıxartdığı zaman mərasim evinin arxa qapısının açıq qaldığını bilib həmin qapıdan birinci mərtəbəyə girmişdir. Ora girməkdə məqsədi evə bazarlıq etmək üçün 30-40 manat dəyərində bir şey oğurlamaq olmuşdur. O, içəri girib ətrafa baxmamış, arxası ilə polis əməkdaşları mərasim evinə girib onu saxlamışlar. Sorğu sual zamanı o, onlara oraya oğurluq etmək üçün girdiyini bildirmişdir. Əvvəldə Eminlə birlikdə etdiyi oğurluğu etiraf etmişdir. Sonra onu 5-ci PB-nə aparmışlar və orada polis əməkdaşlarına birlikdə oğurluq etdiyi şəxsin Emin olduğunu bildirmişdir. Sonra polis əməkdaşları axtarıb Eminidə tapıb gətirmişlər. Emində polis əməkdaşlarına oğurluğu etiraf eləmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci ildə saat 07 radələrində qonşu məhəllədə yaşayan Elnurla razılaşdıqları kimi səhər tezdən durub iş axtarmağa gedirmişlər. Əcəmi mərasim evinin arxasından ara yolla keçib gedərkən divarda olan kondisionerlər diqqətlərini cəlb eləmiş və razılaşıb həmin kondisionerlərdən boyları çatacaq məsafədə olan birini söküb oğurlayıb aparıb satmaq qərarına gəlmişlər. Elnur hasarın üstünə qalxıb üzərində olan açar, kəlbətin və vint açandan istifadə edib həmin kondisionerinin çöl hissəsini sökmüş və yerindən götürüb ona vermişdir. Sonra o, Elnurla həmin kondisioneri mərasim evinin arxasında olan adam olmayan yerdə söküb mis hissələrini və motorunu ayırmışlar. Bundan sonra birlikdə razılaşmışlar ki, Elnur mərasim evinin içinə girib sökdükləri kondisionerin iç hissəsinidə söküb oğurlasın. Bundan sonra Elnur mərasim evinin ön hissəsinin plastik pəncərəsinin açıq olmasından istifadə edərək içəri girmiş, o isə razılaşmalarına əsasən onu çöldə gözləmşdir. Bir qədər sonra Elnur 02 ədəd kondisionerin içəri hissəsini söküb arxa qapıdan çölə çıxarmışdır. O, hasarın çöl tərəfinə keçib Elnurun sökdüyü kondisionerlərin detalını ondan almışdır. Sonra Elnur hasarı aşıb çölə düşmüş və birlikdə həmin detalın içində olan misləri söküb çıxartmışlar. Eminlə birlikdə həmin mis metalları və kondisionerin motorunu götürüb satmaq üçün Dəmir yolunun yanında olan metal qəbul edən Sahibin məntəqəsinin yanına gəlmişlər. Elnur yolda onu gözləmiş, o, isə həmin kondisionerə məxsus detalları aparıb Sahibə 31 manata satıb geri qayıtmışdır. O, Sahibə satdığı kondisioner detallarının özünə məxsus olduğunu bildirib satmışdır. Bundan sonra o, Elnurla pulu yarı bölüb yaşadıqları evə gəlmişlər. O, həmin pulu evə xərcləmiş, ailəsinə isə bu barədə heç bir söz deməmişdir. 19 yanvar 2021ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmış və orada etdiyi əməli etiraf etmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2017-ci ildən etibarən Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Əcəmi» mərasim evini icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq mərasim evi fəaliyyətini dayandırmış və bu səbəbdən o, mərasim evinə özü şəxsən gec-gec gedib baş çəkmiuşdir. 19 yanvar 2021-ci il tarixdə saat 16 radələrində ona polis əməkdaşları zəng vurub icarə əsasında işlətdiyi mərasim evinə girən bir nəfəri tutub saxladıqlarını bildirmişlər. O, tez idarə etdiyi avtomobilə minərək mərasim evinə gəlmiş və ora baxan zaman şəxsi vəsaiti hesabına birinci mərtəbədə yerləşən zalda divara quraşdırılmış bir ədəd split tipli «Sanyo» markalı kondisionerin fasadda və daxildə quraşdırılmış hissələrinin, split tipli «Beko» markalı kondisionerin içəridə olan sisteminin yəni kondensatorunun yerindən çıxarılaraq oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Binəqədi RPİ-nin 5-ci PB-nə gedərək ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona təxminən 1000 manat ziyan dəymiş, dəymiş zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmədiyi üçün sonunculardan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Əlahiddə Çevik X6 bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 19.01.2021-ci il tarixdə saat 14 radələrində xidmət ərazidə avtopatrulla polis nəfərləri Şahid4 və Şahid3lə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən «Əcəmi» mərasim evinin yanından keçərkən mərasim evinin qapısının açıq olduğunu görmüşlər. Pandemiya şəraiti olduğunu və mərasim evinin işləmədiyini bilib şübhələnərək ora yaxınlaşmışlar. Mərasim evinin açıq olan qapısından içəri girən zaman bir nəfərin orada olduğunu və əlində bəzi alətlər görüb ondan orada nə etdiyini soruşmuşlar. Həmin şəxs artıq tutulduğunu görüb heç bir bəhanə gətirə bilməyərək oğurluq etdiyini bildirmişdir. Onlar həmin şəxsi saxlayıb RPİ-nin 5-ci PB-nə gətirmişlər və raport tərtib edərək həmin şəxsi əlində olan 01 ədəd vintaçan, 01 ədəd kəlbətin və 01 ədəd açarla birlikdə təhvil vermişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu öyrənmişlər. Bundan sonra əraziyə qayıdaraq xidmətimizi davam etdirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Əlahiddə Çevik X6 bölüyünün polis nəfərləri Şahid3 və Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.01.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 19.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 17.01.2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Əcəmi» mərasim evində baş vermişdir. 20.01.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20.01.2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərindən 1 (bir) ədəd üzərində “10 ZHONGGONG BRAND FORGED STEEL CHİNA” yazıları olan gümüşü rəngli açar, 1 (bir) ədəd üzərində “RUBİCON 904 MADE İN JAPAN” yazıları və kiçik ölçülü dəstəyi plastik materialdan olan vintaçan, 1 (bir) ədəd tutacaqları qəhvəyi rəngli plastik materialdan olan zədəli kəlbətin aşkar edilərək götürülmüş və sonuncu Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Əcəmi» mərasim evindən oğurluq edən zaman həmin alətlərdən istifadə etdiyini bildirmişdir. 21.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 21.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 22.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. 22.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(001)-70/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(001)-71/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmışdır. 27.01.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 1 (bir) ədəd kondisioner kompressorunu və 2 (iki) ədəd radiatoru istintaqa təqdim edərək həmin detalların 17 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən ona satıldığını bildirmişdir. 11.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. 11.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. AA1677897 nömrəli şəxsiyyət vəsiqəsindən və AZ-T 146668 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 12.02.2012-ci il təvəllüdlü X2 adlı və 11.12.2015-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. 10.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluqda istifadə etdiyi 1 (bir) ədəd üzərində “10 ZHONGGONG BRAND FORGED STEEL CHİNA” yazıları olan gümüşü rəngli açar, 1 (bir) ədəd üzərində “RUBİCON 904 MADE İN JAPAN” yazıları və kiçik ölçülü dəstəyi plastik materialdan olan vintaçan, 1 (bir) ədəd tutacaqları qəhvəyi rəngli plastik materialdan olan zədəli kəlbətin və oğurlanaraq satılmış 1 (bir) ədəd kondisioner kompressor və 2 (iki) ədəd radiator maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 19.04.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və sonuncu Bakı İstintaq Təcridxanasından azad edilmişdir. 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 19.04.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və sonuncu Bakı İstintaq Təcridxanasından azad edilmişdir. 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 21.06.2021-ci il tarixli, 9/3199 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və əlavə məlumatda göstərilən kondisionerlərin daxili hissəsinin (kondisionerin ümumilikdə 30% hissəsini təşkil edir) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 620,00 manat müəyyən edilir. O, cümlədən 01 ədəd “Sanyo” markalı “SAP-KC125RH” modelli split tipli kondisioner 270,0 manat, 01 ədəd “Beko” markalı “BKX 240/241” modelli, 80 m2 ölçülü split tipli kondisioner 350,0 manatdır. 04.10.2021-ci il tarixli qərardan görünür ki, 19 yanvar 2021-ci il tarixli faktda cinayət tərkibi olmadığından həmin hissədə Təqsirləndirilən şəxs1 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 07.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. 08.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 4(001)- 1064/2021 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 29.04.2015-ci il təvəllüdlü X5 adlı və 18.05.2017-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin nümayəndəsinin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı 19 yanvar 2021-ci il tarixdə məhdudlaşdırılaraq, 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(001)-70/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 19.04.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunaraq sonuncu Bakı İstintaq Təcridxanasından azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 19 yanvar 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 19 yanvar 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində ********* nömrəli cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı 19 yanvar 2021-ci il tarixdə məhdudlaşdırılaraq, 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(001)-71/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 19.04.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunaraq sonuncu Bakı İstintaq Təcridxanasından azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 19 yanvar 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə saxlanılmışdır. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd kondisioner kompressorunu və 2 (iki) ədəd radiator sahibi Zərərçəkmiş şəxs təhvil verilməli, bundan başqa 1 (bir) ədəd üzərində “10 ZHONGGONG BRAND FORGED STEEL CHİNA” yazıları olan gümüşü rəngli açar, 1 (bir) ədəd üzərində “RUBİCON 904 MADE İN JAPAN” yazıları və kiçik ölçülü dəstəyi plastik materialdan olan vintaçan, 1 (bir) ədəd tutacaqları qəhvəyi rəngli plastik materialdan olan zədəli kəlbətin sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə təhvil verilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 38 (otuz səkkiz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 yanvar 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 yanvar 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd kondisioner kompressorunu və 2 (iki) ədəd radiator sahibi Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd üzərində “10 ZHONGGONG BRAND FORGED STEEL CHİNA” yazıları olan gümüşü rəngli açar, 1 (bir) ədəd üzərində “RUBİCON 904 MADE İN JAPAN” yazıları və kiçik ölçülü dəstəyi plastik materialdan olan vintaçan, 1 (bir) ədəd tutacaqları qəhvəyi rəngli plastik materialdan olan zədəli kəlbətin sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar