Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-523/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Vaqif oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.2001-ci ildə Qobustan rayonunun Sədəf kəndində doğulmuş, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 1i ünvanda qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 177.2.3-1, 185.2.1 və 185.2.4cü maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində doğulmuş, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 2i ünvanda qeydiyyatda olmaqla, ünvan 3 və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir bir qrup şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili qaçırma məqsədi ilə 25 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun Sumqayıt-Bakı maqistral yolunun kənarında yerləşən “Avtosalon-005” salonunda işləməsindən istifadə edib həmin avtosalonda dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna birlikdə əyləşərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs2 avtomobilin açarlarını götürüb mühərriki işə salmış və sonuncu ilə birlikdə talama məqsədi olmadan qanunsuz olaraq həmin avtomobili ələ keçirib idarə edərkən idarə etməni itirməsi səbəbindən avtomobilin Sumqayıt-Bakı magistral yolunun kənarında yerləşən “Socar” X3 yerləşən Dizel pompasına dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 15 min manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla avtomobili qaçırmışdır. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan taksi ilə Bakı şəhərindən Sumqayıt şəhərinə gedərkən saat 02 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində avtomobilinin salonunda arxa oturacaqda olduğu zaman həmin avtomobilin qabaq sağ oturacağında oturmuş tanışı Zərərçəkmiş şəxs2 diqqətsizliyindən istifadə edib sonuncunun əynindəki paltonun sol cibindən elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid **********897579 saylı kartını gizli talayaraq və həmin elektron məlumat daşıyıcısı olan kartdan istifadə edib əvvəlcədən ona məlum olan dörd rəqəmli məxfi şifrəni tətbiq edib, xx.xx.2022-ci ildə saat 03:08-də Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən terminaldan 2000 manat, həmin tarixdə saat 03:38-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində, Bakı- Sumqayıt yolunda yerləşən “Beynəlxalq Avtovağzal” kompleksində yerləşən terminaldan 400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 2400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir bir qrup şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili qaçırma məqsədi ilə 25 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək işlədiyi Sumqayıt-Bakı maqistral yolunun kənarında yerləşən “Avtosalon-005” salonunda dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna birlikdə əyləşərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, avtomobilin açarlarını Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da mühərriki işə salıb birlikdə talama məqsədi olmadan qanunsuz olaraq həmin avtomobili ələ keçirib idarə edərkən Təqsirləndirilən şəxs1 idarə etməni itirməsi səbəbindən avtomobilin Sumqayıt-Bakı magistral yolunun kənarında yerləşən “Socar” X3 yerləşən Dizel pompasına dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 15000 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla avtomobili qaçırmışdır. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.5, 177.2.3-1, 185.2.1, 185.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o X2 tanıyır. xx.xx.2021-ci il tarixdə gecə saat 03:20 radələrində o, Pünhanın işlədiyi Bakl-Sumqayıt yolundakı “Avtosalon-005” salonuna getmişdir. Həmin vaxt salonda istilik olmadığı üçün Pünhan salonda olan “Kia Sorento” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salıb avtomobildə olan istilik rejimini işə salıb qızınmağa başladı. Salondakı avtomobillərin açarları elə salonda Pünhan oturduğu divanın yanında qutuda saxlanılır ki, nəsə hadisə olsa Pünhan maşınları oradan çıxarda bilsin. Bir qədər sonra o, Pünhanın yanına gəlmiş və avtomobili sürüb siqaret almağı təklif etmişdir. Pünhan razılaşmamışdır. Pünhan yatdıqdan sonra avtomobili özü sürmüşdür. Onun məqsədi siqaret alıb qayıtmaq olmuşdur. Maşını başqa yerə sürmək niyyəti olmamışdır. Yolda gözünə yolu keçən piyadanın kölgəsi göründüyü üçün bu hal onu çaşdırmışdır. Nəticədə avtomobil üzərində idarəetməni itirib maşını Sumqayıt-Bakı yolunun kənarında yerləşən Socar YDM-nin ərazisindəki dizel pompasına çırpmışdır. Nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. O, huşunu itirmişdir. Ayılanda xəstəxanada olduğunu görmüşdür. Pünhan qolundan xəsarət almışdır. Ona xəstəxanada ilkin tibbi yardım edib evə buraxmışlar. Baş verən hadisədə Pünhanın təqsiri olmadığını, məsuliyyətin ona aid olduğunu göstərmişdir. Digər epizod üzrə isə o qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 o, Sumqayıt şəhərindən tanıyır. Bir müddət Sumqayıtda avtoyuma məntəqəsində işləmişdir. 24 fevral 2022-ci il tarixdə saat 22 radələrində Nurlanla təsadüfən Bakı şəhərində “Malakan” bağı adlanan yerdə görüşmüşdür. Malakanda görüşəndən sonra “Tarqovu” kimi tanınan ərazidə yerləşən “Kolorit” restoranına getmişlər. Orada oturub yeyib içmişlər. Çox içdikləri üçün hər ikisi sərxoş olmuşlar. Lakin Nurlan ona nisbətən daha çox içkili olmuşdur. Kolorit restoranında çıxıb piyada 28 may istiqamətində getmişlər. Sahil metrosuna çatmamış şüşəli keçidin yanında Nurlan bankomatdan pul çıxardanda kartın 4 rəqəmli şifrəsini görmüşdür. Həmin vaxt kartda olan pulu ələ keçirmək qərarına gəlmişdir. Bundan sonra “28 Mall” ticarət mərkəzinin yanında yoldan bir taksi saxladıb Sumqayıta getmişlər. Taksidə Nurlan qabaqda oturmuşdur, o, isə arxada oturmuşdur. Bakı Sumqayıt yolunda “Socar” YDM-ni keçəndən sonra yolun sağında yerləşən kafelərdən birində oturmuşlar. Orada da pivə içmişlər. Həmin kafedən çıxıb yolda taksi saxlatmışlar və Sumqayıt şəhəri, 9-cu mikrorayona getmişlər. Yolda olarkən Nurlan əynindəki paltonun sağ cibinə əlini salıb telefonunu çıxarmaq istədikdə, avtomobilin içərisində bank kartı onun cibindən maşına düşmüşdür. O da kartı oradan götürmüşdür. Taksini yaxınlıqdakı “Araz” marketin qarşısında saxlatmışdır. Bankomatdan Zərərçəkmiş şəxs2 məxsus kartdan məxfi kodu yığıb 2000 manat pul çıxartmışdır. Həmin 2 min manatı cibinə qoyub Novxanı yolundakı “Balıqçı” restoranının yanına getmişlər. O, orada taksidən düşmüşdür. Nurlanı isə həmin taksi ilə yola salmışdır. Nurlanın kapital bank kartı onda qalmışdır. Oradan başqa bir taksi ilə Binəqədi rayonu ərazisindəki Beynəlxalq Avtovağzala gəlmişdir və xx.xx.2022-ci il tarixdə saat 03 radələrində orada yerləşən ticarət mərkəzinin qarşısındakı Bankomatdan Nurlanın kartından 400 manat da əlavə pul çıxartmışdır. Ümumilikdə 2400 manat pul çıxartmışdır. Həmin 2400 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Restoran və kafelərdə olmuşdur. Taksilərə vermişdir. 05 mart 2022-ci il tarixdə Sumqayıt şəhərində Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Nurlana məxsus kartı itirmişdir. Harada və hansı şəraitdə itirməyini xatırlamır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Zərərçəkmiş şəxs2 bank kartını Sumqayıt şəhəri ərazisində taksidə cibindən telefon çıxartmaq istədikdə kart yerə düşəndə götürmüşdür. 2 min manatı Sumqayıtda 9-cu mikrorayonda bankomatdan çıxartmış, 400 manatı isə Bakıda avtovağzalda çıxartmışdır. Zərərçəkmiş şəxs2 bank kartından oğurluq etdiyi pulları kafelərdə xərcləmişdir. Bundan başqa özünə geyim, paltar almışdır. Əməlindən səmimi peşman olduğunu, oğurluğu Zərərçəkmiş şəxs2 ziyan vurmaq üçün aralarında olan keçmiş ədavətə görə etdiyini qeyd etm işdir. Məhkəmənin onun barəsində istər yüngül, istərsə də ağır cəza təyin etməklə barəsində ədalətli hökm çıxaracağına inandığını bildirməklə barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Sumqayıt şəhəri avtomobil bazarı adlanan ərazidə yolun qarşı tərəfində yerləşən “Avtosalon 005” avtosalonunda qardaşı vasitəsilə tanıdığı Azim adlı şəxsin müdiri olduğu yerdə ona köməklik üçün işləmişdir. O, hər gün axşam həmin avtosalona gələrək səhərədək mühafizə işini yerinə yetirmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 03:20 radələrində avtosalonda olarkən dostu Fuad həmin avtosalona gəlmişdir. Fuadı artıq bir neçə ildir ki, tanıyır, bildiyinə görə onun heç kimi yoxdur, daimi yaşadığı yeri də yoxdur. Onlar çay içərək biraz söhbətləşdikdən sonra, avtosalonda istilik sistemi olmadığı üçün avtosalondakı avtomobillərdən birinə, daha doğrusu “Kia Sorento”markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilə əyləşib mühərriki işə salıb avtomobilin salonda quraşdırılmış istilik rejimini işə salıb qızınmağa başlamışlar. Salondakı avtomobillərin açarları elə salonda oturduğu divanda onun yanında qutuda saxlanılır ki, nəsə hadisə olsa avtomobilləri çıxarda bilsinlər. Bir qədər sonra Fuad yanına gəlib və avtomobili sürüb gedib siqaret almağı təklif etmişdir. O, isə razılaşmamışdır, təklif etmişdir ki, piyada gedib siqaret alsınlar. Daha sonra avtomobildə yuxuya getmişdir. Bir qədər sonra zərbə səsinə oyanmışdır. Ətrafına baxanda Fuadın üzünün qan içində olduğunu görmüşdür. Bundan sonra huşunu itirmişdir. Ayılanda isə artıq Sumqayıt şəhər TTYX-da olmuşdur. Sol qaş nahiyəsinə tikiş qoyulmuşdur. Orada bilmişdir ki, Fuad o, yatdıqdan sonra avtomobil üzərində idarəetməni itirməsi səbəbindən avtomobili Sumqayıt-Bakı magistral yolunun kənarında yerləşən “Socar” X3 yerləşən Dizel pompasına çırpmış, nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. Tikiş qoyulduqdan sonra evə buraxılmışdır. Salondakı avtomobillərin açarları elə salonda oturduğu divanda onun yanında qutuda saxlanılır ki, nəsə hadisə olsa avtomobilləri çıxarda bilsin. Hadisə vaxtı spirtli içki, narkotik vasitə qəbul etməmişdir. Ondan və Fuaddan başqa əlavə kimsə orada olmamışdır. Ona avtosalondakı avtomobilləri idarə etməyə icazə verilməsə də, hadisə olsa, məsələn yanğın təhlükəsi, təbii fəlakətlə əlaqədar olaraq o, avtomobilləri salondan kənara çıxarda bilər, ancaq sərbəst idarə edib harasa sürməyə icazə verilməmişdir. Təqsiri olmadığını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Fuadı Sumqayıt şəhərindən tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində tanışı Fuadla təsadüfən Bakı şəhərində “Tarqovu” adlanan ərazidə görüşmüşdür. Onlar “Kolorit” restoranında oturub yemək yemişlər. Orada spirtli içki qəbul etmişlər. Oradan çıxıb 28 Mall ticarət mərkəzinin yanına getmişlər. Orada yaxınlıqda o, özümdə olan Kapital bank kartımı bankomata salıb pul çıxartmışdır. Onun pulu çıxarmağını və daxil etdiyi 4 rəqəmli şifrəni Fuad görmüşdür. Lakin o, buna əhəmiyyət verməmişdir. Sonra onlar taksi ilə Sumqayıt şəhərinə gəlmişlər. Maşında olarkən o, qabaq oturacaqda oturmuşdur. Onlar Bakı-Sumqayıt yolunun sağ tərəfindəki kafelərdən birində düşmüşlər. Fuadla kafeyə daxil olmuşlar. Bir qədər kafedə oturmuşlar. Orada da pivə içmişlər. Həmin müddət ərzində bank kartı onun əynindəki paltonun cibində olmuşdur. Həmin kafedən çıxıb başqa bir taksiyə əyləşib Novxanı yolundakı Balıqçı restoranına tərəf getmişlər. Yolda Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Araz” marketin yanında Fuad maşından düşüb getmişdir. O isə bir qədər maşında gözləsə də, Fuad gəlməmişdir. Evə çatanda əlini cibinə atıb görmüşdür ki, kartı cibində yoxdur. Bu vaxt evdə olarkən telefonuna ona məxsus Kapital Banka aid kartından pul çıxarılması barədə mesajlar gəlmişdir. Həmin mesajlarda kartından iki dəfə olmaqla 2000 manat və 400 manat pul çıxarılması göstərilmişdir. Həmin puldan 2 min manatı Sumqayıt şəhərində “Araz” marketin bankomatından, qalan 400 manat isə Bakı şəhəri, Beynəlxalq avtovağzaldakı bankomatdan çıxarılmışdır. O, tam əmin olmuşdur ki, onun kartını Fuad içkili olduğumdan istifadə edib paltosunun cibindən götürmüş və kartdan ona məxsus pulları çıxarmışdır. Taksidə o qabaqda oturmuş, paltosunu oturduğu oturacaqdan asmış, Fuad isə həmin vaxt arxada oturmuşdur. Təqsirləndirilən şəxs1 oğurladığı pulları qaytarmadığını və ondan şikayəti olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəki şəhərində yaşayır. 25 sentyabr 2021-ci il tarixdə özünə 14000 manata “Kia Sorento” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili pulunu tam şəkildə ödəməklə baş etibarnamə ilə almışdır. Özü də avtomobil alveri ilə məşğul olur. Həmin avtomobili də satmaq məqsədi ilə almışdır. Avtomobili satmaq üçün Sumqayıt şəhərində yerləşən maşın bazarına gətirmişdir. Maşın satılmadığı üçün maşını Sumqayıt-Bakı yolunun kənarında yerləşən tanışı Şahid məxsus “Avtosalon-005” salonuna qoymuşdur və Azimdən xahiş etmişdir ki, avtomobili imkan olsa satsın, əgər satılmasa bir neçə gün orada qalsın gəlib götürəcək. Azim avtomobili təhvil alıb salonda saxlamış o isə Şəki şəhərinə qayıtmışdır. 25 oktyabr 2021-ci ildə Azim ona zəng edərək ona məxsus avtomobil salonunda mühafizəçi işləyən Pünhan adlı şəxs və onun tanışı Fuad adlı şəxs tərəfindən qaçırıldığını sonra da həmin avtomobillə qəza törətdiklərini və hadisə nəticəsində avtomobilin tam yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Növbəti gün gəlib avtomobilə baxanda maşının yararsız hala düşdüyünü görmüşdür. Ona dəyən maddi ziyan ödənməmişdir. Avtomobil tam yararsız hala düşdüyü üçün maşını Sumqayıt şəhərində yerləşən yararsız maşınların məntəqəsinə ölüxana adlanan yerə 1500 manata təhvil vermişlər. Təqsirləndirilən şəxslərdən şikayəti olduğunu, gələcəkdə onlara qarşı mülki iddia verəcəyini bildirərərək onlara barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt-Bakı magistral yolunun kənarında yerləşən “Avtosalon-005”-in müdiri vəzifəsində işləyir. Bir müddətdir ki, tanışlıq vasitəsilə tanıdığı Pünhan adlı şəxsi təxminən 2- 3 ay olar ki, həmin avtosalonda mühafizəçi kimi işləyirdi. Son zamanlar Pünhan salona bir-iki nəfər tanımadığı şəxs gətirmişdir. Avtosalonda o, avtomobillərin alqı-satqısı ilə məşğul olur. 24 oktyabr 2021-ci il tarixdə Samir adlı tanışı avtosalona “Kia Sorento” markalı avtomobili satmaq üçün gətirmişdir. Avtomobil bir-iki gün avtosalonda olmuşdur. 25 oktyabr 2021-ci il tarixdə səhər saatlarında xəbər tutmuşdur ki, Pünhan gecə saatlarında tanımadığı Fuad adlı tanışı ilə birlikdə həmin “Kia Sorento” markalı avtomobili bilmədiyi səbəbdən avtosalondan çıxarıb avtomobili Sumqayıt-Bakı magistral yolunun kənarında yerləşən “Socar” X3 yerləşən Dizel pompasına çırpmış, nəticədə avtomobil yararsız hala düşmüşdür. Salondakı avtomobillərin açarları elə salonun daxlində yerləşir və lazım olanda avtomobil alqı-satqı edildikdən sonra salondan avtomobilləri çıxarmaq və ya salona yerləşdirmək üçün istifadə olunur. Pünhan da həmin gün avtomobil və açarlar içəridə olduğundan rahatlıqla açarı götürərək avtomobili Fuadla birlikdə salondan çıxartmışdır. O, Pünhana avtosalonda olan avtomobilləri sürməyə və ya avtosalondan avtomobilləri çıxarmağa icazə verməmişdir. Pünhanın tanışı Fuad adlı şəxslə də heç bir tanışlığı yoxdur. Əvvəllər də maşınlardan hansılarınsa salondan çıxarıldığını hiss etmiş lakin bu barədə Pünhana heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 mart 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-ni 177.2.3.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 07 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin məcəllənin 177.2.5, 177.2.3.1-ci maddələrinə tövsif edilmişdir. 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.5, 177.2.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, Namiq Mirzəzadə tərəfindən vət.Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Kia Sorento markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması faktına görə 04 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 04 fevral 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunaraq iş üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-dən daxil olmuş ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5, 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin məcəllənin 177.2.5, 177.2.3-1 və 185.2.1-ci maddələrinə tövsif edilmişdir. 04 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 ay olmaqla 05 iyul 2022-ci ilədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə Azəbaycan Respublikası CM-nin 177.2.5, 177.2.3-1, 185.2.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin məcəllənin 177.2.5, 177.2.3- 1, 185.2.1 və 185.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə Azəbaycan Respublikası CM-nin 177.2.5, 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs2 az ağır dərəcəli bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddələsi ilə ********* nömrəli cinayət işinin ayrılması və ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuş və barəsində əvvəllər seçilmiş polisin nəzarəti altına vermə qətimkan təbirinin nəzərə alınması barədə qərar qəbul edilmişdir. 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.4, 177.2.5, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. İş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında “Kapital Bank ASC-dən daxil olmuş məktuba əlavə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus **********897579 nömrəli plastik kartdan xx.xx.2022-ci il tarixdə saat 03:08-də Sumqayıt şəhəri, Araz marketdəki terminaldan 2000 manat, xx.xx.2022-ci il tarixdə saat 03:38-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Beynəlxalq Avtovağzal kompleksindəki terminaldan 400 manat pul çıxarılmışdır. Cinayət işi üzrə götürülmüş video görüntünün olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" QSC-nin 11 saylı yanacaqdoldurma məntəqəsində müşahidə kamerasında qeydə alınmış yol nəqliyyat hadisəsinin video görüntülərinə baxış keçirilməsi zamanı “Kia Sorento” markalı avtomobilin sürətli hərəkətdə olan zaman Dizel pompasına çırpılaraq dayandığı müəyyən edilmişdir. Lakin video görüntünün uzaqdan müşahidə edilməsi səbəbindən avtomobili idarə edən şəxsin, o cümlədən avtomobilin içərisindəki şəxslərin üzünü müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasın çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələrinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, şahid ifadəsinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi qismən sübuta yetirilir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 niyyəti zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla oğurluq törətmək olmamış, onun niyyəti zərərçəkmiş şəxsə məxsus bank kartının içərisindəki pulu ələ keçirmək olmuş, həmçinin məhkəmə istintaqı zamanı onun tərəfindən ələ keçirilmiş bank kartının məhz zərərçəkmiş şəxsin paltosunun cibindən götürülməsi də müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt sərxoş və yatmış vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs1 isə həmin bank kartının avtomobilə düşməsindən istifadə edərək bank kartındakı pul vəsaitini ələ keçirməyə yönəlmiş niyyətini həyata keçirtməyə imkan tapmışdır. Qeyd edilənlərə əsasən onun əməlində CM-in 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlaməti mövcud deyildir. X9 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs1 xeyrinə həll etmək qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, onun əməlində CM-nin 177.2.5-ci maddəsinin tərkib əlaməti mövcud deyildir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 177.2.5-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından sonuncunun əməlində cinayət tərkibi olmadığı əsası ilə CM-in 177.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.5-ci maddələri ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-nin 185.2.1 və 185.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərə CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə istintaqı zamanı verdikləri ifadələr, Təqsirləndirilən şəxs2 ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 CM-in 185.2.1 və 185.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə sübuta yetirilmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə, CM-nin 185.2.1 və 185.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmaması əsası ilə həmin hissədə bəraət verilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə 02 il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasın çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16:30 dəqiqədə Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi X4 qərarı ilə tutulmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini və gənc olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Pirməmmədov X7, hazırkı cinayət işi ilə bağlı tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, nömrəsiz fərdi ev ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. "xxxx" QSC-nin 11 saylı yanacaqdoldurma məntəqəsində qeydə alınmış içərisində video görüntünün olduğu 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 manat məbləğində pul vəsaitinin 75 manatı Təqsirləndirilən şəxs1, 75 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Vaqif oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə həmin hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə 02 (iki) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin 01 gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmanın iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, nömrəsiz fərdi ev ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. "xxxx" QSC-nin 11 saylı yanacaqdoldurma məntəqəsində qeydə alınmış içərisində video görüntünün olduğu 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manatı Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 79 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 83 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Aygün Qurbanova