Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-523/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-(müqavilə üzrə vəkil) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, xx.xx.1998-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Zobeuq kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobili idarə edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:55 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə mərkəz istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Azadlıq prospekti 185 ünvanının qarşısında idarə etdiyi minik avtomobilinin qabaq hissəsi ilə yolun hərəkət hissəsini soldan sağa keçən piyada xx.xx.1939-cu il təvəllüdlü X8 ehtiyyatsızlıqdan vurub, alın sümüyünün kəllə əsasına keçərək sol göz orbitasına doğru davam edən xətti sınığı, baş beyinin yumşaq qışaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol alın -gicgah nahiyəsinin qançır-şişkinliyi, sol almacıq sümüyünün, sağ bud sümüyünün orta 1/3-nin, sağ qasıq və oturaq sümüklərinin qapalı sınıqları, sağ mil-bilək oynağı nahiyəsinin, sağ və sol əlin arxa səthlərinin, sol baldır nahiyəsinin sıyrıqları, sağ və sol gözaltı nahiyyənin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirmiş və nəticədə zərərçəkmiş Arif Babayev xx.xx.2023-cii il tarixə kimi X13 müalicə olunsa da aldığı xəsarətlərin təsirindən ölmüşdür. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi, 5 illik avtomobil idarə etmək təcrübəsi vardır və yük avtomobilini idarə etməklə, yük daşıma fəaliyyəti ilə məşğul olur. O, arada bir iş yoldaşı olan Şahid məxsus "Vaz 21074" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili də idarə edir.xx.xx.2023-cü il tarixdə saat 10:55 radələrində Orxanın işi ilə əlaqədar sonuncu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, köhnə Binəqədi Rayon Məhkəməsinin yerləşdiyi inzibati binanın yanına gedib, oradan Orxana məxsus sözügedən avtomobili götürüb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessində yerləşən "Zəngəzur" restoranının yaxınlığına getməli olmuşlar.Orxan yorğun olduğu üçün "Vaz 21074" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini ondan xahiş etmişdir.Buna görə də o, həmin avtomobili idarə edərək Orxanla birlikdə Bakı şəhəri, Azadlıq prospekti ilə üzü mərkəz istiqamətində hərəkət etməyə başlamışdır.Avtomobili şəhər istiqamətinə doğru hərəkət etməkdə məqsədi, qarşıda olan işıqfordan dönüb “Zəngəzur" restoranına getmək olmuşdur. Avtomobili 50-60 km/saat sürət ilə Azadlıq prospekti ilə üzü şəhər istiqamətinə doğru yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etdirərkən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa keçən piyadanı ehtiyatsızlıqdan vurmuşdur.Piyadanı vurduqdan sonra o, Orxanla birlikdə avtomobildən düşərək yerdə uzanmış vəziyyətdə olan piyadanı avtomobilə qoyaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Məlikov adına xəstəxanaya aparmış və orada polis əməkdaşlarının gəlməsini gözləmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan, sonradan həmin şəxsin X11 olduğunu bildiyi piyadaya Məlikov adına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, sonuncu təcili tibbi yardım avtomobili ilə X14 göndərilmişdir. Sonradan ona həmin piyadanın 06 mart 2023-cü il tarixdə müalicə aldığı X13 vəfat etdiyi məlum olmuşdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, gənc olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsini, o cümlədən, zərərçəkmiş şəxsin ailəsi ilə barışmasını, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən zərərçəkmişin hüquqi varisi X12 bildirmişdir ki, mərhum X11 onun atasıdır, sonuncu onunla birlikdə ünvan 1 ünvanında yaşayırdı. Yolnəqliyyat hadisəsi baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə mərhum atası evlərində olan qaz problemi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Qaz İdarəsinə gedərkən Azadlıq prospektini piyada keçən zaman sonuncunu avtomobil vurmuşdur. Həmin gün ona polis əməkdaşları tərəfindən zəng olunaraq, baş vermiş yolnəqliyyat hadisəsi barədə məlumat verilmişdir. Bundan sonra o, atasının yanına X14 getmişdir. Bir müddət atası həmin mərkəzin reanimasiya şöbəsində müalicə almış, lakin xx.xx.2023-cü il tarixdə atası X15 Tibbi Mərkəzin reanimasiya şöbəsində vəfat etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmişin hüquqi varisi X12 məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid bildirmişdir ki, "Vaz 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili o, xx.xx.2021 -ci il tarixdə etibarnamə əsasında X2 almışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində həmin avtomobilin sahibi X5 göstərilsə də, faktiki olaraq "Vaz 21074" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Təqsirləndirilən şəxs onun iş yoldaşıdır və arada bir sözügedən avtomobili Təqsirləndirilən şəxs da idarə edirdi. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində iş ilə əlaqədar Mehdi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, köhnə Binəqədi rayon məhkəməsinin yerləşdiyi inzibati binanın yanına gedib, oradan sözügedən avtomobili götürüb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən "Zəngəzur" restoranının yaxınlığına getməli olmuşdurlar. O, yorğun olduğu üçün "Vaz 21074" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini Mehdidən xahiş etmişdir. Buna görə də Mehdi, həmin avtomobili idarə edərək, onunla birlikdə Bakı şəhəri, Azadlıq prospekti ilə üzü mərkəz istiqamətində hərəkət etməyə başlamışdır. Mehdinin avtomobili şəhər istiqamətinə doğru hərəkət etməkdə məqsədi, qarşıda olan işıqfordan dönüb "Zəngəzur" restoranına getmək olmuşdur. Mehdi avtomobili 50-60 km/saat sürətilə Azadlıq prospekti ilə üzü şəhər istiqamətinə doğru yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etdirərək, idarə etdiyi avtomobilin qabaq sol hisəsi ilə yolu soldan sağa keçən piyadanı ehtiyyatsızlıqdan vurmuşdur. Piyadanı vurduqdan sonra o, Mehdi ilə birlikdə avtomobildən düşərək yerdə uzanmış vəziyyətdə olan piyadanı avtomobilə qoymuşlar, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Məlikov adına xəstəxanaya aparmış və orada polis əməkdaşlarının gəlməsini gözləmişdirlər. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan piyadaya Məlikov adına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra sonuncu təcili tibbi yardım avtomobili ilə X14 göndərilmişdir. Sonradan ona həmin piyadanın 06 mart 2023-cü il tarixdə müalicə aldığı X13 vəfat etdiyi məlum olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, heç bir xəsarət almamış, həmçinin də ona heç bir maddi ziyan yetirilməmişdir. Hadisə ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023cü il tarixli, 2/3439 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 58 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mərhum X11 xx.xx.2023-cü il tarixdə saat 12:53-də «Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ bud sümüyünün qapalı sınığı» diaqnozu ilə ağır halda, huşu soporoz vəziyyətdə klinikaya gətirilmişdir.Nevroloji statusda huşu sopor, bəbəkləri D=S. Fotoreaksiyası normal, korneal refleksləri müsbətdir. Vətər refleksləri D=S. Meningial əlamətlər mənfidir. A/T 130/80 mm.c.st. Nəbzi dəqiqədə 90 vurğudur. xx.xx.2023-cü il tarixdə çəkilmiş beyinin KT müayinəsi: Sol serebral hemisferdə frontal lobda kontuzion sahə və sentrum semiovaledə ətrafında zəif ödem sahəsi izlənilən 6 mm ölçülən hemorragik ocaq diqqət çəkmişdir.Solda anterior və orta kəllə çuxurunda dural sahədən pnevmosefaliya qeyd edilir.Sağ serebral hemisferdə temporal lobu əhatə edən 4 mm qalınlıqda isodens subdural hematoma aşkar edilir.Sağ temporal lobun anteriorunda 10 mm qalınlıqda epidural hematoma diqqət çəkir.Suprasellar sahədə ətraf sümük toxumada destruksiyaya səbəb olan 27x24 mm ölçülü zəif hiperdens lesion diqqət çəkmişdir, (hemorragik makroadenoma?) Diffuz olaraq serebral atrofıya mövcud olub, atrofiyaya bağlı olaraq beyin şırımları, Silvian fıssura dərinləşibdir, sisternalar, üçüncü və yan mədəciklər genişlənibdir.Frontal sümükdə solda siqomatika və orbitanın arxa divarına uzanan sınıq xətti diqqət çəkmişdir. xx.xx.2023-cü il tarixdə xəstənin A/T 70/20 mm.c.st. Nəbzi dəqiqədə 50 vurğudur.Saat 11:30-da xəstədə ürək dayanması qeyd olundu. Təcili xəstəyə ürəyin qapalı masajı aparıldı. 30 dəqiqə müddətində ürək fəaliyyəti bərpa olunmadı. Aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə saat 12:00-da bioloji ölüm baş verdi. Ölümün səbəbi: Artan beyin ödemi fonunda ağciyər- ürək damar çatmamazlığı. Son kliniki diaqnoz: Müştərək açıq kəllə-beyin travması. Baş beyin əzilməsi. Sağ gicgah nahiyəsinin episubdural hematoması. Pnevmosefaliya, alın, sol almacıq, sağ qasıq, oturaq, bud sümüklərinin sınıqları, beyin ödəmi, kəskin tənəffüs çatmamazlığı. Mərhum A.N.Babayevin meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Alın sümüyünün kəllə əsasına keçərək sol göz orbitasına doğru davam edən xətti sınığı, baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sol alın-gicgah nahiyəsinin qançır-şişkinliyi; Sol almacıq sümüyünün, sağ bud sümüyünün orta 1/3-nin, sağ qasıq və oturaq sümüklərinin qapalı sınıqları; Sağ mil-bilək oynağı nahiyəsinin, sağ və sol əlin arxa səthlərinin, sol baldır nahiyəsinin sıyrıqları; Sağ və sol gözaltı nahiyənin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X16 PHŞ-nə müraciət etdiyi saat 12:53-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum meyitində sağ və sol dirsək çuxurlarında aşkar olunmuş nöqtəşəklli yaracıqlar həmin nahiyələrdə yerləşən venoz damarlarla iynə vurulması nəticəsində əmələ gələ bilərdilər. Mərhum A.N.Babayevin meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşınının A. N. Babayevi vurması əmələ gələ bilərdilər. Mərhum A.N. Babayevin ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçərək sol göz orbitasına doğru davam edən xətti sınığı ilə əlaqədar baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödəmi olmuşdur. Beləliklə, A.N.Babayevin meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Mərhum A.N.Babayevin ölümü xx.xx.2023-cü il tarixdə saat 12:00-da «X16» PHŞ-də baş vermişdir. İlkin meyit əlamətləri ilə bu müddət uyğun gəlir. Mərhum A.N.Babayev 10.02-xx.xx.2023-cü il tarixlərdə «X16» PHŞ-də stasionar müalicədə olduğundan onun meyitindən etil spirtinin və narkotik maddələrin təyini üçün qan nümunəsi götürülməmişdir. Onun xəstəxanaya gətirilərkən alkoqol sərxoşluğu vəziyyətində olub-olmaması barədə tibbi sənəddə hər- hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 8/1274 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki: 1.2 «VAZ 21074» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında məhkum olunmasına dair heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X12 tərəfindən təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Şirazı oğlu ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir.Heç kimdən şikayət və ya tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyni nəzərə alaraq, iş materiallarını və ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və vurulmuş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulmalı və dövlət nəfinə keçirilməldir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21074» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21074» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-523/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-523/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver