Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-525/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxs: Müdafiəçi1 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Müdafiəçi1 26 may 2023-cü ildə saat 04:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrin idarə etdiyi TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 6 zolaqlı yolun soldan 3-cü zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəinin təmin olunması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X17» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşıda 40-45 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi KAMAZ-5320 yük markalı 27BG517 dövlət qeydiyyat nişanlı avtomobilin QKB markalı 8350 modelli 27ZA090 dövlət qeydiyyat nişanlı yarımqoşqunun arxa hissəsi ilə toqquşaraq ehtiyatsızlıqdan TOYOTA PRİUS minik markalı avtomobildə olan sərnişin X3 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran qarın boşluğuna qanaxma ilə müşaiyət olunan dalağın zədələnməsi, sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan İV-Vİİ qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşaiyət olunan soldan İ-V qabırğaların sınıqları, çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin, üst və alt dodaq nahiyələrinin, sağ əlin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin səthi əzilmiş yaraları, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, döş qəfəsinin, sol said nahiyəsinin, sol əlin və sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq vardır və ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 26 may 2023-cü ildə saat 03 radələrində yaşadığı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki mənzilindən çıxıb şəxsi işi ilə əlaqədar idarə etdiyi TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərinə getmişdir. Xırdalan şəhərindən öz evinə qayıdarkən saat 04 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolu ilə hərəkət edərək Xırdalan dairəsinin yaxınlığındakı yeni tikilinin yanında yolun kənarında dayanmış piyada kişi ona əl etmiş və o, avtomobili dayandırmışdır. Piyada kişi Bakıxanov qəsəbəsinə getmək istədiyini bildirərək onu metronun 20 Yanvar stansiyasınadək aparmağı xahiş etmiş və razılaşdıqdan sonra kişi onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağına oturaraq yolu Bakı şəhəri istiqamətində davam etmişdir. Üç zolaqlı yolun orta zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olub, 20 Yanvar istiqamətində getdiyi üçün yoldakı qırıq-qırıq nişanlanma xəttini kəsərək sol zolağa keçmişdir. Qarşıda orta zolaqda nisbətən aşağı sürətlə qoşqulu KAMAZ markalı avtomobil hərəkət etmiş, həmin avtomobili keçməyə hazırlaşanda idarə etdiyi avtomobilin qabaq hissəsi qoşqunun arxa hissəsi ilə toqquşmuşdur. İdarə etdiyi avtomobil toqquşma yerində dayanmış, həmin avtomobil isə bir qədər öndə dayanmışdır. Hadisə nəticəsində özü xəsarət almış, idarə etdiyi avtomobildə olan sərnişin kişi isə ölmüşdür. KAMAZ-ın sürücüsü olan kişi avtomobildən düşüb onların yanına gəlmişdir. Hadisə yerindən təcili tibbi yardım avtomobili ilə KTM-ə, oradan isə həmin gün 3 nömrəli xəstəxanaya aparılmışdar. Hazırda ona məlumdur ki, onun idarə etdiyi avtomobildə olmuş kişi 1988-ci il təvəllüdlü X5 olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə Əlizamin Qarayevdən başqa sərnişin və yük olmamışdır. Hadisənin istəmədən baş verdiyini etiraf edən təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və dolanışığının sürücülükdən olduğunu qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, mərhum X5 onun oğludur. Əlizamin xx.xx.1988-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuşdur, orta təhsilli olmaqla evli, himayəsində 2 uşağı olub, Bakı şəhəri, Dərnəgüldə çörək sexlərinin birində fərdi qaydada fəhlə işləmişdir. Əlizamin Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan «Kristal» şəhərciyində öz ailəsi ilə birlikdə yaşamışdır. 26 may 2023-cü ildə saat 10 radələrində polis əməkdaşı tərəfindən telefonla ona məlumat verilmişdir ki, Əlizamin yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür və meyiti Bakı şəhəri Binəqədi rayonundakı Məhkəmə Tibbi Ekspertiza şöbəsinin morqundadır. Yaxın qohumları morqa getmiş, Əlizaminin meyiti onlara təhvil verilərək meyiti kəndə gətirib Cəlilabad rayonunun Üçtəpə kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda məlumdur ki, oğlu Əlizamin Müdafiəçi1 idarə etdiyi TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olub və həmin avtomobil KAMAZ-5320 yük markalı 27BG517 dövlət qeydiyyat nişanlı avtomobilin QKB markalı 8350 modelli 27ZA090 dövlət qeydiyyat nişanlı yarımqoşqunun arxa hissəsi ilə toqquşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2017-ci ildə ona xx.xx.2027-ci ilədək etibarlı olan «ABECE» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 26 may 2023-cü ildə saat 01:00 radələrində Xaçmaz şəhərindəki un zavodunda etibarnamə ilə idarə etdiyi KAMAZ-5320 yük markalı 27BG517 dövlət qeydiyyat nişanlı avtomobilə 11 ton un və avtomobilin QKB markalı 8350 modelli 27ZA090 dövlət qeydiyyat nişanlı yarımqoşqusuna 6 ton kəpək yükləyərək Bakı şəhərinə yola düşmüşdür. Həmin gün saat 04:00 radələrində idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində 3 zolaqlı yolun sağ zolağı ilə 40-45 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin yarımqoşqusunun arxa hissəsinə zərbə dəydiyini hiss etmişdir. Dərhal tormoz edib avtomobili toqquşma yerindən təxminən 7-8 metr irəlidə dayandırmışdır. Avtomobildən düşüb arxaya baxdıqda məlum olmuşdur ki, yarımqoşqunun arxa hissəsi ilə toqquşan TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 dövlət qeydiyyat nişanlı avtomobildir. Belə ki, həmin avtomobilin qabaq hissəsi, yarımqoşqunun isə arxa hissəsi əzilmişdir. Həmin avtomobilin sürücüsü olan kişi xəsarət almış, qabaq sağ oturacağında oturmuş kişi isə ölmüşdür. Baş vermiş həmin hadisə ilə əlaqədar digər nəqliyyat vasitələrinin sürücüləri də avtomobillərini dayandırmışlar. Öz mobil telefonu ilə 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerinə YPX inspektoru xidməti avtomobildə, ardından isə təcili tibbi yardım briqadası xidməti avtomobillə gəlmişdir. Həkim sərnişin kişini müayinə edib onun öldüyünü bildirmiş, sürücü xəstəxanaya və meyit morqa aparılmışdır. Sənədlərini hadisə yerinə gəlmiş müstəntiqə təqdim etmişdir. Müstəntiq hadisə yerinə baxış keçirdikdə baxışda iştirak etmişdir. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyim avtomobildə və yarımqoşquda cəmi 17 ton yük olmuşdur, sərnişin isə olmamışdır. Hadisə zamanı xəsarət almamış, özünə məxsus yarımqoşqunun əzilməsi səbəbindən özünə maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 may 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. Müdafiəçi1 12 iyul 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 25 iyun 2023-cü il tarixli 8/1647 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Müdafiəçi1 hərəkətlərində «X17» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 118 nömrəli rəyinə əsasən X2 meyitində qarın boşluğuna qanaxma ilə müşaiyət olunan dalağın zədələməsi, sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan İV-Vİİ qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşaiyət olunan soldan İ-V qabırğaların sınıqları, çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin, üst və alt dodaq nahiyələrinin, sağ əlin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin səthi əzilmiş yaraları, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, döş qəfəsinin, sol said nahiyəsinin, sol əlin və sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyaların təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb dalağın zədələməsi nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. X2 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiəçi1 idarə etdiyi TOYOTA PRİUS (hibrid) minik markalı 77FJ125 qeydiyyat nişanlı avtomobil, Şahid idarə etdiyi KAMAZ- 5320 yük markalı 27BG517 dövlət qeydiyyat nişanlı avtomobil və QKB markalı 8350 modelli 27ZA090 dövlət qeydiyyat nişanlı yarımqoşqu cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş üzrə DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-81962 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Müdafiəçi1 xx.xx.2022-ci ildə xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan BB 323167 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Müdafiəçi1 xx.xx.2020-ci ildə Suraxanı RPİ İŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə Azaybaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq xx.xx.2021-ci ildə cinayət işi məhkəməyə göndərilmişdir. İşdə olan ittiham aktının surətindən görünür ki, X11 və Müdafiəçi1 Frhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham aktı xx.xx.2023-cü il tarixdə tərtib edilərək Suraxanı rayon prokuroruna təqdim edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Müdafiəçi1 himayəsində xx.xx.2018-ci il tarixdə (X9) və xx.xx.2020-ci il tarixdə (X7) doğulmuş yetkinlik yaşına çatmayan uşaqları vardır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmaması barədə ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X17” Azərbaycan Respublikası Qanununun 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Müdafiəçi1 törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını, zərərçəkmişin hüquqi varisinə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini, zərərçəkmişin hüquqi varisinin ondan heç bir şikayəti olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Müdafiəçi1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Müdafiəçi1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Müdafiəçi1 dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut Müdafiəçi1 idarə etdiyi “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, X6 idarə etdiyi “KAMAZ-5320” yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxılanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 54 iş saatına görə 324 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Müdafiəçi1 dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Müdafiəçi1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid Nəzərəliyevin idarə etdiyi “KAMAZ-5320” yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 01 (ədəd) ədəd disk cinayət işinin materiallarında saxılanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Müdafiəçi1 tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Müdafiəçi1 göstərdiyi cəmi 54 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 324 (üç yüz iyirmi dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-525/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-525/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver