Məhkəmə qərarları › İş №1(001)-528/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-528/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-528/2023 19.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonu, Mehrablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Mehrablı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 162-1.1 və 213-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əyar damğalarını saxtalaşdırmışdır. Belə ki, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması və istehsalı ilə məşğul olan Təqsirləndirilən şəxs2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və dövlət əyar damğalarını saxtalaşdırmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən onlar 2019-cu ilin sonlarından etibarən ünvan 5 ünvanında yerləşən sexi şifahi razılaşma əsasında icarəyə götürərək Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 28 nəfər xüsusi biliyə, bacarığa və təcrübəyə malik olan işçiləri, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Nafiq oğlu, X26, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, X27, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X6, Zərərçəkmiş şəxs26 və Zərərçəkmiş şəxs27 həmin sexdə kustar üsulla qiymətli metal və qiymətli daşlardan zərgərlik məmulatlarının hazırlanması işlərinin yerinə yetirilməsinə cəlb etmiş, qeyd edilən üsulla zərgərlik məmulatlarını hazırlanmaq və zərgərlik məmulatlarının üzərində dövlət əyar damğasını saxtalaşdırmaq üçün zəruri qurğu və avadanlıqlar əldə edib həmin sexǝ yerləşdirmiş, 2019-cu ilin sonlarından 9 mart 2023-cü il saat 18:21-dək olan müddət ərzində qeyd edilən qurğu və avadanlıqlardan istifadə etməklə qiymətli metal və qiymətli daşlardan hazırlanan zərgərlik məmulatlarının üzərinə kustar üsulla hazırlanaraq saxtalaşdırılmış əyar damğalarını işlərin yerinə yetirilməsinə cəlb edilmiş Zərərçəkmiş şəxs27 tərəfindən göstərişi əsasında həkketmə üsulu ilə vurulmasını həyata keçirməklə dövlət ǝyar damğalarını saxtalaşdırmışdır. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əyar damğalarını saxtalaşdırmışdır. Belə ki, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması və istehsalı ilə məşğul olan Təqsirləndirilən şəxs3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və dövlət əyar damğalarını saxtalaşdırmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən onlar 2019-cu ilin sonlarından etibarən ünvan 5 ünvanında yerləşən sexi şifahi razılaşma əsasında icarəyə götürərək Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 28 nəfər xüsusi biliyə, bacarığa və təcrübəyə malik olan işçiləri, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Nafiq oğlu, X26, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, X27, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X7, Zərərçəkmiş şəxs26 və Zərərçəkmiş şəxs27 həmin sexdə kustar üsulla qiymətli metal və qiymətli daşlardan zərgərlik məmulatlarının hazırlanması işlərinin yerinə yetirilməsinə cəlb etmiş, qeyd edilən üsulla zərgərlik məmulatlarını hazırlanmaq və zərgərlik məmulatlarının üzərində dövlət əyar damğasını saxtalaşdırmaq üçün zəruri qurğu və avadanlıqlar əldə edib həmin sexə yerləşdirmiş, 2019-cu ilin sonlarından 9 mart 2023-cü il saat 18:21-dək olan müddət ərzində qeyd edilən qurğu və avadanlıqlardan istifadə etməklə qiymətli metal və qiymətli daşlardan hazırlanan zərgərlik məmulatlarının üzərinə kustar üsulla hazırlanaraq saxtalaşdırılmış əyar damğalarını işlərin yerinə yetirilməsinə cəlb edilmiş Zərərçəkmiş şəxs27 tərəfindən göstərişi əsasında həkketmə üsulu ilə vurulmasını həyata keçirməklə dövlət ǝyar damğalarını saxtalaşdırmışdır. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əyar damğalarını saxtalaşdırmışdır. Belə ki, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması və istehsalı ilə məşğul olan X8 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və dövlət əyar damğalarını saxtalaşdırmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən onlar 2019-cu ilin sonlarından etibarən ünvan 5 ünvanında yerləşən sexi şifahi razılaşma əsasında icarəyə götürərək Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 28 nəfər xüsusi biliyə, bacarığa və təcrübəyə malik olan işçiləri, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Nafiq oğlu, X26, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, X27, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X6, Zərərçəkmiş şəxs26 və Zərərçəkmiş şəxs27 həmin sexde kustar üsulla qiymətli metal və qiymətli daşlardan zərgərlik məmulatlarının hazırlanması işlərinin yerinə yetirilməsinə cəlb etmiş, qeyd edilən üsulla zərgərlik məmulatlarını hazırlanmaq və zərgərlik məmulatlarının üzərində dövlət əyar damğasını saxtalaşdırmaq üçün zəruri qurğu və avadanlıqlar əldə edib həmin sexə yerləşdirmiş, 2019-cu ilin sonlarından 9 mart 2023-cü il saat 18:21-dək olan müddət ərzində qeyd edilən qurğu və avadanlıqlardan istifadə etməklə qiymətli metal və qiymətli daşlardan hazırlanan zərgərlik məmulatlarının üzərinə kustar üsulla hazırlanaraq saxtalaşdırılmış əyar damğalarını işlərin yerinə yetirilməsinə cəlb edilmiş Zərərçəkmiş şəxs27 tərəfindən göstərişi əsasında həkketmə üsulu ilə vurulmasını həyata keçirməklə dövlət ǝyar damğalarını saxtalaşdırmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ona verilmiş ittihamda özünü qismən təqsirli hesab etdiyini bildirmişdir. Daha sonra o əvvəl işçi sayının çox olması ilə əlaqədar tez-tez dəyişiklər olduğundan hər dəfə əmək müqaviləsi bağlamaqda çətinlik çəkdiklərini, əvvəllər 40 nəfərdən çox işçiləri olduğunu, onların çoxu ilə əmək müqavilələrinin bağlandığını qeyd etmişdir. Əyar damğası ilə əlaqədar isə 6 il əvvəllə qədər Maliyyə Nazirliyinin nəzdində əyar damğalanmasını həyata keçirən qurumun mövcud olduğunu, həmin qurumda hər məmulat üçün 5 manat ödəyib, əyar damğasını vurdururduqlarını, daha sonra həmin qurumun ləğv olunduğunu, bu barədə «Zərgərlər Assosiyasyası»na müraciət etdiklərini, lakin onlara narahat olmağa heç bir əsasın olmadığını bildirdiklərini, əyar damğası vurulmasının qanunsuz olması barədə məlumatlarının olmadığını, istehsal olunmuş məmulatlara əyar vurmaq səlahiyyətlərinin olmadığnı, 30.000 manatlıq briliyant daşlarını Dubaydan gətirildiyini, ümumi gəlirlərinin 17.000 manat olduğunu, həmin gəliri də üç nəfər arasında böldüklərini, pandemiya dövrü istisna olmaqla 2019-cu ilin axırlarından 2023-cü il martın 9-dək fəaliyyət göstərdiklərini, sexi işçilərdən biri olan Səidin adına rəsmiləşdirildiyini, əyarın damğalamasını «AzGold» adlı mağazadan satın aldıqları avadanlıqla həyata keçirdiklərini, həmin avadanlğın saxlanılması üçün özlərinə verildiyini, götürülmüş bütün qızılların özlərinə qaytarlıdığını, götürdükləri işçiləri hansı tarixdən götürüldüyünü və nəq əqədr əmək haqqı verdiyini hazırda xatırlamadığını, gördükləri işlərə uyöun əmək haqqı verdiklərini, lisenziyanın alınması ilə bağlı dəfələrlə müraciət etsələr də bir nəticə əldə edə bilmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə özünü qismən təqsirli bildiyini, damğa məsələsinə görə dəfələrlə müraciət etdiklərini, “Zərgərlər Asosiyası”nın onlara İqtisadiyyat Nazirliyində tezliklə bu məsələnin həll ediləcəyi, damğaladıqları məhsulların istehsal edilən mala uyğundursa, məsələn, əgər 750 damğa vurulmuşdursa və tərkibi 750-dirsə heç bir problem ola bilməyəcəyi barədə cavab verildiyini, bu cür problemin ola biləcəyini, damğanın vurulmasının cinayət olduğunu həqiqətən bilmədiklərini, fəaliyyətləri müddətində 44 günlük Vətən müharibəsində orduya maddi yardım etdiklərini, əvvəllər hər hansı cinayət əməli törətmədiklərini, ləğv edilənə qədər lisenziyalarının olduğunu, saxtalaşdırma o vaxt ola bilərdi ki, onlar saxtakarlıq edib 600 əyarlı məhsula 750 əyarı vurmuş olarıdılar, lakin heç vaxt belə bir iş görmədiklərini, himayəsində az yaşlı uşaqları olduğunu, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona verilmiş ittifamda özünü qismən təqsirli bildiyini göstərmişdir. Daha sonra o ifadəsində müraciət etsələr də lisenziyanı ala bilmədiklərini, əvvəllər onun adına lisenizyanın mövcud olduğunu, sonra Əyyarlar Palatası ləğv olunduğundan onun lizensiyasının da ləğv olunduğunu, Qiymətli Metallar və X23 Dövlət Xidmətinin də hal-hazırda fəaliyyət göstərmədiyini, pandemiya dövrü istisna olmaqla 2019-cu ilin axırlarından 2023-cü il martın 9-dək fəaliyyət göstərdiklərini, pandemiya dövründə işləmədiklərini, işçiləri müştərək qərar əsaında işə götürürüldüyünü, sexdə damğa vurulmasını Afiqin həyata keçirdiyini, bunun üçün hər hansı qrumdan icazə alınmadığını, işçilərin qeyd edilən damğa vurulması fəaliyyətinin icazəsiz olduğundan xəbərləri olmadığını, 30.000 manatlıq briliyant daşlarını Dubaydan gətirildiyini, 17.000 manat gəlir əldə edildiyini və onu üç nəfər arasında bölüşdürdüklərini, hər üç zərər çəkmiş şəxslərin hamısı ilə barışıq əldə etdikərini bildirmişdir. Təqsirləndirilən şəxs3 son sözündə əvvəllər lisenziyalarının olduğunu, daha sonra Əyyar Palatası dağılandan sonra lisenziya ala bilmədiklərini, qurumlara müraciət etdiklərini və qurumlardan mənfi cavab verildiyini, əyar damğası vurulmasının sonunun belə olacağını bilmədiklərini, az yaşlı uşaqlarının olduqlarını bildirərək deyilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona verilmiş ittihamda özünü qismən təqsirli bilir. Belə ki, işçilərlə əmək müqaviləsi bağlanmamış, lisenziyanı əldə bilməmişlər. Lisenziya əldə etmək mümkün olsa idi, sözsüz ki lisenizyasız fəaliyyət göstərməzdilər. Pandemiya dövrü istisna olmaqla 2019-cu ilin axırlarından 2023-cü il martın 9-dək fəaliyyət göstərmişdirlər. 30.000 manatlıq briliyant daşları Dubaydan gətirilmiş, 17.000 manat gəlir əldə etmişlər və onu üç nəfər arasında bölmüşdürmüşlər. İşçiləri müştərək qərar əsasında məsləhətləşib işə götürmüşlər. Sexdə damğa vurulmasını Afiq həyata keçirmişdir. Afiqin damğa vurulması fəaliyyətinin icazəsiz olduğundan xəbərləri olmamışdır. Zərər çəkmiş şəxslərin hamısı ilə barışmışdır. Təqsirləndirilən şəxs2 son sözündə özünü qismən təqsirli bildiyini, əyar damğasının vurulmasının cinayət olduğunu bilmədiklərini, ailəli olduğunu və 2 azyaşlı uşağının olmasını bildirərək deyilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 162-1.1 və 213- 3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onu sexə işə təqsirləndirilən şəxslər birlikdə işə götürmüşdürlər. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayına qədər həmin sexdə dizayner olaraq çalışmış, hazırda orada çalışmamaqdadır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayına qədər yəni, təxmini 6-7 ay həmin sexdə zərgər olaraq çalışmış, onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Hal-hazırda həmin sexdə çalışmır. Sexdə çalışdığı zaman gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayından 2023-cü ilin mart ayına qədər həmin sexdə zərgər olaraq çalışmış, gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Sexdə əyar damğasının vurulmasını Zərərçəkmiş şəxs27 həyata keçirmişdir. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Pandemiya dövrü istisna 2019-cu ildən 2023-cü il martın 9-na kimi həmin sexdə zərgər olaraq çalışmışdır. Gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, pandemiya dövrü istisna olmaqla 2019-cu ilin avqust ayından 2023-cü il martın 9-na kimi həmin müəssisədə zərgər olaraq çalışmışdır. Onu işə Mahmud götürmüşdür. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ildən 2023-cü il martın 9-na kimi həmin müəssisədə çalışmış, onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Sexdə işlərə nəzarət Fərid və İlqar tərəfindən həyata keçirilmişdir. Onlara nəzarət isə iş üzrə təqsirləndirilən şəxslər tərəfindən aparılmışdır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, pandemiya dövrü istisna olmaqla 2019-cu ildən 2023-cü il martın 9-na kimi həmin sexdə mumvuran olaraq çalışmış, onu işə İlqar İmamalıyev götürmüşdür. Gördüyü işin qarşılığında 500 AZN əmək haqqı almışdır. Sexdə işlərə nəzarət Fərid və İlqar tərəfindən həyata keçirilmiş, onlara nəzarət isə iş üzrə təqsirləndirilən şəxslər tərəfindən aparılmışdır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayından 2023-cü il martın 9-na kimi həmin sexdə zərgər olaraq çalışmış, onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Gördüyü işin qarşılığında 1000-1200 AZN əmək haqqı almışdır. Sexdə əyyar damğasının vurulması Zərərçəkmiş şəxs27 tərəfindən həyata keçirilmişdir. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci il oktyabr ayının 1-dən 2023-cü il martın 9-na kimi həmin sexdə mumvuran olaraq çalışmış və gördüyü işin qarşılığında 500 AZN əmək haqqı almışdır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci il iyul ayından 2023-cü il martın 9-na kimi həmin sexdə mumvuran olaraq çalışmış gördüyü işin qarşılığında 500 AZN əmək haqqı almışdır. Onu işə təqsirləndirilən şəxslər birgə qərarla götürmüşdürlər. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 qızı ifadəsində göstərmişdir ki, 2019-cu il dekabrın 3-dən pandemiya dövrü istisna olmaqla həmin sexdə mumvuran olaraq çalışmış və gördüyü işin qarşılığında 500 AZN əmək haqqı almışdır. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından həmin sexdə zərgər olaraq çalışmışdır. Onu işə təqsirləndirilən şəxslər birlikdə işə götürmüşdürlər. Gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Hazırda isə həmin sexdə çalışmır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, pandemiya dövrü istisna olmaqla həmin sexdə 2019-cu ildən mumvuran olaraq çalışmış, gördüyü işin qarşılığında 500 AZN əmək haqqı almış, onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, pandamiya dövrü istisna olmaqla 2019-cu ildən 2023-cü il martın 9-na kimi həmin sexdə mumvuran olaraq çalışmış və gördüyü işin qarşılığında 500 AZN əmək haqqı almışdır. Onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayından etibarən həmin sexdə cilalayıcı dizayner olaraq çalışmışdır. Sexdə təzə işlədiyindən əyar damğalarının kim tərəfindən vurulmasından xəbəri olmamışdır. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2019-cu ildən həmin sexdə işə başlamış, 600 AZN əmək haqqı almışdır. Sexdə qızılları parıldatmaqla məşğul olmuşdur. Hər üç təqsirləndirilən şəxslə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən həmin sexdə işə başlamış, 1 ilə yaxın orada çalışmışdır. Sonra hazırkı təqsirləndirilən cinayət məsuliyyətinə cəlb edilmişlər. Bundan sonra özünə yeni iş yeri taparaq «Moskva İnivermağında» çalışmağa başlamışdır. Hal-hazırda ayrı yerdə işləməkdədir. Həmin sexdə zərgər olaraq çalışmış, ***-**** AZN əmək haqqı almış, lakin əmək müqaviləsi olmamışdır. Onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Sexdə əyar damğasını Afiq adlı şəxs xüsusi aparat vasitəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X27 ifadəsində göstərmişdir ki, Mən 2022-ci il tarixdə həmin sexdə işləməyə başlamışdır. Onu Təqsirləndirilən şəxs2 işə qəbul etmişdir. 1 ilə yaxın onlarla çalışmış, lakin Təqsirləndirilən şəxs2 və digərləri saxlanıldıqdan sonra həmin yerdən işdən ayrılmışdır. Hal-hazırda başqa yerdə çalışmaqdadır. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, ilk əvvəl təhsil sahəsində, yəni «Araz» kurslarında işləmişdir. 2019-cu ildə Araz kursları bağlandıqdan sonra boş qalmamaq üçün qardaşı Vüqar dostunun qızıl sexi olduğunu bildirmiş və orada yazı işlərini həyata keçirməyi təklif etmişdir. Bundan sonra həmin sexdə işə başlamış, özü müqavilə bağlamağa icazə verməmişdir. Çünki, pandemiya dövründə 190 manat yardım ödənilirdi. Həmçinin orda günortadan sonra, yəni saat 15:00-dan saat 18:00dək işləmişdir. Sexin fəaliyyət göstərməsi, qızılların hazırlanması üçün icazələri mövcud olmamışdır. Lakin onlara heç kəs göstərdikləri fəaliyyətin qanunsuz olduğunu bildirməmişdir. Sexdə əyar damğasını Afiq adlı şəxs vurmuşdur. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, 2019-cu ildən həmin sexdə çalışmış, gördüyü işin qarşılığında 600-800 AZN əmək haqqı almışdır. Əsas işi dizayner olmuş, bundan əlavə həm komputerdə işləmiş, həmçinin də bəzən əyar damğası vurmuşdur. Lakin əyar damğası vurmağın qanunsuz olduğunu bilməmişdir. Onu işə təqsirləndirlən şəxslərin hər üçü birlikdə götürmüşdürlər. Əyar damğası vurmaqla bağlı ona müdirləri göstəriş vermişdir, əsasən də Təqsirləndirilən şəxs2 göstəriş verirmişdir. Əyar damğası vurduğu xüsusi aparatın alınmasında iştirak etməmişdir. Hazırda da həmin sexdə çalışır, lakin artıq əyar damğası vurmur. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, 2019-cu ildən fəaliyyətə başlamışdırlar. O, sexə nəzarəti həyata keçirmişdir. Belə ki, bütün işləri ustalara o vermiş və hazır vəziyyətdə də ustalardan geri qəbul etmişdir. Gördüyü iş əsasən bundan ibarət olmuşdur. Gördüyü işin qarşılığında 1200-1500 AZN əmək haqqı almışdır. Sex Mahmud və Vüqara məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3 ilə şərik olmuşdur. Əmək müqaviləsi tutulandan sonra bağlamışdır. Təxminən 20 nəfərə yaxın işçiləri olmuşdur. Əyar damğası vurulan xüsusi aparatı qardaşı Təqsirləndirilən şəxs2 almışdır, əyar damğasını həmin aparat vasitəsi ilə Zərərçəkmiş şəxs27 vurmuşdur. Sexə həmçinin ondan başqa İlqar İmamalıyev də nəzarət edirmiş. İşçiləri qardaşı ilə bərabər işə götürürmüşlər. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən həmin sexdə işə başlamış, 2021-ci il tarixdə isə Səid adlı şəxslə əmək müqaviləsi bağlamışdır. Hadisədən sonra yenidən müqavilə bağlamışdır. Gördüyü iş mum düzməkdən ibarət olmuşdur. Əyar damğasını xüsusi aparat vasitəsi ilə Zərərçəkmiş şəxs27 vururmuşdur. Qızılların satışını «Moskva» univermağında həyata keçiririlmişdir. Onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən həmin sexdə işləməyə başlamış, əmək müqaviləsini Sədi adlı şəxslə bağlamış və gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Hadisədən sonra isə əmək müqaviləsini yeniləyib Zərərçəkmiş şəxs26 ilə bağlamışdır. Onu işə hər üç təqsirləndirilən şəxs birlikdə götürmüşdür. Əyar damğasını xüsusi aparat vasitəsi ilə Zərərçəkmiş şəxs27 vururmuşdur. O, özü isə həmin sexdə zərgər olaraq çalışmışdır. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, 2021-ci ildən həmin sexdə zərgər olaraq işləmiş, gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. Hal-hazırda isə çalışmamaqdadır. Onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. Əyar damğasını xüsusi aparat vasitəsi ilə Zərərçəkmiş şəxs27 vururmuşdur. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 2019-ci ildən həmin sexdə zərgər olaraq işləmişdir. Gördüyü işin qarşılığında ***-**** AZN əmək haqqı almışdır. İlk əvvəl Səidlə əmək müqaviləsi bağlamışdır. Onu işə isə Təqsirləndirilən şəxs2 götürmüşdür. Əyar damğasını vurulmasını xüsusi aparat vasitəsi ilə Zərərçəkmiş şəxs27 həyata keçirirmişdir. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, həmin sexdə mumvuran kimi işə başlamışdır. Onu işə Təqsirləndirilən şəxs2 götürmüşdür. 1000 manat əmək haqqı almasına baxmayaraq, onunla əmək müqaviləsi bağlammamışdır. Təqsirləndirilən şəxslərin hər üçü ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, 2022-ci il sentyabr ayından həmin yerdə işə başlamış, az müddətdə işləmiş, onu işə Mahmud götürmüşdür. Sexdə qaynaqçı kimi işə qəbul olunmuşdur. İlk əvvəl stajor kimi kimi işə başlamış, 4-5 ay işləmişdir. Məlum hadisə də baş verdikdən sonra yenidən həmin sexə işə qayıtmamışdır. Onunla əmək müqaviləsi bağlanmamış, yeni işə başladığından işi öyrənməyə çalışmışdır. Əyar damğasını Afiq adlı şəxs vurmuşdur. Həmin sexdə otaqlar ayrı-ayrı olmuş, hərə öz otağında işini görürmüşdür. Həmin sex Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşmişdir. Hər üç təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından həmin yerdə işə qəbul olmuş, onu işə Mahmud götürmüşdür. Daha sonra isə digər təqsirləndirilən şəxslər Pərvin və Vüqarı tanımışdır. İlk 2 ay stajor kimi fəaliyyə başlamış, son 2-3 ayda isə işdə çalışmışdır. Həmin sexdə çirkli qızılların təmizlənməsi işini həyata keçirmiş, təxminən 500-550 manat arası maaş almışdır. Əyar damğasını Afiq adlı şəxs vurmuşdur. Hər üç təqsirləndirilən şəxs ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və qeyrilərinin barələrində CM-in 178.3.1, 206.4 və 213-3.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-in 178.3.1, 206.4 və 213-3.1-ci maddələrindən AR CM-nin 162-1.1, 178.3.1, 192.2.3, 206.4 və 213-3.1-ci maddələrinə tövsif olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Baş prokurorunun “Cinayət işi üzrə istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 162-1.1, 178.3.1, 192.2.3, 206.4 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 162-1.1, 178.3.1, 192.2.3, 206.4 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 162-1.1, 178.3.1, 192.2.3, 206.4 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-328/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-330/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-331/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 6/1491-9/1772 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1253492,20 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 162-1.1 və 213-3.1ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli 05/1677 nömrəli Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqının Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinədə davam etdirilməsi üçün göstəriş verilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi AR DİN-in Kibercinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi X18 tərəfindən icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 6/3429 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş məmulatların üzərindəki damğalar həkketmə üsulu ilə vurulmaqla kustar üsulla hazırlanmışdır. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 AR CM-nin 162-1.1 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 162-1.1 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 162-1.1 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 162-1.1 və 213-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qızı tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs X27 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs X6 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs27 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs25 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə ilk öncə ibtidai istintaq zamanı sübut kimi qiymətləndirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/3429 saylı “Materialların məhkəmə ekspertizası” (metal və daşların tədqiqi) rəyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin rəy iş üzrə sübut kimi tanına bilməz. Belə ki, iş materiallarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı 28 aprel 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli “Əşyaların təhvil verilməsi haqqında” protokollara əsasən ibtiqdai istintaq zamanı götürülmüş qızıl zinət əşyaları qanuni sahiblərinə qaytarılmışdır. İbtidai istintaq orqanı tərəfindən isə qızıl zinət əşyaları qanuni sahiblərinə qaytarıldıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə əlavə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmişdir. Qeyd edilən qərarda ekspertizanın hansı məhsullar üzrə (ölçüsü, çəkisi, hazırlandığı metal, üzərindəki əyar) keçirilməsi göstərilməmişdir. Həmin qərarla hansı məhsulların təqdim edildiyi də göstərilməmişdir. Eyni zamanda qeyd edilən rəydə təqdiqata təqdim edilmiş məmulatların üzərindəki damğaların həkketmə üsulu ilə kustar üsulla hazırlandığı qeyd edilmişdir. Lakin nə həmin rəydə də, nə də cinayət işinin materiallarında təqdqiqata təqdim edilmiş məmulatların nədən ibarət olması (adı, hazırlandığı metal, ölçüsü, çəkisi, məmulatın üzərinə həkk edilmiş əyarın göstəricisi) göstərilməmişdir. Məhkəmə hesab edir ki, qanuni sahiblərinə daha əvvəl geri qaytarılmış məmulatlar üzrə keçirilmiş həmin ekspertiza rəyi məmulatların üzərinə vurlmuş əyar damğasının kustar üsulla hazırlanmasını təsdiq edən sübut kimi tanına bilməz. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həm təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Orcu oğlu və X1, həm də iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış zərərçəkmiş şəxslərin ifadələri ilə təqsirləndirilən şəxslər tərəfindən istehsal olunmuş qızıl zinət əşyalarının özləri tərəfindən əyarlanması və özləri tərəfindən kustar üsulla damğalalanması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslər tərəfindən istehsal olunmuş qızıl məmulatlarının əyarına uyğun əyar damğasının vurulması və lisenziya ala bilməmələri ilə bağlı qeyd etdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, istehsal olunmuş qızıl məmulatlarının əyarına uyğun damğanın vurulması CM-nin 213-3.1-ci maddəsi ilə cinayət məsuliyyətini istisna etmir. Çünki qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X23 Dövlət Xidməti tərəfindən həyata keçirilməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istehsal olunmuş məmulatların damğalanması üçün ilk öncə həmin məmulatların əyarlanması həyata keçirilməli, daha sonra müəyyən edilmiş əyara uyğun damğlanmalıdır. İş materiallarından müəyyən edilir ki, istehsal olunmuş məmulatların əyarlanması da təqsirləndirilən şəxslərin özləri tərəfindən həyata keçirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 və 213-3.1-ci maddələri ilə qadağan olunmuş cinayət əməlinin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilondikləri maddələrlə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradır. Həm ibtidai istintaq zamanı, həmçinin də məhkəmə istintaqı zamanı toplanmış sübutlar, zərərçəkmiş şəxslərin ifadələri və təqsirləndirilən şəxslərin etiraf edici ifadələri ilə tam şəkildə sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 28 nəfər xüsusi biliyə, bacarığa və təcrübəyə malik olan işçiləri, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızını, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Nafiq oğlunu, X15, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X10, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, X16, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X3, Zərərçəkmiş şəxs26 və Zərərçəkmiş şəxs27 həmin sexdə kustar üsulla qiymətli metal və qiymətli daşlardan zərgərlik məmulatlarının hazırlanması işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin də törədilməsi toplanmış sübutlar, zərəçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri ilə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərgərlik məmulatlarını hazırlanmaq və zərgərlik məmulatlarının üzərində dövlət əyar damğasını saxtalaşdırmaq üçün zəruri qurğu və avadanlıqlar əldə edib həmin sexə yerləşdirmiş, həmin qurğu və avadanlıqlar vasitəsi ilə 2019-cu ilin sonlarından 9 mart 2023-cü il saat 18:21-dək olan müddət ərzində xüsusi qurğu və avadanlıqlardan istifadə etməklə qiymətli metal və qiymətli daşlardan hazırlanan zərgərlik məmulatlarının üzərinə kustar üsulla hazırlanaraq saxtalaşdırılmış əyar damğalarını işlərin yerinə yetirilməsinə cəlb edilmiş Zərərçəkmiş şəxs27 tərəfindən həkketmə üsulu ilə vurulmasını həyata keçirərək dövlət ǝyar damğalarını saxtalaşdırmışdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-3.1-ci maddəsinə əsasən qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma cinayət məsuliyyəti yaradır. Dövlət ǝyar damğalarını saxtalaşdırma dedikdə, məmulat üzərindəki damğaların dəyişdirilməsi, ona əlavələr edilməsi, Qiymətli Metallara və X23 Dövlət Xidməti tərəfindən əyarlanmamış və damğlanmamış məmulata damğa vurulması, habelə saxta yolla damğalama vasitəsi hazırlama başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması haqqında” 09 iyul 2008-ci il tarixli, 153 saylı Qərarı ilə qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması qaydaları müəyyən edilmişdir. Həmin qərarın 2-ci bəndində Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X23 Dövlət Xidməti tərəfindən həyata keçirildiyi göstərilmişdir. Qeyd edilən qaydaların 3-cü bəndinə əsasən qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət məmulatları, əşyaları dövlət əyar damğası ilə damğalanmalıdır. Qeyd edilən qaydaların 6-cı bəndinə əsasən Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün onların istehsalçıları tərəfindən, xaricdən satış üçün ölkə ərazisinə gətirilən məmulatlar isə onları gətirən sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən təqdim olunmalıdır. Bu məqsədlə həmin şəxslər Qiymətli Metallara və X23 Dövlət Xidmətinə ərizə ilə müraciət etməlidirlər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunun 4.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı həmin Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavənin 70-ci bəndinə əsasən “qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası” sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən qiymətli metallardan hazırlanmış (istehsal olunmuş) məhsulları, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanması və damğalanması üçün Qiymətli Metallara və X23 Dövlət Xidmətinə ərizə ilə müraciət edilməmiş, istehsal edilmiş məmulatların əyarları özləri tərəfindən müəyyən edilərək kustar üsulla özləri tərəfindən damğalanmışdır. Bu hal həm cinayət işi materialları ilə, həm də təqsirləndirilən və zərəçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Qiymətli Metallara və X23 Dövlət Xidməti tərəfindən əyarlanmalı və damğalanmalı məmulatları özləri əyarlarını müəyyən edərək saxta yolla damğalanmasını həyata keçirmişlər. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1 və 213-3.1-ci maddələri ilə təqsirli bilinməli, barələrində həmin maddələrin sanskiyasında nəzərdə tutulmuş ədalətli cəza tətbiq edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlnun təqsirləndirildiyi CM-in 162-1.1 və 213-3.1-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, təqsirləndirilən şəxslər həmin Cinayət Məcəlləsinin 162-1.1 və 213-3.1-ci maddələrində göstərilən cinayət əməlləri törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 162-1.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası, CM-nin 213-3.1-ci maddəsinin sanksiyasında isə 3 növ cəza, yəni cərimə, islah işləri və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və üçü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin 162-1.1-ci və 213- 3.1-ci maddələrinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə yuxarı həddə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CMnin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Nafiq oğlu, X26, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, X27, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X6, Zərərçəkmiş şəxs26 və Zərərçəkmiş şəxs27 ilə barışması, həmin 28 zəzərçəkmiş şəxsin təqsiləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələblərinin olmaması, törətdikləri əməlləri səmimi etiraf edərək əməllərindən peşman olmaları, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları təqsirləndirilən hər üç şəxsə münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs2 himayəsində xx.xx-2018-ci il təvəlldüdlü X19, xx.xx.2019-cu il təvəlldüdlü X29 adlı iki az yaşlı övldaının olması Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2011-ci il təvəlldüdlü X12, xx.xx.2017-ci il təvəlldüdlü X9 adlı iki az yaşlı övldaının olması Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəlldüdlü X11, xx.xx.2013-cü il təvəlldüdlü X13 adlı iki az yaşlı övldaının olması Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməllərini qabaqcadan əlbir olan şəxs halında törətmələrini CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 162-1.1-ci və 213-3.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş yuxarı həddə cərimə cəzaları təyin edilməli, təyin edilmiş cərimə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən tam toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 10 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək, 1 (bir) ay 23 (iyirmi üç) gün müddət həbsdə saxlanılmışlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 69.2-ci maddəsi ilə təyin edilmiş qəti cərimə cəzaları həmin Məcəllənin 69.4-cü maddəsi nəzərə alınmaqla yüngüllləşdirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, ünvan 6 ünvanında yerləşən sexə və ünvan 7 ünvanında yerləşən “Moskva” ticarət mərkəzinə baxışların keçirilməsinə dair videogörüntülərin əks olunduğu 02 ədəd disklər 2 (iki) ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, CPM-nin 346.1.19-cu və 353.4.11-ci maddələrinə əsasən Cinayət Məcəlləsinin 99-1-ci maddəsində qeyd edilən xüsusi müsadirə edilməli olan əmlakın olub olmaması məsələsi də həll edilməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.(xüsusi müsadirə edilməlidir.) Məhkəmə icilasında araşdırılmış sübutlarala müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən sexdə kustar üsulla hazırlanmış qızıl məmulatlarının üzərinə dövlət əyar damğaları təqsirləndirlən şəxslərə məxsus BM-F30 model, Bm020188009 seriyalı, 2017-ci ilin yanvar ayında istehsal olunmuş qurğu (komputer avadanlığı) vasitəsi ilə vurulmuşdur. Göründüyü kimi qeyd edilən komputer avadanlığı CM-nin 213-3.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində alət kimi istifadə edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, həmin qurğu (komputer avadanlığı) dövlət nəfinə müsadirə edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatla əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmş) saat, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60(altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60(altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə 390 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müşətərək qaydada tutularaq ekspertizanı həyata keçirmiş orqana ödənilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1 və 213-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə 10000 (on min) məbləğində cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-3.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq, 16000 (on altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 13000 (on üç min ) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1 və 213-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə 10000 (on min) məbləğində cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-3.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cərimə cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq, 16000 (on altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 10 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 13000 (on üç min ) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin.

3. X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1 və 213-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə 10000 (on min) məbləğində cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-3.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X4 təyin edilmiş cərimə cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq, 16000 (on altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X2 10 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 13000 (on üç min) manat cərimə cəzası saxlanılsın. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. X4 məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış)manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İbtidai istintaq zamanı götürülmüş qızıl məmulatlarının sahiblərinə təhvil verilməsi nəzərə alınsın. ünvan 8 ünvanında yerləşən sexdən aşkar edilmiş və kustar üsulla hazırlanmış qızıl məmulatlarının üzərində dövlət əyar damğalarının saxtalaşdırılması məqsədi ilə istifadə edilən, saxlanılması üçün təqsirləndirilən şəxslərə verilmiş BM-F30 model, Bm020188009 seriyalı, 2017-ci ilin yanvar ayında istehsal olunmuş qurğu (komputer avadanlığı) hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar