Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-53/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2020-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən iki otaqlı evin yataq otağının nəfəsliyinin açıq olmasından istifadə edərək pəncərənin cəftəsini açıb evə qanunsuz daxil olaraq həmin otaqda olan sonuncuya məxsus şüşə bankalara yığılmış 50 qəpiklik dəmir pullarla cəmi 150 manat, 20 qəpiklik dəmir pullarla cəmi 30 manat, 105 manat əskinas şəklində pulları, bir ədəd 110 manat dəyərində stolüstü ütünü, bir ədəd 40 manat dəyərində süfrəni, iki ədəd hər biri 28 manat olmaqla cəmi 56 manat dəyərində yataq dəstini, üç ədəd hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində, iki ədəd hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində, bir ədəd 10 manat dəyərində, bir ədəd 35 manat dəyərində qadın koftalarını, bir ədəd 40 manat dəyərində şuba formalı qolsuz qadın gödəkçəsini, bir ədəd 15 manat dəyərində kişi şalvarını, bir ədəd 12 manat dəyərində, bir ədəd isə 25 manat dəyərində kişi köynəklərini, bir ədəd 30 manat dəyərində tünd boz rəngli, qollu, yun toxumalı, boyun hissəsində «SVH Triko» XL yazısı olan kişi jaketini, bir ədəd 35 manat dəyərində qara rəngli, qollu, boyun hissəsində «R Ş A collection s» yazısı olan kişi jaketini, bir ədəd 200 manat dəyərində qadın donunu və 10 manat dəyərində üzərində «sport» yazısı olan qara rəngli idman çantasını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1008 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 20 aprel 2021-cu il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4 saylı binanın 10-cu mərtəbənin dəhlizinə gələrək orada Zərərçəkmiş şəxs2 yaşadığı 36 nömrəli mənzilin qarşısında saxlanılan sonuncuya məxsus 550 manat dəyərində “Trek” markalı velosipedi gizli yolla talayıb zərər çəkmiş şəxs E.Mirbəşir oğluna həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 24 aprel 2021-cu il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 57 saylı binanın 11-ci mərtəbənin dəhlizinə gələrək orada Zərərçəkmiş şəxs3 yaşadığı 74 nömrəli mənzilin qarşısında saxlanılan sonuncuya məxsus 700 manat dəyərində uşaqlar üçün nəzərdə tutulmuş qara rəngli “Eurostar” markalı velosipedi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2002-ci ildən anadan olduğu Sabirabad rayonundan ailəsilə birlikdə Bakı şəhərinə köçərək burada müxtəlif ünvanlarda kirayə yaşamışlar. 2013-cü il tarixdən başlayaraq narkotik vasitə olan heroin istifadə edir və bu onda bir müddət asılılıq yaratmışdır. 21.07.2020-ci il tarixdə ağrıları olduğu üçün o, narkotik vasitə almaq istəsə də bunun üçün pul tapa bilməmiş və oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 21.07.2020-ci il tarixdə səhər saat 07 radələrində əvvəllər ailəsilə birlikdə kirayə yaşadığı ünvan 5 ünvanında yerləşən Rövşən Nəsirliyə məxsus kirayə evlər verdiyi həyətə gəlmişdir. O, oraya əvvəlcədən həmin həyətdə gördüyü lazımsız dəmirləri götürüb metal qəbulu sexlərinə sataraq pul əldə edib narkotik vasitə almaq məqsədi ilə gəlmişdir. Bu məqsədlə ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra R.Nəsirliyə məxsus kirayə verdiyi iki otaqlı evin arxasına keçmişdir. Orada həmin evin taxta pəncərəsinin nəfəsliyinin açıq və evin içərisində isə müxtəlif bağlamalarda əşyaların olmasını görmüşdür. O, evin içərisində həmin əşyaları gördükdən sonra onları oğurlamağa qərar verərək taxta pəncərənin nəfəsliyindən əlini salıb pəncərənin bir gözünü açaraq oradan evin qonaq otağına daxil olmuşdur. Həmin vaxt o, pul və ya qiymətli əşya tapmaq üçün otaqda olan əşyaların içərisini axtarmağa başlamışdır. Otaqda olan böyük qutunun içərisinə baxan zaman həmin qutuda içərisində 20 qəpiklik dəmir pullar və bir manatlıq əskinaslarla ümumilikdə 5 manat pul olan şüşə bankanı görmüşdür. O, həmin bankanın qapağını açaraq onun içərisində 20 qəpiklik dəmir pullardan ibarət ümumilikdə 30 manat pulu və bir manatlıq əskinaslarla ümumilikdə 5 manat pulu götürüb evin içərisindən tapdığı qara rəngli üzərində “sport” yazısı olan idman çantasının cibinə yığmışdır. Həmin çantanın içərisində paltarlar olmuşdur. Bundan sonra o, həmin qutudan bir ədəd içərisində 50 qəpiklik dəmir pullar olan banka da tapmışdır ki, həmin bankada olan 50 qəpikliklərlə ümumilikdə 150 manat pulu da qeyd etdiyi idman çantasının yan cibinə yığmışdır. Daha sonra o, otaqda olan digər qutulara baxan zaman orada içərisində 06 ədəd stəkan olan qutudan 02 ədəd 10 manatlıq əskinaslarla ümumilikdə 20 manat və müxtəlif əskinaslarla ümumilikdə 80 manat pul tapıb cibinə qoymuşdur. Həmin otaqda başqa qiymətli əşyalar axtaran zaman orada əşyaların içərisindən bir ədəd ütünü də götürüb qeyd etdiyi idman çantasında olan geyim əşyalarının üzərinə qoyaraq həmin otağın pəncərəsindən girdiyi kimi çıxıb oranı tərk etmişdir. O, həmin yerdən xeyli uzaqlaşaraq Yasamal rayonu, Xiyabani küçəsində yerləşən binalardan birinin yanında oturub həmin evdən oğurladığı idman çantasına baxan zaman çantanın içərisində 01 ədəd süfrə, 02 ədəd yataq dəsti, 01 ədəd tüklü qadın gödəkcəsi, 07 ədəd qadın köynəyi, 01 ədəd qadın donu, 01 ədəd kişi şalvarı və 02 ədəd kişi siviterinin olmasını görmüşdür. Həmin çantada olan əşyalardan bir qədər təzə olanlarını, yəni pula gedən bir neçəsini satmaq üçün götürüb yerdə qalanını aparıb ailəsilə birlikdə kirayə yaşadığı ünvan 2vanında özünə məxsus otaqda gizlətmişdir. Ailə üzvüləri həmin çantanı haradan əldə etdiyini soruşduqda onlara çantanın dostuna məxsus olduğunu və gəlib götürəcəyini bildirmişdir. Bundan sonra o, oğurluq etdiyi evdən götürdüyü idman çantasından satmaq üçün ayırdığı 01 ədəd ütü, 02 ədəd yataq dəsti, 01 ədəd süfrə, 01 ədəd qadın donu, 02 ədəd qadın koftası, 01 ədəd qadın gödəkcəsi, 01 ədəd kişi şalvarını götürüb sataraq narkotik vasitə almaq məqsədi ilə Nəsimi rayonu “Papanin” adlanan yerə getmişdir. Orada oğurladığı əşyaları ümumilikdə 140 manat pul müqabilində bir nəfər tanımadığı şəxsə özünə məxsus olduğunu bildirərək satıb əldə etdiyi pulun bir hissəsinə narkotik vasitə olan heroin alaraq ineksiya yolu ilə qəbul etmişdir. Qalan pulu, o cümlədən evdən oğurladığı kağız əskinaslardan və qəpiklərdən ibarət pulları isə gündəlik ehtiyaclarına xərcləmişdir. Həmin evdən oğurladığı idman çantasında qalan digər əşyaları isə evlərində saxlamışdır. 12.06.2021-ci il tarixdə günün ikinci yarısında o, Nəsimi rayonu ərazisində yerləşən “Avrasiya” klinikasının yanında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirib onu oğurluq cinayətində şübhəli olduğu üçün Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. O, da polislərə etiraz etməyib onlarla birlikdə gedərək 21.07.2020-ci il tarixdə saat 07 radələrində ünvan 5 ünvanında yerləşən evdən oğurluq etdiyini səmimi şəkildə etiraf etmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə kirayədə yaşadığı evə gedərək həmin evdən oğurladığı içərisində 7 ədəd geyim əşyası olan idman çantasını onlara təqdim etmişdir. Bundan başqa, o, 20 aprel 2021-ci il tarixdə, saat təxminən 12 radələrində Binəqədi rayonu, Musabəyov küçəsində binaların arası ilə gəzərkən «Nəfəs» klinikası ilə üzbəüz yerləşən hündürmərtəbəli binanın bloklarından birinin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, binanın mərtəbə dəhlizlərinə baxaraq velosiped görəcəyi təqdirdə gizlincə oğurlayıb satıb pul əldə etməsini fikirləşmişdir. Bu məqsədlə binanın blokunun açıq qapısından keçib liftlə ən yuxarı mərtəbəyə qalxmış və oradan piyada aşağı düşərək velosiped olsa oğurlaması üçün hər mərtəbənin dəhlizlərinə baxmışdır. 10-cu mərtəbədə mənzilin qapısı yanında bir neçə velosiped görmüş və onlardan təzə olanını oğurlamışdır. O, velosipedlə liftə daxıl olub binanın mənfi birinci mərtəbəsinə, yəni maşın qarajına düşmüş və oradan velosipedi idarə edib maşınlar çıxan darvazadan çıxıb uzaqlaşmışdır. Heç kim onu görməmiş və saxlamamışdır. O, həmin velosipedi «Papanin» adlanan yerə aparıb «qaraçı» kimi tanıdığı və adlarını bilmədiyi şəxslərə özünə məxsus olduğunu bildirib 30 manata satmışdır. Bildirir ki, velosipedin markası yadımda deyil, amma təzə velosiped olmuş və böyük adamlar üçün deyil, təxminən 15-16 yaşlı cavanlar üçün nəzərdə tutulmuş velosiped olmuşdur. Əldə etdiyi 30 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, yenidən pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və 24 aprel 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 57 saylı hündürmərtəbəli yeni tikilmiş binanın qarşısından keçərkən giriş qapısının olmadığını görüb, blokda velosiped olma ehtimalı ilə oğurluq məqsədi ilə bloka girib mərtəbələri qalxmağa başlamış, 11-ci mərtəbədə dəhlizdə qara rəngli velosiped olduğunu görüb, həmin velosipedi oğurlayıb liftlə aşağı düşürmüş və sürərək oradan uzaqlaşmışdır. Velosipedi "Papanin" deyilən əraziyə aparıb satmaq istəmiş, lakin Ə.Rəcəbli küçəsində «Elit» ticarət mərkəzinin yaxınlığında hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb, şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə aparmışlar. Bölmədə sorğu zamanı o, etdiyi əməli səmimi olaraq etiraf etmiş, sürdüyü velosipedi Ş.Məmmədova küçəsində yerləşən hündürmərtəbəli binadan oğurladığını bildirmiş və könüllü olaraq oğurladığı «Eurostar» markalı velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlində peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanın ödənilməsini qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən ailəsilə birlikdə Yasamal rayonu, Ü.Əkbərov küçəsində fərdi həyət evində kirayə yaşamışdır. Həmin kirayə yaşadığı evin kirayə haqqı çox olduğu üçün onlar başqa nisbətən ucuz qiymətə kirayə verilən ev tapıb ora köçmələrinə qərar vermişlər. Bu məqsədlə onlar ünvan 7 ünvanında X2 məxsus həyətdə bir otaqlı ev tapmış və 20.07.2020-ci il tarixdə Rövşənlə aylıq 160 manat icarə haqqına razılaşaraq həmin evi kirayə tutmuşlar. Həmin gecə təxminən saat 23:00-da onlar əşyalarının bir hissəsini, yəni məişət əşyalarını və geyim əşyalarını gətirib həmin evə yığaraq evdən çıxıb getmişlər. 21.07.2020-ci il tarixdə, saat 16:30-da əşyalarının yerdə qalan hissəsini həmin evə gətirmişlər. O, evin qapısının kilidini açaraq içəriyə daxil olan zaman evin taxta pəncərəsinin bir gözü açıq vəziyyətdə olmasını və evin içərisinə yığdıqları əşyaların dağıdığını görmüşdür. Həmin vaxt o, evdə olan əşyalarına toxunmadan yaxınlıqda yerləşən 29-cu Polis şöbəsinə gedərək hadisə barədə ərizə yazmışdır. Bundan sonra polislərlə birlikdə yenidən yaşadıqları qayıdıb evə baxış keçirən zaman orada şüşə bankalara 50 qəpiklik dəmir pullarla yığdığı 150 manat, 20 qəpiklik dəmir pullarla yığdığı 30 manat, iki ədəd 10 manatlıq, beş ədəd 1 manatlıq və 80 manat əskinas şəklində, yəni əskinas şəklində ümumi 105 manat pullarının oğurlanmasını görmüşdür. Bundan başqa o, əşyalarının içərisinə baxış keçirən zaman oradan bir ədəd 110 manat dəyərində markasını xatırlamadığı ütü, bir ədəd 40 manat dəyərində süfrə, iki ədəd hər biri 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində yataq dəsti, üç ədəd hər biri 25 manat olmaqla ümumilikdə 75 manat dəyərində, iki ədəd hər biri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində, bir ədəd 10 manat dəyərində, bir ədəd 35 manat dəyərində qadın koftaları, bir ədəd 40 manat dəyərində şuba formalı qolsuz qadın gödəkçəsi, bir ədəd 15 manat dəyərində kişi şalvarı, bir ədəd 12 manat dəyərində, bir ədəd isə 25 manat dəyərində kişi köynəkləri, 1 ədəd 30 manat dəyərində tünd boz rəngli, qollu, yun toxumalı kişi jaketi, 1 ədəd 35 manat dəyərində qara rəngli, qollu kişi jaketi və 200 manat dəyərində bir ədəd qadın donunun, həmçinin paltarları yığdıqları 10 manat dəyərində üzərində «sport» yazısı olan qara rəngli idman çantasının oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı nəticəsində ona ümumilikdə 1008 manat maddi ziyan dəymişdir. Onun idman çantası və iki ədəd kişi jaketi barədə ilkin ərizə və ifadəsində göstərmək yadından çıxmışdır. Sonradan polis idarəsində olarkən ona məlum olmuşdur ki, evdən oğurluğu əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vrulumuş ziyan tam şəkildə dənilmiş, onun təqsirləndirilən şəxsən heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında oğlu Mirtamerlan Mahmudov üçün səhv etmirsə 8-ci mikrorayonda yerləşən «Bizim market»dən 850 manata qara rəngli «Eurostar» markalı velosiped almışdır. Oğlu velosipedi idarə etdikdən sonra onu yaşadıqları binanın blokunda mənzillərinin giriş qapısının qarşısında divara söykənmiş vəziyyətdə saxlayırmış. Mirtamerlan həmin velosipedi mütəmadi deyil, bəzi hallarda istifadə edirmiş. Yaşadıqları 74 saylı mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Sonuncu dəfə Mirtamerlan 22 aprel 2021-ci il tarixdə velosipeddən istifadə etmiş və sonra həmişə olduğu kimi blokda mənzilimizin giriş qapısının qarşısında divara söykənmiş vəziyyətdə saxlamışdır. 23 aprel 2021-ci il tarixdə axşam saatlarında o, evə gələndə velosiped yerində olmuşdur. 24 aprel 2021-ci il tarixdə, səhər saat 9 radələrində o, evdən çıxarkən velosipedin yerində olmadığını görmüş və velosipedin oğurlandığını başa düşmüşdür. Lakin o, velosipedin kim tərəfindən oğurlanmasını bilməmiş, oğurluq hadisəsinin şahidi olmamış və həmin gecə blokda hər hansı səs eşitməmişdir. Buna görə də o, oğurluq barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Polis Bölməsində olub izahat yazarkən ərazidə xidmət aparan polis əməkdaşları onların velosipedini oğurlayan şəxsi velosipedlə birlikdə tapıb Polis Bölməsinə gətirmişlər. O, velosipedi görən kimi tanıyıb ona məxsus olduğunu bildirmiş və həmin şəxs də velosipedi onların mənzilin qarşısından oğurladığını etiraf etmişdir. O, həmin şəxsi əvvəllər tanımamışdır. Velosipedi bir il əvvəl 850 manata aldığını və istifadə edildiyi üçün hazırki dəyərinin 700 manat olduğunu, yəni oğurluq nəticəsində ona 700 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vrulumuş ziyan tam şəkildə dənilmiş, onun təqsirləndirilən şəxsən heç bir şikayəti tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, ona məxsus olan «Trek» markalı velosipedi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsi, ev 4, 36 nömrəli mənzilin qarşısında blokda divara söykənmiş vəziyyətdə saxlayırmış. 20 aprel 2021-ci il tarixdə, saat 10:00 radələrində o, velosipedin yerində olduğunu görmüşdür. Həmin günü saat 16:00 radələrində mənzildən bayıra çıxanda velosipedin yerində olmadığını görmüş və velosipedin oğurlandığını güman etmişdir. Bu səbəbdən də həmin günü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. 4-cü Polis şöbəsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, həmçinin o, yazılı ərizə də vermişdir. O, həmin velosipedi bir neçə ay əvvəl 550 manata almış və cəmi bir neçə dəfə istifadə edildiyindən demək olar ki, təzə vəziyyətdə olmuşdur. Oğurluq nəticəsində ona 550 manat maddi ziyan dəymişdir. Ərizə yazandan bir neçə gün sonra Polis şöbəsindən oğurluğu törədən şəxsin saxlanılması, həmin şəxsin Binəqədi rayonu ərazisində başqa ünvandan da velosiped oğurlaması barədə ona şifahi olaraq məlumat verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir, polis kapitanıdır. 23 aprel 2021-ci ilin tarixdə saat 09:00-dan 24 aprel 2021-ci il tarixdə saat 09:00-a qədər 5-ci Polis Bölməsində əməliyyat qrupunda növbətçi olmuşdur. 24 aprel 2021-ci il tarixə keçən gecə saat təxminən 02:00 radələrində Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3la birlikdə bölmənin inzibati ərazisində xidmətdə olarkən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində, «Elit» ticarət mərkəzinin yaxınlığında bir nəfər şəxsin yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped sürdüyünü və özünü çox şübhəli apardığını görüb onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edib haradan gəldiyini soruşmuşlar. Həmin şəxs özünü hədsiz dərəcədə şübhəli aparmış, onların polis əməkdaşı olduqlarını gördükdən sonra isə daha da özünü itirmiş və verilən suallara qarışıq cavablar verməyə başlamışdır. Ondan nə üçün yaşına uyğun olmayan yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped sürdüyünü soruşduqda, o, həmin vaxtı velosipedi oğurladığını etiraf etmiş və onu 5-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədiyindən birlikdə Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində araşdırma zamanı gətirilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onlar Təqsirləndirilən şəxs gətirilməsi barədə bölmə rəhbərliyinə raport yazmışlar. Təqsirləndirilən şəxs sürdüyü «Eurostar» markalı velosipedi az müddət əvvəl Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən hündürmərtəbəli binanın 11-ci mərtəbəsində blokdan gizlicə oğurladığını bildirmişdir. Daha sonra isə elə həmin günü səhər saatlarında Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, 74 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs3 5-ci Polis Bölməsinə gələrək həmin gecə övladının velosipedinin oğurlanması barədə ərizə yazğış və Zərərçəkmiş şəxs3 velosipedlə birlikdə Polis Bölməsinə gətirilən Təqsirləndirilən şəxs sürdüyü həmin velosipedi görüb tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən oğurluq faktı ilə bağlı toplanmış materiallar X3 göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onunla bir ünvanda yaşayır. Təxminən bir il bundan əvvəl, 2020-ci ilin yay aylarında, dəqiq tarix yadında deyil, Kamil evə bir qara rəngli idman çantası gətirmiş və hansısa dostunun olmasını, gəlib götürəcəyini demişdir. Kamil dostunun adını deməmiş və həmin çanta onların evində qalmışdır. Bir xeyli müddət sonra o, çantanın içərisinə baxanda içində paltarlar olmasını görmüş, lakin paltarları açıb baxmamışdır. Hərdən Kamildən çanta barədə onu götürənin olmamasını soruşmuşdur. Kamil isə həmişə hansısa dostunun olmasını, narahat olmamasını və gəlib götürəcəyini demişdir. Çanta evdə şkafda qalmış və artıq ona əhəmiyyət verməmişdir. 2021-ci ilin iyun ayında Kamil polis əməkdaşları ilə evə gəlmiş və çantanı polis əməkdaşlarına göstərmiş, polislər də çantanı götürüb Kamillə birlikdə çıxıb getmişlər. Həmin vaxtı o, Kamilin həmin çantanı və içərisindəki paltarları hansısa mənzildən oğurlamasını bilmişdir. Sonrakı vaxtda Yasamal Polis İdarəsində Kamil həbs olunandan sonra onlar müstəntiqdən Kamilin oğurluq etdiyi evin sahibinin nömrəsini alıb barışıq məqsədilə onunla danışmış, ev sahibi ziyanının ödənilməsini istəmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə oların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 20.04.2021-ci il tarixli protokoldn və ona əlavə edilmiş fotoşəkillərdən, eləcə də diskdən görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi, 4 saylı binanın müşahidə kamerasının 20 aprel 2021-ci il tarixə aid görüntüləri götürülərək CD diskə köçürülmüş, həmin diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdirki, diskdə 2 ədəd videofayl vardır. Müddəti 7 saniyə olan videofayla baxıldıqda görünür ki, Təqsirləndirilən şəxs binanın avtomobil qarajında lift tərəfdən velosiped idarə edərək çıxışa doğru gedir. 22.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 24.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı bir ədəd “Eurostar” markalı qara rəngli velosipedi könüllü şəkildə tədqiqata təqdim etmişdir. 24.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 07.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 200 manat məbləində cərimə cəzasına məhkum edilmişdir. 08.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. 17.11.2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə fakta görə CMin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 04.08.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-7720-1220 nömrəli məktubdan görünür ki, Yasamal RPİ-nin 28.07.2020-ci il tarixli, 095-10612-1220 nömrəli məktubu vasitəsi ilə, 21.07.2020-ci il tarixdə ünvan 9 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 03.08.2020-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin avtomatlaşdırılmış eyniləşdirilmə sistemində olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Abşeron RPİ-dən daxil olmuş), xx.xx.1991-ci ildə Sabirabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və orta barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. 12.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 13.06.2021-ci il tarixli rptokoldan və ona əlavə eidlmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. 13.06.2021-ci il tarixli qərar və protokoldan görünür ki, 21.07.2020-ci il tarixdə saat 07 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 kirayə yaşadığı evdən oğurladığı içərisində 5 ədəd qadın koftası, 2 ədəd kişi koftası və üzərində “sport” yazısı olan 1 ədəd qara rəngli idman çantası Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Pünhan Əbilov tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 4(001)-305/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmışdır. 30.06.2021-ci il tarixli, 3/1077 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər əlin barmaq hissəsinin dırnaq falanqasının toxunması nəticəsində qalmışdır. ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki «a» əlbarmaq izi isə Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 2 saylı daktilolentin səthindəki «c» əl-barmaq və papilyar naxış izləri, 3-4 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 12.07.2021-ci il tarixli, 9/4060 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: 1) 1 ədəd boz rəngli, boğazlı, qısa qol, toxumalı, dama-dama bəzəkli, düyməli, boyun hissəsində «YAŞAR collection» yazısı olan qadın koftasının qiyməti 7 manat; 2) 1 ədəd boz rəngli, qısaqol, yun toxumalı qadın koftasının qiyməti 5 manat; 3) 1 ədəd içərisində markalanma göstəricisi olmayan, mavi rəngli, zərli, muncuqlu, qollu qadın koftasının qiyməti 10 manat; 4) 1 ədəd içərisində markalanma göstəriciləri olmayan yaşıl rəngli, qollu, ön hissəsində qızılı rəngli qoşa düymələr olan qadın koftasının qiyməti 5 manat; 5) 1 ədəd içərisində markalanma göstəriciləri olmayan, qara rəngli, qollu, qabaq hissəsində zərli qadın əli işarəsi olan qadın koftasının qiyməti 5 manat; 6) 1 ədəd tünd boz rəngli, qollu, yün toxumalı, boyun hissəsində «SVH Triko» XL yazısı olan kişi koftasının qiyməti 15 manat; 7) 1 ədəd qara rəngli, qollu, boyun hissəsində «R Ş A collection s» yazısı olan kişi koftasının qiyməti 3 manat; 8) 1 ədəd 25 sm x 55 sm ölçüdə, qara rəngli, üzərində «sport» yazısı olan idman çantasının qiyməti 10 manat. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.08.2021-ci il tarixli, 4(001)-813/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 19.09.2021-ci il tarixədək uzadılmışdır. 07.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı 7 ədəd geyim əşyası və bir ədəd idman çantasına Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 geyim əşyalarını və idman çantasına baxıb həmin əşyaların ona məxsus olduğunu və 21 iyul 2020-ci il tarixdə kirayədə yaşadığı evdən oğurlandığını bildirmişdir. 07.09.2021-ci il tarixli Sabirabad rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Cavadlı X4 Rayon Məhkəməsinin 28.06.2013-cü il tarixli hökmü ilə məhkum olunduğu 200 manat cərimə cəzasını 14.05.2014-cü il tarixdə tam olaraq ödəmişdir. 10.09.2021-ci il tarixli, 9/6379 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, uşaqlar üçün nəzərdə tutulmuş, «Eurostar» markalı velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən olunur. 11.09.2021-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd «Eurostar» markalı velosiped, 5 (beş) ədəd qadın koftası, 2 (iki) ədəd kişi koftası və üzərində “Sport” yazısı olan 1 (bir) ədəd qara rəngli idman çantası, Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd əlbarmaq izi iş üzrə maddi sübut kimi, Təqsirləndirilən şəxs oğurladığı velosipedi idarə etməsinin görüntüləri köçürülmüş 1 (bir) ədəd disk maddi sübut qismində tanınmış və disklə birlikdə əl-barmaq izləri cinayət işinin materiallarına əlavə edilmişdir. 11.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İbtidai istintaq zamanı alınmış qəbzlərdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd «Eurostar» markalı velosiped saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3, 5 (beş) ədəd qadın koftası, 2 (iki) ədəd kişi koftası və üzərində “Sport” yazısı olan 1 (bir) ədəd qara rəngli idman çantası saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmiş, aralarında barışıq əldə olunmuş və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26 aprel 2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 4(001)-305/2021 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmışdır. Hazırda isə həmin qətimkan tədbiri üvvədə olmuş və Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd «Eurostar» markalı velosipedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3, 5 (beş) ədəd qadın koftası, 2 (iki) ədəd kişi koftası və üzərində “Sport” yazısı olan 1 (bir) ədəd qara rəngli idman çantasının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, 2 (iki) ədəd əl-barmaq izi və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 161,29 (bir yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd «Eurostar» markalı velosipedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3, 5 (beş) ədəd qadın koftası, 2 (iki) ədəd kişi koftası və üzərində “Sport” yazısı olan 1 (bir) ədəd qara rəngli idman çantasının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd əl-barmaq izi və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 161,29 (bir yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-53/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-53/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver