Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-532/2022 09.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də santexnik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, ikinci dərəcəli gözdən əlil, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə saat 14:10 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai» markalı “Santafe minik” modelli **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili “B” kateqoriyalı AC 200321 nömrəli sürücülük vəsiqəsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Sumqayıt şəhəri istiqamətində idarə edərkən “Fortuna” istirahət mərkəzinin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması, həmçinin, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni 1.1 üfüq nişanlanma xəttini (hərəkət istiqamətlərini ayrılan ağ bütov üfüqlu nişanlanma xəttini) kəsib keçməyin qadağan olunması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, 1.1 üfüq nişanlanma xəttini keçərək yolun əks istiqamətinə çıxıb qarşıdan öz yolu ilə hərəkətdə olan, X6 məxsus sürücü X4 idarə etdiyi “Opel” markalı “Astra minik” modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya ağır dərəcəli travmatik şokla müşayiət olunan çanağın və ətrafların küt travması - sol qalça, qasıq və oturaq sümüklərinin, sirkə kasasının qapalı, sol bud sümüyünün orta-yuxarı 1/3-nin açıq qəlpəli, yerdəyişmiş sınıqları, sol budun arxabayır səthinin yumşaq toxumalarının geniş ölçülü əzilmiş yarası, sol saidin və sol əl pəncəsinin arxa səthlərinin, sol əlin İV barmağının əsas falanqasının arxa-iç səthinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli postravmatik şok sonuncunun ölümünə səbəb olan və “Opel” markalı “Astra minik” modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində avtomobilin sahibi zərərçəkmiş şəxs X6 6500 manat məbləğində maddi ziyan vurmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, «Hyundai» markalı, «Santafe minik» modelli, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 02 aprel 2022-ci il tarixdə, səhər saatlarında işi ilə bağlı özünə məxsus avtomobili idarə edərək Buzovna qəsəbəsinə getmişdir, saat 14:00-dan sonra Pirşağı-Novxanı yolu ilə avtomobili idarə edərək Sumqayıt istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobildə tək olmuş, avtomobildə ondan başqa digər sərnişin və ya yük olmamışdır. Pirşağı-Novxanı yolu istiqamətində avtomobillərin intensivliyi normal olmuş və sürət həddi 60 km/saat olmuşdur.Qeyd edilən yolda quraşdırılmış surətə nəzarət radarını keçəndə də avtomobil təxminən 60 km/saatla hərəkət etmişdir və o, sonra da surəti artırmamışdır. Saat 14:10- 14:20 radələrində Binəqədi rayonu, Novxanı qəsəbəsinin ərazisinə daxil olduqdan sonra, “Fortuna” istirahət mərkəzinin yaxınlığında diqqəti yayınmış və idarə etdiyi avtomobil ilə yolun əks istiqamətinə çıxaraq qarşıdan öz yolu ilə hərəkət edən tünd rəngli “Opel” markalı “Astra minik” modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt zərbənin təsirindən avtomobillər fırlanmış, “Opel” markalı “Astra minik” modelli avtomobil yolun kənarındakı daş hasara dəyərək dayanmışdır. Hadisə nəticəsində o xəsarət almasa da, “Opel” markalı “Astra minik” modelli avtomobilin sürücüsü, araşdırma zamanı X8 olduğunu bildiyi şəxs müxtəlif bədən xəsarətləri almışdır. Səbuhinin avtomobilinin qapısı da açılmadığından, hadisə yerinə toplaşmış tanımadığı şəxslərin və oraya gəlmiş Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə Səbuhi Seyidovu avtomobildən çıxarıb X13 avtomobili ilə xəstəxanaya yola salmışlar. Eyni zamanda polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirib müvafiq protokol tərtib etmişlər, sxem və fotoşəkillər çəkmişlər. Həmin vaxt polis əməkdaşları ona hadisə yerini tərk etməyə icazə vermədikləri üçün o hadisə yerində qalmışdır. Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmışdır, X5 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda cinayət işi üzrə digər Zərərçəkmiş şəxs da dəymiş ziyan onun tərəfindən tam ödənilmişdir, həmin zərərçəkmiş şəxsin də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışıq əldə etməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının, eyni zamanda iş üzrə digər Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsinin nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum X8 onun doğma oğludur. Səbuhi 24 aprel 2020-ci il tarixdə dini kəbin bağlamaqla Şahid1 ilə evlənmiş, onların birgə nikahından 11 dekabr 2021-ci ildə Muhəmməd adlı uşaqları dünyaya gəlmişdir. Nikahları bağlanan zaman respublikanın ərazisində pandemiya olduğundan onlar arasında VVAQ orqanlarında rəsmi nikah bağlanmamışdır. X8 “Opel” markalı “Astra minik“ modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək ekspeditor kimi şirniyyat daşımaqla məşğul olurdu. 02 aprel 2022-ci il tarixdə mərhum X2 evdən çıxaraq işə getmişdir. Həmin gün günortadan sonra, təxminən saat 16:30 radələrində onlara zəng gələrək Səbuhi Seyidovun baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi bildirilmişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, 02 aprel 2022-ci il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolunda “Fortuna” istirahət mərkəzinin yaxınlığında sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yolun əks istiqamətinə çıxaraq qarşıdan öz yolu ilə hərəkət edən mərhum oğlu X4 idarə etdiyi “Opel” markalı “Astra minik” modelli ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə oğlu xəstəxanada aldığı xəsarətlərdən vəfat etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, eyni zamanda məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmənin 02 sentyabr 2022-ci il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X8 onun dostu olmuşdur və onlar bir yerdə işləmişlər, şirniyyatın istehsalı və satış nöqtələrinə paylanması ilə məşğul olmuşlar. X8 onun adına olan “Opel” markalı “Astra minik” modelli 50- CU-775 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək ekspeditor kimi şiriniyyat daşıyırmış. 02 aprel 2022-ci il tarixdə mərhum X2 evdən çıxaraq işə gəlmişdir. Həmin gün günortadan sonra, təxminən saat 16:30 radələrində onlara məlumat verilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 vəfat etmişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, 02 aprel 2022-ci il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolunda “Fortuna” istirahət mərkəzinin yaxınlığında sürücü Təqsirləndirilən şəxs idarə etdiyi, özünə məxsus “Hyundai” markalı “Santafe minik” modelli **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun əks istiqamətinə çıxaraq qarşıdan öz yolu ilə gələn mərhum X4 idarə etdiyi “Opel” markalı “Astra minik” modelli 50-CU- 775 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu 1 saylı KTM-də aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisə nəticəsində ona məxsus “Opel” markalı “Astra minik” modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil tam sıradan çıxmışdır və bərpa olunması mümkün deyil. Bu barədə o, ziyan aktı almışdır. Cinayət əməli nəticəsində ona ümumilikdə 6500 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs oölu tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 aprel 2022-ci il tarixdə öz işləri ilə əlaqədar olaraq Pirşağı qəsəbəsindən tanımadığı sürücü tərəfindən idarə olunan taksi ilə Sumqayıt şəhəri istiqamətində Pirşağı-Novxanı yolu ilə gəlirdi. Həmin tarixdə saat 14:10 radələrində Pirşağı-Novxanı yolunda yerləşən “Fortuna” istirahət mərkəzinin yaxınlığına çatanda iki avtomobilin, yəni “Hyundai” markalı “Santafe minik” modelli **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel” markalı “Astra minik” modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təzəlikcə toqquşduğunu görmüşdür. O, çatanda hadisə təzəlikcə baş vermişdi, çünki hələ polis işçiləri və həkimlər gəlməmişdilər. Bu səbəbdən o, dərhal AR DİN-nin “102 Xidmətinə” zəng edərək özünü təqdim edib hadisə barədə məlumat vermişdir. Avtomobillər toqquşduqdan sonra “Hyundai” markalı avtomobil yolun ortasında, “Opel” markalı “Astra minik” modelli avtomobil isə yolun kənarında səkinin qırağındakı hasarın üstündə dayanmışdı. “Opel” markalı avtomobilin sürücüsü, sonradan adını öyrəndiyi Səbuhi Seyidov saqqallı bir oğlan idi. Avtomobil əzildiyindən və qapısı açılmadığından o, hadisə yerinə toplaşmış digər şəxslərlə birlikdə sürücünü avtomobildən çıxartmağa cəhd etsə də, çıxara bilməmişlər. Bu səbəbdən, dərhal Fövqaladə Hallar Nazirliyinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra o, hadisə yerindən uzaqlaşıb Sumqayıt şəhərinə getmişdir. Hadisənin sonrakı gedişatı barəsində məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v 1). xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu, Sumqayıt şəhəri istiqamətində avtomobil yolu olması, yolun eninin 9 metr, hərəkət hissəsinin eninin 4,4 metr, 2 qarşılıqlı hərəkət zolağının olması, yolun asfalt-beton örtüklü, hamar və quru olması müəyyən edilmişdir. (cild 1, i.v 5-7). xx.xx.2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/11182 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (cild 1, i.v 20). xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “Hyundai Santafe” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq ön və sol hissəsində, kapotunda, radiatorunda, mühərrikin qabağında və altında mexaniki zədələr mövcud olması, yağ və texniki mayelər qəza yerinə axması müəyyən edilmişdir. (cild 1, i.v 13). xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (cild 1, i.v 27-28). Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə “B” kateqoriyalı AC200321 nömrəli sürücülük vəsiqəsinin (etibarlılıq müddəti xx.xx.2023-cü il) verilməsi müəyyən edilmişdir (cild 1, i.v 63). xx.xx.2022-ci il tarixli, 1003 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 rəyindən görünür ki, mərhum X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər-ağır dərəcəli travmatik şokla müşayiət olunan çanağın və ətrafların küt travması-sol qalça, qasıq və oturaq sümüklərinin, sirkə kasasının qapalı, sol bud sümüyünün orta-yuxarı 1/3-nin açıq qəlpəli, yerdəyişmiş sınıqları, sol budun arxabayır səthinin yumşaq toxumalarının geniş ölçülü əzilmiş yarası, sol saidin və sol əl pəncəsinin arxa səthlərinin, sol əlin 4-cü barmağının əsas falanqasının arxa-iç səthinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 02 aprel 2022-ci il tarixli avtomobil travması, o cümlədən hərkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X10 ölümünə səbəb yuxarıda göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli postravmatik şok olmuşdur. Mərhum S.A.Seyidovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, i.v 78-82). xx.xx.2022-ci il tarixli, 8/1063 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sentafe ” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 1, i.v 84-87). Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 1, i.v 106-107). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 120-121). xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən hazıradək "xxxx" Engineering Group şirkətində santexnik peşəsində çalışır. Təqsirləndirilən şəxs şirkətdə əmək intizamına riayət etməklə əsas vəzifələrini və əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirir, özünü yaxşı mütəxəssis kimi göstərir. Təqsirləndirilən şəxs işində dəqiq, məsuliyyətli, təmkinli, fəal və diqqətlidir. Kollektiv arasında özünə dərin hörmət qazanmışdır. (cild 1, i.v 67). xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının forma 88 üzrə axtarışın nəticələrinə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əlillik səbəbi gözdən əlil olmaqla ikinci dərəcəli əlildir. (cild 1, i.v 66). xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v 46). xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, iş yeri üzrə müsbət səciyyələndirilməsini, ikinci dərəcəli əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunadi” markalı “Santafe minik” modelli **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil və zərərçəkmiş şəxsə məxsus “Opel” markalı, “Astra” minik modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmişdir. (cild 1, i.v 72-73). Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Hyunadi” markalı “Santafe minik” modelli **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsə məxsus “Opel” markalı, “Astra” minik modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 44 (qırx dörd) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 44 (qırx dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai” markalı “Santafe minik” modelli **-HM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsə məxsus “Opel” markalı, “Astra” minik modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-532/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-532/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver