Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-534/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, rəsmi olaraq subay, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan şəxs olan, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-304/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, nömrəsiz fərdi evdə faktiki yaşayan,barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını açıq talamaq məqsədi ilə alkoqollu sərxoş vəziyyətdə 13 iyun 2023-cü il tarixdə saat 04.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 X6 Massivində yerləşən «Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında piyada gedən Zərərçəkmiş şəxs yaxınlaşıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əli ilə vurub yerə yıxaraq sonuncunun əlində saxladığı, daxilində hər birinin qiyməti 10 manat olan ***-***-**- ** və ***-***-**-** saylı GSM mobil nömrələri, hər nömrənin daxilində olan 5 manatlıq danışıq konturları, üzərində 12 manat dəyərində telefon qabı və qabın içərisində 110 manat nağd pul olan 950 manat dəyərində Vyetnam istehsalı olan “Samsung A52” markalı mobil telefonunu əlindən dartıb açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1102 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər dəfələrlə məhkum edilmişdir, son dəfə 2018-ci ilin mart ayında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində sərxoş vəziyyətdə olaraq bir xanımın mobil telefonunu əlindən alıb qaçdığına görə həmin ilin iyul ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmişdir, 2021-ci ilin mart ayında cəzanın sonu ilə azad olunmuşdur.13 iyun 2023-ci ildə törətdiyi cinayətlə bağlı göstərə bilər ki, maddi durumu yaxşı olmadığına görə, tamah niyyəti ilə sərxoş vəziyyətdə olaraq həmin tarixdə təxminən saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 X6 Massivində yerləşən “Evrohome” tikinti materiallarının satış mərkəzinin qarşısında bir nəfər qadın cinsli şəxsin, araşdırma zamanı anket məlumatları ona məlum olan Zərərçəkmiş şəxs piyada getdiyini görüb bu qadının qarşısını kəsib yalan olaraq polis əməkdaşı olmağını bildirib, sənədlərini təqdim etməli olduğunu demişdir ki, Zərərçəkmiş şəxs çantasın açsın və o, bu çantadan pul və ya nə isə başqa əşya götürsün. Onun məqsədi Zərərçəkmiş şəxs mobil telefon və yaxud nağd pul vəsaiti alıb qaçmaq olmuşdur.Lakin Zərərçəkmiş şəxs onun polis olmağına inanmamışdır və ondan xidməti vəsiqə təqdim etməyini istəmişdir.Ona görə də o, əli ilə Zərərçəkmiş şəxs vurub yerə yıxaraq sonuncunun əlində tutduğu, qabda (koburada) olan 01 ədəd “Samsung” markalı mobil telefonunu götürmüşdür.Bu zaman Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olanda yoldan keçən tanımadığı bir qırmızı rəngli dövlət nömrə nişanını və markasını bilmədiyi avtomobil saxlamışdır. Şəfa qışqırıb kömək istəmişdir.O, bunu görüb yolun əks istiqamətinə qaçaraq oradan uzaqlaşmışdır, mobil telefonun qabında (koburada) pul olduğunu görüb, həmin pulu qab ilə birlikdə çıxarıb cibimə qoymuşdur, telefonu isə yolun kənarına atıb hadisə yerindən uzaqlaşmışdır.Hal-hazırda öz əməlinə görə peşimandır, ilkin araşdırma zamanı da o, 6-cı PB-nə gətiriləndə Zərərçəkmiş şəxs ilə qarşılaşmış, o, Şəfanı tanıyıb peşiman olduğunu bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan şəxsin olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 13 iyun 2023 cü il tarixdə təxminən saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 X6 Massivində yerləşən “Evrohome” tikinti materiallarının satış mərkəzinin qarşısında piyada gedərkən adı araşdırma zamanı ona məlum olan Təqsirləndirilən şəxs onun qarşısıı kəsib polis əməkdaşı olmasını bildirib, sənədlərini təqdim etməli olduğunu demişdir. İndi o, başa düşür ki, Təqsirləndirilən şəxs istəyirmiş ki, o, əl çantasını açsın və Əziz oradan nə isə götürsün.O, Əzizin polis olmasına inanmamışdır, çünki Əziz sərxoş adama oxşayırdı və üst-başından bilinirdi ki, polis əməkdaşı deyil. Ona görə də, o, Təqsirləndirilən şəxs xidməti vəsiqəsini təqdim etməyini istəmişdir.Belə olan halda o, bilmişdir ki, Əziz polis əməkdaşı deyil və əli ilə onu vurub yerə yıxaraq əlində olan 01 ədəd Samsung A 52 markalı mobil telefonu və telefonun qabında (koburasında) saxladığı 110 manat nağd pulunu götürmüşdür.O, yerdə uzanmış vəziyyətdə olduğu zaman yoldan keçən tanımadığı bir qırmızı rəngli dövlət nömrə nişanını və markasını bilmədiyi avtomobil saxlamışdır.O, qışqırmışdır ki, ona kömək etsinlər, bunu görən Təqsirləndirilən şəxs yolun əks istiqamətinə qaçaraq uzaqlaşmışdır.O, yerdən qalxaraq Əzizin dalınca qaçmışdır və uzaqdan görmüşdür ki, Təqsirləndirilən şəxs mobil telefonundan pulu telefon qabı (kobura) ilə birlikdə çıxarıb cibinə qoymuşdur, biraz irəliləyib telefonunu yolun kənarına atmışdır. O, gedib telefonunu qaldırıb dayanmışdır və uzaqdan görmüşdür ki, bu zaman Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb gedir. Təqsirləndirilən şəxs ona məxsus 950 manat dəyərində “Samsung A52” markalı mobil telefonu, onun 12 manat dəyərində telefon qabını, hər birinin qiyməti 10 manat olan ***- ***-**-** və ***-***-**-** mobil nömrələrini, hər nömrənin daxilində olan 5 manatlıq danışıq konturlarını və 110 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib, cəmi 1102 manat məbləğində ziyan vurmuşdur.Qeyd etməlidir ki, polis əməkdaşları araşdırma zamanı müəyyən etmişlər ki, ona qarşı həmin cinayəti Təqsirləndirilən şəxs törətmişdir, araşdırma zamanı o, 6-cı PB-də Təqsirləndirilən şəxs görən kimi tanımışdır, Təqsirləndirilən şəxs özü də, onu tanımışdır və yanında cinayətini böynuna almışdı, lakin pulunu götürməyini etiraf etmirdi.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurulmuş ziyanı ödəmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmasını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə Şahid elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir.Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, Qəbələ rayonu Hacıalılı kəndində yaşayan Zərərçəkmiş şəxs 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” zəng edərək və sonra Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin gün saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 X6 Massivində yerləşən «Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında piyada gedərkən naməlum şəxs onun qarşısını kəsib polis əməkdaşı olmasını bildirib sənədlərini göstərməyini istəmişdir. Zərərçəkmiş şəxs onun polis olmasına inanmamış və xidməti vəsiqəsini təqdim etməyini tələb etmişdir, bu zaman həmin şəxs əli ilə Zərərçəkmiş şəxs vurub yerə yıxaraq sonuncuya məxsus 01 ədəd 200 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu və telefonun qabında olan 110 manat nağd pulunu götürərək, oradan qaçıb getmişdir.Cinayət hadisəsi ilə bağlı araşdırmanın aparılması bölmənin təhqiqatçısı Rövşən Məmmədova tapşırılmışdır. X4 tərəfindən hadisə yerinə baxış keçiriləndə «Eurohome” tikinti materiallarının satış mərkəzində yola baxan videokameraların birinin görüntülərində hadisənin videogörüntüsü aşkar edilmişdir. Eyni zamanda cinayətin “isti izlərlə” açılması üçün tədbirlərin görülməsi üçün o, daxil olmaqla əməliyyat aparatının əməkdaşlarına həvalə edilmişdir.Bunun üçün tərəfindən «Eurohome” tikinti materiallarının satış mərkəzində sorğular aparılmış, ticarət mağazalarının qarşısındaolmuş, hadisə yerinə baxan videokameranın görüntülərindən istifadə edilərək apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər eyni əməllərə görə məhkum olunmuş ünvan 1 ünvanında qeydiyyatda olaraq Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Odur ki, bu barədə bölmə rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs yeri müəyyən edilərək sonuncu polis bölməsinə gətirilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs öz cinayətini etiraf edərək bildirmişdir ki, sərxoş vəziyyətdə olaraq «Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında piyada gedən bir qadını, yəni Zərərçəkmiş şəxs vurub yerə yıxaraq əlindəki 01 ədəd Samsung markalı mobil telefonunu götürüb qaçmışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs ələ keçirdiyi həmin telefonun qabında 110 manat pul olmadığını və bu pulu götürmədiyini demişdir. Lakin keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs tək olaraq həmin cinayəti törətməsi, qeyd edilən mobil telefonu və telefonun qabında olan 110 manat pulu soyğunçuluqla ələ keçirdiyi təsdiq olunmuşdur. Hadisənin digər şahidləri, habelə hadisə yerinə gəlmiş avtomobilinin sürücüsü barədə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2023-cü il tarixli 1848 nömrəli rəyində göstərilmişdir ki, cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə dövründən başlayaraq özünü bir qədər əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginlik keçirdiyi zaman dəfələrlə kəsmələrlə özünə xəsarət yetirməsi, RƏXD-də qeydiyyatda olmaqla bir neçə dəfə stasionar müalicə olması, hərbi xidmətə çağırış zamanı psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsi, hazırki müayinə zamanı onda müəyyən edilən əsəbilik, emosional qeyri-sabitlik, əhvalının dəyişkənliyi və s.) sübut edir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət işinin materiallarından və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə ANLAQLİ hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialllarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 iyul 2023cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 29,180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, 13 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur.Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan şəxsin olması, ailənin yeganə qazanc gətirən şəxs olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Vüsal Rzayevin 15 iyun 2023-cü il tarixli qəraına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə tutulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus «Samsung A52» markalı mobil telefon aparatının, onun daxilində olan 01 ədəd ***-***-**-** və 01 ədəd ***-***-**-** saylı GSM mobil nömrələrin sahibi –Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut - hadisənin videogörüntüsü yazılmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Bundan başqa, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx)manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülmılidir. İş üzrə mülki iddia yoxdur. . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus «Samsung A52» markalı mobil telefon aparatının, onun daxilində olan 01 ədəd ***-***-**-** və 01 ədəd ***-***-**-** saylı GSM mobil nömrələrin sahibi –Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - hadisənin videogörüntüsü yazılmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx)manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-534/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-534/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver