Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-538/2021 19.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Qabil oğlu, özgənin əmlakını gizli talama məqsədilə ilə 03 noyabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən telefon aksesuarları mağazasının qapısını üzərində olan vintaçanla açıb mağazaya qanunsuz daxil olaraq oradan 145 manat dəyərində müxtəlif danışıq kartları və mağazanın içərisində olan kardon qutusunun içərisindən müxtəlif əsginaslardan ibarət 100 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədilə ilə 16 mart 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən “X1” mağazasının qapısının kilidini üzərində olan vintaçanla sındırıb açaraq mağazaya qanunsuz daxil olub mağazada yerləşən saxlanc yeri hesab olunan kassa aparatını açıb qanunsuz daxil olaraq oradan 1500 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 mart 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus «Chevrolet» markalı «Aveo» model **-CF-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını üzərində olan vintaçanla açıb avtomobilin saxlanc yerində olan 1500 manat nağd pulu, salonundakı oturacağın üzərində olan 01 ədəd 12 manat dəyərində “HP” markalı yaddaş kartı və 50 manat dəyərində “Zara” markalı kişi ətrini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1566 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, cinayət işinin materiallarında və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin adı, soyadı və atasının adı Təqsirləndirilən şəxs Qabil oğlu kimi göstərilmiş, eləcə də ittiham üzrə zərərçəkmiş şəxsə 1500 manat, 12 manat və 50 manat məbləğində, ümumilikdə 1566 manat maddi ziyan vurulduğu hesablansa da, əslində isə zərərçəkmiş şəxsə 1562 manat maddi ziyan vurulmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, eləcə də təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edilməklə iş üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində də xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham təhlil edilərkən aşağıdakı kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, cinayət işinin materiallarında və tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs adı, soyadı və atasının adı səhv, yəni “Təqsirləndirilən şəxs Qabil oğlu” kimi göstərilmişdir. Lakin, cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarına dair portal çıxarışından görünür ki, təqsirləndirilən şəxsin adı, soyadı və atasının adı Təqsirləndirilən şəxs kimi göstərilmişdir. Bundan başqa ittiham aktının nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 mart 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus «Chevrolet» markalı «Aveo» model **-CF-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını üzərində olan vintaçanla açıb avtomobilin saxlanc yerində olan 1500 manat nağd pulu, salonundakı oturacağın üzərində olan 01 ədəd 12 manat dəyərində “HP” markalı yaddaş kartı və 50 manat dəyərində “Zara” markalı kişi ətrini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1566 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, həmin epizod üzrə Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, ittiham üzrə zərərçəkmiş şəxsə 1500 manat, 12 manat və 50 manat məbləğində, ümumilikdə “1566” manat maddi ziyan vurulduğu hesablansa da, əslində isə zərərçəkmiş şəxsə 1562 manat maddi ziyan vurulmuşdur. CPM-in 223.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarda təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar göstərilir. CPM-in 289.2.3-cü maddəsinə əsasən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) ittiham aktının giriş hissəsində göstərilir. CPM-in 289.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsi səciyyələndirən hallar təsviri-əsaslandırıcı hissəsində göstərilir. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi müstəntiq tərəfindən təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, yəni Təqsirləndirilən şəxs olduğu halda ittiham aktında “Təqsirləndirilən şəxs Qabil oğlu” kimi göstərilmiş, eləcə də zərərçəkmiş şəxsə vurulmuş zərər 1562 manat göstərilməli olduğu halda maddi ziyan “1566” manat kimi qeyd edilmişdir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlar və protokollar, eləcə də, ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənədlər olmaqla təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verən sübutlar və ittihamın sübuta yetirilməsi öz əksini tapmalı, habelə ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Cinayət işinin materialları təhlil edilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsə də, sonuncu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 1(006)-99/2021 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 1(006)-99/2021 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 1(006)-99/2021 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin.
Hakim: Vüsal Tağıyev