Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-538/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Özbəkistan Respublikası Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:40-da Binəqədi RPİ 6-cı PB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsində yerləşən bazarın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ 6-cı PB-in inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,304 qram olaq kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,519 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli talamaq məqsədi ilə 05 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus 900 (doqquz yüz) manat dəyərində olan 2021-ci il Yaponiya istehsalı olan “Grandmoped” markalı, “SHAR-2” modelli, 50CC mühərrikli mopedi elektrik naqillərini söküb bir-birinə toxunduraraq işə salıb hərəkətə gətirərək idarə edib oradan uzaqlaşmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci və 234.1-ci maddələri ilə ona edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir.xx.xx.2023-cü ildə səhər saatlarında Papanin adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin alıb üzərində saxlamışdır ki, istifadə etsin. xx.xx.2023-cü ildə saat təxminən 17:40 radələrində Biləcəri qəsəbəsi Əhməd Qasımov küçəsində yerləşən bazarın qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-in 6-cı PB-yə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-in 6-cı PB-in inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd şəffaf selolofana bükülmüş bükümləri çıxardıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş halda heroin adlanan narkotik vasitə və bir ədəd şəffaf sellofana bükülmüş halda metamfetamin adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü ildə saat təqribən gecə 00 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün marketə getmişdir. Azadlıq prospekti 212D ünvanda binanın qarşısından keçən zaman binanın qarşısında saxlanılmış göy rəngli moped görmüşdür. Ətrafda heç kəsin olmadığını görüb mopedi qaçırmaq fikrinə düşmüşdür. Mopedin mühərikinı işə salmaq üçün alışdırıçı simləri qopardaraq birləşdirmiş və mühərriki işə salıb mopedi idarə edərək Binəqədi qəsəbəsinə getmişdir. Mopedi bir qədər tanışı Şahid1 ilə birlikdə idarə etmiş, xx.xx.2013-cü ildə səhər saat 05 radələrində Güneli gətirib yaşadığı evdə düşürmüşdür. Özü isə mopedi idarə edib qaçırdığı yerə yaxın, yəni Azadlıq prospekti 212D ünvanın qarşı tərəfində yolun kənarında istirahət parkın qarşısında saxlayaraq yaşadığı evə getmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Möhsun oğlu ifadəsində göstərmişdir ki, Bakı Modern Təhsil Kompleksində salatçı köməkçisi işləyir. İşə gedib gəlmək və kuryer fəaliyyəti ilə məşğul olmaq üçün tanışı Salman Salmanovdan 2021-ci il Yaponiya istehsalı olan “Grantmoped” markalı, “SHAR-2” modelli, 50CC mühərrikli göy rəngli moped alıb idarə etmişdir. İdarə etdiyi mopedin mühərrik gücünə görə sürücülük vəsiqəsi tələb olunmur. O, həmin mopedlə hər gün səhər işə gedib, axşam işdən evə gəlmişdir. 05 iyun 2022-ci ildə saat 23:00 radələrində yenə də idarə etdiyi mopedlə kirayə yaşadığı evə gəlmişdir. Yaşadığı ev dördmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşir. Mopedi kirayə qaldığı binanın yaşadığı blokunun qarşısında saxlamışdır. Axşam yorğun olduğundan həyətə baxmamışdır. xx.xx.2023-cü ildə səhər saat 06:30-da evdən çıxıb işə gedərkən blokun qarşısında mopedi saxladığı yerdə aşkar etməmişdir. Yaşadığı məhəlləni, qonşu məhəllələri gəzib baxsa da mopedi tapa bilməmişdir. Məcbur qalıb DİN 102 zəng xidmətinə zəng vurmuşdur. Yaşadığı həyətə polis əməkdaşları gəlmişlər. Onlar da ətrafa onunla birlikdə baxıb mopedi tapa bilməmişlər. Bölməyə gedib ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü ildə polis əməkdaşları ona zəng vurub mopedini tapdıqlarını demişlər. 4-cü Polis Şöbəsinə yaxınlaşmışdır. Orada bölmənin həyətində saxlanılan mopedini tanımışdır. Mopedə baxarkən mühərriki işə salan hissənin söküldüyünü və mopedi elektrik naqillərini bir-birinə vuraraq açarsız işə salınıb qaçırıldığını və bunun nəticəsində ona 100-150 manat ziyan vurulduğunu aşkar etmişdir. Onun oğurlanan mopedin 1500 manat dəyəri vardır. Ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində sahə inspektoru vəzifəsində işləyir. 6-cı PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. 04 mart 2023-cü ildə saat 17:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsində yerləşən bazarın yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələrin daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 6-cı polis bölməsinə gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində olan vasitənin el içində kakos və patı deyilən narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitə və psixotrop maddəni «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şahid qismində ifadə vermiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 38). Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.54). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 74). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:40-da Binəqədi RPİ 6-cı PB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsində yerləşən bazarın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ 6-cı PB-in inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür (cild 1, i.v 83-85). Məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2023-cü il tarixli 6/1343 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksləri olan, “...(imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,304 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,519 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 1, i.v 91-94). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.112-113). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o saxlanıldığı MSY-dən azad edilmişdir (cild 1, i.v.136-137). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.140-141). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.193-194). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.215-217). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 iyul 2023-cü il tarixli 9/4519 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd göy rəngli, 20121-ci il buraxılışlı, Yaponiy istehsalı, “Grandmoped” markalı, “SHAR- 2” modelli, 50CC mühərrikli mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 900,00 manat müəyyən olunur (cild 1, i.v.218-219). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 0,519 qram çəkidə olan psixotrop maddə metamfetamin və 0,304 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,469 qram çəkidə olan psixotrop maddə metamfetamin və tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,254 qram çəkidə narkotik vasitə heroin Binəqədi RPİ-də saxlanılır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. 01 ədəd göy rəngli, 2021-ci il buraxılışlı, Yaponiya istehsalı, “Grandmoped” markalı, “SHAR-2” modelli, 50CC mühərrikli moped maddi sübut kimi tanımaqla zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır (cild 1, i.v.222). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.1-ci və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan 1 ay 21 gün hissəsindən azad edilmişdir (cild 1, i.v 144-164). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzadan azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, əvvəllər də analoji cinayətlər törətdiyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1338 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,469 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,254 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd göy rəngli, 2021-ci il buraxılışlı, Yaponiya istehsalı, “Grandmoped” markalı, “SHAR-2” modelli, 50CC mühərrikli mopedin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan qalıq çəkisi 0,469 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,254 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd dvd formatlı disk cinayət işi materiallarında saxlanılsın. 01 ədəd göy rəngli, 2021-ci il buraxılışlı, Yaponiya istehsalı, “Grandmoped” markalı, “SHAR-2” modelli, 50CC mühərrikli mopedin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-538/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-538/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver