Məhkəmə qərarları › İş №1(001)-542/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-542/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-542/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X10, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X6 2021-ci ilin oktyabr ayında “İnstaqram” sosial şəbəkəsində saxta hesablar açaraq, X11 barəsində təhqir xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli böhtan xarakterli sözlər-əxlaqsız qadın olması haqqında yazılar yazmışdır. X6 tərəfindən 2021-ci ilin noyabr ayından başlayaraq, X5 “Youtube” kanalında, həmçinin ARB TV-nin “Youtube” kanalı tərəfindən paylaşılan “Həmin Zaur” adlı verlişdə müğənni Dəniz Əsədovanın mərhum anasının xatirəsinə həsr etdiyi “ANA” mahnısının efir çıxışının video görüntüsünün şərhlər bölümündə saxta “Youtube” hesabları açmış, barəsində təhqir xarakterli yazılar yazaraq Dəniz Əsədovın əxlaqsızlıqla pul qazandığını, müğənniliyə başlasa da səsinin çox pis olmasını, geyimlərinin könə olmasını, adamı olduğu üçün efirlərə çıxdığını bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəlində X11 “Tik-tok” səhifəsində canlı yayımlar açaraq, çıxışları etdiyi vaxtda, kütləvi sayda tamaşaçı izləyici olan “Tik-tok” səhifəsində, bundan əlavə Dəniz Əsədovanın deniz_esedova_official rəsmi Tik-tok səhifəsində paylaşdığı videoların şərh bölümündə, həmçinin həmin səhifədən canlı yayımlar açıb, çıxışlar edərkən, X6 tik-tok sosial şəbəkəsində saxta hesablar açaraq, X5 özünün və ailə üzvlərinin təhqir olunmaları, şərəf və ləyaqətinin alçaldılmasına hər gün müxtəlif saatlarda fasilə vermədən böhtanlar, təhqirlər yazmışdır. 2022-ci ilin yanvar ayının əvvəlində X2 Əsədovanın adına olan “Tik-tok” sosial şəbəkəsində səhifələr açaraq, ona məxsus şəkillər və video görüntülər paylaşaraq, Dəniz Əsədovam əxlaqsız qadın kimi cəmiyyətə təqdim edib, Dəniz Əsədovam insan alveri ilə məşğul olub, çoxlu pul qazandığını bildirib, onu ittiham edib, Dəniz Əsədovanın özünün də qiymətinin 200 manat olduğunu səhifədə qeyd edib, onun istifadəsində olan (055) ***-**-** nömrəli telefon nömrəsini də qeyd edərək, Dəniz Əsədovanı əxlaqsız qadın kimi təqdim etmişdir. 2021-ci ilin dekabr ayının əvvəlindən 2022-ci ilin iyun ayının 12-nə qədər X1 Dəniz Elman qızının deniz_esedova_official rəsmi “Tik-tok” səhifəsində paylaşdığı videoların şərh bölümündə, həmçinin həmin səhifədən canlı yayımlar açıb, çıxışlar edərkən, X6, X7 və onların yaxınları “Tik-tok” sosial şəbəkəsində bakuaz 1, hrsrn 123, huemslzhnxnxnsmzmnx, olsem 1, user **********198, ifsa.qrup, userl **********180, dsjejdjkdkxfg, bakigecalar, rufu047, cirixlifciklerintemiri7, baku_099, drakuladrakula16, Private.020b, user**********63, user**********722, @gusi267, sensizde.zordu,userl**********6, by_talish_042_, meyxana.meyxana.user**********722, user**********78, by.eses, senem123sene, boks_sila4, cabbar.musayev, usersodosososo, qarabagazerbaycandir, sabinnaakperova, wbosverw, rovsen_alma_satan, kenan4444, user**********866, konulrzayevl, storestar451, dyin3jdw2nb6, dostluq.1, tamella050, serefsizinsan0, dyhmqecysw0s5, madin_eyyubova2, user**********096, aristokratı6, moyfreq, dsjejdjkdkxfg, zz055_, dyhmqecyw0s5, C hhhh, user**********022, yaliyevrehman0, wbosverw, mehdizlO, dragtimesbakusaintpetesb, yalan.heyat2, rz.x977, babil 1978, ben_zarif, saxavetsexavet, samsungsamsung1318, ceyhun.safarov, dydbuvygjo31, planeta_45, ağdam02._xamm, 5566yyggggy, bakumobil956, nicatxelilov75, kardinator2007, dragtimesbakusaintpetesb, user**********096, sebuhi537, exes597, dm.az.qr adlarında saxta hesablar açaraq, X11 və onun ailəsi barəsində ağır ittihamlar: azyaşlı qızının hamilə olması, Dəniz Əsədovanın fahişə olmasını, fahişəliklə pul qazanmasım, insan alveri ilə məşğul olmasını yazmışlar. Bundan əlavə, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Marafon idman klubunun binasında İlkin Həsənə məxsus səs yazma studiosunda X17 Əsədovaya dərs keçdiyi zaman X6, X8 Cabbara Musayevə qısqanaraq, Cabbar Musayevə imkan verməmişdir ki, Dəniz Əsədovaya fərdi musiqi dərsini keçsin. Dərs keçirilən vaxtda X18 Qasımzadəni studiyaya gətirib, daha sonra, Dəniz Əsədovaya dərsini keçməyə başlayırdı. Cabbar Musayev dərs keçdiyi zaman Dəniz Əsədovanın telefonuna gələn zənglər, bütün danışıqlar, onun şəxsi məlumatları “deniz_esedova_official” rəsmi tik-tok sosial şəbəkəsində canlı yayımlar edən zaman Cabbar Musayev və Nigar Qasımzadə tərəfindən yazılmışdır. Bu səbəbdən Əsədova Dəniz tərəfindən X4 qarşı CM-in 147.1, 147.2 və 148ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmənin 17 avqust 2022-ci il taixli iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 onun tərəfindən verilmiş şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul edilməsi X3 CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 ona verilən suallara cavab olaraq onun barəsində “İnstagram” “Youtube” “Tik-tok” kimi sosial şəbəkələrdə yayılmış məlumatların barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 tərəfindən dərc edildiyini “İP ünvanların” vasitəsi ilə təsdiq edildiyini bildirmişdir. Lakin o göstərilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X16 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X3 CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 bildirmişdir ki, X11 ilə studioda tanış olmuşdur. Şikayət ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayətdə Dəniz Əsədova həmin məlumatların onun tərəfindən yazıldığını qeyd etsə də, şikayətə bu halı göstərən sübutlar əlavə edilməmişdir. Əsədova Dəniz onun haqqında gerçək olmayan məlumatları yaymışdır, bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə islah işləri cəzasına məhkum olunmuşdur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 vəkili “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi çıxış edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmiş internet resurslarında yayılmış məlumatların onun tərəfindən yayılmasını sübut edəcək mötəbər dəlillərə istinad edilməmişdir. Şikayətə həmin məlumatların məhz onun tərəfindən dərc edilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir. Ona görə də, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunan “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X13 “Tik-tok” sosial şəbəkəsində canlı yayım edən zaman şikayətdə göstərilmiş “müxtəlif profillər” vasitəsi ilə rəy bildirmiş, Dəniz Əsədovanın ünvanına nəlayiq sözlər yazmışlar. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nigar Qasımzadə göstərilən profillərin ona məxsus olmamasını, həmin rəylərin onun tərəfindən yazılmadığını bildirmişdir. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 CPM-in 293-cü maddəsinin tələblərinə uyğun olaraq onun barəsində sosial şəbəkələrdə yayılmış məlumatların məhz X6 tərəfindən yayıldığını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə təhqir edilməsini, ona böhtan atılmasını, eləcə də həmin əməlin X6 tərəfindən törədilməsini təsdiq edən, yəni internet informasiya resurslarında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X6 barəsində CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X3 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar