Məhkəmə qərarları › İş №1(001)-542/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-542/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-542/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) İdrisli Jalə Qalib qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Biləcəri qəsəbəsi, DSK yolu, yeni sahədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BCD» kateqoriyalı AC 585221 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Binəqədi şossesi ilə Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olması tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə idarəetməni itirmiş və qarşı sol hərəkət zolağına çıxaraq əks istiqamətdə, yəni Binəqədi rayonu istiqamətindən Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “SAİPA SAİNE EX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın nahiyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, sol Vİİİ qabırğanın sınığı, sağ budun aşağı 1/3-nin ön-iç və diz oynağının bayır səthlərinin, sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematomaları, sağ qamış sümüyünün medial topuq çıxıntısının sınığı, sol diz oynağının ön səthinin yuxarı yarısının sıyrığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021ci ildən B1C1D1 kateqoriyalı sürücülük vəsiqəsi var və həmin vaxtdan avtomobil idarə edir. “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobusu 147 nömrəli xətt üzrə sərnişin daşıma yol vərəqəsi əsasında idarə etmişdir. 15 yanvar 2024-cü il tarixdə 147 nömrəli xətt üzrə “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Mehdiabad-Binəqədi istiqamətində hərəkət edirmiş. Həmin gün hava şəraiti qarlı olduğu üçün yollar buzlu olmuşdur. Həmin yolun buruqların yanında keçən hissəsində təxminən 40-50 km/saat sürətlə hərəkət edirmiş, çünki həmin vaxt yol hava şəraiti ilə əlaqədar sürüşkən olmuşdur. Qarşıda olan sərt döngəni dönən zaman avtobus sürüşmüş, idarəetməni itirmiş, həmin vaxt qarşıdan Saipa markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil gəlirmiş. Həmin avtomobil də yol sürüşkən olduğu üçün sağ-sol hərəkət edirmiş. İdarə etdiyi avtobus öz hərəkət zolağından əks hərəkət zolağına daxil olub Saipa markalı avtomobillə qarşıqarşıya toqquşmuşdur. Toqquşmadan sonra avtobusda xəsarət alan olmamışdır. Saipa markalı avtomobildə isə sürücü ciddi xəsarət almış, digər sərnişində hər hansı ciddi xəsarət olmamışdır. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım avtomobili və polislər hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında eyni zamanda törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, maddi imkanının olmaması səbəbi ilə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilməməsini bildirərək göstərilən halların nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən BİB kateqoriyalı sürücülük vəsiqəsi var və həmin vaxtdan avtomobil idarə edir. SAİPA SAİNA EX markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin avqust ayından yol vərəqəsi əsasında idarə edir. 15 yanvar 2024-cü il tarixdə idarə etdiyi SAİPA SAİNA EX markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Şahid işə aparırmış. Binəqədi-Mehdiabad yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin yolun buruqların yanında keçən hissəsində o təxminən 20-30 km/saat sürətlə hərəkət edirmiş, çünki həmin vaxt yol hava şəraiti ilə əlaqədar sürüşkən olmuşdur. Bu vaxt o düz hərəkət edir və qarşıda olan sərt döngəyə təxminən 30-40 metr qalmış, əks istiqamətdə hərəkətdə olan “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobus həmin döngəni sürətli və sərt formada dönmüşdür. Avtobusla aralarında təxminən 10 metr məsafə olanda həmin avtobus idarəetməni itirmiş, sürüşərək üstünə gəlmiş və onun qəzadan yayınmağa vaxtı olmamışdır. Həmin vaxt “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürəti təxminən 60-70 km/saat olmuşdur. Təxminən 1 saniyə sonra həmin avtobus öz hərəkət zolağından onun hərəkət zolağına daxil olub onunla qarşı-qarşıya toqquşmuşlar. Toqquşmadan sonra o və Fərid xəsarət almışlar. Özlərini pis hiss etdikləri üçün avtomobildən düşə bilmirmişlər. Ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə avtomobildən düşmüşlər. Avtobusda sərnişin çox olmuşdur. Avtobusun sürücüsü sərnişinlərdən xəsarət alan olub-olmadığını soruşmuş, sərnişinlər xəsarət almadıqlarını bildirmişlər. Avtobusun sürücüsünün adı Arif olmuşdur. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlib onu və Fəridi xəstəxanaya aparmışdır. Həmin vaxt avtobusun sürücüsü hadisə yerində qalmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq hazırki vaxta qədər təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan zərərin ödənilmədiyini və aralarında barışıq əldə edilmədiyini bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Tamerlan İskəndərov ilə təxminən 2 ildir ki, tanışdır. 15 yanvar 2024-cü il tarixdə hava qarlı və buzlu olmuşdur. Səhər saatlarında işə getmək üçün evdən çıxmış və taksi çağırmaq üçün müxtəlif proqram tətbiqlərdən istifadə etsə də, havanın qarlı olması səbəbindən taksi tapa bilməmişdir. X3 SAİPA SAİNA EX markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Ona görə də Tamerlana zəng edib işə gecikdiyini, hava şəraiti ilə bağlı taksi tapa bilmədiyini demiş və onu təcili Zabrat aeroportuna aparmasını xahiş etmişdir. Tamerlan razılaşmış və təxminən 10-15 dəqiqə sonra gəlib onu yaşadığı evin qarşısından götürmüşdür. Tamerlan avtomobildə tək olmuş və o ön sərnişin oturacağına əyləmişdir. Binəqədi-Mehdiabad yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkət etmişlər. Həmin yolun buruqların yanında keçən hissəsində Tamerlan avtomobili təxminən 20-30 km/saat sürətlə idarə edirmiş, çünki həmin vaxt yol hava şəraiti ilə əlaqədar sürüşkən olmuşdur. Bu vaxt onlar düz hərəkət etmişlər və qarşıda olan sərt döngəyə təxminən 30-40 metr qalmış, əks istiqamətdə hərəkətdə olan “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobus həmin döngəni sürətli və sərt formada dönmüşdür. Avtobusla aralarında təxminən 10 metr məsafə olanda həmin avtobus idarəetməni itirmiş, sürüşərək üstünə gəlmişdir. Həmin vaxt “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürəti təxminən 60-70 km/saat idi. Təxminən 1 saniyə sonra həmin avtobus öz hərəkət zolağından onların əyləşdiyi avtomobilin hərəkət zolağına daxil olub onun əyləşdiyi avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Toqquşma zamanı öz huşunu itirmiş və özünə gəldikdə görmüşdür ki, avtomobilin salonundadır, üzündən qan gəlir, tanımadığı şəxslər ona köməklik edir. Həmin şəxslərin köməkliyi ilə avtomobildən düşmüşlər. Tamerlanın xəsarəti daha ağır idi və onun ayağında kəskin ağrı var idi. Avtobusda sərnişin çox idi. Avtobusun sürücüsü sərnişinlərdən xəsarət alan olubolmadığını soruşmuş, sərnişinlər xəsarət almadıqlarını bildirmişlər. Avtobusun sürücüsünün adı Arif idi. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlib onu və Tamerlanı xəstəxanaya aparmışdır. Həmin vaxt avtobusun sürücüsü hadisə yerində qalmışdır. Məhkəmə iclasında Şahid məhkəməyə xəsatət alması və aldığı xəsarətlərlə bağlı müalicə alması ilə bağlı sənədləri məhkəməyə təqdim edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına yüngül xəsarət vurulduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət alması faktına görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkil və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Binəqədi şossesi istiqamətində törədilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 2/2698 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. 14 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, **-BS-*** dövlət nömrə nişanlı “İSUZU” avtobusunun idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. xx.xx.2021-ci il tarixli BB107992 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** PT *** dövlət qeydiyyat nişanlı, SAİPA SAİNA markalı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. BB 207957 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ** PT *** dövlət qeydiyyat nişanlı, SAİPA SAİNA markalı avtomobilini sürmək icazəsi xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs verilmişdir. xx.xx.2024-cü il tarixli, 8/432 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “SAZ NP 37 Avtobus Microavtobus” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2024-cü il tarixli, 16/117 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- alın nahiyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, sol Vİİİ qabırğanın sınığı, sağ budun aşağı 1/3-nin ön-iç və diz oynağının bayır səthlərinin, sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematomaları, sağ qamış sümüyünün medial topuq çıxıntısının sınığı, sol diz oynağının ön səthinin yuxarı yarısının sıyırğı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 15 yanvar 2024-cü il tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan avtmobillərin toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və bu barədə zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, “SAZ NP37 AVTOBUS MİCROAVTOBUS” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən X4 adına qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SAZ NP37 AVTOBUS MİCROAVTOBUS” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, Şahid üzünün sağ tərəfində qansızma, sağ göz qapağında cırılmış yara, sağ qulaq seyvanının arxsında cırılmış yara aşkarlan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışmaması (yol nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçəkmiş şəxsə müalicə olunması üçün maddi yardım göstərməməsi və onunla maraqlanmaması) kimi halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “SAZ NP37 AVTOBUS MİCROAVTOBUS” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “SAZ NP37 AVTOBUS MİCROAVTOBUS” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar