Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-548/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlunun, Təqsirləndirilən şəxs, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı işləməyən, subay, orta təhsilli, 2-ci qrup əlil, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1, 234.1-ci maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuş, hal-hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 0.271 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış, həmin gün saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən “Seval” marketin yaxınlığında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 0.253 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış, həmin gün saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən "Nehrəm” marketin yaxınlığında Binəqədi RPİnin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Binəqədi RPİ 6-cı PB-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda təmiz, çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroini almış, sonra istifadə etmək üçün üzərində saxlamışdır.xx.xx.2022-ci il tarixdə, saat təxminən 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən «Seval» marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhələnildiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər.Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişiylə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında, xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş halda 1 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuş, üzərindən aşkar olunmuş "heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi onun tərəfindən imzasıyla təsdiq olunmuşdur. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu, «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata narkotik vasitə hesab edilən heroini alıb üzərində saxlamışdır ki, sonra istifadə etsin. xx.xx.2022-ci il tarixdə, saat təxminən 17.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən «Nehrəm» marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər.Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş halda 1 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur.Üzərindən aşkar olunmuş "heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmişdir.Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərli imzasıyla təsdiq etmişdir.O, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir.Belə ki, 1-ci Qarabağ müharibəsində iştirak edib xəsarət almış, buna görə də bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etməyə başladığını bildirmişdir.O, hər iki halda əldə etdiyi şəxsin anket məlumatlarını bilmədiyini, narkotik vasitə aldığı şəxsi əvvəllər tanımadığını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və 2-ci qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və rütbəsi polis leytenantıdır.Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və adətən olduğu yer müəyyən edilmiş, sonuncunun cinayət başında yaxalanması üçün onun tərəfindən PB-nin rəisinə məruzə olunmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı Şahid4 ilə birlikdə 19 aprel 2022-ci il tarixdə təxminən saat 11.30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən «Seval» marketin yaxınlığında olduğunu müşahidə etmişlər.Həmin şəxsə yaxınlaşıb polis vəsiqəsini göstərərək özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməsinin vacibliyini bildirmişlər.Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılmasının səbəbini anladığını bildirərək etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur.Vətəndaş Təqsirləndirilən şəxs Vaqii oğlundan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Vət.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması deyilmiş, sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, sonuncu şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmiş, həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 19 aprel 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisindəki «Papanin» adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 20 manata alaraq üzərində gəzdirdiyini, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs sözlərinə davam edərək narkotik vasitəni aldığı şəxsi tanımadığını, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə aldığını, anket məlumatlarını da bilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid4 -Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-də sahə inspektoru vəzifəsində çalışır və rütbəsi polis baş leytenantıdır.Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmiş və cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Şahid1 tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra o, iş yoldaşı Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili , polis kapitanı Şahid1 Pərvz oğlu ilə birlikdə 23 aprel 2022-ci il tarixdə təxminən saat 17.00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən «Nehrəm» marketin yaxınılığında olduğunu müşahidə etmişlər.Həmin şəxsə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini bildirmişlər.Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılma səbəbini anladığını bildirmişdir.O, etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir.Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir.Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üstündə paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə, vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Vət.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmiş, sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunduqda, sonuncu siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan vasitənin el içində "heroin" deyilən narkotik vasitə olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə həmin bükümü 23 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki «Papanin» adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata öz. istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, bədənində ağrıları olduğunu bildirmişdir.Həmçinin, Təqsirləndirilən şəxs həmin narkotik vasitədən istifadə etməyə macal tapmadığını və narkotik vasitəni aldığı şəxsi tanımadığını, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə aldığını, həmin şəxsin anket məlumatlarını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2236 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2363 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.253 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3335 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnaməyə və hökmün surətinə əsasən məlum olur ki, Abbasov X6 Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1, 234.1-ci maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur.Beləliklə də, CM-nin 83-cü maddəsinin tələbinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən bir neçə dəfə artıq olmuşdur. Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini və 2-ci qrup əlil olmasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə tutulmuşdur. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 21 aprel 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və buraxılmışdır.Sonradan icraata birləşdirilmiş digər cinayət işi üzrə isə Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyinə görə o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır.Lakin, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Belə ki, Binəqədi rayon ƏSMM tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 059622 saylı vəsiqəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə 2 ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – cəmi 146 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan – heroinin 0.221 qram və 0, 203 qram olan qalıqları məhv edilməlidir. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi Xaliq oğlu hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 37 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0.221 qram və 0, 203 qram olan qalıqları məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi Xaliq oğlu təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 37 saat hüquqi xidmətin dəyəri 222 (iki yüz iyirmi iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qanuni qüvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-548/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-548/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver