Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-548/2024 03.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs15, X5 nümayəndəsi “Hümbətov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2an, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs12 və sonuncunun dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs14 özünü fərdi sahibkar kimi turizm fəaliyyəti ilə məşğul olmasını və həmin fəaliyyət ilə əlaqədar geniş müştəri kütləsinin olmasını bildirib sonuncuların inam və etibarını qazandıqdan sonra otel və təyyarə biletlərinin alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs14 qazanc verəcəyi barədə razılaşıb sövdələşməklə vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs12 məxsus 4.000 manat və Zərərçəkmiş şəxs14 məxsus 17.000 manat, ümumilikdə birlikdə iş görmək üçün təqdim etdikləri 21.000 manat pul vəsaitini ayrı-ayrı vaxtlarda hissə-hissə, o cümlədən 2019-cu ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində özünün göndərdiyi istintaqla şəxsiyyəti müəyyən edilməyən taksi sürücü vasitəsi ilə 5.000 manat, 2019-cu ilin oktyabr ayında həmin ərazidə özünün göndərdiyi istintaqla şəxsiyyəti müəyyən edilməyən taksi sürücü vasitəsi ilə 10.000 manat və 2019-cu ilin oktyabr ayında həmin ərazidə 6.000 manat pul vəsaitlərini sonunculardan almaqla ələ keçirib sonradan vədinə əməl etməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs12 4.000 (dörd min) manat və Zərərçəkmiş şəxs14 17.000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs13 xarici ölkələrdən qonaqları Bakı şəhərində yerləşən “JW Marriot” otelində yerləşdirib əldə edəcəyi gəlirdən sonuncuyada qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Happy” marketin qarşısında 10.300 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.510 manat və xx.xx.2020ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Happy” marketin qarşısında 1.300 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2.210 manat pul vəsaitini sonuncudan almaqla ələ keçirib sonradan vədinə əməl etməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs13 ümumilikdə 19.720 (on doqquz min yeddi yüz iyirmi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs16 direktoru olduğu "xxxx" kredit təşkilatına gəlib “X39” MMC-ə 511,8 qram qızıl əşyalarını girov qoyub yüksək faizlə pul götürdüyünü, həmin pulları ödəməklə qızılları girovdan çıxarıb “1İnci” kredit təşkilatında girova qoyacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, "xxxx" kredit təşkilatında inspektor işləyən X9 inandırmaq üçün “X39” MMC ilə öz arasında bağlanmış “21599 manat qiymətləndirilərək girov qoyulmuş 511,8 qram qızıl əşyalara görə 27.400 manat kredit pulun verilməsi barədə” xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə aid aktı göstərib, inam və etibarını qazanaraq, verdiyi vədi yerinə yetirəcəyi görüntüsü yaratmaqla, əslində həmin qızıl əşyaları girovluqdan çıxarıb ələ keçirmək niyyəti ilə, habelə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən icra etməyəcəyini bilərək aldatma yolu ilə, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 4A ünvanında yeləşən “X39” MMC-nin inzibati binasında hüquqi şəxs "xxxx" kredit təşkilatına məxsus 23.504 manat pulun MMC-nin xəzinəsinə öz adına ödənilməsinə və kredit borcunu tam bağlayıb girovluqdan çıxardığı 289,1 qram qızıl əşyalarını "xxxx" kredit təşkilatına təqdim etməyib həmin qızıl-zinyət əşyalarını sataraq pulunu öz şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş hüquqi şəxs "xxxx" kredit təşkilatına 23.504 (iyirmi üç min beş yüz dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs18 və sonuncunun dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs11 özünü fərdi sahibkar kimi turizm fəaliyyəti ilə məşğul olmasını və həmin fəaliyyət ilə əlaqədar geniş müştəri kütləsinin olmasını bildirib sonuncuların inam və etibarını qazandıqdan sonra otel və təyyarə biletlərinin alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs18 qazanc verəcəyi barədə razılaşıb sövdələşməklə vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs11 məxsus 9.900 manat, Zərərçəkmiş şəxs17 məxsus 6.800 manat və Zərərçəkmiş şəxs18 məxsus 8.300 manat, ümumilikdə birlikdə iş görmək üçün 25.000 manat pul vəsaitini 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində sonunculardan almaqla ələ keçirib sonradan vədinə əməl etməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs18 8.300 (səkkiz min üç yüz) manat, Zərərçəkmiş şəxs17 6.800 (altı min səkkiz yüz) manat və Zərərçəkmiş şəxs11 9.900 (doqquz min doqquz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Türkiyə Respublikası, Antalya şəhərində yerləşən istirahət etmək üçün tur paketinin alınmasında köməklik edəcəyi adı ilə aldadaraq xx.xx.2022-ci il tarixdə Serqey Bağırovun arvadı Şahid1 məxsus "xxxx" ASC-ə məxsus ************9853 nömrəli bank kart hesabından ünvan 6 ünvanından mobil tətbiq vasitəsilə həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 6768********4460 nömrəli bank kart hesabına 3.174 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvandan eyni hesabdan həmin vaxt faktiki istifadəsində olan 4127********6872 nömrəli bank kart hesabına 152 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvandan eyni hesabdan həmin vaxt faktiki istifadəsində olan 4127********6872 nömrəli bank kart hesabına 798 manat pul vəsaitinin köçürülməsinə nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 4.124 (dörd min yüz iyirmi dörd) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı X26 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Türkiyə Respublikası, Antalya şəhərində yerləşən istirahət etmək üçün tur paketinin alınmasında köməklik edəcəyi adı ilə aldadaraq xx.xx.2022-ci il tarixdə, saat 14:56-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən elektron ödəmə terminalından həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus bank kart hesabına 408 manat, həmin tarixdə saat 15:34-də "xxxx" ASC-ə məxsus 4127********0201 nömrəli bank kart hesabından istintaqla müəyyən edilməyən ərazidən həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 4127********6872 nömrəli bank kart hesabına 985 manat, həmin tarixdə, saat 15:47-də "xxxx" ASC-ə məxsus 4169********7294 nömrəli bank kart hesabından istintaqla müəyyən edilməyən ərazidən həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 6768********4460 nömrəli bank kart hesabına 1.300 manat və həmin tarixdə, saat 15:50-də Kapital Bank” ASC-ə məxsus 4169********5316 nömrəli bank kart hesabından istintaqla müəyyən edilməyən ərazidən həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 6768********4460 nömrəli bank kart hesabına 1.910 manat, həmin tarixdə saat 16:48-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən elektron ödəmə terminalından həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus bank kart hesabına 1.015 manat pul vəsaitinin köçürülməsinə nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs X26 ümumilikdə 5.618 (beş min altı yüz on səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs10 İsrail dövlətindən ona göndəriləcək 20.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 34.000 manat pul vəsaitini tanışları vasitəsi ilə gətirərək həmin puldan 6000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 10.200 manat hissəsini borc götürüb qalan 14.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 23.800 manat hissəsini qaytaracağına dair yalan vəd verib aldadaraq həmin 34.000 manat pul vəsaitini xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Bravo” marketin qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs10 34.000 (otuz dörd min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs8 və onun qardaşı X23 avropa dövlətlərinə getmək üçün multi şengen vizası və ucuz qiymətə bilet alınması alınmasında köməklik edəcəyi adı ilə aldadaraq 2022-ci ilin avqust ayında Bakı şəhəri ərazisində hissəhissə olmaqla ümumilikdə 28.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 47.600 manat və 200 manat pul vəsaitinin alınmasına nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs8 ümumilikdə 47.800 (qırx yeddi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs7 xarici ölkədən telefon gətirib satmaq və xarici ölkələrə ucuz bilet alıb baha satmaq adı altında iş qurmaq vədi verib Binəqədi rayonu ərazisindən istintaqa məlum olmayan ödəmə terminalları vasitəsilə xx.xx.2022-ci il tarixdə həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 4127********4155 nömrəli bank kart hesabına 11690 manat, eyni niyyətlə, 2022-ci ilin dekabr ayında istintaqa məlum olmayan tarixdə və üsulla 13310 manat pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs7 25000 (iyirmi beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs9 2023-cü ilin yanvar ayı üçün Türkiyə Respublikasına 3 nəfər üçün nəzərdə tutulan gediş-dönüş aviabiletləri alınmasında köməklik edəcəyi adı ilə aldadaraq ünvan 8 ünvanında mobil tətbiq vasitəsilə "xxxx" ASC-ə məxsus 9243********0930 nömrəli bank kart hesabından həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 4127********4155 nömrəli bank kart hesabına xx.xx.2022-ci il tarixdə saat 14:04-də 1.030 manat və həmin tarixdə saat 14:06-da 50 manat olmaqla cəmi 1.080 manat, eyni niyyətlə, səyyar qaydada qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən satış mağazasından 2 saat ərzində ödənişi etmək adı ilə 7.000 manat dəyərində qızıl-zinyət əşyaları götürüb pulunu ödəməməklə aldadıb həmin pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs9 8.080 (səkkiz min səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs6 Türkiyə Respublikasına ucuz qiymətə aviabilet almaqda köməklik edəcəyini vəd verib aldadaraq 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayının sonunadək olan müddət ərzində Bakı şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə istintaqla müəyyən olunmayan bank kart hesabına cəmi 2.800 manat pul vəsaitinin köçürülməsinə nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs6 ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasına istirahət etmək üçün ucuz qiymətə mehmanxana otağı götürməyə köməklik edəcəyini və turistlər üçün ölkə ərazisində mehmanxana otağı sifariş etməklə sonradan baha qiymətə verərək qazanc əldə edəcəklərini vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 birinci niyyətlə xx.xx.2023-cü il tarixdə, saat 19:26-da Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək market” mağazasında quraşdırılmış “Milliön” terminalı ilə "xxxx" ASC-dən həmin vaxt faktiki istifadəsində olan 4127********4155 nömrəli bank kart hesabına 1.000 manat pul vəsaitinin köçürülməsinə, ikinci niyyətlə isə xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində mobil telefonundakı mobil tətbiq proqramı vasitəsilə həmin vaxt faktiki istifadəsində olan 4127********4155 nömrəli bank kart hesabına 1.500, 2.500 və 2.000 manat olmaqla cəmi 6.000 manat pul vəsaitinin köçürülməsinə nail olub, etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs1 səyahət etmək üçün ucuz qiymətə tur paketi yığacağına köməklik edəcəyini vəd verib aldadaraq sonuncudan 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində 2500 manat, həmin gün Bakı şəhəri, Səbail rayonu Mərkəzi Univermağının yaxınlığında 2500 manat almış, daha sonra eyni niyyətlə xx.xx.2023-cü il tarixdə 1.200 manat pulun Bakı şəhəri, Nəsimi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Al” marketdə olan “Milliön” terminalından həmin vaxt faktiki istifadəsində olan 4098********3333 nömrəli bank kart hesabına köçürülməsinə nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 6.200 (altı min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs2 Qusar rayonunda yerləşən “Şahdağ” istirahət mərkəzində ucuz qiymətlə mehmanxana otağı sifariş verməkdə köməklik edəcəyinə yalandan vəd verərək sonuncunun 1.720 manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixdə Qazax şəhərində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə həmin vaxt faktiki istifadəsində olan 4127********4155 nömrəli bank hesab kartına köçürülməsinə nail olub həmin pul vəsaiti ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 1.720 (min yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu X18 özünün fərdi sahibkar kimi turizm fəaliyyəti ilə məşğul olmasını və həmin fəaliyyət ilə əlaqədar geniş müştəri kütləsinin olmasını bildirib sonuncunun inam və etibarını qazandıqdan sonra otel və təyyarə biletləri alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən Aydan Musayevaya verəcəyi barədə yalan vəd verib sonuncunu aldadaraq Aydan Musayevanın öz adına olan, "xxxx" QSC-ə məxsus olan bank kart hesabından istintaqa məlum olmayan ünvanlardan 31 yanvar 2023-cü il tarixdə 930 manat, 01 fevral 2023-cü il tarixdə 1.870 manat, 02 fevral 2023-cü il tarixdə 3.600 manat, 03 fevral 2023-cü il tarixdə 4.000 manat və 1.224 manat, 10 fevral 2023-cü il tarixdə 4.590 manat, 05 mart 2023-cü il tarixdə 611 manat, 06 mart 2023-cü il tarixdə 1.600 manat, 13 mart 2023-cü il tarixdə 710 manat, 24 mart 2023-cü il tarixdə 400 manat, 26 mart 2023-cü il tarixdə 1.550 manat olmaqla həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 4127********4155 nömrəli kart hesabına köçürülməsinə nail olub həmin pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs X18 ümumilikdə 21.085 (iyirmi bir min səksən beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu X6 özünün turzim şirkətinin və həmin şirkətin fəaliyyəti ilə əlaqədar geniş müştəri kütləsinin olmasını bildirib sonuncunun inam və etibarını qazandıqdan sonra otel və təyyarə biletləri alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən Samirə Kərimovaya verəcəyi barədə yalan vəd verib sonuncunu aldadaraq 2023-cü ilin noyabr-dekabr aylarının istintaqa məlum olmayan günlərində və istintaqa məlum olmayan ünvanlarda Samirə Kərimovadan birbaşa aldığı 2.470 manat, Samirə Kərimovanın 05 noyabr 2023-cü il tarixdə saat 15:23-də Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 440 manat, 08 noyabr 2023-cü il tarixdə saat 15:21-də Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 1120 manat, 15 noyabr 2023-cü il tarixdə saat 16:36-da ünvan 10 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 15 noyabr 2023-cü il tarixdə saat 16:37-də ünvan 10 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 200 manat, 16 noyabr 2023-cü il tarixdə saat 11:38-də ünvan 11 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1000 manat, 16 noyabr 2023-cü il tarixdə saat 11:42-də ünvan 11 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 50 manat, 20 noyabr 2023-cü il tarixdə saat 19:55-də ünvan 12 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 1000 manat, 22 noyabr 2023-cü il tarixdə saat 16:37-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ, ünvan 13 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 1130 manat, 22 noyabr 2023-cü il tarixdə saat 22:19-da Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 19, X35 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 800 manat, 25 noyabr 2023-cü il tarixdə saat 20:12-də ünvan 12 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 25 noyabr 2023-cü il tarixdə saat 20:15-də ünvan 12 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 1000 manat, 27 noyabr 2023-cü il tarixdə saat 23:39-da Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 27 noyabr 2023-cü il tarixdə saat 23:41-də Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 27 noyabr 2023-cü il tarixdə saat 23:43-də Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 1500 manat, 30 noyabr 2023-cü il tarixdə saat 18:12-də ünvan 12 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 280 manat, 02 dekabr 2023-cü il tarixdə saat 13:58-də istintaqa məlum olmayan ünvanda istintaqa məlum olmayan kart hesabından 700 manat, 03 dekabr 2023-cü il tarixdə saat 17:07-də istintaqa məlum olmayan ünvanda “X43” açıq səhmdar cəmiyyətinə məxsus 5099 nömrəli kart hesabından 1420 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində 2.000 manat, 22 dekabr 2023cü il tarixdə saat 19:17-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 19, X35 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 1190 manat, 23 dekabr 2023-cü il tarixdə saat 15:46-da ünvan 12 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 200 manat, 25 dekabr 2023-cü il tarixdə saat 14:16-da ünvan 12 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 500 manat olmaqla həmin vaxt faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 4127********4155 nömrəli bank kart hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs X6 ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-2015-ci illərdə Türkiyə Respublikası Əskişəhər şəhərində yerləşən Anadolu Universitetinin Turizm və Mehmanxana işinin idarəedilməsi fakültəsini əyani şöbəsini Türk dilində, 2015-2017-ci illərdə Anadolu Universitetinin Magistr pilləsini bitirmişdir. 2015-2018-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu. Əhmədli Rəcəbli küçəsində yerləşən “EasyPay” şirkətində baş mütəxəssis vəzifəsində, 2018-2020-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Ramada” mehmanxanasında ön ofis müdiri vəzifəsində işləmişdir. 2018-ci ildə qərara gəlmişdir ki, turizm fəaliyyəti ilə məşğul olsun və bu məqsədlə 2018-ci ildə vergi ödəyicisi kimi qeydiyyata düşmüş və həmin vaxtdan fiziki şəxs kimi “Farimour” adı altında fəaliyyətə başlamışdır. 09 noyabr 2019-cu ildə o, Zərərçəkmiş şəxs12 demişdir ki, xarici ölkələrdən Bakı şəhərinə qonaqlar gələcək və onlara mehmanxanada otaq brom etməlidir və qonaqlar gedəndən sonra pulunu qazancla birlikdə qaytaracaq. Zərərçəkmiş şəxs12 razılıq vermiş və həmin günü Zərərçəkmiş şəxs12 ona taksi sürücüsü ilə 1600 manat göndərmiş və o, zəng vurub Zərərçəkmiş şəxs12 demişdir ki, pulu alıbdır. Sonra o, Zərərçəkmiş şəxs12 pulunun üzərinə 400 manat qoyub ümumilikdə 2000 manat pulu qaytarmışdır. 2019- cu ilin dekabr ayında o, eyni adla Zərərçəkmiş şəxs12 5000 manat pul istəmiş və Zərərçəkmiş şəxs12 ona razılıq vermiş. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs12 ona taksi sürücüsü ilə 5000 manat göndərmiş və o, Zərərçəkmiş şəxs12 zəng vurub demişdir ki, 5000 manat pulu almışdır. 3- 4 gündən sonra o, yenə Zərərçəkmiş şəxs12 zəng vurub eyni adla 10000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs12 ona razılıq vermiş və taksi sürücüsü ilə 10000 manat pulu göndərmişdir. O, pulu alandan sonra Zərərçəkmiş şəxs12 zəng vurub demişdir ki, 10000 manat pulu alıbdır. Bir həftədən sonra Zərərçəkmiş şəxs12 ona zəng vurub demişdir ki, pulunu qaytar. O. Zərərçəkmiş şəxs12 demişdir ki. 7-10 gün müddət ver, xarici ölkədən qonalar gəlir, sənə qazancla birlikdə 21000 manat qaytaracaq. 10 gündən sonra o, Zərərçəkmiş şəxs12 zəng vurub demişdir ki, işləri alınmır, 2019-cu ilin dekabr ayının axırları qonaqlar gələcək, qonaqlar gəlib gedəndən sonra pulunu qaytaracaq. 29 dekabr 2019-cu ildə xarici ölkədən qonaqlar gəlmiş və işləri alınmır. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs12lə görüşmüş və Zərərçəkmiş şəxs12 ondan pulunu tələb etmişdir. O, Zərərçəkmiş şəxs12 demişdir ki, 2020-ci ilin mart ayında xarici ölkədən qonaqlar gələcək və onlardan qazanc götürəcək, onda sənin pulunu qazancla birlikdə qaytaracaq. Zərərçəkmiş şəxs12 ona təklif etmişdir ki, qazancla birlikdə nə qədər pul verəcək ? O, Zərərçəkmiş şəxs12 demişdir ki, 52200 manat qaytaracaq. Zərərçəkmiş şəxs12 razılaşmış və Zərərçəkmiş şəxs12 ona təklif etmişdir ki, 52200 manat pulun verilməsini notarial qaydada təsdiq edək, o, razılıq vermiş və 27 yanvar 2020-ci ildə o, Zərərçəkmiş şəxs12lə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 11 nömrəli notarial kontoruna getmiş və onunla Zərərçəkmiş şəxs12 arasında kredit müqaviləsi bağlanmış və o, öhdəsinə götürmüşdür ki, onun Zərərçəkmiş şəxs12 06 fevral 2020-ci ildə 52200 manat pulu qayatacaq. Həmin vaxtı oun işləri alınmadığı üçün Zərərçəkmiş şəxs12 pulunu qaytara bilməmiş və Zərərçəkmiş şəxs12 zəng vurmuşdur ki, pulunu tam şəkildə verə bilməyəcək, hissə-hissə qaytaracaq. Zərərçəkmiş şəxs12 razılıq vermiş və Zərərçəkmiş şəxs14 məxsus bank kartının şəkilini göndərmişdir. Bundan sonra o, ilkin olaraq 5000 manat, 2000 manat, 600 manat, 400 manat, 310 ABŞ dolları yəni 510 manat, ümumilikdə isə 14800 manat pulu Zərərçəkmiş şəxs12 göndərmişdir. O, 2017-ci ildən Zərərçəkmiş şəxs13 tanıyır və onunla normal münasibəti olmuşdur. O, 2018-ci ildən Zərərçəkmiş şəxs13 təklif etmişdir ki, xarici ölkələrdən qonaqlar gəlir və mehmanxanada otaqlar brom etmək üçün bir neçə dəfə pul almış və qazancla birlikdə qaytarmışdır. 2020-ci ilin fevral ayının ortalarında o. Zərərçəkmiş şəxs13 demişdir ki, 2020-ci ilin mart ayında Dubay şəhərində ərəblər Bakı şəhərinə qonaq gələcək və onlara mehmanxanada otaq brom etməlidir və ümumilikdə 25000 ABŞ dolları lazımdır, o, 5000 ABŞ dolları qoyacaq, səndə 20000 ABŞ dollar ver, qonaqlar gedəndən sonra pulunu qazancla birlikdə 4 günə qaytaracaq. Zərərçəkmiş şəxs13 ona demişdir ki, o, 10300 ABŞ dolları düzələdə bilər. O, Zərərçəkmiş şəxs13la razılaşmış və 20 fevral 2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, “Happy” marketin qarşısında Zərərçəkmiş şəxs13la görüşmüş və Zərərçəkmiş şəxs13 turizim işi ilə əlaqədar ona 10300 ABŞ dolları, yəni 17510 manatı vermiş və həmin vaxtı onların arasında etibar olduğu üçün pulun verilməsi ilə əlaqədar qəbz yazılmamışdır. O, Zərərçəkmiş şəxs13 aldığı 10300 ABŞ dolların üzərinə özündə pul qoyub “JW Marriott” mehmanxanasına otaq götürmək üçün subagent olan Fərmana vermişdir. Fərmanda ona pulun alınmasına dair vauçer vermiş və demişdir ki, 1700 ABŞ dolları vermək lazımdır. O, bu barəsində Zərərçəkmiş şəxs13 demiş, Zərərçəkmiş şəxs13 demişdir ki, o, 1300 ABŞ dolları düzəldə bilər. O, Zərərçəkmiş şəxs13 razılıq vermiş və həmin günü Bakı şəhəri, Xətai rayonu, “Happy” marketin qarşısında Zərərçəkmiş şəxs13la görüşmüş və Zərərçəkmiş şəxs13 turizim işi ilə əlaqədar ona 1300 ABŞ dolları vermiş və həmin vaxtı aramızda etibar olduğu üçün pulun verilməsi ilə əlaqədar qəbz yazılmamışdır. 4 gündən sonra Zərərçəkmiş şəxs13 ondan pulunu istəmiş və o, Zərərçəkmiş şəxs13 demişdir ki, qonaqlar gələndən sonra pulunu verəcək. Qonaqlar gəlmədivi üçün o, Elvinə 2020-ci ilin mart ayından xarici ölkədən qonaqlar gələndə 15000 ABŞ dollar verəcəyini demişdir. 21 mart 2020-ci ildə xarici ölkədən qonaqlar gəlmiş və o, qonaqları “Bulvar mehmanxanasında” yerləşdirmişdir. Qonaqların üzərində bələdçi olan İran Respublikasının vətəndaşı Əli ona demişdir ki, pulu gətirməyib, İran İslam Respublikasına gedən kimi sənin pulunu kartla göndərəcək. 30 mart 2020-ci ildə o, Zərərçəkmiş şəxs13la görüşmüş və Zərərçəkmiş şəxs13 ondan 15000 ABŞ dollarını istəmişdir. O, Zərərçəkmiş şəxs13 demişdir ki, İranlı Əli bu gün onun pulunu göndərəcək və pulunu bu gün qaytaracaq. Hətta o, Zərərçəkmiş şəxs13 əl yazma yazıb vermişdir ki, o, Zərərçəkmiş şəxs13 15000 ABŞ dolları 30 mart 2020-ci ildə qaytaracaq. 30 mart 2020-ci ildə Əli ona zəng vurub demişdir ki, kartla pul göndərib, o, baxmışdır ki, Əli ona 2000 ABŞ dolları göndərmişdir. O, Əlidən soruşmuşdur ki, niyə 2000 ABŞ dollar, ona 71000 ABŞ dollar göndərməli idin. Əli ona demişdir ki, göndərəcək. Həmin günü o, Zərərçəkmiş şəxs13 1500 manat pul göndərmiş. Zərərçəkmiş şəxs13 ona demişdir ki, 1500 manat pulu faizə çıxır. Bundan sonra o, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs13 ümumilikdə 5000 ABŞ dollar, yəni 85000 manat göndərmişdir. Hazırda onun Zərərçəkmiş şəxs13 6000 ABŞ dollar, yəni 10200 manat verəcəyi qalmışdır. 2020-ci ilin əvvəllərində “X39” adlı kredit təşkilatından 511 qram qızıl əşyalar girov qoyub 52 faizlə 27000 manat pul kredit götürmüş və bir qismini ödəmişdir. Pandemiya ilə əlaqədar işlər dayandığından faizləri verə bilməmiş, belə olan halda həmin şirkət qızılları hərraca çıxaracağını demiş, məcbur olub borc tapıb ödəniş etmişdir ki, qızıllarım hərracda satılmasın. “X39” kredit təşkilatının əməkdaşı Taleh onunla söhbətində bildirmişdir ki, əgər qızıllarının batmasını istəmirsənsə Bakı şəhərində fəaliyyət göstərən başqa bir kredit təşkilatı tap və həmin kredit təşkilatı onlara müraciət etsin və qızılların pulunu ödəsinlər və qızılları çıxartsınlar. Borcunu tam ödəyib qızıllarımı girovdan çıxarmaq üçün 23 aprel 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən "xxxx" kredit təşkilatına müraciət etmişdir. Belə ki, “Brand Credit” BOKT adlı kredit təşkilatından 27000 manat pul götürüb yüksək faizlə 511 qram qızıllarını girov qoyduğunu, faiz yüksək olduğundan qızılları həmin təşkilatdan çıxarıb "xxxx" kredit təşkilatına qoymaq istədiyini demişdir. "xxxx" kredit təşkilatında kredit mütəxəssisi Coşqun köməklik edəcəyini demiş, bundan sonra o, həmin tarixdə ‘'X39” adlı kredit təşkilatından 511 qram qızıl əşyalarını girovdan çıxarıb "xxxx" kredit təşkilatına keçirmək üçün 23504 manat məbləğində vəsait ayrılmasını xahiş etməsi barədə "xxxx" təşkilatına ərizə yazmışdır. Coşqunla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid adına parkın yaxınlığında yerləşən “X39” adlı kredit təşkilatına getmişlər və orada Taleh adlı işçiyə yaxınlaşıb bildirmişlər ki, onun girovda olan 511 qram qızıllarını götürmək üçün qalan borcu ödəyib qızılları götürmək istəyir. Taleh də onlara demişdir ki, heç bir problem yoxdu, yaxınlaşın kassaya pulu ödəyin və dərhal da qızlları təhvil alm. Coşqun təqdim etdiyi aktda göstərilən qızılları Talehə göstərib bu qızılların onlarda olub- olmadığını soruşmuş. Taleh əminliklə bildirmişdir ki, bəli, Təqsirləndirilən şəxs aktda göstərilən qızılları "X39” təşkilatında girovdadır. Onlar kassaya yaxınlaşıb qalıq borcu soruşmuş, kassada olan qız onun 23504 manat borcunun olduğunu demişdir. Coşqun bir daha Talehə yaxınlaşıb 23504 manat pulu kassaya ödədikdən dərhal sonra 511 qram qızılları götürə biləcəyini soruşduqda Taleh dərhal qızılları götürəcəyini demişdir. Coşqun həmçinin bir daha kassadakı qızdan pulu ödəyib qızılları götürə biləcəyini soruşduqda həmin qız “pulu ödəyin dərhal da qızılları sizə qaytaraq” deyə cavab vermişdir. Coşqun da 23504 manat pulu sayıb kassaya ödəmiş, ödəniş barədə qəbzlər yazılmış, o, da qəbzləri imzalamış, lakin qəbzlərdəki qızılın sahibləri başqa şəxslər imiş, o, həmin şəxsləri tanımırmış, əvvəlcədən də Talehin ona deməsinə görə bu şəxslərin qızılları onlarda batmışdır, o, bu qızılların da pulunu ödəyib götürməli imiş, bundan sonra Taleh 15 dəqiqəyə qızılları verəcəyini demişdir. 15 dəqiqə sonra maraqlandıqda Taleh müdirin hazırda işi olduğunu deyib 10 dəqiqə də gözləməyi bildirmişdir. 15 dəqiqə sonra maraqlandıqda Taleh müdirin məhkəməyə getdiyini deyib 5 gün sonra yaxınlaşıb onun girov qoyduğu 511 qram qızılları götürməyi bildirmişdir. Coşqun Talehə demişdir ki, pulu ödəyən kimi dərhal qızılları götürəcəyini demiş, Taleh də müqavilədə pul ödəndikdən 5 gün sonra qızılları götürməyin qeyd edildiyini demişdir. Bundan sonra Cosqun ilə Taleh arasında mübahisə yaranmış və “X39” MMC-nin adını bilmədiyi müdiri kimi özünü təqdim edən Vasif adlı şəxslə görüşmüşdür.Vasif adlı şəxsdə 5 gün sonra gəlib qızılları götürməyi demişdir. Onlar əlacsız qalıb oradan çıxmış, o, bankdan pul çıxarıb Coşquna verməyi təklif etsə də bankdan ona pul verilməmişdir. Həmin gün o, Coşqundan ayrıldıqdan sonra "X39” MMC-yə getdikdə məlum olmuşdur ki, qızılların ödənişi gecikdirildiyi üçün yarı hissəsi artıq hərracda satılmış, ona görə də pul ödədiyi üçün o, öz qızılından qalan 200 qrama yaxın, əlavə isə başqa şəxslərin batmış qızıllarını ona verəcəklərini demişlər. Belə olduqda o, narazılığını bildirmiş və onun məhkəməyə müraciət etməyi dedikləri üçün məcbur olub onlarla razılaşmışdır. Bundan sonra Taleh adlı kredit mütəxəssisi dediyi qızıl əşyaları ona vermişdir. Qızılları alarkən o, qəbzə imza etmişdir. Qızılları aldıqdan sonra fikirləşmişdir ki, həmin qızılları özü baha satıb pulunu "xxxx" kredit təşkilatına ödəyib borcunu bağlayar, lakin alverçinin yanında məlum olmuşdur ki, qızılların dəyəri 14.000 manat təşkil edir. Həmin gün o, qızılları satmaq üçün alverçiyə vermişdir. Həmin günü saat 18 radələrində 'T İnci” şirkətinin ofisinə gəlib, vaxt qazanmaq məqsədilə şirkətin əməkdaşı Məhiyev Coşquna 1000 ABŞ dollar pul vermiş və 23 aprel 2021-ci il tarixli 51 saylı notariat kontorunda Coşqunun adma “X39” MMC-yə ödəniş edib qızılları götürmək və sair səlahiyyət verən 1 aylıq müddətlik etibarnamə vermişdir ki, onun adından “X39” MMC-dən qızılları götürə bilsinlər. Takin bilirmiş ki, “X39" təşkilatından onlara heç bir qızıl verilməyəcəkdir, çünki artıq o, qızılları oradan götürmüşdür. Lakin Coşqun onun Brand Credit təşkilatına gedib 200 qrama yaxın qızılı götürməyindən xəbərsiz imiş. Sonradan 26 aprel 2021- ci ildə "xxxx" kredit təşkilatının əməkdaşları Brand Credit təşkilatına gedib qızılları götürmək istəyəndə Taleh demişdir ki, Fəridə qızılların hamısını təhvil almış, lakin əsl həqiqətdə onlar 511 qram qızıl vermək əvəzinə 200 qrama yaxın qızıl vermişlər, deməsinə görə pulun qalan hissəsi onun banka olan əsas və faiz borcuna silinmişdir. Qızıları ona təhvil verəndə bu barədə özləri videoçəkiliş də etmişlər. "xxxx" kredit təşkilatının əməkdaşları onun qızılları “X39” təşkilatından götürməyini biləndən sonra onlarla arasında mübahisə yaranmış və onlar bu barədə polisə şikayət etmişlər. O, "X39” təşkilatından götürdüyü 200 qrama yaxm qızılı gətirib "xxxx" kredit təşkilatına təqdim etməli imiş, lakin problemləri olduğu üçün qızılları satışa qoyub və borclarını əvəzləşdirmişdir. 2020-ci ilin fevral ayında o, özünə məxsus İphone 12Pro max markalı mobil telefonu satmaq üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən Xəzər Universitetini yaxınlığında Məhəmməd Xudaverdiyevə 1500 manata satmış və Məhəmməd Xudaverdiyevlə münasibəti yaranmışdır. 18 iyul 2021-ci ildə o, Məhəmməd Xudaverdiyevə zəng vurub demişdir ki, gəl görüşək, biznes işi var, yaxşı qazanc əldə etmək olar. Həmin günü o, Məhəmməd Xudaverdiyevlə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Dünya göz” klinikasının qarşısında görüşmüşdür. Həmin vaxt onların yanında heç kim yox imiş. O, Məhəmməd Xudaverdiyevə demişdir ki, sabaha 15000 ABŞ dollara, yəni 25500 manata Türkiyə Respublikasına 6 nəfərlik “tur” paket var, həmin “tur” paketi alıb 21000 ABŞ dollara, yəni 35700 manata satacaq və onlara 6000 ABŞ dolları, yəni 10200 manat qazanc qalacaq. Məhəmməd Xudaverdiyev soruşmuşdur ki, “tur” paketi nə vaxt alıb, nə vaxt satacaqsan ? O, demişdir ki, “tur” paketi alıb həmin günü satacaq və həmin günüdə 25500 manatla birlikdə 10200 manat qazancı sənə verəcək. Məhəmməd Xudaverdiyev razılıq vermiş və demişdir ki, 19 iyul 2021-ci ildə verəcək. 19 iyul 2021-ci ildə saat 14 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən “AFF Biznes” mərkəzinin qarşısında Məhəmməd Xudaverdiyev və Zərərçəkmiş şəxs11la görüşmüşdür. O, Məhəmməd və Tərlana demişdir ki, nə qədər pul düzəldibsniz? Məhəmməd Xudaverdiyev demişdir ki, 25000 manat. O. Məhəmməd və Tərlana demişdir ki, 500 manata əksikdir, özündən 500 manat qoyacaq. O. Məhəmməd Xudaverdiyevə demişdir ki, siz pulu verin, həmin pulu travel şirtkətinə köçürsün, sizin pulunuzu sabah verəcək. Bundan sonra onlar söhbət edə-edə yaxınlıqda olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 129 ünvanında yerləşən “Grandmart” marketinin qarşısında gəlmişlər. Zərərçəkmiş şəxs11 pulu Məhəmməd Xudaverdiyevə vermiş, Məhəmməd Xudaverdiyev pulu ona vermiş, o, pulu saymış və görmüşdür ki, 25000 manatdır. O, Məhəmməd və Tərlanın yanında traverl şirkətinin nümayəndəsi Günay Həsənovanın bank kartına hərbiri 5000 manat olmaqla 25000 manat pulu terminal vasitəsi ilə göndərmiş və 30 dəqiqə ərzində 25000 manat pulun “Paşa Bank” kartına köçürüləcəyini demişdir. Buna görədə o, Zərərçəkmiş şəxs11 və Məhəmməd Xudaverdiyevlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu. Neftçilər prospektində yerləşən "Port Baku” biznes mərkəzində olan "Paşa bank” teminalınm qarşısına gəlmişlər. O, özünə məxsu kartı “Paşa bank” kartını terminala daxil etmiş və görmüşdür ki, pul köçürülməmişdir. Bundan sonra o, demişdir ki, “Paşa bank”a zəng vurub maraqlanacaq və mobil telefonla “Paşa bank”ın əlaqə nömrəsinə yığmış və mikrafona qoyub danışmışdır. Əks tərəfdən cavab gəlmişdir ki, Qurban bayramı olduğu üçün 24 iyul 2021-ci ildə müraciət edərsiniz. Bundan sonra o, özünə məxsus “Paşa bank” kartını və kodu Məhəmməd Xudaverdiyevə vermiş və demişdir ki, 24 iyul 2021-ci ildə özü kartdan pulu çıxarar. Bundan sonra Məhəmməd Xudaverdiyev ona demişdir ki, idarə etdiyi avtomobillə evinə aparsın, həm də görsün harada yaşayır. O, razılıq vermiş və Məhəmməd Xudaverdiyevin idarə etdiyi BMW markalı F30 modelli Az **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, Zərərçəkmiş şəxs11 isə sol qabaq oturacaqda əyləşmişlər. O, yolu göstərmiş və Məhəmməd Xudaberdiyev onu Bakı şəhəri, Nizami rayonu. Bəkir Çobanzadə küçəsində yerləşən “Saffır” şadlıq sarayının yaxınlığında olan beş mərtəbəli yaşayış binasına gətirmişdir. O, Məhəmməd Xudaverdiyevə demişdri ki, o, xalası ilə birlikdə yaşayır, xalası beş mərtəbəli binan 1-ci blok, 2-ci mərtəbə, sol qapıda olan məzildə yaşayır. O, avtomobildən düşmüş və Adilə Muradovanın yaşadığı evə getmişdir. Həmin günü o, təyyarə ilə Türkiyə Respublikasının Antalya şəhərinə getmiş və sistemdən olan yarı pulunu, yəni 120000 evronu götürmək istəyirmiş, möhür Bakı şəhərində qaldığı üçün pulu götürə bilməmişdir. 23 iyul 2021- ci ildə o, Məhəmməd Xudaverdiyevə zəng vurub demişdir ki, o, Xaçmaz rayonu, Nabran qəsəbəsinə gedir, pul məsələsini həll edəcək. Bundan sonra Məhəmməd Xudaverdiyev ondan 25000 manat pulu tələb etməyə başlamış, o, hər dəfə bir bəhanə gətirərək verəcəyini demiş və 2021-ci ilin avqust ayının əvvəlləri 1000 manat düzəltmiş və bu barədə Məhəmməd Xudaverdiyevə zəng vurub demişdir. X13 Həsənovun kartının şəkilini ona göndərmiş və o, həmin karta 1000 manat pul köçürmüşdür. 2021-ci ilin avqust ayının axırları o, Zərərçəkmiş şəxs11 kartına 1000 ABŞ dolları, 1700 manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs11 19 noyabr 2021-ci ildə onun barəsində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 15 fevral 2022-ci ildə müştərisi Nuranə xanımın vasitəsi ilə ona Zərərçəkmiş şəxs3 zəng vurub ailəsilə birlikdə Türkiyə Respublikasında istirahət etmək üçün əvvəlcədən tur paketi alıb 2021-ci ilin iyul ayında istirahətə getmək istədiyini bildirmişdir. Qış ayları olduğu və əvvəlcədən tur paketi alman zaman nisbətən ucuz tur paktləri təşkil edirmiş. Serqey Bağırov ona demişdir ki, 2 nəfər böyük, 2 nəfər uşağa görə tur paketin qiymətini soruşmuş, o, Serqey Bağırova demişdir ki, 2 nəfər uşaq, 2 nəfər böyük üçün Türkiyə Respublikasında istirahət üçün tur paketin qiyməti 2117 manat, sığorta isə 152 manatdır. Zərərçəkmiş şəxs3 demişdir ki, maraqlanıb bir söz deyər. Həmin günü Zərərçəkmiş şəxs3 ona zəng vurub əlavə 2 nəfər böyük və 1 uşaqdan ibarət yalnız mehmanxanada qalmaqlarının qiyməti ilə maraqlanmışdır. O, Zərərçəkmiş şəxs3 demşdir ki, 2 nəfər böyük, 1 uşağa görə yalnız mehmanxanada qalmaq üçün tur paketin qiyməti 1057 manat təşkil edir, sığorta isə 117 manatdır. Zərərçəkmiş şəxs3 ona razılıq vermiş və demişdir ki, 11 iyul 2022-ci ildən 16 iyul 2022-ci ilə kimi Türkiyə Respublikasının, Antalya şəhərində olan “X40” mehmanxanasında 4 nəfər böyük, 3 nəfər uşaqdan ibarət yer saxlasın və sığorta pulundan imtina etmişlər. O, Zərərçəkmiş şəxs3 razlıq vermiş və demişdir ki, 3174 manat pulu kart vasitəsi ilə göndərərsiniz və o, Zərərçəkmiş şəxs3 “WhatsApp” proqramı vasitəsi ilə rəfiqəsi Günay Bəşirova məxsus “Kapiatl Bank”a aid kartının şəkilini göndərmişdir. Həmin günü o, Türkiyə Respublikasında olan “Kartaca” şirkəti ilə əlaqə saxlayıb “X40” mehmanxanasında 4 nəfər böyük, 3 nəfər uşaq olmaqla yer sifariş vermişdir. Sabahı günü, yəni 16 fevral 2022-ci ildə saat 11:28-də Zərərçəkmiş şəxs3 "xxxx"a aid kartdan Günay Bəşirova məxsus "Kapital Bank”a aid kartına 3174 manat pulun köçürdüyü qəbzin şəkilini göndərmişdir. O, gömüşdür ki, Zərərçəkmiş şəxs3 3174 manat pulu "xxxx"a aid karta köçürmüş və komissiya haqqı olaraq 15 manat 87 qəpik çıxılmışdır. O, Zərərçəkmiş şəxs3 demişdir ki, sizə “Azərbaycan Beynəlxalq Bank’ının kartı göndərəcək, komissiya pulu çıxılmasın. 20 fevral 2022-ci ildə “Kartaca” şirkətinin nümayəndəsi onunla əlaqə saxlayıb bildirmişdir ki, “X40” mehmanxanasında sifariş verilən 4 nəfər böyük, 3 nəfər uşaq üçün sığorta mütləqdir. Bu səbəbdən o, yenidən Zərərçəkmiş şəxs3 zəng vurub məlumat vermiş və Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra Vatsap proqramı vasitəsi ilə özünə məxsus "xxxx"a aid kartın şəkilini Zərərçəkmiş şəxs3 göndərmişdir. Həmin günü saat 12:48-də Zərərçəkmiş şəxs3 "xxxx"a aid kartından ona məxsus olan "xxxx"a aid karta 152 manat pul köçürmüş və qəbzin şəkilini ona göndərmişdir. Həmin günü ona “WhatsApp” proqramı vasitəsi ilə 117 manat sığorta pulunun ödənilməsi barədə qəbzin şəkili göndərilmişdir. Bunda sonra Zərərçəkmiş şəxs3 ona zəng vurub 117 manat pulun ödənilb-ödənilməməsi barədə soruşmuş, o, Zərərçəkmiş şəxs3 demişdir ki, ödənilmişdir. 03 mart 2022-ci ildə Zərərçəkmiş şəxs3 ona zəng vurub 2022-ci iln iyul ayının axırları üçün 2 nəfər böyük, 2 nəfər uşaq olmaqla İstanbul-Bakı aviabileti haqqında maraqlanmış, o, sisitemə baxmış və görmüşdür ki, endirim konpaniyası var, 2 nəfər böyük, 2 nəfər uşaq üçün İstanbul-Bakı avibiletin qiyməti 798 manatdır və o, bu barədə Zərərçəkmiş şəxs3 demişdir. Zərərçəkmiş şəxs3 ona razılıq vermiş və həmin günü saat 18:52-də Zərərçəkmiş şəxs3 "xxxx"a aid kartdan ona məxsus "xxxx"a aid karta 798 manat pul köçürmüş və pulun qəbzini şəkilini “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmişdir. O, sistemə baxıb 2 nəfər böyük, 2 nəfər uşaq olmaqla sifariş vermişdir. 18 aprel 2022-ci ildə 2 nəfər böyük, 2 nəfər uşaq üçün İstanbul-Bakı aviabileti elektron qaydada təsdiq olunmuş və həmin elektron biletlərin şəkillərini ona Zərərçəkmiş şəxs3 göndərmiş və Zərərçəkmiş şəxs3 demişdir ki, siz rahat 11 iyul 2022-ci ildə Heydər Əliyev adma Beynəlxalq Areoportdan təyyarə ilə gedəcəksiniz. 29 may 2022-ci ildə Zərərçəkmiş şəxs4 ona zəng vurub demişdir ki, nömrəsinizi Zərərçəkmiş şəxs3 götürmüş, ona iki ailə üçün Türkiyə Respublikası, Antalya şəhərində olan “X40” mehmanxanasında 2022-ci ilin avqust ayına tur paketi lazımdır. O, Zərərçəkmiş şəxs3 razılıq vermiş və sistetə baxıb demişdir ki, iki ailə üçün tur paketi 5618 manat təşkil edir. Zərərçəkmiş şəxs4 razılıq vermiş və o, “WhatsApp” proqramı vasitəsi ilə ona kart şəkili göndərmiş və demişdir ki, 5618 mana pulu bu karta köçürün və qəbzin şəkilini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərsin. 31 may 2022ci ildə Zərərçəkmiş şəxs4 “WhatsApp” proqramı vasitəsi ilə 5618 manat pulun onun kartına köçürüldüyü qəbzin şəkilini ona göndərmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində ona Sima xanım zəng vurub demişdir ki, nömrənizi Zərərçəkmiş şəxs4 almış, o və qızı Gürcüstan Respublikası, Batumi şəhərinə tur paketi sifariş vermişdir. O, sistemə baxmış və Sima xanıma demişdir ki, Gürcüstan Respublikasına tur paketlər bir həftəyə çıxacaq və onda tur paketi verəcək. Sima xanım onunla razılaşmış və o, Sima xanıma demişdir ki, 2 nəfər tur paketin qiyməti 1428 manat təşkil edir. Sima xanım onunla razılaşmış və o, Sima xanıma demişdir ki, “WhatsApp" proqramı vasitəsi ilə kart şəkili göndərəcək, həmin karta 1428 manatı köçürüb qəbzin şəkilini ona göndərərsiniz. Sima xanım onun kartına 1428 manat pul köçürüb qəbzin şəkilini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Təxminən 2-3 gündən sonra Sima xanım ona zəng tur paketi istəmiş, o, Sima xanım demişdir ki, tur paket uçuşa bir həftə qalmış gələndən sonra verəcək. Sima xanım demişdir ki, tur paketi ver. O. demişdir ki, sizin pulunuzu versin, tur paket gələndə pulu qaytararsınız. Sima xanım demişdir ki, onun pulunu qaytar. O, da Sima xanımın verdiyi sifarişə imtina vermiş və demişdir ki, sizin pulunu verəcək. Bundan sonra Zərərçəkmiş şəxs4 ona zəng vurub tur paketi istəmiş, o, Zərərçəkmiş şəxs4 demişdir ki, uçuşa 7-10 gün qalmış, tur paketin gələcək və o, verəcək. Bundan sonra Zərərçəkmiş şəxs3 ona zəng vurub demişdir ki, Türkiyə Respublikasında olan “Kartaca” şirkəti ilə əlaqə saxlayıb Antalya şəhərində olan “X40” mehmanxanasında 2 nəfər böyük, 2 nəfər uşaq sifarişinin olubolmamasını soruşmuş və məlum olmuşdur ki, pul köçürülmədiyi üçün ləğv olunub. “Azal” şirkəti ilə əlaqə saxlayıb Türkiyə Respublikasına onların adına aviabilet sifariş olubolmamasını soruşmuş və məlum olmuşdur ki. pul köçürülmədiyi üçün ləğv olunub. O. Zərərçəkmiş şəxs3 demişdir ki, onun "Kartaca” şirkəti ilə müqavilə pozulduğu üçün sizin tur paket ləğv olunmuş, amma söz verdiyi vaxt hamınızı Türkiyə Respublikasına gedəcək. 23 iyun 2022-ci ildə Nuranə xanım onu metronun “Gənclik” stansiyasının yaxınlığında olan parka çağırmış və o, Nuranə xanım, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Sima xanımla görüşmüş və Serqey Bağırov, Zərərçəkmiş şəxs4 və Sima xanım ondan pullarını tələb etmişlər. O, söz vermişdir ki. pulu tam şəkildə qaytaracaq. Bundan sonra Zərərçəkmiş şəxs3 onun barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə, Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, Sima xanım isə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və Təranə Babayevanın əri Serkan Cibelik Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişlər. 25 iyun 2022-ci ildə Sima xanıma 750 manat pul ödəmiş və demişdir ki, tam şəkildə pulu qaytarmışdır. 07 iyul 2022ci ildə o, Zərərçəkmiş şəxs3 1000 manat, Təranə Babayevaya 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat pulu kartlarına göndərmiş və demişdir ki, qalan pulu hissə-hissə ödəyəcək. 15 iyul 2022-ci ildə Zərərçəkmiş şəxs3 1000 manat, Təranə Babayevaya 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat pulu kart vasitəsi ilə göndərmiş və bildirmişdir ki, qalan pulu hissə-hissə ödəyəcək. 2022-ci ilin iyul ayının axırlarında o, Zərərçəkmiş şəxs3 qalan pulu ödəmiş və Zərərçəkmiş şəxs3 tam şəkildə pulunu ödəmişdir. O, 2022-ci ilin iyun ayında ortaq tanışları vasitəsi ilə ünvan 15 ünvanda yerləşən “Moskva” univermağında qızıl-zinyət əşyasının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs10 tanımış və sonuncu ilə normal münasibəti olmuşdur. 06 iyul 2022-ci ildə o, Zərərçəkmiş şəxs10lə görüşən zaman Rəvana 10000 manat lazım olduğunu demiş və Zərərçəkmiş şəxs10 ona hazırda pulunun olmadığını, lakin İsrail Dövlətində dostu Barisin olduğunu, X32-Əviv şəhərində tanıdığı varsa, Barisdən pulu götürüb pulu Bakı şəhərinə göndərməyin mümkün olub olmadığını soruşmuş. O, da Zərərçəkmiş şəxs10 İsrail dövlətində Vüqar adlı tanışının olduğununu və Vüqar vasitəsi ilə pulu Barisdən götürə biləcəyini demiş və buna görədə Vüqar ilə mobil telefon vasitəsi ilə danış və Barisin mobil nömrəsin Vüqara vermişdir. Sonradan Vüqar ona zəng edərək Barisin Təl-Əvin şəhərində deyil Aşkelon şəhərində olduğunu və həmin şəhərin ondan uzaqda olduğunu və bu səbəbdən gedə bilməyəcəyini demişdir. Buna görədə o, Kamran adlı başqa bir tanışı vasitəsi ilə X32-Əviv şəhərində pul olduğunu və həmin pulun Təl-Əviv şəhərində götürüb Bakı şəhərinə göndərməli olduğunu demiş və Kamran isə ona Aşkilon şəhərindən pulu götürmək üçün 500 ABŞ dolları, pulun oradan Bakı şəhərinə göndərilməsi üçün 1000 ABŞ dolları xərci olduğunu bildirmiş və o, da Kamran ilə razılaşmışdır. Bundan sonra X12 Şamilə Borisin mobil telefon nömrəsin vermiş və Şamil Boris ilə əlaqə saxlamış və sonradan məlum olmuşdur ki, Boris 20000 ABŞ dollarını sabahı günü, yəni 07 iyul 2022-ci ildə pulu Şamilə verəcək. Zərərçəkmiş şəxs10 ona 6000 ABŞ dollarım götürməsini qalan 14000 ABŞ dollarını isə özünə qaytarmasını demiş, o da Rəvan ilə razılaşmışdır. 07 iyul 2022-ci ildə Kamran ona zəng vuraraq pulun İsrail Dövlətindən gəldiyini və gəlib görüşməsini bildirmişdir. O, da Kamrana Bakı şəhəri Binəqədi rayonunda yerləşən metronun “Nəsimi” stansiyasının yaxınlığında görüşməsini deyərək 07 iyul 2022-ci ildə saat 16:30 radələrində o, Kamranla Bakı şəhəri, Binəqədi rayonunda yerləşən metronun “Nəsimi” stansiyasının yaxınlığında görüşmüş və ,həmin vaxt Kamran ona 18500 ABŞ dolları, yəni 31450 manat pulu vermiş və ona 500 ABŞ dolları Təl- Əviv şəhərindən Aşkilon şəhərindən gedib götürməyə görə, 1000 ABŞ dolları isə pulun İsrail Dövlətindən Bakı şəhərinə köçürülməsinə görə çıxıldığını bildirmişdir.O, da Kamran ilə razılaşıb pulu götürmüş və bundan sonra pulun şəklini çəkib Zərərçəkmiş şəxs10 göndərmişdir və mobil telefon ilə Zərərçəkmiş şəxs10 ilə danışaraq pulun onda olduğunu demiş və işini həll edib gəlib verəcəyini bildirmişdir. Bundan sonra o, Raid, Sergey, Təranə, Sima və başqa borclarımı ödəmiş, 1000 ABŞ dolları qalmış, həmin 1000 ABŞ dollarının Rəvana Babayevlə görüşüb ona vermişdir. Zərərçəkmiş şəxs10 ona “mənə çatacaq 13000 ABŞ dolları hanı?” demiş o, da yalandan Zərərçəkmiş şəxs10 travel şirkətində sistemə köçürdüyünü 3 ay faizi ilə birikdə götürüb pulunu xeyri ilə birlikdə qaytaracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs10 ondan pulunu tələb etməyə başlamış, o, da müxtəlif bəhanələr gətirməklə pulu verəcəyini demişdir. 18 avqust 2022-ci ildə Zərərçəkmiş şəxs10 ondan pulunu yenə tələb edən zaman ona qəbz yazıb WhatsApp proqramı vasitəsi ilə göndərmişdir. Həmin qəbzdə yazaraq qeyd etmişdir ki, 22 avqust 2022-ci ildə 20000 ABŞ dollarına görə 23000 ABŞ dolları verəcək. 2022-ci ilin sentyabr ayında o, müxtəlif vaxtlarda Rəvana 1000 manat, 700 manat, 1000 ABŞ dolları, 200 ABŞ və 1.000 dolları göndərmiş və qalan puluda tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Bundan başqa 2022-ci ilin avqust ayının əvvəllində X27 bilet alanda tanımış, Eminə həmin vaxtı İstanbula bilet təşkil etmiş və beləlik Eminlə aralarında tanışlığı olmuşdur, Emin ona Avropa ölkələrinə multi şenqen vizası düzəltməsini xahiş etmiş və buna görədə Azadlıq prospektində yerləşən “Embavood” mağazasının qarşısında Eminin qardaşı ona 6.000 min ABŞ dolları vermişdir. O, Eminə və qardaşına söz verərək vizanı Yunanıstan səfirliyi vasitəsi ilə onlara multi şengen vizası düzəldəcəyini demiş və bu məqsədlə bank hesablarında 10.000 min ABŞ dolları pul olmasını bildirmişdir. Əlavə olaraq da 5000 ABŞ dolları Raminə görə. Bundan sonra Emin ona 15.000 min ABŞ dolları M.Əcəmi metrosunun yanında vermişdir. Pulu aldıqdan sonra o, Eminə “Dubaya tez tez gedib gəıirsən ucuz biletlər var biri 230 avrodan” demiş, Emində onunla razılaşaraq və biletlər üçün ona 4.600 daha doğrusu 7.300 manat pul göndərmiş, həmin pulları Azadlıq prospektində yerləşən “Embavud” mağazasının yanında götürmüşdür. Həmin vaxtlarda o, sözügedən yerdə kirayədə yaşamışdır. O, Yunanıstan səfirliyinə Emin Abbasovun sənədlərini göndərmiş və bir müddət sonra Eminin məhkumluğu olduğuna görə ona yox cavabı gelmiş, amma o, bu barədə Eminə məlumat verməmişdir. Həmin vaxtlarda borcu olduğuna görə o pulları borcuna yönəltmişdir. Bundan başqa əlavə olaraq onlar üçün bilet və tur adı ilə 3.000 min dollar pul almışdır. Ümumilikdə Emindən 28.000 min ABŞ dolları almış, həmin puldan 11.000 ABŞ dolları qaytarmış və əlavə olaraq 1.000 dollarlıqda Dubaya bilet yazmışdır. Hal-hazırda Eminə 16.000 min dollar verəcəyi qalmışdır. Sonucu dəfədə Emindən 2022-ci ilin avqust ayının sonuda Azadlıq prospektində yerləşən “Embavud” mağazasının yanında 5.000( beş) min dollar almışdır. Daha sonra X30 ilə tanış olmuşdur. Cəlalla iş görmək barəsində razılaşmışdırlar. Cəlala xarici ölkələrdən telefon gətirib satmaq və ucuz bilet alıb baha satmaq təklifi etmişdir. Bu iş üçün 25000 manat pul lazım olmasını demişdir. Cəlal da razılaşmışdır. Daha sonra Cəlal onun Beynəlxalq bankdan ona verilmiş kartına pul göndərmişdir. Həmçinin də əlbələl pul vermişdir. Ümumilikdə 25000 manat pul Cəlaldan pul almışdır. Lakin Cəlaldan əlbəl almış olduğu pulları nə vaxt və harada almasını xatırlamır. O, Zərərçəkmiş şəxs6 tanıdığını, Nərgizin ondan İstanbul şəhərinə gediş-gəliş üçün 2 nəfərlik bilet istədiyini bildirmişdir. O, da Nərgizin işini görmüşdür. Daha sonra Nərgiz ondan yenə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet istəmiş, o, biletlərin qiymətinin 1200 manat etdiyini bildirmişdir. Daha sonra isə o, bilet ala bilməmiş və pulu olmadığı üçün Nərgizin pulunu qaytara bilməmişdir. Hazırda da onun Nərgizə 1200 manat pul verəcəyi qalmışdır. Həmçinin Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Fərid ondan Koreya-Yaponiya- Meksika respublikalarına tur paket istəmiş, o, da həmin tur paketi danışmışdır Tur paket üçün o, Fəridə 6200 manat pul demiş, Fərid də ona 6200 manat pul vermiş, lakin həmin pulların necə və harada verməsini xatırlamadığını bildirmişdir. Lakin sonradan Fərid tur paketi istəməmiş, O, də pula ehtiyacı olduğu üçün Fəridin pulunu qaytara bilməmişdir. Sadəcə Zərərçəkmiş şəxs1 200 manat pul qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs5 ilə sinif yoldaşı Rəşad vasitəsi ilə tanış olmuşdur. 25 aprel 2023-cü il tarixdə Flora onun ***-***-**-** saylı nömrəsinin vatçap ani ismarıclaşma və mübadilə sistemində olan hesabına ismarıc yazaraq nömrəmi Rəşaddan aldığını demiş və ona yayda ailəsi ilə birlikdə Türkiyədə istirahət etmək istədiyini demiş və ona bilet də daxil olmaqla otel lazım olduğu üçün bir neçə otelin şəkilini atmışdır. O,da 5 (beş) ulduzlu otel olan “Rixos” otelini bəyənmiş və ona üç nəfərin xərcinin, ümumilikdə, 2300 manat olacağını deyərək həmin məbləğin yarısını, yəni 1150 manatını rezervasiya üçün həmin gün onun kart hesabına atmasını istəmişdir. O da o qədər pulu olmadığını, sadəcə 1000 manat göndərə biləcəyini demiş, o, da Flora ilə razılaşmış və həmin gün axşam radələrində Flora onun 4127-2107-1134-4155 saylı, "xxxx"a məxsus olan kartına 1000 manat pul göndərmişdir, qalan pulu da maaşı alan zaman ödəyəcəyini bildirmişdir. O,da razılaşmışdır. Floranın ona göndərmiş olduğu 1000 manatı həmin pulun üzərinə 150 manat da qoyaraq qeyd edilən oteldə avqust üçün rezervasiya eləmişdir. 1000( bir min) manatın üzərinə 150 manat qoymağıma səbəb otelin pulun yarısını tələb etməsi olmuşdur. Rezarvasiya etdikdən sonra da bu barədə Floraya məlumat vermişdir. Bir müddət sonra. 28 aprel 2023-cü il tarixdə o, Floranın nömrəsinə ismarıc yazmış ona “Formula 1” yarışı ilə bağlı onun ərəb qonaqlarının gələcəyini demiş və qonaqları yerləşdirmək üçün pul lazım olduğunu bildirmişdir. Lakin o qədər pulu yoxdur. Floradan ona 6000 manat pul göndərməsini xahiş etmiş Florada ona faizə pul verən tanışından həmin məbləği alacağını və mənə göndərəcəyini bildirmişdir. O, da Flora ilə razılaşmış və bir müddət sonra Flora onun göndərmiş olduğu kart hesabına əvvəlcə 1500 manat, bir neçə sat sonra isə 4500 manat pul göndərmişdir. Sonra isə ərəb qonaqlarım gəlmiş. Həmin şəxslər otelin pulunu nağd şəkildə yox, plaktik kartla post-terminala ödəmişlər. Bundan sonra da qonaqların ödədiyi məbləğ otelin hesabına keçmiş, həmin hesaba vergi orqanları sərəncam qoyduqlarından o, pulu hesabdan çıxara bilməmişdir. Nəticədə də Floraya söz verdiyi məbləği Floraya qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs5 vəziyyəti izah etdiyini hesabından pulu çıxara bilmədiyini deməyinə baxmayaraq bu proses çox uzun çəkdiyindən Flora onun barəsində polis şöbəsinə müraciət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 Moskva Univermağında qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanımışdır. 2022-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs9 1080 manat pul alaraq onun ailə üzvlərinə Türkiyə Respublikasına 18 yanvar 2023-cü il tarixinə biletlər almışdır. Həmin gündən 2-3 gün keçdikdən sonra Vüsala məxsus Nəsimi rayonunda yerləşən Moskva Univermağında olan VEF mağazasından 7000 manat dəyərində 750 əyarlı qızıl komplekt seçim götürmüşdür. Həmin pulu 3 ay müddətinə verəcəyimə söz vermişdir. Qızılı götürdüksən sonra satmaq üçün Sevda adlı xanıma vermişdir. Lakin Sevda adlı xanım vəfat etdiyi üçün pulu batmışdır. O, da Vüsalın pulunu verə bilməmiş və Vüsal da Türkiyə Respublikasına almış olduğu biletləri istəmədiyi üçün Vüsala ümumilikdə 8080 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs2 ona X41 ilə əlaqədar xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə oteldə otaqlar rezervasiya etmək istədiyini bildirmiş, o, da “booking.com” saytında “Pik Palace” adlanan oteldə Zərərçəkmiş şəxs2 və onun tanışı X14 adlarına yeni ilə oteldə yer olmadığından yanvar ayına otaq rezervasiya etmişdir. Oteldə rezervasiya edilməsi üçün Anar onun bank hesabına 1720 manat pul göndərmişdir. Lakin xx.xx.2024-cü il tarixədə yer təşkil edilməsində problem yaşandığından Anarın göndərmiş olduğu pulu geri qaytarmaq istəsə də vergi borcuna görə onun hesabıma həbs qoyulduğu üçün mən VÖEN-ə bağlı olan hesabından fiziki şəxsin hesabına pul köçürə bilməmişdir. O, Anardan hüquqi şəxsə məxsus olan hesab nömrəsi göndərməsini xahiş etmiş, pulu həmin hesaba göndərəcəyini demişdir. Lakin Anar ona hüquqi şəxsə məxsus olan hesab nömrəsi göndərmədiyi üçün o, pulu Anara qaytara bilməmişdir. Anar ilə danışaraq xx.xx.2024-cü il tarixədək pulu qaytaracağı demiş, lakin o, xx.xx.2024-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə həbs edildiyi üçün Anara pulumu qaytara bilməmişdir. Bundan başqa X19 ondan təyyarə biletleri aldığı üçün 2 ildir ki tanıyır. 2023-cü ilin yanvar ayında onun pula ehtiyacı olduğu üçün Aydanla mobil telefonla danışan zaman faizlə pul lazım olduğunu demiş, Aydan da ona faizlə pul verə biləcəyini bildirmişdir. Hansı şərtlər ilə faizə pul aldığını xatırlamasa da pul lazım olan vaxt Aydandan hissə-hissə pul alacağını, hər dəfə pulu aldıqdan 1 ay sonra pulun özünü və fazini qaytaracağını barədə razılaşdıqdan sonra 2023-cü ilin yanvar-mart ayları ərzində Aydan hissə-hissə olmaqla onun istifadəsində olan "xxxx" ASC-yə məxsus olan 412721******4155 nömrəli kart hesabına təxminən 17000 manat pul köçürmüşdür. O, da həmin pula borclarını ödəmişdir. Lakin sonra problemləri olduğu üçün Aydana pulu qaytara bilməmişdir. Aydan gözlədiyi üçün aldığı borca görə Aydana 1000 ABŞ dolları pul vermişdir. Aydan pulu aldıqdan sonra Aydanla görüşən zaman Aydan ondan xəbərsiz video görüntü çəkmiş, sosial şəbəkələrdə dələduz olmağı barədə video görüntü paylaşılmışdır. Bundan sonra müştəriləri ondan uzaqlaşdığından Aydanın pulunu qaytara bilməmişdir. O, Aydanı aldatmamış onun pulunu gələcəkdə maddi imkanın olduğu halda qaytaracağını bildirmişdir. Bundan sonra, X7 həkim kimi uzun müddətdir ki tanıyır. Samirə bir neçə dəfə ondan təyyarə, otel biletləri almışdır. 2023-cü ilin noyabr ayında mobil telefonla Samirə ilə danışan zaman Samirə ondan nə üçün işini böyütmədiyini soruşmuş, o, isə problemləri olduğunu, nağd pulunun olmadığını, pul olsa işləyib pul qazana biləcəyini demişdir. Samirədən ona faizlə pul tapmaq imkanının olub-olmadığını soruşmuş, Samirə də maraqlanıb ona xəbər verəcəyini demişdir. Elə həmin gün Samirə ona zəng vurub pul tapa biləcəyini bildirmiş o, isə hər 2000 manat pula 500 manat əlavə pul verəcəyini dedikdən sonra Samirə ilə razılaşmışdır. 2023-cü ilin noyabr-dekabr ayları ərzində Samirə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus olan 412721******4155 nömrəli kart hesabına təxminən 20000 (iyirmi min) manat pul köçürmüşdür. O, Samirədən aldığı pulla təyyarə biletləri alıbsatmışdır. O, müqaviləsi olan və işlədiyi şirkətlərin pulu X41ndan sonra, 2024-cü ilin yanvar ayında köçürməsini deməyinə baxmaayaraq 2024-cü ilin yanvar ayının əvvəllərində Samirə ondan şikayət etmiş və buna görədə o, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə izahat yazmı və 12 yanvar 2024-cü il tarixdə pulu ödəyəcəyi barədə iltizam vemişdir. Lakin 11 yanvar 2024-cü ilin yanvar ayında o, həbs olunduğu üçün Samirənin pulunu qaytara bilməmişdir. O, Samirədən 25000 manat, həmçinin əlbəəl 2470 manat pul almamışdır.Samirənin dayısı oğlu Cavid adlı şəxs ondan Dubaya getmək üçün tur paketi almış, əvəzində 2000 manat pul ödəmişdir. Lakin sonradan Samirə və onun qohumu Anarla mübahisəmiz olduğu üçün Cavid də tur paketini istəməmiş,pulunu tələb etmişdir. Sonradan Samirə özü Cavidin pulunu geri qaytarmışdır. O, əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs12 ümumilikdə 14800( ön dörd min səkkiz yüz) manat pul qaytarmışdır. Ümumiyyətlə bir neçə şəxsin tam, bir neçəsini isə qismən qaytarmışdır. Həbs olunduğu üçün işləyib pulları qaytarmaq imkanı olmamışdır. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Şərabstan” mağazasında satıcı işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müştəri qismində o işləyən mağazaya gedib gəlmişdir. Fəridə ilə tanış olmuş və adi münasibəti olmuşdur. Fəridə ilə söhbət zamanı Fəridə ona turizm şirkətinin olmasını demişdir. Həmçinin ona birlikdə iş qurmağı təklif etmişdir. Fəridə ona birlikdə xarici ölkədən telefon gətirib satmağı, həmçinin xarici ölkəyə ucuz bilet alıb baha satmağı təklif etmişdir. Fəridə ondan 15000 manat telefon gətirmək üçün istəmişdir. Daha sonra isə bilet almaq üçün 10000 istəmişdir. Həmin pulları ona vermişdir. Belə ki, hazırda Fəridənin vermiş olduğu Beynəlxalq Banka aid 4***********4155 nömrəli karta xx.xx.2022-ci il tarixdə 11690 manat pul göndərməsi barədə qəbzlər vardır. Həmin pulları Binəqədi rayonu ərazisində yerləşən Bazastore və Bravo marketlərdə olan ödəmə terminallarından göndərmişdir. Həmin qəbzləri təqdim edə bilər. Qalan pulları isə 2022-ci ilin dekabr ayında göndərmişdir. 2022-ci ilin dekabr ayında göndərdiyi pulları hansı üsulla göndərməsi yadında qalmamışdır. Ümumilikdə Fəridəyə 25000 manat pul vermişdir. Fəridəyə pulları Binəqədi rayonu ərazisində yerləşən ödəmə terminallarından göndərmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqələri vasitəsi ilə tanımışdır. Fəridə ilə söhbət zamanı o turizm şirkəti olduğunu, istəsəyən şəxsə ucuz təyyarə bileti, otel tapa biləcəyini demişdir. Bundan sonra 2023-cü ilin noyabr ayında Türkiyəyə getməli olmuş, aldığı təyyarə biletinə görə uçuş gecə saat 3-də olmalı olmuş, gündüz getmək istədiyi üçün Fəridəyə zəng vurub ondan pulsuz onun təyyarə biletini gündüz uçuşuna dəyişməsini xahiş etmişdir. Bundan sonra bir dəfə Fəridə Gürcüstana getmək üçün ona ucuz aviabilet, bir dəfə isə Türkiyədən isə ucuz otel bileti almışdır. Bundan sonra Fəridə ilə münasibəti yaranmış, Fəridəyə inanmağa başlamışdır. Bundan sonra 2023-cü ilin noyabr ayında Fəridə ona mobil telefonla zəng vurub çox müştərisi olduğunu demiş, ona pul verməsini, qazanc əldə edib əvəzində qazancından ona verməyi təklif etmişdir. Fəridə ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs adına olan, "xxxx" ASC-yə məxsus bank kartının hesabına xx.xx.2023cü il tarixdə 440 manat, xx.xx.2023-cü il tarixdə 1120 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1130 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 280 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 1420 manat, xx.xx.2023cü il tarixdə 1190 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla cəmi 20530 manat pul köçürmüşdür. Bundan başqa, dayısı oğlu Cavid 2024-cü ilin yanvar ayında Dubaya getməli olmuş, onu da Fəridə ilə tanış etmişdir. Fəridə ondan Dubaya getmək üçün tur paketi 2000 manata satmışdır. Cavid isə xx.xx.2023-cü ilin tarixdə Fəridəyə 2000 manat pul ödəmişdir. Lakin Fəridə onun da tur paketini verməmişdir. Sonradan Cavidə 2000 manat pulu, həmçinin 2023-cü ilin noyabr-dekabr aylarında Fəridəyə əlbəəl 2470 manat pul vermişdir. Fəridə ona həmin pulun əvəzində 30-35 min manat pul verəcəyini demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Fəridəyə pul vermişdir. Bundan başqa qaynı Zərərçəkmiş şəxs2 X41 ilə əlaqədar Şahdağ istirahət mərkəzinə getmək istəmişdir. Onu Fəridə ilə əlaqələndirmişdir. Lakin 30-31 dekabr 2023-cü il tarixlərdə Fəridənin onu aldatmasını bilmişdir. Bundan sonra Fəridə ilə əlaqə saxlamışdır. Fəridə isə pulun hesabında olduğunu, onun pulunu qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs hal-hazıradək onun pulunu ödəməmişdir. Fəridəyə əlbəəl pulları 2023cü ilin noyabr ortalarında Bakı şəhəri Səbayıl rayonu ərazisində “Kukla” teatrı ilə üzbəüz parkda vermişdir. Həmin yer Fəridənin yaşadığı yerin yaxınlığı olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs pulu xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində yerləşən Union marketdə olan terminaldan göndərmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2018-ci ildən o, Təqsirləndirilən şəxs tanıyır və həmin vaxtda Təqsirləndirilən şəxs "Ramada Baku” hoteldə qeydiyyat şöbəsinin meneceri vəzifəsində işləyirmiş. Onun Təqsirləndirilən şəxs ilə normalı münasibəti var imiş. 2020-ci ilin yanvar və fevral ayının ortalarına kimi Təqsirləndirilən şəxs bir neçə dəfə “JW Marroitt Abşeron hoteldə olan otaqları onunla şərik olub saxlatmış və Dubay şəhərindən gələn qonaqlara həmin otaqları nisbətə baha sataraq qazanc əldə etmiş və həmin qazancı öz aralarında bölmüşlər. Həmin qazancdan 600-800 ABŞ dollar ona qalmışdır. Dubay şəhərində yaşayan Şarja adlı qadın Dubay şəhərindən Bakı şəhərinə qonaqların gəlməsini təşkil edirmiş, Şarja adlı qadın Bakı şəhərinə gələndən sonra qrup rəhbəri kimi Təqsirləndirilən şəxs vasitəsi ilə qonaqların hoteldə yerləşdirilməsini təşkil edirdi. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ona demişdir ki, 14-19 mart 2020-ci ildə Şarja “JW Marroitt Abşeron” hoteldən 31 otağın bron olunmasını istəyir. 31 otağın bron olması üçün 25000 ABŞ dollar, yəni 42500 manat lazımdır, sən 20000 ABŞ dolları, yəni 34000 manat təşkil edə bilərsən? O, Təqsirləndirilən şəxs demişdir ki, onun o qədər pulu yoxdur, 10300 ABŞ dolları, yəni 17510 manat təşkil edə bilər. Təqsirləndirilən şəxs onunla razılaşmış və 20 fevral 2020-ci ildə saat 12 radələrində o, özünə məxsus 10300 ABŞ dolları, yəni 17510 manat pulu yaşadığı evdən götürmüş və ünvan 16 ünvanda yeləşən “Happy” marketin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Onun Təqsirləndirilən şəxs etibarı olduğu üçün o pulun verilməsinə dair qəbz yazmamı və Təqsirləndirilən şəxs ondan pulu alıb demişdir ki, 31 otağı saxlatdırsn. Həmin günü axşamı o. Təqsirləndirilən şəxs ilə danışmış və ona demişdir ki, 31 otağı saxlatdıra bildi? Təqsirləndirilən şəxs ona demişdir ki, Şarja əlavə 4 otaq saxlatdırmağımı istəyir, buna görə 1700 ABŞ dolları, yəni 2890 manat lazımdır. O, Təqsirləndirilən şəxs demişdir ki, o, 1300 ABŞ dolları, yəni 2210 manat təşkil edə bilər. Təqsirləndirilən şəxs onunla razılaşmış və demişdir ki, səhər ondan pulu alıb ümumilikdə 35 otaq saxlatdıracaq. Səhəri günü, 21 fevral 2020-ci ildə saat 11 radələrində o, özünə məxsus 1300 ABŞ dolları, yəni 2210 manat pulu yaşadığı evdən götürmüş və ünvan 17 ünvanda yerləşən “Happy” marketin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Onun Təqsirləndirilən şəxs etibarı olduğu üçün pulun verilməsinə dair qəbz yazmamış və Təqsirləndirilən şəxs pulu alıb demişdir ki, gedib 35 otağı saxlatdırsın. 22 fevral 2020-ci ildə o, Təqsirləndirilən şəxs demişdir ki, nə oldu, “JW Marroitt Abşeron" hoteldə 35 otağı saxlatdıra bildin ? Təqsirləndirilən şəxs demşdir ki, saxlatdırıbdır. O, Təqsirləndirilən şəxs demişdir ki, otaqları saxlatdıra bilibsənsə, ona aid qəbzi “WhatsApp” proqramı vasitəsi ilə göndər. Təqsirləndirilən şəxs demişdir ki, qəbz indi üzərində yoxdur, axşam göndərəcək. Həmin günü axşamı o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və demişdir ki, qəbzin şəkilini ona "WhatsApp" proqramı vasitəsi ilə göndər. Təqsirləndirilən şəxs demişdir ki, indi evdə deyil, əl çantasında qalıbdır, sabah evə gedən kimi göndərəcək. Səhəri günü, 23 fevral 2020-ci ildə o, yenə Təqsirləndirilən şəxs zəng vurub qəbzi göndərməsini tələb etmiş, Təqsirləndirilən şəxs qəbzi göndərməmiş, bundan sonra Təqsirləndirilən şəxs oteldə yer saxladıb-saxlatmamasını ilə maraqlanmış və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “JW Marroitt Abşeron” hoteldə otaq saxlatmayıbdır. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, niyə onu aldadırsan, "JW Marroitt Abşeron" hoteldə otaq saxlatmamısan, onun 11600 ABŞ dollarını, yəni 19720 manatını ver. Təqsirləndirilən şəxs demşdir ki, oteldən otaq məsələsi alınmadı, ev götürübdür, narahat olma, qonaqlar gələn günü sənin 11600 ABŞ dolları, 19720 manat pulunu və üzərində qazanc olan 3400 ABŞ dolları, yəni 5780 manatı verəcək. 14 mart 2020-ci ildə o, Təqsirləndirilən şəxs zəng vurub qonaqların gəlib-gəlməməsini soruşmuş, Təqsirləndirilən şəxs demişdir ki, qonaqlar gəlib, amma qrup rəhbəri Şarja gəlmədiyi üçün pul gəlməyib, qonaqlar getməmişdən əvvəl Şarja gələcək və pulu gətirəcək. 18 mart 2020-ci ildə o, Təqsirləndirilən şəxs zəng vurub Şarjanm gəlib-gəlməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, Şarja gəlibdir, amma pulu gətirməyib, qonaqlarla Dubay şəhərinə qayıdıb gedəcək və yenidən Bakı şəhərinə gələndə pulu gətirəcək. 30 mart 2020ci ildə o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən "Port Balor biznes mərkəzinin qarşısında görüşmüş və O, Təqsirləndirilən şəxs pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs demişdir ki, verdiyin 11600 ABŞ dollar ondadır, narahat olma, qazancla birlikdə, yəni 15000 ABŞ dollarını sənə qaytaracaq. O, Təqsirləndirilən şəxs demişdir ki, nə vaxt qaytaracaq? Təqsirləndirilən şəxs dedi ki, istəyirsənə əl yazma qəbz yazıb versin. O, Təqsirləndirilən şəxs ilə razılaşmış və Təqsirləndirilən şəxs əl yazma qəbz yazaraq Zərərçəkmiş şəxs13 15000 ABŞ dolları iş ilə əlaqədar götürdüyünü təsdiq etmiş və 30 mart 2020-ci ildə qaytarmadığı halda bütün əmlakı ilə cavadeh olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin qəbzi ona vermiş və demişdir ki, bu gün sənin 15000 ABŞ dollarını verəcək. 30 mart 2020-ci ildə axşam Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və ona demişdir ki, 15000 ABŞ dolları ver, bu günə söz veribsən. Bundan sonra Təqsirləndirilən şəxs söz vermişdir ki, sabah pulu verəcək. Bu minvalla Təqsirləndirilən şəxs onu 01 iyun 2020-ci ilə kimi aldatmış və o, görmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçiribdir. 02 iyun 2020-ci ildə o, məcbur olub Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs barəsində şikayət etmiş və xahiş etmişdir ki. pulunun geri qaytarılmasında ona köməklik etsinlər və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülsün. Təqsirləndirilən şəxs polis tərəfindən çağırıldıqdan sonra bilmişdir ki, ondan şikayət etmiş və Təqsirləndirilən şəxs onun Yello bank kartına müxtəlif vaxtlarda 1500 manat, 200 manat, 300 manat, 150 manat, 300 manat, 100 manat, 175 manat, 200 manat, 150 manat, 170 manat, 450 manat, 100 manat, ümumilikdə 3795 manat göndərsədə, bu günə kimi 15925 manat pulu qaytarmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri ərazisində fərdi ticarətlə məşğul olur. Məmmədi uzun müddətdir ki, tanıyır və onunla yaxşı münasibəti vardır. 2021-ci ilin iyun ayının son 10 günlüyündə Məmməd ona yaxınlaşaraq onun bir nəfər Fəridə adlı tanışının olduğunu və onun aviabiletlərin alınması və turizimlə məşğul olduğunu, aviabiletləri və otelləri qabaqcadan alıb sonradan satmaqla yaxşı qazanc əldə etdiyini və pul olacaqı halda onunla bu şərik işə qoşulmağın mümkünlüyünü ona demişdir. Həmin vaxt Məmməd öz tanışı Adilə də bu barədə məlumat vermişdir. Bundan sonra o, Fəridə ilə danışdığını Fəridənin ondan 25.000 manat aldığı halda 1-2 gün ərzində 6-7 min ABŞ dolları qazanc əldə edə biləcəyini demişdir. Razılaşaraq 25.000 manat pulunun olmadığını ona demiş və o, tanışı Adil, Məmməd və özü birlikdə pulu bir yerə qoymaqla həmin pulu düzəltmək qərarına gəlmişdirlər. Bununla razılaşmış və səhəri günü özü, Adil və Məmməd Bakı şəhəri Nəsimi rayonu 28 may metro stansiyasının yaxınlığında Səməd Vurğun bağının yanında görüşdük və həmin vaxt mən 9900 manat, Adil 6800 manat Məmməd isə 8300 manat pul gətirmişdir. Bir neçə dəqiqədə sonra Fəridə onların yanına gəlmiş və Məmmədin onlara dediklərini təsdiqləyərək 25000 manatlıq avioabilet və otel nömrələrini indi alacağınız halda 6-7 min ABŞ dolları qazanc əldə edə biləcəklərini bildirmiş və razılaşaraq həmin pulu toplayıb Fəridəyə vermiş və o, yaxın Million terminalından həmin pulu Günay adlı tanışının bank kartına vurmuş və həmin günü xeyirlə birlikdə pulu qaytaracağını bildirmişdir. Pulu aldıqdan və karta vurduqdan sonra bəhanə gətirərək kartdan pulu hesaba köçürməyin mümkün olmadığını bildirərək sabaha kimi onlardan vaxt istəmişdir. Bundan sonra onunla özü, Adil və Məmməd müxtəlif vaxtlarda əlaqə saxlamağa çalışmış, o, hər gün müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Fəridə ondan 9900 manat, Adildən 6800 manat, Məmməddən isə 8300 manat olmaqla ümumilikdə 25000 manat pulu ələ keçirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqustun sonlarında Rəşad adlı tanışının vasitəsi ilə tanımadığı Təqsirləndirilən şəxs adlı xanıma ona və qardaşı Eminə Yunanıstana şengen vizası düzəltməsi üçün 28 May metrostansiyası yaxınlığında 5000 (beş min) ABŞ dolları vemişdir. Sonra Fəridə qardaşı Abbasov Eminə zəng vuraraq bildirmişdir ki, Eminin vizasını 3 illik, onun vizası isə 1 illik etmək müqabilində 15000 (on beş min) ABŞ dolları məbləğində pul hesabda adlarına qoymaq lazımdır. 10000 (on min) ABŞ dolları hesaba qoymaq üçün vermiş və 2 bilet üçün 1960 (bir min doqquz yüz altmış) ABŞ dolları pulu Nəsimi rayonu ərazisində Fəridəyə vermişdir. Sonra Fəridə qardaşı Eminə zəng vurub onda məhdud sayda 230 avrodan ucuz biletlər olmasını demişdir. Səyahəti çox etdikləri üçün lazım olar deyə birinci onlara təklif etmişdir. Fəridəyə inanaraq 20 bileti 230 avrodan 4600 (dörd min altı yüz) Avro pulu 28 May metrostansiyası yaxınlığında Fəridəylə görüşüb ona vermişdirlər. Sonra başqa xərclərlə birgə onları aldadaraq əlavə 5000 (beş min) ABŞ dolları pulu Binəqədi rayonu ərazisində Çənlibel retoranının yanında Fəridəyə vermişdir. Xatırlamadığı digər xərclərlə birgə ümumilikdə Təqsirləndirilən şəxs qızma 28000 (iyirmi səkkiz min) ABŞ dolları və 200 (iki yüz) azn pul vermişdir. Fəridə sentyabr ayının 5-i Yunanıstan səfirliyində olmalarını onlara viza təqdim olunacağını demişdir. Sentyabr ayının 2-i orada görüşmüşdürlər. Yarım saat gözləyəndən sonra Fəridə gəlib demişdir ki, bəs bu gün gecikmişik növbəti görüşümüz sentyabr ayının 5-nə təyin olunub. Fəridənin dediyi kimi ayın 5-i yenidən Yunanıstan səfirliyində görüşmək üçün gəlmişdirlər. Bu zaman onun e-mail ünvanına elektron ünvanından məktub gəlmişdir ki, xx.xx.2022 saat 14:55 və 15:30-da səfirlikdə qəbulda olmalısınız. Fəridəyə zəng vurmuş və səfirliyin qarşısında onunla görüşmüşdürlər. Fəridə aym 7-si deyilən vaxtda burda olmaqlarını demişdir. Bundan şübhələnərək səfirliyin binasına girdimdaxil olmuş, məsul şəxsdən ona gələn email ünvanı soruşmuşdur. Onlar belə bir elekton ünvanın səfirliyə məxsus olmamasını bildirmişdirlər. Belə olan halda ad soyadlarını səfirliyin siyahısında və ya vizanın verilməsinə dair sənədlərinin daxil olmasını soruşmuşdur. Onlar xeyli vaxt araşdırdıqdan sonra səfirliyə heç bir müraciət olunmamasını bildirmişdirlər. Bu barədə Fəridəyə dedikdən sonra o, pis vəziyyətdə qalaraq boynuna onları aldatmasını demişdir. Sonra pulu qəpiyinə kimi qaytaracam demiş və barəsində şikayət etməmələrini xahiş etmişdir. Çünki çox yerdə şikayəti olmuşdur. Bir müddət sonra Fəridə ona 10000 (on min) ABŞ dolları və 200 yüz manat pul geri qaytarmışdır. Yerdə qalan məbləği müxtəlif bəhanələr gətirərək onu aldatmış və geri qaytarmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, yayda istirahət etmək üçün Türkiyə Respublikasına getmək istəyirmiş, bu səbəbdən də münasib qiymətə bilet, həmçinin otel axtarmışdır. Roza xanımın oğlu Emin ona Fəridə adlı sinif yoldaşı olduğunu, həmin xanımın bu işlərdən başı çıxdığını bildirmiş və ona məsləhət görmüşdür ki, onunla əlaqə saxlasın. 25 aprel 2023-cü il tarixdə Fəridə xanımın istifadəsində olan ***-***-**-** saylı nömrənin vatçap ani ismarıclaşma və mübadilə sistemində olan hesabına yazmışdır. Ona nömrəni Roza xanımın oğlu Emindən aldığını demiş və ona yazmağının səbəbini izah etmişdir. O Türkiyənin Antalya şəhərində yerləşən “Rixos” adlı beş ulduzlu otelin şəkillərini atmışdır. Oteli bəyənmişdir. Fəridə ona əvvəlcədən rezervasiya üçün 1000 manat ödəniş lazım olduğunu demişdir. Evdə onun dediyi məbləğdə pul olmuşdur. 25 aprel 2023-cü il tarixdə, axşam radələrində Lənkəran şəhərində yerləşən “Fədək” marketə gedib orada olan “Milliön” ödəmə terminalı vasitəsilə Fəridənin ona göndərdiyi 4127-2107-1134-4155 saylı, "xxxx"a məxsus olan karta 1000 manat pul göndərmiş və qəbzi də özündə saxlamış, şəklini isə Fəridəyə göndərmişdir. Növbəti gün səhər saatlarında işdə olan zaman Fəridə pna ardıcıl zənglər etməyə başlamışdır. Vətəndaş qəbul etdiyi üçün ilk zənglərinə cavab verə bilməmişdir. Sonra isə onun zənginə cavab vermiş, nə olduğunu soruşmuşdur. Fəridə ona bildirmişdir ki, Bakı şəhərinə ərəb qonaqla gəlir, onlar üçün bilet alıb sonra isə onları Bakı şəhərində yerləşdirmək lazımdır, özündə olan pulun hamısını istifadə edib. onun necə bir şəxs olduğunu Roza xanımdan maraqlanıb, güvənli şəxs olduğu üçün onunla iş görmək istəyir. İşin mahiyyətini soruşmuşdur. Fəridə ona bildirmişdir ki, qalan qonaqları yerləşdirmək üçün pul lazımdır, nə qədər çox pul atsa, o qədər çox qazanc əldə edəcəyəm. Həmin gün maaşını almışdır. İlk olaraq "xxxx"a məxsus olan maaş kartından Fəridənin hesabına 1500 manat pul göndərmişdir. Sonra isə Bakı şəhərində olan tanışı Aysel adlı xanıma zəng edib ondan xahiş etmişdir ki, ona məxsus olan “Leo kart” hesabına 4500 manat pul göndərsin. Ona pulu qaytaran zaman 5000 manat verəcəyini demişdir. Bir saat ərzində Aysel onun kartına 4500 manat pul göndərmişdir. “Leo kart” hesabında olan həmin 4500 manat pulu Fəridənin ona göndərdiyi hesaba yönləndirmişdir. Fəridəyə bu barədə məlumat vermişdir. Fəridə ona növbəti gün saat 11-də ərəblərin Bakı şəhərinə gəlib otelə giriş edəcəklərini və həmin zaman onun pulunu artıqlaması ilə göndərəcəklərini demişdir. Fərid ilə razılaşmışdır. Növbəti gün, yəni 27 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Fəridə ilə əlaqə saxlamış, o, ərəblərin Qəbələ rayonunda çay içdiklərini, saat 12-də otelə gələcəklərini və pulu da həmin zaman verəcəklərini demişdir. Saat 15:00-da Fəridəyə zəng etmiş, Fəridə ona ərəblərin Bakı şəhərinə gəldiklərini, lakin pulu onun hesabına postterminal vasitəsilə atdıqlarını və pulu əldə etmək üçün banka getməli olduğunu demişdir. Həmçinin o, həmin zaman ona “Yapıkredi” banka məxsus olan qaimə atıb həmin bank hesabında 15000 manat pul olduğunu, lakin vergi borcu səbəbindən pulu çıxara bilmədiyini demişdir. Növbəti gün yenə Fəridə ilə əlaqə saxlamış, lakin o, yenə də vergi məsələsini həll edə bilmədiyini və pulu əldə edə bilmədiyini demişdir. Növbəti günlərdə yenə də Fəridə ilə əlaqə saxlasa da o, müxtəlif bəhanələr gətirərək pulu ödəməmidir. Artıq aldadıldığını dərk edib 03 may 2023-cü il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. İlk pul köçürməsini Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən “Fədək” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı, sonrakı ödənişləri isə işdə, yəni DSMF-nin tabeliyində olan X11 Lənkəran-X1 zaman mobil tətbiq vasitəsilə etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayında Nəsimi rayonu H.Əliyev küçəsində yerləşən "xxxx" kredit təşkilatını təsis edib fəaliyyət göstərməyə başlamış, təşkilatın iş prinsipi vətəndaşlardan qızıl əşyalar girov götürüb qarşılığında pul kreditləri verməkdən ibarət olmuşdur. Bildiyinə görə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ofisə gəlib demişdir ki, “X39” adlı kredit təşkilatına 511 qram qızıl əşyalarını girov qoyub 27000 manat pul götürmüş, orada faizlər yüksək olduğundan bizim ofisdən kredit pul istəyib, həmin kredit pulla qızılları oradan götürüb 1 İnci kredit təşkilatına girov qoymaq istədiyini bildirmişdir. Fəridə “X39” adlı kredit təşkilatında girovda olan qızıllarına dair aktı da göstərmiş, Fəridə ilə razılaşdıqdan sonra Fəridə bildirmişdir ki, “X39” adlı kredit təşkilatında Coşqunun başqa kredit təşkilatından gəldiyini deməməyi xahiş etmiş, çünki onların Fəridənin başqa kredit təşikilatına qızıllarını girov qoymasını bilmələrini istəməməsi kimi izah etmişdir. Bundan sonra Fəridə həmin “X39” adlı kredit təşkilatının Taleh adlı işçisinə zəng edib inandırmaq üçün telefonda mikrofonda danışarkən qızılları girovdan çıxartmaq üçün nə qədər pul gətirməsini soruşduqda Taleh 23504 manat pul gətirildiyi təqdirdə qızılları həmin vaxt təhvil verəcəyini demişdir. Bundan sonra Fəridə həmin tarixdə “X39” adlı kredit təşkilatından 511 qram qızıl əşyalarını girovdan çıxarıb 1 İnci kredit təşkilatına keçirmək üçün 23504 manat məbləğində vəsait ayrılmasını xahiş etməsi barədə 1 İnci təşkilatına ərizə yazmışdır. Bundan sonra işçisi Coşqun Fəridə ilə birlikdə Yasamal rayonu H.Cavid parkının yaxınlığında yerləşən “X39” adlı kredit təşkilatına getmiş, Coşqunun deməsindən bildiyinə görə orada Coşqun Taleh adlı işçiyə yaxınlaşıb bildirmişdir ki, Fəridənin girovda olan 511 qram qızıllarını götürmək üçün qalan borcu ödəyib qızılları götürmək istəyir. Taleh də demişdir ki, heç bir problem yoxdur, yaxınlaşın kassaya pulu ödəyin və dərhal da qızlları təhvil alın. Kassaya yaxınlaşıb qalıq borcu soruşmuş, kassada olan Səidə adlı qız Fəridənin 23500 manat borcu olduğunu demiş, bir daha Talehə yaxınlaşıb 23500 manat pulu kassaya ödədikdən dərhal sonra 511 qram qızılları götürə biləcəyini soruşduqda Taleh dərhal qızılları götürəcəyini demişdir. Həmçinin bir daha kassadakı qızdan pulu ödəyib qızılları götürə biləcəyini soruşduqda həmin qız “pulu ödəyin dərhal da qızılları sizə qaytaraq” deyə cavab vermişdir. Coşqun da 23500 manat pulu kassaya ödəmiş, bundan sonra Taleh 15 dəqiqəyə qızılları verəcəyini demişdir. 15 dəqiqə sonra maraqlandıqda Taleh müdirin hazırda işi olmadığnı deyib 10 dəqiqə də gözləməyi bildirmiş, 5 dəqiqə sonra maraqlandıqda Taleh müdirin məhkəməyə getdiyini deyib 5 gün sonra yaxınlaşıb Fəridənin girov qoyduğu 511 qram qızılları götürməyini bildirmişdir. Coşqun Talehə demişdir ki, pulu ödəyən kimi dərhal qızılları götürəcəyəni demiş, Taleh də müqavilədə pul ödəndikdən 5 gün sonra qızılları götürməyin qeyd edildiyini demişdir. Bundan sonra mübahisə olmuş və “X39” MMC-nin departament müdiri kimi özünü təqdim edən Vasif adlı şəxslə görüşmüş, Vasif də Coşquna 5 gün sonra gəlib qızılları götürməyi demişdir. Bundan sonra Coşqun əlacsız qalıb Fəridə ilə birlikdə oradan çıxmış, Fəridə bankdan pul çıxarıb verməyi təklif etməsinə baxmayaraq bankdan pul çıxara bilməmişdir. Sonra Coşqun ofisə gəlib baş verənləri danışmış, həmin gün saat 18 radələrində Fəridə ofisə gəlib 1000 dollar pul vermiş, 1-ci gün isə “X39” adlı kredit təşkilatından qızılları götürmələrini demişdir. Bundan sonra Fəridə Coşquna xx.xx.2021-ci il tarixli 51 saylı notariat kontorunda Coşqunun adına “X39” MMC-yə ödəniş edib qızılları götürmək və sair səlahiyyət verən 1 aylıq müddətlik etibarnamə vermişdir ki, Coşqun Fəridənin adından “X39” MMC-dən qızılları götürə bilsin. Həmçinin xx.xx.2021-ci il tarixdə Fəridə ərizə yazıb “X39” adlı kredit təşkilatından qızıllarını götürmək üçün 1 İnci kredit təşkilatından 24000 nağd pul götürməsini, həmin pulu “X39” adlı kredit təşkilatına ödəyib qəbzi Coşqun Məhiyevə təqdim etməsini və xx.xx.2021-ci il tarixdə qızıllarını “X39” adlı kredit təşkilatından götürüb 1 İnci kredit təşkilatına təhvil verəcəyini bildirmişdir. Lakin xx.xx.2021-ci il tarixdə məlum olmuşdur ki, Fəridə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Coşqundan ayrıldıqdan sonra “X39” adlı kredit təşkilatına gedib qızıl əşyalarını götürmüş, sonra isə onların ofisə gəlib qızılları “X39” MMC-dən götürmələri üçün etibarnamə vermişdir. Fəridədən soruşduqda Fəridə qızılları tam götürmədiyini, 150 qram qızıl əşyalar götürməsini demişdir. Lakin “X39” MMC-dən maraqlandıqda bildirmişdirlər ki, Fəridə qızıl əşyalarını tam olaraq təhvil almışdır. Bir sözlə, Fəridə “Brand Credit” BOKT adlı kredit təşkilatı ilə əlbir olub 1 İnci kredit təşkilatının 23504 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Şahid qismində dindirilmiş X15, X8, Şahid2 və X20 da nümayəndə Zərərçəkmiş şəxs16 ilə eyni məzmunlu ifadələr verərək onun dediklərini təsdiq etmişdirlər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 1995-ci ildən Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinyət əşyalarının satışı ilə məşğul olmağa başlamış və hazırda həmin ticarət mərkəzində qızıl-zinyət əşyalarının alışı və satışı ilə məşğul olur. 2022-ci ilin iyun ayının sonlarından Moskva şəhərində yaşayan tanışlarının vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasına və digər ölkələrə istirahət etmək üçün tur paketləri təşkil etmişdir. 2022-ci ilin iyun ayında İsrail Dövlətində yaşayan yahudi millətindən olan Borisə zəng vurub borca 20000 ABŞ dolları istəmişdir. Boris problem yoxdur, adam olan kimi göndərəcəm demişdir. 02 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs işlədiyi “Moskva” ticarət mərkəzinə gəlmiş və ondan borca 10000 manat istəmişdir. Həmin vaxtı o qədər pul olmadığı üçün Təqsirləndirilən şəxs hazırda o qədər pulunun olmamasını demişdir. Təqsirləndirilən şəxs demişdir ki, kimdənsə borc alıb verəsən, bir günə sənin pulunu qaytaracam. Fəridəyə razılıq verməmiş və Təqsirləndirilən şəxs çıxıb getmişdir. 04 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs işlədiyi “Moskva” ticarət mərkəzinə gəlmiş və ondan borca yenə 10000 manat istəmişdir. Həmin vaxtı o qədər pul olmadığı üçün Təqsirləndirilən şəxs hazırda o qədər pulunun olmamasını demişdir. Təqsirləndirilən şəxs dedi ki, kimdənsə borc alıb verəsən, mən bir günə sənin pulunu qaytaracam. Ona razılıq verməmiş və Təqsirləndirilən şəxs çıxıb getmişdir. 06 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs yenə işlədiyi “Moskva” ticarət mərkəzinə gəlmiş və ondan borca pul istəmişdir. Həmin vaxtı İsrail Dövlətində yaşayan dostu Boris ona WhatsApp proqramı vasitəsi ilə video görüntülü zəng vurub demişdir ki, 2-3 günə qohumları İsrail Dövlətindən Bakı şəhərinə gəlir, onlara 20000 ABŞ dolları verəcək, 3 ay ərizində mənə qaytararsan. Borisə razılıq vermiş və bu söhbəti Təqsirləndirilən şəxs eşitmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona demişdir ki, qardaşının qayını X29 Təl-Əviv şəhərindədir, pulu ona versinlər, qardaşını qayınatası Hamlet Bakı şəhərindədir, pulu bu gün ondan götürək. Təqsirləndirilən şəxs dediyi variantla pul tez gələcəyini fikirləşmiş, Təqsirləndirilən şəxs razılıq vermiş və ona, 20000 ABŞ dollarının üzərində 6000 ABŞ dolları, yəni 10200 manat götürərsən, qalan 14000 ABŞ dolları gətirib verərsən demişdir. Borisə zəng vurub demişdir ki, sən pulu Təl-Əviv şəhərində Vüqara ver, özü pulu göndərəcək. Boris ona razılıq vermiş və Borisin nömrəsini Təqsirləndirilən şəxs vermişdir ki, Vüqarla Boris əlaqə saxlaya bilsin. 07 iyul 2022-ci ildə 14 radələrində Boris ona zəng vurub demişdir ki, 20000 ABŞ dolları Vüqar adlı şəxsə vermişdir. Həmin günü 16 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, 20000 ABŞ dolları gəlibdir, gedirəm götürəm. Fəridəyə demişdir ki, məni gözlə, birlikdə gedib götürək. Təqsirləndirilən şəxs demişdir ki, qardaşının qayınatası Hamlet səni görsə puldan faizi tutacaq, ona görə tək gedib götürüb gəlirəm və ona razılıq vermişdir. Həmin günü saat 16:47-də Fərid Muradova ona WhatsApp proqramı vasitəsi ilə rezinlə bağlanmış vəziyyətdə 100 ABŞ dollarından ibarət iki bağlamanın şəkilini çəkib göndərmiş və zəng vurub demişdir ki, 20000 ABŞ dollarını götürmüş və bir saata pulu gətirib verəcəkdir. Fəridədən niyə bir saata gəlirsən deyə soruşmuş, Təqsirləndirilən şəxs yollar tıxacdır demiş və Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsinin şəkilini çəkib göndərmişdir. Bir saat keçəndən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng vurub harada qaldın soruşmuş, Təqsirləndirilən şəxs gəlirəm demiş və bu vəziyyət bir neçə dəfə təkrarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, pulu manata dəyişmiş, pulu Zülfıyyənin “Tarvel” şirkətinin hesabına yerləşdirmiş, indi pulu çəkə bilmir, üç aydan sonra faizi ilə birlikdə alacaqdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs 20000 ABŞ dollar, yəni 34000 manat pulu ələ keçirmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng vurub pulu istəsə də Təqsirləndirilən şəxs hər dəfə bir bahə edib deyirmiş ki, gətirib verəcəm, ancaq bu günə kimi Təqsirləndirilən şəxs onun pulunu qaytarmamışdır. Ona çox zəng vurub pulunu geri istəyən zaman 18 avqust 2022-ci ildə Təqsirləndirilən şəxs qəbz yazıb WhatsApp proqram vasitəsi ilə yazıb göndərmişdir ki, 22 avqust 2022-ci ildə 20000 ABŞ dollarına görə 23000 ABŞ dolları qaytaracaq. 22 avqust 2022-ci ildə Fridə Muradovaya zəng vurub pulunu tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib pulunu verməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında dostu Zərərçəkmiş şəxs3 ona demişdir ki, Türkiyə Respublikası Antalya şəhərində istirahət etmək üçün tur paketi almış, istəyirsənsə sənə “Farimor” şirkətində işləyən Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verim, onunla əlaqə saxla, ondan tur paketi al. Segey Bağırova razılıq vermiş və o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini, yəni ***-***-**-** nömrəni vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng vurmuş və ona demişdir ki, 4 böyük, 3 uşaq olmaqla 7 gün Türkiyə Respublikası Antalya şəhərində istirahət etmək isrəyir. Fərid Muradova demişdir ki, 15 avqust 2022-ci ildə 7 gün olmaqla Antalya şəhərində olan “X40” mehmanxanasında otaq saxladacaq. Qiymətlərlə maraqlanmış və Təqsirləndirilən şəxs demişdir ki, 4 böyük, 3 uşaq olmaqla 7 gün istirahət 5618 manat təşkil edir. Ona məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra bacısı Xalidə Məmmədovaya bu barədə demiş və əlavə olaraq bildirmişdir ki, gediş və gəliş pulunuzu mən verəcəm. O, razılıq vermiş və demişdir ki, iki ailə birlikdə gedərik. 30 may 2022-ci ildə Təqsirləndirilən şəxs demişdir ki. sənin təklifini qəbul edirəm, yəni 4 böyük, 3 uşaq olmaqla 7 günlük istirahətə görə sənə 5618 manat ödəyəcəm. Təqsirləndirilən şəxs danışıb sənə bir söz deyəcəyini bildirmişdir. Səhəri günü, yəni 31 may 2022-ci ildə Təqsirləndirilən şəxs ona biri “Kapital”, digəri “Beynəlxalq” banka aid kart şəklini “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş və demişdir ki, 5618 manatı hansı kartla göndərəndə komissiya tutmayacaqsa onunla göndərərsən. Bundan sonra öz “Kapital” banka aid kartdan və ödəmə terminalından Təqsirləndirilən şəxsnm göndərdiyi kartlara ümumlikdə 5618 manat pulu köçürmüşdür. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs3 ona demişdir ki, Təqsirləndirilən şəxs bizi aldadıb, tur paketlə əlaqədar mehmanxana və təyyarə ilə gedişlər qeydiyyata alınmayıb. Bundan sonraözü, Zərərçəkmiş şəxs3, Təranə Babayeva və Sima xanım Təqsirləndirilən şəxs zəng vurub pullarını tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs demişdir ki, siz narahat olmayın, söz verdiyim tarixdə hamınız gedəcəksiniz. 23 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs ilə özü, Sergey və Sima xanımla metronun “Gənclik” stansiyasının vaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs pulu hissə-hissə qaytaracağını demişdir. 24 iyun 2022-ci ildə mən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin günü Zərərçəkmiş şəxs3 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə, Sima xanım isə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və bir neçə gündən sonra Təranə Babayevanın əri Serkan Çibelik Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdirlər. 2022-ci ilin iyul ayından Təqsirləndirilən şəxs onun pulunu hissə-hissə olmaqla qaytarmağa başlamışdır. Hazırda Fəridənin ona heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci ilin fevral ayında ailəsi ilə birlikdə Türkiyə Respublikasında istirahət etmək üçün əvvəlcədən tur paketi alıb 2022-ci ilin iyul ayında istirahətə getmək istəmişdir. Bununla əlaqədar arvadı Şahid1 rəfiqəsi Nuranə xanımdan bir neçə turizim şirkətinin mobil telefon nömrələrini almış və həmin turizm şirkətləri ilə əlaqə saxlayıb tur paketinin qiymətləri ilə maraqlanmışdır. Həmin turizm şirkətlərinin içərisində olan “Farimor” şirkətinin qiymətləri 50% ucuz olduğu üçün “Farimor” şirkəti tərəfindən qeyd olunmuş ***-***-**-** nömrəsinə zəng vurub tur paketlərinin qiymətləri ilə maraqlanmışdır. Mobil telefonda danışan xanım özünü Fəridə xanım kimi təqdim etmiş və ona demişdir ki, siz neçə nəfər istirahətə gedirsiniz. Fəridəyə özü, arvadı və iki uşağı ilə birlikdə istirahətə getmək istədiyini demişdir. Fəridə 2 nəfər böyük, 2 nəfər uşağa görə tur paketin qiymətinin 2117 manat, sığortanın isə 152 manat etməsini demişdir. Fəridə xanıma razılıq vermiş və demişdir ki, tanış bir ailə vardır, onlarla danışım, razılıq versələr, onlarda tur pakti təşkil edərsiniz. Bundan sonra arvadı Şahid1 bu barədə demiş, arvadı Şahid1 iş yoldaşı Təranə Babayeva ilə danışmışdır. Təranə Babayevə demişdir ki, öz avtomobili gedəcəklər, yalnız mehmanxananın qiyməti lazımdır. Bundan sonra Fəridə xanıma zəng vurub demişdir ki, həmin ailə 2 valideyin, 1 uşaqdan ibarətdir, onlar öz avtomobilləri ilə gedəcəklər, onlara yalnız mehmanxanada qalacaqlar, ona görə mehmanxananın qiyməti ilə maraqlanırlar. Fəridə xanım demişdir ki, 2 valideyin, 1 uşağa görə tur paketin qiyməti 1057 manat təşkil edir, sığorta isə 117 manatdır. Bundan sonra bu barədə Təranə Babayevaya demiş, Təranə Babayevə demişdir ki, onda iki ailə üçün Türkiyə Respublikasında istirahətə görə tur paketi götür. Belə razılaşmışdır ki, 11 iyul 2022-ci ildən 16 iyul 2022-ci ilə kimi Türkiyə Respublikasının, Antalya şəhərində olan “X40” mehmanxanasında qalsınlar. Bundan sonra Fəridə xanıma zəng vurub demişdir ki, iki ailə üçün 11 iyul 2022-ci ildən 16 iyul 2022-ci ilə kimi Antalya şəhərində olan “X40” mehmanxanasında otaq saxlatsın, ancaq sığortadan imtina etsin və səhəri günü yəni, 16 fevral 2022-ci ildə saat 11:28-də mən arvadı Şahid1 “Azərbaycan Beynəlxalq Bank’ debet kartından yaşadığı evdən mobil tətbiqi vasitəsi ilə Fəridə xanımın “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi Günay Bəşirovanın adına olan “Kapital Bank’hn kartına 3174 manat pul köçürmüş və komissiya pulu olaraq 15 manat 87 qəpik çıxılmışdır. Bundan sonra Fəridə xanım demişdir ki, bilsəydim "xxxx"ınm kartı göndərərdim, sizdən komissiya pulu çıxılmazdı. 20 fevral 2022-ci ildə Fəridə xanım zəng vurub demişdir ki, sığorta mütləqdi, şirkət sığortanı tələb edir. Bundan sonra Təranə Babayevə bu barədə demiş, Təranə Babayevə razılıq vermişdir. Fəridə xanıma demişdir ki, sığorta pulunu biz ödəyirik. Fəridə xanım demişdir ki, “WhatsApp” proqramı vasitəsi özünə məxsus “Azərbaycan Beynəlxalq Bank’ının debet kartının şəkilini göndərirəm. Təqsirləndirilən şəxs özünə məxsus debet katının şəkilini “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmiş, onda həmin kartın şəklini Təranə Babayevanın mobil telefonuna göndərmişdir ki, həmin karta sığorta puluna görə 117 manat göndərsin. Həmin günü saat 12:48-də mən arvadı Şahid1 "xxxx"ının debet kartından yaşadığı evdən mobil tətbiqi vasitəsi ilə Fəridə xanımın “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi Təqsirləndirilən şəxs adına olan “Azərbaycan Beynəlxalq Bank’ının kartına 152 manat pul köçürmüşdür. Bundan sonra Təranə Babayevaya zəng vurub 117 manat pulun köçürüb-köçürməməsini soruşmuşdur. Təranə Babayevə ona köçürdüyü 117 manat pulun qəbzini göndərmiş, həmin qəbzi Təqsirləndirilən şəxs mobil telefonuna göndərmişdir. 03 mart 2022-ci ildə Təqsirləndirilən şəxs zəng vurub ona demişdir ki, Türkiyə Respublikasından Bakı şəhərinə gəlmək üçün təyyarə biletlərinin kompaniyası vardır, 4 nəfərə 798 manat pul təşkil edəcək. Bundan sonra Türkiyə Respublikasından Bakı şəhərinə təyyarə ilə gəlişi öyrənmiş və ona məlum olmuşdur ki, bir nəfər Türkiyə Respublikasından Bakı şəhərinə 340 manatdır. Təqsirləndirilən şəxs təklifinin münasib olmasını görmüş və Təqsirləndirilən şəxs zəng vurub təyyarə ilə Türkiyə Respublikasından Bakı şəhərində 4 nəfərlik bilet sifariş verməsini demişdir. Təqsirləndirilən şəxs demişdir ki, ona məxsus “Azərbaycan Beynəlxalq Bank’hnın kartına 798 manat göndər, mən də 4 nəfərli qayıdış bileti sifariş verim. Həmin günü saat 18:52-də arvadı Şahid1 "xxxx"ınm debet kartından yaşadığı evdən mobil tətbiqi vasitəsi ilə Fəridə xanımın “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi Təqsirləndirilən şəxs adına olan "xxxx"ının kartına 798 manat pul köçürmüş və pulun qəbzini “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. 2022-ci ilin mart ayının ortalarında Təranə Babayeva borclu olduğu 1057 manatdan 400 manatını qaytarmışdır. 18 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə 4 ədəd aviabiletin elektron versiyasını göndərmiş və demişdir ki, 11 iyul 2022-ci ildə Heydər Əliyev adma Beynəlxalq Areoportdan təyyarə ilə gedəcəksiniz. 2022-ci ilin may ayının sonlarında dostu Zərərçəkmiş şəxs4lə tur paket barədə danışmış və Raid ona demişdir ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini onda ver, onunla danışıb 15 avqust 2022-ci ildə siz getdiyini mehmanxanaya öz ailəsi və bacısının ailəsi üçün tur paket alsın. Fərdə Muradovanın mobil telefon nömrəsini Raid Sadıqoka vermişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs4 ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs ilə danışmış, iki ailə üçün Təqsirləndirilən şəxs kartına 31 may 2022-ci ildə 5600 manat pul köçürmüşdür. 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs4 ona demişdir ki, arvadının qohumu Sima xanım öz qızı üçün iki nəfərlik Gürcüstan Respublikasında göndəribdir. Sima xanım Təqsirləndirilən şəxs tur paketi ilə bağlı sənədləri tələb etmiş, Təqsirləndirilən şəxs həmin sənədləri verə bilmir. Bundan sonra Sima xanım Gürcüstan Respublikasında Təqsirləndirilən şəxs bron edilmiş mehmanxana ilə əlaqə saxlayıb və məlum olub ki, Sima xanımın qızının adına mehmanxanada sifariş verilməyibdir. Bundan sonra Türkiyə Respublikasında olan “Kartaca” şirkəti ilə əlaqə saxlamış, Antalya şəhərində olan “X40” mehmanxanasında onun adıma sifariş olub-olmamasını soruşmuşdur. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sirafış versədə pul köçürülmədiyi üçün sifariş ləğv olunubdur. Bundan sonra “Azal” şirkəti ilə əlaqə saxlayıb Türkiyə Respublikasına onun adına sifariş olubolmamasını soruşmuşdur. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun və ailə üzvlərininə görə “Azal” şirkətinə Türkiyə Respublikasına gedişlə bağlı müraciət etməyibdir. Bundan sonra özü, Raid Sadkov, Təranə Babayeva və Sima xanım Təqsirləndirilən şəxs zəng vurub pullarını tələb etməyə başlamışdırlar. Təqsirləndirilən şəxs demişdir ki, siz narahat olmayın, söz verdiyim tarixdə hamınız gedəcəksiniz. 23 iyun 2022-ci ildə Nuranə xanımın təkidi ilə Təqsirləndirilən şəxs özü, Raid və Sima xanımla metronun “Gənclik” stansiyasının yaxınlığında görüşmüşdürlər. Təqsirləndirilən şəxs Kia markalı Sportage modelli **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Təqsirləndirilən şəxs pullarını tələb etməyə başlamışdırlar. Təqsirləndirilən şəxs söz vermişdir ki, sizin pullarınızı hissə-hissə qaytaracam. 24 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin günü Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, Sima xanım isə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və bir neçə gündən sonra Təranə Babayevanın əri Serkan Çibelik Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdirlər. 07 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs 1000 manat pulu onun kartına göndərmiş və demişdir ki, qalan puluda hissə-hissə ödəyəcəm. 11 iyul 2022-ci ildə Təranə Babayev borclu olduğu 660 manatı qaytarmışdır. 15 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs 1000 manat pulu onun katına göndərmiş və demişdir ki, qalan puluda hissə-hissə ödəyəcəm. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 əri Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Moskva Univermağmda qızıl ticarəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır, onun Travel şirkəti işlətdiyini və ondan bir neçə dəfə avia bilet almış və belə tanışlıqları olmuşdur, 2022-ci ilin oktyabr ayında yaxın qohumları üçün İstanbul şəhərinə 3 nəfərin gediş gəlişi üçün bilet sifariş vermişdir. Fəridə ona bildirmişdir ki, 2023-cü ilin 18 yanvarına bilet alıb və bunu üçün onun kartına yaşadığı evdə yəni ünvan 18 ünvanında öz kartından onun kartına 1080 manat pul köçürmüş və Fəridə pulun ona çatdığını və biletlərin hazır olduğunu ona bildirmişdir. Təxminin 2-3 gün sonra Fəridə ona zəng vurmuş və ona demişdir ki, onun rəfiqəsinə qızıl lazımdır. Ondan almaq isdəyir. Fəridəyə problem yoxdur demişdir. Fəridə təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Fəridə onun Moskva Univermağmda yerləşən “VEF” jeveleri mağazama gəlmiş, 7.000 min manat dəyərində 750 əyarlı qızıl komplek seçmiş və ona demişdir ki, bura yolüsdü gəlib iki saata pulu ona çatdırır. Fəridəni tanıdığına və inandığına görə qızılları orda ona vermiş, iki saat sonra Fəridəyə zəng vurmuşdur ki, ya pulu gətir ya da qızılları qaytar. Fəridə ona söz vermişdir ki, səhər gəlib pulu ödüyəcək. Yenə də ona bir söz deməmiş, səhəri gün Fəridə onun iş yerinə gəlmiş, ondan pulu tələb etmişdir. Fəridə demişdir ki, pulu kartına vururam götür. Karta baxmaq isdəyəndə Fəridənin qaçıb getməsini görmüşdür. Fəridə ilə əlaqə saxlamış, bəs belə olmaz, onda qızılları qaytar demişdir. Fəridə ona demişdir ki, qızıllar onda deyil, kiməsə verib, bundan sonra artıq onun tərəfindən aldadıldığımı başa düşmüş və onunla hərdəfə danışanda ona müxtəlif bəhanələr gətirmiş, bundan sonra Fərudənin guya ona aldığı tarixə olan biletləri yoxlatdırmış, Fəridə biletləri bron etsə də pulunu ödəməmiş və biletləri heç almamışdır. Beləliklə Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə ona 8080 manat ziyan vurmuş və bu günə kimidə, heç bir manat belə pul ödəməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında Koreya Respublikası, oradan Yaponiya İmperatorluğuna və oradan da Meksika Respublikasına tur paket almaq istəmişdir. Bu barədə bir dostuna demişdir. Dostu da Fəridəni ona məsləhət görmüşdür. Bundan sonra Fəridə ilə görüşmüşdür. Fəridə ona telefonda turları göstərmişdir. Turu 6200 manata razılaşmışdırlar. Bundan sonra 2023-cü ilin iyul ayının ortalarında Fəridəyə yaşadığı evin yanında əlbəəl 2500 manat pul vermişdir. Sonra isə həmin gün axşam ona Səbayıl rayonunda Mərkəzi Univermağın yanında 2500 manat vermişdir. Daha sonra isə Fəridənin ona göndərmiş olduğu karta xx.xx.2023-cü il tarixdə 1200 manat pul göndərmişdir. Ümumilikdə 6200 manat pul vermişdir. Lakin Fəridə vədinə əməl etməmişdir. Ondan nə qədər pulunu istəsə də verməmişdir. Bundan sonra da şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Fəridə ilə əvvəllər aralarında heç bir vaxt söz-söhbət və narazılıq olmamışdır. Fəridənin turizm şirkəti vardır. Fəridə həmişə ucuz bilet alıb baha satmışdır. Bir neçə dəfə Fəridəyə 2000 manat pul vermişdir. Fəridə də ona 2500 manat qaytarmışdır. Zərərçəkmiş şəxs14 onun tələbə yoldaşıdır. Tamerlan da bunu bilmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Fəridə ona demişdir ki, ucuz tur paket alıb baha satacağıq. O, İran İslam Respublikasından turistlərin gələcəyini bildirmişdir. Fəridə ilə razılaşmışdır. Bundan sonra Nərimanov rayonunda Dövlət İqtisad Universitetinin qarşısında olarkən taksi gəlmişdir. Fəridə həmin taksi sürücüsünə pulu verməsini bildirmişdir. Həmin taksi sürücüsünə pulu vermişdir. Təxminən bir neçə dəqiqədən sonra Fəridə ona zəng edərək pulu götürməsini bildirmişdir. Daha sonra Fəridə yenidən ona zəng edərək 10000 manat pul lazım olmasını demişdir. Fəridəyə demişdir ki, 5000 manata həll edəcəkdin. Fəridə də demişdir ki, İrandan qonaqlar çox gələcək. Bundan sonra Tamerlana demişdir. Çünki Tamerlan özü ona demişdir ki, əgər pul lazım olsa ona deyim, o da pul qazanmaq üçün Fəridəyə pul versin. Bundan sonra Tamerlan ona 10000 manat pul vermişdir. Həmin pulu Fəridənin göndərdiyi taksi sürücüsünə vermişdir. Daha sonra Fəridə ona zəng edərək pulun ona çatmasını bildirmişdir. 3-4 gün sonra Fəridə ona zəng edərək tur paket almaq üçün yenidən 6000 manat pul lazım olmasını bildirmişdir. X42 Respublikasından qonaqların çox gələcəyini bildirmişdir. Tamerlan bundan sonra ona 6000 manat pul vermişdir. Fəridə taksi göndərmişdir. Pulu Nərimanov rayonunda yerləşən Dövlət İqtisad Universitetinin qarşısından göndərmişdir. Taksi sürücüsünə pulu verdikdən sonra Fəridəyə aparmışdır. Fəridə bir neçə dəqiqədən sonra ona zəng edərək pulu aldığını bildirmişdir. Lakin sonradan Fəridə onlara pul verməmişdir. Fəridədən bir neçə dəfə pulu tələb etmişdir. Fəridə hər dəfə ona müxtəlif tarixlər deyərək pulu qaytaracağını bildirmişdir. Həmçinin müxtəlif tarixlərdə qonaqların gələcəyini demişdir. Lakin Fəridə pulu verməmişdir. Danııqlarına əsasən Fəridə ümumilikdə onlara gəliri ilə birlikdə 52200 manat pul qaytarmalı olmuşdur. Fəridə ilə gedib notariusda 52200 manat borc müqaviləsi bağlamışdır. Daha sonra Fəridə puldan bir hissəsini qaytarmaq istəmişdir. Tamerlanın kartını alıb Fəridəyə göndərmiş, Fəridə Tamerlanın kartında 5000 manat pul göndərmişdir. Həmin 5000 manat pulu hissə-hissə göndərmişdir. Həmin pullardan səhv etmirsə 1500 manatı ona, 3500 manatı isə Tamerlana çatmışdır. Daha sonra isə həqiqə hərbi xismətə getmişdir. Zərərçəkmiş şəxs14 52000 manat Fəridəyə pul verməsi yalandır. Qazancı ilə birlikdə 52000 manat pul qaytarmalı idi. İkisi bir yerdə 21000 manat pul vermişdirlər. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tələbə yoldaşı Zərərçəkmiş şəxs12 vasitəsilə tanımışdır. Belə ki, Əli ona demişdir ki, onun Fəridə adında tanışı var. Fəridənin turizm şirkəti var. Fəridə həmin şirkət vasitəsilə ucuz qiymətə bilet və otel otaqları alır, daha sonra isə baha qiymətə satır. Əli ona demişdir ki, bir neçə dəfə də Fəridəyə iş görmək üçün pul vermiş və qazanc əldə etmişdir. Daha sonra Əliyə demişdir ki, pul lazım olsa ona deyərsən, mən də pul verərəm. Belə oldu Əli ona 2018-ci ilin dekabr ayının sonlarında demişdir ki, Fəridə deyir ki, xarici turistlər gələcək, onlara tur paket lazımdır. Tur paket almaq üçün də pul lazımdır. Belə olub birinci dəfə Əliyə 10000 manat vermişdir ki, Fəridəyə versin. Daha sonra 2019cu il idi. Hazırda dəqiq ayı və günü yadında qalmamışdır. Əli ona demişdir ki, Fəridə 6000 manat da istəyir. 6000 manat pulu Əliyə vermişdir ki, Fəridəyə çatdırsın. Daha sonra isə 1000 manat da əlavə vermişdir. Hazırda həmin pulları dəqiq nə vaxt və harada verməsi yadında qalmamışdır. Fəridə tərəfindən də ona cəmi 1700 manat pul qaytarılmışdır. Daha sonra Fəridə aldatdığı üçün polisə şikayət etmişdir. Sonradan bilmişdir ki, Fəridə çox adamı aldatmışdır. Əvvəlki ifadəsində niyə 52000 manat pul verilməsini yazılmasının səbəbini bilmir. Fəridəyə 17000 manat pul vermişdir. Pulu da Əlinin vasitəsilə vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr - 2023-ci ilin yanvar aylarında istirahət məqsədilə Türkiyə Respublikasına getmək qərarına gəlmişdir. Bu məqsədlə “instagram” sosial şəbəkəsində aviabilet almaq məqsədilə axtarışlar aparmağa başlamışdır. Bundan sonra həmin sosial şəbəkədə aviabiletlərin satışı ilə bağlı reklam qarşısına çıxmışdır. Həmin səhifəyə daxil olaraq orada yerləşdirilən “whatsapp” mobil tətbiqinin əlaqə nömrəsini götürərək həmin mobil nömrəyə mesaj yazmışdır. Bu zaman özünü Fəridə adı ilə təqdim edən şəxs ona əlində hal-hazırda 2023-cü ilin mart ayı üçün biletlərin olduğunu bildirmiş, lakin ona Bakı şəhərindən, Türkiyə Respublikasının İstanbul şəhərinə özü və 2 nəfər qohumu üçün 3 (üç) ədəd aviabilet almaq istədiyini bildirmişdir. Həmin şəxs ona üç ədəd aviabilet üçün 1650 (min altı yüz əlli) manat pul ödəməli olduğunu bildirmişdir. Həmin şəxsin ona göndərmiş olduğu kart hesabına öz kart hesabından 1650 (min altı yüz əlli) manat pulu göndərmiş və Fəridə adlı şəxs də ona üç ədəd biletin foto şəkillərini göndərmişdir. Qeyd olunan hadisədən təxminən 1 həftə - 10 gün sonra həmin şəxs ona "whatsapp” mobil tətbiqində yazaraq əlində İstanbul şəhərinə 2023-cü ilin iyul ayı üçün 4 (dörd) ədəd ucuz qiymətə aviabilet olduğunu və həmin biletləri almaq istəyib-istəmədiyini soruşmuş, cavab olaraq hal-hazırda pulunun olmadığını, lakin tanışları və ya qohumlarından kimsə həmin biletləri istəyərsə ona xəbər edəcəyini bildirmişdir. Həmin vaxtlarda baldızı Rəsulova ilhamə Oktay qızı ona həmin biletləri almaq istədiyini bildirmiş və bu barədə “whatsapp” mobil tətbiqində Fəridə adlı şəxsə yazmışdır. Fəridə ona biletlərin ümumi dəyərinin 1200 (min iki yüz) manat olduğunu, ödənişi etdikdən sonra biletlərin foto şəkillərini ona göndərəcəyini bildirmişdir. Baldızı İlhamə həmin pulu Şamaxınka adlanan ərazidə, “imperial” restoranı yaxınlığı, “Bravo” marketdə yerləşən ödəniş terminalından həmin şəxsin kart hesabına göndərmişdir. Bundan sonra bir neçə müddət davamlı olaraq həmin şəxsdən aviabiletlərin foto şəkillərini tələb etdikdə 10-15 gün ərzində həmin şəxs heç bir foto şəkil göndərə bilməmişdir. Bu səbəbdən aviabiletlərin saxta olmasından şübhələnmiş və özü üçün aldığı 3 ədəd aviabileti yoxlatdırmaq üçün hava limanına zəng etmək qərarına gəlmişdir. Hava limanına zəng edib aviabiletlərin üzərindəki tarixdə uçuş olub-olmamasını soruşduqda onlar həmin tarixdə heç bir uçuşun olmadığını bildirmişdirlər. Həmin anda aldadıldığını anlamış və Fəridə adlı şəxsə aviabiletlərin saxta olduğunu və pulunu.dərhal qaytarmasını tələb etmişdir. Fəridə isə aviabiletlərin saxta olmasını qəbul etməmişdir. Daha sonra isə yenidən həmin şəxslə əlaqə saxlamaq istədikdə ona zəng çatmamağa və ya telefonlarıma cavab verməməyə başlamış, bu səbəbdən də hadisə barəsində polisə məlumat vermək qərarına gəlmişdir. Fəridə ümumilikdə 2800 manat ziyan vursada daha sonra o, bu pullardan 1600 manat qaytardığından o da həmin pulu baldızına qaytarmışdır. Hal-hazırda Fəridənin ona 1200 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Samirənin vasitəsi ilə tanımışdır. Belə ki, X41 ilə əlaqədar ailəsi ilə birlikdə “Şahdağ” istirahət mərkəzində istirahət etmək istəmişdir. Bununla maraqlanan zaman X31 adlı tanışının olduğunu, həmin qadının köməklik edəcəyini bildirmişdir. Bundan sonra Fəridə adlı qadının nömrəsini alıb onunla danışmış, Fəridə "Şahdağ” istirahət mərkəzi ilə müqaviləsinin olduğunu, ona yer rezerv edə biləcəyini bildirmişdir. 5 nəfər böyük şəxs, 4 nəfər "Şahdağ” istirahət mərkəzində istirahət etmək barədə maraqlanmışdır. Fəridə 30-xx.xx.2023-cü il tarixlərdə “Şahdağ” istirahət mərkəzində yerləşən “Pik Palace” fər böyük şəxs. 4 nəfər uşaq üçün 1720 manat pul tələb edildiyini bildirdi. Bundan sonra Fəridə ona tez-tez zəng vuraraq pulu göndərməyini istəmiş, yerlərin tükəndiyini bildirmişdir. Özünə məxsus olan, həyat yoldaşına, anasına, uşaqlarına, ailə dostu Qocanın ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini “whatsapp” vasitəsilə Fəridəyə göndərmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Qazax rerləşən “Bazarstore” adlanan marketdəki ödəmə terminalı vasitəsi ilə 1720 manat Fəridənin ona göndərdiyi 4127-2107-1134-4155 nömrəli kart hesabına göndərmiş, sonra Fəridə ona “whatsapp” tətbiqində onun və Qocanın adlarına “Pik Palace” rezerv etməsi barədə şəkillər göndərmişdir. xx.xx.2023-cü il tarixdə Fəridə ona zəng vurub “Pik Palace” otelə hansısa fondun vasitəsi ilə qonaqlar gəldiyini, xx.xx.2023-xx.xx.2024-cü il tarixlərə yer tapacağını demişdir. xx.xx.2023-cü il tarixdə əlaqə saxlayan zaman o yer rezerv edə bilmədiyini, pulunu qaytaracağını demiş və kart istəmişdir. Fəridəyə kart nömrəsi göndərmiş, sonradan Fəridə ona zəng vurub hesabında olduğunu, xx.xx.2024-cü il tarixdə iş günü açılan zaman pulunu qaytaracağını demişdir. Ona görə də Fəridənin onu aldatdığını bilib DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında xarici ölkəyə tətilə getmək məqsədilə bilet almaq istəmişdir. Münasib qiymətə bilet almaq üçün ətrafı ilə maraqlandıqda Quba rayon Asan xidmətinin nikah şöbəsində işləyən Günel adlı tanışı ona özünün Təqsirləndirilən şəxs adında tanışı olmasını, özünə bilet lazım olduqda onun vasitəsilə münasib qiymətə bilet aldığını bildirmişdir. Günel Fəridənin istifadəsində olan ********** mobil nömrəsini ona verərək onunla əlaqə saxlamasını demişdir. Fəridə ilə əlaqə saxlayaraq Moskvaya gediş gəliş bileti almaq istədiyini bildirmişdir. Fəridə daha münasib qiymətə gediş gəliş biletini təklif etmiş və həmin zaman ondan bileti almışdır. Həmin biletlə 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin yanvar ayının sonlarınadək Moskva şəhərinə gedib gəlmişdir. Fəridədən bileti aldıqdan sonra onunla mütəmadi olaraq rəfiqə kimi əlaqə saxlamağa başlmışdır. Bunu normal qəbul etmişdir. Bir müddət aralarında söhbət olduqdan sonra ona özünün fərdi sahibkar kimi turlar yazaraq ölkə daxili və xarici bilet şatışı ilə məşğul olmasından danışmışdır. Fəridə ona iş təklif etmək istədiyini bildirərək, özünün fərdi sahibkar olması səbəbindən ayda fərdi sahibkar hesabından 15000 manatdan artıq pul çıxara bilmədiyini və müştəriləri əlindən çıxmasın deyə özünün kart hesabına onun pul göndərməsini həmin pulla özünün yenidən bilet alışı-satışı ilə məşğul olacağını və həmin işdən gələn gəlirin bir hissəsini ona verə biləcəyini bildirmişdir. Belə ki, onun işlərini davam etdirə bilməsi üçün pul verəcəkmiş, Fəridə həmin pullarla müvafiq turizim hərəkətlərini edəcək özü isə onun əldə etdiyi gəlirdən öz payını və qoyduğu pulu geri alacaqmış. Onun bu təklifi ona gəlir əldə edəcəyini düşündüyündən məntiqli gəlmişdir. İlkin olaraq ona xx.xx.2023-cü il tarixdə 930 manat pulu qohumları üçün yay ayında Moskva şəhərindən Bakı şəhərinə bilet almaq üçün göndərmişdir. Lakin sonradan o həmin pulu da onun razılığı ilə güya ki, bilet alışı və satışında istifadə etmək üçün götürmüşdür. Bundan başqa onun adına yəni Təqsirləndirilən şəxs adına ABB-də (Azərbaycan Beynəlxalq Bakı) olan plastik kart hesabına həmin işin görülməsi üçün xx.xx.2023-cü il tarixdə 1870, xx.xx.2023-cü il tarixdə 3600, xx.xx.2023-cü il tarixdə 4000 və 1224, xx.xx.2023-cü il tarixdə 4590, xx.xx.2023-cü il tarixdə 611, xx.xx.2023-cü il tarixdə 1600, xx.xx.2023-cü il tarixdə 710, xx.xx.2023-cü il tarixdə 400, xx.xx.2023-cü il tarixdə 1550 manat pul göndərmişdir. Belə ki, ona ümumilikdə 21085 manat pul göndərmişdir. Həmin pulları özünə məxsus olan AccessBank və Unibank kart hesablarımdan Fəridənin öz adına olan 412721******4155 nömrəli ABB bankdakı kart hesabına göndərmişdir. Özündə olan kartlarından göndərdiyi pulların çıxarışlarını Xaçmaz RPŞ-nə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə Fəridəyə göndərdiyi pulun 4400 manatını iş yoldaşı Orxan Əlicanovdan borc olaraq almışdır. Sonradan onun pulunu gələcəkdə gəlir əldə edəcəyini düşündüyündən yenidən öz hesabına 5500 manat olaraq göndərmişdir. Fəridə ilə həmin pulları nə etdiyini soruşduqda o həmin pullarla Türkiyə vətəndaşı olan Hakan Aktaş adlı +**********2 mobil nömrəsini istifadə edən şəxsin hesabına köçürüldüyünü bildirmişdir. Lakin Hakan adlı şəxslə həmin nömrə vasitəsilə əlaqə saxladıqda o işin alnmadığını və pulları Fəridəyə geri göndərdiyini demişdir. Fəridədən bu barədə soruşduqda o bunları təsdiq etmişdir. Sonuncu dəfə ona pul atdıqdan sonra ondan pullarımı geri tələb etməyə başlamışdır. Həmin zaman Fəridə ona hər dəfə müxtəlif bəhanələr gətirərək guya ki hesabından pulu çıxara bilmədiyini, pulun gələcəyini deyib pullarını qaytarmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Ağaəliyev küçəsi, ev 54-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nərimanov rayonu, Həsən əliyev küçəsi, ev 111, mənzil 32-də ailəsi ilə birlikdə yaşayır. 1993-cü ildə Naxçıvan Muxtsr Respublikası, Şərur rayonu, Püsyan kənd tam orta məktəbi Azərbaycan dilində bitirmişdir. 1993-cü ildə X16 daxil olmuş, 1995-1998ci illərdə həqiqi hərbi xidmət etmiş və 1998-ci ildə təhsilini davam etdirmiş və 2000-ci ildə X17 Azərbaycan dilində bitirmişdir. Bundan sonra fərdi qaydada ticarətlə məşğul olub çörək pulu qazanmağa başlamışdır. 2019-cu ildə Zərərçəkmiş şəxs18 ona zəng vurub demişdir ki, onun bir tanışı var, adı Təqsirləndirilən şəxsdır, “tur” paket satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təklif etmişdir ki, 15000 ABŞ dolları, yəni 25500 manata 6 nəfərlik Türkiyə Respublikasına səyahət biletləri var, onu alıb satandan sonra 6000 ABŞ dolları, yəni 10200 manat qazanc qalır. Həmin vaxtı Zərərçəkmiş şəxs18 demişdir ki, onda 8300 manat var, Zərərçəkmiş şəxs11 demiş, o razılıq vermiş və 10400 manat verəcək, səndə 6800 manat düzəltsən, birlikdə iş qurarıq. Zərərçəkmiş şəxs18 demişdir ki, onda razıyam. 18 iyul 2021-ci ildə Zərərçəkmiş şəxs18 onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 111 nömrəli evin qarşısında 6800 manat pul vermişdir ki, Təqsirləndirilən şəxs ilə iş birliyi qursun. 19 iyul 2021-ci ildə Zərərçəkmiş şəxs18 demişdir ki, Təqsirləndirilən şəxs ilə iş birliyi qurmaq üçün 8300 manat, Zərərçəkmiş şəxs11 9900 manat və sən isə 6800 manat verdiyin pulları, ümumilikdə 25000 manat pulu Təqsirləndirilən şəxs veriblər və Təqsirləndirilən şəxs ünvan 19 ünvanda yerləşən “Grandmart” marketdə olan terminal vasitəsi ilə “tur” paketi satan şəxsə göndərmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs18 demişdir ki, pul məsələsi nə oldu? Zərərçəkmiş şəxs18 demişdir ki, Təqsirləndirilən şəxs əsas pulumuzu qaytarmır, bu günə sabaha salıbdır. Bu minvanla Təqsirləndirilən şəxs pullarını qaytarmadı və Zərərçəkmiş şəxs11 19 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, fərdi qaydada mobil telefonların alışı və satışı ilə məşğul olur. 2021 -ci ilin fevral ayında əvvəllərində tanımadığı Təqsirləndirilən şəxs adlı qadın ona 1500 manata İphone 12Pro max markalı mobil telefonu satmış və həmin mobil telefonu alıb pulunu vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs demişdir ki, “tur” paketlərin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini götürmüş və arada ona zəng vurub əlaqə saxlamışdır. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, gəl görüşək, biznes işi var, yaxşı qazanc əldə etmək olar. Həmin günü Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Dünya göz” klinikasının qarşısında görüşmüşdür. Həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs demişdir ki, 15000 ABŞ dollara, yəni 25500 manata Türkiyə Respublikasına 6 nəfərlik “tur” paket var, həmin “tur” paketi alıb 21000 ABŞ dollarına, yəni 35700 manata satacam və bizə 6000 ABŞ dolları, yəni 10200 manat qazanc qalacaq. Fəridədən soruşmuşdur ki, “tur” paketi nə vaxt alıb, nə vaxt satacaqsan? Təqsirləndirilən şəxs dedi ki, “tur” paketi alıb həmin günü satcam və həmin günüdə 25500 manatla birlikdə 10200 manat qazancı sənə verəcəm. Mən Təqsirləndirilən şəxs dedim ki, pulu düzəldim, səninlə əlaqə saxlayacam. Həmin vaxtı mənim o qədər pulum yox idi və Təqsirləndirilən şəxs bu barədə heç bir söz demədim. Mən fikirləşdim ki, özümdə olan 8300 manat pulun üzərinə Tərlandan və Adildən alıb 25500 manat düzəldib Təqsirləndirilən şəxs verərəm və əldə olunmuş qazancdan onlara da verərəm. Bundan sonra Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs17 ayrı-ayrılıqda bu barədə dedim, Onlar mənə razılıq verdilər, Tərlan 9900 manat, Adil 6800 manat verəcəklərini dedilər. 18 iyul 2021-ci ildə Zərərçəkmiş şəxs17 ona 6800 manat vermiş və Zərərçəkmiş şəxs11 demişdir ki, sabah 9900 manat səndədir. Bundan sonra Təqsirləndirilən şəxs ilə danışmış və ona demişdir ki, sabah, yəni 19 iyul 2021-ci ildə gəl görüşək, 25000 manatı sənə verəcəm, səndə “tur” paketi alarsan. Təqsirləndirilən şəxs razılıq vermiş və demişdir ki, sabah 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 129 ünvanında yerləşən “Grandmart” marketinin qarşısında görüşək. 19 iyul 2021-ci ildə saat 14 radələrində Zərərçəkmiş şəxs11la Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Səməd Vurğun bağında görüşmüş və birlikdə yaxınlıqda olan “Grandmart” marketinin qarşısına gəlmiş və orada Təqsirləndirilən şəxs ilə görüşmüşdürlər. Təqsirləndirilən şəxs demişdir ki, 25000 manat düzələtmişəm. Təqsirləndirilən şəxs demişdir ki, 500 manat əskikdir, ancaq bu məsələni həll edərəm. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, pulu verin, marketdə olan terminal vasitəsi ilə “tur” paketi satan şəxsə göndərim. Birlikdə “Grandmart” marketə girmiş və terminala yaxınlaşmışdırlar. Zərərçəkmiş şəxs11 onun yanında Təqsirləndirilən şəxs 25000 manat pulu vermiş, Təqsirləndirilən şəxs 25000 manat pulu alıb terminalda "xxxx" bölməsində Günay Həsənova adlı müştərinin hesabına 5 dəfə olmaqla 5000 manat, yəni 25000 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs demişdir ki, 30 dəqiqəyə 25000 manat və qazanc “Paşa bank” kartına köçürüləcək. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, gedək “Paşa bank” terminalından çıxaraq. Özü, Zərərçəkmiş şəxs11 və Təqsirləndirilən şəxs birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən “Port Baku” biznes mərkəzində olan “Paşa bank” teminalının qarşısına gəlmişdirlər. Təqsirləndirilən şəxs özünə məxsus “Paşa bank” kartını terminala daxil etmiş və demişdir ki, pul köçürülməyib. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, “Paşa bank”a zəng vurub maraqlanacam və mobil telefonla “Paşa bank’hn əlaqə nömrəsinə yığmış və mikrofona qoyub danışmışdır. Əks tərəfdən cavab gəlmişdir ki, Qurban bayramı olduğu üçün 24 iyul 2021-ci il tarixdə müraciət edərsiniz. Bundan sonra Təqsirləndirilən şəxs onda inam yaratmaq üçün özünə məxsus “Paşa bank” kartını və kodu ona vermiş və demişdir ki, 24 iyul 2021-ci ildə özün kartdan pulu çıxardarsan. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, səni idarə etdiyi avtomobillə evinə aparım, həm də görüm harada qalırsan. Təqsirləndirilən şəxs razılıq vermiş və idarə etdiyi BMW markalı F30 modelli Az **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, Zərərçəkmiş şəxs11 isə sol qabaq oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs yolu gəstərmiş və onu Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Saffır” şadlıq sarayının yaxınlığında olan beş mərtəbəli yaşayış binasına gətirmişdir. Təqsirləndirilən şəxs demişdir ki, xalamla birlikdə yaşayıram, xalam beş mərtəbəli binin 1-ci blok, 2-ci mərtəbə, sol qapıda yaşayır. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və baxmışdır ki, həqiqətəndə Fəridə həmin evə girmişdir. Həmin vaxtı hiss etmişdir ki, Təqsirləndirilən şəxs 25000 manat pulu etibardan sui-istifadə edib ələ keçirmişdir. 23 iyul 2021-ci ildə Fəridə Murdova ona zəng vurub demişdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsinə gedirəm, pul məsələsini həll edəcəm. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nöməsinə zəng çatmır, ancaq onunla WhatsApp proqramı vasitəsi ilə danışır. Bundan sonra ondan 25000 manat pulu tələb etməyə başlmışdır, Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirib demişdir ki, pulu verəcəm. 2021-ci ilin avqust ayının əvvəlləri Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, 1000 manat düzəltmişəm. Ona Zərərçəkmiş şəxs11 kart şəkilini göndərmiş və demişdir ki, 1000 manat pulu bu karta köçürərsən. Bundan sonra Zərərçəkmiş şəxs11 demişdir ki, onun kartına 1000 manat köçürülübdür. 2021-ci ilin avqust ayının sonları Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, 1000 ABŞ dolları düzəltmişdir. Fəridəyə Zərərçəkmiş şəxs11la görüşüb pulu ona verməsini demişdir. Zərərçəkmiş şəxs11 ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs ona 1000 ABŞ dollari, yəni 1700 manat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, yerdə qalan pulu verəcəm, bu minvalla onu 2021- ci ilin noyab ayının ortalarına kimi aldatmış və bu barədə Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs17 demişdir. Zərərçəkmiş şəxs11 19 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanılması barədə 19 may 2024-cü il tarixli qərardan görünür ki, ********* №li cinayət işi 19 may 2024-cü il tarixdə Qazax rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmışdır. Cinayət işinin başlanılmasına səbəb və əsas Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər sakini X18 otel və təyyarə biletlərinin alqı-satqısı ilə məşğul olaraq əldə edəcəyi gəlirdən verəcəyi barədə yalan vəd verib aldatmaqla Aydan Musayevanın ümumilikdə 21085 manat pul vəsaitini ələ keçirib zərərçəkənə xeyli miqdarda ziyan vurması, həmçinin təkrarən eyni qayda və üsul ilə X6 otel və təyyarə biletlərinin alqısatqısı ilə məşğul olaraq əldə edəcəyi gəlirdən verəcəyi barədə yalan vəd verib aldatmaqla Samirə Kərimovanın ümumilikdə 25000 manat pul vəsaitini ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması faktı əsasında toplanmış material olmuşdur (cild 09 i.v 5). 21 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir (cild 09 i.v 1-3). 210076031 nömrəli cinayət işi 19 avqust 2021-ci ildə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanaraq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir (cild 01 i.v. 1-3). 11 oktyabr 2021-ci ildə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 01 i.v. 98, 102-103, 105-106). 12 yanvar 2022-ci ildə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 14 yanvar 2022-ci ildə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərar qəbul edildiyindən o, azad edilmişdir (cild 01 i.v. 150-151, 03 cild 21-22, 28-29, 56-58, 87-89, 90-92). 09 mart 2022-ci ildə Təqsirləndirilən şəxs tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmiş, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 11 mart 2022- ci ildə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərar qəbul edildiyindən o, azad edilmişdir (cild 03 i.v. 112-114, 136-139,140-142). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Binəqədi Rayon polis idarəsinin MSY-yə təhvil verilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və 27 yanvar 2023-cü ildə Binəqədi rayon Məhkəməsi tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək ev dustaqlığında saxlama müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 05 i.v. 27-30, 43-46, 79-88). 04 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti qurtardığından sonuncu barəsində “polisin nəzarəti altına” vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 05 i.v. 124-128). 11 yanvar 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş və həmin tarixdən Lənkəran rayon məhkəməsinin 4(049)-5/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 08 i.v. 39-43, 70-77). 07 may 2024-cü il tarixdə Qazax rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay 03(üç) gün, yəni 14 iyun 2024-cü il tarixədək uzadılmışdır (cild 08 i.v.199). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 09 i.v.258-263). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın qismən (44037 manat) ödənilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş təyin edilə biləcək cəza növləri ilə bağlı hesab edir ki, onun ümumilikdə 19 nəfər şəxsə qarşı cinayət törətməsi, zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanın əhəmiyyətli hissəsini (233614 manat) ödəməməsi, onlarla razılıq əldə etməməsi nəzərə alınaraq ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, onun xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün, habelə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək ev dustaqlığına olduğu 2 (iki) ay 9 (doqquz) gün (cəmi 2 ay 13 gün) ona təyin edilmiş cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Zərərçəkmiş şəxs X5 verdiyi mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə zərərçəkmiş şəxs X6 ziyan vurduğunun tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia ittiham həcmində, yəni 25000 (iyirmi beş min) manat hissəsində tam, mənəvi zərərə görə pul tələbi hissəsində isə qismən - 1000 (min) manat həcmində, habelə dövlət rüsumuna görə 180 (yüz səksən) manat, cəmi 26180 (iyirmi altı min yüz səksən) manat həcmində təmin edilməli, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs X6 verilməli, qalan hissədə mülki iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 60 (altmış) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192- 193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün, habelə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək ev dustaqlığına olduğu 2 (iki) ay 9 (doqquz) gün (cəmi 2 ay 13 gün) ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxs X5 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 25000 (iyirmi beş min) manat, mənəvi zərərə görə 1000 (min) manat, dövlət rüsumuna görə 180 (yüz səksən) manat, cəmi 26180 (iyirmi altı min yüz səksən) manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı X6 verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-548/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-548/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver