Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-55/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2C-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 23 iyun 2022-ci il tarixdə, günorta saatlarında Sabunçu rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,12 qram çəkidə narkotik vasitə olan- metadon əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının qarşısında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd üzərindən F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblər halında təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan metadon aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində müştəri kimi Ramil adlı şəxs ona yaxınlaşaraq dostunu Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında düşürtmək üçün onun avtomaşınına əyləşmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında Ramini düşərərkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin polis əməkdaşları içkili idilər və onlarla söyüşlə danışırdılar. Polis əməkdaşları onları saxladıqları yerdə üzərlərində və avtomaşında axtarış aparmışlar, lakin qanunla qadağan olunmuş heç bir şey aşkar etməmişlər. Daha sonra onları üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün Binəqədi RPİnin 4-cü PŞ-yə aparmışlar. Polis şöbəsində onu soyunduraraq üzərinə axtarış aparmışlar, habelə onları təhqir etmişlər, qeyri etik hərəkətlər etmişlər, psixi və fiziki təsir göstərmişlər. Daha sonra bir nəfər polis əməkdaşı onlar saxlanılan otağa daxil olaraq ona məxsus avtomobildən 3 ədəd dərman tapıldığını bildirərək həmin dərmanların kimə məxsus olmasını bildirmişdir. O, isə ona və müştərilərinə verilən qetri-etik hərəkətlərə dözməyərək məcbur qalaraq dərmanların ona məxsus olmadığını bildirmişdir. Polis şöbəsində qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında buraxılmışlar. Onun üzərində və avtomaşınında heç bir narkotik vasitə olmamışdır. Ailəsi narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs tərəfindən öldürüldüyündən həmin vasitələrdən həmişə uzaq durmuşdur. Ona görə də, deyilənlərin nəzərə alınaraq məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 24 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra şöbənin CA üzrə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 25 iyun 2022-ci il tarixdə, saat 02:00 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən edib yaşadığı Binəqədi rayonu, Binəqədi şossesinə gəlib və əməliyyat mövqeyi seçmişlər. Orada Zəngəzur şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs piyada gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb polis bölməsinə gəlmişdir. Bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifləri elan olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçininin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs ayağa qalxıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd qəhvəyi rəngli həbləri çıxarıb masanın üzərinə qoyub üzərində başqa heç nə olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin metadon olduğunu, həmin metadonu Bakı şəhəri, Sabunçu rayonu, ərazisindən tapdığını, öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib,ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs piyada tək hərəkətdə olarkən yaxınlışmışlar, sonuncunun dediyi kimi avtomaşında olarkən sərnişinlərlə birgə saxlanılmamışdır. Təqsirləndirilən şəxs heç bir təzyiq edilməmiş, ona qarşı qeyri-etik hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Araz marketin yanından dostları Məhərrəmov Mahir və Nuriyev Ramil onu Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən şərab evinin qarşısında düşürtmək üçün yaxınlıqda dayanan taksi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs maşınına əyləşmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında o düşərkən polis əməkdaşları onlara yaxınlaşmış, onların üzərini və avtomobili axtarmışlar, onlarla kobud rəftar olunmuşdur. Onları üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparmışlar. Polis şöbəsində Fəridi soyunduraraq üzərinə axtarış aparmışlar, onların isə üzərlərinə axtarış keçirmişlər, habelə onları təhqir etmişlər, qeyri etik hərəkətlər etmişlər, psixi və fiziki təsir göstərmişlər. Daha sonra bir nəfər polis əməkdaşı onlar saxlanılan otağa daxil olaraq Fəridin avtomobilindən dərman tapıldığını bildirərək həmin dərmanların kimə məxsus olmasını bildirmiş, Fərid onlara verilən qeyri-etik hərəkətlərə və təzyiqlərə dözməyərək həmin dərmanların ona məxsus olduğunu bildirmişdir. Polis şöbəsində qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında buraxılmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onlara yaxınlaşarkən özlərini təqdim etmədilər, Təqsirləndirilən şəxs onlar tanımırdı, təsadufi taksi kimi yaxınlaşıb əyləşmişlər, Təqsirləndirilən şəxs üzərini elə avtomaşının içində axtardılar, onların da üstünü və avtomaşını axtardılar. Təqsirləndirilən şəxs və onlar şöbədə 1 otaqda idilər. Təqsirləndirilən şəxs təzyiqlər daha çox olduğundan sonuncu boynuna götürməyə məcbur olmuşdu. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Araz marketin yanından dostları Həsənov Ramil və Nuriyev Ramin ilə birgə R.Həsənovu Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən şərab evinin qarşısında düşürtmək üçün yaxınlıqda dayanan taksi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs maşınına əyləşmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında Ramili düşərərkən polis əməkdaşları onlara yaxınlaşmış, onların üzərini və avtomobili axtarmışlar, onlarla kobud rəftar olunmuşdur. Onları üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparmışlar. Polis şöbəsində onları soyunduraraq üzərlərinə axtarış aparmışlar, habelə onları təhqir etmişlər, qeyri etik hərəkətlər etmişlər, psixi və fiziki təsir göstərmişlər. Daha sonra bir nəfər polis əməkdaşı onlar saxlanılan otağa daxil olaraq Fəridin avtomobilindən dərman tapıldığını bildirərək həmin dərmanların kimə məxsus olmasını bildirmiş, Fərid onlara verilən qeyri-etik hərəkətlərə və təzyiqlərə dözməyərək həmin dərmanların ona məxsus olduğunu bildirmişdir. Polis şöbəsində qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında buraxılmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onlara yaxınlaşarkən özlərini təqdim etmədilər, Təqsirləndirilən şəxs onlar tanımırdı, təsadufi taksi kimi yaxınlaşıb əyləşmişlər, Təqsirləndirilən şəxs üzərini elə avtomaşının içində axtardılar, onların da üstünü və avtomaşını axtardılar. Təqsirləndirilən şəxs və onlar şöbədə 1 otaqda idilər. Təqsirləndirilən şəxs təzyiqlər daha çox olduğundan sonuncu boynuna götürməyə məcbur olmuşdu. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır. xx.xx.2022-ci il tarixdə təxminən saat 01:00 radələrində dostu Mahir və Ramillə sonuncunu Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında düşürtmək üçün Təqsirləndirilən şəxs maşınına əyləşmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında Ramili düşərərkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin polis əməkdaşları içkili idilər və onlarla söyüşlə danışırdılar. Polis əməkdaşları onları saxladıqları yerdə üzərlərində və maşında axtarış aparmışlar, lakin qanunla qadağan olunmuş heç bir şey aşkar etməmişlər. Daha sonra onları üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparmışlar. Polis şöbəsində onları soyunduraraq üzərlərinə axtarış aparmışlar, habelə onları təhqir etmişlər, qeyri etik hərəkətlər etmişlər, psixi və fiziki təsir göstərmişlər. Daha sonra bir nəfər polis əməkdaşı onlar saxlanılan otağa daxil olaraq Fəridin avtomobilindən 4 ədəd dərman tapıldığını bildirmiş, daha sonra həmin adını xatırlamadığı polis əməkdaşı Fəridin avtomobilindən 3 ədəd dərman tapıldığını bildirərək həmin dərmanların kimə məxsus olmasını bildirmiş, onlar isə dərmanların onlara məxsus olmadığını bildirmişlər. Fərid onlara verilən qeyri-etik hərəkətlərə və təzyiqlərə dözməyərək həmin dərmanların ona məxsus olduğunu bildirmişdir. Polis şöbəsində qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında buraxılmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onlara yaxınlaşarkən özlərini təqdim etmədilər, Təqsirləndirilən şəxs onlar tanımırdı, təsadufi taksi kimi yaxınlaşıb əyləşmişlər, Təqsirləndirilən şəxs üzərini elə avtomaşının içində axtardılar, onların da üstünü və avtomaşını axtardılar. Təqsirləndirilən şəxs və onlar şöbədə 1 otaqda idilər. Təqsirləndirilən şəxs təzyiqlər daha çox olduğundan sonuncu boynuna götürməyə məcbur olmuşdur. Məhkəmə baxışı iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X18 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4089 nömrəli ekspert rəyindən və eyni zamanda müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı olduğu, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs müayinə ekpress-test üsulu ilə müayinə aparılmışdır. Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MTD və OPİ aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Qasımov X7 rayonu, Binəqədi şossesi, Zəngəzur şadlıq sarayının qarşısında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarxidə, saat 02.00-da saxlanılmış və 4-cü PŞ-ə gətirilmişdir. (i.v. 9) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.28) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, X4 şəxsi axtarış keçirilməzdən əvvəl üstündə olan əşyaları könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra X8 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd həbləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin “metadon” olduğunu, həmin metadonu Bakı şəhəri, Sabunçu rayonu ərazisindən tapdığını bildirmişdir. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3539 nömrəli rəyindən məlum olmuşdur ki “Təqsirləndirilən şəxs üzərindən götürülmüş ” yazısı və imzalar olan zərfdəki üzərində “Methadone” markalanma göstəricisi olan konvalyudakı 03 ədəd üzərinə F/M40 yazısı həkk edilmiş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 03 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həb 0.04 qram metadon olmaqla) (i. v.39-40) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, X4 şəxsi axtarış keçirilməzdən əvvəl üstündə olan əşyaları könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra X8 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd qəhvəyi rəngli həbləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin “metadon” olduğunu, həmin metadonu Bakı şəhəri, Sabunçu rayonu ərazisindən tapdığını, öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. (i.v. 50) xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd təmiz çəkisi 0.12 qram narkotik vasitə metadon maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 0.08 qram çəkidə qalmış hissəsi Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə kecirilmiş şəxsi axtarış və götürmə zamanı aparılmış video çəkilişin əks olunduğu bir ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. (i.v. 51, 53) xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i. v.57-58) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək sonuncunun saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 72-75) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 3200 manat məbləğində cərimə edilmişdir. xx.xx.2015-ci il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X18 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4089 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 105-106) “Qətər Auto” avtomobil satış mağazasının sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, gecə saat 02.00-da olan görüntülərin kameraların yaddaş hissəsində görüntülərin 10 gündən atrıq qalmama səbəbindən təqdim olunması qyerimümkündür. Binəqədi RPİ-nin 4-cü PŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 4-cü PŞ-ə gətirilərkən onunla birlikdə X12, X3, X10 şöbəyə gətirilmiş və şöbəyə gətirilən şəxslərin qeydiyyat kitabında qeydiyyata alınmışdır. Araşdırma zamanı həmin şəxslərin əməlində hüquq pozuntusu müəyyən edilmədiyinə görə buraxılmışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkib yarandığına görə müvafiq sənədləşmə aparılaraq İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə olmadığını, eləcə də, Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında Ramini düşərərkən polis əməkdaşlarının onlara yaxınlaşdığını, onları saxladıqları yerdə üzərlərində və avtomaşında axtarış apardıqlarını, lakin qanunla qadağan olunmuş heç bir şey aşkar olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq etsələr də, məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli raportdan, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Qasımov X7 rayonu, Binəqədi şossesi, Zəngəzur şadlıq sarayının qarşısında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarixdə, saat 02.00-da saxlanılmış və 4-cü PŞ-ə gətirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən edib yaşadığı Binəqədi rayonu, Binəqədi şossesinə gəlib və əməliyyat mövqeyi seçdiklərini, orada Zəngəzur şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs piyada gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istədiklərini bildirmişlər. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahidlər X12, X3, X10 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomaşınını saxlayarkən polis əməkdaşlarını onlara yaxınlaşaraq onların üzərinə axtarış keçirildiyini qeyd etmişlər. Bu faktı Binəqədi RPİ-nin 4-cü PŞ-in xx.xx.2023-cü il tarixli məktubu da təsdiq edir. Belə ki həmin məktubdan da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 4-cü PŞ-ə gətirilərkən onunla birlikdə X12, X3, X10 şöbəyə gətirilmiş və şöbəyə gətirilən şəxslərin qeydiyyat kitabında qeydiyyata alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur şadlıq sarayının qarşısında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarixdə, saat 02.00-da saxlanılaraq 4-cü PŞ-ə gətirildiyi göstərilsə də, Təqsirləndirilən şəxs sərnişinlərlə birgə Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur şadlıq sarayının qarşısında piyada deyil avtomaşında olarkən aparılması müəyyən edilmişdir. Məhkəmə qeyd olunan sübutlarla bağlı hesab edir ki, iş üzrə toplanmış ilkin sübutar – xx.xx.2022-ci il tarixli raport, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolun mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəməyəqədər icraatda toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, istifadə etməsi, saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında polis əməkdaşları sonuncuya yaxınlaşaraq şöbəyə dəvət etmişlər, lakin məhkəmə istintaqında isə belə bir məlumatın olmadığı, Təqsirləndirilən şəxs avtomaşınında olan sərnişinlərlə birgə şöbəyə aparılması müəyyən olunur. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına ifadə verərkən bildirmişdir ki, 25 iyun 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində olmuşdur. O, saat gec olduğu üçün o Zəngəzur şadlıq sarayının qarşısı ilə piyada hərəkət edərək irəliləyən zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər. Bundan sonra özünün razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılmış və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd qəhvəyi rəngli həbləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə üzərindən aşkar olunan 03 ədəd qəhvəyi rəngli həblərin nə olması soruşulmuşdur. O həmin həblərin «metadon» olmasını, həmin narkotik vasitəni 23 iyun tarixində günorta saatlarında Sabunçu rayonu ərazisində olan zaman yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdirdiyini bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində müştəri kimi Ramil adlı şəxs ona yaxınlaşaraq dostunu Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında düşürtmək üçün onun avtomaşınına əyləşmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında Ramini düşərərkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin polis əməkdaşları içkili idilər və onlarla söyüşlə danışırdılar. Polis əməkdaşları onları saxladıqları yerdə üzərlərində və avtomaşında axtarış aparmışlar, lakin qanunla qadağan olunmuş heç bir şey aşkar etməmişlər. Daha sonra onları üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparmışlar. Polis şöbəsində onu soyunduraraq üzərinə axtarış aparmışlar, habelə onları təhqir etmişlər, qeyri etik hərəkətlər etmişlər, psixi və fiziki təsir göstərmişlər. Daha sonra bir nəfər polis əməkdaşı onlar saxlanılan otağa daxil olaraq ona məxsus avtomobildən 3 ədəd dərman tapıldığını bildirərək həmin dərmanların kimə məxsus olmasını bildirmişdir. O, isə ona və müştərilərinə verilən qetri-etik hərəkətlərə dözməyərək məcbur qalaraq dərmanların ona məxsus olmadığını bildirmişdir. Polis şöbəsində qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında buraxılmışlar. Onun üzərində və avtomaşınında heç bir narkotik vasitə olmamışdır. Ailəsi narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs tərəfindən öldürüldüyündən həmin vasitələrdən həmişə uzaq durmuşdur. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə ittiham elan edərkən ittihamın əsasını sonuncunun ibtidai istintaqda verdiyi etirafedici ifadələri də təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyəqədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr sübut kimi qiymətləndirilərək, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri digər sübutlarla təsdiq edilmədiyindən sonuncuya qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər.Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir.Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldəolunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və onun avtomaşınında olan sərnişinlərin üzərində axtarış aparılarkən nə məhkəmə qərarı olmuş, nə də ki, CPM-in 246.2-ci maddəsində sadalanmış şərtlər olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxsla və onun avtomaşınında olan sərnişinlərlə davranışda da polis əməkdaşları tərəfindən qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 3-cü bəndi qeyd olunmalıdır: “Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi cəmiyyətin fundamental dəyərlərindən birini ehtiva edir. Konvensiyanın 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu maddə ilə nəzərdə tutulan hüquq mütləq hüquqdur. X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1,Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr mötəbər olmadığından və işin halları ilə təkzib olunduğundan təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X15 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0.12 qram narkotik vasitə metadon aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, xx.xx.2022ci il tarixli raport, xx.xx.2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar Cinayət-Prosessual Qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunduğundan və eləcə də cinayət işinin materialları ilə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin (X12, X3, X10), Təqsirləndirilən şəxs ifadələri mahiyyət etibarilə birbirinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlər ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət- Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X18 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 4089 nömrəli rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli, 4089 nömrəli rəyi ilə narkomaniya xəstəliyinin aşkar olunması elan edilmiş ittiham üzrə sonuncunun təqsirli olmasını sübuta yetirmir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş 0,12 qram (3 ədəd həb) narkotik vasitə olan metadon ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.08 qram (2 ədəd həb) hissəsi maddi sübut hesab edilərək Binəqədi RPİ-nin növbətçi hissəsində saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan metadonun qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan 0.08 qram (2 ədəd həb) narkotik vasitə olan metadonun qalıqları həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi RPİ-nin növbətçi hissəsində saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 70 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0.12 qram (3 ədəd) narkotik vasitə metadonun qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitənin qalıqları olan 0.08 qram (2 ədəd) narkotik vasitə metadonun həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi RPİ-nin növbətçi hissəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-55/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-55/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver