Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-550/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2 (iki) il 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsi çəkilməmiş qalmış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 78-ci korpus, 345 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,198 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 25 fevral 2023-cü il tarixdə, saat 20:00-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, həmin gün saat 21:30-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,198 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,25 fevral 2023-cü ildə Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən ərazidə baş vermiş oğurluq hadisələrinə görə ünvan 1 ünvanın yaxınlığında saxlanılmış və 43-cü PB-yə gətirilmişdir. Orada mart ayının 7-8-nə kimi fasiləsiz saxlanılmış, oğurluq etməsi öz təsdiqini tapmadığından barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə rəsmiləşdirmə aparılaraq mart ayının 7 və ya 8-də sərbəst buraxılmışdır. Heç bir cinayət törətmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 78-ci korpus, 345 saylı evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olması ilə bağlı daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu təşkil edilərək Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 78-ci korpusa getmişlər. Həmin ərazidə piyada gedən Təqsirləndirilən şəxs bir qədər müşahidə edərək əlverişli şəraitdən istifadə edib həmin şəxsə saat 20:00-da mülki geyimdə olmaqla yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu həmin şəxsə bildirib həmin şəxsi 43-cü Polis Bölməsinə dəvət etmişlər. Sonra həmin şəxsi öz razılığı ilə 43-cü Polis Bölməsinə gətirib raportla 43cü X3 Hissəsinə təhvil vermişlər. Bundan sonra bölmədə xidmətdə olan polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərli tərəfindən 25 fevral 2023-cü il tarixdə şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Daha sonra isə həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. 25 fevral 2023-cü il tarixdə saat 21:30 dəqiqədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında onunla bərabər iş yoldaşı Şahid2 da iştirak etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, cins şalvarının sol yan cibindən isə 01 ədəd Nokia markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulduqda, həmin şəxs üzərində heç bir başqa əşya olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm açılaraq içərisinə baxış keçirilən zaman narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin nə olduğu soruşulduqda həmin şəxs həmin narkotik vasitəyə bənzər kütlənin «kakos», yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini saxlanılmamışdan qabaq həmin gün təxminən saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını, həmin vaxtdan üzərində istifadə etmək məqsədi ilə saxlayaraq gəzdirdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq zərfin üzəri möhürlənmiş, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək müvafiq qaydada protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun düzgünlüyü eyni ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istər saxlanılarkən, istərsə də, 43cü PB-də Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmiş, o səmimi olaraq törətdiyi həmin cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsini sonradan dəyişmişsə, bunu məsuliyyətdən yaxa qurtarmaq məqsədilə etmişdir. Çünki onun ödənilməmiş məhkumluğu var və hazırda ittiham olunduğu cinayəti həmin dövrdə törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 23-24). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, saat 20:00-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, həmin gün saat 21:30-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 35-36). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1173 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bükümdə təmiz çəkisi 1,198 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroidir (cild 1, i.v 40-43). Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Panasonic» markalı videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD formatlı diskə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq masanın üzərinə qoymaqla könüllü təqdim etmişdir (cild 1, i.v 55). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.59-60). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 73-74). Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 1, i.v 110). Təqsirləndirilən şəxsin Binəqədi RPİ-in MSY-dən azad edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmaqla o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.113). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 3312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.118-119). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1,198 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut tanınmaqla tədqiqata sərf edildikdən sonra qalan qalığı 1,148 qram çəkidə olan narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmişdir (cild 1,i.v.121-122). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1,i.v.155-156). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi, xx.xx.2023-cü ildə Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən ərazidə baş vermiş oğurluq hadisələrinə görə saxlanılaraq mart ayının 7-8-nə kimi orada fasiləsiz saxlanıldığı, oğurluq etməsi öz təsdiqini tapmadıqdan sonra barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə rəsmiləşdirmə aparılaraq mart ayının 7 və ya 8-də sərbəst buraxılması barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs 43-cü PB-də saxlanılmasının yoxlanılması üçün Binəqədi RPİ-yə sorğu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 20:30-da Binəqədi RPİ-in 43-cü PB-yə gətirilmiş, xx.xx.2023-cü ildə saat 23:15-də Binəqədi RPİ-in MSY-yə təhvil verilmişdir. Belə olan halda aydın olur ki, xx.xx.2023-cü ildə tutulmuş Təqsirləndirilən şəxs 43-cü PB-də mart ayının 7-8-nə kimi fasiləsiz saxlanılması barədə dedikləri həmin halların yoxlanılması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs oğurluq etməsi öz təsdiqini tapmadıqdan sonra barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə rəsmiləşdirmə aparılaraq mart ayının 7 və ya 8-də sərbəst buraxıldığını bildirsə də, işdə olan sənədlərdən görünür ki, ibtidai istintaq orqanı ilə bağlılığı olmayan Məhkəmə Ekspertiza Mərkəzində məhkəmə kimyəvi ekspertizası xx.xx.2023-cü ildə keçirilmişdir. Başqa sözlə, mart ayının 7-8-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə rəsmiləşdirmə aparıldığı təqdirdə iş üzrə 10 gün öncə, yəni xx.xx.2023-də məhkəmə kimyəvi ekspertizasının rəyinin alınması mümkünsüzdür. Məhkəmə hesab edir ki, bu faktın özü də Təqsirləndirilən şəxs bildirdiklərinin inandırıcılığını heçə endirir. Bundan başqa, işdə olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin gün Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Həmin oğlu şübhəli Təqsirləndirilən şəxs təqdim edilmiş və o, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs ilə aparılmış bütün istintaq hərəkətləri vəkilin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayətlə bağlı etirafedici ifadələr vermişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs hüquqları həmin müdafiəçi tərəfindən müdafiə edildiyindən bu xüsusat əlavə olaraq müdafiəçidən soruşulmuş və Müdafiəçi ibtidai istintaq dövründə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs onunla etdiyi söhbətlərdə bir dəfə də olsun məhkəmədə verdiyi ifadəsinə uyğun söz demədiyini bildirmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, i.v 94-103). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün icrası qaydasında xx.xx.2023-cü ildə probasiya qeydiyyatına alınmışdır, xx.xx.2023-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 2 (iki) il 3 (üç) ay 21 (iyirmi bir) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında analoji cinayətinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, bundan düzgün nəticə çıxarmamış, həmin cəza növü ona tərbiyəedici və xəbərdaredici təsir göstərməmiş, cəzanı çəkdiyi müddətdə yenidən qəsdən oxşar cinayət törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-98/2023 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənərək CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Çünki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, azadlıqdan məhrum etmə növündə cəza çəkməmişdir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilədək və xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 3312 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 1,148 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 1(001)- 98/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla cəmi 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilərək CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib üzərində qəti cəza 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilədək və xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 1,148 qram (qalıq çəkisi) narkotik vasitə heroin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-550/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-550/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver