Məhkəmə qərarları › İş №1(001)-550/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-550/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-550/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, halhazırda “Space TV”-də jurnalist- layihə rəhbəri vəzifəsində çalışır. Hər zaman dövlətin siyasətini üstün tutub, maarifləndirici verilişlər hazırlamışdır. Fəaliyyəti zamanı qanunçuluğu, ədaləti, insan hüquq və azadlıqlarını daim üstün tutmuş və hər zaman dövlətin üzərinə qoyduğu vəzifələri, habelə mühüm və xüsusilə mühüm tapşırıqları layiqincə yerinə yetirmişdir. Uğurla həyata keçirdiyi dövlətin xüsusi tapşırıqlarına görə, xüsusi təşəkkürnamələr “Qərəzsiz Jurnalist” mükafatı ilə təltif olunmuşdur. X4 şərböhtanını hətta DİN-nə müraciət edərək, həm vaxtını həm də ətrafda olan tanışlarını narahat etmiş, haqqında yalan məlumatlar yaymışdır. Əsas da guya onu təhqir etməyini bildirmişdir. Sosial mediada belə təhqirlərindən əl çəkməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 yaşadığı ünvanda xx.xx.2024, xx.xx.2024 tarixində onun barəsində böhtan xarakterli ərizə ilə DİN-nə müraciət etmişdir. Hətta xx.xx.2024-cü il tarixində “COP29” tədbirləri ilə bağlı yollanacağı tədbirdən belə olmuşdur. X5 böhtanları üzündən, polisə dəvət olunmağımdır. DİN-də (Binəqədi 6-cı polis bölməsində) barəsində araşdırma başlanılmışdır. Hətta sonuncu dəfə tədbirə qoşulmadığı üçün şirkət tərəfindən cəzalanmışdır. DİN araşdırma nəticəsində onun hər hansı qanun pozuntusuna və ya xidməti vəzifəsinə uyğun gəlməyən hərəkətlərə yol verməyi aşkar edilməmişdir. Samirə Əliyeva heç bir sübut təqdim etməmiş və tez-tez işgüzar nüfuzuna xələl gətirmişdir. Ərizə ilə tanış olduqda məlum olmuşdur ki, onun barəsində “102”yə dəfələrlə şikayət verən şəxs X4 həqiqətə uyğun olmayan, onu cəmiyyətdə və işlədiyi kollektivdə gözdən salan, işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini ləkələyən ittiham irəli sürmüşdür. Beləliklə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 ərizəsində guya onu və ailəsini ağır təhqir etməkdə ittiham etmisdir. Halbuki, Samirə Əliyevanın əri onun ev nömrəsinə zəng edərək, ailə üzvlərinin əsəbini pozmuş və sonra telefonlara cavab verməmişdi. Göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 onu şərləməklə ittiham etmişdir. X2 ərizəsində qeyd etdiyi bu uydurma məlumatın yoxlanılması səbəbindən DİN-nin əməkdaşları tərəfindən onun barəsində araşdırılma aparılmış və bir neçə saat ərzində dindirilmişdir. Qeyd olunan məlumatlar böhtan olduğu üçün araşdırma nəticəsində hər hansı qanun pozuntusu aşkar edilməmişdir. Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 bölmədə qeyd etmişdir ki, “onu ağır təhqir etmiş və guya özü ilə bərabər ailəsini təhqir etmişdir.” Lakin onun təqdim etdiyi sübutlardan da görünür ki, Samirə Əliyeva özü ona səs atmış və səsləri daha sonra silmişdir. Hər halda düzgün adam səsi silməz. Bütün yuxarıda qeyd olunan yalan məlumatlarla X4 onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müəyyən maddələri ilə ittiham etmişdir. Bütün bunlar nəinki yalan, hətta məntiqə sığmayan absurddur. Göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 guya onu çox ağır təhqir etməkdə ittiham etmişdir. Bundan başqa, belə bir hadisələr olsaydı, ən azı sübutlar təqdim edərdi. Qeyd olunanlar bir daha təsdiq edir ki, onun barəsində yazılan məlumatlar şər və böhtandır. Samirə Əliyevanın belə bir ərizə yazmasının məqsədi onu ləkələmək, nüfuzdan salmaq, kollektiv və rəhbərlik qarşısında barəsində mənfi rəy formalaşdırmaqdır. Odur ki, X2 CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Samirə xanım 3 gün ard-arda şər-böhtanla “102” qaynar xəttinə eyni zamanda iş yerinə gəlib və yenə də eyni problemləri yaradmışdır. Halbuki bunun iş yerinə heç bir aidiyyatı yoxdur. Samirə xanım qeyd edir ki, mesajlar silinib, amma mesajlar olduğu kimi qalır. Eyni zamanda qeyd edir ki, onu kobud şəkildə təhqir etmişdir. Polis Bölməsində qaldığı üçün QHT tərəfindən təşkil olunmuş tədbirdə üç gün iştirak edə bilməmiş və işlədiyi yerdə də buna görə 3 günlük cəzalanmış, eyni zamanda bu onun maaşına da təsir edmişdir. Samirə xanım “Space” Televiziyasına gələrək bildirib ki, guya o, televiziyasının adından istifadə etmişdir. O, Samirə xanımı əvvəldən tanımamış, barışıq üçün iki dəfə o, şərait yaratmış, lakin Samirə xanin səhvini başa düşməmişdir. Göstərilənlər nəzərə alınaraq işin məhkəmə baxışına təyin edilməsini və X2 CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 bildirmişdir ki, X3 onu təhqir etdiyi üçün “102” qaynar xətt xidmətinə yığaraq şikayət etmişdir. Bu hadisə ayın 10 olmayıb, ayın 9 olub, zənglərin tarixçəsi də var, telefon zəngində Amil onu təhqir etmişdir. Bəli, mən “Space” televiziyasına getmiş, qapıda nəzarətçi onu müavinin yanına aparmış və o, sonuncuya Amilin televiziyasının adından istifadə etdiyini demişdir. Amilin səs yazıları da telefonunda qalır, sonuncu onu çox ağır ifadələrlə təhqir etmişdir. Amilin anası alverlə məşğul olduğu üçün aralarında borc yaranmış, yoldaşı sanası Rəsmiyə ilə danışmış və arada narazılıq yaranmışdır. Bu vaxtı Amil bəy telefonu alıb onların ünvanına çox nalayiq ifadələr işlətmişdir. Amil bəy daha sonra anasının telefonunda yox, öz şəxsi telefonundan onu yığmış və çox ağır ifadələrlə onu təhqir etmişdir. Bundan sonra “102” qaynar xəttinə yığaraq şikayət etmişdir. Göstərilənlər nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatları (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərməli olduğu halda, X3 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada törədilməsini göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilməsini təsdiq edən sübutları əlavə etməli olduğu halda X6 tərəfindən verilmiş şikayətə X4 tərəfindən CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Bundan başqa X3 ərizəsində X2 onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməsini, müraciətində onun barəsində böhtan xarakterli məlumatlar əks etdirdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X4 barəsində CM-in 147.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar