Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-551/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və şəraitdə narkotik vasitə tərkibli toxumları əldə etdikdən sonra yaşadığı ünvan 1-də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri bir ədəd dibçəkdə əkib qidalı torpaqdan istifadə etməklə becərmiş, ilkin aqrotexniki tədbirləri yerinə yetirməklə xüsusi qulluq edib yetişdirərək xeyli miqdarda kultivasiya etmiş, 29 aprel 2023-cü il tarixində saat 02:55-də Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin mənzilə baxış keçirilərkən yataq otağında yerləşən dolabın üstündə qoyulmuş bir ədəd dibçəkdə tərkibində narkotik maddələr olan xeyli miqdarda – 14 ədəd, ümumi çəkisi 15,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 237.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4-5 ay olardı kiçətənə bitkisindən istifadə etmişdir. 29 aprel 2023-cü il tarixində saat 00:15 radələrində ünvan 2 ünvanında binanın giriş hissəsində iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə 7-ci polis bölməsinə getmişlər. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişilə dövlət hesabına ona müdafiəçi təyin edilmiş və təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilən zaman üzərində qeyri-qanuni əşya və ya narkotik vasitənin olub-olmaması soruşulduqda, olduğu halda təqdim etməyi təklif edildikdə, o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə baxış keçirilmiş və heç bir qanunsuz əşya aşkar olunmamışdır. Ondan həmin bükümün içərisində nə olduğunu, nə məqsədlə, kimdən və nə vaxt əldə etdyi soruşulduqda o, üzərindən aşkar olunmuş bükümün içərisində olanın “nəşə”, yəni marixuana olduğunu, polislər tərəfindən saxlanmamışdan bir gün əvvəl axşam radələrində şəxsi istifadəsi üçün 10 (on) manat müqabilində Binəqədi rayonu, Mir Cəlal 63 ünvanında adını “Kənan” kimi bildiyi şəxsdən aldığını, həmçinin yaşadığı evdə bir ədəd dibçəkdə marixuana əkərək xüsusi qaydada qulluq edib yetişdirdiyini demişdir. Ona görə də onun razılığı ilə yaşadığı evə gedib axtarış və baxış keçirilmiş, dibçəkdə 14 ədəd yaş vəziyyətdə bitki müəyyən edilmişdir. O həmin dibçəkdəki bitkilərin “nəşə” adlanan, yəni marixuana adlı narkotik maddənin olduğunu və həmin bitkiləri özü əkib-becərdiyini bildirmişdir. O həmin narkotik vasitəni təxminən 2 ay əvvəl əkib-becərməklə yetişdirməyə başlamışdır. Belə ki, tutulmamışdan təxminən 2 ay qabaq o, istirahət üçün Şəmkir şəhərinə getmiş və orada olan zaman əvvəllər tanımadığı bir şəxsdən istifadə etmək üçün özünə bir az “nəşə” almış, həmin qurudulmuş marixuananın toxumlu-tumlu olduğunu görmüşdür. Aldığı bitki mənşəli marixuananın özünü istifadə etdikdən sonra toxum-tumlarını özündə saxlamış və Bakı şəhərinə qayıtdıqdan sonra yaşadığı mənzildə əkib becərməyə başlamışdır. O həmin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əkib becərmiş və heç vaxt satmaq niyyəti olmamışdır. Şəxsi axtarış və götürmə zamanı üstündə aşkar edilərək götürülmüş 0,357 qram bitki mənşəli kütlə yaşadığı mənzildən aşkar edilmiş dibçəkdəki narkotik maddələrlə eyni olmayıb, tam fərqli mənşəlidirlər. Belə ki, cibində gəzdirdiyi “nəşə”ni o, polislər tərəfindən saxlanmamışdan əvvəl axşam radələrində şəxsi istifadəsi üçün 10 (on) manat müqabilində Binəqədi rayonu, M.Cəlal 63 ünvanında adını “Kənan” kimi tanıdığı şəxsdən almış və həmin kütlə istifədəyə artıq tam yararlı olmuşdur. Evdə dibçəkdə əkib-becərdiyi narkotik tərkibli bitkilər isə hələ tam yetişməmiş, gələcəkdə qurutmaq lazımdır və bu isə xeyli vaxt tələb edir. Ona görə həmin cibindəki bükümün yaşadığı mənzildə aşkar edilərək götürülmüş dibçəkdəki əkib-becərdiyi narkotik tərkibli bitkilərə heç bir aidiyyəti yoxdur. Evdə dibçəkdə əkib-becərdiyi narkotik tərkibli bitkilər yaş halda olduqları üçün hələlik istifadəyə yararsız olmuş, eyni zamanda onda “nəşə”dən artıq asılılıq yarandığından istifadə üçün başqalarından almaq məcburiyyətində olmuşdur. Həmin bitkinin toxumunu Şəmkir rayonunda toyuda olarkən bir tanışından əldə etmişdir. Təsadüfən torpağa atmış və toxum inkişaf etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsindədir. Xidmət etdiyi Binəqədi RPİ-nin 7-ci PB-yə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx xxxxx 1986-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nin rəhbərliyinə raportla məruzə etmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, onun rəhbərlik etdiyi, həmçinin Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis kapitanı Şahid1 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində narkotik vasitələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid1la birlikdə 29 aprel 2023-cü il tarixində xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsin Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək bir müddət gizli müşahidə edib izlədikdən sonra ünvan 6 ünvanında binanın giriş hissəsində piyada olan zaman əlverişli şərait yarandığından təxminən 00:15-də saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra narkotik vasitələrin əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların dəvətinə etiraz etmədiyindən birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər. Burada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyevə təqdim edilməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir. Təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 7-ci PB-nin inzabati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra tutulmuş şəxsdən əynindəki paltarlarının ciblərini açmağı tələb olunduqda əynində olan paltarlarının ciblərini açmış ayaqqabılarını soyunmuş, lakin ciblərində hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin kütləni kimdən, hansı məqsədlə, necə, nə vaxt və harada əldə etdiyi barədə onları məlumatlandıraraq göstərmişdir ki, bu narkotik vasitə, el içində «nəşə» kimi tanınan qurudulmuş marixuanadır, həmin bükülünü şəxsi istifadəsi üçün 10 manat müqabilində dünən axşam radələrində ünvan 7 ünvanında adını «Kənan» kimi tanıdığı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolması sual edilmiş, lakin üzərində başqa heç nə olmadığını, amma yaşadığı mənzildə özünün istifadəsi üçün bir ədəd dibçəkdə narkotik tərkibli bitki əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaşılımtıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyev tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan təxminən bir neçə saat sonra şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslər təhqiqatçı polis kapitanı Aslan Haqverdiyevin rəhbərliyi ilə və Təqsirləndirilən şəxs şəxsi iştirakı ilə yaşadığı ünvan 8 ünvanına gedib həmin evdə yaşayan şəxslərin icazəsi ilə yaşayış sahəsinə baxış keçirmişlər. Həmin baxışda mütəxəssis qismində dəvət edilmiş əvvəllər tanımadığı bir şəxs də iştirak etmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz olaraq əkib becərdiyi narkotik bitkiləri hansı otaqda saxladığını və könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yataq otağına baxış keçirən zaman həmin otaqda olan dolabın üzərində bir ədəd ağ rəngli dibçəyi təqdim edərək narkotik xassəli bitkilərin həmin dibçəkdə əkib becərdiyini bildirmişdir. Bundan sonra həmin təqdim olunmuş dibçəyə baxış keçirilən zaman dibçəyin içərisində 17 ədəd narkotik xassəli bitkilərə oxşar bitkilər aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin onun tərəfindən təxminən 2 aya yaxın vaxtda əkildiyini və diblərini mütəmadi olaraq sulayaraq qulluq etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş, içərisində 17 ədəd narkotik xassəli bitkilərə oxşayan bir ədəd dibçək iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək bir ədəd sellofan bükümə qoyularaq qablaşdırılmış və ağzı Binəqədi RPİ-nin 7-ci PB-nin zərflər üçün müvafiq möhürü ilə möhürlənmişdir. Məhkəmə baxışı zamanı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyən ibtidai istintaq dövründə dindirilmiş Şahid1 ifadəsi elan edilmişdir. O ifadəsində Şahid2 göstərdikləri xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Nuru Həsənov tərəfindən 30 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə başlanılıb icraata götürülməklə istintaq aparılmışdır. Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 29 aprel 2023-cü tarixində saat 01:30 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 30 aprel 2023-cü il tarixində Binəqədi RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Nuru Həsənov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 01 may 2023-cü il tarixində Binəqədi RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Nuru Həsənov tərəfindən Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və ona həmin qərar 01 may 2023-cü il saat 12:30 dəqiqədə elan edilmişdir. 29 aprel 2023-cü il tarixli aqronom-mütəxəssis rəyində göstərilmişdir ki, həmin mənzilin yataq otağında tumbuçkanın üstündə qoyulmuş bir ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar olundu. Aşkar olunmuş əkini dadağan olunmuş çətənə (kannabis) bitkilərin şitil fazazında olmaqla 14 (on dörd) ədəd olduğu müəyyən edildi. Şitillərin boyu 12-14 sm olmaqla qidalı torpaqdan istifadə etməklə dibçəkdə əkilmiş, suvarılmış və dibləri yumşaldılmış, ilkin aqrotexniki tədbirlər yerinə yetirilmişdir. Həmçinin dibçəkdə üç ədəd toxumdan təzə çıxmış cücərti aşkar olundu. Şitil fazasında olan çətənə bitkiləri və cücərtilər dibçəkdən götürüldü və qablaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizanın 29 aprel 2023-cü il tarixli, 7/621 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində imzalar və soyadlar yazılan zərfdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,357 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində imzalar və soyadlar yazılan sellofan bağlamada bir ədəd qabda torpağın içərisində ümumi sayı 14 (on dörd) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 15,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. - Həmin qabda torpağın içərisində olan 03 (üç) ədəd bitki nümunəsi inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 20 iyun 2023-cü il tarixli 3913 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2023-cü il tarixli protokol ilə müəyyən edilir ki, 29 aprel 2023-cü il tarixində həyata keçirilmiş tədbirlər zamanı saat 00:15-də ünvan 6 ünvanında binanın giriş hissəsində piyada olan zaman saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-yə gətrilmişTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Öncə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərini açmağı tələb olunmuş və o, əynində olan paltarlarının ciblərini açmış, ayaqqabılarını soyunmuş, lakin ciblərində hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin kütləni kimdən, hansı məqsədlə, necə, nə vaxt və harada əldə etdiyi barədə soruşulduqda göstərmişdir ki, bu narkotik vasitə qurudulmuş marixuanadır və şəxsi istifadəsi üçün 10 manat müqabilində dünən axşam radələrində ünvan 7 ünvanında adını «Kənan» kimi tanıdığı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olması sual edilmiş, o, üzərində başqa heç nə olmadığını, amma yaşadığı mənzildə özünün istifadəsi üçün bir ədəd dibçəkdə narkotik tərkibli bitki əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaşılımtıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyev tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra həmin protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı polis kapitanı X3 tərəfindən tərtib edilmiş «Baxış keçirilməsi barədə» 29 aprel 2023-cü il tarixli protokol ilə müəyyən edilir ki, 29 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs şəxsi iştirakı ilə yaşadığı ünvan 8 ünvanına gedib həmin evdə yaşayan şəxslərin icazəsi ilə yaşayış sahəsinə baxış keçirmişlər. Həmin mənzil üç otaqlı olmaqla, ümumi sahəsi 65 kv.metr, otaqlardan biri yataq otağı, digəri qonaq otağı, başqa birisi isə ümumi istifadə otağı olmuşdur. Həmin baxışda mütəxəssis qismində dəvət edilmiş əvvəllər tanımadığı bir şəxs də iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz olaraq əkib becərdiyi narkotik bitkiləri hansı otaqda saxladığını və könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yataq otağına baxış keçirilən zaman həmin otaqda olan dolabın üzərində bir ədəd ağ rəngli dibçəyi təqdim edərək narkotik xassəli bitkilərin həmin dibçəkdə əkib becərdiyini bildirmişdir. Bundan sonra həmin təqdim olunmuş dibçəyə baxış keçirilən zaman dibçəyin içərisində 17 ədəd narkotik xassəli bitkilərə oxşar bitkilər aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin onun tərəfindən təxminən 2 aya yaxın vaxtda əkildiyini və diblərini mütəmadi olaraq sulayaraq qulluq etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş, içərisində 17 ədəd narkotik xassəli bitkilərə oxşayan bir ədəd dibçək təhqiqatçı tərəfindən götürülərək bir ədəd sellofan bükümə qoyulub qablaşdırılmış və ağzı Binəqədi RPİ-nin 7-ci PB-nin zərflər üçün müvafiq möhürü ilə möhürlənmişdir. keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra həmin protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işi üzrə maddi sübut hesab edilmiş – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,357 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 02:55-də yaşadığı ünvan 10 ünvanında axtarış aparılan zaman otaqdan 01 ədəd dibçəkdə yaş vəziyyətdə xeyli miqdarda 14 ədəd, ümumi çəkisi 15,0 qram olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri iş üzrə maddi sübut kimi tanınaraq iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, habelə yaşayış sahəsində axtarış zamanı aparılmış video çəkilişin əks olunduğu məlumat daşıyıcısı olan 01 (bir) ədəd CD disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılır. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 2-ci və 19-cu bəndlərinə əsasən məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən (İİİ Siyahı) Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər sırasına çətənə bitkisi də daxildir. Həmin bitki kollarının 6 (şitillərinin) 3-15 ədədi onların xeyli miqdarını, 16 ədəddən yuxarı sayı onların külli miqdarını təşkil edir. Hazırkı işdə aşkar olunmuş narkotik vasitə olan çətənə bitkisi kollarının sayı 14 ədəd, yəni xeyli miqdarda, yaş halda ümumi təmiz çəkisi isə 15 qram olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 237.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 0,357 qram qurudulmuş marixuanaya münasibətdə məhkəmə qeyd edir ki, həmin narkotik vasitənin Bakı şəhəri Binəqədi RPİnin 7-ci Polis Bölməsində Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün araşdırmaya göndərilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 15 qram çətənə (kannabis) bitkisi məhv edilməlidir. Cinayət işi üzrə axtarış və götürmə hərəkətlərinin həyata keçirilmə proseslərini özündə əks etdirən videoçəkilişin görüntüləri olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Rəşad Məmmədovun tutularkən xx.xx.2023-cü ildən xx.xx.2023-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 02 gününə bərabər hesablanmaqla ona, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudulaşdırılması cəzasının icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyatı alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 15 qram çətənə (kannabis) bitkisi məhv edilsin. Cinayət işi üzrə axtarış və götürmə hərəkətlərinin həyata keçirilmə proseslərini özündə əks etdirən videoçəkilişin görüntüləri olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm sözügedən müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-551/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-551/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver