Məhkəmə qərarları › İş №1(001)-551/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-551/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-551/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və onun müdafiəçisi Müdafiəçi5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 və onun müdafiəçisi Müdafiəçi4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun müdafiəçisi Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, X4, X2, X1, X5, X3 və Rəfiqə Məmmədovanın Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X4, X2, X1, X5, X3 və Rəfiqə Məmmədovanın Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinin müddəalarına uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlardan - doğulduğu il, məşğuliyyət növü, vəzifəsi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293 və 293.3.1ci maddəsinə görə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlardan - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293 və 293.3.2ci maddəsinə görə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293 və 293.3.6cı maddəsinə görə şikayətin verildiyi tarix (il, ay və gün) və yer xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir...xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə. 302.1 və 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır...bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il № 3 Qərarının: 11-ci bəndinin ikinci hissəsinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinin müddəalarına uyğun olmadığından xüsusi ittiham qaydasında sözügedən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.5-ci maddəsinə görə bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinin müddəalarına uyğun olmadığından X4, X2, X1, X5, X3 və Rəfiqə Məmmədovanın Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar