Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-552/2022 31.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Kərimova Mahirə Nəzər qızının, Məhkəmə iclas katibi X8, Xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili (“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili) X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə 02 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmiş və xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xüsusi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə 02 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir.İş hakim Abbas Rzayevin icraatındadır. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı X3 nümayəndə və vəkili X6 məhkəməyə yazılı vəsatət verərək həmin işlərin bir-biri ilə bağlı olduğunu, hər iki şikayətçinin “Yetər” adlı lombard firmasının əməkdaşları olduğunu və eyni şəxsə – yəni X7 qarşı verildiyini nəzərə alaraq həmin işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 və onun müdafiəçisi Müdafiəçi həmin işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə xüsusi ittihamçını, onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun müdafiəçisini dinləyib, vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki,həmin işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında icraatın birləşdirilməsi məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, vəsatətdən, xüsusi ittiham qaydasında şikayət ərizələrinin surətlərindən də görünür ki, hər iki xüsusi ittiham qaydasında şikayət ərizələri bir-biri ilə bağlıdır və həmin işlərə bir icraatda baxılması daha məqsədə uyğundur. Belə ki, hər iki şikayət «TİK-TOK» şəbəkəsində paylaşılmış video görüntü ilə bağlı olduğundan, hər iki şikayətçi “Yetər” adlı lombard firmasının əməkdaşları olduğundan və eyni şəxsə – yəni X7 qarşı yönəldiyindən cinayət mühakimə icraatının vəzifələrindən biri də işlərə hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi, o cümlədən, cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması olduğundan işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Xüsusi ittihamçı X3 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 barəsində xüsusi ittiham qaydasında şikayətə dair 1(001)-552/2022 saylı cinayət işi - xüsusi ittihamçı X1 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə 1(001)-553/2022 saylı cinayət işinə birləşdirilsin və bir icraatda baxılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-552/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-552/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver