Məhkəmə qərarları › İş №1(001)-552/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-552/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-552/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, kuryer işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** (VEÖN) nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Binəqədi rayonu, Əliyar Əliyev, ev 108 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 2084-cü məhəllə ünvanda faktiki olaraq fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-in ünvan 3 ünvanda yerləşən 3390 nömrəli mağazasında rəsmi olaraq onunla bağlanılmış 20 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinə 05 sentyabr 2022-ci il tarixdə əlavə və dəyişiklik edilməklə və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla 05 sentyabr 2022-ci il tarixdən başlayaraq müdir vəzifəsində işləyərkən, qeyd olunan əmək müqaviləsinə əlavənin və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən ona etibar edilmiş əmlakın, maddi və digər sərvətlərin salamatlığını təmin etmək, eləcə də onların saxlanılması, daşınması, istifadəsi, emalı və satışı ilə əlaqədar qaydalara əməl etmək öhdəliyi olmaqla, mağaza açılışı zamanı satıcı-kassirə avansı sayaraq təhvil vermək və təhvil-təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıq-sayıq olmaq, şahidi olduğu zaman yuxarı rəhbərlərə məlumat vermək, satıcı-kassirdən pulu təhvil alarkən sayaraq və satıcı-kassirin iştirakı ilə təhvil almaq, təhvil-təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq, mərkəzi anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıb-bağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarını aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla işləyərkən, ona etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə xeyli miqdarda ziyan vurmaqla talamaq qərarına gələrək, həmin məqsədlə 3390 nömrəli mağazada 02 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək olan dövr ərzində kassaya vurularaq satılmış mallardan əldə edilmiş 4870,24 (dörd min səkkiz yüz yetmiş manat iyirmi dörd qəpik) manat pulu şirkətin bank hesabına mədaxil etməyərək, habelə qeyd olunan dövr ərzində mağazanın internet kabelini modemdən ayırmaqla həmin üsulla kassa sisteminin işləməməsinə nail olaraq kassaya vurulmadan malların satışından əldə etdiyi 7636,19 (yeddi min altı yüz otuz altı manat on doqquz qəpik) manat pulu, göstərilən dövr ərzində Zərərçəkmiş şəxs MMC-yə məxsus cəmi 12506,43 (on iki min beş yüz altı manat qırx üç qəpik) manat məbləğində pulu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəyib israf etməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxsndə 20 oktyabr 2021ci il tarixdə rəsmi olaraq əmək müqaviləsi əsasında 3859 saylı mağazada satıcı-kassir kimi işləməyə başlamışdır. 05 sentyabr 2022-ci ildə isə həmin müqaviləyə əlavə və dəyişiklik edilməklə və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla həmin şirkətin ünvan 3 ünvanda yerləşən 3390 nömrəli mağazasına mağaza müdiri vəzifəsinə keçirilmişdir. Mağaza müdiri kimi mağazanın açılışı zamanı satıcı-kassirə avansı sayaraq təhvil vermək və təhvil-təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıq-sayıq olmaq, şahidi olduğu zaman üst rəhbərlərə məlumat vermək, satıcı- kassirdən pulu təhvil alarkən sayaraq və satıcı-kassirin iştirakı ilə təhvil almaq, təhvil-təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq, mərkəz anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıbbağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarını aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər vəzifələri olmuşdur. 2024-cü ilin əvvəllərində anasının səhhəti və şəxsi borcları ilə əlaqədar pula ehtiyacı yarandığı üçün işlədiyi mağazadan ərzaq və qeyri-ərzaq məhsullarını kassaya vurmadan satmağa başlamış, bu mənimsəməni 2024-cü ilin fevral ayının 02-dən sonra törətməyə başlamış, buna qədər mağazayla bağlı hər hansı mənimsəmə və ya başqa bir qanunsuz əməli olmamışdır. 02 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək mağazanın kassa sisteminin işlədən internet kabelini modemdən ayıraraq kassanın işləməməsini təmin edərək malları kassaya vurmadan satışdan gələn pulu özünə götürmüş, bu qaydada şirkət satışları görməmiş, onlara internetin işləmədiyini deyib bəhanə ilə aldatmış, bundan başqa, kassaya vurularaq satılan malların satışından gələn pullardan 4870 manat pulu şirkətin bank hesabına ödəmədən şəxsi ehtiyaclarına sərf etmiş, bu qaydada 22 fevral 2024-cü ilədək təxminən 11000-12000 manat məbləğində şirkətə məxsus pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bu müddətdə bölgə müdiri internetlə maraqlanmış, arada internet qısa müddətə düzəlmiş, lakin internetin yenidən işləmədiyini görən bölgə müdiri Şahid7 22 fevral 2024-cü il tarixdə ona mağazaya gələcəyini bildirmiş, o, isə Samirin mağazadan pulları götürdüyünü anlayacağını düşünüb utandığından mağazadan getmiş, sayıma gəlməmiş, bundan bir gün sonra mağazada sayım keçirilmiş və 7636,19 manat çatışmazlıq aşkar edilmişdir və qeyd olunan məbləğ düzgün deyildir. Belə ki, sayımda utandığı üçün iştirak etməsə də, mağazanın vəziyyətindən xəbərdar olmuş, sayım zamanı 1000 manatdan artıq məbləğdə vaxtı keçmiş, satışda olmayan mal nəzərə alınmamışdır. Kassaya vurmadan sataraq ələ keçirdiyi malları dəyəri təxminən 6600 manat dəyərində təşkil etmişdir. Faktla bağlı, daha sonra şirkətin ofisində Şahid9 izahat vermiş, orada da heç bir təzyiqə məruz qalmadan törətdiyi əməli etiraf etmiş, vurduğu ziyanı ödəməsi üçün vaxt verilməsini xahiş etmiş, lakin bugünədək şirkətə ziyanı tam ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Mağazadan şirkətə məxsus pulları borcları və anasının müalicəsinə pul lazım olduğu üçün etmiş, bundan başqa, “misli” mərc oyunu oynamış, nişanlısına biriki dəfə hədiyyə almış, lakin son iki xərclərini mağazadan götürdüyü pullarla ödəməmiş, götürdüyü pulları əsasən şəxsi borclarına ödəmiş, bu borclar da ailə problemləri ilə bağlı olmuşdur. Belə ki, atası 2017-ci ildə vəfat etdikdən sonra ailənin yükü üzərinə düşmüş, anası 98 saylı bağçada tərbiyyəçi işləsə də, maaşı dolanışıqlarını ödəməyə çatmamış, borc götürməli olmuş, pulları ələ keçirirkən ona köməklik edən, göstəriş və ya məsləhət verən olmamış, bunu gizli şəkildə təkbaşına etmişdir. 02 fevral 2024-cü il tarixdə mağazada keçirilmiş sayım zaman aşkar edilmiş çatışmazlığın əmələ gəlməsində onun qəsdi olmamış, bu mağazanın ümumi çatışmazlığı olmuş və aşkar çatışmazlığın 50 faizi onun əmək haqqısından, qalanı isə işçilərin əmək haqqısından tutulmuş, mənimsəməyə bu tarixdən sonra başlamış, buna qədər heç bir mənimsəmə etməmiş, xx.xx.2024-cü il tarixdə, eləcə də digər vaxtlarda da mağazada çatışmazlıq aşkar edilmiş, bu isə əsasən həmin ərazidə oğurluqların olması ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ildən hal-hazırki vaxtadək Zərərçəkmiş şəxsndə hüquqşünas vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 11 sentyabr 2018-ci il tarixdə ********** (VEÖN) nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hüquqi ünvanı ünvan 4 Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 2084-cü məhəllə, qanuni təmsilçisi isə X11. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən marketlər şəbəkəsidir və ərzaq, habelə qeyri-ərzaq məhsulları olmaqla gündəlik tələbat mallarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də 20 oktyabr 2021-ci il tarixdə satıcı-kassir vəzifəsində işləməyə başlamış, 05 sentyabr 2022-ci il tarixdə isə əmək müqaviləsinə əlavə əsasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla mağaza müdiri vəzifəsinə təyin olunmuşdur. Mağaza müdiri kimi Təqsirləndirilən şəxs müqavilə üzrə mağaza açılışı zamanı satıcı-kassirə avansı sayaraq təhvil vermək və təhvil-təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıq-sayıq olmaq, şahidi olduğu zaman üst rəhbərlərə məlumat vermək, satıcı-kassirdən pulu təhvil alarkən sayaraq və satıcı-kassirin iştirakı ilə təhvil almaq, təhvil-təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq, mərkəz anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıbbağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarının aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər öhdəlikləri olmuşdur. 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdiri olduğu Zərərçəkmiş şəxs MMC-in ünvan 3 ünvanda yerləşən 3390 nömrəli mağazasında sayım keçirilmiş, sayımda mağazanın yeni müdiri Elnarə Zürabova, müdir müavini Şahid5, satıcı-kassir Sevda Abdullayevə, sayım qrupunun rəhbəri Şahid7, sayım iştirakçıları - Ramazan Əhmədov, Xəqani Şəbizadə, Şahid6, Şahid4 və Səmayə Musayeva iştirak etmiş və sayım zamanı xx.xx.2024-xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmiş, faktla bağlı sərbəst audit keçirilmiş və qeyd olunan məbləğdə çatışmazlıq təsdiq edilmişdir. Sayımda Təqsirləndirilən şəxs iştirak etməmiş, Təqsirləndirilən şəxs şirkətdə izahat verərkən törətdiyi qanunsuz hərəkəti etiraf edərək müdir vəzifəsində işlədiyi şirkətə məxsus 3390 nömrəli mağazada məhsulları kassaya vurmadan sataraq əldə etdiyi pullardan əlavə 4870 manat məbləğində də pulu da mənimsəmiş, bu izahatı ondan şirkətin müvafiq əməkdaşları almış, onlar da ona məlumat vermişlər. Təqsirləndirilən şəxs şirkətə vurduğu ziyanı ödəməmiş, qeyd olunmuş mağazada xx.xx.2024-cü il tarixdə keçirilmiş sayım zamanı 1616 manat ümumi çatışmazlıq aşkar edilmiş, lakin bu çatışmazlıq Təqsirləndirilən şəxs şəxsi qəsdi ilə əhatə edilmədiyindən aşkar olunmuş çatışmazlıq üzrə ümumi səhlənkarlığa görə həmin mağazada işləyən işlərin əmək haqqından ümumi olaraq tutulmuş, Təqsirləndirilən şəxs 1616 manat məbləğində çatışmazlığın əmələ gəlməsində qəsdi olmadığından, yəni qeyd olunan məbləğdə əmlakı Akif mənimsəmədiyindən bununla bağlı şikayətləri yoxdur, ifadəsində göstərdiyi bütün məlumatları şirkətin müvafiq şöbələrindən və işçilərindən almışdır. Təqsirləndirilən şəxs şirkətə vurduğu ziyanı ödəmədiyindən ondan şikayətçidirlər və ciddi cəzalandırılmasını tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elbrus qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsndə 3785 saylı mağazada satıcı-kassir kimi işləməyə başlamış, təxminən 5-6 ay bundan qabaq isə Cəmiyyətin 3390 nömrəli mağazasında müdir vəzifəsində işləməyə başlamış, buna qədər isə 3117 saylı mağazada isə 3-4 ay müddətində müdir müavini vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də 3390 nömrəli mağazada müdir vəzifəsində işləmiş, müdirin vəzifələrinə müqavilə üzrə mağaza açılışı zamanı satıcı-kassirə avansı sayaraq təhvil vermək və təhvil-təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıqsayıq olmaq, şahidi olduğu zaman üst rəhbərlərə məlumat vermək, satıcı-kassirdən pulu təhvil alarkən sayaraq və satıcı-kassirin iştirakı ilə təhvil almaq, təhvil-təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq, mərkəz anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıb-bağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarının aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər öhdəliklərdən ibarət olmuşdur. 3217 saylı mağazada müavini vəzifədə işlədiyi dövrdə 22 fevral 2024-cü il tarixdə müdiri ona 3390 saylı mağazanın müdiri Akifin işdən uzaqlaşdırıldığını, həmin mağazada sayım aparılacağını və onun da ehtimalla həmin mağazaya müdir təyin edilə biləcəyini bildirmiş, bundan bir gün sonra, yəni 23 fevral 2024-cü il tarixdə 3390 saylı mağazada sayım keçirilmiş, sayımda o, müdir müavini Nuradə Seyidova, satıcı-kassir - Sevda Abdullayevə, sayım qrupunun rəhbəri Şahid7, sayım iştirakçıları Ramazan Əhmədov, Xəqani Şəbizadə, Nüdrat Əliyev, Şahid4, Səmayə Musayeva iştirak etmiş və sayım zamanı xx.xx.2024- xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmiş, ərzaq və qeyri-ərzaq məhsulları sayıldıqdan sonra evinə getmiş, sonradan ona məlum olmuşdur ki, Samir seyfdəki pulu da saymış və 4870 manat pul əksik gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsndə 2021-ci ildə satıcı-kassir vəzifəsində işləməyə başlamışdır. Hazırda isə 6193 saylı mağazada mağaza müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Rəşid İsmayılov küçəsində yerləşən 3390 nömrəli mağazasında müdir vəzifəsində işləmiş, sonuncu ilə iş yoldaşı kimi yalnız işgüzar münasibətləri olmuş, mağaza müdirinin mağazanın açılışı zamanı satıcı-kassirə avansı sayaraq təhvil vermək və təhvil-təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıq-sayıq olmaq, şahidi olduğu zaman üst rəhbərlərə məlumat vermək, satıcı-kassirdən pulu təhvil alarkən sayaraq və satıcı-kassirin iştirakı ilə təhvil almaq, təhvil-təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq, mərkəz anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıb-bağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarının aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər vəzifələri olmuşdur. 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdiri olduğu Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Rəşid İsmayılov küçəsində yerləşən 3390 nömrəli mağazasında sayım keçirilmiş, sayım iştirakçıları bölgə müdirləri tərəfindən əvvəlcədən bölgəsinə daxil olan mağazalann işçilərindən seçilir. Həmin sayımda mağazanın yeni müdiri Elnarə Zürabova, müdir müavini Şahid5, satıcıkassir Sevda Abdullayevə, sayım qrupunun rəhbəri Şahid7, sayım iştirakçıları - o, Şahid4, Ramazan Əhmədov, Şahid6, Səmayə Musayeva iştirak etmiş və sayım zamanı xx.xx.2024-xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmiş, sayımdan öncə bölgə müdiri Şahid7 “Whatsapp” mobil tətbiqində “Sayım qrupu” adlı söhbət qrupunda məlumat vermiş, sayım zamanı siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, üzləşdirmə (inventarizasiya) zamanı mağazadakı bütün mallar fiziki olaraq təxminən 7-8 saat ərzində sayılmış və nəticədə məlum olmuşdur ki, xx.xx.2024-ci il tarixinə mağazada olan ümumi malların dəyəri 46786,18 manat, faktiki malların dəyəri 39149,99 manat olmaqla, 7636,19 manat fərq vardır. Sayımın sonunda akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmin zaman Şahid7 Akiflə əlaqə saxlayıb onu sayıma dəvət etmiş, lakin Akif gəlməkdən imtina etmiş, bundan başqa, sayım zamanı Şahid7 seyfdəki pulları da saymış və təxminən 4800 manat manat pul çatışmazlığı da aşkar edilmiş, Təqsirləndirilən şəxs hansı səbəbdən bu əməli törətməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid6 və X1 Xəqani Nizami oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsndə 2019-cu ildə baş mühasibin müavini vəzifəsində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Rəşid İsmayılov küçəsində yerləşən 3390 nömrəli mağazasında müdir olmuş, 2024-cü ilin fevral ayının sonlarında qeyd olunan mağazada şirkətin sayım qrupu tərəfindən sayım keçirilmiş, sayım zamanı xx.xx.2024-xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından təxminən 7000 manat çatışmazlıq aşkar edilmiş, bundan başqa, sayım zamanı mağazanın pul hesabı, yəni satışdan gələn pul ilə şirkətin hesabına köçürülən pul fərqi də hesablanmış və 4870 manat çatışmazlıq aşkar edilmiş, bölgə müdirinin məlumatından sonra maliyyə şöbəsi olaraq bu faktı sistem üzərindən araşdırmışlar və məlum olmuşdur ki, yuxarıda qeyd olunan dövrdə mağazada 4870 manat pul şirkətin hesabına köçürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsndə 2021-ci ildə 3390 nömrəli mağazada satıcı-kassir kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də 3390 nömrəli mağazada müdir vəzifəsində işləmiş, sonuncu ilə təxminən bir il yarım eyni bir mağazada işləmiş, bildiyi qədər Təqsirləndirilən şəxs da 20 oktyabr 2021-ci il tarixdə satıcı-kassir vəzifəsində işləməyə başlamış, 05 sentyabr 2022-ci il tarixdə isə mağaza müdiri vəzifəsinə təyin edilmiş, mağaza müdiri ilə onun müavinin vəzifələri təxminən eynidir və müavin yalnız müdirdən icazə aldıqdan sonra müəyyən işləri görə bilər. Müdirin vəzifələri müqavilə üzrə mağaza açılışı zamanı satıcı-kassirə avansı sayaraq təhvil vermək və təhvil- təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıq-sayıq olmaq, şahidi olduğu zaman üst rəhbərlərə məlumat vermək, satıcı-kassirdən pulu təhvil alarkən sayaraq və satıcı-kassirin iştirakı ilə təhvil almaq, təhvil-təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklannı yoxlamaq, mərkəz anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıb-bağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarının aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər öhdəliklərdən ibarət olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs anası ilə birlikdə Biləcəri qəsəbəsində, “rus qəbristanlığı” adlanan ərazidə kirayədə yaşamış, Akifin atası vəfat etmiş, anası isə dövlət bağçalarının birində tərbiyəçi işləyir, sonuncunu cəmi bir dəfə mağazaya gələrkən görmüş, Akifin anası xəstə olmuş, lakin xəstəliyinin nə olduğunu dəqiq bilməmiş, həmin gün Akifin anası Akifin ona aldığı dərmanı təhvil almağa gəlmiş, Akif ümumiyyətlə çox yalançı uşaq olmuş, bu səbəbdən onunla yola getməmişlər. 22 fevral 2024-cü ildə bölgə müdiri Şahid7 ona zəng edərək mağazanın açılmasını tələb etmiş, o, da açarı götürüb mağazaya gəlmiş, Samir sayım edəcəyini dedikdə o, Samirdən bunun səbəbini soruşmuş, Samir də müdir Akifin qaçdığını bildirmiş, həmin gündən sonra Samir dəfələrlə Akifi çağırsa da, Akif heç vaxt mağazaya gəlməmiş, növbəti gün saat 22 radələrində 3390 saylı mağazada sayım keçirilmiş, sayımda mağazanın yeni müdiri Elnarə Zürabova, müdir müavini kimi özü, satıcı-kassir - Sevda Abdullayevə, sayım qrupunun rəhbəri Şahid7, sayım iştirakçıları - Ramazan Əhmədov, Xəqani Şəbizadə, Şahid6, Şahid4, Səmayə Musayeva iştirak etmiş və sayım zamanı xx.xx.2024-xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmişdir. Ərzaq və qeyri-ərzaq məhsulları sayıldıqdan sonra Samir seyfdəki pulu onların yanında saymış və 4870 manat pul əksik gəlmişdir. Həmin dövrdə təxminən 10-15 gün olarmış ki, mağazanın interneti işləmirmiş. Təqsirləndirilən şəxs hər dəfə buna görə onu təqsirləndirmiş, sonradan öyrənmişdir ki, Akif özü qəsdən internet kabelinin korlamışdır. Təqsirləndirilən şəxs hər gün mağazada mobil telefonunda “misli” mərc oyunu oynadığını görmüş, Akif hərdən bir bu barədə danışmış, bəzən qazandığını demiş, bir dəfə onlara həmin oyundan 500 manat qazandığını deyib tort almış, bu hadisədən sonra Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlamaq istəsə də, Akif heç vaxt zənglərinə cavab verməmişdir. Çünki Akifin ona 200 manat borcu olmuş, Akif nişanlı olduğu xanıma ona etdiyi çoxlu xahişlərdən sonra bu ilin əvvəllərində onun adına kreditə təxminən 600 manata mobil telefon götürmüş, Akif işdən çıxdıqdan sonra adına gecikmə düşməsin deyə krediti özü ödəmişdir. Bundan başqa, Akif 2024-cü ilin təxminən yanvar ya da fevral ayında anasına ad günü münasibətilə 350 manata qızıl üzük almışdır. Mağazada xx.xx.2024-cü il tarixdə keçirilmiş sayım zamanı 1616 manat ümumi çatışmazlıq aşkar edilmiş, lakin bu çatışmazlıq Təqsirləndirilən şəxs şəxsi qəsdi ilə əhatə edilmədiyindən aşkar olunmuş çatışmazlıq üzrə ümumi səhlənkarlığa görə həmin mağazada işləyən işlərin əmək haqqından ümumi olaraq, yəni 50 faizi Akifin əmək haqqısından, qalanı isə işçilərin əmək haqqısından tutulmuş, Təqsirləndirilən şəxs 1616 manat məbləğində çatışmazlığın əmələ gəlməsində qəsdi olmadığından, yəni qeyd olunan məbləğdə əmlakı Akif mənimsəməmiş, bu hadisəyə qədər mağazada oğurluqlar da olmuş, hallar mağaza işçilərinin ümumi səhlənkarlığı kimi qiymətləndirilmiş, Akif yalnız 2024-cü ilin fevral ayında mənimsəmə etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsndə 2019-cu ildə satıcı-kassir kimi işləməyə başlamış, hazırda isə bu şirkətdə bölgə müdiri vəzifəsində işləyir. Şirkətin işçilərindən olmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də 20 oktyabr 2021-ci il tarixdə satıcı-kassir vəzifəsində işləməyə başlamış, 05 sentyabr 2022-ci il tarixdə isə əmək müqaviləsinə əlavə əsasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla mağaza müdiri vəzifəsinə təyin olunmuş, mağaza müdiri kimi Təqsirləndirilən şəxs müqavilə üzrə mağaza açılışı zamanı satıcıkassirə avansı sayaraq təhvil vermək və təhvil-təslim aktına imza atmaq, mağazada baş verə biləcək hər hansı oğurluq hadisələrinə qarşı ayıq-sayıq olmaq, şahidi olduğu zaman üst rəhbərlərə məlumat vermək, satıcı-kassirdən pulu təhvil alarkən sayaraq və satıcıkassirin iştirakı ilə təhvil almaq, təhvil- təslim aktına imza atmaq, müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq, mərkəz anbardan götürülən məhsulları sayaraq yoxlamaq, mağazanın gündəlik açılıb-bağlanması işinin icrasına nəzarət etmək, mağazada çalışan ümumi işçilərə nəzarət etmək, mağazada olan anbara nəzarət etmək, dövri hesabatların hazırlanması, inventar sayılmasında iştirak edən işçilərə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yollarının aşkar etmək, firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək və digər öhdəlikləri üzərinə götürmüşdür. 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdiri olduğu Zərərçəkmiş şəxs MMC-in ünvan 6 ünvanında yerləşən 3390 nömrəli mağazasında sayım keçirilmiş, sayımda mağazanın yeni müdiri Elnarə Zürabova, müdir müavini Şahid5, satıcı-kassir - Sevda Abdullayevə, sayım qrupunun rəhbəri kimi özü, sayım iştirakçıları - Ramazan Əhmədov, Xəqani Şəbizadə, Şahid6, Şahid4, Səmayə Musayeva iştirak etmiş və sayım zamanı xx.xx.2024-xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri- ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmiş, faktla bağlı sərbəst audit keçirilmiş və qeyd olunan məbləğdə çatışmazlıq təsdiq edilmişdir, lakin hazırda Ramazan və Səmayə şirkətdə işləmirlər. Sayımda Təqsirləndirilən şəxs iştirak etməmiş, Akifə sayımda iştirak etməsini təklif etdikdə sonuncu birlikdə işlədiyi şəxslərdən utandığını deyərək gəlməkdən imtina etmiş, faktla bağlı Təqsirləndirilən şəxs Rafık oğlu şirkətdə izahat verərkən törətdiyi qanunsuz hərəkəti etiraf edərək müdir vəzifəsində işlədiyi şirkətə məxsus 3390 nömrəli mağazada məhsulları kassaya vurmadan sataraq əldə etdiyi pullardan əlavə 4870 manat məbləğində də pulu da mənimsədiyini bildirmiş, bu izahatı ondan şirkətin müvafiq əməkdaşları almış, onlar da ona məlumat vermişlər. Bu hadisəni isə bölgə müdiri olaraq o, aşkar etmişdir. Befə ki, 2023-cü ih'n fevral ayının 22-də qeyd olunan mağazaya 15 gündür ki, mağazada internetin işləməməsi səbəbindən baş çəkmək qərarına gəlmiş, bundan başqa, hazırda adını xatırlamadığı şəxslərdən Akifin faizlə borca pul axtardığını da eşitmiş, mağazada internet problemi hərdən bir yaransa da, bu qısa zamanda aradan qaldırılsa da, 15 gün müddətində fasiləsiz olaraq internetin işləməməsi onda müəyyən şübhələr yaratmış, mağazaya baş çəkmə səbəbi də əsasən bu olmuş, xx.xx.2024-cü il tarixdə 3390 saylı mağazaya yola çıxmış, yolda Təqsirləndirilən şəxs mağazanı bağlamamasını və oraya gəldiyini bildirmiş, saat 22 radələrində mağazaya çatdıqda mağazanın bağlı olduğunu görmüş, Akifə zəng etsə də, sonuncu zəngə cavab verməmiş, bu səbəbdən mağazanın müdir müavini Nuranəyə zəng etmiş, sonuncu açarla mağazaya gəlib qapını açmış, ilkin olaraq seyfdə olan pulları saymış, 5 günün satışını sistemə oturtmuş, arada fərqlər olduğunu görüb satış direktoruna bu barədə məlumat verib sayım keçirilməsini tələb etmiş, 23 fevral 2024-cü il tarixdə yuxarıda qeyd olunan tərkibdə sayım keçirilmiş, sayım zamanı xx.xx.2024- xx.xx.2024-ci il tarixi dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmiş, bundan başqa, seyfdəki pulları bir daha sayıb 4870 manat əksik olduğunu görmüş. Təqsirləndirilən şəxs o, mağazaya gəldiyi gündən sonra bir daha işə çıxmamış, sonradan Təqsirləndirilən şəxsla bu barədə “Whatsapp” mobil tətbiqində danışdıqda törətdiyi əməli etiraf edərək şəxsi ehtiyacları üçün bunu etdiyini deyib üzr istəyərək şikayət edilməməsini xahiş etmiş, pulları geri ödəyəcəyini bildirmiş, lakin Akif şirkətə heç bir ödəniş etməmiş, sayımdan 3-5 gün sonra Samirlə əlaqə saxlayıb sonuncunu şirkətin ofisinə çağırmış, Akif də ofisdə izahat yazaraq əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs qeyd olunan pul və mal çatışmazlığını xx.xx.2024-xx.xx.2024-cü il tarixi aralığında internet kabelini zədələyərək işləməməsini təmin edərək törətmiş, mağazada kassa sistemi və videomüşahidə kameraları internetlə işləyir, buna qədər Akifi nümunəvi işçi kimi tanımışlar. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs şirkətə vurduğu ziyandan ödəniş etməmiş, həmin mağazada xx.xx.2024-cü il tarixdə keçirilmiş sayım zamanı 1616 manat ümumi çatışmazlıq aşkar edilmiş, lakin bu çatışmazlıq Təqsirləndirilən şəxs şəxsi qəsdi ilə əhatə edilmədiyindən aşkar olunmuş çatışmazlıq üzrə ümumi səhlənkarlığa görə həmin mağazada işləyən işlərin əmək haqqından ümumi olaraq, yəni 50 faizi Akifin əmək haqqısından, qalanı isə işçilərin əmək haqqısından tutulmuş, Təqsirləndirilən şəxs 1616 manat məbləğində çatışmazlığın əmələ gəlməsində qəsdi olmadığından, yəni qeyd olunan məbləğdə əmlakı Akif mənimsəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsndə 2019-cu ildə insan resursları üzrə kiçik mütəxəssis kimi işləməyə başlamış, hazırda isə bu şirkətdə eyni sahə üzrə baş mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də 20 oktyabr 2021-ci il tarixdə satıcı-kassir vəzifəsində işləməyə başlamış, 05 sentyabr 2022-ci il tarixdə isə əmək müqaviləsinə əlavə əsasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaqla mağaza müdiri vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs müdiri olduğu Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən 3390 nömrəli mağazasında sayım keçirilmiş, sayım zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixinədək olan dövr aralığında mağazada ərzaq və qeyri-ərzaq məhsullarından 7636,19 manat çatışmazlıq aşkar edilmiş, faktla bağlı sərbəst audit keçirilmiş və qeyd olunan məbləğdə çatışmazlıq təsdiq edilmiş, bundan əlavə, Akifin 4870 manat məbləğində pulu da mənimsəmiş, faktla bağlı insan resursları kimi 2024-cü ilin mart ayının əvvəllərində Akifin izahatını alarkən Akif mənimsəmə etdiyini ona tam şəkildə etiraf etmiş, yazılı izahat vermiş, ona vəd vermişdir ki, yaxın zamanda mənimsədiyi pulu geri qaytaracaqdır. Həmin zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, sonuncu sərbəst qaydada törətdiyi qanunsuz əməli, yəni təxminən 12.000 manat civarında şirkətə məxsus əmlakı mənimsədiyini etiraf etmiş, qeyd olunan mənimsəməni yuxarıda qeyd olunan tarixdə mağazanın internet kabelini korlayaraq işləməməsini təmin edərək törətmiş, Təqsirləndirilən şəxs 4870 pulu satışdan əldə etməsinə baxmayaraq şirkətiin hesabına vurmadan ələ keçirmiş, 7636,19 manat pulu isə mağazadakı mallan kassaya vurmadan satmaqla ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1-2). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, i.v.38-40). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.70). xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də satıcı kassir vəzifəsinə işə götürülmüşdür (cild 1, i.v.20-25). 05 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə (xx.xx.2021-ci il tarixli) əlavədən görünür ki, Təqsirləndirilən şəxs mağaza müdiri vəzifəsinə keçirilmişdir (cild 1, i.v.27-28). Tam maddi məsuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs öz təqsirli hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyanın ödənilməsini öhdəsinə götürmüşdür (cild 1, i.v.29-30). xx.xx.2024-cü il tarixli “X12”ndan görünür ki, Zərərçəkmiş şəxs MMCnin 3390 saylı mağazasında keçirilmiş sayım zamanı mağazada sistem üzrə olan ümumi malların dəyərinin 46786,18 manat, faktiki olaraq mövcud malların dəyərinin 39149,99 manat və aradakı fərqin 7636,19 manat olması aşkar edilmişdir (cild 1, i.v.35). xx.xx.2024-cü il tarixli “X12”ndan görünür ki, “Al market" MMC-in 3390 saylı mağazasında keçirilmiş sayım zamanı mağazada sistem üzrə olan ümumi malların dəyərinin 47703,65 manat, faktiki olaraq mövcud malların dəyərinin 46087,65 manat və aradakı fərqin 1616 manat olması aşkar edilmişdir (cild 1, i.v.36). xx.xx.2024-cü il tarixli “Akt” dan görünür ki, Zərərçəkmiş şəxs MMC-in maliyyə üzrə bölmə rəisi Şahid2, kassa nəzarəti üzrə mütəxəssislər- Şəbinə Nəsibova və X6 Akif Rafık oğlunun mağaza müdiri vəzifəsində işlədiyi 3390 saylı mağazada kassasının yoxlanılması zamanı, xx.xx.2024-cü il tarixdə 4870,24 manat olması əksik olması müəyyən edilmişdir (cild 1, i.v.37). Məhkəmə-mühasibatlıq ekspertizasının 11 iyul 2024-cü il tarixli, 9/4688 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Rəşid İsmayılov küçəsində yerləşən 3390 nömrəli mağazada 7636,19 (yeddi min altı yüz otuz altı manat on doqquz qəpik) manat dəyərində ərzaq və qeyri-ərzaq malları və 4870,24 (dörd min səkkiz yüz yetmiş manat iyirmi dörd qəpik) manat pul əksiyi müəyyən edilmişdir (cild 2, i.v.19-23). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan 01 və 04 noyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyandan 300 manat ödəniş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ziyanın böyük hissəsini ödəməməsini, zərər çəkmiş hüquqi şəxslə barışığı olmadığını, zərər çəkmiş hüquqi şəxsin ondan şikayətçi olduğunu nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilməlidir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Əlavə cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar