Məhkəmə qərarları › İş №1(001)-555/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-555/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-555/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1993-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz əvvəllər məhkum olunmamuş, Naxçıvan MR, Naxçıvan şəhəri Bulqan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Keşlə mənzilinin 10-cu km-nin piket 6-da 4 saylı keçid siqnalının rels dövrəsinin qidalandırıcı sonluğunda yerləşən 01 (bir) ədəd DT-02-500 tipli drossel-transformatorunun və 01 ədəd 3,3 metr uzunluğunda drossel tağının çıxardıralaraq oğurlanması nəticəsində həmin əmlakın yararsız hala salınması və baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" QSC-yə ümumilikdə 1791,24 (bir min yeddi yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 2022-ci ilin dekabr ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Gündəlik olaraq Yasamal rayonunda yerləşən "xxxx" Renta Car MMC-dən “Chevrolet Cruze” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 20 manat icarə haqqı olmaqla icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 29 may 2023-cü il tarixdə saat 21:00 radələrində əmisi oğlu Elşən İbrahimovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən kafelərin birində yemək yeyərək bir qədər spirtli içki qəbul etmişdir. 30 may 2023-cü il tarixinə keçən gecə saat 02:00 radələrində əmisi oğlu ilə birlikdə kafedən çıxmışlar, Elşən yaşadığı evə getmiş, özü isə idarə etdiyi avtomaşınla birlikdə yaxınlıqdakı dəmiryol xəttinin kənarına gəlmişdir. Avtomobili saxlayaraq təxmini 1 saat içərisində yatmışdır. Bir qədər yatdıqdan sonra saat 03:40 radələrində yuxudan ayılmış, avtomobili orada saxlamışdır ki, sabahısı gün gəlib oradan götürsün. Avtomobili saxladıqdan sonra dəmiryolu xəttinin üzərindən keçmək istəyən zaman dəmir yolu xəttinin yanında drossel-transformatoru görərək onu gizli yolla oğurlamaq qərarına gəlmişdir. Həmin drossel transformatorunu avtomobildə olan kəlbətin ilə sökmüş, ağır olduğundan onu zorla yumalaya-yumalaya avtomobilinin olduğu yerə gətirmişdir. Drosseltransformatorunu avtomobilinin baqaj hissəsinə qoyaraq 30 may 2023-cü il tarixində səhər saatlarında onu yaşadığı evə gətirmişdir. Drossel-transformatorun yaşadığı evin həyətində daş kubiklə sındıraraq hissələrə bölmüşdür ki, içərisindəki mis sarğını metal qəbul etmə məntəqəsinə həmdə drossel-tranformatorun dəmir qutu hissəsini də sataraq maddi vəsait əldə etsin. Drossel-tranformatorun sındıraraq dəmir qutu hissəsini Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metrostansiyasiyasının yaxınlığında metal qəbul məntəqəsinə, mis sarğını isə Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən mis qəbulu məntəqəsinə təhvil verərək ümumilikdə 58 manat pul əldə etmişdir. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Metal qəbul etmə məntəqələrinə yaxınlaşarkən ondan heç bir rəsmi sənəd tələb etməmişlər və oğurluq olub-olmaması barədə soruşmamışlar. Oğurluq hadisəsini törədərkən tək olmuşdur və bu barədə heç kimə məlumat verməmişdir. Dəmiryol xətti ərazisindən birinci dəfədir ki, oğurluq hadisəsi törədir, əvvəllər törətməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirdiyini, cinayət nəticəsində vurulmuş zərəri ödədiyini bildirərək məkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X3 Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Təqsirləndirilən şəxs əvəllər tanımamışdır. Onunla hər hansı düşmənçiliyi ədavəti olmamışdır. 30 may 2023-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhər, Binəqədi rayonu, Biləcəri-Keşlə mənzilinin 10-cu km-nin piket 6-da 4 saylı keçid siqnalının rels dövrəsinin qidalandırıcı sonluğunda yerləşən 01 ədəd “DT-02-500” markalı drossel- transformatoru və 01 ədəd 3,3 metr uzunluğunda drossel tağının çıxardıralaraq oğurlanması barədə məlumat daxil olmuşdur. Məlumatın doğruluğunun yoxlanılmasından ötrü Biləcəri stansiyasında X3 Xırdalan stansiyasında məntəqə rəisi, polis mayoru Şahid2la ilə birlikdə hadisə yerinə çıxmışdır. Hadisə yerinə baxış zamanı və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən xx.xx.1993-cü il təvəllüdlü Naxçıvan Muxtar Respublikası sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəx- müəyyən edilərək Biləcəri stansiyasında X5 gətirilmişdir. Biləcəri stansiyasında X4 Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş və cinayəti tək törətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Hacıyev Elxana məxsus Bakı şəhəri, Nərimanov rayonu Ulduz metrostansiyasmın yaxınlığında Elçin İsakov küçəsində yerləşən metal qırıntıların qəbulu məntəqəsində sürücü işləyir. Metal qırıntıları adətən dəmirin kiloqramın 0,50 qəpik, çuqun isə 0,45 qəpik olmaqla səyyar halda qəbul edərək elektron tərəzidə çəkərək satan adama pulu nağd şəkildə vermişdir. Sonradan əldə etdiyi metal qırıntıları “X6” şirkətinə təhvil verir. xx.xx.2023-cü il tarixdə adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs idarə etdiyi avtomobillə birlikdə ağ rəngli avtomobilin baqaj hissəsində çuvala yığılmış vəziyyətdə çuqunla metal qəbulu məntəqəsinə gəlmişdir. İlkinin gətirdiyi metal və çuqun elektron tərəzidə çəkilmiş, çəkisi 87 kq olmuşdur. Bunun müqabilində İlkinə nağd olaraq 37 manat pul vermişdir. İlkindən metal əşyaların oğurluq olub-olmaması barədə soruşan zaman, İlkin ona metal və çuqunların oğurluq olması barədə heç nə deməmişdir. Həmçinin, onun adını metal əşyaların alqı-satqı kitabında qeydiyyata salmamışdır. Çünki kitab dolu vəziyyətdə olmuş, kitabın yenilənməsi üçün oğlu Elxana vermişdir. İlkinin verdiyi 87 kq çuqunu avtomobil vasitəsi ilə yaxınlıqda yerləşən “X6” şirkətinə əridilməsi üçün təhvil vermişdir. İlkini əvvəllər görməmişdir. Ondan birinci dəfədir ki,metal qəbul etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirak etməməsi nəzərə alınaraq, ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3, Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınmaqla, ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə CM-in 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Keşlə mənzilinin 10-cu km-nin piket 6-da yerləşən dəmir yolu xəttinin ətrafında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:45-də CM-in 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. "xxxx" QSC tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" QSC-yə sözügedən hadisə nəticəsində cəmi 1791,24 manat məbləğində ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-289/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:45-dən hesablanmışdır. xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, "xxxx" Rent A Car MMC ilə Təqsirləndirilən şəxs arasında “Chevrolet Cruze” markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. "xxxx" Rent A Car MMC tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, “Chevrolet Cruze” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi avtomobilin idarə olunmasına dair icazə verilmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi şəraiti əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" QSC zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır. DİN-in Baş Əməliyyat və Satatistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-yə vurulmuş 1791.24 manat maddi ziyan ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 9/4423 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilən məktubdan istifadə edilməklə 1 ədəd "xxxx" QSC-nin İnfrastruktor Departamentinin 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin balansında olan “DT-02- 500” markalı drossel-transformatorun 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1652,00 manat müəyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul iyul 2023-cü il tarixli, 9/4423 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş arayış məlumatlarına əsasən istifadədə olmuş 01 ədəd “DT-02- 500” markalı drossel-transformatoru-1652,00 manat, 01 ədəd 3,3 metr 90 mm kvadrat diametrli mis drossel tağı qiyməti isə - 139,00 (yüz otuz doqquz) manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul iyul 2023-cü il tarixli, 9/5782 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş arayış məlumatlarına əsasən istifadədə olmuş 01 ədəd 3,3 metr 90 mm kvadrat diametrli mis drossel tağın 2023-cü ilin may ayına olan orta bazar qiyməti 139,00 (yüz otuz doqquz) manatdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi qəsəbə nümayəndəliyinə heç bir əks məlumat daxil olmamışdır. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43-də ailə üzvləri ilə birgə qeydiyyatsız yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 4 ay 26 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydalarını pozduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 25 iyul 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 4(dörd) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və o məhkəmə iclas zalından həbsə alınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə məhkum olunduğu cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından, bundan əlavə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarını pozması səbəbindən təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə əvəz edildiyindən CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 02 iyun 2023-cü il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-289/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 02 iyun 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixə kimi həbsdə olduğu 03 ay 17 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar