Məhkəmə qərarları › İş №1(001)-558/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-558/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-558/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bibiheybət gəmi təmiri zavodunda gəmi növbə təmirçisi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 1975-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xocavənd rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 6-cı keçid nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 iyun 2023-cü il tarixdə saat 03 radələrində ünvan 3-də yerləşən "xxxx" MMC-yə aid “Seylab” su istehsal edən firmanın qarşısına gələrək aralarında olan razılaşmaya əsasən o, küçədə gözləmək şərti ilə pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə firmanın pəncərəsindən qanunsuz içəri daxil olduqdan sonra mətbəx otağında olan seyfin qapısını özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb oradan 2055,50 (iki min əlli beş manat əlli qəpik) manat nağd pulu gizli yolla talayıb öz aralarında bölməklə, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 iki ilə yaxındır ki, tanıyır, onunla yoldaşlıq etmişdir. 03 iyun 2023-cü il tarixdə saat 22 radələrində Zaurla telefonla danışmış və 04 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində isə X5 qəsəbəsində adını bilmədiyi çayxanada görüşmüşdür. Görüş zamanı o, Zaura dərdini deyərək dolana bilmədiyini, uşağı xəstə olduğu üçün dərmanlarını ala bilmədiyini, kommunal borcunu verə bilmədiyi üçün evin işığının kəsildiyini bildirmişdir. Həmin vaxt Zaur əvvəllər su istehsal edən şirkətdə işlədiyini, həmin şirkətdə daimi 500-600 manat pul olduğunu deyib oradan oğurluq etməyi təklif etmişdir. O, Zaurun təklifi ilə razılaşmış və gecə saat 03 radələrində onun idarə etdiyi Prius markalı ** XA *** dövlət nömrə nişanlı avtomaşın ilə Binəqədi rayonuna Zaurun əvvəllər işlədiyi yerin yaxınlığına gəlmişlər. Zaur avtomaşını təxminən 150 metr aralıda saxlamış, avtomaşından düşdükdən sonra Zaur şirkətin ətrafını fırlanaraq mühafizəçinin yatdığını bildirib içəri girmək üçün kiçik ölçülü pəncərəni göstərmişdir. Bundan sonra Zaur avtomaşına tərəf gedərək gözləmiş o, isə pəncərəyə tərəf gedəndə yerdən tapdığı dəmir parçasını özü ilə götürmüşdür. Pəncərəyə yaxınlaşanda Zaurun avtomaşınından götürdüyü parça ilə başını, üzünü isə cibində olan tibbi maska ilə bağlayaraq pəncərədən içəri içəri daxil olmuşdur. O, içəri daxil olduqdan sonra mətbəxdə yerdə olan seyfin qapısını tapdığı dəmir parçası ilə sındırıb orada olan sellefon torbanı götürərək pəncərədən çölə çıxmışdır. O, əlində olan dəmir parçasını kənara tullayaraq Zaurun avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra Zaur avtomaşını sakit bir yerdə saxlamış və sonuncu pulu saydıqda pulun 1640 manat olduğunu demiş və ona 820 manat pul vermişdir. Bundan sonra Zaur onu yaşadığı evə aparmış, özü isə çıxıb getmişdir. O, əldə etdiyi puldan 86 manatını işıq puluna ödəmiş, 120 manata dərman almış, yerdə qalan pulu isə gündəlik olaraq xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılan zaman etdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir. İbtidai istintaq dövründə zərər çəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 iki ilə yaxındır ki, tanıyır. 03 iyun 2023-cü il tarixdə saat 22 radələrində Murad zəng edərək danışmış və söhbət əsnasında 04 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində X4 qəsəbəsində adını bilmədiyi çayxanada görüşmüşdür. Görüş zamanı Murad dərdini deyərək dolana bilmədiyini, uşağı xəstə olduğu üçün dərmanlarını almağa imkanı olmadığını, kamunal borcunu verə bilmədiyi üçün evin işığının kəsildiyini bildirmişdir. Həmin vaxt o, Murada əvvəllər işlədiyi Magnat Qrup MMC-də daimi 500-600 manat pul olduğunu deyib oradan oğurluq etməyi təklif etmişdir. Murad onun təklifi ilə razılaşdığı üçün saat 03 radələrində idarə etdiyi Prius markalı ** XA *** dövlət nömrə nişanı ilə Binəqədi rayonuna əvvəllər işlədiyi yerin yaxınlığına gəlmişlər. O, avtomaşını təxminən 150 metr aralıda saxlamış, avtomaşından düşüb ətrafa baxdıqdan sonra mühafizəçinin olduğu yeri və daxil olacağı pəncərəni Murada göstərmişdir. Bundan sonra o, avtomaşına tərəf gedərək kənarda Muradı gözləmişdir. Təxminən 20 dəqiqədən sonra Murad gələrək maşına əyləşib oradan uzaqlaşmışlar. Bir qədər uzaqlaşdıqdan sonra o, avtomaşını sakit bir yerdə saxlamış və Murad sellofan torbadan pulları çıxarmışdır. O, pulu saydıqda pulun 1640 manat olduğunu deyərək pulu bölmüş və adama 820 manat pul düşmüşdür. Bundan sonra o, Muradı yaşadığı evə aparmış, özü isə çıxıb getmiş, əldə etdiyi pulu özü üçün xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən o, saxlanılan zaman etdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir.İbtidai istintaq dövründə zərər çəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb, ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, "xxxx" MMC-də təhcizat üzrə mütəxəssis vəzifəsində işləyir. ünvan 3 ünvanda "xxxx" MMC-yə daxil olan “Seylab” su şirkəti fəaliyyət göstərir. Şirkət içməli su istehsalı ilə məşğul olur. 03 iyun 2023-cü il tarixdə saat 21 radələrində iş vaxtı qurtarıb işçilər getdikdən sonra şirkət mühafizəçi Şahid təhvil verilmişdir. 04 iyun 2023-cü il tarixdə saat 03:39-da Elnur zəng edərək şirkətin otaqlarından birindən səs gəldiyini bildirdikdə o, yaxınlıqda yaşadığı üçün dərhal şirkətə gəlmişdir. O, şirkətin mətbəx otağına daxil olduqda otağın plastik pəncərəsinin sındığını və orada olan seyfin sındırıldığını görmüşdür. O, oğurluq olunduğunu müəyyən etdiyi üçün DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra seyfə baxdıqda seyfdən pul oğurlandığını müəyyən etmişdir. Sonradan polis əməkdaşlarının köməkliyi nəticəsində ona məlum olmuşdur ki, şirkətdən oğurluğu şirkətdə əvvəllər sürücü işləmiş Təqsirləndirilən şəxs1 ilə onun tanışı Təqsirləndirilən şəxs2 törətmişdir. Seyfdən 2055 manat 50 qəpik pul oğurlanmışdır. Oğurluq etmiş şəxslərin qohumları tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. "xxxx" MMC-in təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, "xxxx" MMC-də mühafizəçi işləyir. O, 03 iyun 2023-cü il tarixdə saat 08 radələrində işə gəlib növbəni təhvil almış, 04 iyun 2023-cü il tarixdə isə saat 08 radələrində növbəni təhvil vermişdir. xx.xx.2023-cü ildə saat 03:35-dəqiqədə işdə olan zaman mətbəxt tərəfdən səs gəldiyini eşitmiş, mətbəxin qapısını açıb səsin nə olduğunu görmək istəsədə qapını aça bilməmişdir. Bundan sonra o, şirkətin təchizatçısı Nümayəndə zəng edərək bu barədə məlumat vermiş, sonuncu yaxınlıqda yaşadığı üçün tez gəlib bu barədə DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra mətbəxin qapısı açılmış və orada olan seyfin qapısının sındırıldığını, seyfdə olan pulların yerində olmadığını görmüşdür. Pulların yerində olmadığını gördükdə artıq oğurluq olduğu bilinmiş və polis əməkdaşları tərəfindən baş vermiş hadisə ilə bağlı müəyyən sənədləşmə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 56). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 77). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.94-95). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.110-111). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.125-129). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.130-134). Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, "xxxx" MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ailə üzvləri tərəfindən tam olaraq ödənilmişdir (cild 1, i.v.138,146). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təhlükəsiz şəhər Xidmətinin TŞ 8-012 və TŞ 8-028 nömrəli kameralarının görüntülərinin köçürüldüyü 4 ədəd dvd formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.179). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Səbail rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə CM-in 76- cı maddəsinə əsasən 11 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Əliyev X2 rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM- in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu ildə Milli Məclisin xx.xx.2009-cu il Amnistiya qərarının 1.3 bəndinə əsasən azad edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir (cild 1, i.v.140-143). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barələrində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və onlar dərhal məhkəmə iclas zalından azad edilməli, barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları şəhərin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 3 (üç) ay 4 (dörd) gün onlara təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübutlar – TŞ 8-012 və TŞ 8-028 nömrəli kameralarının görüntülərinin köçürüldüyü 4 ədəd dvd formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 3 (üç) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə (Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində nömrəsiz fərdi ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 3 (üç) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə (Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 6-cı keçid nömrəsiz fərdi ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərdikləri cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ayrı-ayrılıqda xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar