Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-559/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X12, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X15 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X13 və onun vəkili Müdafiəçi2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X5 və onun vəkili Müdafiəçi1 X13 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, onun xüsusi ittiham qaydasında verilmiş şikayətə görə xx.xx.1970-ci il təvəllüdlü (Fin kod OX9WJOL) X8, xx.xx.1991-ci il təvəllüdlü X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. O, barəsində şikayət etdiyi X13 qeyri-kommersiya hüquqi şəxs olan “X14” ictimai birliyin idarə heyətinin üzvüdür. Barəsində şikayət etdiyi digər şəxs olan X5 isə həmin ictimai birliyin mətbuat xidmətinin rəhbəridir. Bunu həmin şəxs özüdə etiraf etmişdir (səs yazısı olan disk qoşma olaraq şikayət ərizəsinə əlavə edilmişdir). “X14” ictimai birliyin idarə heyətinin üzvü olan X1 ilə “X14” ictimai birliyin ünvanı olan ünvan 1n 2 saylı mənzildən X4 özünə məxsus olan “Diqqət News” YouTube kanalında ona aid böhtan xarakterli məlumatlar yaymışdır, ona təhqir etmişdir. Həmin şəxslər ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyiblər, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla cinayət törətmişlər. Belə olan halda həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. O, Birinci Qarabağ müharibəsinin veteranıdır. Ehtiyatda olan zabitdir. İkinci Qarabağ müharibə edə, yəni Vətən Müharibəsində vətəndaşlıq borcunu yerinə yetirmiş, könüllü iştirakçı olmuşdur. Buna dair o, generalmayor Hikmət Həsənov tərəfindən Fəxri Fərmanla qiymətləndirilmişdir. Əlavə olaraq onuda bildirir ki, Azərbaycan Respublikası Müdafiə naziri olan general-polkovnik Zakir Həsənov tərəfindən də Vətən müharibəsi zamanı vənəndaşlıq borcunu layiqincə yerinə yetirərək, Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə də Fəxri Fərmana layiq görülmüşdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 44 günlük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi xidmətə görədə Fəxri Fərmanla qiymətləndirilmişdir. Bu səbəbdən “X14” ictimai birliyin, X7, X3 barələrində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanması və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X15 şikayətin icraata qəbul edilməsini, X13 və X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər və onların vəkili şikayətin icraata qəbul edilməməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə əməlin nə vaxt törədilməsi, şikayətin verildiyi yer göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Bundan başqa, şikayətdə şəxsin CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, nəzərə alınmalıdır ki, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CMnin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini dəqiq göstərməmişdir. Bundan əlavə CM-nin 147.1 və ya 147.2-ci maddələr göstərilməsə də, məlumatın hansının və ya hansı hissəsinin CM-nin 147 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm 147.1, 147.2, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Halbu ki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-559/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-559/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver