Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-56/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, 24 may 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri, Yasamal rayonunda yerləşən «ASAN» xidmətin inzibati binasının qarşısında 10 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- bir bükümdə 0,265 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 24 may 2022-ci il tarixdə saat 23:00-da həmin psixotrop maddəni üzərində daşıyarkən Bakı şəhər Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nətavan küçəsində, Yeni yaşayış massivindəki fərdi evinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş və 25 may 2022-ci il tarixdə saat 00:05-də bölmədə üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,265 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən ağ rəngli kristalşəkilli maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir.Sonuncu dəfə o, 24 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ASAN Xidmətin yanında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata bir büküm psixotrop vasitə hesab edilən metamfetamini alıb üzərində saxlamış, 24 may 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhər Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində olduğu zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər.Bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra onun özünün xahişi ilə hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmiş və ona təqdim edilmiş müdafiəçiyə etiraz etməmiş, sonra Bölmədə öz razılığı ilə, müdafiəçinin iştirakı olmadan video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan qəhvəyi rəngi gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim etmiş, onun tərəfindən təqdim edilmiş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qızılı rəngli kağıza bükülmüş büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı isə möhürlənərək götürülmüş, üzərində keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğu onun öz imzasıyla təsdiq edilmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və ilk dəfə cinayət törətdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 24 may 2022-ci il tarixdə tərəfindən xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, buna görə də Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı, Şahid1 ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Eminlə birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Nətavan küçəsində xarici görünüşcə Aydına oxşar şəxsi saxlamışlar. Saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Aydına narkotik vasitələri qanunsuz əldə etməsində, üzərində gəzdirməsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getmələrini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmiş, Aydın adlı şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra birlikdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə getmişlər.Polis Bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək videoçəkiliş aparılacağı bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş psixotop maddə adlanan metamfetamini çıxardıb masanın üzərinə qoymuş, bundan sonra Aydından üzərində hərhansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulmuşdur.O, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra Aydının üzərindən aşkar olunmuş həmin bükümə baxış keçirilən zaman bükülüdə ağ rəngli tozşəkilli maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qızılı kağıza bükülmüş bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, həmin ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin maddəni 24 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhər Yasamal rayonunda ASAN Xidmətin yanında tanımadığı və adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını və özü ilə gəzdirdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan psixotrop maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra protokolun düzgünlüyü iştirakçılar və özü tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadə verən şahid Binəqədi RPİ-si 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2948 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №175» dairəvi möhür əksləri, «..Vət.Təqsirləndirilən şəxs (imza)..» yazıları, soyad və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4327 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin 24 dekabr 2022-ci il tarixli, 182.44658-1222 saylı cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə Salyan Rayon Polis Şöbəsində CM-nin 181.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq davam edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçisinin çıxışını və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını, ekspertiza rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə- metanfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 2 dəfə artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı, həmçinin onun başqa cinayət işi ilə bağlı da həbsdə olması nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli baxılan cinayət işi üzrə hökm çıxdığı tarixdən, yəni 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət və 08 sentyabr 2022-ci il tarixdə tutulduğu müddət, cəmi 3 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Rövşən Məmmədov tərəfindən qəbul olunmuş şübhəli şəxsin tutulması haqqında 24 may 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı,polis kapitanı Rövşən Məmmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Nahid Məmmədovun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi Nahid Məmmədov tərəfindən qəbul olunmuş 26 may 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul olunmuş 25 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.Bundan sonra, AR DİN-nin Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş məktub və protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə tutularaq istintaqa təhvil verilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Nuru Həsənov tərəfindən qəbul olunmuş 08 sentyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı olduğu və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Bundan əlavə, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 44 saat hüquqi xidmətin dəyəri 264 (iki yüz altmış dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN**********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X, hesab №AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,215 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət və 08 sentyabr 2022-ci il tarixdə tutulduğu 1 (bir) gün müddət, cəmi 3 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm qəbul olunduğu tarixdən, yəni 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,215 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 44 saat hüquqi xidmətin dəyəri 264 (iki yüz altmış dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN**********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48Aİ İB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-56/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-56/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver