Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-561/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1980-cı ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2yan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci ildə gecə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində keçmiş qaynanası Şahid1 evdə yaşamaq hüququnun olmamasını iddia etməsi səbəbindən keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun saçından tutub başını divara vurduqdan sonra sürüyərək evin həyətinə aparıb orada təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub sağ mil sümüyünün tipik yerində az yerini dəyişən qapalı sınığı, yumşaq toxumaların əziyi və qançırı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, alın nahiyəsinin dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, burun yəhəri və sol saiddə qançır, sol saiddə sıyrıq, sağ əl pəncəsi və mil-bilək oynağında qançır, sol əl pəncəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə evlənmiş, birgə nikahlarından iki oğlan uşaqları doğulmuşdur. 2016-cı ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Zərərçəkmiş şəxs ayrıldıqdan sonra özünə məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində Samirə və azyaşlı uşaqları yaşamışlar. Həmin evə getməyə bir neçə dəfə cəhd etsə də, Samirə müxtəlif bəhanələr gətirərək onunla mübahisələr yaratmış və əsassız olaraq polisə müraciətlər edərək evdə yaşamasına mane olmuşdur. Onun hər bir müraciəti əsasında polisdə araşdırmalar aparılmış, Samirənin müraciətində göstərdikləri öz təsdiqini tapmamışdır. Bu səbəbdən valideynləri məsləhət vermişlər ki, həmin evə getməsin.Valideynlərinin sözünü dinləyərək həmin evə bir müddət getməmişdir. 2019-cu ildə başqa yaşayış yeri olmadığı üçün ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, iddiası təmin olunmuşdur. Məhkəməyə müraciət etməmişdən əvvəl Zərərçəkmiş şəxs mübahisəli evin satılması, pulun yarıya bölünməsini dəfələrlə təklif etsə də, Samirə etiraz etmiş,eyni zamanda həmin evdə normal şəkildə yaşamasına da imkan verməmişdir. Buna görə aralarında dəfələrlə mübahisələr yaranmış, münaqişəli ailə kimi qeydiyyata alınmışlar. xx.xx.2022-ci ildə gecə saat 00 radələrində həmin evin qarşısına gəlmiş, Samirənin yenidən polisə zəng edib şikayət edəcəyini güman etdiyinə görə evə daxil olmamışdan əvvəl özü DİN-in 102 zəng xidmətinə zəng etmiş, operatora yaşama hüququ olan evə daxil olmaq istədiyini, lakin evə daxil olan kimi keçmiş arvadı Samirənin DİN-in 102 zəng xidmətinə zəng edərək yalandan onu şərləyəcəyini bildirib, köməklik etmələrini xahiş etmişdir. Operatorla danışdıqdan sonra evə daxil olmuşdur. Evdə olan zaman keçmiş qaynanası Şahid1 evdə olduğunu görmüşdür. Şahid1 onun qızı Zərərçəkmiş şəxs uşaqlarının yaşadığı evə kişi gətirdiyini, hətta həmin şəxsin Samirəni döydüyünü və bu səbəbdən polisə düşdüklərini demişdir. Şahid1 ilk olaraq Samirənin elə bir hərəkət etməyəcəyini söyləmiş, daha sonra edibsə, yaxşı edib deyə ifadələr işlətmişdir. Bundan sonra Şahid1 həmin evdə yaşamaq hüququnun olmadığı üçün evi tərk etməsini tələb etmişdir. Həmin vaxtı evin yataq otağının qapısının qarşısında dayanmış, Sonya onu itələyərək otağa daxil olmaq istəmiş, onun sol əli boşa getmiş və əli qapının kənarına dəymişdir. Buna görə Samirə DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir ki, guya o, anasını döymüşdür. xx.xx.2022-ci ildə saat 01 radələrində yenidən həmin evin qarşısına gəlmiş Zərərçəkmiş şəxs yenidən polisə zəng edib şikayət edəcəyini bildiyinə görə evə daxil olmamışdan öncə DİN-in 102 zəng xidmətinə zəng edərək operatora yaşama hüququ olan evə daxil olmaq istədiyini, lakin evə daxil olan zaman keçmiş arvadı Samirənin DİN-in 102 zəng xidmətinə zəng edərək yalandan onu şərləyəcəyini bildirib, köməklik etmələrini xahiş etmişdir. Operatorla danışdıqdan sonra evə daxil olmuşdur. Evə daxil olduqda Şahid1 evdə olduğunu görmüş və əsəbləşərək ona bir gün əvvəl polisə evə gəlməyəcəyi barədə iltizam verdiyini, nə səbəbdən evdə olduğunu deyərək iradını bildirmişdir. Aralarında sözlü mübahisə yaranmış əsəbləşərək Sonyanın qolundan tutub evi tərk etməsini tələb etmiş, Sonya yerə oturub getməyəcəyini bildirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs gəlmiş və anasının qolundan tutub, onun heç bir yerə getməyəcəyini deyərək DİN-in 102 zəng xidmətinə yenidən zəng edərək onun barəsində şikayət etmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları həmin ünvana gəlmişlər və onları polis bölməsinə aparmışlar. Polis bölməsində Zərərçəkmiş şəxs yalandan guya onu döyməsi barədə izahat vermişdir. Guya o, Samirənin başından tutub divara vurmuş, əlini sındırmışdır. Halbuki, belə hal olmamış, o, xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs qarşı hər hansı bir fiziki güc tətbiq etməmişdir. Bu yolla Samirə onu şərləyib evi ələ keçirmək məqsədi güdmüşdür. Halbuki, Samirə onun təklifi ilə razılaşıb evi sataraq əldə ediləcək pulu aralarında bölsə idi, bunlar olmazdı. Qeyd olunanları nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2004-cü ildə rəsmi nikahla X6 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2004-cü il təvəllüdlü Veysəl və xx.xx.2005-ci il təvəllüdlü Tərlan adlı uşaqları doğulmuşdur. 2016-cı ildə nikahları pozulmuşdur. Ayrıldıqdan sonra iki övladı onun himayəsində qalmışdır. 2008-ci ildən etibarən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxsla birlikdə yaşamışlar. Nikah pozulduqdan sonra isə Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşamış, daha sonra məhkəmə qətnaməsi əsasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə daxil ola bilmişdir. xx.xx.2004-cü il təvəllüdlü oğlu Veysəl hal-hazırda hərbi məktəbdə təhsil alır, həftə içi həmin məktəbdə olur, şənbə və bazar günləri evə gəlir. Digər oğlu xx.xx.2005-ci il təvəllüdlü Tərlan Əhmədov isə həqiqi hərbi xidmətdədir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən evdə yaşamaq hüququ əldə etsə də, həmin evdə yaşamamış, müxtəlif vaxtlarda evə gəlib mübahisə yaradıb getmişdir. xx.xx.2022-ci ildə gecə saat 01 radələrində anası Şahid1 və oğlu Şahid2la birlikdə evdə olan zaman qapı döyülmüş, gec saatları olduğuna görə evdə hamı yatmışdır. Anası Sonya qapını açmış və Namiq evə daxil olmuşdur. Namik evə daxil olduqdan sonra anasının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, nə baş verdiyini öyrənmək üçün onların yanına gəlmişdir. Namiq anasına “sənə kim icazə verib bu evə gəlirsən, çıx bu evdən tez ol” demiş, anası Sonya Namikin xasiyyətini bildiyinə görə onun sözlərinə məhəl qoymayaraq yataq otağına getmək istəmiş, bu zaman Namik anasının qolundan tutaraq anasını qapıya çırpmışdır. Zərbə nəticəsində anasının sol qolu və sol ayağı qapıya dəyərək zədələnmişdir. Daha sonra çətinliklə Namikin əlindən anasını almış və DİN-in 102 zəng xidmətinə zəng etmişdir. Bir neçə dəqiqə sonra 7-ci PB-in əməkdaşları yaşadıqları evə gəlmiş və onları PB-yə aparmışlar. Orada baş vermiş hadisə ilə əlaqədar izahatlarını vermiş, araşdırma aparılmışdır. Şahid1 aldığı xəsarətlər dərəcəsi təyin olunmayan xəsarətlər olduğu üçün cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. xx.xx.2022-ci ildə gecə saat 01 radələrində anası Şahid1 ilə birlikdə yaşadığı evdə olarkən evin qapısı yenidən döyülmüş, bu dəfə qapını özü açmış, evə gələn Təqsirləndirilən şəxs olmuşdur. Namik içəri daxil olduqdan sonra bir qədər ətrafa baxmış və anasının yataq otağında çarpayıda uzandığını görüb yenidən ucadan qışqıraraq “sən yenədə burdasan” deyib, anasının üzərinə hücum çəkmiş və anasının qolundan tutaraq sürüyüb çarpayıdan yerə yıxmışdır. Anasının çarəsiz vəziyyətdə olduğunu görüb, Namikin qolundan tutmuşdur ki, anasını buraxsın. Təqsirləndirilən şəxs anasının qolundan buraxıb, onun saçından tutmuş, bir neçə dəfə sağ və sol tərəfə silkələyib başını divara çırpmışdır. Zərbə nəticəsində yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs onu sürüyərək evin açıq qapısından həyətə çıxarmış, həyətdə təpik zərbələri ilə onun bədəninin müxtəlif hissələrinə zərbələr endirmiş, çox çətinliklə Namikin əlindən canını qurtarıb çölə qaçmış, dərhal DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Başında və əlində ağrılar olmuş, əli şişmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadıqları evə gəlmiş və onları polis bölməsinə aparmışlar. Polis Bölməsində baş vermiş hadisə ilə əlaqədar ətraflı məlumat vermiş və izahatı alınmışdır. Təqsirləndirilən şəxs onu döyməsi nəticəsində başı və qolu ağrıdığından təhqiqatçının göndərişi əsasında tibbi ekspertizadan keçmişdir. Müayinə zaman onda sağ mil sümüyünün yerini dəyişən sınığı kimi sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri aşkar edilmişdir. Həmin bədən xəsarətlərini xx.xx.2022-ci ildə gecə saatlarında Namikin onu yerdə təpiklə vurması nəticəsində almışdır. Təqsirləndirilən şəxs bu kimi hərəkətləri artıq uzun müddətdir ki, davam edir. Dəfələrlə polisə şikayətlər etsə də, nəticəsi olmamış, Namik barəsində tədbir görülməmişdir. Bunun nəticəsində Namik arxayınlaşmış və xx.xx.2022-ci ildə daha ağır cinayət törətmişdir. Onunla bağlı ölçü götürülməsə daha ağır nəticələr ola bilər, oğlanlarının ata qatili olmasından qorxur. Təqsirləndirilən şəxs şikayətçidir, onun ciddi cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Samirə 2004-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, 2016-cı ildə ayrılmışlar. Onların iki uşaqları olmuşdur. Ayrıldıqdan sonra qızı Samirə ünvan 5 ünvanda yerləşən evdə məhkəmə qərarı ilə yaşamaq hüququ əldə etmişdir. Nəvələri hərbçi olduqlarından qızı evdə tək qalmasın deyə onun yanında qalır. xx.xx.2022-ci ildə gecə saat 01 radələrində qızının yaşadığı evdə yataq otağında qızı Samirə ilə birlikdə yatan zaman qapının bərk döyüldüyünü eşitmiş, yuxudan oyanıb qapını açmış, Təqsirləndirilən şəxs içəri daxil olmuşdur. Namik hər hansı bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etməyə başlamış, mübahisə etməmək üçün yataq otağına daxil olmaq istəmiş, Namik otağın giriş qapısının qarşısına keçmiş və ondan evi tərk etməsini tələb etmişdir. Gözləmədiyi anda Namik onun qolundan tutaraq itələmiş, sol qolu, sol ayağı yataq otağının giriş qapısına dəymiş və zərbə nəticəsində qolundan, ayağından xəsarətlər almışdır. Qızı Samirə onun çarəsiz vəziyyətini görüb DİN-in 102 zəng xidmətinə zəng edərək kömək istəmişdir. Baş vermiş hadisə ilə bağlı 7-ci PB-yə gedərək yazılı şikayət etmişdir. Aldığı xəsarətlər dərəcəsi təyin olunmayan xəsarətlər olduğu üçün cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində onu döydüyünə görə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Bundan başqa, xx.xx.2022-ci ildə gecə saatlarında qızının yaşadığı evdə olarkən yenidən evin qapısı bərk döyülmüş, gələn Namik olmuş, bu dəfə qapını qızı Samirə açmışdır. Həmin vaxt o, yataq otağında çarpayıda uzanmışdır. Namik evə daxil olmuş, onun evdə olduğunu görüb ucadan qışqıraraq “sən yenədə burdasan” deyib üzərinə hücum çəkərək, qolundan tutub dartaraq onu çarpayıdan yerə yıxmışdır. Təqsirləndirilən şəxs hərəkətlərini görən qızı Samirə yanına gəlmiş və Namikin qolundan tutaraq onu buraxmasını tələb etmişdir. Namik həmin vaxtı onun və qızının ünvanına nalayiq ifadələr işlətmişdir. Bir anda Namik onun qolunu buraxmış və Samirənin saçından tutaraq başını divara vurmuşdur. Daha sonra isə qızı Samirənin saçlarından tutaraq sürüyüb evin açıq olan giriş qapısından həyətə çıxarmış, evin həyətində Samirə yerdə olan zaman Namik onun bədəninin müxtəlif hissələrinə təpik zərbələri ilə vurmağa başlamışdır. Həmin vaxtı o, qızını Namikin əlindən almaq üçün nə qədər cəhd etsə də, mümkün olmamışdır. Samirə birtəhər Namikin əlindən çıxaraq həyətdən çölə qaçmışdır. Namik onun dalınca qaçaraq çölə çıxmış, həmin vaxtı o, halının pis olduğuna görə onların arxasınca getməmiş evdə qalmışdır. Bir neçə dəqiqədən sonra Namik evə geri qayıtmışdır. Evə daxil olandan sonra Namik yenidən onun və qızının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bir neçə dəqiqədən sonra Samirə yanında polis əməkdaşları ilə evə qayıtmışdır. Samirənin başında və əlində ağrılar olmuş, əli şişmişdir. Polis əməkdaşları onları PB-yə aparmışlar. Orada baş vermiş hadisə ilə əlaqədar izahatlarını vermişlər. Samirənin başında, qolunda və bədəninin müxtəlif hissələrində ağrılar olduğuna görə onu xəstəxanaya aparmışlar. Namikin Samirəni döyməsi nəticəsində onun əlində yerini dəyişən sınıq əmələ gəlmiş, başından ciddi zərbə almışdır. Təqsirləndirilən şəxs belə hərəkətləri artıq uzun müddətdir davam edir. Qızı Samirə dəfələrlə polisə şikayətlər etsə də, Namik barəsində tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs anası, Şahid1 isə ana nənəsidir. Atası ilə anası məhkəmə qərarı ilə boşanmışlar. xx.xx.2022-ci ildə saat təxminən 23 radələrində nənəsi Şahid1 evdə olarkən atası Namiq nənəsini qovaraq evdən çıxarmaq istəmişdir. Nənəsi isə bildirmişdir ki, səhər yuxudan oyanıb gedəcəkdir. Lakin atası nənəsinin sözlərinə məhəl qoymayaraq nənəsini itələyərək evdən çıxarmağa çalışmışdır. Atası nənəsini itələyib evdən çıxarmaq istəyən zaman nənəsinin sol əli evin giriş qapısına dəymiş və nənəsi əlindən xəsarət almışdır. Atasının bu hərəkətlərini görüb DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Hərbi məktəbdə oxuduğu üçün 19 dekabr 2022-ci ildə evdə olmamışdır. Sonradan anasından eşitmişdir ki, atası Namik gecə saatlarında yenidən evə gələrək yenidən nənəsini evdən çıxarmaq istəmiş, buna mane olan anasının saçlarından tutub divara vurmuş, daha sonra sürüyərək həyətə çıxarıb təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Nəticədə anasının əlində sınıq əmələ gəlmiş, başından ciddi zərbə almışdır. Təqsirləndirilən şəxs bu cür hərəkətləri artıq uzun müddətdir ki, davam edir. Anası Samirə dəfələrlə polisə şikayətlər etsə də, Namik barəsində tədbir görülməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı Binəqədi RPİ-in 7-ci PB-də təhqiqatçı vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci ildə gecə saatlarında yaşadığı ünvan 5 ünvanda yerləşən evdə döyülməsi ilə bağlı ərizəsi əsasında təhqiqat aparmışdır. Qeyd olunan ailə 7-ci PB-də münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Onların münaqişəsi 7-ci PB-də dəfələrlə araşdırma predmeti olmuşdur. Hadisə xx.xx.2022-ci ildə baş verməsinə baxmayaraq xatırlayır ki, Zərərçəkmiş şəxs əlində xəsarət əlamətləri olmuş, buna görə onunla bağlı məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Ekspertiza zamanı Zərərçəkmiş şəxs bədəni üzərində müxtəlif xəsarətlər, o cümlədən sağ mil sümüyünün sınığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin xəsarətləri ona keçmiş əri Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə gecə saatlarında yaşadığı ünvan 5 ünvanda yerləşən evdə döyərək yetirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və ETTB-in Binəqədi rayon şöbəsinin məhkəmə-tibbi eksperti X5 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 7-ci PB-in qərarı əsasında 24 dekabr 2022-ci il tarixli 2622 nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir.Ekspertiza xx.xx.2022-ci ildə başlanmış və xx.xx.2022-ci ildə yekunlaşmışdır. Müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində alın nahiyəsinin mərkəzinə yaxın sağ yarısının hematoması, burun yəhərinin və sol saidin yuxarı 1/3-in arxa səthinin qançırları, sol saidin orta-yuxarı 1/3-in arxa səthinin sıyrığı, sağ əl pəncəsinin arxa səthinin bayır yarısında mil-bilək oynağı proyeksiyasının qançırı, milbilək oynağının arxa səthinin bayır yarısının və İ daraqsümüyü proyeksiyasının şişkinliyi, sağ mil sümüyünün tipik yerinin qapalı az yerdəyişmiş sınığı, sol əl pəncəsinin arxa səthində İV və V daraqsümükləri proyeksiyasının qançırları kimi xəsarətlər müəyyən edilmişdir. Həmin xəsarələr bərk küt əşyanın təsirindən törənmişdir, 19 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən alın nahiyəsinin zərblə divara çırpılması və qeyd olunan digər nahiyələrə əl ilə və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, sağ mil sümüyünün tipik yerində az yerini dəyişən qapalı sınığı, yumşaq toxumaların əziyi və qançırı ilə müşayiət edilən xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər olmuşdur. Məhkəmə-tibbi eksperti X5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müayinə olunan Zərərçəkmiş şəxs sağ əlində sınıq olmasından şübhələndiyi üçün onu rentgen müayinə göndərmiş, rentgenin nəticəsinə baxdıqda yanılmadığını görmüşdür. Belə ki, Zərərçəkmiş şəxs sağ mil sümüyünün tipik yerində az yerini dəyişən qapalı sınığı aşkar edilmişdir. Ekspert olaraq onun müayinə olunan şəxsi əlavə müayinəyə göndərmək səlahiyyəti vardır, bunun üçün araşdırma aparan orqan qarşısında əlavə vəsatət qaldırmağa ehtiyac yoxdur. Sınıq kimi xəsarətləri gözlə təyin etmək mümkün olmadığından, bu kimi hallarda müayinə olunan şəxslər əlavə rentgen müayinəsinə göndərilir və rentgenin nəticəsinə əsasən rəy verilir. Həmçinin bildirir ki, bu iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası keçirilmiş, nəticədə onun verdiyi rəy təsdiq edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Binəqədi RPİ-in 7-ci PB-in sahə inspektoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münaqişəli ailə kimi qeydiyyatda olmuşlar.Həmin ərazinin sahə inspektoru kimi dəfələrlə onların evində olmuş, hər biri ilə ayrılıqda profilaktik söhbətlər aparmışdır. Lakin onların bir-birindən şikayətləri davam etmiş, dəfələrlə polis bölməsində araşdırma aparılmışdır. xx.xx.2022-ci ildə gecə saat 01 radələrində 102 zəng xidmətinə edilmiş müraciət əsasında bir neçə nəfər polis əməkdaşları ilə birlikdə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə getmişlər. Evə daxil olanda Zərərçəkmiş şəxs bildirmişdir ki, “Namik məni öldürəcək, aparın bölməyə, dilindən izahat alın ki, məndə işi olmasın”. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, “mən Samirəyə heç nə etməmişəm”. Evdə olan zaman Zərərçəkmiş şəxs hər hansı xəsarət izi görməmiş, nədə ki, Zərərçəkmiş şəxs bu barədə ona söz deməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx.xx.2022-ci ildə gecə saatlarında 102 zəng xidmətinə edilmiş müraciət əsasında polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs olduğu ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə getmişlər. Onlar münaqişəli ailə kimi qeydiyyatdadırlar. Evdə olan zaman Zərərçəkmiş şəxs gözlə görünə biləcək hər hansı xəsarət görməmişdir. Zərərçəkmiş şəxs onlarla söhbət etsə də, xəsarət aldığını deməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Binəqədi RPİ-in İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Hadisə yerinə baxış keçirilməsi barədə 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evidir (cild 1, i.v.6-7). Məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2022-ci il tarixli 2622 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin mərkəzinə yaxın sağ yarısının hematoması, burun yəhərinin və sol saidin yuxarı 1/3-in arxa səthinin qançırları, sol saidin orta-yuxarı 1/3-in arxa səthinin sıyrığı, sağ əl pəncəsinin arxa səthinin bayır yarısında mil-bilək oynağı proyeksiyasının qançırı, mil-bilək oynağının arxa səthinin bayır yarısının və İ daraqsümüyü proyeksiyasının şişkinliyi, sağ mil sümüyünün tipik yerinin qapalı az yerdəyişmiş sınığı, sol əl pəncəsinin arxa səthində İV və V daraqsümükləri proyeksiyasının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 19 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən alın nahiyəsinin zərblə divara çırpılması və qeyd olunan digər nahiyələrə əl ilə və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (cild 1, i.v.20-23). Təkrar məhkəmə-tibbi ekspertizasının 28 aprel 2023-cü il tarixli 210/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsində hematoma, burun yəhəri və sol saiddə qançır, sol saiddə sıyrıq, sağ əl pəncəsi və mil- bilək oynağında qançır və yumşaq toxumaların əziyi, sağ mil sümüyünün tipik yerində az yerini dəyişən sınıq, sol əl pəncəsinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə, yəni xx.xx.2022ci ildə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağ mil sümüyünün qapalı sınığı, yumşaq toxumaların əziyi və qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, alın nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir (cild 1, i.v.110-112). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 may 2023-cü il tarixli 1494 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin təşvişli (yayınan) pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “şəxsiyyətin təşvişli (yayınan) pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin fakltiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, i.v.113-116). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.168-169). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.191-192). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.106). “Tibbi-Sosial Ekspert Komissiyası”ndan verilmiş arayışdan görünür ki, “şəxsiyyətin təşvişli (yayınan) pozuntusu” olan Təqsirləndirilən şəxs ikinci dərəcəli əlillik verilmişdir (cild 1, i.v.12). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə gecə saatlarında ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində zərər çəkmiş Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etmədiyi barədə bildirdiklərini özünü müdafiə kimi qiymətləndirib rədd edir. Belə ki, onun 19 dekabr 2022-ci ildə gecə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun saçından tutub başını divara vurduqdan sonra sürüyərək evin həyətinə aparıb orada təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurması zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı hadisənin şahidi olmuş Şahid1 ifadəsi ilə də təsdiq olunur. Bundan başqa məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2022-ci il tarixli 2622 nömrəli, habelə təkrar məhkəmə-tibbi ekspertizasının 28 aprel 2023-cü il tarixli 210/2023 nömrəli rəylərindan aydın olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər 19 dekabr 2022ci il tarixdə kənar şəxs tərəfindən alın nahiyəsinin zərblə divara çırpılması və qeyd olunan digər nahiyələrə əl ilə və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxslərdən iki polis əməkdaşının xx.xx.2022-ci ildə hadisə yerinə gələndə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət görmədikləri barədə bildirdikləri isə cinayəti aradan qaldırmır. Belə ki, məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən göründüyü kimi zərər çəkmiş Zərərçəkmiş şəxs aşkar edilmiş sağ mil sümüyünün qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətidir ki, həmin xəsarət də yalnız rentgen müayinəsi nəticəsində təsdiq edilir. Başqa sözlə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, o cümlədən hadisə yerinə gələn polis əməkdaşları həmin anda sağ mil sümüyünün qapalı sınığını görməyə və bilməyə bilərdilər. Təsadüfi deyil ki, məhkəmədə dindirilmiş ekspert X5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müayinə olunan Zərərçəkmiş şəxs sağ əlində sınıq olmasından şübhələndiyi üçün onu rentgen müayinəsinə göndərmiş və yalnız rentgenin nəticəsinə baxdıqdan sonra onun sağ mil sümüyünün tipik yerində az yerini dəyişən qapalı sınığını aşkar etmişdir. Bundan başqa məhkəmədə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təhqiqatçı X4 bildirmişdir ki, Zərərçəkmiş şəxs əlində xəsarət əlamətləri olmuş, buna görə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Ekspertiza zamanı Zərərçəkmiş şəxs sağ mil sümüyünün sındığı müəyyən edilmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər onların yoxlanılması zamanı təsdiqini tapmamış, onun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla ikinci dərəcəli əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və təhlükəlilik dərəcəsini, zərər çəkmiş Zərərçəkmiş şəxs qarşı oxşar qanunsuz hərəkətlərinin davamlı xarakter aldığını, düzgün təsir tədbiri görülməcəyi halda münaqişələrinin daha ağır nəticələrə səbəb ola biləcəyi ehtimalını, təkzibedilməz sübutlara baxmayaraq peşmançılıq hissi keçirmədiyini, barışmaz mövqedə olduğunu, münaqişəli ailə olduqları üçün dəfələrlə onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq bu tədbirlərin tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyini və bu mənada Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya nisbətən daha yüngül cəza növlərinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilsə də, onun şəxsiyyətini səciyyələndirən qeyd edilmiş konkret hallar ona daha ciddi növdə cəza təyin edilməsini labüd edir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.1-ci maddəsi ilə təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-561/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-561/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver