Məhkəmə qərarları › İş №1(001)-562/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-562/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-562/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İbrahimzadə Mustafa Əli Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi “Kaspian” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay-himayəsində 2 azyaşlı uşağı olan, tam ali təhsilli, əvvəllər məhkum olunmamış, “Embawood” şirkəti X15 Planlaşdırma şöbəsinin müdiri işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir və əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmüşdür. Belə ki, o, 12 sentyabr 2012-ci il tarixdən rəsmi nikahla yaşadığı arvadı X4 zamanlar onlarla qonşuluqda yaşayan X19 ilə rastlaşarkən bir-birlərinə baxışlarından, davranışlarından, həmçinin Aygül Quliyevanın evdə ona qarşı ər-arvadlıq və ümumi ailə münasibətlərinin dəyişməsindən Elşən Dəmirovla aralarında sevgi münasibətləri olmasından uzun müddətdir əsaslı olaraq şübhələnməsi səbəbindən aralarında bir neçə dəfə mubahisələri olsa da, Aygül Quliyeva bunu inkar etdiyi üçün bundan tam əmin ola bilməmiş, 05 aprel 2024-cü il tarixdə saat 21 radələrində birgə yaşadıqları ünvan 3 ünvanda olduqları zaman təsadüfən Aygül Quliyevanın mətbəx otağında mobil telefonda başqası ilə mesajlaşdığını və onu görən kimi danışığı sonlandıraraq “whatsapp” mobil tətbiqindən çıxdığını görüb Aygül Quliyevanın sərbəst xarakterli hərəkətlər edərək göbəyinə və cinsiyyət orqanına “pirsinq” etdirmək, gecə saatlarında təkbaşına gəzmək kimi mütəmadi davam edən əxlaqsız təklif və davranışları ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində onda yaranmış düşüncə səbəbilə sonuncunun yad kişi ilə danışmasını ehtimal edərək Aygül Quliyevanın mobil telefonunu götürüb yaşadıqları binanın həyətyanı sahəsinə enməklə mobil telefondakı “whatsapp” mobil tətbiqində olan mesajlaşmaları yoxladıqda həmin tətbiqin “arxivləşdirilmiş mesajlar” bölməsində “Elnare Qonwu” adı ilə qeyd olunmuş “+**********53” saylı mobil nömrə ilə aparılmış danışıqların məzmunundan Aygül Quliyeva ilə qonşuları Elşən Dəmirov arasında sevgi münasibətləri olmasından əmin olduqdan sonra həmin tarixdə saat 22:00 radələrində yaşadıqları mənzilə qalxıb Aygül Quliyevanı yataq otağına çağıraraq Elşən Dəmirovla aralarında sevgi münasibətləri olub-olmamasını soruşduqda Aygül Quliyeva əvvəlcə inkar etdiyi üçün sonuncunun xəyanət etməsi ilə əlaqədar uzun müddət onu aldatmasını anlayıb Elşən Dəmirovla olan danışıqlarını Aygül Quliyevaya sübut kimi göstərib əsəbləşdiyindən yataq otağından çıxıb dəhlizlə mətbəx arasında hərəkət edərkən Aygül Quliyeva ona səslənərək “hə, nə olsun, yaxşı eləmişəm, mən Elşəni sevirəm, sən mənim üçün heç kimsən, kişi deyilsən, səninlə yatmaqdan, əlaqədə olmaqdan iyrənirəm, Elşən mənə daha çox həzz verir” dediyi üçün Aygül Quliyevanın onun şəxsiyyətini,şərəf və ləyaqətini müstəsna dərəcədə alçaldan,cəmiyyətdə ümumqəbulolunmuş mənəvi dəyərlərə, milli adət və ənənələrə zidd ağır təhqiri, açıq xəyanətlə ifadə olunan əvvəlki, habelə həmin andakı əxlaqsız sözləri və hərəkətləri ilə əlaqədar üzləşdiyi situasiya onun üçün affektogen olmaqla, qıcıqlandırıcı Aygül Quliyevaya qarşı yüksək həssaslıq yaratmış, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı (stress, həyəcan, yüksək psixiemosional gərginlik) “pik həddə” yüksələrək “affektiv partlayışla nəticələnmiş, həmin zaman davranışı impulsiv olmuş, situasiyanı adekvat qavrayıb, şəraiti və ola biləcək nəticələri obyektiv qiymətləndirə bilməmiş, stress faktorunun güclü təsiri nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti - fizioloji affekt halı onda bütün psixi fəaliyyətini tamamilə əhatə edərək şüurun daralmasına (dərketmənin məhdudlaşması), impulsiv hərəkətlərin əmələ gəlməsinə, davranışları üzərində iradi nəzarətin enməsinə gətirib çıxardığı anda qısqanclıq niyyəti ilə mətbəxin girişindəki stolun üzərindən dəstəyi qara rəngli plastik materialdan olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürərək yataq otağına keçib həmin bıçaqla Aygül Quliyevaya qəsdən çoxsaylı zərbələr vuraraq, sonuncuya döş qəfəsinin ön səthinin sağ yarısında orta körpücük xətti ilə sağ döşyanı xətt arasında İİ-İİİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən bir ədəd; döş qəfəsinin sol yarısının ön səthində, sol süd vəzinin aşağı-iç yarısında məmə giləsindən 2,5 sm aşağı və sağa İV-V qabırğalararası sahədən iki ədəd və sol orta körpücük xətt üzrə V-Vİ qabırğalararası sahədən iki ədəd sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı və aşağı paylarının ön qabırğalar səthini zədələyən; döş qəfəsinin sol arxa-yan səthində, qoltuqaltı nahiyə proyeksiyasından sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının arxa-sol-yan qabırğalar səthini zədələyən bir ədəd; döş qəfəsinin ön səthinin sol yarısında V-Vİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edərək diafraqmanın sol kümbəzini və qaraciyərin sol payının diafraqmal səthini zədələyən bir ədəd; döş qəfəsinin ön səthinin sol yarısında Vİ-Vİİ qabırğalararası sahədən döş boşluğuna daxil olaraq diarfaqmanın sol kümbəzini və mədəni zədələyən bir ədəd; qarının ön divarının yuxarı yarısının mərkəzində epiqastral nahiyədən qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payının diafraqmal səthini zədələyən bir ədəd; qarının sağ arxa yan divarında, qalça darağı proyeksiyasından peritonarxası sahəyə nüfuz edərək sağ böyrəkətrafı yumşaq toxumaları və böyrəyin aşağı qütbünü zədələyən bir ədəd xəsarətlərdən ibarət olmaqla ümumilikdə kəskin daxili və xarici qanaxma ilə nəticələnərək ölümünə səbəb olan həm ayrılıqda, eləcə də ümumilikdə yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yaralar; bundan başqa döş qəfəsinin arxa səthinin sağ yarısında, Xİ-Xİ qabırğalararası sahədən peritonarxası sahəyə nüfuz etmiş, daxili üzvləri zədələməyən bir ədəd;döş qəfəsinin arxa səthinin sol yarısında,Xİİ qabırğa proyeksiyasından peritonarxası sahəyə daxil olaraq sol böyrəkətrafı yumşaq toxumaları zədələyən bir ədəd; döş qəfəsinin ön səthinin sol yarısında, sol süd vəzisinin yuxarı yarısının bir ədəd; sol qabırğaaltı nahiyədəki bir ədəd boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş; sağ dirsək oynağının arxa səthinin bir ədəd xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş; sağ əl pəncəsinin ovuc səthinin bir ədəd və sağ budun orta-yuxarı 1/3-in ön-iç səthinin bir ədəd dərini, dərialtı yumşaq toxuma və əzələləri zədələyən, xaric qanaxmaya səbəb olmuş kəsilmiş yaraları xəsarətlərindən ibarət olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri olmayan həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik yaralar; bundan başqa qarnının sağ ön-yan divarında, qalça darağı proyeksiyasındakı iki ədəd cüzi xarici qanaxmaya səbəb olmuş ümumilikdə ölümlə səbəbli əlaqələri olmayan həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik səthi kəsilmiş yaralarından ibarət çoxsaylı, ümumilikdə 19 bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxs Aygül Quliyeva tərəfindən edilən ağır təhqir və əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində X11 qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1996-2000-ci illər ərzində Azərbaycan Texniki Universitetində bakalavr pilləsi üzrə, 2000-2002-ci illər ərzində eyni Universitetdə magistr pilləsi üzrə təhsil almış, 2003-2005-ci illərdə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində hərbi xidmətdə olmuş, ehtiyatda olan leytenantdır. Müharibədə iştirak etməmişdir. Hər hansı psixi və ya sair ağır xəstəlikdən əziyyət çəkmir. 2006-ci ildən etibarən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Embawood” mebel şirkətində işləməyə başlamış, əvvəllər müxtəlif vəzifələrdə, təxminən 2019-cu ildən isə departament direktoru vəzifəsində işləmişdir. Aylıq əmək haqqı ailəsinin dolanışığını tam təmin etmişdir. Həftənin beş günü saat 08:00 radələrində evdən çıxıb işə getmiş və saat 18:00 radələrində evə qayıtmışdır. 2012-ci ildə X16 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2013-cü il təvəllüdlü Ləman Quliyeva və 2015-ci il təvəllüdlü Şahid1 doğulmuşlar. Evləndiyi tarixdən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən evlərdən birində yaşamışlar. 2019-cu ildən etibarən ailə üzvləri ilə birgə hadisənin baş verdiyi ünvan 4 ünvanda yaşayırlar. Valideynləri və Aygülün valideynləri onlardan ayrı yaşayırlar. Qeyd etdiyi ünvanda yalnız arvadı, övladları və özü yaşamışlar. Aygül ilə əvvəllər münasibətləri normal olmuşdur. Aralarında adi məişət məsələlərinə görə xırda mübahisələr baş vermiş, lakin həmin mübahisələr dava-dalaş xarakterli olmamış və bununla bağlı hər hansı orqanda araşdırılma aparılmamışdır. Aygül heç yerdə işləməmiş, adətən evdə məişət işləri ilə məşğul olmuş, övladları isə evlərinin yaxınlığında yerləşən 268 saylı tam orta məktəbdə təhsil almış və gün ərzində məktəbdə olmuşlar. 2023-cü ilin dekabr ayından etibarən Aygül bir qədər sərbəst xarakterli olmağa, açıq-saçıq geyimlər geyinmək və bu kimi sərbəst xarakterli hərəkətlər etmək istəməyə başlamışdır. Qulağına “prisinq” taxdırmışdır. Hətta göbəyinə və cinsiyyət orqanına da eyni qaydada “prisinq” taxdırmaq istəsə də, buna icazə verməmişdir. Aygül həmin vaxtlarda gecə saatlarında həyətə düşüb parkda gəzmək istəsə də, o, gecə saatları çölə çıxmağın düzgün olmadığını demiş və Aygülə kimsə sataşa biləcəyi üçün buna icazə verməmiş, lakin Aygül yenə də gecə saatlarında çölə çıxmaqla, göbəyinə və cinsiyyət orqanına da “prisinq” taxdırmaqla bağlı tez-tez təkid etmişdir. Həmin vaxtlarda Aygül ortalıqda heç bir səbəb yox ikən onunla mübahisə edib ondan küsərək valideynlərinin yanına getmişdir. Aygül ondan küsüb gedərkən başqa kişilərlə münasibəti olmasını ehtimal etmişdir. Aygül isə bundan daha da acıqlanıb telefonunu ona verərək, al sənin olsun, nə istəyirsən bax demişdir. O da Aygül getdikdən sonra həmin telefonu yoxlayarkən “Tiktok” sosial şəbəkəsində Aygülün özünə məxsus hesabdan Elşən adlı şəxsə “salamlaşmaq stikeri” göndərdiyini görmüş və Aygülün mesajlaşdığı şəxsin qapı bir qonşuları X19 olduğunu başa düşmüşdür. Onların aralarında mesajlaşma çox olmasa da, Aygülün mesajlaşdığı tək kişi cinsli şəxsin Elşən olduğunu gördüyü üçün onların arasında münasibət olmasına dair şübhələri yaranmışdır. Aygülün həmin vaxtlar anası ilə yaşadığı evə gedərək,Aygüldən Elşən ilə aralarında münasibət olub-olmadığını soruşmuşdur. Aygül isə belə bir şeyin qətiyyən mümkün olmadığını və Elşənə səhvən “stiker” göndərdiyini bildirmişdir. Aygülü sevdiyi üçün onun sözlərinə inanmışdır. Həmçinin Elşənin özü ilə də söhbət etmiş, lakin Elşən Aygül ilə sevgi münasibətinin olmasının mümkün olmadığını, Aygülü bacısı kimi gördüyünü, belə bir məsələnin mövcudluğunun qeyrətsizlik olacağını demişdir. Elşənin bu cür özünə inamlı danışmağı ona inandırıcı gəlmişdir. Bundan sonra hər ikisi qohumlarının məsləhəti ilə yenidən barışmış və Aygül ilə birgə yaşamağa davam etmişlər. Aygül ilə barışsa da, içində şübhələr qalmışdır. Çünki bir neçə dəfə Aygül və Elşən binanın həyətində qarşılaşdıqda onların bir-birinə baxmasını görmüşdür. Hətta Elşən öz avtomobili ilə yanlarından keçərkən Aygülün onun avtomobilinə diqqətlə baxdığını da görmüşdür. Lakin inkar edəcəyini bildiyi və aralarındakı hörmət aradan qalxacağı üçün özünə nəsə deməmişdir. xx.xx.2024-cü ildə həmişəki kimi səhər saat 08:00 radələrində işə getmək üçün evdən çıxmış və hər zamankı kimi övladlarını da məktəbə qoymaq üçün özü ilə birgə aparmışdır. O, çıxarkən hər zaman olduğu kimi Aygül də evdə qalmışdır. Saat 18:00 radələrində yaşadığı evə qayıtmışdır. O, qayıtdıqda Aygül evdə olmuşdur. Evə gəlib, yemək yeyib, divanda uzanıb, bir qədər mürgüləmişdir. Təxminən saat 21:30 radələrində yuxudan oyanıb, çay içmək üçün mətbəxə keçmiş, həmin vaxt Aygül mətbəxdə arxası mətbəxin giriş qapısına dayanaraq özünə məxsus “İphone X” markalı mobil telefon ilə “whatsapp” sosial şəbəkəsində kiminləsə mesajlaşmışdır. Aygül əvvəlcə gəldiyini hiss etməmişdir. Onu səslədikdə anidən diksinərək “whatsapp” sosial şəbəkəsindən çıxmışdır. Aygülün bu hərəkəti onda şübhə yaratdığından telefonu verməsini istəmişdir. Aygül həyəcanlanıb əvvəlcə telefonu ona vermək istəməmişdir. Lakin təkid etmişdir ki, telefonu ona versin. Bundan sonra Aygül bir qədər tərəddüdlə telefonu ona vermişdir. Aygüldən kiminlə mesajlaşdığını soruşsa da, ona heç kimlə mesajlaşmadığını bildirmişdir.Aygülün onu görən kimi “whatsapp” mobil tətbiqindən çıxmağını görməyi və soruşduqda isə kiminləsə yazışdığını inkar etməsi onda daha da şübhə yaratmışdır. Telefonun şifrəsini (199231) bildiyi üçün kilidi açıb bir qədər axtarsa da, əsaslı hansısa mesajlaşma tapmamıışdır. Elektronikadan çox anlayışı olmadığı üçün telefonu götürüb daha rahat axtara bilmək üçün binanın həyətinə düşmüşdür. Aygülün hansısa yad kişi ilə danışdığına ciddi şübhələri olduğu üçün mənzildən çıxarkən atasına da zəng edib Aygüllə yenə mübahisə etdiklərini, kiminləsə münasibəti olduğundan şübhələndiyini, bir böyük kimi gəlib məsələni aydınlaşdırmağa kömək etməyini bildirmişdir. Atası isə onlara gələcəyini demişdir. Yaşadıqları binanın həyətinə düşərək telefonu axtarmağa başlamışdır. Xeyli axtardıqdan sonra “whatsapp” mobil tətbiqində arxivləşdirilmiş mesajlar bölməsində “Elnarə qonşu” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan danışıqlara daxil olduqda, həmin şəxsin qonşuları Elşən olduğunu başa düşmüşdür. Belə ki, həmin danışıqlarda Elşən öz anasının və qardaşının adını hallandırmışdır. Bu səbəblə də həmin şəxsin Elşən olduğundan əmin olmuşdur. Onların aralarında sevgi xarakterli yazışmaların olduğunu gördükdə dərhal yaşadıqları mənzilə qalxmışdır. Saat 22:00 radələrində yaşadıqları mənzilə daxil olmuşdur. Mənzilə daxil olub, Aygülə yataq otağına keçməsini demişdir. Həmçinin həmin vaxt uşaqlar qonaq otağında televizora baxmışlar və səslərini eşitməsinlər deyə həmin otağın qapısını örtmüşdür. Yataq otağında əvvəlcə Aygüldən təkrar soruşmuşdur ki, “sizin Elşənlə aranızda nə olub?”. Aygül isə yenə də inkar edərək “sən nə danışırsan, mən pozğun deyiləm” demişdir. Aygülün telefonundakı Elşənlə olan mesajlaşmalara girib həmin mesajları Aygülə göstərərək telefonu onun üzərinə atmışdır. Aygül telefonu götürüb mesajlara baxaraq anidən səssiz dayanmışdır. Əsəbiləşdiyinə görə əlləri əsmiş və dəhlizdə oyan-buyana gedibgəlməyə başlamışdır. Artıq başa düşmüşdür ki, Aygülün elə neçə aylardır Elşənlə sevgi münasibəti var və hər dəfəsində, onu axmaq yerinə qoyaraq bunu danmışdır. Oyan-buyana hərəkət edərək dəhlizin qurtaracağında yerləşən mətbəxə daxil olduğu zaman Aygül ona səslənərək “hə, nə olsun, yaxşı eləmişəm, mən Elşəni sevirəm, sən mənim üçün heç kimsən, kişi deyilsən, səninlə yatmaqdan, əlaqədə olmaqdan iyrənirəm, Elşən mənə daha çox həzz verir” demişdir. Aygülün dediyi sözlər ona çox ağır gəlmiş və həmin an özünü itirmişdir. Sadəcə olaraq xatırlayır ki, bu zaman mətbəxin girişindəki stolun üzərində olduğunu gördüyü bıçağa əl atmışdır. Bundan sonra nə baş verdiyini dəqiqliklə xatırlamır. Sadəcə xatırlayır ki, Aygülün ona dediyi sözləri eşitdikdən sonra özünü itirmişdir. Bundan sonra yalnız onu xatırlayır ki, kimsə onu silkələyib üzünə sillə vurur. Həmin vaxt Aygülü yerdə uzanmış vəziyyətdə qaldığını və üzərində, o cümlədən ətrafında qan olduğunu görmüşdür. Deyəsən atası ona deyirmiş ki, “nə üçün belə etdin, niyə Aygülü öldürdün?”. Atası onu silkələdikdə baxmışdır ki, əlində bıçaq var və bıçağın üzəri də qana bulaşıb. Özü isə döşəmədə oturub qalmışdır. Atası onu ayağa qaldırıb otaqdan çıxartmış və onu danlayıb Aygülü niyə öldürdüyünü soruşmuşdur. Dəqiq xatırlamasa da, deyəsən atası bıçağı da götürmüş və dəhlizdəki şkafın üzərinə qoymuşdur. Sonra isə onu hamam otağına aparıb əl-üzünü yumağını bildirmişdir. Aygülü öldürdüyünü başa düşdüyü üçün atasna demişdir ki, polis çağırsın, gəlib onu aparsınlar. Atası DİN-in 102 zəng xidmətinə məlumat verib, sonra da övladlarını evdən götürüb aparmışdır. Özü isə evdən çıxmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqə sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdə təslim olmuş və Aygülü öldürməyini etiraf etmişdir. Həmçinin atası hüquq mühafizə orqanlarına məlumat verdikdən sonra Elşənin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə zəng edib Elşənə demişdir ki, “hər şey sənə görə oldu, sən mənim ailəmi məhv etdin, elədiklərin sənin özünün, övladlarının qarşısına çıxsın”. Elşən isə onunla çox danışmayıb zəngi sonlandırmışdır. Etdiyi əmələ görə peşmandır, nəzərə almağını xahiş etmişdir. Hadisə vaxtı spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Spirtli içki nadir hallarda qəbul edir. Narkotik vasitə isə ümumiyyətlə qəbul etmir. Aygülü hansı bıçaqla vurduğunu dəqiq xatırlaya bilmir. Sadəcə olaraq xatırlayır ki, atası onun yanına gələn zaman əlində olan və sonra da mənzilin girişindəki şkafın üzərinə qoyduğu bıçaq qara rəngli plastmas dəstəyi, gümüşü rəngdə tiyəsi olan 25-30 sm uzunluğundakı gündəlik məişət işlərində istifadə etdikləri mətbəx bıçağı imiş və bıçağın üzərində qan var imiş. Aygülü bıçaqla necə vurmağını, ona yalvarıb-yalvarmadığını dəqiq xatırlamır. Aralarında sözlü mübahisə ümumilikdə təxminən 2-3 dəqiqə davam etmişdir, lakin ona bıçaqla vurmağının nə qədər davam etdiyini, neçə dəfə vurmağını dəqiq xatırlaya bilmir. Özü “Samsung” markalı mobil telefon və “***-***-**-**”, “***- ***-**-**” saylı mobil nömrələrdən istifadə edir. Aygül isə “İphone X” markalı mobil telefon və “***- ***-**-**” saylı mobil nömrədən istifadə edirmiş. Elşən isə “***-***-**-**” saylı mobil nömrədən istifadə edirmiş, həmçinin səhv etmirsə onun “whatsapp” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi mobil nömrə “***-***-**-**”dür. Hadisə vaxtı əynində tünd göy rəngli cins şalvar, ağ rəngli qısa qol köynək, ağ rəngli qolsuz mayka, bir cüt qara rəngli corab, Aygülün əynində isə səhv etmirsə ağ rəngli qolsuz köynək və boz rəngli idman şalvarı olmuşdur. Aygül hamilə olmamışdır. Hadisə zamanı, yəni Aygüllə mübahisə etdikləri zaman mənzildə Aygül və ondan başqa, yalnız övladları olmuşdur. Aygüllə heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Öz arvadıyla qeyri-təbii yolla cinsi əlaqədə olmağı bir kişi kimi özünə yaraşdırmaz. Aygülün kiminlə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə heç bir məlumatı yoxdur. Lakin baş verənlərdən güman edir ki, Aygül elə Elşənlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Aygülün anası Tarifə Atayeva cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, hüquqi varisin ondan şikayət və tələbi yoxdur. Cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşaqlar olduğunu, onların hazırda valideyn qayğısından məhrum olduqlarını və bu mənada cəzanın onun uşaqlarının həyat şəraitinə təsirini nəzərə almağı xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi qismində çıxış etmiş X14 bildirmişdir ki, mərhum qızı X16 və kürəkəni Təqsirləndirilən şəxs 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2013cü il təvəllüdlü Ləman Quliyeva və 2015-ci il təvəllüdlü Şahid1 doğulmuşlar. Onlar evləndikdən sonra əvvəlcə Nəsimi rayonunda, 2019-cu ildən etibarən isə hadisənin baş verdiyi ünvan 5 ünvanda yaşamışlar. Həmin mənzildə Aygül, Rəşad və övladları yaşamışlar. Aygül və Rəşadın münasibətləri həmişə normal olmuşdur. Aralarında heç vaxt ciddi mübahisə olmamışdır. Aygül heç yerdə işləməmiş, evdar qadın olmuş, adətən evdə olmuş, harasa getməmiş, övladları orta məktəbdə təhsil almış və gün ərzində məktəbdə olmuşlar. Rəşad isə “Embavood” mebel şirkətində işləmişdir. Rəşadın qazancı normal olmuş və ailəsinin ehtiyaclarını rahat qarşılamışdır. Hətta bəzən xarici ölkəyə, tez-tez rayonlara istirahətə də getmişlər. Təxminən 2023-cü ilin noyabr-dekabr ayında Aygül Rəşaddan küsərək, həmin vaxtlar müvəqqəti olaraq yaşadığı Yasamal rayonu, Tbilisi prospektində yerləşən evlərinə gəlmişdir. Ondan nə üçün Rəşaddan küsdüyünü soruşduqda, yola gedə bilmədiklərini, mübahisə etdiklərini demişdir. Aygül gəldiyi günün axşamı Rəşad da onlara gəlmişdir. Rəşad bildirmişdir ki, Aygülün telefonunu yoxlayarkən “Tiktok” sosial şəbəkəsində Aygülün özünə məxsus hesabdan Elşən adlı şəxsə “salamlaşmaq stikeri” göndərdiyini aşkar edib. Həmçinin həmin şəxsin qonşuları Elşən adlı şəxs olduğunu demişdir. Elşənin adını bilməsə də, əvvəllər Aygülgilin evinə getdikdə binanın liftində və blokda bir neçə dəfə qarşılaşmışlar. X26 ilə aralarında münasibət olub-olmadığını soruşmuş, Aygül isə belə bir şeyin mümkün olmadığını və həmin “stiker”i səhvən göndərdiyini bildirmişdir. Aygül bununla bağlı and da içmişdir. Rəşad Elşənlə də söhbət edəcəyini deyib çıxıb getmişdir. İki-üç saat sonra əlaqə saxlayıb artıq məsələni aydınlaşdırdığını, hər hansı problem olmadığını və məsələnin burada bitməyini demişdir. Aygül onun istəyinə əsasən bir-iki gün onunla yaşayıb öz evlərinə qayıtmışdır. Həmin hadisədən sonra da Aygüllə Rəşad normal yaşamağa davam etmişlər. Hətta birgə rayonlara gəzməyə getmişlər. Aygül öz evlərinə qayıtdıqdan sonra ürəyi narahat olduğu üçün Elşənlə əlaqə saxlayıb görüşmüş və ondan qızı ilə aralarında münasibət olub-olmadığını soruşmuşdur. Elşən isə Aygüllə aralarında heç bir münasibət olmadığına dair and içmişdir. Belə bir halın şərəfsizlik olduğunu demişdir. Elşənlə söhbətdən sonra nisbətən daha çox ürəyi sakitləşmişdir. Qeyd etdiyi hadisədən sonra Aygülün xarakterində bir qədər dəyişikliklər yaranmışdır. Belə ki, açıq-saçıq geyimlər geyinmək və bu kimi sərbəst xarakterli hərəkətlər etmək istəmişdir. Hətta bir dəfə digər qızı Fidan ona demişdir ki, Aygül göbəyinə “prisinq” taxdırmaq istəyir. Aygüllə əlaqə saxlayıb mübahisə etmiş və belə bir şey eləməməyini ona tapşırmışdır. Hadisədən əvvəlki günlərdə Rəşadla Aygül arasında hər hansı dava-dalaş, söz-söhbət olması barədə məlumatı yoxdur. 05 aprel 2024-cü ildə Salyan şəhərində olmuşdur. Həmin gün günorta saatlarında qızı ilə əlaqə saxlayıb danışmışdır. Onunla səmimi şəkildə söhbət etmiş və Rəşad barəsində şikayətlənib eləməmişdir. Axşam saat 22-23 radələrində qudası Yusif ona zəng edib, Rəşadın Aygülü vurduğunu və hüquq mühafizə orqanlarının əməkdaşlarını gözlədiklərini bildirmişdir. Danışdıqdan sonra qohumları ilə birgə Bakı şəhərinə gəlmiş və Aygülgilin evinə çatdıqda hüquq mühafizə orqanlarının əməkdaşlarının hadisə yerində olduqlarını görmüşdür. Təqsirləndirilən şəxs qızı X11 öldürməsi ilə əlaqədar hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmış və bununla bağlı notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə vermişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlar qaldığını, uşaqların hazırda tək və valideyn qayğısından məhrum olduqlarını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Salyan şəhərində müxtəlif məktəblərdə direktor və müəllim işləmişdir. 2021-ci ildə pensiyaya çıxmışdır. Arvadı da əvvəllər onunla eyni məktəbdə riyaziyyat müəlliməsi işləmiş, hazırda təqaüddədir. Rəşad Azərbaycan Texniki Universitetində bakalavr pilləsi üzrə, həmçinin eyni Universitetdə magistr pilləsi üzrə təhsil almışdır. Rəşad Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Embawood” mebel şirkətində işləmişdir. Oğlu 2012-ci ildə X16 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 2013-cü il təvəllüdlü Ləman Quliyeva və 2015-ci il təvəllüdlü Şahid1 doğulmuşlar. 2019-cu ildən etibarən ailəsi ilə birgə hadisənin baş verdiyi ünvan 4 ünvanda yaşamışlar. Rəşad və Aygülün əvvəllər münasibətləri normal olmuşdur. Aygül heç yerdə işləməmiş, nəvələri isə orta məktəbdə təhsil almışlar. Təxminən 2023-cü ilin sonları və ya 2024-cü ilin əvvəllərində Rəşad onunla əlaqə saxlayıb bildirmişdir ki, Aygül səbəbsiz yerə ondan küsüb və valideynlərinin yanına gedib. Həmçinin Rəşad bildirmişdir ki, Aygülün hansısa yad kişi ilə arasında sevgi münasibəti olmasından şübhələnir. Bundan başqa Rəşad ona Aygülün “Tiktok” sosial şəbəkəsində onlarla qonşuluqda yaşayan X12 həmin sosial şəbəkədəki hesabına “salamlaşmaq stikeri” göndərdiyini göstərmişdir. Həmin stikerin hər ehtimala fotoşəklini çəkərək saxlamışdır. Aygüllə söhbət edib məsələni aydınlaşdırmaq istədikdə Aygül Elşənlə aralarında münasibət olmasını inkar edib “stiker’i səhvən göndərdiyini bildirmişdir. Bundan sonra Rəşadla birgə Elşənlə görüşüb söhbət etmişlər və Elşən də inkar edərək Aygül ilə aralarında heç bir münasibət olmadığını, Aygülü bacısı kimi gördüyünü, özünün də anası olduğunu, Aygüllə sevgi münasibətində olmağın qeyrətsizlik olacağını demişdir. Rəşad və o, Elşənin həmin sözlərindən sonra onların arasında sevgi münasibəti olmadığını düşünmüşlər. Bundan sonra Rəşad və Aygül barışaraq birgə yaşamağa davam etmişlər. Aygül bir qədər sərbəst xarakterli olsa da, həmişə ona və arvadına qarşı səmimi davranmış, onlara qonaq getdikdə diqqətlə yanaşmışdır. xx.xx.2024-cü ildə Suraxanı rayonu, Hövsan qəsəbəsində qohumlarının evinə qonaq getmiş və gün ərzində orada olmuşdur. Təxminən saat 20-21 radələrində Rəşad ona zəng edib Aygülün hansısa yad kişi ilə danışdığından şübhələndiyini, kiminləsə telefonda yazışdığını və onu görən kimi mesajlaşmalardan çıxdığını, bir böyük kimi gəlib məsələni aydınlaşdırmağa kömək etməyini bildirmişdir. Rəşada sakitləşməsini, onların evinə gələcəyini bildirmişdir. Tez taksi sifariş vermiş və bir qədər sonra Rəşadın yaşadığı ünvana gəlmişdir. Təxminən saat 22:10 radələrində Rəşadın yaşadığı mənzilə çatmışdır. Mənzilin qapısı örtülü vəziyyətdə olsa da, içəri tərəfdən kilidlənməmişdir. Mənzilə daxil olduqda əvvəlcə qonaq otağına keçmişdir. Qonaq otağının qapısı örtülü imiş. Otağa keçdikdə Ləman və Yusifin televizora baxdığını görmüşdür. Televizorun səsi də yüksək imiş. Uşaqlar sevincək üzərinə gəlib onunla görüşmüşlər. Onlardan Rəşadın harada olduğunu soruşduqda anaları ilə yataq otağında olduqlarını demişlər. Uşaqlara televizora baxmağa davam etmələrini bildirib qapını örtmüşdür. Yataq otağına doğru getdikdə otağın qapısı yarı örtülü imiş və qapını açıb otağa keçdikdə görmüşdür ki, Rəşad otağın giriş qapısının yanında içəri tərəfdə yerdə oturub və kürəyini divara söykəyib dayanıb. Həmçinin Aygülün yataqla eyvanın arasında döşəmədə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Aygülün üzəri, ətrafı qana bulanmış və hərəkətsiz dayanmışdır. Rəşadın Aygülü öldürdüyünü başa düşüb ondan nə üçün belə etdiyini soruşmuşdur. Lakin Rəşad ona heç bir cavab verməmişdir. Rəşadın gözləri açıq olsa da, özündə olmadığını görüb, onu silkələməyə və üzünə sillə vurmağa başlamışdır. Rəşada nə qədər söz desə də, ona heç bir cavab verməmişdir. Həmçinin görmüşdür ki, Rəşadın əlində bıçaq var. Rəşadı ayağa qaldırıb dəhlizə çıxartmışdır. Əlindəki bıçağı isə götürüb mənzilə daxil olan kimi sol tərəfdə yerləşən dəhlizdəki şkafın üzərinə qoymuş və Rəşadı hamam otağına aparmışdır ki, əl-üzünü yusun. Rəşad bir qədər özünə gəlib ona demişdir ki, polis çağırsın, gəlib onu aparsınlar. Mənzildə Rəşad və nəvələrindən başqa heç kim olmadığından həm DİN-in 102 zəng xidmətinə, həm də Aygülün hələ də ölməmiş ola biləcəyini düşündüyü üçün təcili tibbi yardıma zəng edib məlumat vermişdir. O cümlədən elə Rəşadın telefonu ilə Aygülün anasıgilə də məlumat vermişdir. Nəvələri Aygülün meyitini görüb qorxmasın deyə onları götürüb binanın həyətinə düşürtmüşdür. Rəşad isə evdən çıxmamışdır. Uşaqları binanın həyətinə düşürüb orada mühafizəçinin yanına qoymuş və Rəşadın Aygülü öldürdüyünü, polisə və təcili tibbi yardıma zəng etdiyini, gələnləri mənzilə yönəltməyini xahiş etmişdir. Həmçinin tanımadığı bir neçə qonşu da yaxınlaşıb nə baş verməsi ilə maraqlanmışdır. Mühafizəçidən uşaqlardan muğayat olmasını xahiş edib, yenidən Rəşad yaşayan mənzilə qalxmışdır. Mənzilin yerləşdiyi mərtəbəyə qalxdıqda hadisə ilə əlaqədar arvadına da məlumat verdiyi üçün bir neçə dəqiqə mərtəbədə qalmış və mənzilə daxil olmamışdır. Elə həmin vaxt mühafizəçi Xəyalın da mənzilə daxil olduğunu görmüşdür. Özü də mənzilə daxil olmuş və mühafizəçi yuxarı qalxdığı üçün uşaqların nəzarətsiz qaldığını düşünüb yenidən onunla aşağı düşmüşdür. Aşağı düşdükdə qonşulardan birinin uşaqları öz evinə apardığını öyrənmişdir. Yenidən mənzilə qalxdıqda Rəşad hələ də özündə deyilmiş. Rəşad elə onun yanında Elşənə zəng edib hər şeyin səbəbkarının o, olduğunu, ailəsinin ona görə məhv olduğunu, etdiklərinin öz başına gəlməsini demiş və zəngi sonlandırmışdır. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkim briqadası gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra Rəşad özü könüllü olaraq təslim olmuşdur. Mənzilə daxil olduqda nəvələri qonaq otağında televizora baxırmışlar və onu görüb sevinməklərindən və onunla görüşməklərindən başa düşmüşdür ki, onlar Rəşadın Aygülü öldürməsini görməyiblər. Çünki əgər görmüş olsaydılar ağlayardılar və televizora baxmazdılar. Uşaqlar onların yanında telefonla polisə və təcili tibbi yardıma zəng etdikdə dediyi sözlərdən Rəşadın Aygülü öldürdüyünü başa düşmüşlər. Rəşad və ya Aygül hər hansı psixi və ya sair ağır xəstəlikdən əziyyət çəkmirmişlər. Yataq otağına daxil olduqda Rəşadın əlində üzəri qana bulanmış bıçaq var imiş və Rəşadı hamam otağına apararkən həmin bıçağı mənzilin girişindəki şkafın üzərinə qoymuşdur. Həmin bıçaq qara rəngli plastmas dəstəyi, gümüşü rəngdə tiyəsi olan 25-30 sm uzunluğundakı gündəlik məişət işlərində istifadə edilən adi mətbəx bıçağı olmuşdur. Aygülün yalnız Elşənlə sevgi münasibəti olması barədə ifadəsində qeyd etdiyi formada məlumatı var, başqa hər hansı yad kişi ilə münasibəti olub-olmaması barədə məlumatı yoxdur. Həmçinin Aygülün kimlərlə dostluq etməsi barədə də məlumatı yoxdur. Nə Rəşad, nə də Aygül narkotik vasitə qəbul etmirmişlər. Rəşad məclisdən məclisə spirtli içki qəbul etsə də, daim spirtli içki qəbul edən insan deyilmiş. Həmçinin Aygülün bir neçə dəfə spirtli içki içdiyini də eşitmiş, lakin özü görməmişdir. Rəşadın istifadəsində “***-***-**-**” saylı, Aygülün istifadəsində “***-***-**-**” saylı, özünün istifadəsində isə “***-***-**-**” saylı mobil nömrələr olmuşdur. O və həyat yoldaşı ahıl yaşdadırlar və azyaşlı uşaqlara baxmaqda çətinlik çəkirlər. Valideyn himayəsindən məhrum qalmış nəvələrinin heç olmazsa valideynlərdən birinin, yəni ataları Təqsirləndirilən şəxs mənəvi və psixoloji cəhətlərdən ehtiyacları vardır. Ataları Təqsirləndirilən şəxs yanında yaşamaları düşdükləri bu çətin vəziyyətdən daha tez çıxmalarına və normal şəkildə həyatlarına və təhsillərinə davam etmələrinə müsbət təsir edəcəkdir. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 2 azyaşlı uşaqlar olduğunu, uşaqların hazırda valideyn qayğısından məhrum olduqlarını, psixoloji durumlarının bərbad olduğunu, atalarını istədiklərini və bu mənada cəzanın uşaqların həyat şəraitinə təsirini nəzərə almağı xahiş etmişdir. Şahid qismində dindirilmiş X6 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ərinin dayısı oğludur. Evləndikdən sonra Rəşad və Aygüllə münasibətləri yaranmışdır. Onlarla ailəvi dostluq etmişlər, bir yerdə vaxt keçirmişlər, rayonlara gəzməyə getmişlər. Rəşadın Aygülə qarşı münasibəti çox yaxşı olmuşdur. Rəşad ailəsinə kifayət qədər diqqətlə yanaşmış və Aygülün istəklərini hər zaman qarşılamışdır. Həmçinin övladlarını da yaxşı tərbiyələndirmişdir. Rəşad bir qədər sakit təbiətli, mülayim insan olsa da, Aygül daha sərbəst xarakterli, aktivliyə meyilli insan imiş. Aygül və Rəşadın münasibətləri əvvəllər yaxşı olsa da, təxminən 2024-cü ilin yanvar ayından etibarən onların münasibətlərində soyuqluq yaranmağa başlamışdır. Belə ki, həmin ərəfələrdə məlumatı olmuşdur ki, Rəşad Aygülün telefonunda olan danışıqlardan Aygülün Elşən adlı qonşuları ilə münasibəti olmasından şübhələnmişdir. Bu barədə Aygülün özündən soruşsa da, əvvəlcə inkar edib, heç kimlə münasibəti olmadığını bildirmiş, sonradan isə onunla danışdıqları zamanı Elşənlə sevgi münasibətləri olmasını etiraf etmişdir. Lakin aralarındakı münasibətin konkret olaraq hansı səviyyədə olması, görüşüb-görüşməmələri, bir-biriləri ilə cinsi əlaqədə olub-olmamaları barədə məlumat verməmişdir. Hər dəfə söhbətlərində Aygülə məsləhət vermişdir ki, Elşəndən ayrılsın. Çünki Rəşad ona qarşı yaxşı davranır və Rəşada başqası ilə, xüsusilə də qonşuları ilə xəyanət etməsi düzgün deyildir. Aygül bir neçə dəfə Elşəndən ayrılacağını desə də, onunla əlaqəni kəsməmişdir. Aygüldən nə üçün belə etdiyini soruşduqda Rəşadın xarakterinin zəif olduğunu, onu bir kişi kimi görmədiyini, hətta ər-arvad kimi yaşamadıqlarını, onunla əlaqədə olmaqdan iyrəndiyini, heç bir həzz almadığını, Elşənin daha güclü xarakterli olduğunu, Elşənə çox bağlandığını demişdir. O isə hər dəfəsində ona məsləhət verərək etdiyi hərəklətlərin doğru olmadığını, ən azından övladlarına görə belə etməməli olduğunu, Rəşadla münasibətini düzəldib həyatlarına davam etmələrini demişdir. Rəşadla isə ümumiyyətlə bu mövzularda hər hansı söhbət etməmişdir. Aygül və Rəşadı sonuncu dəfə 2024-cü ilin mart ayının ortalarında üzbəüz görmüşdür. Lakin Aygüllə teztez mobil telefonla danışmışdır. 05 aprel 2024-cü ildə gün ərzində Aygüllə adi söhbətləri olmuşdur. Həmin tarixdə axşam saatlarında Aygülün anası Tarifə onunla əlaqə saxlayıb Aygüllə Elşənin aralarında olan sevgi münasibətlərini öyrəndiyi üçün Rəşadın Aygülü öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanda gözətçi işləyir. Binada iki gözətçi vardır və növbəli şəkildə işləyirlər. Bir sutka işdə olur və bir sutka istirahət edir. Binanın komendantı Şahid3dur. Yaşar onlara nəzarəti həyata keçirir. 41B saylı bina bir bloklu olmaqla 17 mərtəbəlidir, binanın bir girişi vardır. Təhlükəsizlik məqsədi ilə binanın bir neçə hissəsində video-müşahidə kameraları quraşdırılmışdır. Video-müşahidə kameralarının yaddaş aparatı komendant otağında saxlanılır. Rəşad və Aygül ər-arvad olmaqla, işlədiyi binanın 13-cü mərtəbəsində 77 saylı mənzildə yaşamışlar. Elşən isə həmin mərtəbədə 78 saylı mənzildə ailəsi ilə birgə yaşayır. Rəşad istiqanlı, sakit təbiətli, deyib-gülən insan imiş. Həmçinin onun davranışlarından ailəsinə bağlı insan olduğu açıq-aşkar hiss olunmuşdur. Aygülü isə nadir hallarda görmüş və hər hansı ünsiyyəti olmamışdır. Bəzən övladlarını məktəbə aparıb-gətirdiyini görmüşdür. Elşəni isə xaraktercə yalançı, həmçinin də özündən razı və şöhrətpərəst insan kimi tanımışdır. Avtomobil alveri ilə məşğul olmuş və tez-tez başqa-başqa bahalı avtomobillərlə gəlib-getmişdir. 05 aprel 2024-cü ildə saat 09:00 növbəsi başladığı üçün işlədiyi binaya gəlmişdir. Gün ərzində binada hər hansı diqqət çəkən hadisə baş verməmişdir. Axşam saatlarında binanın həyətyanı sahəsində olduğu zaman Rəşadın iki azyaşlı övladının Rəşadın atası Yusiflə birgə binadan çıxdıqlarını görmüşdür. Yusif onu görüb uşaqları yanına gətirmiş və Rəşadın Aygülü vurduğunu, təcili tibbi yardıma və polisə hadisə barədə məlumat verdiyini, əgər kimsə gələrsə mənzilə yönəltməyini bildirmişdir. Yusif özü də bir qədər aşağıda dayanıb telefonla danışmış və kimlərəsə hadisə barədə məlumat vermişdir. Özü də dərhal komendant Yaşara məlumat vermişdir. Həmin vaxt qonşulardan da bəziləri yaxınlaşıb nə olması ilə maraqlanmışlar. Daha sonra Yusif uşaqları binanın həyətyanı sahəsində qoyub binaya daxil olmuşdur. O da həyətdəki qonşular uşaqların yanında olduğundan Yusifin arxasınca binaya daxil olmuş və Rəşadın yaşadığı mənzilə qalxmışdır. Hadisənin baş verdiyi 13-cü mərtəbəyə qalxdıqda Yusif hələ də binanın dəhlizində kiminləsə telefonla danışmışdır. Rəşadın yaşadığı mənzilin qapısı açıq olduğundan birbaşa içəri daxil olmuşdur. Mənzilə daxil olduqda Rəşad qapının ağzında dəhlizdə ayaq üstə gözlədiyini görmüşdür. Əlində bıçaq və ya başqa hər hansı əşya olmamışdır. Rəşadı səsləsə də, özündə olmamış, hərəkətsiz dayanıb baxmış və ona heç bir cavab verməmişdir. Rəşada “səbrli ol, özünü ələ al” demişdir. Rəşad ona hər hansı cavab verməmiş və yenə də hərəkətsiz dayanıb qalmışdır. Bir qədər sonra Yusif də mənzilə daxil olmuş və onu görüb uşaqların harada olmasını soruşmuşdur. O da uşaqların aşağıda qonşuların nəzarət etdiyini demişdir. Yusiflə birgə yenidən binanın həyətyanı sahəsinə düşmüşlər. Bir neçə dəqiqə sonra polislər və təcili tibbi yardım briqadası binaya gəlmişlər. Onları hadisə baş verən mənzilə yönəltmişdir. Qeyd etdiklərindən başqa hadisə barədə hər hansı məlumatı yoxdur. Rəşadı xx.xx.2024-cü il tarixdə gün ərzində görməmiş və yalnız hadisə baş verdikdən sonra mənzilə qalxdıqda orada görmüşdür. Elşən ilə Aygül arasında hər hansı sevgi münasibəti olub-olmaması barədə heç bir məlumatı yoxdur. Elşən və Rəşad arasında hər hansı bir mübahisənin, dava-dalaşın şahidi olmamışdır. Rəşadın hadisə baş verdiyi tarixdə və ya əvvəlki tarixlərdə hər hansı şəxslə, o cümlədən Elşən Dəmirovla mübahisə etməsinin şahidi olmamışdır. Ümumiyyətlə Rəşad sakit təbiətli, mülayim insandır. Hər kəslə mehriban davranmışdır. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. 41b saylı binaya daxil olub dəhlizlə irəlilədikdə qarşıda liflər yerləşir. Liftlə binanın 13-cü mərtəbəsinə qalxdıqda həmin mərtəbədə 5 mənzil yerləşdiyi görünür. Liftdən çıxdıqda sol tərəfdə hadisənin baş verdiyi 77 saylı mənzil yerləşir. Mənzilə daxil olduqda dəhlizdən sağ tərəfdə mətbəx, giriş qapısı ilə üzbəüzdə qonaq otağı, qonaq otağından solda uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı, həmin otaqdan solda meyitin olduğu otaq, mənzilə daxil olduqda sol tərəfdə yerləşən divarda isə hamam-ayaqyolu otağı yerləşir. Mənzildə əşyalar ümumən səliqəli düzülmüşdür və hər hansı dağınıqlıq müşahidə olunmur. Mənzilə daxil olan kimi dəhlizdə giriş qapısından solda olan kiçik şkafın üzərində 01 ədəd qara rəngli dəstəyi və gümüşü rəngli tiyəsi olan bıçaq olduğu görünür. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunur. Həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin olduğu yataq otağının giriş qapısı şabalıdı rəngli taxta materialdan olmaqla açıq vəziyyətdədir. Otağın divarları və tavanı ağ rəngə boyanmışdır. Döşəmə şabalıdı rəngli parketlərlə örtülmüşdür. Otağın giriş qapısının yerləşdiyi divarı şərti olaraq “1”, giriş qapısından sol tərəfdəki divarı şərti olaraq “2”, giriş qapısı ilə üzbəüz yerləşən divarı şərti olaraq “3”, giriş qapısından sağ tərəfdə yerləşən divarı şərti olaraq “4” rəqəmi ilə işarələdikdə “1” nömrəli divara bitişik böyük paltar şkafı vardır. Şkafı açdıqda içərisində qadın və kişi geyimləri, o cümlədən qızıl zinət əşyaları olduğu görünür. “2” nömrəli divarın ortasında və həmin divara bitişik vəziyyətdə iki nəfərlik taxta materialdan olan yataq vardır. Yatağın üzərindəki döşək, yorğan və örtük səliqəli sərilmiş vəziyyətdədir. Otaqda hər hansı dağınıqlıq müşahidə olunmur. “2” və “3” nömrəli divarların kəsişməsində kiçik əşya şkafı vardır. Şkafın siyirmələrini açdıqda içəsində dəsmallar, makyaj əşyaları və qızıl zinət əşyaları olduğu görünür. “3” nömrəli divarın ortasında mənzilin eyvanına keçid vardır. Eyvanın qapısı şabalıdı rəngli taxta materialdan olmaqla kilidli vəziyyətdədir və qarşısında çöldən içəri görülməyəcək formada pərdə asılmışdır. “4” nömrəli divardakı asılqandan kişi gödəkçəsi və şalvarı asılmışdır, həmçinin həmin divarla yatağın arasında döşəmədə kiçik ölçülü xalça sərilmişdir. Yataqla “3” nömrəli divarın arasında döşəmədə bir nəfər qadın cinsli insan meyiti vardır. Meyitin başı yatağın sol aşağı küncünə doğru uzanmışdır. Sol ayağı dizdən açıq şəkildə bədəndən çəpəki istiqamətə eyvanın giriş qapısına doğru uzanmış, sağ ayağı dizdən tam bükülərək topuğu buda bitişik vəziyətdə qalmışdır. Meyitin sol qolu dirsəkdən açıq vəziyyətdə eyvanın giriş qapısına doğru uzanmış, sağ qolu isə dirsəkdən yarım bükülərək yatağa doğru istiqamətlənmişdir. Meyitin əynində ağ rəngli qolsuz və göbəyi açıq köynək, xaki rəngli büsqalter, boz rəngli üzəri xoflu şalvar və qara rəngli corab vardır. Meyitin bədən nahiyələri, meyitin ətrafında döşəmə, “3” və “4” nömrəli divarlar qanabənzər ləkələrlə çirklənmişdir. Qanabənzər ləkələr fonunda meyitin bədən səthində kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarət izləri müşahidə olunur. Meyitin ətrafinda döşəmədə olan qanabənzər ləkələrdən 01 ədəd və divarda olan qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa otaqda olan yatağın üzərindəki 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxışda iştirak edən Şahid1 həmin meyitin gəlini X8 meyiti olduğunu, X5 Rəşad Yusif oğlunun bıçaqla vuraraq öldürdüyünü, həmin bıçağı Şahid1 özünün mənzilin girişindəki şkafın üzərinə qoyduğunu, yataq otağından götürülən mobil telefonların müvafiq olaraq Təqsirləndirilən şəxs və Aygül Quliyevaya məxsus olduğunu bildirmişdir. Mətbəxdə olan şkaflarda və şkafların üzərində çoxsaylı məişət əşyaları, o cümlədən mətbəx bıçaqları vardır. Mənzilin digər otaqlarında, o cümlədən mətbəxdə və hamam-ayaqyolu otağında əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır (cild 1, i.v.4-20). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:10-da Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.47). Telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X8 “İphone X” markalı mobil telefonu qara rənglidir, parolu “199231”-dir. Telefonun əməliyyat sisteminin dili türk dilindədir, üzərində “Bakcell” mobil operatoruna məxsus olan “***-***-**-**” saylı işlək vəziyyətdə simkart mövcuddur. Telefonda olan “Mesajlar” bölməsinə daxil olduqda əhəmiyyət kəsb edən hər hansı mesaj mətni müəyyən edilmədi. Telefonun “Zənglər” bölməsinə daxil olduqda əhəmiyyət kəsb edən hər hansı zəng müəyyən edilmədi. Telefonun “Qalareya” bölməsinə daxil olduqda əhəmiyyət kəsb edən hər hansı fayl müəyyən edilmədi. Telefonun “İnstagram” mobil tətbiqinə daxil olduqda əhəmiyyət kəsb edən hər hansı fayl və ya mesaj mətni müəyyən edilmədi. Telefonun “Tik-tok” mobil tətbiqinə daxil olduqda əhəmiyyət kəsb edən hər hansı fayl və ya mesaj mətni müəyyən edilmədi. Telefonun “Whatsapp” mobil tətbiqinə daxil olduqda həmin tətbiqdə “***- ***-**-**” saylı mobil nömrə ilə qeydiyyatdan keçildiyi və əksəriyyəti qadın cinsli olan müxtəlif şəxslərlə müxtəlif məzmunlarda danışıqlar aparıldığı görünür. “Whatsapp” mobil tətbiqində “Arxivləşdirilmiş mesajlar” bölməsinə daxil olduqda X12 istifadəsində olan “Elnare Qonwu” adı ilə qeyd olunmuş “050801-35-53” saylı mobil nömrə ilə “canım”, “həyatım”, sevgilim” kimi sözlərdən istifadə edilməklə sevgi xarakterli danışıqlar aparıldığı müəyyən edildi. Həmin danışıqlara daxil olduqda 05 aprel 2024-cü il tarixdən əvvəlki tarixlərə aid ismarıcların silindiyi görünür. Danışıqların məzmunundan görünür ki, 05 aprel 2024-cü il tarixdə X27 Dəmirova “canım neynirsen” deyə sual verdikdən sonra Elşən Dəmirov “hec blincik sekillerine baxiram, internetde, bu gun gele bilmedim, deli oldum, meni sisirtme, idmandayam, çıxıram” demişdir. Aygül Quliyeva isə “nie baxirsan denen qoyum qapiya götür, olmuyubki sevgilin” deyə cavab vermişdir. Həmçinin danışıqların davamında Elşən Dəmirov anası Mirvari Dəmirovanın və qardaşı Elgün Dəmirovun adlarından istifadə edərək hər ikisinin əvvəllər Aygül Quliyevanın qapıya qoyduğu və özünün götürdüyü yeməkləri hər iki ailə üzvünün gördüyünü, onlar şübhələnməsin deyə marketdən aldığını dediyini, ailə üzvləri şübhələnməsin deyə hazırda bişirəcəyi yeməkləri qapıya velosipedin arxasına qoymasını bildirmişdir. Aygül Quliyeva isə “gozum uste” deyə cavab vermişdir. Elşən Dəmirov “evdedi?, gormez hazırlayanda, demseiki bunu neye yiqirsan, kime verirsen?” deyə sual vermiş, Aygül Quliyeva isə cavabında “qoydum” demişdir. Daha sonrakı danışıqlarda Elşən Dəmirov yeməkləri götürdüyünü, bildirmiş və Aygül Quliyevaya təşəkkür etmişdir. Aygül Quliyeva isə cavab olaraq “xosdu heyatim, ezyet deyil” deyə bildirmişdir. Həmin danışıqlarda sonuncu ismarıc Aygül Quliyeva tərəfindən hadisənin baş verdiyi 05 aprel 2024-cü ildə saat 20:31-də göndərilmişdir. Bundan başqa “Whatsapp” mobil tətbiqində Şahid4 istifadəsində olan “Aydashkam” adı ilə qeyd olunmuş “***-***- **-**” saylı mobil nömrə ilə X21 Dəmirovla aralarında sevgi münasibətlərinin olmasını təsdiq edən danışıqlar aparıldığı müəyyən edildi. Həmin danışıqlara daxil olduqda X22 Quliyev barəsində “inan Aydan Allah hakkı bir qr sevgi yoxdu ona, hecne hiss etmirem ona qarwi, menede haqsizliqdi, sevgi bitib hisler bitib, yataqda artistlik edirem, guya yaxsidi, ama ele deil, bu nece davam ede biler”, “duzelde bilerem istesem vezyeti ama icimden gelmir axi ona qarsi hecne, bir eks cins kimi hiss yoxdu ona hecne hiss etmirem, bu nece davam ede biler?, yeni nece basa salim, onu qisqanmiram yataqda hiss etmirem hecne, ama yalandan artistlik edirem”, “men serbestlik seven insanam, ewel boyun eyirdim, ama indi üje yox, ya hormet et qerarima ya olma heyatimda, bu felsefedeyem, arada hecne qalmadi ona qarsi” məzmunlarında ismarıclar yazdığı görünür. Şahid4 Aygül Quliyevaya məsləhət xarakterli ismarıclar yazaraq Təqsirləndirilən şəxslə evliliklərini davam etməsini, Elşən Dəmirovun qadın psixologiyasını yaxşı bildiyi üçün onu əlində saxlamağı bacardığını dedikdə isə Aygül Quliyeva cavab olaraq Elşən Dəmirov barəsində “men onunla dusunuremki herseye doze bilerem”, “deset manipluyasiya eleyendi”, “deiremde mende buna qaşı olmuşam mum, men kimi at oynadan qiz”, onu resad elese 1 faizin mene srazu boşayaram, bir dq qalmaram”, “Resad zeif xarakterlidi men ise güclü xarakterli ozguvenli insanlari sevirem, bunda bir ozgven var, elebil burak ozcivit zaddi”, “hee havas batsin onun, cin yağır gozlerinden”, “az he ee cox redki bütün günü qas qabaqli, ama zarafatcildi, tam benim kafada, Allah hakki” məzmunlarında ismarıclar yazmışdır (cild 1, i.v.89-103). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.145). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbri seçilmişdir (cild 1, i.v.179- 181). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/18080 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.217). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 83 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Döş qəfəsinin ön səthinin sağ yarısında orta körpücük xətti ilə sağ döşyanı xətt arasında İİ-İİİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən bir ədəd (1N-li), döş qəfəsinin sol yarısının ön səthində, sol süd vəzinin aşağı-içyarısında məmə giləsindən 2,5 sm aşağı və sağa İV-V qabırğalararası sahədən iki ədəd (3-4N-li) və sol orta körpücük xətt üzrə V-Vİ qabırğalararası sahədən iki ədəd (5-6N-li) sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı və aşağı paylarının ön qabırğalar səthini zədələyən, döş qəfəsinin sol arxa-yan səthində, qoltuqaltı nahiyə proyeksiyasından sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının arxa-sol-yan qabırğalar səthini zədələyən bir ədəd (11N-li), döş qəfəsinin ön səthinin sol yarısında V-Vİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edərək diafraqmanın sol kümbəzini və qaraciyərin sol payının diafraqmal səthini zədələyən bir ədəd (7N-li), döş qəfəsinin ön səthinin sol yarısında Vİ- Vİİ qabırğalararası sahədən döş boşluğuna daxil olaraq diarfaqmanın sol kümbəzini və mədəni zədələyən bir ədəd (8N-li), qarının ön divarının yuxarı yarısının mərkəzində epiqastral nahiyədən qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payının diafraqmal səthini zədələyən bir ədəd (9N-li), qarının sağ arxa-yan divarında, qalça darağı proyeksiyasından peritonarxası sahəyə nüfuz edərək sağ böyrəkətrafı yumşaq toxumaları və böyrəyin aşağı qütbünü zədələyən bir ədəd (12N-li), döş qəfəsinin arxa səthinin sağ yarısında, Xİ-Xİİ qabırğalararası sahədən peritonarxası sahəyə nüfuz etmiş, daxili üzvləri zədələməyən bir ədəd (13N-li), döş qəfəsinin arxa səthinin sol yarısında, Xİİ qabırğa proyeksiyasından peritonarxası sahəyə daxil olaraq sol böyrəkətrafı yumşaq toxumaları zədələyən bir ədəd (14N-li) kəskin daxili (sağ plevra boşluğunda 200-250 ml, sol plevra boşluğunda 450-500 ml, qarın boşluğunda 400-500 ml, peritonarxası sahədə 100 ml qan) və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar; döş qəfəsinin ön səthinin sol yarısında, sol süd vəzisinin yuxarı yarısının bir ədəd (2N-li), sol qabırğaaltı nahiyədəki bir ədəd (10N-li) boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar; qarının sağ ön-yan divarında, qalça darağı proyeksiyasındakı iki ədəd (15-16N-li) səthi kəsilmiş, sağ dirsək oynağının arxa səthinin bir ədəd (17N-li) deşilmiş-kəsilmiş, sağ əl pəncəsinin ovuc səthinin bir ədəd (18N-li) və sağ budun orta-yuxarı 1/3-in ön-iç səthinin bir ədəd (19N-li) dərini, dərialtı yumşaq toxuma yə əzələləri zədələyən, xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaraları; X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - döş qəfəsinin ön səthinin sağ yarısında orta körpücük xətti ilə sağ döşyanı xətt arasında İİ-İİİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən bir ədəd (1N-li); döş qəfəsinin sol yarısının ön səthində, sol süd vəzinin aşağı-iç yarısında məmə giləsindən 2,5 sm aşağı və sağa İV-V qabırğalararası sahədən iki ədəd (3-4N-li) və sol orta körpücük xətt üzrə V-Vİ qabırğalararası sahədən iki ədəd (5-6N-li) sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı və aşağı paylarının ön qabırğalar səthini zədələyən; döş qəfəsinin sol arxa-yan səthində, qoltuqaltı nahiyə proyeksiyasından sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının arxa-sol-yan qabırğalar səthini zədələyən bir ədəd (11N-li); döş qəfəsinin ön səthinin sol yarısında V-Vİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edərək diafraqmanın sol kümbəzini və qaraciyərin sol payının diafraqmal səthini zədələyən bir ədəd (7N-li); döş qəfəsinin ön səthinin sol yarısında Vİ- Vİİ qabırğalararası sahədən döş boşluğuna daxil olaraq diarfaqmanın sol kümbəzini və mədəni zədələyən bir ədəd (8N-li); qarının ön divarının yuxarı yarısının mərkəzində epiqastral nahiyədən qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payının diafraqmal səthini zədələyən bir ədəd (9N-li); qarının sağ arxayan divarında, qalça darağı proyeksiyasından peritonarxası sahəyə nüfuz edərək sağ böyrəkətrafı yumşaq toxumaları və böyrəyin aşağı qütbünü zədələyən bir ədəd (12N-li), ümumilikdə kəskin daxili və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici təsirindən mərhumun ölümündən az əwəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandıncı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 aprel 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici əşya ilə (əşyalarla), ola bilsin bıçaqla çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdi və belə xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir; Mərhum A.Ə.Quliyevanın döş qəfəsinin arxa səthinin sağ yarısında, Xİ-Xİ qabırğalararası sahədən peritonarxası sahəyə nüfuz etmiş, daxili üzvləri zədələməyən bir ədəd (13N-li); döş qəfəsinin arxa səthinin sol yarısında, Xİİ qabırğa proyeksiyasından peritonarxası sahəyə daxil olaraq sol böyrəkətrafı yumşaq toxumaları zədələyən bir ədəd (14N-li); döş qəfəsinin ön səthinin sol yarısında, sol süd vəzisinin yuxarı yarısının bir ədəd (2N-li); sol qabırğaaltı nahiyədəki bir ədəd (10N-li) boşluqlara nüfuz etməyən, yumşaq toxuma ve əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş; sağ dirsək oynağının arxa səthinin bir ədəd (17N-li) xarici qanaxmaya səbəb olmuş deşilmiş- kəsilmiş; sağ əl pəncəsinin ovuc səthinin bir ədəd (18N-li) və sağ budun orta-yuxarı 1/3-in ön-iç səthinin bir ədəd (19N-li) dərini, dərialtı yumşaq toxuma və əzələləri zədələyən, xaric qanaxmaya səbəb olmuş kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici və kəsici təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri yoxdur, qərarın təsviri-əsaslandıncı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 aprel 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici əşya ilə (əşyalarla) yetirilmiş çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdi və belə xəsarətlər həm ayrılıqda, eləcə de ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir; Mərhum A.Ə.Quliyevanın qarnının sağ ön-yan divarında, qalça darağı proyeksiyasındakı iki ədəd (15-16N-li) cüzi xarici qanaxmaya səbəb olmuş səthi kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) kəsici təsirindən mərhumun ölümündən az əwəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə səbəbli əlaqələri yoxdur, qərarın təsviri-əsaslandıncı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 aprel 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici əşya ilə (əşyalarla) yetirilmiş iki zərbə nəticəsində əmələ gələ bilərdi və belə xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir; X1 döş qəfəsinin ön səthinin sağ yarısındakı sağ döş boşluğuna daxil olaraq ağciyərin yuxarı payını zədələmiş bir ədəd (1N-li) yaranın yara kanalının istiqaməti öndən-arxaya və bir qədər yuxarıdan-aşağıya, döş qəfəsinin ön səthindəki, sol süd vəzinin aşağı-iç yarısındakı 2 (iki) ədəd və sol orta körpücük xətt üzrə V-Vİ qabırğalararası sahədəki 2 (iki) ədəd sol döş boşluğuna daxil olaraq ağciyərin aşağı payının ön qabırğalar səthini zədələmiş yaraların (3-4-5-6N-li) hər birinin yara kanalının istiqaməti öndən-arxaya və qismən soldan-sağa, döş qəfəsinin sol arxa-yan səthində, qoltuqaltı nahiyəyə yaxın yerləşmiş sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının arxa sol-yan qabırğalar səthini zədələmiş bir ədəd (11N-li) yaranın yara kanalının istiqaməti soldan-sağa və qismən arxadan-önə, döş qəfəsinin ön səthinin sol yarısında, sol döşyanı xəttlə orta körpücük xətti arasında V-Vİ qabırğalararası sahədən diafraqmanın sol kümbəzini zədələyərək qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payının diafraqmal səthini zədələmiş bir ədəd (7N-li) yaranın yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdan-aşağıya, qarının ön divarının yuxarı yarısının mərkəzində, epiqastral nahiyədən qarın boşluğuna nüfuz etmiş, qaraciyərin sol payının diafraqmal səthini zədələmiş bir ədəd (9N-li) yaranın yara kanalının istiqaməti öndən-arxaya və yuxarıdan-aşağıya, döş qəfəsinin ön səthinin sol yarısında Vİ-Vİİ qabırğalararası sahədən döş boşluğuna daxil olaraq diafraqmanın sol kümbəzini dəlib-keçən, mədə boşluğuna nüfuz etmiş bir ədəd (8N-li) yaranın yara kanalının istiqaməti öndən-arxaya və yuxarıdan-aşağıya, qarının sağ arxa-yan divarında, qalça darağı proyeksiyasından peritonarxası sahəyə nüfuz edərək sağ böyrəkətrafı yumşaq toxumaları və böyrəyin aşağı qütbünü zədələmiş bir ədəd (12N-li) yaranın yara kanalının istiqaməti arxadan bir qədər önə və sağdan-sola, döş qəfəsinin arxa səthinin sağ yarısında, Xİ-Xİİ qabırğalararası sahədən peritonarxası sahəyə nüfuz etmiş, daxili üzvləri zədələməmiş bir ədəd (13N-li) və döş qəfəsinin arxa səthinin sol yarısında, Xİİ qabırğa proyeksiyasından peritonarxası sahəyə daxil olaraq sol böyrəkətrafı yumşaq toxumaları zədələmiş bir ədəd (14N-li) yaranın yara kanallarının istiqaməti arxadan-önədir; X1 ölümünə səbəb döş qəfəsinin və qarının sağ və sol döş və qarın boşluqlarına nüfuz edən, hər iki ağciyəri, qaraciyəri, mədəni, sağ böyrəyi zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaraları nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, A.Ə.Quliyevanın ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. X1 meyitinin döş qəfəsinin ön səthinin sol yarısından və qarının ön divarından üzərlərindəki yaralarla götürülmüş 2 (iki) ədəd dəri parçasının tibbi-kriminalistik müayinəsi ona dəlalət edir ki, qeyd olunan xəsarətlər dəlib-keçən deşilmiş-kəsilmiş yaralar olub ülgücə və küpə malik yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin (alətlərin), yaxud əşyanın (əşyaların) təsirindən törənmişdir. Mərhumun bədəni üzərində aşkar edilmiş yaralarda bəzi xüsusiyyətlərinə görə oxşarlıq (yara kənarları, divarları və ucların xarakterinə görə), bəzi xüsusiyyətlərinə görə fərqlənmələr (ölçülərinə və formasına görə) aşkar edilmiş, yaralar üzərində iztörədən alətin fərdi xüsusiyyətləri müəyyən edilməmişdir. Bu baxımdan aşkar edilmiş fərqli əlamətlər iztörədən alətin konstruktiv xüsusiyyətləri ilə əlaqəli olmamış, yaraların əmələgəlmə mexanizmi və şəraitdən asılı olmuşdur. Qeyd olunanları nəzərə alaraq yaraların eyni bir deşici-kəsici alətin təsirindən, o cümlədən maddi sübut qismində təqdim edilmiş mətbəx tipli bıçağın, həmçinin onunla eyni konstruktiv xüsusiyyərtlərə malik digər bıçaqların tiyəsinin təsirindən yetirilə bilinmələri barədə fikir söyləmək mümkündür. Bununla belə, suala daha konkret cavab vermək üçün A.Ə.Quliyevanın xəsarətlər yetirilən anda əynində olmuş paltarların və iztörədən alətin (bıçağın) birgə tibbi-kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi. Mərhum A.Ə.Quliyevaya xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən, ayaq üstə, uzanmış, gövdənin önə, yana doğru əyilmiş və s. vəziyyətlərində yetirilə bilərdi. Xəsarətlərin gövdənin həm ön, həm arxa, eləcə də sağ və sol yan səthlərində yerləşmələrini nəzərə alsaq xəsarətlər yetirilərkən zərərçəkmişin zərbələrdən qaçmaq və ya əmələ gələn ağrılar səbəbindən hərəkətdə olması (qıvrılması) və hər bir yetirilən konkret zərbə zamanı gövdəsinin həmin nahiyəsinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. A.Ə.Quliyevaya xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyildir. Mərhum A.Ə.Quliyevanın qızlıq pərdəsinin anatomik tamlığı çoxdan pozulmuşdur, pozulma uzunsov bərk küt əşyanın, ola bilsin gərginləşmiş kişi cinsiyyət üzvünün uşaqlıq yolu girəcəyinə yeridilməsi nəticəsində baş vermişdir, pozulma müddəti köhnədir, uzun müddət keçdiyindən əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyildir. Həmçinin müayinə zamanı arxa keçəcəyin şüavari büküşlərinin qismən hamarlaşması, büzücü əzələnin (sfinktorun) boşalması, arxa keçəcək dəliyinin müəyyən məsafəyədək açılması, anal dəlik nahiyəsində mülayim qıfvari genişlənmə müəyyən edilmişdir. Qeyd olunan əlamətlər qeyri-təbii yolla (arxa keçəcək dəliyi vasitəsilə) cinsi əlaqə nəticəsində əmələ gələ bilərdi. X1 uşaqlıq yolundan və arxa keçəcək dəliyi nahiyəsindən götürülmüş yaxma və tamponların məhkəmə-tibbi tədqiqi zamanı spemnatozoidlər aşkar olunmamışdır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2, i.v.71-83). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1299/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə- kimyəvi tədqiqatı nəticəsində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 2, i.v.92-94). Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 200/MTKŞ- 2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X3 məxsus qolsuz koftanın ön səthində, ön səthinin sol yan nahiyəsində, arxa səthinin sağ və sol yarısında, büsqalterin ön səthində və sol yan nahiyəsində çoxsaylı deşilmiş- kəsilmiş zədələr, şalvarın sağ ayağının ön səthində iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. X3 məxsus tumanın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın, qolsuz maykanın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. X3 məxsus paltarların (koftanın, büsqalterin və şalvarın) və Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəliş edilməmişdir (cild 2, i.v.95-101). Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 300/2024-MTBŞ saylı rəyindən görünür ki, X8 ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ/; Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/ (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus alt mayka, kofta, şalvar, X13 məxsus şalvar, kofta, büstqalter, trusik və 01 cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri, əksər ləkələrdə, həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa, Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X13 məxsus ola bilər. Qanın qarışıq olduğu və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə həmçinin onun da qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus 01 cüt corab üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 2, i.v.102-107). Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli 2060 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizasına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədənədək hər hansı psixi pozuntu keçiribkeçirmədiyini müəyyən etmək mümkün deyil. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs koqnitiv funksiyalarında (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və) normadankənar hallara rast gəlinmir. Fərdi-psixoloji xüsusiyyətlərinə görə başqalarının hiss və yaşantısına biganə olmayan, emosional, aqressiv davranışlara və konfiktə meyilli olmayan şəxsdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs üzləşdiyi situasiya (həyat yoldaşı Quliyeva Aygülün mobil telefonunda, qonşuları Dəmirov Elşən ilə apardığı sevgi xarakterli mesajları müəyyən etməsi, həmin mesajlara əsasən hətta onların nə vaxtsa görüşdüklərini düşünməsi, onların neçə müddətdir ki, münasibətinin olmasını, Aygülün onu uzun müddətdir aldatdığını anlaması, Aygülə bu barədə söylədikdə onun əvvəlcə hər şeyi inkar etməsi, sonra isə “hə, nə olsun, yaxşı eləmişəm, mən Elşəni sevirəm, sən mənim üçün heç kimsən, kişi deyilsən, səninlə yatmaqdan iyrənirəm” deməsi) onun üçün affektogen olmaqla, qıcıqlandırıcıya qarşı yüksək həssaslıq yaratmış, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı (stress, həyəcan, yüksək psixi-emosional gərginlik) “pik həddə” yüksələrək “affektiv partlayışla nəticələnmiş, həmin zaman davranışı impulsiv olmuş, situasiyanı adekvat qavrayıb, şəraiti və ola biləcək nəticələri obyektiv qiymətləndirə bilməmiş, stress faktorun güclü təsiri nəticəsində qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt halında olmuşdur. Qeyd edilməlidir ki, fizioloji affekt vəziyyəti insanın bütün psixi fəaliyyətini tamamilə əhatə edərək şüurun daralmasına (dərketmənin məhdudlaşması) impulsiv hərəkətlərin əmələ gəlməsinə, davranışları üzərində iradi nəzarətin enməsinə gətirib çıxarır (cild 2, i.v.153-158). Təkrar kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2350 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizasına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginik, stress, qıcığa qarşı həssaslıq, yüksək emosionallıq, həyəcan əmələ gətirərək fizioloji affekt vəziyyətini yaratmışdır. Keçirdiyi emosional halın yaranması həyat yoldaşının onu aldatdığını, xəyanət etməsini öyrənməsi, onu deyil Elşəni sevdiyini bildirməsi, onunla yatmaqdan iyrəndiyini bildirərək “Elşən mənə daha çox həzz verir” söyləməsi səbəbli nəticə əlaqəsi yaratmışdır. Hadisə zamanı həyat yoldaşının qeyd olunan hərəkətləri və sözləri onun emosional yaşantılarını dərinləşməsinə, psixi-emosional vəziyyətində gərginlik və həyəcan səviyyəsinin yüksəlməsinə, hərəkətlərində impulsivliyin əmələ gəlməsinə, reaksiyasının dərinləşməsinə gətirib çıxarmışdır ki, bu da şəxsin hərəkətləri üzərində iradi və şüurlu nəzarətin zəifləməsi ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs hadisə dövrünə qeyd olunan fizioloji affekt vəziyyəti şəxsin həmin zaman namusunun, şərəf və ləyaqətinin, mənliyinin, qürurunun tapdanılması və alçaldılması hisslərini yaşaması, həmin yaşantıların dərinləşməsi ilə əlaqədar müəyyən edilmişdir. Qeyd ediləməlidir ki, fizioloji affekt vəziyyəti güclü emosional reaksiya olub, qısa zaman kəsiyində, yüksək psixi-emosional gərginlik fonunda yaranır. Fizioloji affekt vəziyyəti insanın bütün psixi fəaliyyətini tamamilə əhatə edərək şüurun daralmasına, impulsiv hərəkətlərin əmələ gəlməsinə, iradi nəzarətin enməsinə gətirib çıxarır. Fizioloji affektin əmələ gəlməsi üçün afektogen, yəni güclü qıcıqlandırıcıya malik situasiya olmalıdır. Fizioloji affekt vəziyyəti keçirdikdən sonra şəxsdə astenik əlamətlər (yorulma, özünü tükənmiş kimi hiss etmə), həmçinin şüurun daralması, bir müddət nə baş verdiyini xatırlamamaq kimi halları yaranır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq törətdiyi əməlin ola biləcək nəticələrini düzgün qavramaq, mənasını dərk etməklə hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır (cild 2, i.v.180-185). Binəqədi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 46/2-287/24 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs arvadı X11 öldürməsi faktı ilə əlaqədar ünvan 7 ünvanına qonşuluqda yaşayan şəxslərin hadisə zamanı Təqsirləndirilən şəxs və Aygül Quliyevanın mübahisələrini eşitməmələri, o cümlədən Aygül Quliyeva ilə qonşuları X19 arasında sevgi münasibətlərinin olması müəyyən olunmuşdur (cild 2, i.v.199). Əməlin tövsif edilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif olunmuşdur (cild 2, i.v.235-236). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 122.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.238-241). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxsin hüquqi varisi X7 imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti, tələbi və ona qarşı iddiası yoxdur, onunla barışmışdır (cild 1, i.v.240). “Embawood” mebel şirkətindən verilmiş xx.xx.2024-cü il tarixli 220 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən hal-hazırki dövrədək Embawood Şirkətində X15 Planlaşdırma şöbəsinin müdiri, X15 direktoru, Sumqayıt mebel hissələri fabrikinin direktoru, Azərbaycan Əməliyyat Departamentinin direktoru vəzifələrində çalışmışdır. xx.xx.2019-cu il tarixdən hal-hazırki dövrədək Azərbaycan Əməliyyat Departamentinin direktoru vəzifəsində işləyir. Müəssisədə işlədiyi müddət ərzində o, şirkət daxili nizam-intizam qaydalarına riayət etmiş və işinə məsuliyyətlə yanaşmışdır. Fəaliyyəti zamanı o, kollektivin hörmətini qazanmış, rəhbər və işçi heyət arasında böyük nüfuza malikdir. O, rəhbərlik tərəfindən verilən tapşırıqların öhdəsindən daima layiqincə gəlmiş, şirkətin fəaliyyətinə yaradıcılığı və təşəbbüskarlığı ilə öz töhfələrini vermişdir. X15 direktoru vəzifəsində çalışdığı dövrdə Xırdalan mebel fabriki “İlin fabriki” seçilmişdir.Bir rəhbər kimi etimadı hər zaman doğrultmuş, 2018-ci ildə “İlin adamı”, 2021-ci ilin nəticələrinə görə isə “Şirkət qarşısında xidmətlərinə görə” nominasiyaları üzrə təşəkkürnamə ilə təltif olunmuşdur (cild 2, i.v.32). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, hər hansı məhkumluğu yoxdur (cild 2, i.v.59). Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 78a saylı arayışdan və xasiyyətnamələrdən görünür ki, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi 1) özü - Təqsirləndirilən şəxs, 2) həyat yoldaşı - X16, 3) qızı - X17, 4) oölu - Şahid1 Rəşad oğlundan ibarətdir. Bakı şəhəri, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 41b, mənzil 77-də yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir təqsirləndirici məlumat və şikayət daxil olmamışdır. O, müsbət xarakterizə olunur (cild 2, i.v.198). Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X16 02 sentyabr 2012-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar (cild 1, i.v.242). Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs və X8 birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü Şahid1 Rəşad oğlu doğulmuşlar (cild 1, i.v.241). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 2 azyaşlı uşağın olmasını, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla işlədiyi və yaşadığı yerlərdə müsbət xasiyyətləndirilməsini, öz əməlinə mənfi münasibətini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən məhkəmə nəzərə alır ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza nisbətən aşağı həddə təyin olunmalıdır. Belə ki, məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs və X8 birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü Şahid1 Rəşad oğlu hazırda baba və nənələrinin (ata tərəfdən) yanlarında yaşayırlar. Şahid1 və Hekayə Quliyeva bildirmişlər ki, ahıl yaşdadırlar və azyaşlı uşaqlara baxmaqda çətinlik çəkirlər. Valideyn himayəsindən məhrum qalmış nəvələrinin heç olmazsa valideynlərdən birinin, yəni ataları Təqsirləndirilən şəxs mənəvi və psixoloji cəhətlərdən ehtiyacları vardır. Ataları Təqsirləndirilən şəxs yanında yaşamaları düşdükləri bu çətin vəziyyətdən daha tez çıxmalarına və normal şəkildə həyatlarına və təhsillərinə davam etmələrinə müsbət təsir edəcəkdir. Cinayət işində olan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü Şahid1 Rəşad oğlunun ifadələrindən də görünür ki, azyaşlıların hazırki psixoloji vəziyyətləri yaşlarına uyğun olmayacaq səviyyədə qeyri-qənaətbəxşdir və onların həyatında baş vermiş sözügedən hadisə təbii olaraq uşaqlarda mühüm psixoloji problemlərə səbəb olmuşdur. Buna baxmayaraq azyaşlıların verdikləri məlumatları ataları Təqsirləndirilən şəxs bağlı olmaları, onun tərəfindən sevgi, qayğı və nəvaziş hiss etmələri ilə bağlıdır. Məhz bu amillərdən çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti azyaşlı uşaqlarının həyat şəraitinə təsiri nəzərə alınmaqla aşağı həddə müəyyən edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işində olan tutma haqqında protokola əsasən həmin protokol 06 aprel 2024-cü il tarixdə gecə saat 02:10-da tərtib edilsə də, işin müəyyən edilmiş hallarına əsasən Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra, yəni xx.xx.2024-cü ildə saat 22-23 radələrində atası Şahid1 tərəfindən evə dəvət edilmiş polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı andan, yəni 05 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd qara rəngli dəstəyi və gümüşü rəngli tiyəsi olan bıçaq, qanabənzər ləkələrdən 02 ədəd tampon nümunə; X8 meyitinə baxış zamanı üzərində olan 01 ədəd ağ rəngli qolsuz köynək, 01 ədəd xaki rəngli büsqalter, 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab; Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd tünd göy rəngli şalvar, 01 cüt qara rəngli corab məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı, X8 istifadəsində olmuş 01 ədəd “İphone” markalı mobil telefonlar onların ailə üzvlərinə (valideynlərinə) qaytarılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 192-193, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi subutlar – Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd qara rəngli dəstəyi və gümüşü rəngli tiyəsi olan bıçaq, qanabənzər ləkələrdən 02 ədəd tampon nümunə; X8 meyitinə baxış zamanı üzərində olan 01 ədəd ağ rəngli qolsuz köynək, 01 ədəd xaki rəngli büsqalter, 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab; Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd tünd göy rəngli şalvar, 01 cüt qara rəngli corab məhv edilsin. Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon atası Şahid1, X8 istifadəsində olmuş 01 ədəd “İphone” markalı mobil telefon anası X10 qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar